İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quranın elmi ecazkarlığl

    Quranın elmi ecazkarlığl
    NÖVLƏRİN DƏYİŞMƏZLİYİ NƏZƏRİYYƏSİNİN İSBATI ÜÇÜN İSTİNAD OLUNAN AYƏLƏR
    1. Bütün insanların vahid bir candan yaradıldığını bildirən ayələr.
    وَهُوَ الَّذِيَ أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ
    "Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli), bir də bir əmanət yeri (qəbir) vardır”(Ər-Rəhman, 14. ).
    Bundan başqa "بنی آدم” [Bəni-Adəm] (Adəm övladları) deyə müraciət edən ayələrə("Ət-Təfsir əl-elmi lil-Quran fil-mizan”, səh. 400. ) də istinad olunmuşdur.
    Ayətullah Meşkini "Növlərin dəyişməzliyi” nəzəriyyəsindən söhbət açarkən Adəmin (ə) Allah tərəfindən yaradılan ilk insan olduğunu, sonra Həvvanın yaradıldığını və digər insanların isə bu iki nəfərdən törətdiklərini bildirir.
    O, yazır:
    "Bu nəzəriyyənin isbatı üçün istinad olunan ayələr bütün insanların vahid candan (bir fərddən) yaradıldığını bildirən ayələrdir. Bəzi ayələrdə isə onun cütü də yad edilmişdir. Bunun Həvva olduğu şübhəsizdir”.
    Ənam surəsinin 98-ci ayəsini izah edərkən yazır:
    "Ayədən məqsəd budur ki, Allah sizi Adəmdən yaratmışdır. Bəziləriniz hələ atalarınızın belində (مستقر), bəziləriniz isə Qiyamətə qədər qəbirlərdə əmanət olaraq (مستودع) saxlanılırsınız”.
    Onun qənaətincə birinci izahı da qəbul etsək, Növlərin təkamülü nəzəriyyəsi ilə heç bir ziddiyyət təşkil etmir. Ehtimal ki, bütün insanlar Adəm (ə) və Həvvadan yaradılmışlar. Onlardan öncə də varlıqlar olmuş, lakin onların nəsli tükənmişdir. Bu arada seçilmiş nəsil, yəni yetkin zəkaya malik Adəm nəsli qalmışdır("Minəl-ülum əl-ərziyyə Quraniyyə”, səh. 207. ).
    Ayətullah Məkarim Şirazi "نفس واحدۃ” [nəfsin vahidə] ifadəsi haqqında yazır:
    "Ayələrdə "نفس واحدۃ” [nəfsin vahidə] ifadəsindən məqsəd vahid şəxsdir. O, Quranın bugünkü insanların atası kimi təqdim etdiyi Adəmdir (ə). Bir çox ayələrdə sözü keçən "بنی آدم” [Bəni-Adəm] ifadəsi də buna işarədir. Növ baxımından vəhdət ehtimalı isə zəif ehtimaldır”(Quranda təkamül”, səh. 55-56. ).
    YEKUN
    "نفس” [nəfs] Quran ayələrində ruh və can (bəzən də insanın orqanizmi) mənalarını ifadə edir(Məlum ayə Nəcran xristianları haqqındadır. Onlar həzrət İsanın (ə) atasız dünyaya gəldiyini əsas gِtürərək, onun Allah olduğunu iddia edirdilər. Ayə onlara cavab verdi. Qəbul etmədikdə isə "mübahiləyə” dəvət olundular (Təfsiri-nümunə”, c. 2, səh. 435-436). ). Ayətullah Meşkininin fikirlərini ("نفس”-dən məqsədin insandan öncəki varlıqlar olması fikrini) qəbul etsək, ayənin iki izahı olduğu anlaşılacaq. Biri bütün insanların Adəmdən (ə) törəməsi, digəri isə Adəm (ə) və digər insanların özlərindən öncə mövcud olmuş varlıqlardan törəməsi. Birinci izah "Növlərin dəyişməzliyi”, ikinci izah isə "Növlərin təkamülü” nəzəriyyəsi ilə uyğun gəlir. Deməli, heç bir izahı ayələrin tam şərhi hesab etmək olmaz.
    2. Adəmin (ə) torpaqdan yaradıldığını bildirən ayələr.
    إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ
    "Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu”(Nəhl, 4. Yasin, 77; Nəcm, 66 ayələri də həmin məzmundadır. ).
    "İnsanı (Adəmi) saxsı kimi quru palçıqdan O yaratdı”(Kəhf, 37. Fatir, 11 də həmin məzmundadır.).
    Doktor Əbu Həcər yuxarıdakı ayələri(İnfitar, 7-8. ), Doktor Ədnan Şərif isə insanın torpaqdan yaradıldığını göstərən bütün ayələri darvinizmə zidd hesab edir(Ələq, 21. ).Çünki ayələr insanın öncəki canlı varlıqlardan deyil, torpaqdan yarandığını göstərir.
