İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 26 » Ailə səadətinə necə nail olaq?
    9:27 AM
    Ailə səadətinə necə nail olaq?
    DÖRDÜNCÜ FƏSİL
    QADIN VƏ KİŞİ HÜQUQU
    Ötən səhifələrdə işarə olunduğu kimi, kişinin qadın üzərindəki haqqı təkcə ər-arvad münasibətlərində xülasə olunur. Bişirmək, yumaq və s. kimi camaat arasında məlum olan vəzifələr kişilərin haqqı deyil, qadınların əxlaqi vəzifələrindəndir. Buna misal olaraq İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) qızının izdivacının ilk günü təbrik demək üçün Həzrət Zəhra (salamullahi əleyha)-nın mənzilinə gedərək, ev işlərinin o iki böyük şəxsiyyətin arasında bölüşdürməsini qeyd etmək olar. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) o zaman Zəhraya belə buyurdu: "Zəhra can, evin daxili işləri: çörək bişirmək, arpa-buğda üyütmək, evi təmizləmək, uşaq saxlamaq və s. bu kimi işlər sənin, odun və su gətirib ev ləvazimatını, eləcə də mənzildə ehtiyac duyulan məişət əşyararı tədarük görmək və s. Əlinin öhdəsinədir.”
    Sonra Həzrət Fatimeyi-Zəhra (salamullahi əleyha) bütün mömin qadınlara nümunə sayılacaq aşağıdakı cümləni söylədi:
    "İşlərin bu cür bölünməsindən necə xoşhal
    olduğumu Allahdan başqa heç kəs bilmir.”(Bu hədis azacıq fərq və əlavələrlə "Biharül-ənvar”ın 10-cu cildinin 24 və 25-ci səhifəsində gəlmişdir və yuxarıdakı cümlənin yerinə belə deyilib: "Allah Rəsulunun (s) məni evdən kənarda kişilərlə üz-üzə gəlməkdən azad etməsinə görə dünyalar qədər xoşhal oldum.” )
    HÜQUQ VƏ MƏHƏBBƏT
    Kişi və qadın ər-arvad münasibətindən əlavə, bir-birinə ürək yandıran dosta çevrilməlidirlər. Əgər aralarında rəfaqət olmazsa iş çətinləşər. Ümumiyətlə, hər hansı bir yerdə, ələlxüsus ev mühitində əgər təkcə qanun hökm edərsə lazımlı nəticə hasil olmayacaqdır. Necə ki, təkcə məhəbbətin hakim olması nəticə vermir; qanun, məhəbbət və səfa-səmimiyyət birlikdə olmalıdır.
    "Həqiqətən Allah (camaatı) ədalət və ehsana əmr edir.”
    Qadın və kişi İslam qanunlarına riayət etməyə vəzifəli olduqları kimi, bir-birinə qarşı ürək yanan və dost sözünün əsil mənasında olmalıdırlar.
    HƏMKARLIQ
    Bir gün Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əmirəl-mömininin (əleyhissalam) mənzilinə gəldikdə onu mərci təmizləyən halda görür və bu işdən çox xoşhal olub buyurur: "Ya Əli, ev işlərində arvadına kömək edən hər kəsə, həcci-ömrənin savabı nəsib olar.”
    QADININ CİHADI
    Bir gün bir qadın Peyğəmbər (səlləllahu əleyhi və alih)in hüzuruna gəlib dedi: İndidən qiyamətə kimi yer üzünə gələcək bütün qadınlar tərəfindən sizə bir sualım vardır: nə üçün siz qadın və kişi arasında fərq qoymusunuz?! Kişilər üçün bir sıra əməl və savablar buyurmuşsunuz ki, qadınlar o savablardan məhrumdurlar. Misal üçün Allah yolunda cihad etmək. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) buyurdu:
    "Qadının cihadı öz əri üçün yaxşı arvad olmaqdır.”(Əmirəl-möminin Əli (əleyhissalam) buyurub: "Allah-Taala cihadı həm kişilər, həm də qadınlar üçün vacib etmişdir. Kişilərin cihadı Allah yolunda ölüm həddinə qədər can və mallarını fəda etmək, qadınların cihadı isə ərinə yaxşı qulluq etməkdir.” ("Vəsailüş-şiə”, 11-ci cild, səh.15))
    Məhz buna görə də qadın evdə mümkün olan qədər ən ali tərzdə təmizliyə, yemək hazırlamağa, uşaqların tərbiyəsinə və həyat yoldaşına yaxşı qulluq etməyə məşğul olmalıdır ki, həmişə Allah yolunda cəbhənin ön cərgəsində cihad etmiş olsun.
