İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 12
Qonaqlar 12
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 26 » Ailə səadətinə necə nail olaq?
    9:17 AM
    Ailə səadətinə necə nail olaq?
    SƏKKİZİNCİ FƏSİL
    AİLƏ NEMƏTİ VƏ ONUN ƏSƏRİ
    Ötən bəhslərdə ev mühitinin insan və onun düzgün tərbiyəsi üçün çox faydalı, sağlam ruh inkişafı üçün mühüm bir məktəb olmasını qeyd etdik. İnsan bu mühüm məsələyə yaxşı diqqət edib münasib fürsət və imkanlardan lazımınca istifadə edə bilsə və ümdə məsələ olan öz əsəblərini tam surətdə ələ ala bilsə həm özünü, həm də başqalarını düzgün tərbiyə və islah edə bilər.
    ÖZÜNÜ VƏ BAŞQALARINI TƏRBİYƏ ETMƏK
    Bilirsiniz ki, İslam məktəbində təkid olunmuş vacib və mühüm məsələlərdən biri də insanın özünü yaxşı əxlaq sahibi edərək özündə sağlam ruh yaratması, qısa sözlə "özünü islah etməsi” problemidir. Özümüzü islah, nəfsimizi pak etmək ümdə vəzifələrimizdən sayıldığı kimi, başqalarının tərbiyə olunması haqda da fikirləşib onların düzgün tərbiyə və islah olunması üçün birinci mühüm addım olan ailə qurmaq da vacib vəzifələrdən biridir.
    "Ey iman gətirənlər! Özünüzü və ailənizi Cəhənnəm odundan qoruyun.” (Asiya Fironun arvadı olmasına baxmayaraq, çox imanlı və möminə bir qadın olmaqla Allah dərgahında böyük məqama və xas ehtirama malik idi.)
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilən zaman Allah tərəfindən öz qohum-əqrəbasını, yaxın adamlarını ilahi əzabdan qorxutmaq, yəni camaatı islah edərək tərbiyələndirmək işini və öz qohumlarını haqq yoluna dəvət etməyə əmr olundu:
    "Ey Peyğəmbər! Öz qohumlarını Allahdan qorxut!” ("Təhrim” surəsi, ayə:6)
    Başqa sözlə, cəmiyyətin islahını öz ailə və qohumlarından başla, əvvəl öz ailəni, sonra isə sair cəmiyyət üzvlərini islah et!
    Eləcə də özünün və həyat yoldaşının yaxşı əxlaqa yiyələnməyinə çalışmaq və övladlarını İslamın bəyəndiyi, göstəriş verdiyi kimi tərbiyələndirmək ataların çox böyük vəzifələrindən biridir. Bu mühüm məsələ yalnız insanın öz əsəblərini tam surətdə ələ alması və özünü pis, xoşagəlməz əməllərdən qoruması ilə mümkündür. Bilin ki, özünüislah, övladları düzgün tərbiyələndirmək və onların mənəvi şəxsiyyət kimi böyüməsi üçün ev mühitindən yaxşı bir ocaq yoxdur və tapılmayacaqdır.
    Saleh və Allah bəyənən işlərimizlə həyat yoldaşımızın əxlaqını öz əxlaqımıza uyğunlaşdıra bilərik. Əlbəttə, bu öz rəftar və əxlaqımızın meyarı müqədəs İslam şəriətinə araxalandığı zaman gerçəkləşə bilər.
    AİLƏ–İNSAN TƏRBİYƏSİ OCAĞI
    Ailə ər-arvad münasibətlərinin yüksəlməsi, təkamülə yetməsi üçün gözəl bir məktəbdir. Ürək genişliyinə malik olub söz qəbul edə bilsək bu mühitin faydası daha artıq olacaqdır. Belə ki, bu növ işlərdə təkrar, israr etməyin və dözümlü olmağın çox böyük təsiri vardır. Habelə danışıq da təsir göstərir, lakin iş və əməllə göstərilən nəsihətin təsiri daha böyükdür.
    Birinə ilk nəsihət təsir etməzsə və həmin nəsihəti təkrar edərək məsələni ciddi tutmaqla bu təsir daha artıq olacaq, agahlığı artacaqdır. Bu müvəffəqiyyət tənha hövsələli və ürək genişliyinə sahib olmaq sayəsində əldə oluna bilər.
