İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 26 » Ailə səadətinə necə nail olaq?
    9:13 AM
    Ailə səadətinə necə nail olaq?
    ONUNCU FƏSİL
    XOŞRƏFTARLIQ
    Qeyd olunduğu kimi, alicənablıq, sədaqətlilik, güzəşt və fədakarlıq evdə ər-arvadın ən böyük vəzifələrindən biridir. Əgər ailədə bu xüsusiyyətlər olmasa bu isti ocaq soyuyub ruhdan düşəcəkdir. Eləcə də ər-arvad xoşrəfar olmalıdırlar. Evdəki xoşrəftarlıq mühit münasibətlərinin isti və daha da qaynar olmasına səbəb olub uşaqların tərbiyəsinə gözəl zəminə yaradan ünsürə çevrilər. Bundan əlavə evdə ər-arvad xoşrəftarlığı axirətdə arzu olunan müsbət nəticələr verir, lakin bədrəftarlığın pis təsiri ilk qəbir gecəsində özünü büruzə verəcəkdir.
    KİÇİK GÖRÜNƏN BÖYÜK MƏSƏLƏLƏR
    Ruhi və psixoloji elmlərdə "böyük sayılan kiçiklər” adlı bir bəhs vardır. Yəni çox vaxt insanın kiçik hesab etdiyi bir məsələ həqiqətdə çox böyük məsələ sayılır.
    Məsələn, bir əsgərin səliqəsiz geyinməsi və ya qərargah, kazarma və iş yerini təmiz saxlamaması və s. işlər mümkündür ki, öz nəzərində adi və sadə sayılsın, amma qərargahın adına ləkə gətirmək və ya əsgərlərin haqqında pis fikir yaratmaq üçün böyük bir amildir.
    HƏYAT YOLDAŞI ÜÇÜN AYRILAN VAXT
    Ailədə "böyük olan kiçiklər” vardır. Mümkündür, bir məsələ birinin nəzərinə kiçik və əhəmiyyətsiz sanılsın, amma ailə münasibətlərinin yaxşılaşması yolunda həyat yoldaşının könlünü almaq üçün çox mühüm olsun. Misal üçün ərin gün ərzində həyat yoldaşı üçün məxsus saat ayırması vacibdir. Belə olmamalıdır ki, bütün günü işlə məşğul olub gecə də evə gec qayıdaraq şam yeməyini yeyib yatsın və sabahı gün də onun kimi. Hədislərdə oxuyuruq ki, insan öz vaxtını bölməli, arvadı üçün də müəyyən bir saat təyin etməlidir.
    MADDİ VƏ MƏNƏVİ İSTƏKLƏRƏ DİQQƏT
    Həmçinin, kişi evdə arvadının söylədiklərinə tam hövsələ ilə qulaq asıb onun maddi və mənəvi istəklərinə, hətta ürəyincə olmasa da belə, diqqət etməlidir. Kişi Allahın rizasına, eləcə də ailə münasibətlərinin yaxşılaşması və arvadının şəxsiyyətinə ehtiram əlaməti olaraq onun sözlərinə qulaq asıb, diqqət etsə böyük savabı vardır. Çünki, Allahın bəyəndiyi hər bir iş Onun rizası üçün edilərsə fəzilət və savaba malikdir.
    AİLƏ ÜZVLƏRİ İLƏ MƏŞVƏRƏT
    Kişi evdə vaxtının bir hissəsini ailə üzvləri üçün ayırıb onlarla bir yerdə oturmalı, söhbət etməli, zəruri və qeyri-zəruri məsələləri bir-birinə deyib, birlikdə məşvərət etməlidir. Allah-Taala Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-ə buyurur:
    "Öz işini Allaha təvəkkül etməklə yerinə yetir. Amma, məşvərəti də unutma, (yəni başqaları ilə məşvərət etməklə onlara şəxsiyyət ver).”("Hücürat” surəsi, ayə:12)
    Beləliklə, ev işlərində məşvərət lazımdır. Öz rəyinə arxalanaraq qadının fikrini nəzərə almamaq səhvdir.