    Ayətullah Meşkini Ali-İmran surəsinin 59-cu ayəsi haqqında iki ehtimal irəli sürür.
    Birinci ehtimal: Bu ehtimala görə ayə "Növlərin dəyişməzliyi” nəzəriyyəsini təsdiq edir. Yəni insanın bilavasitə ata-anadan yaradılmadığını önə çəkir və bu, "Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə tam üst-üstə düşür.
    İkinci ehtimal: Bu ehtimala görə ayə Təkamül nəzəriyyəsini təsdiq edir. Çünki İsanın (ə) torpaqdan (qida maddələri - nütfə - laxtalanmış qan) yaradılmaqda Adəmə (ə) bənzədilməsində heç bir irad yoxdur. Əgər Allahın həzrət İsaya (ə) Adəm (ə) kimi həyatının ilk anlarından başlayaraq fövqəladə zəka, metafizik iradə verdiyini söyləsək də yanılmarıq. Ayədə iki peyğəmbər yaradılış və elm baxımından bir-birinə bənzədilmişdir. "کن” [kun] (ol) əmri isə "fövqəladə zəka, bilik və ya peyğəmbərliyə malik ol” kimi anlaşılır.
    Torpaqdan yaranmaq baxımından bənzədilmələri isə xristian təfəkkürünü rədd edir. Çünki xristianlar Adəm (ə) və İsanın (ə) yaradılışının ilahi ənənə yolu ilə baş vermədiyini iddia edirlər (yəni onlar peyğəmbər olmalarına, metafizik zəkaya malik olmalarına baxmayaraq, bioloji tərkibcə digər insanlardan fərqlənmişlər)("Quranda təkamül”, səh. 63-66. ).
    Ayətullah Məkarim Şirazi Ali-İmran surəsinin 59-cu ayəsinin nazilolma səbəbini açıqladıqdan sonra yazır: "Adəmin yaradılışı ilə bağlı "خلقه من تراب” ifadəsindən məqsəd onun bədəni, maddi tərəfidir. Bu, ayənin ardına diqqət yetirdikdə daha aydın olur. Çünki sonra ona həyat verilməsindən, ruh bəxş edilməsindən söhbət açılır(Burada məlum, fərz edilən və naməlum terminləri xarakterikdir. ) (Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu”).
    YEKUN
    Fikrimizcə, burada bir neçə məqama diqqət yetirmək lazımdır.
    1. Ali-İmran surəsinin 59-cu ayəsindəki bənzətməni bir neçə şəkildə təsəvvür etmək olar.
    1. Adəm (ə) və İsanın (ə) ataları olmaması baxımından.
    2. Hər ikisinin vasitəli şəkildə torpaqdan yaranması baxımından (yəni qida maddələri nütfəyə çevrilir). Həzrət İsada (ə) bu proses Məryəm (ə) vasitəsi ilə, Adəmdə (ə) isə özündən öncəki insan və ya meymun nəsli vasitəsi ilə baş verdi.
    3. Hər ikisinin peyğəmbərlik baxımından bənzədilməsi.
    4. Bioloji tərkib baxımından bənzədilməsi. Çünki xristianlar İsanın (ə) bioloji tərkibinin digər insanlardan fərqli olduğunu iddia edirdilər.
    5. Hər ikisinin fövqəlada biliyə, ecazkar zəkaya malik olmaları baxımından bənzədilməsi. Yalnız ikinci və dördüncü bənzətmələr ayənin özündə də açıqlanmışdır.
    Həzrət İsanın (ə) torpaqdan yaradılması haqqında da iki ehtimal mövcuddur.
    1. Bilavasitə torpaqdan yaradılması.
    2. Vasitəli şəkildə yaradılışının torpağa gedib çıxması (bu iki ehtimal həzrət Adəm (ə) haqqında da mövcuddur).
    Birinci ehtimal (bilavasitə torpaqdan yaradılması) doğru deyil. Deməli, ikinci ehtimal məqsədəuyğundur (vasitəli şəkildə torpaqdan yaradılması). Bu, "Növlərin təkamülü” nəzəriyyəsini təsdiq edir.
    3. Hər iki nəzəriyyəyə uyğun izah olunan ayələr.
    "Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi”("İlk universitet, son peyğəmbər”, c. 1, səh. 154. ).
    "Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: "Əvvəlcə səni (baban Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?(Rəd, 3. Ər-Rəhman, 52 və Taha, 53 ayələri də həmin məzmundadır. )”
    "O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi”(ھüəra, 7. Həc, 5; Loğman, 10; Qaf, 7 və Taha, 53 ayələri də eyni məzmundadır. ).
    "O, insanı laxtalanmış qandan yaratdı” (خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ )(Yasin, 36. )
    "علق” [ələq] sözündən məqsəd yapışqan torpaq və ya bətndə formalaşan laxta (bərkiyib qatılaşmış) qandır(Zariyat, 49. ).
