İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 26 » Ailə səadətinə necə nail olaq?
    9:23 AM
    Ailə səadətinə necə nail olaq?
    ALTINCI FƏSİL
    QARŞILIQLI GÜZƏŞT VƏ MƏHƏBBƏT
    Qeyd olundu ki, tam surətdə iki nəfər arasındakı əxlaq müvafiqliyi qeyri-mümkündür. Bu mətləb o qədər aydın və məlumdur ki, filosoflardan bəziləri bu haqda hər bir kəs özünə bağlıdır – yəni mahiyyət nəzərindən başqası ilə fərqi vardır-söyləmişlər. Elmi ibarətlə desək, "insan özünə həsr olunmuş bir növdür. Yəni hər bir insanın vücud və varlığı başqası ilə fərqlidir. Buna görə də qadın və kişinin əxlaq sarıdan tam müvafiq olaraq sırf müsbət bir nəticəyə yetişməsini gözləmək lazım deyil.
    İnsan ömrü boyu müxtəlif adət və ənənələrlə üzləşir. Ailə qurmaq fikrinə düşənlər bu mühüm məsələyə diqqət edib fikir verməlidirlər ki, ailə qurmaq məsələsində tam bərabərliyə nail olmaq mümkün deyil. İnsan öz istək və arzularının tam həqiqətə yetəcəyi barədə qətiyyətlə fikirləşməlidir.
    Adət fərqi və ruhiyyələrin müxtəlifliyi məlum olduğuna görə evin isti ocağının soyuq və ruhsuz olmaması ilə yanaşı, yaşayışa ürək sıxıntısı və qəmginlik yol tapmasın deyə müxtəlif təqdirəlayiq tədbirlər fikirləşmək lazımdır.
    Əvvəldə deyilənlər bunlara tutarlı cavabdır. Yəni qadın, kişi və ailənin digər üzvləri qarşılıqlı əfv, güzəşt, bağışlamaq, fədakarlıq qaydalarını nəzərə almalı və ələlxüsus kişi bu mühüm məsələyə daha artıq əhəmiyyət verməlidir.
    GÜZƏŞTİN MÜSBƏT ROLU
    Əziz oxucular, bu cümləni öz həyatınız üçün ülgü götürün: "həmişə insan gözəl niyyətli olmalı, müsbət və yaxşı cəhətləri məharətlə qavrayıb mənfi və pis nöqtələrə nəzər salmamalıdır.” İnsan yaxşı niyyətli olarsa və həmişə camaatın yaxşılıqlarına nəzər salarsa çətinlikləri həll olacaqdır. Amma əgər bədbin və mənfi fikirli olsa, yaşayış onun üçün çətin olar. Mümkündür ki, belə insanlar axirətdə, məhşərə insan şəklində daxil olmasınlar.
    Məsələn, bədbin və mənfi fikirli insanlar milçəyə bənzəyirlər ki, həmişə çirkin mühit və aludəlik sorağındadır. Bunlar həyat yoldaşlarının yaxşı və müsbət cəhətlərini görmür, sübhdən axşama qədər paltar yumaq, yemək bişirmək, uşaq saxlamaq, ev təmizləmək və s. bu kimi işlərə sərf etdikləri vaxt və zəhmətlərini heç sayır, xoşlarına gəlməyən kiçik bir şeyi bəhanə gətirərək etiraz və fəryad edirlər.
    İnsan istər evdə, istərsə də başqa mühitdə gözəl niyyətli olub işləri yaxşılığa yozmalı, məişət işlərinə yaxşı baxaraq həyat yoldaşının səhvlərini əfv etməli və həmişə yaxşılıqlarını nəzərə almalıdır. Əslində hüsn niyyət və xoş baxışlı olmalı insan yaşayışında hakim olmalıdır. Ona görə məlumdur ki, hər bir şəxs, o cümlədən insanın həyat yoldaşı müsbət əxlaqi cəhətlərə və məxsus üstünlüklərə malikdir ki, əgər onlara diqqət yetirilsə, həyat öz şirinliyində qalacaqdır.
