İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    9:12 AM
    Allaha doğru
    İYİRMİ ALTINCI DƏRS:
    NIYYƏT VƏ ONUN MƏRTƏBƏLƏRI
    ALLAHA GÖRƏ GÖRÜLƏN İŞİN MƏFHUMU
    Sözbətimizin mövzusu ibadətin niyyəti idi. Qeyd etdik ki, bütün əməllərin dəyəri niyyətdən asılıdır. Namaz kimi bir sıra xüsusi ibadətlər-də niyyət saf olmazsa, bu əməllər nəinki fayda verməz, hətta əzaba səbəb olar. Riyanın əlamətlə-rindən danışdıq və dedik ki, əməlin faydalı olması üçün riyadan çəkinmək lazımdır. Riyanın ziddi ixlasdır. Bəs ixlas nədir? Məgər Allahın ehtiyacı varmı ki, biz bütün işləri onun razılığı üçün görək? "İnsan” surəsinin 9-cu ayəsində buyurulur: "(Müxlis bəndələr deyər:) Biz sizi yalnız məhz Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir əvəz və nə də bir təşəkkür istəyirik.” Burada incə bir nöqtəyə toxunmaq lazım gəlir. Əksər fəqihlərin fikrincə ibadət Allaha itaət məqsədi ilə yerinə yetirilməlidir. Bunun digər bir ifadə vasitəsi "Allaha yaxınlaşmadır” yəni ibadətdə məqsəd bəndənin Allaha yaxınlaşması-dır. Qarşıdakı söhbətlərdə çalışacağıq ki, "Allaha görə əməl” ifadəsini bir qədər də aydınlaşdıraq.
    NİYYƏTİN NÖVLƏRİ
    İbadətdə niyyətin bir mənası da budur ki, insan əməl zamanı bu əməlin ilahi mahiyyətinə diqqət yetirsin. Bəs necə ola bilər ki, müəyyən bir əməl niyyətsiz yerinə yetirilsin? Əlbəttə, normal insan niyyətsiz iş görmür. Amma müəyyən hallarda insanın fikri yayına bilər. Məsələn, yuxulu insan gördüyü işə bir o qədər də fikir vermir. Bu halda qılınan namazı da düzgün saymaq olmaz. Çünki yuxulu insan hansı niyyətlə iş gördüyündən xəbərsiz olur. Niyyətsiz namaz isə batildir.
    İnsan dünyəvi məqsədlərinə çatmaq üçün də ibadət edə bilər. Peyğəmbər dövründəki münafiq-lər məhz bu niyyətlə namaz qılırdılar. Onlar öz canlarını, mallarını qorumaq üçün dinin zahiri hökümlərini yerinə yetirirdilər. Əlbəttə ki, bu məqsədlə qılınan namazlar batil olur.
    Aydın olur ki, hər hansı bir işdə insanın niyyəti fayda götürmək və zərərdən qaçmaqdır. Amma fayda və zərəri hərə bir şeydə görür. Bəşəriyyətin bir hissəsi dini faydalı hesab edirsə, digər bir hissəsi zərərli olmasından danışır. Deməli, insanları firqələrə bölən də onların xeyir və şər barəsində yürütdükləri nəzəriyyələrdir. Amma insan nəyin xeyir, nəyin şər olduğunu Allahdan öyrənməlidir. Allahın buyuruqları isə yalnız iman gətirənlər üçün əhəmiyyət daşıyır. Demək, möminlər ibadəti faydalı bilir və bu istiqamətdə çalışırlar. Əlbəttə ki, bu istiqamətdə də niyyətlər fərqlənir. Bəziləri ibadət edərkən axirət dünyasını fikirləşirlərsə, bir başqaları ibadət vasitəsi ilə dünya səadətinə çatmaq istəyirlər. Namaz qılmaqla bərəkətə, sədəqə verməklə bəladan uzaqlaşmağa çalışanlar var. Beləcə, əksər namaz qılanlar Allahın əmrinə itaət etməklə yanaşı behişt arzusunda olur, cəhənnəm əzabından nicat tapmaq istəyirlər. Əgər cəhənnəm olmasaydı, şəksiz ki, çoxları namaz qılmazdı. Qurani-kərimdə buyurulur: "Vay olsun öz namazından qəflətdə olan namaz qılanlara”("Maun” surəsi, ayə: 4-5.); "Günahkar-lardan soruşarlar ki, sizi oda salan nə oldu? Cavab verər ki, biz namaz qılanlardan deyildik”. ("Muddəssir” surəsi, ayə: 40-43.) Bu ayələr insanı namaza sövq edir. Bəli, Allahın əzabı olmasaydı, çoxları namazdan çəkinərdi. Görən, bu niyyətlə qılınan namaz qəbuldurmu?