    KİŞİNİN HÜQUQU
    Peyğəmbər (səlləllahu əleyhi və alih) kişinin qadın üzərindəki hüququnu o həzrətdən sual etmiş bir qadına cavab olaraq belə buyurmuşdur:
    1-Kişi hər zaman hər növ ləzzət və bəhrə aparmaq haqqına malikdir;
    2-Kişinin icazəsi olmadan qadın onun malından istifadə edə bilməz;
    3-Qadın çalışmalıdır ki, kişini narahat etməsin; əgər onu incitsə könlünü almamış yatmamalıdır.(Rəsuli Əkrəm (s) buyurur: "Sizin ən yaxşı qadınlarınız o qadınlardır ki, hər vaxt ərini qəzəbli halda görsələr, ona "sənin istəklərin müqabilində təsliməm və məndən razı olmayınca gözlərimə yuxu gəlməz” desin.” ("Biharül-ənvar”, 103-cü cild.))
    Bu zaman o qadın Allah Rəsulundan (səlləllahu əleyhi və alih) soruşdu: Bəs kişi zalım olsa necə? Yenə də bu hüquqlara malikdir?
    Həzrət buyurdu: Bəli hər halda qadın öz əri müqabilində təvazökarlıq etməlidir və küsmək haqqı yoxudur.
    Kişi də öz növbəsində arvadından həzz və ləzzət almaqdan başqa bir şeyi tələb etməyə haqqı yoxdur. Lakin qadının əxlaq, insanlıq və mehribanlıq baxımından evin bütün işlərinə ali bir səviyyədə yetişməsi lazımdır.
    Bütün bunlarla yanaşı, qadın güzəştə gedən olmalıdır. Belə ki, əgər kişi evdən narahat vəziyyətdə gedərsə qadın qayıdan baş onun narahatlığını aradan aparsın deyə, kişi gələn zaman onu təbəssüm və gülər üzlə qarşılamalı, mülayim surətdə salam verməklə onu şad etməlidir.
    Həmçinin, qadın əri qarşısında təvazökar, xoş üzlü və hövsələli olmalıdır ki, isti ev ocağını daha da isitsin. Xoş rəftar, məhəbbət, səfa və səmimiyyətlə düyün və yersiz münaqişələrin kökünü qoparıb mümkün olan yollarla narahat və qanıqara vaxtlarında ərinin ürəyini ələ almalıdır. Bütün bu sadalananlar qadın üçün bir vəzifədir.
    ƏBU ƏYYUB ƏNSARİNİN HƏYAT YOLDAŞI
    Əbu Əyyub Ənsarinin gözlənilmədən iki-üç yaşlı bir uşağı dünyadan gedir. Uşaq dünyadan köçən zaman Əbu Əyyubun özü evdə olmur. Yalnız uşağın anası onun başı üstündə ağlayır. Amma elə ki, ərinin qayıdan vaxtı olduğu yadına düşür, onu qarşılamaq üçün özünü həmişəki kimi gülərüz və şad hazırlayır.