    Psixoloqların öz hədəflərinə nail olmaq üçün gördükləri işlərdən biri sözlərini təkrar etməkdir. Amma əməl və rəftarın əsəri daha çoxdur, belə ki, əgər kişi namazı ilk vaxtlarında qılarsa arvad da namazı əvvəl vaxtda qılaraq ibadət əhlinə çevriləcəkdir.
    Kişi evdə ədəblə danışarsa hər halda, istər-istəməz arvad və uşaqlarda təsirini qoyacaqdır. Təcrübə ilə sübut olunmuşdur ki, ədəbli ata-anaların övladları həmişə ədəbli olmuşdur.
    ƏSMƏİNİN HEKAYƏTİ
    Dövrünün xəlifəsi, Məmunun vəziri olan Əsməi deyir: "Bir gün ova getmişdim, susuz və otsuz bir biyabanda yolu azdım. Susuzluq məni əldən salmışdı. Biyabanın ortasında bir çadır gördükdə sevindim və tez ona tərəf getdim. Bir cavan qadının çadırda oturduğunu gördüm. Ona salam verib su istədim. Bu zaman qadını rəngi qaçdı. Sonra dedi: Çadırda su var, amma sənə verməyə icazəm yoxdur. Lakin nahar üçün bir az süd varımdır. Onu sənə verərəm. Qadın südü mənə verdi, mən də içdim. Bir az keçməmişdi ki, uzaqdan bir qaraltı göründü. Qadın o qaraltını görən kimi su qabını götürüb çadırdan çıxdı və kənarda dayandı. Bu zaman qara və axsaq bir qocanın dəvəsi ilə gəldiyini gördüm. Bu, həmin qadının əri idi. Qadın ərini hörmətlə qarşılayıb onun ayaqlarını yudu. O nə qədər məhəbbət və xoşəxlaq göstərirdisə də kişi əvəzində pis rəftar edib öz yorğunluğundan yaranan acığını qadının üstünə tökürdü. Qadın nə qədər mehriban rəftar edirdisə kişi bir o qədər qadınla sərt və hirsli danışırdı. Bu təəcüblü mənzərəni müşahidə etməyə hövsələm çatmadı və çadırın kölgəsindən çəkilib günəşin qızmar istisi altında dayandım ki, qadın və kişinin belə rəftarlarını görməyim. Çadırdan çıxdıqda kişi mənə əhəmiyyət vermədi, amma arvadı ehtiram əlaməti olaraq məni müşayiət etdi. Cavan qadından bu ehtiramı görüb dedim: Cavanlıq və gözəlliyinə heyfin gəlmir?! Öz cavanlıq, gözəllik və əxlaqını nəyə görə bu bədəxlaq kişiyə qurban verirsən?! O, nə cavandır, nə gözəlliyi, nə də ki, sərvəti var. Nə üçün onun qarşısında bu qədər təvazökarlıq edib ehtiram göstərirsən?!
    Qadın bu sözləri eşidib çox təəssüfləndi və dedi: "Əfsus sənə! Böyük bir İslam dövlətinin vəziri olmağınla bu puç sözlərlə ərimin məhəbbətini ürəyimdən çıxartmaq istəyirsən. Nə üçün ara vurursan.”
    Əsməi deyir: Mən onun cavabına heyran qalmışdım, o isə deyirdi: "Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih)-dən bir hədis eşitmişəm və istəyirəm bu hədisə əməl edəm ki, kamil imanla dünyadan gedəm. Həzrət o hədisdə buyurub:
    "İmanın bir yarısı şükür, digər yarısı isə səbirdir.”
    Sonra sözlərinə əlavə etdi: Dünya istər yaxşı, istər pis, istər acı, istərsə də şirin ötüb keçəcəkdir. Amma mühüm məsələ insanın dünyadan imanla getməsidir. Dünya axirətə çatmaq üçün bir körpüdür. İnsanın son və həmişəlik mənzili axirətdir. Bu dünya müvəqqəti, axirət isə insanın əbədi və daimi məkanıdır.
    NƏTİCƏ
    Yuxarıda qeyd etdiyimiz ibrətli hekayədən belə nəticə əldə edə bilərik ki, rəftar və hərəkət tərzimizi mütləq düzəltməliyik. İmanımızı kamil və möhkəm etmək üçün hər fürsətdən istifadə etməliyik. Nə qədər ki, fürsət var, səfər tədarükü (axirət) haqqında fikirləşək ki,
    "Camaat günlərini qəflət yuxusunda keçirir, ruhları bədənlərindən çıxdığı vaxt ayılacaqlar.”