    Bəziləri isə behişt nemətlərinə görə namaz qılır. Onlar bilirlər ki, Allah–təala Ona ibadət edən bəndələri üçün misilsiz nemətlər hazırlamışdır. Onlar bu nemətlərdən məhrum olmamaq üçün namaz qılırlar. Bu sayaq ibadəti düzgün saymaq olarmı? Sadalanan bu məqsədlər namazın niyyətinə təsir etmirmi?
    Əlbəttə övliyaların ibadəti adi insanların ibadətindən fərqlənir. Övliyalar Allaha behişt və cəhənnəmə görə yox, Onu ibadətə layiq bildikləri üçün ibadət edirlər. Məsumlar (ə) Allaha belə dua edirlər: "Pərvərdigara, başımı-za bəla yağdırsan da Sənə ibadətdən əl çəkməyəcəyik!” Biz də Allahdan istəməliyik ki, bu sayaq ibadəti bizə də nəsib etsin.
    DÜZGÜN NİYYƏT
    Bəzi rəvayətlərə görə ibadətlər üç qismə bölünür. Bu rəvayətlərə görə ibadətin bir növü "qulların ibadətidir”. Ağasından qorxduğu üçün ona itaət edən qul kimi bəziləri Allaha cəhənnəm əzabı qorxusundan itaət edərlər. İkinci növ ibadət "tacirlərin ibadətidir”. Tacir qazanc üçün çalışdığı kimi bir qrup insan da behişt nemətlərini əldə etmək üçün səy göstərərlər. Bu insanların namazı, orucu, cihadı, hər bir əməli qazanc üçündür. "Səf” surəsinin 10-11-ci ayələ-rində oxuyuruq: "Ey iman gətirənlər! Sizi ağrılı əzabdan qurtara bilən bir ticarət göstərimmi? Allaha və onun peyğəmbərinə iman gətirərsiz, malınızla və canınızla Allah yolunda cihad edərsiz. Əgər bilsəniz, bu sizə daha xeyirlidir.” "Tövbə” surəsinin 111-ci ayəsində isə belə buyurulur: "Şübhəsiz ki, Allah möminlərin canlarını və mallarını haqq olaraq vəd edilmiş cənnət qiymətinə almış-dır”. Bu ayələrdən məlum olur ki, behişt tamahı və cəhənnəm qorxusu ilə yerinə yetirilən ibadətlər ali ibadət olmasa da qəbuldur. Əlbəttə ki, yalnız axirətə inanan insan behişt tamahı, cəhənnəm qorxusuna görə sədəqə verər, oruc tutar, cihada gedər. Əlbəttə insan imanının bu mərtəbəsi ilə kifayətlənməməlidir. İnsan elə bir məqama nail olmalıdır ki, Allahı ibadətə layiq bilərək itaət etsin. Belə bir itaət ən üstün itaətdir.
