İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Allaha doğru
    9:11 AM
    Allaha doğru
    İYİRMİ YEDDİNCİ DƏRS:
    NAMAZ RUHİYYƏSİ AXTARIŞINDA (1)
    HƏQİQİ NAMAZ
    Son söhbətimiz namaz haqqında oldu. İslam mənbələrindən məlum oldu ki, Allaha yaxınlaşmaq üçün ən mühüm əməl namazdır. Həqiqi namazın səciyyəvi xüsusiyyətləri sadalandı. Bəli, hər gün beş dəfə azan və iqamədə təkrar etdiyimiz kimi, namaz ən xeyirli əməldir. "Namaz möminin meracıdır”.
    Təəssüf ki, qılıdığımız namazlardan lazımın-ca bəhrələnə bilmirik. Çoxlarımız namazdan ləzzət duymur, özümüzdə namazın təsirini hiss etmirik. Namaz, adətən, bizə ağır, çətin gəlir. Namazı qılıb qurtardıqda sanki çiynimizdən ağır bir yük götürülür. Ən uzağı on dəqiqə davam edən namaz bizim üçün sanki uzun saatlara başa gəlir. Namazı qurtaranda qəfəsdən azadlığa çıxmış quş tək rahatlanırıq. Namazın son cümləsini deyib qurtaran kimi tələsik dünya işlərinin ardınca qaçırıq. "Bəqərə” surəsinin 45–ci ayəsində buyurulur: "Doğrudan da Allahdan qorxanlar istisna olmaqla, namaz hamı üçün çətindir”. Sözsüz ki, dəyərsiz də olsa, namaz qılmaq qılmamaqdan üstündür. İnsan məsuliyyət hiss edərək günün müəyyən vaxtını Allah hüzurunda namaz üçün dayanırsa, bu böyük işdir. Amma insan bilməlidir ki, qaydasınca qılınan namaz ən xeyirli əməldir. Həqiqi namazla bizim namazımız arasında olduqca böyük fərq var. Namazın faydalarından məhrum olmağımızın əsas səbəbi onun zahiri ilə kifayətlənib, ruhundan xəbərsiz qalmağımızdır. Əgər namaz qılan dediyi sözlərin, etdiyi hərəkətlərin mahiyyətinə varmırsa, namaz-dan ləzzət duya bilməz. Kor-koranə icra olunan namaz merac hesab edilə bilməz. Bəli, bir sıra sözlərin və hərəkətlərin nümayişindən ibarət olan bir əməl həqiqi namaz deyil.
    Namazın uzun çəkməsi vacib deyil. Qəlbin iştirakı ilə qılınan qısa namaz möcüzələr yarada bilər. İnsan belə namazın təsirini özündə hökmən hiss edir. Məhz belə namaz haqqında buyurulur: "Doğrudan da namaz insanı pis və çirkin işlərdən uzaqlaşdırır”. ("Ənkəbut” surəsi, ayə: 45.) Amma buna baxmayaraq, bir çoxları məsciddən çıxan kimi günah ardınca qaçır. Bəli, ruhsuz namaz insanı haramdan çəkindirmək iqtidarında deyil. Həqiqi namazqılan şəxs qeybətdən, yalandan, böhtandan və bir sıra başqa çirkin sifətlərdən uzaqdır. İslam Peyğəmbəri (s) buyurur: "Beş vaxt namaz qılan kəs evinin qarşısında axan çayda gündə beş dəfə yuyunan adam kimidir. Onda bir çirkinlik qalarmı?”("Biharul-ənvar” 82–ci cild.) Amma biz beş vaxt namaz qılsaq da çirkin sifətlərdən uzaqlaşa bilmirik. Çünki bizim qıldığımız namaz əsl namaz deyil!
    HƏQİQİ NAMAZA DOĞRU İLK ADDIM
    Həqiqi namaza nail olmaq üçün atılan ilk addım namaz zamanı diqqətli olmaqdır. İnsan bəzən namaz zamanı "həmddən” "surəyə” necə keçdiyini hiss etmir. Hətta belə də olur ki, insan yalnız namazın son cümləsini deyərkən namaz qıldığını xatırlayır. Belə bir hal namazda diqqətsiz olmaqdan xəbər verir. Əlbəttə ki, namaz qılan bütün namazlarda zəif də olsa müəyyən qədər diqqətli olur. Amma zəif diqqət namazın ruhunu dirildə bilmir. İnsan təkbirətül–ehram deməzdən qabaq kimin hüzurunda dayandığı barədə düşünməlidir. Müəyyən bir mətni kimin üçünsə oxuyan şəxs başa düşüləcək şəkildə oxumağa çalışır. Namaz qılan şəxs namazın sözlərini ən azı yuxarıda deyilən qaydada oxumalıdır. Yalnız aram və aydın qiraət zamanı namazda diqqəti cəmləmək mümkündür.