    MÜSƏLMAN QARDAŞ HAQQINDA BƏDGÜMAN OLMAQ
    Bu barədə əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurur:
    "Öz dini qardaşlarınız barəsində hüsnü-zənn edin, gözəl niyyətdə olun ki, ürəkləriniz səfa və paklıq tapsın.”("Nisa” surəsi, ayə:34)
    Həmçinin bu barədə "Misbahüş-şəriət” kitabında (səh. 381-də) belə bir hədis qeyd olunmuşdur: "Din qardaşlarınızdan birini nalayiq və xoşagəlməz bir halda, yaxud bir məkruh işi yerinə yetirərkən görsəniz, onun hərəkətini yetmiş yolla yaxşılığa yozub ona lazım olan müsbət mənanı verin. Əgər bundan sonra da ürəyiniz aramlıq tapmazsa öz nəfsinizi danlayın ki, bir müsəlmandan gördüyünüz işi yetmiş dəfə yaxşılığa yoza bilməyib üstünə pərdə çəkə bilmirsiniz ki, onu üzrlü hesab edəsiniz. Belə olan halda siz iztirablı nəfsinizi danlamağa layiqsiniz.”
    Məhz bu səbəbə əsasən, insan həmişə – istər cəmiyyətdə olsun, istərsə də ailədə, dost-tanışların, yaxın adamların yaxşılıq və üstünlüklərinə diqqət etməlidir. Başqalarının işini düzgünlüyə yozaraq səhvlərinə göz yummalıdır.
    ÜRƏK SƏFASI HÜSNÜ-NİYYƏT NƏTİCƏSİNDƏDİR
    Gözəl niyyət və camaatın yaxşılıqlarına nəzər etmək insanın ürəyini səfalı edər. Əgər bir nəfər çirkin sifətləri özündən uzaqlaşdıraraq nəfsi ilə cihad və mübarizə edərsə bu hədəfə çata bilər. Bu zaman insan həmişə aramlıq və rahatlıq halında yaşayıb daima şadlığını qoruyar. Bu cür adamlar mənzildə heç vaxt ixtilaf etmir, heç kəsdən də yersiz ümid və istəkləri yoxdur.
    HÜSNÜ-NİYYƏTİN DÜNYADA YAXŞI NƏTİCƏSİ
    İnsanlar məsum olmadıqları üçün, xəta etmək imkanı onlarda vardır. Qadının da səhv etməməsi, bütün işləri kişinin istədiyi kimi yerinə yetirməsi mümkün deyildir. Üstəlik bir xətanın baş verməsi imkanı təbii, ondan uzaq olmaq isə qeyri-mümkündür. Kişi gərək bu zəif nöqtələrə göz yumub əvəzində qadının gözəl əməl və müsbət cəhətləri qarşısında razılıq və qədirdanlıq etsin.
    İnsan belə edərsə dünyası abad olar, narazılıq və ixtilafları sona yetər və həmişə şad olar və cəmiyyət əhli də ona ehtiram edər, heç vaxt əsəb zəifliyinə düçar olmaz və başqalarının ona olan məhəbbəti azalmaz, övladları həsəd, kin və digər ruhi xəstəliklərə tutulmazlar.
    HÜSNİ-NİYYƏTİN AXİRƏT SAVABI
    Bütün bu sadaladıqlarımızdan da mühümü axirət səadətidir ki, Quran onu bizlərə belə vədə vermişdir:
    "İman əhli gərək həmişə yüksək himmət sahibi olsunlar, Allahın məxluqlarına qarşı əfv və kəramətlə rəftar edib, bir-birlərinin pisliklərindən keçsinlər. Məgər istəmirsiniz ki, Allah da sizin haqqınızda məğfirət (bağışlamaq) və ehsan etsin? Əlbəttə Allah-Taala daha çox bağışlayan və mehribandır.”("Misbahüş-şəriət”, səh.380)
    Əmirəl-möminin (əleyhissalam) buyuruğuna əsasən "İnsan dünyada zəncirlənib biyabanların tikanları üstündə çılpaq sürüklənsə, amma bu dünyadan sonra (axirətdə) asudə və xoşhal olacağını bilsə, bütün bu çətinliklərə əhəmiyyət verməz.”
    İndi ki, əziz İslam bizi əfvə, kəramətə, xata və səhvləri görməməzliyə vurmağa, müsbət cəhətlərə meyl etməyə, hüsnü-niyyətli olmağa, pisliyi ürəyimizə salmamağa, bunların əvəzində yaxşılıq və müsbət cəhətləri nəzərə alaraq həm dünyamızı, həm də axirətimizi abad etməyə çağırırsa, bu surətdə əgər biz belə etsək, Allah-Taala da Qiyamət günü pisliklərimizin üstünü örtüb gizlədər ki, bundan qiymətli heç nə ola bilməz. Belə ki, məhşərin vəhşətli və qorxunc səhrasında insanın günahları görməməzliyə alınıb əməllərinin qara qovluğu üzə çıxarılmasın? Təkcə elə bu, insana bəs edər ki, başqalarının, o cümlədən ailəsinin pisliklərinə nəzər və diqqət edib üzə vurmasın.