    YEKUN
    Məlum ayələrin hər iki nəzəriyyəyə aid edilməsinin yanlış olmasına baxmayaraq, bəzi ayələr haqqında keçən səhifələrdə ətraflı söhbət açdığımız üçün, digər ayələrə isə sözügedən nəzəriyyələrin isbatı üçün istinad olunmadığına görə bu bəhsi uzatmağa ehtiyac duymuruq.
    QURANDA TƏKAMÜL NƏZƏRİYYƏSİ HAQQINDA YEKUN SÖZ
    Müasir elmi dairələrdə elmi nəzəriyyələr əvəz oluna biləcək versiyalar şəklində qəbul olunur(Əraf, 189. ). Başqa sözlə desək, elmi nəzəriyyələr faydalı fikirlər kimi qəbul olunur və onu əvəz edə biləcək yeni və dəqiq bir nəzəriyyə irəli sürülənədək öz elmi dəyərini itirmir. Təkamül nəzəriyyəsi qəti olaraq isbat olunmasa da o hal-hazırda elmi ictimaiyyət tərəfindən (təcrübi elmlər nəzərdə tutulur) məqbul nəzəriyyə kimi dəyərləndirilir. Eləcə də "Növlərin dəyişməzliyi” nəzəriyyəsi bir ehtimal olaraq irəli sürülmüşdür. Gördüyünüz kimi Quran ayələri hər iki nəzəriyyənin xeyrinə şərh oluna bilər. İki nəzəriyyədən birini tam təsdiq edən aydın bir ayə mövcud deyil. Belə olduqda təbii ki, heç bir nəzəriyyəni qəti olaraq Qurana aid etmək olmaz.
    Qeydlər:
    1. Quranın hər hansısa bir nəzəriyyəni isbat və ya rədd etməsi bir zərurət deyil. Çünki Quran hidayət kitabıdır və onun elmi məsələlərə toxunması da hidayət məqsədi daşıyır.
    2. Təkamül nəzəriyyəsini qəbul və ya inkar etməkdə dinə etiqad heç bir rol oynamır. Yəni Təkamül nəzəriyyəsini qəbul etməyib dinə etiqad bəsləmək mümkün olduğu kimi, eyni nəzəriyyəni qəbul edərək dinə etiqad bəsləmək də mümkündür. Bəzi etiqadlı təbiblər bu yolu getmişlər(Bir müddət keçdikdən sonra kilsə ruhaniləri tərəfindən K. Linneyin fəaliyyəti donduruldu. Onun əsərləri dinə zidd kitablar elan olundu ("Ziyalıların sovqatı”, səh.73). ).
    3. Təkamül nəzəriyyəsini qəbul etmək və onu Quran ayələrinə tətbiq etmək heç də Quranın elmi möcüzəsi deyil. Çünki bir tərəfdən istinad olunan ayələr haqqında fərqli ehtimallar, müxtəlif şərhlər mövcuddur, digər tərəfdən isə növlərin (üzvi aləmin) mərhələli təkamülünün (birhüceyrəlidən insana qədər) ayələrə tətbiqi dəqiq deyil (Nur surəsinin 45-ci ayəsi haqqında danışarkən bunun şahidi olduq).
    BİTKİ VƏ ƏŞYALARIN CÜTLÜYÜ (ERKƏK VƏ DİŞİ CİNSİ HÜCEYRƏLƏRƏ - QAMETLƏRƏ MALİK OLMASI)
    Cütlükdən məqsəd erkək və dişidən (bitkilərdə erkəkcik və dişicik) ibarət olmaqdır. Quran bir çox ayələrə nəinki bitkilərin, hətta bütün əşyaların cüt olduğuna (yəni erkək və dişi cinslərindən ibarət olmasına) işarələr vurur.
    وَمِن كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ يُغْشِي اللَّيْلَ النَّهَارَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ
    "Bütün meyvələrdən (erkək-dişi olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!(Maks Plank, "Yeni fizikada dünyanın mənzərəsi”, səh. 95)”
    "Məgər onlar yer üzünə baxıb orada gözəl cütlər yetişdirdiyimizi görmürlərmi?(İndiyədək U və D adi, S qəribə və s. heyranedici kvarkın varlığı a؛kar edilmi؛dir. U və D adi kvarklar stabil elementar zərrəciklərin tə؛kilində mühüm rol oynayır. U kvarkı 2/3 elektrik yükünə, D kvarkı isə 1/3 elektrik yükünə malikdir. Müsbət elektrik yükünə malik proton iki U və bir D kvarkından tə؛kil olunmu؛ və müsbət elektrik yükü hasil olmu؛dur. 2/3 + 2/3 – 1/3 = +1 Bunun əksinə olaraq neytronlar iki D və bir U kvarkdan tə؛kil olunmu؛dur. Buna gِrə də neytral yüklüdür. - 1/3 – 1/3 + 2/3 =0 )”
    "Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)(("Yeni fizika”, səh. 34-35). )”.