    Səhəri gün Əbu Əyyub sübh namazını qılmaq üçün məscidə gedərkən ona deyir: "Əgər bir kəs sənə bir əmanət verib sonra almaq istəsə, o əmanəti qaytararsanmı?” Əbu Əyyub cavabında "Bəli qaytararam”-deyir. Bu zaman qadın əlavə edərək "Allah-Taala üç il bundan əvvəl bizə bir əmanət vermişdi ki, dünən onu bizdən aldı! Namazdan sonra gəl ki, uşağımızı torpağa tapşıraq”-söyləyir. Əbu Əyyub "Əlhəmdü lillahi rəbbil aləmin.” deyib məscidə gedir. Məsciddə əziz Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib macəranı onun üçün danışır. Həzrət ona buyurur: "Dünənki gecən mübarək olsun”. Sən demə təsadüfən o gecə yoldaşı hamilə olur və ariflərin söylədiyinə görə Allah-Taala onlara əməlisaleh bir övlad nəsib edir.
    KİŞİNİN RƏFTARI
    Əlbəttə, kişinin də vəzifəsidir ki, evə gəldiyi vaxt xoş əhval-ruhiyyədə olub qəm-qüssə və yorğunluğu unutsun. Dostları tərəfindən ya işdən və yaxud ictimai vəzifədən narahatlıq və çətinliyi olsa belə, onu ev mühitinə gətirməməlidir. Elə buna görə də bir döyüşçü evdəki əxlaqı sərt və kobud olmamalıdır. Çünki sərtlik və kobudluq cəbhənin ön xətti üçündür. Bu da əlinə bir əsir düşməyənə kimidir. Əgər düşmən döyüşçüsündən əsir tutsa mütləq kobudluğu kənara qoymalıdır.
    Qadın və uşaqlara qarşı həddən artıq tələbkar olmaq müsəlman əxlaqına xas və rəva deyildir. Təkəbbür dostlar və həyat yoldaşı müqabilində deyil, yalnız Allah dininin düşmənləri qarşısında olmalıdır.
    AİLƏNİN İNTİZAMINDAKI MÜHÜM AMİLLƏR
    Ailə intizamında ər-arvad münasibətlərində iki mühüm amil mövcuddur:
    Birinci amil: iki nəfər arasındakı hakim qanunlar, yəni arvadın ərinə və ya əksinə olan münasibətlər.
    İkinci amil isə birincidən daha mühüm və incədir: qarşılıqlı anlaşma, bir-birini düşünmək, mehribanlıq, səfa və səmimiyyət.
    Əgər evdə "mənimki” və "səninki” sözləri, yaxud "nə üçün” və "nəyə görə” kimi suallar qarşıya çıxsa, bütün bunlar qara nöqtəyə çevrilərək nəticədə yaşayışı pozacaqdır.
    ÜRƏYİN QARALMASI
    İmam Sadiq (əleyhissalam) buyurur: "Hərgah bir adam günah iş görsə, qəlbində qara bir nöqtə yaranar. İkinci günaha mürtəkib olduqda qəlbindəki qara nöqtə böyüyüb çoxalmağa başlayır, axırda bu qaraltı bütün qəlbi əhatə edir ki, bu surətdə insan heç vaxt nicat tapmayacaqdır.(İmam Sadiq (əleyhissalam) buyurur: "Hərgah insan günah bir işə mürtəkib olarsa, qəlbində qara bir nöqtə yaranar. Əgər tövbə edərsə, o nöqtə də məhv olub aradan gedər. Yox əgər günah işi görməyi davam etdirsə, o qara nöqtə artmağa başlayıb bütün qəlbini tutar. Belə olanda o insan heç vaxt nicat və qurtuluş yoluna çatmaz.” ("Üsuli-kafi”, 3-cü cild, səh.373))
    "Sonra onlar ki, pis əməllərə və bəd rəftara düçar oldular (yəni Allahın əmrindən çıxıb, günah etdilər), kafir oldular və Allahın ayələrini məsxərə edib, yalan dedilər...”
    İlahi ayələrə yalan demək və onları məsxərə etməyin nəticəsi Allah buyuran günahlara düçar olmaq səbəbi ilə ürəyin qaralmasıdır.
