İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 26 » Ailə səadətinə necə nail olaq?
    9:14 AM
    Ailə səadətinə necə nail olaq?
    DOQQUZUNCU FƏSİL
    AİLƏ TƏRBİYƏ VƏ İNSANI İSLAH MƏHƏLLİDİR
    Ailə mühiti düzgün tərbiyə və insani xüsusiyyətlərin formalaşması üçün münasib yer və məhəldir. Fürsəti gərək əldən verməyək ki,
    "Bilin ki, həyatda bir çox fürsətlər vardır ki, Allah tərəfindən əsən nəsim küləklərə bənzəyir. Bu fürsət və nəsimlərdən istifadə etməyə çalışın.”
    Belə fürsətlərdən özümüz və uşaqlarımızın düzgün tərəbiyəsi və islahı üçün yerindəcə istifadə etməliyik.
    ƏMƏL İLƏ NƏSİHƏTİN ƏSƏRİ
    Kişidə ürək genişliyi olsa vəzifələrinin yerinə yetirilməsində də bacarıqlı olar. Moizə və mehriban rəftar nəticəsində qadının könlünü tez bir zamanda ələ almaq olar. Elə buna görə də kişi evdə həm nəsihət edən, həm də təbliğatçı olmalıdır. Əgər edilən bu moizə əməl ilə birlikdə olarsa təsiri iki qat olub lazımlı tərbiyəni özündə cilvələndirəcəkdir. Misal üçün, kişi evdə gecə namaz qılıb ibadət edəndirsə, qadının gecə namazı qılmamağına baxmayaraq tədricən o da ərinin saleh əməlinin təsiri altına düşəcək və çox çəkməyəcək ki, qadın da gecələr oyaq qalıb namazı və ibadət əhlinə çevriləcəkdir.
    KİŞİNİN RƏFTARININ QADINDA TƏSİRİ
    Təbiidir ki, qadın qeybət, töhmət, şayiə yaymaq, böhtan və s. söylədiyi zaman ərinin əziyyət, nifrət və narahatlığı ilə qarşılaşarsa, günahın meydana gəlməsi zəminələrini hazır görməyəcək və nəticədə qeybət və töhmət və s. kimi çirkin əməllər sizin evinizdən uzaqlaşacaqdır.
    Əksinə, kişi evdə sədaqətli olmayıb hiyləgərlik və nadürüstlük edərsə, qadın öz ata evində sədaqətlə böyümüş olsa belə, az bir müddətdə öz sədaqətini itirəcək, yalançı və hiyləgərə çevriləcəkdir. Həmçinin, əgər qız ata evində olarkən namazını camaatla və əvvəl vaxtda qılmasına baxmayaraq, namaza və ibadətə laqeyd, yaxud az diqqət edən bir kəsə ərə gedərsə, çox çəkməz ki, öz ərinin xasiyyətini götürəcəkdir. Əgər qadın ərindən iffət və paklıq körsə iffəti daha da artacaq və əgər Allah göstərməsin iffətsizlik və ya napaklıq müşahidə edərsə iffətsiz və namussuz olacaq. Eləcə də ərindən laqeydlik və ya xudbinlik görərsə, az bir zamanda iffət və hicabında zəiflik edib süstlük göstərəcəkdir.
    Quran və Əhli-beyt (əleyhimussalam) hədislərindən də keçdikdə, təcrübə sübut etmişdir ki, hicabına fikir verməyən qızlar mömin ərlərinin evinə köçərkən, ev məktəbi və dərsi onlar üçün həqiqi tərbiyə ocağı olub, onları iffətli və imanlı olmağa səsləmişdir. Elə namuslu qızlar da olub ki, İslami və dini məsələlərə əhəmiyyət verməyib Allahın halal-haramına diqqət etməyən oğlanlara ərə getdikdə iffət və hicabda səhlənkar, diqqətsiz olublar.
    AİLƏDƏ SƏDAQƏTİN VACİBLİYİ
    Əgər kişi və qadın ev mühitində sədaqətli və məhəbbətli olmasalar, dünya və axirətdə hamının gözündən düşəcəklər. Çox müşahidə olub ki, qadın öz ərinin mehribansızlıq və məhəbbətsizliyi nəticəsində öz məhəbbətini itirib bu da bəzən iffətsizliyə səbəb olur. Səy edin, məsləhət üzrə də olsa, yalandan uzaqlaşın. Çünki hətta çarəsizlik halında belə murdar ət yemək və ya şərab içmək kimi olan qeybət, yalan və s. mütləq öz pis təsirini göstərməlidir. Qeybəti rəva bilmək təkcə o yerdədir ki, daha mühüm, məsləhətli bir iş irəli gəlmiş olsun. Məsələn, əgər birinə zülm edilərsə, şəriət hakiminə şikayət etməyə haqqı vardır. Hərçənd bu da qeybət sayılır, amma İslam nəzərindən belə qeybətə icazə verilir. Əgər əli şəriət hakiminə çatmazsa, bu zaman ona olunan zülmdən fəryad edərək məhz bu vasitə ilə zalımı cəzasına çatdırmalıdır.