    Qəribəliklərlə dolu dövrümüzdə əslində etiqadı nöqsanlı olan müəyyən insanlar behişt və cəhənnəmə görə ibadəti əxlaqa zidd hesab edirlər. Bəs bu təbəqənin Allahı ibadətə layiq bilib Ona ibadət edən övliyalarla fərqi nədir? Övliyalar özləri behişt və cəhənnəmə xatir ibadət etməsələr də, behişt və cəhənnəmə xatir ibadəti məqbul bilirlər. Cəhənnəmdən qorxub qeybət etməmək üçün böyük iman lazımdır. Əgər behişt istəyi və cəhənnəm qorxusu insanı xeyirxahlığa, ədalətə, fədakarlığa sövq edirsə, bunun nəyi pisdir? Demək, süfrəsində Allahın haram buyurduğu şərabla dolu badələr düzüldüyü halda "qorxudan və tamahdan qaynaqlanan” ibadəti əxlaqsızlıq adlandıranların özlərində axirət etiqadı yoxdur. Axirətə inamsız insanın isə Allahı olduğu kimi tanıyıb, Ona etiqad etməsi qeyri-insani-mümkündür. Deyilənlərə sübut olaraq məşhur bir hədisə müraciət edirik. Həzrət Əli (ə) buyurur: "Bir dəstə insan hədiyyə ümidi ilə Allaha pərəstiş edir–bu, tacirlərin ibadətidir. Başqa bir dəstə Allaha qorxudan ibadət edir–bu, qulların ibadətidir. Digər bir dəstə isə Allaha təşəkkür üçün ibadət edir–bu, azadların ibadətidir”.("Nəhcül–bəlağə”.)
    Hədisdə "hürr” adlandırılan bu insanlar cəhənnəm qorxusu və behişt tamahından azad olanlardır. Bu insanları hər şeydən əvvəl Allahın razılığı maraqlandırır. Onlar bu razılığı qazanmaq üçün hər cür əzab-əziyyətə dözməyə hazırdırlar. İmam Səccad (ə) bir münacatda belə buyurur: "And olsun izzət və cəlalına, əgər Sənin razılığın mənim tikə-tikə doğranıb, ən çətin halda ölməyimdə olsa, yenə də, Sənin razılığını daha əziz tutaram”.("Biharul-ənvar” 77–ci cild.) Bu sözlərə əməl etmək olduqca çətindir. İmam Sadiqin (ə) bu buyuruğunu bir saat işgəncə altında qalan insan dərk edər. "Kumeyl” duasında oxuyuruq: "Pərvərdigara, tutalım, Sənin əzabına səbr etdim, bəs Səndən uzaqlığa necə dözərəm?” Şerdə bu sözləri işlətmək daha asandır. Amma oxuduqlarımız şer yox, məsumların (ə) dilindən qopmuş həqiqətdir. İmam Səccad (ə), Həzrət Əli (ə) kimi məsumlar daim Allaha yaxın olduqların-dan Ondan uzaqlığı özləri üçün əzab hesab edirlər. Amma bu yaxınlığı duymamış adi insanlar üçün Allahdan uzaqlıq da bir o qədər əzabverici görünmür. Vüsalı dadmayan fərağı dərk etməz. Amma Məsum İmamlarımız (ə) öz ardıcıl-larına belə bir məqamın mövcudluğu haqqında məlumat vermişlər ki, onlar da bu məqama çatmaq üçün səy göstərsinlər və yalnız dünyəvi ləzzətlər sorağında olmasınlar. İnsan təkcə axirət nemətləri barədə düşünməklə kifayətlənməməli, Allahın razılığını qazanmaq üçün səy göstərməlidir.
    Dünyəvi eşqə mübtəla olanlar məşuqun razılı-ğının necə dəyərli olduğunu gözəl bilirlər. Aşiq bir anlıq məşuqun çöhrəsini görmək üçün gecəni sübhədək qışın şaxtasında ayaqyalın buz üstə durmağa hazır olur. O, öz məhbubunu görərkən bütün ağrılarını unudur. Övliyalar üçün Allahla yaxınlıq bu dəyərə malikdir. Onlar Allahın razılığını qazanmaq üçün bütün ağrı-acılara dözməyə hazırdırlar, hətta cəhənnəm əzabı olsa belə!
