İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Quranın elmi ecazkarlığl

    Quranın elmi ecazkarlığl

    YERİN HƏRƏKƏTİ İLƏ BAĞLI SON SÖZ
    Yerin hərəkəti və istinad olunan ayələr haqqında aşağıdakı məqamları nəzərdən qaçırmaq lazım deyil.
    1. Qeyd olunan 13 ayəyə əsasən demək olar ki, Quran Yerin hərəkət etdiyini qəbul edir. Əlbəttə, bu ayələr hər biri fərqli hərəkətdən söhbət açır.
    2. Quranın işarə vurduğu elmi məqamlar o dönəmdə hakim olan Ptolomey təlimlərinə zidd idi. Çünki Ptolomey təlimlərinə görə Yer dünyanın mərkəzi və sükunətdə idi. Lakin Quran Yerin hərəkətindən söhbət açırdı. Bu Quranın xəbər verdiyi elmi bir məsələ idi. Hansı ki, təqribən 9 əsr ondan sonra Kopernik tərəfindən sübuta yetirildi. Bu növ məsələlər Quranın və Peyğəmbərin (s) əzəmətinin göstəricisidir.
    3. Quranın Yerin hərəkətindən xəbər verməsi onun əzəmətini göstərsə də elmi möcüzələrindən hesab oluna bilməz. Çünki hələ Ptolomeydən öncə Samoslu Pifaqor, (e. ə. təqr. 500-580), Plutarx (e. ə. təqr. 46-127), Samoslu Aristarx (e. ə. 2-3 əsrlər), Arximed (e. ə. təqr. 287) və başqaları Yerin hərəkət etdiyini söyləmişlər. Deməli, İslamdan öncə dünyanın elmi ictimaiyyəti Yerin hərəkət etdiyi və ya sükunətdə olduğu haqqında iki baxışla tanış idi. Onlardan biri hakim nəzəriyyə, yəni Yerin sükunətdə olması (Ptolomey təlimi), digəri isə məğlubiyyətə uğramış nəzəriyyə, yəni Yerin hərəkəti ilə bağlı versiya idi.
    Elmi ecazkarlıq o zaman olur ki, heç kim Quranın verdiyi xəbəri (ondan öncə) bilmək iqtidarında olmasın. Halbuki Yerin hərəkəti nəzəriyyəsi Quran nazil olmazdan öncə bir elmi nəzəriyyə kimi irəli sürülmüşdür. Əlbəttə, bu, Quranın əzəmətinə kölgə salmır. Çünki Quran ən məşhur alimlərin Ptolomey təlimlərinin əsiri olduğu bir dönəmdə açıqca onun əksi olan elmi məsələlərdən söhbət açmışdır.
    QURANDA YERİN KÜRƏŞƏKİLLİ OLMASI İLƏ BAĞLI AYƏ VARMI?
    Quranın Yerin kürəşəkilli olması haqqında söhbət açdığını əsaslandırmaq üçün "مشارق” [məşariq] və "مغارب” [məğarib] ifadələri olan ayələrə istinad olunmuşdur. Bu ayələr aşağıdakılardır.
    فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ
    "Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik”(Saffat, 5. ).
    "Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərqlərinə və qərblərinə varis etdik”(ھəhristani, "İslam və astronomiya”, səh. 32-34. ).
    "O, göylərin, Yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur”("İslam və astronomiya”, səh. 34-35. ).
    Qeyd: İlk ayədə şərqlər və qərblər (məşriqlər və məğriblər) ifadələri mütləq şəkildə işlədilmiş, Yer, Günəş və ya ulduzlarla qeydlənməmişdir. İkinci ayə Yerin şərqləri və qərblərindən söhbət açır. Üçüncü ayə isə yalnız şərqlərdən söhbət açsa da onu Yer, Günəş və ya ulduzlarla qeydləndirməmişdir.