    Psixoloqlardan bəzisi hətta uşaqlarla belə məşvərət etməyi lazım bilirlər. Yəni, onların fikir və əqidisinə ehtiram edib onları da nəzərə almalıyıq.
    Başqa ibarətlə desək, ev kiçik bir məmləkətə bənzəyir ki, onun işləri məşvərət və məsləhətlə həyata keçirilməlidir. Bu kiçik məmləkətin taleyi isə onun vətəndaşları ilə məşvərət edərək həll olunmalıdır.
    MƏŞVƏRƏTİN MÜSBƏT ƏSƏRİ
    Ailə üzvləri əgər evdə dil tapa bilsələr bir daha ruhi çatışmazlıq və narahatlıqlara düçar olmazlar. Kişinin də xoş əxlaqlı olub şirin dillə onlara cavab verməsi onun əsas vəzifələrindən biridir. Öz rəyini bəyənib istəklərini zorla ailə üzvlərinə qəbul etdirmək səhv iş olub, pis nəticəyə malikdir.
    Ev mühitində xoşrəftarlığın digər nümunələrindən biri də budur ki, kişinin arvadından bədrəftarlıq, səhlənkarlıq və ya bir səhv iş gördüyü zaman dad-fəryad etməsin, ağzına gələni deməsin və onu qınayıb danlamasın. əksinə, bütün bu sadalananlar müqabilində onu nəsihət edib mülayim danışıqla səhvlərini xatırlatmalıdır.
    NƏSİHƏTİN MÜNASİB VAXTI
    Əlbəttə, moizə və nəsihət üçün qeyri-münasib vaxt seçmək olmaz. Məsələn, əgər qadın sübhdən axşama kimi işləyib yorulmuşsa, onu nəsihət və ya moizə edərək danlamaq olmaz. Çünki bu zaman olunan moizənin heç bir əsəri olmayacaq və gözlənilməz əks-təsir ilə nəticələnə bilər. Moizə nəinki təkcə rahatlıq tələb edir, həm də xoşrəftar və mülayim söhbət etməyin də məxsus vaxtı və yeri vardır.
    Şikayət, tənqid, nəsihət, dərdləşmək və s. bu kimi işlərin hamısı münasib vaxt tələb edir. Məsələn, əgər qadın bir məsələ ilə qarşılaşarkən həssasiyyət tapıb narahat olursa, artıq moizə və nəsihətin yeri deyildir.
    Amma çox təəssüflər olsun ki, bu mühüm məsələyə lazımınca riayət olunmur ki, bu da çox vaxt təkəbbürün nəticəsində baş verir. Çox vaxt öz söz və işlərimizi başqalarına güclə qəbul etdirmək istəyirik, lakin unutmaq olmaz ki, bu iş xoşa gələn deyil və nəticəsi də ərin məhəbbətini qadının ürəyindən qoparmaqdan başqa bir şey deyildir.
    "BÖYÜK OLAN KİÇİKLƏRİN” TƏSİRİ
    Hərçənd, ailə həyatının əvvəllərində xüsusi bir mehribanlıq ər-arvadın qarşılıqlı məhəbbətini gücləndirir, lakin zaman ötdükcə bu mehribanlıq və məhəbbət solmağa başlayır ki, bu da kişi və qadının öz təqsiri üzündəndir. Əslində onların şövq və əlaqəsi günü-gündən daha artmalı və şaxələnməlidir. Bunun da səbəbi "böyük olan kiçiklər”ə riayət etməməkdir.
