İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Quranla dərman

    Quranla dərman
    Giriş
    Bağışlayan və mehriban Allahın adı ilə .
    Əziz oxucu bu kitab vasitəsi ilə sizinlə əlaqə yaratdığıma görə xoşbəxtəm. İndi isə sizin dərdlərinizi (xəstəliklərinizi) bütün dərdlərin dərmanı olan Quranla müalicə edib, onun qarşısında sizin reaksiyanızı görüb eşitmək istəyirəm. Cavanlığın ilk anlarında bu müqqəddəs kitabın (Quranın) güclü təsirini hiss etdiyim halda, səni onda olan sirrlərdən agah etməməyimə heyfim gəlir. Cavanlıqda Quranla bir müddət ünsiyyət tapmışdım, Lakin onun surələrini savab üçün oxuyardım, nəhayət bir hədis mənim yadıma düşdü ki, (əl-quranu dəvaun) Yəni Quran dərdlərə dərmandır. Məhz elə buna xatir, Quranı dərdlərimin dərmanı üçün oxumağa başladım, və onun gözəl nəticələrini müşahidə etdim.
    Bəli: Allaha qovuşmaqlıq yolunda maraqlı müsibətlər doludur. Bu yolda (arif) Allahın istəyi ilə bütün fikrini ona tərəf yönəldərək, ona yaxınlaşmaqda çalışır, və onun yolunda qərq olur. Amma tez ötüb keçəsi deyil, bəlkə onun böyük əzəməti haqqında fikirləşmək, onu dərmansız (müalicəsiz) dərdə giriftar edər ki, onun əlacını bu kitabda tapacaqdır. İnşa-Allah.
    Bu xəstəliyin əlamətlərini deyəcəyəm: ki, ona mübtəla olan fərd onu (bu kitabı) oxumağı özünə lazımlı bilsin. ‎Gözlər çuxura düşübdür, və yanaqları isladan təkcə göz yaşlarıdır. sanki elə bil xəstənin bədəni quruyub, və gözləri bir nöqtəyə dikilmişdir. Bu əməl diqiqələrlə davam edir. Çox ağlayır. Necəki Pərvərdigarından xəbər gətirirlər, təbəssüm edir. Bəziləri çox şiddətlə ağlayırlar. (Nəfəs sinədə həbs olub, ya Allah deyəndə ah çəkir). Bu dəqiqələr insanın ömrünün ən şirin dəqiqələridir. Başqalarınının şadlığında qəmgindir, ancaq bu qəmginliyini gizlədib, təbəssüm edir. Bütün bədən üzvüləri süstləşib, və yuxusuzluqdan əziyyət çəkir. (Bədən) yorulub ancaq onun ağılı bu dəqiqələri sevir, və həqiqətən bu anlar ən şirin anlardır ki; "Gecə yarısının razu-niyazı yüz dərdə dəvadır." Sabit qiyafəsi yoxdur, və hər saniyə qiyafəsi dəyişməkdədir. Bu Allahı arzulayan şəxs üçün adi bir işdir. Çünki özünün ən əzəmətli (Allahın) müqabilində dayandığını dərk edir. Pərvərdigarının adını deyəndə, onu başqa işə məcbur etməyin. Çünki, bu zaman onun nəbzi (ürəyi) dayana bilər. Allahı arzulayan dostunuz bu dəqiqələrdə qorxulu bir vəziyyətdə qərar tapmışdır. Bu anlar onun xaric olmaq vaxtına yaxındır. Necəki, İlahinin adını ona pıçıldadınız, xəstəliyi şiddətlənəcəkdir. Dostunuzun vidalaşmağı istəmirsinizsə, (metod) Allahın çoxlu adlarını deyin, və onun İlahini onların arasında yerləşdirin. Bunları deməkdən məqsəd budur ki, onu eşitməyə hazırlayın, qəflətən onun İlahinin adını ona deməyin. Biz bu dərmanlardan istifadə etmişik, və onlardan çoxlu faydalar almışıq. Sizidə bu dərmanlardan istifadə etməyə dəvət edirik ki, özünüz onun ali nəticələrini görəsiniz. Allahı arzulayan çox əzgindir, və bu hal onda güclənir. Necədə ali bir dərddir. O (Allahı arzulayan) çox gücsüzdür. Çünki, zəif bir fərd qüdrətli Pərvərdigarın qarşısında dayanmışdır. Allah aşiqini çox zəif və cılız halda müşahidə etdim. Lakin, ölümündən sonra onu yuxuda Behiştin ən tanınmış fərdlərindən biri olduğunu yuxuda gördüm. Bu dərmansız dərdin müalicəsi Qurandır və yenədə Qurandır Quran.