    Əbədi və həqiqi yaşayış bu dünyadan sonra başlayacaqdır və qəbrin ilk gecəsi əbədi həyatın başlanğıcıdır.
    EVLƏNMƏYİN ƏSAS FƏLSƏFƏSİ NƏFSİ PAKLAMAQDIR
    Qadın və kişi ailənin isti ocağı kənarında təkamülə yol tapmalı, imanın iki əsas sütunu olan səbr və şükrlə rəftar edərək bir-birinə kömək etməlidirlər. Müqəddəs İslam şəriətinin ailə qurmaqda məqsədi təkcə cinsi qərizələrin razı və rahatlıq tapması olmayıb (hərçənd bu da evlənmək fəlsəfəsinin bir qismətidir və İslam insan cəmiyyətlərində ümumi iffət və namusu qorumaq üçün evlənməyə ehtiyacı olan, yaşı çatmış oğlan və qızlara ailə qurmaq üçün əmr etmişdir), bu işdə əsas məqsədi daha mühüm bir məsələ, nəfsi saflaşdırmaqdan ibarətdir. Çünki insan ev mühiti və isti ailə ocağını özünü islah etmək və kamala çatmaq üçün ən gözəl məktəb kimi tanımışdır. İndi əgər bu qiymətli, həyatbəxş olan islah məktəbindən düzgün istifadə etməsək və ya onu dağıtsaq, bu müqəddəs İslam şəriət hakiminin təqsiri deyildir, əksinə müqəssir özümüzük ki, müxtəlif amillərlə ailə birliyinin soyuqluğuna və ya onun dağılmasına bais olmuşuq. Çox vaxt Müqəddəs Şəriət hakiminin göstərişini nəzərə almayaraq özümüz, yoldaşımız və uşaqlarımızdan yırtıcı bir heyvan hazırlayıb cəmiyyətə təhvil verir, beləliklə də özümüzü qəbir və Qiyamət əzabına düçar edirik.
    NEMƏTLƏRİN ŞÜKRÜ
    Allah təbarək və taala buyurur:
    "Əgər nemətlərə şükür etsəniz, sizin nemətinizi artıracağam; yox əgər küfr-nemət (nankorluq) etsəniz, sizi şiddətli əzaba giriftar edəcəyəm.”("Şüəra” surəsi, ayə:214)
    Amma, nemətlərin şükrü tənha maddi nemətlərin şükründə xülasələnmir. Məsələn əlimizə pul çatanda dilimizdə şükür edirik. Əlbəttə, bu şükrün yalnız bir növüdür. İnsan Allahın bütün maddi və mənəvi nemətləri müqabilində şükr etməlidir.
    AİLƏ NEMƏTİNİN ŞÜKRÜ
    Əziz oxucular, qadın və kişi üçün ən böyük və ən gözəl nemətlərdən biri də ailə nemətidir. İnsan evlənib ailə qurduqdan sonra Allahı yaddan çıxartmamalıdır, Ailə mühiti ailə üzvlərinin orada tərəqqisi, mənəvi yüksəlişi üçün bir məktəbdir. Əgər insan Allahın bu böyük nemətindən yaxşı surətdə istifadə etməzsə, şərif Quran ayəsinə əsasən, "Həqiqətən Mənim əzabım çox şiddətlidir”, yəni dünya və axirətdə Allah-Taalanın şiddətli əzabına düçar olar.
    EV MÜHİTİ RƏHMƏT YERİDİR
    Allah kişini qadın, qadını da kişi üçün xəlq etmişdir ki, ailə qursunlar. Ailə mühitində aramlıq və rahatlıq tapsınlar. Ev mühiti nigaranlıq və pərişanlıqları aradan aparan bir yer olmalıdır. Qurani-şərif ev mühitini bu cür bəyan etmişdir: "Ev başdan-başa rüfət, mehribanlıq və rəhmət olan bir məhəldir.”
    Beləliklə, ailənin isti ocağının soyuqluğuna səbəb ola biləcək hər hansı rəftar bir növ küfr-nemətdir (nemətlər qarşısında nankorluq etmək).