    MOİZƏ MÜLAYİM OLMALIDIR
    İşdən evə qayıdan zaman öz uşağınızın çöldə oynadığını gördükdə dad-fəryad edib, yoldaşınızı uşağı yaxşı saxlamadığına görə qınamamalısınız. Ona görə ki, lazım olan əsəri olmayacaqdır. Həyat yoldaşınızı nəsihət və moizə etmək istəsəniz, tam sakitlik və adi söhbətlərin gedişatında olmalıdır. Birbaşa, yaxud müəyyən vasitələrlə tam aramlıq, məhəbbət və xoş əxlaqla onun səhvini xatırladın, Çünki, maddi və mənəvi hədəfləri həyata keçirmək üçün gözəl əxlaqlı və xoşrəftar olmaqdan yaxşı bir silah yoxdur.("Ali İmran” surəsi, ayə:159)
    EV İŞLƏRİNDƏ QADINA KÖMƏK
    Ərin xoşrəftar olması nümünələrindən biri də budur ki, söz və əməli ilə yoldaşına ev işlərinin görülməsində onun köməkçisi olduğunu bildirməlidir. Kişi evdə qonaq kimi olmamalıdır ki, qadın onun üçün yemək süfrəsi açıb su gətirsin, çay süzsün, süfrəni yığışdırsın və s. Kişi də öz növbəsində ev işlərinin görülməsində yoldaşının şəriki və köməkçisi olmalıdır.
    Peyğəmbər (səlləllahu əleyhi və alih) evdə, səfərdə, hətta döyüşdə belə işlərini bölər, özü də bu işlərdə kömək edərdi.(İmam Sadiq (əleyhissalam) buyurub: "Səbr, düz danışmaq, dözümlülük (helm) və gözəl əxlaq peyğəmbərlərin əxlaqındandır.” "Sünənün-nəbi”, səh.59)
    Məsələn, döyüşlərin birində yemək hazırlanan zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) işləri bölərək odun yığmağı öz öhdəsinə götürdü. Səhabələr israr edirdilər ki, həzrət otursun və işləri də onlar görələr, amma həzrət buyurdu: "Mən də yeməkdə sizinlə şərikəm və gərək bir iş görəm.”
    Buna görə də biz gərək ev işlərinin bir qismini öz öhdəmizə götürək.
    Həzrət Əli (əleyhissalam) da münasib vaxtlarda ev işlərində həzrət Zəhraya (əleyha salam) kömək edərdi.
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurub:
    "Ailəyə xidmət göstərmək böyük günahların kəffarəsidir və Allahın qəzəb atəşini söndürür.”(İbni Şəhraşub "Mənaqib” kitabının 1-ci cildin 146-cı səhifəsində rəvayət etmişdir ki, Həzrət Peyğəmbər (s) ayaqqabısını özü yamayardı, paltarının sökülən yerini özü tikərdi, evin qapsını özü açardı, qoyun və dəvələrinin südünü özü sağardı. Xidmətçisi əl dəyirmanında un üyüdəndə yorulsaydı, həzrət özü ona kömək edərdi, gecə dəstəmaz almaq üçün suyu özü tədarük görərdi. Ümumiyyətlə bütün işlərdə ailə üzvlərinə kömək edərdi.)
    Hətta uşaq saxlamaqda da öz həyat yoldaşınıza kömək etməlisiniz. Belə olmamalıdır ki, həmişə arvad gecələr yuxudan ayılıb uşağa süd versin ya onu sakit edə, amma siz bu işdə ona kömək etməyəsiniz.
    Böyük şəxsiyyətlərin bəziləri uşaq saxlamağı öz həyat yoldaşı ilə aralarında bölüşdürmüşdülər. Belə ki, gündüzlər uşaq saxlamaq qadının öhdəsinə, gecələr isə mühüm işi öz boyunlarına götürmüşdülər.
    KİNAYƏLİ SÖZ
    Xoşrəftar olmağın nümunələrindən biri də kinayəli, tünd və acı danışmamaqdır. Hər bir acı sözlə mümkündür neçə illik məhəbbəti aradan aparasınız. Bəziləri zarafat olaraq kobud və kinayəli sözlər danışırlar ki, bu bəyənilməz və pis işdir. Belə ki, bu işin ucbatından bir çox böyük günahların zəminəsi yaranır. Bu cür şəxs qiyamət günü məsxərə olunar, söylədiyi kobud sözlər qəbirdə ilan-əqrəbə çevirilib ona əziyyət verməyə başlayacaqlar.