    Üslub: Əgər Allaha tərəf getmək istəsən ağsaqqal və yaşlı Allah aşiqləri ilə məşvərət (məsləhət) et. Çünki dünya görmüş Allah aşiqləri, "İlahini" bizə lazımınca tanıtdırırlar. Bu işdə yaşlı qadınları seçin. Çünki onlar daha yaxşı bələdçidirlər.
    Çoxlu Quran oxumaq və həmişə salam vermək, Allah aşiqi üçün ən gözəl üslubdur. O vaxt ölüm asanlaşar. İndi isə sizi Quranla birlikdə tərk edirəm, ondan faydalanacağınıza ümidvaram. Çünki bu işdə bir an təfəkkür etmək, yüz illik peşimanlıq gətirər. Ey kaş mənim qara bəxtim üçün Quran oxumaq neçə yüz bərabər olaydı. Amin.
    Nəbiyyi-Əkrəm (s.ə.v.v.) adına dini və İslamı təhqiqat mərkəzi.
    Kərimi Bəxtiyari.
    Quran oxumağın savabı
    1-"Qurandan bacardığınız qədər oxuyun." (Müzzəmmil surəsi-20-ci ayə)
    2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır.
    (hər bir dərdin özünə münasib nüsxəsi vardır. Bu nüsxə min dərdə dərmandır).
    3-Quran müəllimləri və gecələr oyaq qalanlar, mənim ümmətimin ən şərafətlisidirlər.
    4-Quran oxumaq mənim ümmətimin ən şərafətli əməllərindən sayılır.
    5-Quran oxumaqla öz evlərinizi işıqlandırın. Yəhudi və Nəsranilər kimi onları gorda saxlamayın, ki, Kilsə və məbədlərdə namaz qılıb, öz evlərində isə vaxtlarını batil keçirirdilər. Çünki, Quran oxunan evdə xeyir-bərəkət artar. O evin əhlinin ruzisi bol olar. Quran oxumaq o mənzilə nuraniyyət bağışlayar. Səma, ulduzları dünya əhlinin işıqlandırdığı kimi, səma əhlini nuraniləşdirər.
    6-Keçmişin və gələcəyin xəbərləri, və sizin aranızda baş verən, həqiqətlərin hamısı Allahın kitabındadır.
    Bu elə bir kitabdır ki, haqq ilə batinin arasında fərq qoyandır, bihudə və ləğvin yox. Onu oxumaqla, xalq batil şeylərə meyllənməz, və dünya alimləri, onun mərifət dəryasından doymazlar. Çünki bu asimani kitab, həqiqətlərin sərçeşməsi və hidayətin mənbəyidir. Çoxlu və təkrar-təkrar oxumaqla köhnəlməz, və onun möcüzələri tükənməzdir. Bu elə bir kitabdır ki, hər bir sitəmkar əgər onu tərk etsə, Allah onu məhv edər. Hər kəs Qurandan azca hidayət tapmağa çalışsa Pərvərdigar onu öz başına buraxar, O, (Quran) Allahın möhkəm ipi və düzgün yoludur. Hər kəs ona əməl etsə, dəyərini alıb, əbədi savaba nail olacaqdır. Hər kəs onunla (Quranla) hökm etsə, ədalətlə davranmışdır, və hər kəs xalqı bu kitaba tərəf çağırsa, düzgün yola dəvət etmişdir.
    7-Hər kəsin danışığı Quran və evi məscid olsa, Allah-taala Behiştdə onun üçün bir bina qərar verər.
    8-Allahla danışmaq istəyən Quran oxusun.
    9-İmanlı şəxs cavanlıqda Quran oxuyursa, Quran onun əti və qanı ilə qarışar.
    Quranı oxumazdan əvvəl oxunan dua
    İlahi Quranı haqq və düzgünlüklə nazil etdin.