    NİYYƏTİN ALİ MƏRTƏBƏSİ
    İnsan elə bir məqama çata bilər ki, Allaha nə behişt tamahı üçün, nə də cəhənnəm qorxusundan ötrü, bəlkə, onu ibadətə layiq bildiyi üçün ibadət edər. Amma bu məqamın da müxtəlif mərtəbələri vardır.
    Həzrət Əli (ə) buyurur ki, bir qism insan Allaha təşəkkür üçün ibadət edirlər. Onları rükuya, səcdəyə gətirən nə behişt istəyidir, nə də cəhənnəm qorxusu. Bu insanlar Allahın nemət-ləri müqabilində şükr edirlər. Bu, "haqqı itirməmək” ruhiyyəsidir. Onların vicdanı ilahi nemətlərin şükrünü yerinə yetirməyi hökm edir. İnsanın yaxşılıq müqabilində təşəkkür etmək istəyi onun fitrətində var. "Loğman” surəsinin 14-cü ayəsində buyurulur: "Biz insana ata–anasını tapşırdıq. Anası onu getdikcə artan zəifliklə daşıdı və süddən kəsilməsi iki il çəkdi. Mənə və ata–anana şükr et. Axır dönüş Mənə sarıdır”. İnsan ata-ananın zəhmətini daha tez hiss edir. O, ananın yuxusuz gecələrini, atanın zəhmətlərini daha asan dərk edir. Ona görə də insan ata–ananın qarşısında özünü borclu bilir. Bu hiss illər ötdükcə güclənir və xarakter halına çevrilir. İnsan bütün yaxşılıqlara təşəkkürlə cavab verməyə başlayır. Bütün nemətlərin Allah tərəfindən əta olunduğunu anlayan insan Allaha təşəkkür etməyi özünə borc, vəzifə bilir. Bu məqamı bəyan edən digər bir təbir məhəbbətdir. Əgər iki nəfər arasında həqiqi məhəbbət olarsa, onlar bir-birlərinin yolunda istənilən əzaba qatlaşar və bu əzaba görə heç bir qarşılıq istəməzlər. Xalis məhəbbət olan qəlbə müxtəlif meyllər daxil ola bilməz. Bütün diqqətin məhbuba yönəldiyi könüldə behişt, huri istəyi müşahidə edilməz. Həzrət Əli (ə) buyurur: "Pərvərdigara, mən Sənə behişt həvəsi, cəhənnəm qorxusuna görə ibadət etmədim. Səni pərəstişə layiq bildiyim üçün ibadət etdim. Səndən başqa pərəstişə layiq olan kəs tapmadım. Sənə pərəstiş etməyim, kimə edim? Sənə könül verməyim, kimə verim?”("Biharul-ənvar” 70-ci cild.)
    NİYYƏTİN TƏDRİCƏN SAFLAŞDIRILMASI
    Müxtəlif qavrayış səviyyələrinə malik olan insanlar üçün niyyətin müxtəlif mərtəbələrinin olması bəyan olundu. Hər bir şəxs aşağı mərtəbədən başlayıb tədricən yuxarı mərtəbələrə qalxmalıdır. İlkin mərtəbə cəhənnəm qorxusudur. Məsum İmamların (ə) bir çox münacatları bu ruhiyyədədir. İmam Səccad (ə) belə dua edir: "Əgər bu halda qəbrə qoyulsam, məndən pis vəziyyətdə olan tanılarmı? Axı bu qəbri yatmaq üçün hazırlama-mış, ora saleh əməldən xalı döşəməmişəm! Başıma gələcək işləri bilmirəmsə, necə ağlamayım?! Nə üçün ağlamayım? Bədənimdən ruhun çıxması, qəbrimin qaranlığına görə ağlayıram. Nəkir və Münkərin sual verəcəyi anın qorxusun-dan ağlayıram. Məhşərdə qəbirdən üryan çıxacağım, günah yükümün ağırlıq edəcəyi saata görə ağlayıram!”