    İKİNCİ ADDIM
    İnsan namazda dediyi hər bir cümlənin mənasına diqqət yetirməlidir. Bunu, tədricən də olsa, yaratmaq lazımdır. Hər cümləni deməzdən əvvəl, bu cümlənin mənasını düşünüb sonra demək daha yaxşıdır. Məslən, "Əllahu əkbər” deməzdən qabaq Allahın əzəməti barədə düşünmək lazımdır. İnsan bu istiqamətdə çalışarsa, bir müddət sonra namazın sözlərinin mənasını düşünmək xasiyyət formasını alır.
    Amma nəzərinizə çatdırdığımız iki addımı atmaqla həqiqi ibadətə nail ola bilmərik. Həqiqi namaza çatmaq üçün ən azı daha bir addım atmaq lazımdır. Məsələn, bir ateist Quranı çox diqqətlə oxuyub, onun hər kəlməsini başa düşürsə, bu işi ibadət hesab etmək olarmı? Yəqin özünüz də hiss etdiniz ki, üçüncü addıma ehtiyac var.
    ÜÇÜNCÜ ADDIM
    Bu yolda üçüncü addım insanın dili ilə dediklərinə qəlbən inanmasıdır. "Yalnız Sənə ibadət edir və Səndən kömək istəyirik” deyən insan Allahdan başqa heç kimsədən kömək intizarında olmamalıdır. "Əllahu əkbər” deyən şəxs üçün Allahdan böyük varlıq olmamalıdır. Doğrudanmı, hər bir namaz qılan öz dediklərinə qəlbən inanır? Doğrudanmı, inam və əməlimiz sözümüzlə uyğun gəlir? Əgər əməllərimizə nəzər salsaq görərik ki, bəzən Allaha heç bir uşaq qədər də məhəl qoymuruq. Daim Allahın hüzurunda olduğu-muz halda, müəyyən məqamlarda bizə baxan uşaqdan çəkinirik, amma Allahı yada salmırıq. Uşağın yanında söyüş söyməkdən çəkinib, uşaq olmayan yerdə söyüş söyən şəxs Allahı böyük bilir, yoxsa uşağı? Demək, bəzən Allahı uşaq qədər də saymırıq!
    İnsanın sözünə uyğun gələn halının da müxtəlif mərtəbələri var. Müəyyən mərtəbələrə səy göstərməklə çatmaq olur. Bəzi mərtəbələrə isə yalnız ali mərifətə malik övliyalar müyəssər olur. Məsum İmamlarda (ə) isə namaz zamanı olduqca yüksək bir ruhiyyə müşahidə edilir. Onlar namaz qılarkən bütün diqqətləri Allaha yönəlir. Nəql olunur ki, Həzrət Əlinin (ə) ayağına döyüş zamanı bir ox batmışdı. Heç vəchlə bu oxu çıxarmaq mümkün olmurdu. Bir gün Həzrət (ə) namaz qıldığı vaxt oxu onun ayağından çəkib çıxardılar. Bəli, adi vaxtda mümkün olmayan bir iş namaz vaxtı mümkün oldu və Həzrət Əli (ə) bu ağrını hiss etmədi.("İrşadul–qulub”, 2–ci cild, səh.217.) Buna oxşar hadisələr Əhli–beyt (ə) məktəbi davamçılarının həyatında çox müşahidə edilir.
    MƏRHUM AYƏTULLAH XANSARİ HAQQINDA BİR HEKAYƏ
    Nəql edirlər ki, mərhum alimin mədəsində cərrahiyyə əməliyyatı aparılmalı imiş. Bu əməliyyat üçün xəstəyə narkoz vermək zəruridir. Amma mərhum Ayətullah heç vəchlə razı olmur ki, onu bihuş etsinlər. Həkimlər onun mədəsini narkozsuz yarmağa məcbur olurlar. Alimin qarını yarılır, mədəsinin bir hissəsi götürülür. Bütün əməliyyat gedişində mərhum Xansari azca da olsa narahatlığını biruzə vermir. Həkimlər xəstənin dözümündən heyrətə gəlirlər.
    Belə bir dözüm necə əldə edilə bilər? Sözsüz ki, yalnız bütün diqqəti Allaha yönəldib, özünü unudan insan bu ağrılara tab gətirə bilər. Cərrahi əməliyyat zamanı özündə bu halı yaradan insan, şəksiz ki, namazda da bu hala nail ola bilər. Allah-təala bu ali məqamı hər birimizə nəsib etsin.
    QƏLB NAMAZI
    Namazdan bəhrələnmək istəyən hər bir şəxs həqiqi namaz qılmağa çalışmalıdır. Göstərilən proqramla hərəkət edən şəxs tədricən həqiqi namaza yol tapa bilər. Əvvəlcə namazın sözləri və hərəkətlərinə diqqət yetirmək lazımdır. Sonra deyilən sözlərin mənasını düşünmək zəruridir. Nəhayət, söz və hərəkətlərə uyğun qəlb haləti əldə edilməlidir.