    "Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!("Məcmə əl-bəyan”, c. 8, səh. 424. )”
    "Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur("Təfsiri-nümunə”, c. 22, səh. 376. )”.
    Məqamlar:
    1. Fikrimizcə yuxarıdakı ayələri aşağıdakı şəkildə sıralamaq olar.
    Bəzən Quran meyvələrin cütlüyündən, növbəti mərhələdə isə bitkilərin cütlüyündən söhbət açır. Sonra insanların bilmədiyi şeylərin cütlüyündən, daha sonra isə dünyada mövcud olan bütün əşyaların cütlüyündən danışır.
    2. Bütün bunlardan məqsəd diqqəti ilahi nişanələrə yönəltmək və insanı düşünməyə vadar etməkdir.
    "Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!” (Rəd, 3)
    "Bəlkə, bir düşünüb ibrət alasınız!” (Şüəra, 7)
    3. "زوج” [zəvc] sözü leksik baxımdan aşağıdakı mənaları ifadə edir:
    1. Heyvanlarda erkək və dişi cinsin hər birinə "زوج” [zəvc] deyilir.
    2. Qeyri-heyvanlarda biri-birinə yaxın olan hər bir şeyə (ayaqqabı tayı və s.) "زوج” [zəvc] deyilir.
    3. Biri-birinə yaxın və oxşar olan hər bir şeyə "زوج” [zəvc] deyilir.
    4. Biri-birinə yaxın və zidd olan hər bir şeyə "زوج” [zəvc] deyilir.
    QISA TARİX
    İnsanlar tarix boyu erkək və dişi cinsinin yalnız insan, heyvan və xurma kimi bəzi bitkilərə aid olduğunu düşünürdülər. Lakin İsveç botaniki Karl Linney (1707-1727) 1731-ci ildə bitkilərin də erkək və dişi cinslər üzrə bölündükləri haqqında fikrini açıqladı. Bu nəzəriyyə elmi ictimaiyyət tərəfindən müsbət qarşılandı("Quranın ecazkarlığı”, səh. 15. ).
    Sonralar kəşf olundu ki, maddə son dərəcə kiçik zərrəciklər şəklində olan enerji yığınından, yəni atomdan təşkil olunmuşdur. Çox keçmədən cütlük məsələsi hər şeyə aid edildi. Çünki artıq varlıqların əsasını təşkil edən atomun (mənfi yüklü) elektron və (müsbət yüklü) protonlardan ibarət olduğu aşkarlanmışdı.
    "XX əsrin görkəmli fiziki Maks Plank "hər maddi cisim elektron və protonolardan ibarətdir” deyə bildirirdi("Elm və dinin əlaqəsi”, səh. 35-36 ) Zaman keçdikcə atomda neytron adlanan üçüncü elmentar zərrəcik aşkar olundu. Neytron neytral (elektrik yükünə malik olmayan) elementar zərrəciklər.
    Son fiziklər kvark adlanan digər əsaslı zərrəcik kəşf etmişlər. Elektron, proton və neytron kvarkdan təşkil olunmuş və onlarda müsbət, mənfi və neytral elektrik yüklərinin meydana gəlməsini təmin edir("Quranın heyrətləndirici məsələləri”, səh. 57-60. ).
    ELMİ SİRLƏR
    Bir çox təfsirçilər və elm adamları nəinki bitkilərin, hətta bütün şeylərin (erkəkcik və dişicik olmaqla) cüt olmaları ilə bağlı qeyd olunan ayələrə əsaslanmışlar. Aşağıda belə fikirlərdən bir neçəsini diqqətinizə çatdırırıq.
    1. Mərhum Təbərsi təqribən 9 əsr bundan öncə Quran ayələrini əsas götürərək ("Məcmə əl-bəyan” təfsir əsərində) bitkilərin, heyvanların, hətta əşyaların (erkək və dişi olmaqla) cüt-cüt yaradıldıqları fikrini önə çəkir və qəbul edir("Quran və təbabət”, səh. 27-28. ).
    Ayətullah Məkarim Şirazi Yasin surəsinin 36-cı ayəsini şərh edərkən yazır:
    "Aydındır ki, "ازواج” [əzvac] sözü "زوج” [zəvc] sözünün cəm formasıdır və adətən erkək və dişi cinslərin cütlüyünə deyilir. Sonradan bu söz daha geniş mənada, bir-birinə yaxın olan və ya biri-digərinin əksi olan hər bir varlıq haqqında işlənməyə başladı. Quran nazil olduğu dönəmdə yalnız xurma və s. bəzi bitkilərin (erkək və dişi olmaqla) cüt olduqları məlum idi. Lakin Quran bu qanunun hər bir şeyi əhatə etdiyini aşkara çıxartdı. Son dövrlərdə cütlük məsələsinin ümumilikdə bütün bitkiləri (nəbatat aləmini) əhatə etdiyi elmi yollarla sübuta yetirilmişdir”.