    Rüfət və məhəbbətin çox həssas, zərif və şüşə kimi nazik olmasını hamı bilməlidir. Bəzən bir acı söz neçə illik məhəbbət sarayının dağılması üçün kifayət edir və çox görünüb ki, yersiz və məntiqsiz söylənilən söz, bir-birinə qarşı bəd-gümanlıq neçə illik məhəbbəti ürəklərdən qopararaq ailə birliyini məhv edir.
    AİLƏDƏ KÜFR-NEMƏTİN NƏTİCƏSİ
    Bir-birinə qarşı bədgümanlıq və etimadsızlıq yaranan bir evdə artıq heç vaxt Allah rəhməti və bərəkətləri nazil olmayacaq, üstəlik Allahın qəzəbi onu bürüyəcək və əmin-amanlıq, asayiş, aramlıq yeri olan ev, ürək sıxıntısı, müxtəlif narahatlıq və cürbəcür ruhi xəstəliklər mərkəzinə çevriləcəkdir. Bu ilahi əzabdır ki, küfr-nemət nəticəsində nazil olur. Soyuqluq, narahatlıq, ümidsizlik, ixtilaf, ürəyin ölməsi və qəmginliyin hər hansı bir ailəyə hakim kəsilməsindən böyük əzab yoxdur. "Həqiqətən Mənim əzabım çox şiddətlidir.”
    Bu cür ailə üzvlərinin ən böyük giriftarçılığı ölümdən sonra bilinir, çünki əxlaqsız qadın və kişi qəbir əzabına düçar olub, onların bir-birinə vurduğu dil yarası və ürək sıxıntısı qəbir aləmində ilan və əqrəbə çevrilərək onların qəbrini dolduracaq və Qiyamət gününə qədər onlarla həmdəm olacaqlar.
    Qurani-Kərim bu barədə buyurur:
    "Ağır, dəmir gürz və əmudlar onların başı üzərində hazır olar.”("İbrahim” surəsi, ayə:7)
    Bu odlu gürzləri biz məhz öz əməl və rəftarımızla məlaikənin əlinə veririk. Bu gürzlərin ağırlığı insan başına enən zaman o qədər şiddətli və əzicidir ki, adamı neçə min il aşağı aparır. Quranda gəlmişdir ki, "Hər vaxt əzab əhlindən olan bu dəstə qəbirdən, onun üzücü qəmindən, yandırıcı kədərindən nicat tapmaq üçün çıxmaq istəsələr, əzab mələkləri onları Cəhənnəmə sarı qaytarıb deyəcəklər ki, gərək yandırıcı od əzabını dadasız!”
    "Zəqqum”("Həcc” surəsi, ayə:21) bizim rəftar və əməllərimizin nəticəsidir. Kişi və ya qadın evdə əxlaqsızlıq göstərib ailə mühitinin soyumasına səbəb olarsa, həqiqətdə özünün sabahı üçün "Zəqqum” əkmişdir. Cəhənnəmin "Həmim” adlı qaynar suyu da bizim mənfi rəftar və əməllərimizin nəticəsidir:
    "Bu əzabı (onlar) öz-özləri üçün hazırlayıblar (yəni, bu onların öz günahlarının nəticəsidir) və Allah Öz bəndələrinə qarşı heç vaxt zülm etməz.”(Cəhənnəmin şölələrindən yaranan ağacın adıdır.)
    Kişi, qadının təqsirkar olub-olmamasına əhəmiyyət vermədən onun ürəyini yandırmaqla evdə soyuq münasibət yaradarsa, qiyamət günü cəhənəmin qaynar suyu, yəni "Həmim” onun ürəyini, dünyada öz mənfi əməl və rəftarı ilə arvadının ürəyini yandırıb, alovlandırdığı qədər yandıracaqdır.
    Əlbəttə, əgər qadın günahkar olarsa, kişi şəriətin buyurduğu kimi, moizə etmək, küsmək və s. mülayim hərəkətlərlə rəftar etməlidir.
    QARŞILIQLI KÖMƏK
    Ev işlərində qadına kömək etmək axirətdə müxtəlif ilahi nemətlərə, eləcə də huril-eyn surətinə çevriləcəkdir. Buna görə də kişi ev işlərinin hamısını qadının üzərinə yıxmamalıdır. Əlbəttə qadın da öz növbəsində evdarlıq vəzifəsini unutmamalıdır. Belə ki, Allahın razılığı, məsum İmamların (əleyhimussalam) ruhlarının xoşhallığı və Behiştə getmək həm qadın, həm də kişi üçün bir-birinə kömək göstərməkdədir.