    Ey İlahi! mənim meyl və rəğbətimi Qurana nisbət çoxalt. onu mənim gözümün nuru, qəlbimin şifası, qəm və qüssəmi aparan qərar ver. İlahi! dilimi Quran oxumaqla zinətləndir. Onun səbəbi ilə sifətimə nuraniyyət bəxş et. Bədənimi onun itaət yolunda güclü et. Ondan faydalanmaqla mənim elmimi artır. Gecə və gündüz Quran oxuyub, sənə itaət etməkdə məni müvəffəq et, və məni Peyğəmbərin Həzrət Məhəmmədlə (s.ə.v.v.) və onun seçilmiş əhli-beyti ilə məhşur et.
    Həzrət İmam Rzadan (ə) nəql olunan hədisdə həzrət buyurur: Hər kəs Bismillah kələməsini deyə, bu, gözün qarasından ağına yaxın olan kimi İsm Əzəmə çox yaxındır. İbn Əbbasdan belə nəql olunub. Müəllim uşağa deyəndə ki, de Bismillahir-rəhmanir-rəhim və o desə, Allah o uşağın özü ata-anası və müəllimi üçün Cəhənnəm odundan amanda olmaqlarını yazır. İbn Məsud deyir: Hər kəs istəyirsə, Allah onu Cəhənnəmin on doqquz cür odundan nicat versin, Bismillahir-rəhmanir-rəhim desin. Çünki, bu cümlə də on doqquz hərifdən ibarətdir. Allah hər bir hərfi bir odun şöləsinə sipər qərar verəcəkdir.
    İmam Sadiqdən (ə) nəql olunan hədisdə Həzrət buyurub: Allah bunları öldürsün, axı necə Quranın böyük ayələrini oxumağı bidət surəsi (dində qondarma) hesab edirlər? Yəni "Bismallihir-rəhmanir-rəhim”i.
    ****
    "Fatihətul-kitab” surəsi
    (Səbul məsani, sual, şifa və nur)
    1-İbn Həmzə Bətaini rəvayət edir ki, İmam Cəfər Sadiq (ə) buyurub: Allahın İsm-əzəmi (müqddəs adları) Fatihətul-kitabda yerləşdirilmişdir. ("Səvabul-əəmal”, Şeyx Səduq səhifə 94., "Təfsir Əyyaşi” 1-ci cild səhifə 25.)
    2-Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurub: Hər kəs Fatihətul kitab surəsini oxusa, ona Quranın üçdə ikisinin ⅔ oxunmasının savabını verərlər. Elə bil ki, hər mömin və möminəyə sədəqə vermişdir. Yenədə bu məzmunda ayrı bir rəvayətdə az fərqlə nəql olunub. Elə bil ki, o Quranın hamısını oxumuşdur. Übəyy ibn Kəb deyir: Mən Fatihətul-kitabı Rəsuli-Əkrəm [s.ə.v.v.]-ə oxudum. Həzrət buyurdu: And olsun Allaha ki, Mənim canım onun əlindədir, Tövratda, İncildə, Zəburda, və hətta Quranın özündə bunun kimi surə yoxdur. Bu surə Ummul-kitabdır (kitabın anası) və səbu-məsanidir (yeddi ayədən ibarətdir) .Bu surə Allah və bəndə arasında bölüşdürülmüşdür və bəndə istədiyini ala bilir. Məhəmməd ibn Məsud Əyyaşi nəql edir ki, Nəbiyyi-Əkrəm [s.ə.v.v.] Cabirə buyurdu: Ey Cabir, istəyirsənmi Allah öz kitabında nazil etdiyi yaxşı surəni sənə öyrədim? Cabir dedi: Bəli atam-anam səna fəda olsun Ya Rəsuləllah öyrət mənə. Sonra Rəsuli-Əkrəm [s.ə.v.v.] Həmd surəsi ki "Ummul-kitab" adlanır, ona öyrətdi. Sonra isə Həzrət buyurdu: Ey Cabir onun fəziləti haqqında bilmək istəyirsənmi? Dedi: Bəli atam-anam sənə qurban. Həzrət buyurdu: Bu surə ölümdən başqa hər bir dərdə şifadır. (xərçəng, iflic, həsəd...]. İmam Sadiqdən [ə] nəql olunub ki, əgər bir kəs Həmd surəsindən şifa ala bilməsə, heç bir şey onu sağaltmaz.