    Əgər insan qəbirdən, qiyamətdən, əzablardan həqiqətən qorxarsa, daim Allahı xatırlayar, günaha yol verməz. Qurani-kərimdə bu əzablar təkrar–təkrar insana xatırladılır: "Onu tutub bağlayın, sonra cəhənnəmə atın, sonra onu uzunluğu yetmiş zər olan zəncirlə bağlayın!” (Haqqə” surəsi, ayə: 30-22.) Odun istisindən təşnə olana içməyə nə verilir? "...Ona irinli sudan içirdiləcəkdir”.("İbrahim” surəsi, ayə: 16.)
    Biz bu məsələlərə ciddi yanaşmalı, bu barədə ətraflı düşünməliyik. "Biharul-ənvar”ın 8-ci cildində nəql olunmuş bir rəvayətə görə cəhənnəm içkisindən bir damla bu dünyaya düşərsə, onun üfunətindən bütün canlılar məhv olar. Əksinə, behişt içkilərindən bir damlası dünya sularına qatılsa, bütün sular ətirli olar. İnsan dünya əzablarını yox, axirət əzablarını daim düşün-məli və axirət qorxusunun insana göstərdiyi tə’sirindən faydalanmalıdır.
    ALİ NİYYƏT VƏ İBADƏTİN BƏZİ NÜMUNƏLƏRİ
    Böyük alimlərin həyatını əks etdirən söhbətlər insana olduqca müsbət tə’sir göstərir. Nəql edirlər ki, bir gün mərhum Şeyx Ənsari dərsdən evə qayıdırdı. Həmin vaxt Nəcəfdə istilik 50–yə çatırdı. Mərhum Şeyx susayır və bir evdən içmək üçün su istəyir. O zaman hələ soyuducu yox idi və suyu sərin saxlamaq üçün kuzələri xüsusi quyulara sallayırdılar. Su gətirməyə gedən şəxs bir qədər yubanır və geri qayıtdıqda görür ki, Şeyx namaz qılır!
    Bəli, böyük şəxsiyyətlər vaxtın qədrini bilmiş, ondan daim səmərəli istifadə etmişlər. Dövrü-müzdə mənasız əyləncələrə, krassvord doldurmağa nə qədər vaxt sərf edilir?! Kimi susuzluqdan ciyərləri yanan halda namaz qılır, kimi də kondisionerli otaqda oturub krassvord doldurur! Namaza məşğul olan Şeyxə su gəlir, günün istisində qızır. Şeyx namazını bitirib həmin isti suyu içir və yoluna davam edir. Bəli, namazdan aldığı ləzzət Şeyxə susuzluğu unutdurur!
    Belə söhbətlərdən aydın olur ki, imanın bizə məlum olmayan ali mərtəbələri vardır. Hər bir insan dua və zəhmətlər sayəsində bu mərtəbələri seyr edə bilər. Hər halda tamah və qorxudan ibadət olan aşağı mərtəbə ilə kifayətlənmək olmaz.
    İrəli getmək üçün, məsələn, gündə "Allahı ibadətə layiq bilmək” niyyəti ilə iki rəkət namaz qılmaq olar. Çalışaq ki, bu iki rəkət namazda behişt tamahından, cəhənnəm qorxusundan uzaq olaq.
    Həzrət Musa (ə) Tur dağına gedib, münacat və dua üçün orada 40 gün qalır. "Əraf” surəsinin 142-ci ayəsində buyurulur: "Musa ilə otuz gecə vədələş-dik və bu vaxtı daha on gecə ilə tamamladıq. Beləliklə, Rəbbinin müəyyən etdiyi vaxt qırx gecədə başa çatdı”. Bu qırx gün Zil-qədə ayının birindən Zil-həccə ayının onunadək olan vaxta təsadüf edir və "ərbəini–kəlimiyyə” adlanır. Bu dövrdə "la ilahə illəllah” deməyin böyük savabı var. Heç bir əvəz ummadan bu zikri təkrarlamağın çox faydası var. Bəli, məhz belə aşağı mərtəbələrdən başlayıb ali mərtəbəyə doğru hərəkət etmək lazımdır.
    Category: Allaha doğru | Views: 982 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024