    Hədislərdə oxuyuruq: "Bir qadın yerə süfrə sərib və ya yığsa Allah ona rəhmət nəzəri ilə baxar, Cəhənnəmi ona haram edər. Bir şərtlə ki, Cənnət qapısını acı sözləri ilə öz üzünə bağlamasın.”
    İMAM ƏLİNİN (əleyhissalam) EV İŞLƏRİNDƏ GÖSTƏRDİYİ KÖMƏK
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Həzrəti-Əli (əleyhissalam)-ın evinə gələndə İmamı mərci təmizləməklə məşğul olduğunu müşahidə edir və buyurur: "Əgər kişi ev işlərində arvadına kömək edərsə, Allah-Taala xoşhal olub ona rəhmət nəzəri ilə baxar və Behişti onun üçün vacib buyurar. Həmçinin, hər kəs Allah xatirinə ailəsinin rəhmət, rahatlıq və asayişi yolunda zəhmət çəkib iş görərsə, Allah yolunda cihad edənlərdən sayılar.”
    PEYĞƏMBƏR (səlləllahu əleyhi və alih)-DƏN BİR HƏDİS
    Peyğəmbərdən nəql olunubdur ki, o Həzrət belə buyurmuşdur: Merac gecəsi mələklərin qəsrlər tikib, iş görməklə məşğul olduqlarını gördüm. Amma bəzən əllərini işdən çəkir və iş görmürdülər. Bunun səbəbini Cəbraildən soruşdum. O dedi: Bu qəsrlərin tikilməsi üçün lazım olan materiallar dünyadan göndərilir. Yəni insanın gözəl və saleh əməlləri bu qəsrləri tikərək digər Behişt nemətlərinin işə düşməsi üçün vasitə, avadanlıqdır.
    Məsələn, Behiştdəki Huril-eynin insana qismət olması həyat yoldaşına xidmət etməyin nəticəsindədir. Həmçinin, xalqa edilən xidmətlərin savabı qəsrə çevriləcək, namaz və sair ibadətlər isə altından çaylar axan bağlara dönəcəkdir.
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabələrindən biri ona dedi ki, bizim axirətdə qəsrlər, huril-eyn və çoxlu nemətlər varımızdır. Həzrət buyurdu: Bu şərtlə ki, od göndərib onları yandırmayasınız.
    Yəni günahlar insanın yaxşı və saleh əməllərini yandırıb külə döndərəcək bir oddur.
    BİR NÜMUNƏ
    Misal üçün, aşağıdakı nümunəni göstərmək olar. Əgər bir kişi sübhdən axşama qədər iş görüb, zəhmət çəksə belə, amma axşam evə qayıdarkən üzünü turşutmuş və narahat olarsa, belə ki, hətta öz arvad-uşaqları onunla söhbət etməkdən çəkinsələr, bu işin Allah yanında heç bir dəyəri yoxdur və Allah yolunda cihad hesab olunmur.
    XƏBƏRDARLIQ
    Əziz oxucular! Ev mühitində üzü turş olmayın, qəm, qüssə və narahatlığı ev daxilinə gətirməyin. Siz əlbəttə evdən kənarda iş görərək yorulur və yorğun olursunuz. Yoldaşınız da evdə işlə, fəaliyyətlə məşğuldur. O da yorğun olur. Onda gərək bir-birinizin yorğunluğunu başa düşüb dərk edəsiniz, nəinki düzgün olmayan və qeyri-İslami rəftarlarla bir-birinizin yorğunluğunu daha da artırasınız. Əziz oxucular, bu kitabda oxuduğunuz müxtəlif bəhs və dərslərə əhəmiyyət verib onları həyata keçirmək üçün səy göstərin ki, Şəriətin Müqəddəs qaydalarına və məsum İmamların (əleyhimussalam) nəsihətlərinə əməl etməklə Behişti özünüz üçün satın alıb nemətlərini qabaqcadan əldə edəsiniz. Bu iki günlük dünya ötəri və müvəqqətidir. Əbədi və həmişəlik qalan sizin yaxşı ya pis davranış və əməllərinizdir. Unutmayın ki, əməlləriniz mücəssəm olacaqdır. Ehtiyatlı olun, bu əməllər qəbir evi və Qiyamətdə sizinlə yaxın və birlikdə olacaqdır.
    Category: Ailə səadətinə necə nail olaq? | Views: 924 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024