    İCAZƏ VERİLƏN QEYBƏTƏ BİR NÜMUNƏ
    Hekayət olunmuşdur ki, bir şəxs Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib deyir: Qonşum mənə əziyyət edir. Həzrət buyurur: Bu işə səbir et, çünki, yaxşı qonşu təkcə qonşusuna əziyyət etməyən qonşu deyil. Bundan da (qonşusuna əziyyət etməyən qonşudan da) yaxşı qonşu o şəxsdir ki, qonşusunun əzab-əziyyətinə dözsün.”
    Bir müddət ötdükdən sonra kişi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib öz qonşusunun əlindən şikayət edir. Yenə də həzrət həmin şəxsə səbir etməyi əmr edir, bunun əvəzində savabının böyük olmasını ona xəbər verir.
    O kişi üçüncü dəfə qonşusunun əziyyətindən həzrətə şikayət etdikdə Həzrət əməli olaraq qeybətə icazə verib buyurur: Cümə günü camaatın küçə-bazarda çox get-gəl edən vaxtında mənzil ləvazimatı və vəsaitlərini evdən qırağa çıxart, arvad-uşaqlarını da onun üstündə oturt. Hər kim bu işin səbəbini soruşsa, de: "Vay, qonşunun zülmündən!”
    O şəxs həzrətin buyuruğuna əməl edir. Çox çəkmir ki, qonşusu bu işin nəticəsində hamının onun verdiyi zülm və əziyyətindən agah olduğundan xəbər tutur və o kişinin yanına gedib ondan xahiş edir və söz verir ki, bir daha onlara əziyyət etməyəcək. Beləliklə o qonşu islah olur. Quranda gəlibdir:
    "Allah, camaat haqqında aşkar pis danışmağı – bir kəsə zülm edildiyi hal istisna olmaqla – xoşlamır. Allah-Taala Öz bəndələrin sözlərini eşidən və onların necəliyini biləndir.”("Ali-İmran” surəsi, ayə:182)
    YALANIN RƏVA GÖRÜLMƏSİ BARƏDƏ
    Bu ayədən məlum olur ki, qeybət, bu qeyd olunan xüsusi haldan başqa, rəva deyildir.
    Yalan danışmaq da bu cürdür. Yalan danışmağın günahı çox böyükdür. Belə ki, Qurani-şərif yalan danışmağı bütpərəstliklə eyni səviyyədə zikr etmişdir:
    "Bütlərin çirkinliyindən və batil sözdən (yalan və boş-boş danışmaq, qeybət etmək və s. kimi) uzaq olun.”("Nisa” surəsi, ayə:148)
    Amma bəzən bir mühüm məsləhət qarşıya gəlir ki, o zaman yalan danışmaq halal olur. Belə ki, əgər yalan danışmaqla bir günahsız ölümdən nicat tapacaqsa, o zaman yalan demək nəinki caiz, hətta vacib olur. Amma hər halda, yalan danışmaq hər cür olursa olsun sədaqətsizliklə birgədir və öz pis təsirini hökmən göstərir. Məhz elə buna görə də əxlaq elmi mütəxəssisləri naçarlıq hallarında belə rəva görülmüş günahları imkan daxilində düçar olmamağı sifariş və məsləhət edirlər.
    İMAM XOMEYNİ (R.Ə) TƏRƏFİNDƏN BİR HƏDİSİN TƏFSİRİ
    Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub:
    "Qeybət etməkdən çəkinin, həqiqətən o, Cəhənnəm itlərinin yeməyidir.”
    Böyük ustadımız, İslam İnqilabının əzəmətli rəhbəri, İmam Xomeyni (rə) həzrətləri bu hədisi belə təfsir etmişdir: "Çox qeybət edən şəxsin həqiqəti dəyişilib, it şəklinə düşür ki, onu mütləq Cəhənnəmə sarı aparacaqlar. Dünyada etdiyi qeybətlər Qiyamət günü çirk, qan və iylənmiş ətə dönüb yemək üçün bu itin qabağına atılacaq. Bu yeməkdən (çirk və qan) yeyən zaman bütün bağırsaqları parça-parça olub alovlanacaqdır.”
    QEYBƏTİN MƏNASI
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən qeybət haqqında soruşanda, həzrət buyurdu: "Qeybət–bir müsəlman qardaşın arxasınca elə sözlər danışmaqdır ki, əgər həmin sözlər aşkar olarsa, haqqında danışılan şəxs narahat olar.”