    Zariyat surəsinin 49-cu ayəsini şərh edərkən "زوج” [zəvc] sözünü növ və ya digər mənalara yozanlara cavab olaraq yazır:
    "Ərəb dilində "زوج” [zəvc] sözü adətən erkək və dişi cinslərə deyilir. Bu baxımdan nəbatat və ya heyvanat aləmi arasında fərq qoyulmur. Əgər həmin ifadəni daha geniş mənada götürsək bütün mənfi, müsbət yükləri əhatə edir. Əgər yuxarıdakı ayədə "فی کل شیء” (hər bir şeydən) ifadəsinə nəzər salsaq, bunun nəinki canlı varlıqlara, hətta dünyada mənfi və müsbət yüklü zərrəciklərdən ibarət hər şeyə aid olduğunu görərik. Artıq elmi baxımdan atomların müxtəlif zərrəciklərdən ibarət olduğu isbat olunmuşdur. Bu zərrəcikləri mənfi elektrik yüklü elektronlar və müsbət elektrik yüklü protonlar təşkil edir. Ayədə sözügedən "شیء” [şey`] ifadəsini isə növ və ya fəsilə kimi başa düşməyə məcbur deyilik”("Əbədi mِcüzə və həmi؛əya؛arlıq”, səh. 39-43. ).
    3. Əllamə Təbatəbai "Quranın ecazkarlığı” kitabının ön sözündə yazır:
    "Dünya cəhalətə qərq olduğu bir dönəmdə Quran on ayədə bitkilərin cütlüyündən söhbət açır və bildirir ki, bitkilər cüt yaradılmışlar (Rəd, 3; Şüəra, 7 və s.)(Lətif Ra؛idi, "Quranda təbiət؛ünaslıq elmlərinə bir baxı؛”, səh. 24. ).
    4. Bəzi yazıçılar Yasin surəsinin 36-cı ayəsindən belə nəticə alırlar:
    "Tam aydındır ki, ayə bitkilərin (erkəkcik və dişicik olmaqla) cütlüyünə aiddir. Bundan başqa, ayə bizim bilmədiyimiz şeylərin də cüt-cüt yaradıldığını bildirir. Buradan ayənin mənfi və müsbət elektrik yüklərinə və s. aid olduğunu da söyləmək olar”(Təfsiri-novin”, səh. ).
    5. Digər yazıçılar da məlum ayələrin nəinki bitkilərin, hətta atomun tərkibini təşkil edən elektron və protonları da əhatə etdiyini vurğulamışlar("Quran və hədis؛ünaslıq”, səh. 154-157. ).
    6. Əhməd Məhəmməd Süleyman da sual-cavab şəklində tənzimlədiyi kitabda Zariyat surəsinin 49-cu ayəsinə əsaslanaraq maddənin cütlüyü qənaətinə gəlmişdir(Əraf, 189).
    7. Məhəmməd Əli Sadat atomun tərkibi haqqında ətraflı söhbət açaraq atom barəsindəki bəhslərin tarixi keçmişinə toxunur və Zariyat surəsinin 49-cu ayəsinə əsaslanır(Hər bir nِvün məlum (cinsi) ünsiyyəti digər nِvlərdən fərqlənir. Misal üçün, bitkilərdə tozlanma, buludlarda müsbət və mənfi yüklü buludların toqqu؛ması, insan və hevanlarda isə spermanın xüsusi yolla ِtürülməsi vasitəsi ilə ba؛ verir.  ).
    8. Müasir yazarlardan biri maddənin cütlüyündən (Puality of Matter) söhbət açarkən Zariyat, 49; Ər-Rəhman, 52 və Taha, 53 ayələrinə istinad edir(Hicr, 22.)
    9. Məhəmməd Təqi Şəriəti sözügedən ayələri Quranın ecazkarlığının nümunələri hesab edərək hər bir şeyin (erkək və dişi olmaqla) cüt-cüt yaradıldığını bildirir(Rum, 48. Fatir, 9 ayəsi də həmin məzmundadır. ).
    10. Əbd ər-Razzaq Nofel Əraf surəsinin 189-cu ayəsi haqqında yazır:
    "Bu gün kəşf olunan məlum elmi həqiqət (bütün varlıqların eyni zərrəciklərdən ibarət olması) 1400 il öncə Quranda açıqca bildirilmişdir. "نفس واحده” [nəfsin vahidə] ifadəsindən məqsəd vahid elektrik yüklü (mənfi və müsbət olmaqla) elektron və protonlardır”.