    Əziz oxucular bu şərif ayəni əmişə xatirinizdə saxlayın, hər səhər-axşam onun haqqında fikirləşib buyuruqlarına əməl edin və bilin ki, sizin dünya və axirət səadətiniz ona əməl etməyin sayəsindədir. Yeri var ki, bu Rəhman kəlamını qızıl suyu ilə yazıb qızlarınıza cehizlik qoşasınız.
    Bəli, bir-birinizin pisliklərinizi bağış-layın ki, Allah da Qiyamət günündə sizin günahlarınızı əfv etsin. Mənfi fikirli və bədbin olmayın, bir-birinizin pislik və nöqsanlarınıza, eləcə də həyat yoldaşınızın səhvlərinə göz yumun ki, Yaradan da sizin pislik və günahlarınıza Qiyamətdə göz yumsun. İnşaallah!
    QADIN VƏ KİŞİ BİR-BİRİNİN ÖRTÜYÜDÜR
    Quran ər-arvadın rabitəsini çox gözəl və bariz ifadə ilə təsvir edərək mübarək "Bəqərə” surəsinin 187-ci ayəsində buyurur:
    "Onlar (qadınlar) sizin (hicab, ismət və paklıq) libasınızdır və sizlər də onların iffət libasısınız.”
    Yəni, əgər aranızda kiçik bir ixtilaf baş vermişsə, onu öz aranızda həll edin. Heç vaxt səy göstərməyin ki, o ixtilafı başqasının yanına üzə çıxarasınız, hətta doğma ata-ananız da olmuş olsa belə.
    Belə olan surətdə həm qadının, həm də kişinin öz ailəsində yaranan ixtilafları ata, ana və yaxın adamları üçün açıb söyləməyə haqqı yoxdur.
    İXTİLAFIN HƏLL OLUNMASI
    İxtilaf və münaqişələri bacardıqca ailə çərçivəsində saxlayın və əgər onların açıb-danışmaqdan başqa çarəsi olmazsa, Quranın bizə göstərdiyi yoldan istifadə edin:
    "Ər-arvad arasında mübahisə və ya ixtilafın yaranmasından qorxsanız, bir nəfər kişinin, bir nəfər də qadının qohumları və ya yaxın adamları tərəfindən hakim seçin. Əgər məqsəd kişi və qadının rabitəsinin islahıdırsa, Allah-Taala onları bu işdə müvəffəq edəcək. Həqiqətən Allah bütün işləri bilən və xəbər-dardır.”("Nur” surəsi, ayə:22)
    Hakimlik və qazılıq ailə münasibətlərinin pozulmasına və ya ər-arvadın ayrılmasına gətirib çıxaracaqdırsa və ailəni xilas etmək üçün başqa bir çarə tapmadıqda olmalıdır. Hər iki tərəfdən bir, yaxud bir neçə nəfər ağsaqqal kimi seçilərək məsələni sülh yolu ilə sona yetirməlidirlər. Beləliklə, ixtilaf və münaqişəni ailədən kənarda müzakirə etmək sonuncu mərhələdədir ki, bir isti ocağın pozulması, ya da boşanma ilə üzləşmiş ola, yoxsa kiçik bir ixtilaf və mübahisə üstündə qəzavət məsələsinin ortaya atılması insafsızlıqdır.
    NƏTİCƏ:
    Yuxarıda qeyd olunan mübarək ayədən məlum olur ki, mümkün olan həddə qədər ailənin daxili məsələləri, sirləri evdən kənarda müzakirə olunmamalıdır.
    İnsanın paltarı bulaşıq olarsa, bu çirkinlik onun xəcalət çəkməsinə səbəb olduğu kimi, eləcə də qadın və ya kişinin nöqsanlarını başqalarının yanında həll etmək, buna bənzər ki, insan özü paltarını bilərəkdən bulaşdıraraq başqalarına göstərir. Bu onun öz abırının getməsi və utanmasına gətirib çıxaracaqdır.