    Əxlaq alimləri tövsiyə edirlər ki, hər bir namaz qılan dediyi sözləri qəlbinə daxil etsin. Diqqət edin, söhbət zehn yox, qəlbdən gedir. Yəni kafir də zehnini işə sala bilər. Məsələ deyilənləri zehindən keçirib anlamaqda yox, qəlbən qəbul etməkdədir. Mömini mömin edən zehni təsəvvür yox, qəlbi razılıqdır. "Hucərat” surəsinin 14–cü ayəsində oxuyuruq: "Ərəblər dedilər ki, iman gətirdik. De ki, iman gətirməyibsiniz, "İsla-mı qəbul etdik” deyin. İman hələ sizin qəlblərinizə daxil olmamışdır”. Çoxları elə hesab edirdilər ki, şəhadət kələmələrini deyən hər bir kəs iman gətirmiş olur. Yuxarıdakı ayədən belə nəticə çıxır ki, şəhadət kələmələri-ni deməklə yalnız zahirən müsəlman olmaq mümkündür. Həqiqi iman insanın sözü yox əməli ilə sübuta yetir. Çalışmalıyıq ki, namazda dediklərimizi qəlbimizə daxil edib, əməldə sübuta yetirək. "Əllahu əkbər”deyən şəxs Allahdan başqasına ümid etməməlidir. Əgər zahirdə Allaha səcdə ediriksə, bu səcdəni qəlbən təslim olmaqla gerçəkləşdirməliyik.
    ƏFSANƏ, YOXSA HƏQİQƏT?
    Bəzən həqiqi namaz haqqında deyilənlər bizə əfsanə kimi görünür. Çox təəssüf! Elə düşünürük ki, bu sözlər kimlərinsə şairlik təbindən qaynaqlanır. Hansı ki, bütün bu fikirlər ayə və hədislərə əsaslanır. Qurani-kərim möminlərin vəsfində belə buyurur: "Onlara Quran oxunan zaman üzü üstə səcdəyə düşüb deyirlər: "Allahımız hər bir nöqsandan pakdır və Onun vədəsi hökmən yerinə yetəcəkdir.” Onlar üzü üstə düşüb ağlarlar və qorxuları artar”. ("İsra” surəsi, ayə: 107-108.) Bəli, həqiqi möminlər Quran oxunarkən qorxuya bürünərlər. Onları bu işə dəvət edən olmasa da, fitri istək üzündən belə hərəkət edərlər. Quran dinləyərkən ağlayan insanlarla rastlaşsaq da, üzü üstə səcdəyə qapananlara təsadüf etməmişik. Bu, biz müsəlmanların Quran ideallarından nə qədər uzaq olduğunu göstərir. Əgər qədim zamanlarda bu hadisə çox baş vermişsə də, dövrümüzün baş gicəlləndirən mühiti insanları Qurani-kərim-dən çox uzaq salmışdır. İş o yerə çatıb ki, Quran dinləyərkən, namaz qılarkən ağlayan insanlara istehza edilir. Görən, Qurani–kərimin vəsf etdiyi bir halı bidət saymaq olarmı? Bəs din, dindar hansı yolla tanınmalıdır? "Hədid” surəsinin 16-cı ayəsində buyurulur: "İman gətirənlərin qəlblərinin Allahın zikri və haqqdan nazil olan (Qur’an) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar ki, onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və qəlbləri sərtləşmiş-dir”.Bəli, Quran ayələrinin təsiri altında qəlbinin buzu əriyənlər az deyil. Nə üçün biz belə olmayaq? Donmuş vəziyyətdən qurtarmağın zamanı gəlib çatmayıbmı?!
    Məşhur bir hadisəni bir daha xatırlayaq: Fuzeyl tanınmış və zalım bir quldur olmuşdur. Bir dəfə o, gecə yarı mömin bir şəxsin evinə soxulmaq istərkən ev sahibinin Quran oxuduğunu eşidir. "Qəlblərin yumşalma vaxtı çatmayıbmı” ayəsi Fuzeylin qəlbini silkələyir. Ayədən təsirlənmiş quldur öz-özünə pıçıldayır: "Nə üçün çatmayıb, çatıb!” Bir ayənin təsiri ilə dövrün tanınmış qulduru həqiqi tövbə edib, tezliklə övliyalar cərgəsinə qoşulur!
    Bəs bizim qəlblərimiz nə vaxt yumşalacaq? Bəs biz nə vaxt dediyimiz sözlərə qəlbən bağlanacağıq? Nə vaxtsa qəlbimiz namazda iştirak edəcək, yoxsa yox? Pərvərdigara, bu işdə bizə yardımçı ol!
    Category: Allaha doğru | Views: 1098 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024