    O, "لیکسن الیها” ibarəsi haqqında yazır:
    "Ayədə "نفس واحده”-in təskinliyinə səbəb kimi "زوج” [zəvc] göstərilmişdir. Bu gün elmdə sübuta yetirilmişdir ki, elektron və protonların stabilliyi onlarda mövcud olan elektrik yükünün bərabərliyi və ya fərqliliyindən asılıdır”(Sonralar məlum oldu ki, ِrtülütoxumlularda iki cür tozlanma – ِz-ِzünə tozlanma (avtoqamiya) və çarpaz tozlanma (geytenoqamiya, yaxud ksenoqamiya) olur. اarpaz tozlanma heyvan (zoofiliya), külək (anemofiliya), su (hidrofiliya) vasitəsi ilə olur. اiçəkli bitkilərin əksər nِvləri heyvanlar vasitəsi ilə əsasən, cücülərlə (entomofiliya), bir qism qu؛larla (ornitofikiya), az hissəsi məməlilərlə (yarasalar, gəmiriçilər və s.) tozlanır. ).
    11. Təntavi bitkilərin cütlüyü haqqında geniş söhbət açaraq bitki və heyvanları müxtəlif bölgülərini, onların cinslərini tədqiq etmişdir. Lakin bunların məlum ayə ilə (Zariyat, 49) heç bir bağlılığı yoxdur.
    YEKUN
    Burada bir neçə məqama toxunmağı zəruri hesab edirik.
    1. Əbd ər-Rəzzaq Nofelin Əraf surəsinin 189-cu ayəsini şərh edərkən irəli sürdüyü fikirlər iki cəhətdən tənqid oluna bilər.
    Birincisi, "نفس” [nəfs] və "زوج” [zəvc] sözləri istər leksik, istərsə də terminoloji məna baxımından elektron və protonlar haqqında işlədilmir.
    İkincisi, protonun elektrondan əmələ gəlməsi elmi baxımdan yanlışdır. Öncə də qeyd olunduğu elektron və proton hər biri adi U və D kvarklarından təşkil olunmuşdur.
    Üçüncüsü, ayədəki ümumi vəziyyət və məsələnin qoyuluşu göstərir ki, onun açıqlaması ayəyə uyğun deyil. Çünki ayədə oxuyuruq:
    "Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: "Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu ne’mətə görə Sənə) şükür edənlərdən olarıq!" – dedi("Quranda yağı؛”, səh. 59. )”.
    Ayə qadının kişidən uşağa qalması (Həvvanın Adəmdən) və uşaq dünyaya gətirməsi haqqında danışır. Deməli, "نفس” [nəfs] və "زوج” [zəvc] sözlərindən də məqsəd elektron və proton deyil, kişi və qadındır.
    2. Digər ayələr (Rəd, 3; Şüəra, 7; Yasin, 36) meyvə və bitkilərin cüt-cüt (erkəkcik və dişicik cinsi hüceyrələr şəklində) yaradıldığını bildirir. Öncə də qeyd etdiyimiz kimi, təbiətdə hakim olan bu qanun 18-ci əsrdə kəşf olunmuşdur. Ondan öncə isə cütlük məsələsinin yalnız xurmaya aid olduğu düşünülürdü. Deməli, bu bir növ elmi sirdir və Quranın ecazkarlığını göstərir.
    3. Cütlük məsələsini ümumiləşdirilərək hər şeyə aid edilməsi Zariyat surəsinin 49-cu ayəsində açıqca göstərilir. Lakin bunun elektron və protonlar kimi izah olunması ayənin tam mənası demək deyil.
    4. Zariyat surəsinin 49-cu ayəsində "زوجین” [zəvcəyn] sözünün real nümunələri tam dəqiqliyi ilə göstərilməmişdir. Lakin buna baxmayaraq, cütlük məsələsinin ümumiləşdirilərək hər bir şeyə aid edilməsi İslamın erkən çağlarında heç kimin təsəvvür belə etmədiyi elmi sirlərdəndir və elə ona görə də Quranın elmi möcüzələrindən sayılır.
    5. Bəziləri varlıqların cütlüyünün ümumiləşdirilməsi bəzi birhecüyrəlilərin qarşı cinsə ehtiyac olmadan çoxalması ilə ziddiyyət təşkil etdiyini iddia edə bilərlər. Qeyd etməliyik ki, bu haqda növbəti bəhslərdə ətraflı söhbət açacaq və ziddiyyətin olmadığını aydınlaşdıracağıq.
    TOZLANDIRMA, QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ
    Hər bir erkək və dişi varlıq mayalandıqda (tozlandıqda) məhsuldar olur. Onların mayalanması erkək və dişi cinsi hüceyrələrin (qametlərin) birləşməsi nəticəsində baş verir("Din və elmin əlaqəsi”, səh. 36. ).
    Quran bitki və buludların mayalanmasına (tozlanmasına) işarə vuraraq buyurur:
    وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنتُمْ لَهُ بِخَازِنِينَ
    "Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik. Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz!”("Mənhəc əs-sadiqin”, c. 5, səh. 157. )
    "Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər”("Quran və hədisdə yeni elmin i؛artıları”, c. 2, səh. 23. ).