    Əmirəlmöminin Əli [ə] Nəbiyy-Əkrəmdən [s.ə.v.v.] nəql edir ki, Allah mənə buyurdu: "Vələqəd atəyna səbən minəl-məsani vəl-quranil-əzim ". Ey Məhəmməd biz yeddi ayəni ki, iki dəfə sənə nazil olub, göndərdik. (Hicr surəsi 87-ci ayə.)
    Həzrəti Məhəmməd [s.ə.v.v.] buyurur: Allah Həmd surəsini bütün Quranın bərabərində qərar verdi, və xüsusilə onu nazil edəndə mənə minnət qoyub buyurdu ki, Fatihətul-kitab Ərş xəzinəsinin ən qiymətli surəsidir. Allah-taala bu surəni Məhəmmədə [s.ə.v.v.] məxsus edib, ona şərafət bəxş etdi, və Həzrət Süleymandan [ə] başqalarını bunda şərik etmədi. Ancaq Süleyman Peyğəmbərə bu surədən Bismillahir-rəhmanir-rəhim nazil edildi. Necəki Quran Bilqeysin dilindən belə hekayət edir: Süleyman [ə] tərəfindən mənə bir məktub verdilər ki, Bağışlayan və mehriban Allahın adı ilə başlanır. Həzrət sonra buyurdu: Hər kəs onu (həmd surəsini) oxusa, Məhəmməd [s.ə.v.v.] və onun əhli-beytilə zahirdə və batində dost və onlara iman gətirib, fərmanlarına itaət etmiş olar. Allah-taala hər bir hərfin müqabilində ona savab verər ki, onun hər biri dünyadan və onun xeyirlərindən üstün olar. Əgər bir kəs bu surə oxunanda ona qulaq versə, oxunuşun və onu üçdə birisinin ⅓ savabını alacaqdır. Bunları qənimət sayıb, çoxaldın, vaxtı ötüb keçməsin ki, sonra onun həsrəti qəlbinizdə qalar.
    Bu surəni qırx dəfə qabdakı suya oxuyub, sonra onu xəstəyə içirin, və sədəqə də verin. Sədəqə verilən şəxsə deyin ki, (filan) xəstənin sağalması üçün dua et.
    Cümə axşamı mühüm şeylərin hasil olması üçün Həmd surəsini 1011-dəfə oxuyun .(təcrübə olunub).
    Əhəmiyyətli şeylərin hasil olması, bəlanın və düşmənin dəf olması üçün bu surəni xətm edin.
    Şənbə günü (altıncı gün) 70-dəfə, yekşənbə günü (bazar günü) 60-dəfə, duşənbə günü (birinci gün) 50-dəfə, se şənbə günü (ikinci gün) 40-dəfə, çahar şənbə günü (üçüncü gün) 30-dəfə, pənc şənbə günü (dördüncü gün) 20-dəfə, cümə günü (beşinci gün) isə 10 dəfə Fatihə surəsini oxuyun. (təcrübə olunmuşdur).
    Cümə günündən başlayıb, qırx gün, və hər gündə 41-dəfə həmd surəsini oxusun və hər dəfə oxuyandan sonra 13-dəfə desin.
    Ya mufəttihu fəttih. Ya mufərricu fərric. Ya musəbbibu səbbib. Ya musəyyiru yəssir. Ya musəhhilu səhhil. Ya mutəmmimu təmmim. Və husubullahu və neməl vəkil.
    Hər kəs xalis niyyətlə bu xətmi oxusa, o qədər var-dövlətə malik olar ki, yığıb-yığışdıra bilməz. ("Minhac” səhifə 432).
    Miybədinin "Kəşfül-əsrar” kitabında yazılıb ki, hər kəs bu surəni aşağıdakı tərzdə oxusa, inşaallah öz məqsədinə nail olar. Bir həftə ərzində hər gündə 111-dəfə və 111 salavat göndərməklə xətm etsin. Əlbəttə bir şərti də budur ki, yeddi gün ərzində heyvan əti yeməsin. Sonra öz məqsədinə çatmaqdan ötrü desin; "Bismillahir-rəhmanir-rəhim Əlhəmdu lillahi Rəbbil aləmin. Ərrəhmanir-rəhim. Maliki yəvmiddin . İyyakə nəbudu, və iyyakə nəstəin.- sonra Tovhid (Qul huvəllah) surəsini üç dəfə oxusun . Onun davamında "Allahummə kəma cəmətə bəynə sifatikə və əsmaikə və əfalikə, fəcməə bəyni və bəynə hacəti, bihəqqi Muhəmmədin vəalihi əcməin" duasını oxusun. Sonra isə Həmd surəsinin qalanını yəni İhdinəs-siratəl mustəqim Siratəlləzinə ənəmtə ələyhim ğəyril məğzubi ələyhim, vələzzallin " oxusun.
    Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs Həmd surəsini bu iki ayə ilə on gün ərzində, gündə on bir dəfə, hamısı birlikdə 110-dəfə olmaqla hər bir böyük yaxud kiçik hacət və mətləbinin olmasından asılı olmayaraq, oxusun. Bu üslub da təcrübə olunmuşdur və hacətə çatmaq üçün daha əlverişlidir.
    Deyirlər ki, qüdrətli olmaqla bərabər onu yerinə yetirməkdə acizlik qarşıya çıxar. (göz dəyməsin) Üç cümə axşamı hər gecəsində bir rükət namaz qılsın, və hər rükətdə on dəfə Həmd surəsini və on bir dəfə Tovhid surəsini oxusun . Salamdan sonra (yüz) 100 dəfə salavat göndərsin.
    Bir nəfər özünün yoxsulluğundan Peyğəmbərə [s.ə.v.v.] şikayət etdi. Həzrət buyurdu: Öz evinə daxil olanda salam ver və bir dəfə Həmd surəsini oxu. O kişi həzrətin buyurduğu kimi etdi; Allah-taala onun, özünün və qonşularının ruzisinə bərəkət verdi.
    Əbu Süleyman nəql edir ki, Allahın Rəsulu [s.ə.v.v.] ilə kafirlərə qarşı müharibəyə getmişdim, aramızda bir kişi sər "Epilepsie" (bir növ əsəb xəstəliyidir) xəstəliyinə tutulmuşdu. Səhabələrdən birisi Fatihə surəsini onun qulağına oxudu, o ayağa qalxıb tamamilə şifa tapdı. Bu hekayəti kainatın ağası Rəsuləllaha çatdırdılar. Həzrət buyurdu: "Hiyə ummul kitab və hiyə şifaun min kulli dain". Yəni o (Fatihə surəsi) ummul kitabdır (Quranın anasıdır) və hər dərdə şifadır.
    Həmd surəsini yetmiş dəfə oxumaq hər bir dərd üçün faydalıdır.
    Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs həmd surəsini bu iki ayə ilə on gün və hər gündə on bir dəfə oxusun, (hamısı bir yerdə 110 dəfə olur). Bütün kiçik, böyük hacət və mətləbi olmuş olsa, belə bunları oxusa hacətinin müstəcab olmağını yaxınlaşdırar. (təcrübə olunub).
    1-"Ənzələ ələykum min bədil ğəmmi əmənətən nuasən yəğşa taifətən minkum və taifətun qəd əhəmməthum ənfusuhum yəzunnunə billahi ğəyrəl həqqi zənnəl cəhiliyyəti. Yəqulunə həl-ləna minəl əmri min şəyin. Qul innəl əmrə kulləhu lillahi, yuxfunə fiənfusi-him mala-yubdunə ləkə yəqulunə ləv kanə ləna minəl-əmri şəyun maqutilna hahuna. Qul ləv kuntum fibuyutikum ləbərəzəlləzinə kutibə ələyhimul qətlu ila məzaciihim vəliyəbtəliyəllahu mafisudurikum vəliyuməhhisə mafiqulubikum. Vallahu əlimun bizatis-sudur". (Ali-İmran surəsi 154)
    2-"Muhəmmədun Rəsulullahi vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittovrati. Və məsəluhum fil-İncil kəzərin əxrəcə şətəhu fəəzarəhu fəstəğləzə fəstəva əla suqihi yucibuz-zərraə liyəğizə bihimul kuffaru vəədəllahul-ləzinə amənu və əmilus-salihati minhum məğfirətən və əcrən əzimən". (Fəth surəsi 29)
    Category: Quranla dərman | Added by: Islam_Kitabxanasi (2012-05-13)
    Views: 2303 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024