    QISA TARİX
    İlk baxışdan Yerin düz (hamar) olduğu nəzərə çarpır. Bu ilkin təsəvvür antik dövrlərdən adi insanların əqidəsinə çevrilmişdir. Lakin elm adamları Yerin forması, hansı şəkildə olması haqqında fərqli fikirlər irəli sürmüşlər. Belə fikirlərdən bir neçəsinə nəzər salaq:
    1. Anaksimen güman edirdi ki, Yer su üzərinə düşmüş bir qurğuşun parçası kimi fəzada asılı vəziyyətdə qalmışdır. O, düz (hamar) olduğu üçün suyun üzündə qalmışdır. Əgər yığılarsa, suyun təkinə batar.
    2. Bəzi qədim kilsə nəzəriyyəçilərinə görə Yer vertikal (şaquli) formada olub, qeyri-müəyyən bünövrələr üzərində bərkidilmişdir.
    3. Bəziləri Yerin konusvari olduğunu düşünürdülər. Onun başı yuxarıya, təki isə aşağıya doğrudur. Alt hissəsi sonsuzdur.
    4. Anaksimandra görə Yer girdə sütun şəklində idi.
    5. Bəziləri Yerin həcmcə kubşəkilli, formaca altı bucaqlı olduğunu düşünürdülər.
    6. Bəziləri Yerin dəf şəklində (çalğı aləti) olduğunu düşünürdülər.
    7. Bəziləri onun təbil (çalğı aləti) formasında olduğunu güman edirdilər.
    8. Heraklit Yeri içi boş gəmiyə bənzədirdi.
    9. Bəziləri onu yarımtəbil şəklində təsəvvür edirdilər.
    10. Bəziləri onu qalxan şəklində təsəvvür edirdilər.
    11. Bəzi yunanlılar düşünürdülər ki, Yer dairəvidir və Yunanıstan onun mərkəzidir.
    12. Antik Yunanıstan və İran filosoflarının fikrincə, Yer tam kürəşəkilli, ekvator müstəvisi qütbü ilə paraleldir. Qərbdə bu fikrin yaranması Amerikanın kəşf olunduğu dönəmə təsadüf edir (1492). Bəziləri bu nəzəriyyəni bütün erkən çağ İslam alimlərinə aid etmişlər.
    13. Son illər Yerin formasının süni peyklərdə öyrənilməsi göstərmişdir ki, Yerin forması daha mürəkkəbdir, ürəyə (kardioid adlandırılmışdır) oxşayır. Şimal qütbü radiusunda planetimiz qabarıq, cənub qütbü radiusunda isə batıqdır. Bu nəzəriyyə bu gün üçün məşhur nəzəriyyədir. Məntiqi arqumentlər və elmi müşahidələr bunu təsdiq edir("Təfsiri-nümunə”, c. 6, səh 329. ).
    QƏRB VƏ ŞƏRQ ELMİN GÖZÜ İLƏ
    Şərq və qərb haqqındakı baxışları nəzərdən keçirməzdən öncə bir elmi məsələyə diqqət yetirmək zəruridir.
    Yer kürəsi Şimal və Cənub adlanan iki qütbə malikdir.
    Digər baxımdan isə Yer öz oxu və Günəş ətrafına fırlandığı üçün Yerdəki müşahidəçi səhər çağı Günəşin bir tərəfdən çıxıb, axşam çağı digər tərəfdən batdığını güman edir (Bu görmə hissinin yanılmasının nəticəsidir). Adi həyatda və bir elmi termin kimi Günəşin doğduğu yerə şərq, batdığı yerə isə qərb deyilir.