    QISA TARİX
    Burada iki tarixçəyə nəzər salaq:
    1. Bəşər hələ İslamdan öncə bilirdi ki, əgər bitkilərin erkəkcik tozcuğu tozlanma əməliyyatı üçün çiçəkli meyvə ağaclarına ötürülməsə az məhsul əldə olunacaq. Misal üçün, Ərəbistanda bağçılar xurma ağaclarının erkəkcik salxımlarını tozlanma üçün çiçəkli budaqlara səpərək süni tozlanma üsulundan istifadə edirdilər. Lakin 18-ci əsrin sonlarında, 19-cu əsrin əvvəllərində yeni tədqiqat vasitələri (mikroskop və s.) meydana çıxdıqca kəşf olundu ki, heyvanlarda və bitkilərdə mayalanma və tozlanma olmadıqda çoxalma, artım mümkün deyil("Quran və təbabət”, səh. 24-26. ) (Bu, yalnız bəzi bitki və heyvanlarda mümkündür. Hansı ki, onların çoxalması (artımı) hüceyrələrin bölünməsi və s. yollarla gerçəkləşir).
    2. Əsrlər boyu bəşər yağışın buludlardan yağdığı haqqında dəqiq məlumata malik deyildi. Lakin son dövrlərdə fizika sahəsində əldə olunan nailiyyətlər, meteorologiya kimi yeni elmi sahələrin təsis olunması buludların mayalanmasını (mənfi və müsbət yüklü buludların toqquşmasını) üzə çıxardı (hətta süni yolla yağış yağdırılması da tədqiqatların obyektinə çevrildi). Bu zaman bəlli oldu ki, buludların mayalanmasında küləklər mühüm rol oynayır. Bir tərəfdən havanın tərkibindəki su buxarının kondensasiyası nəticəsində yaranmış su damlalrı, buz kristalları və ya onların qarışığının atmosferdə yığılmasında, digər tərəfdən isə elektrik yükü ilə yüklənməsində və həmin yükün boşaldılmasında əvəzsiz roll oynayır("Əl-Furqan və əl-Quran”, səh. 511. ).
    ELMİ SİRLƏR
    Təfsirçilər Hicr surəsinin 22-ci ayəsini şərh edərkən sözügedən tozlanma haqqında geniş söhbət açmışlar. Ayə ilə bağlı üç fərqli baxış mövcuddur. Hər bir baxış tozlanmanın bir növünə yönəlmiş və elmi açıqlamalar verilmişdir.
    Ayə ilə bağlı məlum baxışlara nəzər salaq.
    a) Bitkilərin tozlanması.
    Müasir yazıçılardan biri yazır:
    "Ayə bitkilərin küləklər vasitəsilə tozlanmasını (anemofiliya) aydın şəkildə bəyan edir. Ayrıca, bitkilərin erkəkcik və dişicik olmaqla cütlərdən ibarət olduqları da anlaşılır”("Məcmə əl-bəyan”, c. 3, səh. 334. ).
    Fəthullah Kaşani bitkilərin tozlanmasını ayə haqqındakı iki ehtimaldan biri hesab edir("Külək və yağı؛ Quranda”, səh. 59, 126.).
    Bəzi yazıçılar yuxarıdakı ayənin bitkilərlə bağlı olduğunu bildirərək yazırlar:
    "Bitki və güllər bir-birinə yetmək üçün yerlərini dəyişə bilmədiklərinə görə onlarda (çarpaz) tozlanma cücülər (entomofiliya), əsasən də külək vasitəsilə (anemofiliya) baş verir”("Təkamülün yolu”, səh. 57.)
    Onların fikrincə Qurana görə evlilik yalnız insan və heyvana məxsus deyil.
    Əhməd Məhəmməd Süleyman məlum ayəni (Hicr, 22) şərh edərkən onun bitkilərin tozlanması ilə bağlı olduğunu bildirir. O, tozlanma vasitələrini əsas (cücülər və s.) və qeyri-əsas (su və s.) olmaqla iki yerə bölür və küləyin də tozlanma əməliyyatında mühüm rolu olduğunu qeyd edir. O, göstərir ki, suda-quruda bitən bitkilərin böyük əksəriyyəti külək vasitəsi ilə tozlanır və elə buna görə də Quran tozlanma vasitələrindən yalnız külək haqqında söhbət açmışdır. Bu, Quranın möcüzəsidir. Çünki bəşər yalnız 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində tozlanma haqqında bilgi əldə edə bildiyi halda Quran əsrlər öncə bu məsələyə aydınlıq gətirmişdir("Təfsiri-nümunə”, c. 11, səh. 61. ).
    Bəzi ərəb nəzəriyyəçiləri heç bir şərh vermədən məlum ayənin ağacların tozlanmasına aid olduğunu bildirmişlər("Ət-Təfsir əl-elmi lil-Mizan”, səh. 461-463. ).
    b) Buludların tozlanması (toqquşması).