    İmam Səccad (əleyhissalam) həzrət Seyyidiş-Şühəda İmam Hüseyn (əleyhissalam)-dan belə nəql edir ki, o həzrət xudahafizləşərkən buyurdu:
    "Ey oğlum, məbada Allahdan başqa pənah və köməyi olmayan bir kəsə zülmü rəva biləsən!”("Biaharül-ənvar”, 103-cü cild.)
    Beləliklə dildə əxlaq və insanlıq normalarına riayət etmək çox mühüm və müstəsna əhəmiyyətə malikdir.
    İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alih) DAVRANIŞI
    "Bəni qüreyzə” döyüşündən sonra Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in yoldaşları əldə olunan qənimətə görə, həzrətdən daha artıq xərc, həqiqətdə rəngarəng bir yaşayış istəmişdilər. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) onların istəyini qəbul etməyib buyurur: "Mən İslam və müsəlmanların rəhbəriyəm. Mən çox adi bir tərzdə yaşamalıyam ki, fəqir və binəvalar həqirlik və kiçiklik hiss etməsinlər.” Amma, onlar həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) o qədər narahat etdilər ki, axırda həzrət onların yanından çıxıb getdi.”
    Peyğəmbər (səlləllahu əleyhi və alih) Həfsəyə buyurur: Bir kişinin mənimlə sənin aranda mühakiməsini qəbul edərsənmi? Həfsə deyir: Bəli. Sonra Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir nəfəri Ömərin ardınca yollayır. Ömər gəlib çatdıqda Peyğəmbər (səlləllahu əleyhi və alih) Həfsəyə buyurur: Danış! Həfsə deyir: Siz danışın amma haqqı danışın. Bu sözü eşidən Ömər Həfsənin üzünə bir sillə vurur.("Səfinətül-bihar”, 2-ci cild, səh.109) Peyğəmbər (səlləllahu əleyhi və alih) o qədər narahat olur ki, narahatlığın əsəri mübarək üzündə aşkar olur. Həzrət Ömərə buyurur: Mən səni qızını vurmağa yox, səni bizi barışdırmaq üçün çağırmışam. Daha sonra narahat halda məclisi tərk edir. Bu hadisədən sonra aşağıdakı ayələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olur:
    "Ey Peyğəmbər! Öz arvadlarına de ki, əgər dünya həyatı və onun zinətini istəyirsinizsə, gəlin sizi bəhrələndirib təlaq verim, gözəl bir təlaq ilə.”("Məcməül-bəyan”, 4-cü cild, səh.353.)
    "Və əgər Allahı, Onun Rəsulunu və axirəti istəyirsinizsə, onda (bilin ki,) həqiqətən Allah sizlərdən olan gözəl əməl sahiblərinə böyük savab hazırlamışdır.”("Əhzab” surəsi, ayə:28)
    "Ey Peyğəmbərin qadınları! Sizlər başqa qadınlar kimi deyilsiniz...”("Əhzab” surəsi, ayə:29)
    NƏTİCƏ
    Qeyd olunan rəvayət və ayələrdən məlum olur ki, evdə baş verən hər bir müşkül öz yolu ilə həll olunmalıdır. Acı sözlər danışıb döymək, söyüş söymək, əxlaqsızlıq və s. kimi qeyri səhih yollar ixtilafları həll edə bilməz. Hamılıqla "böyük olan kiçiklərə” riayət etməlidirlər. Əlbəttə, bizlərdən heç də Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) və Mövla Əmirəl-möminin (əleyhissalam) kimi olmağımız gözlənilmir, amma heç olmazsa özümüzü belə böyük şəxsiyyətlərə oxşatmağa çalışmalıyıq:
    "Şübhəsiz, sizlər üçün Allahın Rəsulunda gözəl nümunələr, ülgülər vardır, o kəslər üçün ki, Allaha, Qiyamət gününə ümidvar olub Allahı çox yad edərlər.”