    Ər-arvadın borcudur ki, evdə ixtilaf salmasınlar, amma əgər ixtilaf düşərsə, onu öz aralarında həll edib evdən bayıra çıxarmamalıdırlar. bütün bunlarla yanaşı, ev mühitində iffət və güzəşt hakim olmalıdır. Qadınla kişi bir-birinə qarşı xoş rəftar edərək, hövsələli olmalıdırlar.
    ŞƏRƏFLİ İNSANLARIN NƏSİHƏTİ
    Böyük şəxsiyyətlərdən biri deyib: "Evlənməyin ilk aylarında cinsi fitrətin güclü olduğuna görə, xüsusilə də ər-arvadın bir-biri ilə yaxın əlaqədə olduqlarına görə hər iki tərəfin əxlaq zəiflikləri və zahiri pislikləri görünməz qalır. Çünki:
    "Sevgi və məhəbbət adamı kor və kar edir.”("Nisa” surəsi, ayə:35)Amma bir il ötdükdən sonra qadın və kişi daha adiləşir və bundan sonra çatışmamazlıq və zəifliklər bir-birinin ardınca görünməyə, sonra ailə mühiti soyumağa başlayır ki, bəzən də boşanma və ayrılığa səbəb olur, yaxud yaşayış acı həyatla əvəz olur. Təbiidir ki, belə mühitdə tərbiyə alan uşaqlar ürəyi kinli boya-başa çataraq ruhən xəstə böyüyəcəklər.
    QADIN VƏ KİŞİNİN FİTRİ MƏHƏBBƏTİ
    İlahi fitrət baxımından Allah ər-arvad arasında əvvəldən məhəbbət yaratmışdır. Lakin çox vaxt insanlar öz səhvləri ilə bu məhəbbətə zərbə endirirlər.
    "Bu Allahın məhəbbət nişanələrindəndir ki, aramlıq tapmağınıza sizin üçün öz cinsinizdən yoldaş yaratdı ki, bir-birinizlə ünsiyyətdə olasınız və sizin aranızda dostluq, mehribanlıq bərqərar etdi (ki, həqiqətdə yaşayış, asayiş, rahatlıq və xoşluq buna arxalanır). Həqiqətən bunda düşünənlər üçün ilahi hikmət və dəlillər vardır.”("Hər kəs bir şeyə eşq bağlasa, o şey onun gözlərini bağlayar.”.("Nəhcül-bəlağə”, səh.330.))
    Yaşayışda mənfi fikirlər, bədbinliklər, anlaşılmamazlıqlar, dil yaraları yaranarsa, Allah verən məhəbbət donacaqdır. Çünki kiçik dil yarası, səhvləri üzə vurmaq və s... fitri məhəbbəti aradan aparmaq üçün böyük səbəblərdən biri hesab olunur. Bu cəhətdən İslamda kişilərə sifariş olunub ki, qadınlarına sevgi və məhəbbət bəsləsinlər. Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu barədə belə buyurmuşdur:
    "Kişinin öz arvadına dediyi "mən səni sevirəm, mən səni çox istəyirəm” sözü heç vaxt onun qəlbindən çıxmaz.”
    İmamların (əleyhissalam) rəftar və davranışlarını örnək edib, əfv və kəramət adətlərini özünüzə əsas və sənəd qərar verin.”
    Bunun ailə mühitindəki nəzmin möhkəmliyi və uşaqların düzgün tərbiyəsinə lazım ola biləcək müsbət təsiri vardır.
    XƏBƏRDARLIQ
    Əziz oxucular, əfv etməyi özünüzdə vücuda gətirib pisliklərdən keçin, səhvlərə göz yumun və həyatda müsbət fikirli olun. Həmişə çirkin və zəif nöqtələr sorağında uçan milçək kimi olmayın. Başqalarının (məxsusən ev mühitində) aydın, müsbət və yaxşı cəhətlərini görməyə səy göstərin, zəif və mənfi nöqtələrə əhəmiyyət verməyin ki, bu surətdə aranızda ixtilaf düşməz. Əgər bir münaqişə baş verərsə də, dərhal aradan gedər. Daha mühüm olan budur ki, Pərvərdigari-aləm Qiyamət günündə bu şəxslərin qara əməl naməsini açmaz və onların günahları üzərinə əfv qələmi çəkər.
    Category: Ailə səadətinə necə nail olaq? | Views: 900 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024