    Hər bir insana nisbətdə yuxarı və aşağı anlayışları mövcuddur. Bu, göy və Yerdir. Deməli, hər bir insana nisbətdə altı tərəf nəzərdə tutula bilər. Başqa sözlə desək, üzü Şimal qütbünə dayanmış müşahidəçinin ön tərəfi Şimala doğru, arxa tərəfi isə Cənuba doğru olur. Həmin müşahidəçinin sağında şərq, solunda isə qərb yerləşir. Yer kürəsində hər an Günəşin doğması (çıxması) və batması prosesi baş verir. Yəni Yer kürəşəkilli olduğundan daim Yerin bəzi nöqtələrində Günəş çıxır və bəzi nöqtələrində isə batır. Bundan başqa Günəş hər gün müəyyən saatda çıxır və müəyyən saatda da batır ki, öncəki günün günçıxan və günbatan saatları ilə fərqlənir. Deməli, hər bir müşahidəçinin dayandığı nöqtəyə nisbətdə şərq və qərb fərqli ola bilər. Yəni hər bir insan harda olursa olsun, ona nisbətdə bir şərq və bir qərb var. Belə də demək mümkündür ki, Yer kürəsinin şərqləri və qərbləri var və hər an yenilənir. Çünki Yer daim öz oxu ətrafında hərəkət edir və hər an Yerin müxtəlif nöqtələri üçün yeni şərq və qərb meydana gəlir. Bu mənada ilin günlərinin sayı qədər tülu (günün doğması) və qürub (günün batması) mövcuddur. Nəticədə yeni şərq və yeni qərb mövcuddur.
    ELMİ SİRLƏR
    Quranın Yerin kürəvi olmasına işarələr vurması haqqında müxtəlif fikirlər söylənilmişdir ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
    1. Seyid Şəhristani Məaric surəsinin 40-cı ayəsi haqqında yazır:
    "Allahın şərqlərə və qərblərə and içməsi şərq və qərbin çoxluğunu göstərir. Yeni kosmologiya da bunu sübut edir. Çünki Yerin kürəşəkilli olması hər an müşahidəçiyə nisbətdə Yerin bir nöqtəsinin şərq, digər nöqtəsinin isə qərb olduğuna gətirib çıxarır. Deməli, şərq və qərbin çoxluğu Yerin kürəşəkilli olması fikri ilə uyğun gəlir”.
    O, sonda Yerin kürəvi olması ilə bağlı hədislərdən çoxlu sayda dəlillər göstərir(Yenə orada, c. 19, səh. 13-14. ).
    2. Təfsirçilər "مشارق” [məşariq] və "مغارب” [məğarib] ifadələri ilə bağlı iki ehtimal irəli sürmüşlər:
    a) Günəş hər gün yeni bir nöqtədən çıxır və yeni nöqtədə batır. Buna görə də ilin günlərinin sayı qədər şərq və qərb mövcuddur. Onlar bu fikri əsaslandırmaq üçün həzrət Əlinin (ə) İbn Kəvvanin sualına verdiyi "365 şərq və qərb vardır” kəlamına istinad edirlər.
    b) Yerin müxtəlif nöqtəsində şərq və qərb fərqlidir. Bəzən bir nöqtənin şərqi eyni zamanda digər nöqtənin qərbidir. Şərqlər və qərblər ifadəsi də üfüqlərin fərqlənməsi ilə bağlıdır.
    Qeyd etmək lazımdır ki, Əraf surəsinin 137-ci ayəsi ikinci şərhə daha uyğundur. "Təfsiri-nümunə”də bu haqda yazır:
    "Yerin şərqləri və qərbləri ifadəsi Fironun hakimiyyətində olan geniş əraziləri nəzərdə tutur. Çünki kiçik ərazilərdə fərqli şərqlər və qərblər, üfüq fərqlilikləri olmur. Lakin geniş ərazilərdə Yerin kürəvi olması ilə əlaqədar üfüqlər də fərqli olur”(Gudərz Nəcəfi, Quranın heyrətləndirici məsələləri”, səh. 28-30; Əhməd Əmin, "Təkamülün yolu”, c. 7, səh. 145; Yədullah Niyazmənd, "Quranın elmi ecazkarlığı müasir elm baxımından”, səh. 189. ).
    Saffat surəsinin 5-ci ayəsində isə hər iki ehtimal keçərliliyi ilə yanaşı digər ehtimal da əlavə etmək olar.
    Birinci: Günəşin hər gün yeni bir nöqtədən çıxması.
    İkinci: Yerin kürəviliyi ilə əlaqədar fərqli şərqlərin mövcudluğu.
    Üçüncü: Müxtəlif ulduzların şərqləri.
    Hər halda məlum ayə Yerin kürəvi olması və şərqləri haqqındadır(Əbədi mِcüzə və həmi؛əya؛arlıq”, səh. 27-28.).