    Təəssüflər olsun ki, bu günahın böyük günahlardan hesab olunmasına və onu edən üçün Cəhənnəm odu və "Həmim” suyu vədəsi verilməsinə baxmayaraq bizim məclislərimizin noğulu və şirnisidir.
    QEYBƏTİN HƏQİQƏTİ
    Bir gün Ayişə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə deyir: Filankəsin boyu balacadır. Birdən həzrətin üzünün rəngi dəyişir və buyurur: Ayişə nə üçün qeybət etdin? Qus! Elə ki, Ayişə qusur, ağzından bir miqdar iylənmiş ət çıxır. O təəccüblənib deyir: Ey Allahın Rəsulu (səlləllahu əleyhi və alih) mən ki, ət yeməmişdim? Həzrət buyurur: Məgər Quran oxumamısan?("Həcc” surəsi, ayə:30) Quran buyurur:
    "Bir-birinizin qeybətini etməyin, sizlərdən bir kəs var ki, öz qardaşının ətini ölmüş halda olarkən yemək istəsin? Bu cür işdən heç vaxt razı olmazsınız.”("Biharül-ənvar”, 75-ci cild, səh.256)
    İmam Zaman (əleyhissalam) müsəlmanların məhəllələrindən birində qeybət edildiyini gördükdə sanki, o həzrət bir dəstə leş yeyən quşu bir murdar olmuş heyvanı didərək yeyən halda görür.
    QEYBƏTİN AİLƏ ÜZVLƏRİNƏ MƏNFİ TƏSİRİ
    Əziz qardaşlar! Qeybət etməyin. Heç vəchlə ailə mühitini bu günaha bulamayın. Əgər bir kişi evdə qeybət etsə arvad-uşaqları da qeybət əhli olacaq.
    Adi camaat arasında deyirlər ki, uşaqların əxlaqından ata-ananın əxlaq və davranışını bilmək olar. Bir ailənin uşaqlarını sizinlə mehriban görsəniz, bilin ki, onların ata-anası da sizə qarşı xoş münasibətlidir və əgər uşaqlar sizinlə mehriban olmasalar onların ata-analarının da sizi istəmədiklərini, yalnız üzdə özlərini sizinlə mehriban göstərdiklərini bilin.
    VALİDEYNİN İKİ QAT GÜNAHI
    Dəfələrlə xatırladıldığı kimi, ev, ailə mühiti məktəb adlandırılmışdır. Valideynin öz uşaqlarını bu məktəbdə tərbiyələndirməsi mühüm vəzifələrindən biridir. Əgər övladlarınız sizin əməlləriniz ucbatından yalan danışıb və ya qeybət edən olsa və ya hər bir pis iş, başqa bir günah sahibi olsalar, həmin günah onun əməl dəftərində qeyd olunmaqdan əlavə, sizin də nameyi-əməlinizdə yazılacaqdır. Çünki:
    "Hər kəs bir gözəl işin əsasını qoyarsa, Qiyamət gününə kimi həmin işə əməl edənlərin mükafat və əcri azaldılmadan o işin əsasını qoyan şəxs üçün də yazılacaq. Həmçinin əgər bir kəs cəmiyyətdə bəyənilməz bir iş və ya günahın bünövrəsini qoyarsa, həm özünün, həm də o pis işə əməl edənlərin hər birinin günahları heç bir şey azaldılmadan ona yazılacaqdır.”
    Yəni, ata-ananın qeybət edib və ya yalan danışması səbəbləri üzündən onların uşaqları da qeybət edən və ya yalan danışan olsalar, Qiyamət günü ata-ana uşaqlarının günahına görə də əzab çəkəcəklər.
    UŞAQLARIN QƏBUL ETMƏK İSTEDADI
    Uşaq beyni fotoaparata bənzəyir ki, qarşısında olan hər şeyin şəklini çəkir. Məhz buna görə, müstəhəbdir ki, uşaq anadan olarkən sağ qulağına azan, sol qulağına iqamə deyilsin ki, "Allahu Əkbər” nidası uşağın təvəllüd anından onda təsir qoyaraq bir növ tovhidlə tanış etsin. Qoy "Əşhdu ənnə Muhəmmədən Rəsulullah” nidası onu nübüvvətlə tanış etsin, "Əşhədu ənnə Əliyyən vəliyyullah” nidası onu Məsum İmamların (salamullahi əleyhim əcməin) vilayəti kölgəsinə apararaq Əhli-beytin məhəbbət və vilayətinə yaxın etsin.
    Category: Ailə səadətinə necə nail olaq? | Views: 889 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024