    SƏHVLƏRİ GÖRMƏMƏZLİYƏ VURMAQ
    Xoş rəftar olmağın digər səciyyəvi nümunələrindən biri həyat yoldaşının bəyənilməz iş və səhvlərini bağışlamaqdır. Məsələn, əgər yoldaşınızdan yalan eşitsəniz, üzə vurmayıb müəyyən yollarla başa salmağınız daha məqsədə uyğundur. Çünki, səhv və günahları xatırlayaraq üzə vurmağın böyük ziyanı vardır. Atalar sözü olan "toyuq oğrusu, dəvə oğrusuna çevrilər” gözəl məsəldir. Ola bilsin ki, oğlunuz sizdən xəbərsiz olaraq bilməməzlik üzündən əlini cibinizə salıb pulunuzdan götürsün. Belə bir hərəkəti uşaq ya yoldaşınızdan gördüyünüz zaman çalışın ki, ona birbaşa deməyəsiniz ki, bu iş ona cəsarət gətirər. Ona müxtəlif yollarla başa salmaq lazımdır ki, oğurluq necə olursa olsun haram və pis işdir. Oğurluq edənin əli bu dünyada kəsilməsə də axirətdə kəsiləcəkdir. Beləliklə, çalışın arvad-uşağınızın səhvini onlara bir hədisi yad etməklə xəbərdarlıq edəsiniz. Onları Allah qəzəbi və çox dəhşətli bir gecə olan ilk qəbir gecəsi əzabından, Qiyamət günü Cəhənnəm odundan və s.dən qorxutmaqla o səhvləri təkrar etməkdən çəkindirin. Ailənizdən bir xəta və ya səhv duymaqla dad-fəryad edib hay-küy salmayın ki, müsbət nəticə verməməklə yanaşı, öz səhv əməlində cəsarətli olmağı həmin şəxs üçün daha da adiləşdirər. Belə ki, bu günah onun üçün adi bir işə çevrilər.
    GÜNAHDAN ÇƏKİNDİRMƏK
    Birini günah işdən çəkindərməyin ən gözəl yolu budur ki, münasib bir vaxtda aşağıdakı hədisi onun üçün danışasan.
    Bir gün bir qadın Allah Rəsulunun (səlləllahu əleyhi və alih) hüzuruna gəlib deyir: Ya Rəsuləllah, mən ərə getmək istəyirəm, mümkünsə məni müsəlman qadının ərinə bəsləməli qayğı və münasibətindən xəbərdar edin.
    Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: Birinci: qadın ailədə ərinə itaət etməlidir.
    İkinci: qadın ərinin xəbəri olmadan onun bəyənmədiyi bir işi görməməli və evdə əli əyri, ikiüzlü olmamalıdır.
    Üçüncü: ixtilaf və münaqişə baş verdikdə, əri ondan razı və xoşhal olmayınca yatağa getməməlidir.
    O qadın həzrətdən soruşur: Hətta təqsirkar kişi olmuş olsa da barışıq üçün birinci qadın irəli gəlməlidir? Həzrət buyurur: Bəli, hətta təqsirkar kişi olmuş olsa da.”
    HƏYAT YOLDAŞI İLƏ XOŞRƏFTAR OLMAQ İMAN NİŞANƏLƏRİNDƏNDİR
    Əgər həyat yoldaşınız sizdən razıdırsa, bilin ki, ən yaxşı müsəlmanlardan birisiniz.
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) dəfələrlə buyurub: "Sizlərdən daha yaxşı o kəslərdir ki, öz qadınları üçün yaxşıdırlar və mən öz qadınlarım barəsində sizlərdən daha yaxşıyam.”
    "Arvad-uşağa qarşı olan xoşrəftarlıq və məhəbbət nə qədər artıq olarsa, müsəlmanlıq və iman da bir o qədər çoxalar.”
    Bir hədisdə deyilib: "Biz Əhli-beytə öz həyat yoldaşına daha çox mehriban olan şəxslər əziz
    və mehribandır.”("Əhzab” surəsi, ayə:32)
    Başqa bir hədisdə oxuyuruq: "Hər kəsin öz həyat yoldaşına qarşı məhəbbəti artıq olarsa Allah-Taalaya imanı daha çoxdur.”("Vəsailüş-şiə”, 14-cü cild, səh.11)
    Category: Ailə səadətinə necə nail olaq? | Views: 774 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024