    3. Bəzi müasir yazıçılar hər üç ayəni Yerin kürəşəkilli olması ilə əlaqələndirir və bunu Quranın elmi möcüzəsi hesab edirlər[(Məalim əl-Quran fi əvalim əl-əkvan”, səh. 38.).
    Mühəndis Sadat("Əl-Quran yətəcəlla fi əsr əl-elm”, səh. 147. ), Şeyx Əhməd Muhyiddin əl-Əcuz(ھura, 29. ) və Şeyx Nəzih əl-Qəmiha("XX əsrin kə؛fləri”, səh. 67-68. ) da məlum ayədən (Məaric, 40) Yerin kürəvi formada olduğunun başa düşüldüyünü önə çəkmişlər.
    YEKUN
    Qeyd olunan ayələrlə bağlı bir neçə məqama diqqət yetirmək lazımdır.
    1. "مشارق” [məşariq] və "مغارب” [məğarib] ifadələri tam olaraq Yerin kürəvi olduğunu göstərmir. Yəni birbaşa "Yer kürəvidir” demir. Lakin şərqlər və qərblərin mövcudluğu Yerin kürəvi formada olmasını tələb edir. Deməli, qəti olaraq bu ayələrin Quranın elmi möcüzəsi olduğunu söyləmək olmaz. Bu incə ifadələrin elmi məsələlərə də işarə vurduğunu desək daha dəqiq olar. Çünki şərqlər və qərblərin mövcudluğu hər bir müşahidəçi üçün hiss olunandır. Bu heç kimin gətirə bilməyəcəyi bir möcüzə deyil.
    GÖYLƏRDƏ CANLI VARLIQLAR MÖVCUDDURMU?(YERDƏNKƏNAR SİVİLİZASİYA)
    Göy daim bəşər fikrini özünə məşğul edən varlıqlardandır. Göydə (Günəş sisteminin digər cisimlərində) həyatın mövcud olub-olmaması daim insanları düşündürmüşdür. Bəzi ayələrdə göydə (Kainatın planet tipli digər səma cisimlərində) həyat olduğuna işarələr var. Təfsirçilər bu mövzu ilə bağlı aşağıdakı ayələrə istinad etmişlər.
    وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ وَهُوَ عَلَى جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ
    "Göyləri, Yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!”(Amerika astronavtları H. Armstronq və E. Oldrin ilk dəfə Aya enmi؛ ("Apollon-11” gəmisi ilə) adamlardır (21. 7. 1969). "Apollon”un sonrakı buraxmı؛larında daha 10 adam Ayda olmu؛dur. )
    QISA TARİX
    İnsanlar əsrlər boyu Ptolomey təlimlərinə əsaslanaraq ulduzları göyün tavanına vurulmuş mismarlar hesab edirdilər. Lakin Kopernikin astronomik devrimindən və yeni nailiyyətlərdən sonra Yerdənkənar sivilizasiya haqqında düşünməyə başladılar. İnsanların digər göy cisimlərinə səfər etmək arzusu da mövcudluğu fərz olunan Yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaqla bağlıdır.
    Asimov "XX əsrin kəşfləri” əsərində yazır:
    "Kosmik uçuşlar vasitəsilə əldə etdiyimiz məlumatlar göstərir ki, biz mütləq ulduzları ələ keçirməliyik (onlara səfər etməliyik). Biz mütləq üstündə dostu, düşməni, nəhəngləri daşıyan planet tipli səma cisimlərini təsir altına almalıyıq”("Kosmos əsrinin biliyi”, səh. 168. ).
    İlk insan Aya endikdən sonra bu maraq daha da çoxaldı(Əl-Quran və əl-elm əl-hədis”, səh. 200-214. ). Bu haqda geniş tədqiqat işləri, müşahidələr göstərir ki, yalnız bizim qalaktikada (Ağ yol) 600 həyat mövcud olan səma cismi var. Bu ulduz və planet tipli cisimlərdə Yerdəki həyat formasına, sivilizasiyaya oxşar sivilizasiya mövcuddur. Hesablamalara görə bütövlükdə Kainatda 600 milyon həyat forması olan cisim var.