    AİLƏ MÜHİTİNİN POZULMASI
    Ailə münasibətlərində qara nöqtə yaranarsa, ər və arvadın hər ikisi onu aradan qaldırmaq üçün məsuliyyət daşıyırlar. Məsum İmamların (əleyhimussalam) hədislərində oxuyuruq: Əgər ailədə ixtilaf baş verərsə, dərhal onu aradan qaldırın və münaqişəni həll etməyincə və bir-birinizdən razı qalmayınca gecəni sübh etməyin. Kiçik və cüzi ixtilaflar üst-üstə toplanaraq ailədə böyük çətinliklər əmələ gətirir ki, bunun sonu ya boşanmaya, ya da əzab-əziyyətli yaşayış və acı həyatla qurtarır. Münaqişənin boşanma ilə sona yetməsi Allahın ən çox qəzəbləndiyi işlərdən biridir.(Bu, Peyğəmbərdən nəql olunan bu hədisin məzmunudur:) Əgər yaşayış acı həyata səbəb olarsa, insan üçün işgəncəli zindandan belə pisdir. Hər iki halda övlad həyatının xətərə uğraması qətidir. Belə mühitdə böyüyən uşaqlar çox vaxt ruhi xəstəlik və ya müxtəlif günahlara düçar olacaqlar. Ərə getməkdə çətinlək çəkən, uşaq böyütməkdə, ailə saxlamaq bacarığı olmayan qızlar, həmçinin əsəbi, bəd əxlaq, mədəniyyətsiz, tünd və kobud xasiyyəti olan oğlanlar adətən bu cür ailələrdə böyümüşlər.
    QADINLARDA BƏYƏNİLƏN SİFƏTLƏR
    Qadında üç sifət: paxıllıq, qorxu və təkəbbür olmalıdır. İmam Əli (əleyhissalam) qadınlara yaraşan sifətlər barəsində belə buyurur:: "Qadındakı ən yaxşı sifətlər kişilərdə ən pis sayılan xasiyyətlərdir ki, təkəbbür, paxıllıq və qorxudan ibarətdir. Qadın təkəbbürlü olarsa, ərindən başqasına heç vaxt təslim olmaz. Həmçinin, əgər qadında paxıllıq sifəti olarsa özünün və ərinin malını qorumaqda ciddi-cəhd göstərib çalışqan olacaqdır. Eləcə də, qadın qorxaq olarsa, qarşılaşdığı hər bir hadisədən qorxub hiyləgərlərin toruna düşməyəcəkdir. Lakin sadalanan bu sifətlər kişilər üçün bəyənilməmişdir.”(("Vəsailüş-şiə”, 14-cü cild, səh.266))
    Qadının təkəbbürlü olması naməhrəm qarşısında olmalıdır, kişinin düşmən müqabilində mərd və təkəbbürlü olması kimi. qadının naməhrəm qarşısıdakı təvazökarlığının heç bir mənası olmayıb, əksinə düzgün yolu təkəbbürə malik olmasındadır. Qadınların naməhrəm qarşısındakı təbəssüm və təvazö etməsi əksər hallarda naməhrəmlərin sui-istifadələri ilə nəticələnmişdir. Qadınlar bacardıqca naməhrəmlə qarşılaşmamalıdırlar. Amma, əgər naməhrəmlə üzləşib danışmaq lazım gələrsə təkəbbürlü olub heç vaxt mülayim söhbət etməməlidirlər ki, şəhvətləri qarşısında aciz qalan kişilər tamaha düşməsinlər.
    Qeyd olunduğu kimi, qorxu qadınların bəyənilən sifətlərindən biridir. Qadın heç vaxt özünü qorxmaz və şücaətli göstərməməlidir ki, başqalarının nəzər-diqqətini özünə cəlb etsin. Məsələn, gecə vaxtı təkbaşına evdən çıxması ilə hiyləgər və namərdlərin toruna düşməsi mümkündür ki, bu da irz-namusunun, abır-həyasının əldən getməsinə və bədbəxtçiliyə gətirib çıxara bilər. Bəyənilən qorxu qadının öz iffət və namusunu qoruduğu haldadır.
    Paxıllıq da qadın üçün bəyənilmiş sifətlərdən biridir. Çünki bu xüsusiyyət qadının ərinin malından muğayat olmasına, israfa yol verməməsinə səbəb olur.
    Category: Ailə səadətinə necə nail olaq? | Views: 1202 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024