    ABŞ və keçmiş SSRİ astronomunun birgə işləyib hazırladığı "Biz tək deyilik” tədqiqat əsərində göstərilir ki, bizim qalaktikada minimum 1 milyard həyat üçün əlverişli olan (planet tipli) cisim var.
    Bir çox astronomlara görə, Yeri Kainatda insan yaşayan yeganə cisim, Yerdəki həyat formalarını isə yaşayışın mümkün vahid formaları hesab etmək olmaz("Quran və müasir elm”, səh. 221-222. ).
    Əbd ər-Rəzzaq Nofel alimlərin Yerdənkənar sivilizasiya haqqında görüşlərini qeyd edir və digər səma cisimlərində həyat olması ehtimalına üstünlük verir(Yenə orada, səh. 222-223. ).
    Əbd əl-Qəni Yerdənkənar sivilizasiyanın mövcudluğunu üç aspektdən açıqlayır (elm, əql və Quran baxımından).
    O, əqli baxımdan fikirlərini belə əsaslandırır: Əgər digər səma cisimlərində həyat mövcud olmasa, bu, Allahın hikmətinə ziddir. Geniş göy cisimləri yaradıb onları boş qoymaq sağlam ağıla müvafiq deyil("Əl-Mizan”, c. 18, səh. 58. ).
    Elmi baxımdan isə fikrini belə izah edir: Bütün varlıq aləmi (kimyəvi) tərkib, quruluş və ahəngdarlıq baxımından eynidir. Bu göstərir ki, bütün Kainatın vahid yaradıcısı var. Onların ilkin maddəsi eynidir və olarda mövcud həyat forması da Yerdəki həyat forması kimidir. Əgər bu gün alimlər Yerdənkənar sivilizasiyalar haqqında məlumat əldə edə bilməmişlərsə bu, digər səma cisimlərində həyatın mövcud olmaması demək deyil. Ehtimal ki, gələcəkdə digər alimlər yeni texniki imkanlar hesabına planet tipli digər səma cisimlərində həyatın mövcudluğunu sübuta yetirə biləcəklər("Təfsiri-nümunə”, c. 20, səh. 58. ).
    ELMİ SİRLƏR
    Təfsirçilərin məlum ayə (Şura, 29) haqqında söylədiklərinə nəzər salaq.
    Əllamə Təbatəbai yuxarıdakı ayə haqqında yazır:
    "Ayənin zahirindən başa düşülən mənaya əsasən göylərdə də Yerdə olduğu kimi canlılar yaşayırlar. ""دابة" [dabbə] sözündən məqsəd mələklərdir deyənlər” yanılırlar. Çünki "دابة” [dabbə] sözü mələklər haqqında işlənmir”("Səfinə əl-bihar”, c. 2, səh. 574. ).
    "Təfsiri-nümunə”də oxuyuruq:
    "دابة” [dabbə] sözü ən kiçik həşəratdan başlayaraq nəhəng heyvanlara qədər bütün varlıqları əhatə edir. Məlum ayədən göylərdə canlı varlıqların yaşadığı anlaşılır. Alimlər isə bu haqda hələ də qəti bir söz deyə bilmirlər. Onlar sadəcə bəzi planetlərin həyat üçün əlverişli olduğu ehtimalını irəli sürürlər”("Əl-Quran və əl-elm əl-hədis”, səh. 214-216. ).
    Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə deyilir:
    "Səmada müşahidə etdiyiniz ulduzlarda da Yerdə olduğu kimi şəhərlər mövcuddur”("Quran və günün elmi”, səh. 229.).
    Əbd ər-Rəzzaq Nofel bu haqda geniş söhbət açaraq yazır:
    "Quranda əsrlər öncə göylərdə də canlı varlıqların yaşadığı bildirilir”.
    O, bunun sübutu üçün Şura surəsinin 29-cu ayəsinə əsaslanır və bildirir ki, Allah göylərdə və Yerdə mövcud olan canlı varlıqların hamısını bir yerə toplaya bilər("Əl-Kə؛؛af, c. 4, səh. 225. ).
    Əbd əl-Qəni əl-Xətib məlum ayə haqqında danışarkən göy cisimlərində həyat olduğu haqda fikirləri qeyd edir.("Təfsir əl-kəbir”, c. 27, səh. 171. )
    Zəməxşəri öz təfsirində yazır:
    "Çox güman ki, göylərdə də Yerdə yaşayan canlıların bənzəri yaradılmışdır”("Kosmos əsrinin biliyi”, səh. 168-169. ).
    Əbu Səid öz təfsirində yazır:
    "Göy cisimlərində də Yerdə olduğu kimi canlılar mövcuddur”.
    Fəxr Razi yazır: "Ehtimal ki, Allah göylərdə müxtəlif heyvanlar yaratmışdır”("Abbas Əli Mahmudi, "Quranda səma sakinləri” səh. 95-99. ).
    Ayətullah Hüseyn Nuri yazır:
    "Son zamanlar sovet alimləri bizim qalaktikada milyardlarla həyat üçün əlverişli olan cisim olduğunu kəşf etmişlər. Maraqlı burasıdır ki, Quran 14 əsr öncə elmin bu nailiyyətindən xəbər verir”.
    O, məlum ayədə iki mühüm məqamın mövcudluğunu qeyd edir.
    1. Göylərdə də Yerdə olduğu kimi canlı varlıqlar mövcuddur.
    2. Allah istədiyi zaman bu varlıqlar bir-birindən xəbərdar olacaqlar (bir-birlərini görəcəklər)(Təkbir, 1-2. ).
    Əllamə Təbatəbaiyə aid edilən "Quranın ecazkarlığı” adlı kitabda məlum ayəyə (Şura, 29) istinad olunaraq göy cisimlərində də həyat olduğu açıqlanır.
    Bir çox yazarlar yuxarıda qeyd olunan ayələrə əsaslanaraq (Şura, 29; Nəhl, 53; Nur, 45) göy cisimlərində canlıların, hətta bitkilərin və abadlıqların (Buruc, 2) mövcudluğu ehtimalını irəli sürmüşlər(Rəd, 2. ).
    YEKUN
    Məlum ayəni (Şura, 29) Yerdənkənar sivilizasiya ilə uyğunlaşdırmaqla bağlı bir neçə məqamı diqqətdən qaçırmaq olmaz.
    1. "سماء” [səma] və "سموات” [səmavat] ifadələri Quranda bir neçə fərqli mənada işlənmişdir. Sözügedən açıqlama (təfsir) o zaman doğru olar ki, ayədə qeyd olunan "سموات” [səmavat] sözündən məqsədin göy cisimləri olduğu isbat edilsin. Bir halda ki, "سماء” [səma] sözündən məqsəd Yeri əhatə edən qaz örtüyü (atmosfer), "دابة” [dabbə] sözündən məqsəd isə adi gözlə görülməyən kiçik varlıqlar (mikroblar) və ya göydə uçan quşlar olduğu fikri də irəli sürülə bilər. Lakin buna baxmayaraq, ayənin hər iki açıqlamaya aid olduğu istisna edilmir.
    2. Əgər Yerdənkənar sivilizasiyanın mövcudluğunun elmi baxımdan isbat edilmədiyini, hələ də güclü bir ehtimal olduğunu nəzərə alsaq, bu fikri qəti olaraq Qurana aid edib onun elmi möcüzəsi hesab edə bilmərik.
    3. Əgər ikinci ehtimalın üzərində dayansaq, o zaman ayədə hamının müşahidə etdiyi real həyatdan söhbət açıldığının şahidi olacağıq. Bu, Allahın nişanələrindəndir. Yəni Allah havanı elə bir şəraitdə yaratmışdır ki, quşlar orada sərbəst hərəkət edə bilirlər. Mikroblara gəldikdə isə erkən çağ ərəblərinin bu haqda məlumatsızlığını nəzərə alsaq, buna elmi rəng verib Quranın möcüzələrindən hesab etmək olar.
    Category: Quranın elmi ecazkarlığl | Added by: Islam_Kitabxanasi (2012-07-16)
    Views: 813 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019