    Mərhum Təbərsi (h. q. 548) məlum ayəni buludların toqquşmasına aid edən ilk təfsirçidir. O, ayəni izah edərkən yazır:
    "وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ yəni külək buludların tozlanma (toqquşma) vasitəsidir. فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً yəni yağış yağdırdıq”(Quranın heyrətləndirici məsələləri”, səh. 62.).
    Mühəndis Bazərqan həmin izahı qəbul edərək yazır:
    "Ayə buludların yüklənməsi və tozlanması (toqquşması) ilə bağlıdır. Hansı ki, bunun nəticəsində yağış yağır”.
    O, əsərinin digər hissəsində yazır:
    "Qeyd etmək lazımdır ki, qeyd olunan iki şərtin (havanın tərkibində su buxarının kondensiyası nəticəsində yaranmış su damlaları və havanın soyuyaraq su buxarları ilə doyma vəziyyətinə yaxınlaşması) təmin olunması buludun əmələ gəlməsi və yağış yağması üçün kifayət deyil. Burada üçüncü şərt də zəruridir. Bu, buludların tozlanma əməliyyatıdır (Germination Stimulatio). Deməli, buludun əmələ gəlməsi heç də yağış və ya qar yağması üçün kifayət deyil. Küləyin təhriki və dəxaləti mütləqdir”(Mustafa Zəmani, "Quranın elmi ِngürülmələri”, səh. 91-93 ).
    Əhməd Əmin yazır:
    "Ayədə məqsəd küləyin müsbət elektrik yüklü bulud parçasının mənfi elektrik yüklü bulud parçası ilə toqquşmasındakı (ünsiyyətə girməsindəki) roludur. Bu, ayənin həmişəyaşar bir möcüzə olduğunun göstəricisidir. Çünki ayə təqribən 1390 il öncə bugünkü elmi araşdırmaların nəticəsini açıqlamışdır”("Əbədi mِcüzə və həmi؛əya؛arlıq”, səh. 35-36. ).
    Ayətullah Məkarim Şirazi də buludların tozlanması ehtimalını qəbul, bitkilərin tozlanması ehtimalını isə rədd edir(Ənam, 99. ).
    Əhməd Ömər Əbu Həcər də məlum ayəni (Hicr, 22) buludların toqquşması kimi izah etmişdir(Yenə orada, səh. 39.).
    c) Buludların və bitkilərin tozlanması .
    Bəzi yazıçılar Hicr surəsinin 22-ci ayəsini nəbatat aləmində baş verən tozlanma və buludların toqquşması kimi izah etmişlər (yəni hər iki ehtimalı qəbul etmişlər)(Burada "طیب” (təmiz) ərzaq məhsullarından məqsəd ürəyəyatan, insana ləzzət bəx؛ edən qida məhsullarıdır.  )”.
    Digər yazıçı isə haqqında söhbət açdığımız ayələri (Hicr, 22 və Rum, 47) qeyd edərək buludları təhrik edən (hərəkətə gətirən) diyar-diyar dolandıraraq yağışa çevirən küləklər kimi izah edir(Bəqərə, 172. Bəqərə, 75; Maidə, 4-5; Əraf, 157-160 və Muminin, 51 ayələri də həmin məzmundadır. . ).
    Məhəmməd Əli Sadat məlum ayəni (Hicr, 22) şərh edərək yazır:
    "Yeni elmi nailiyyətlər göstərir ki, ayə açıqca küləyin tozlanma vasitələrindən biri (bitki və buludların tozlanmasında) olduğunu qeyd edir”(Bəqərə, 168. Maidə, 8 Ənfal, 69; Nəhl, 114 ayələri də həmin məzmundadır. ).
    O, ayədə "فاء” bağlayıcısının mövcud olduğu bir halda onu yalnız bitkilərə aid etməyin yanlış olduğunu bildirərək yazır:
    "Ayənin mətninə azacıq diqqət yetirsək və onu digər ayələrlə müqayisə etsək görərik ki, ayənin birinci hissəsi ümumi məqsəd daşıyır və burada heç bir inhisardan söhbət gedə bilməz. Misal üçün, Quranın özündən bir neçə nümunəyə nəzər salaq:
    "Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq”(Əraf, 32. Maidə, 87 də eyni məzmundadır. ).
    Eləcə də Əraf surəsinin 57-ci ayəsində oxuyuruq:
    "Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk”.
    Ayələrin hər birində suyun ayrı bir funksiyasından və yalnız bir təsirindən (bitkilərin göyərməsi) söhbət açılmışdır. Halbuki suyun enməsinin (yağışın yağmasının) faydası bununla bitmir (Yaddan çıxarmayaq ki, ayələrin hər ikisində أخرجنا [əxrəcna] felindən öncə "فاء” bağlayıcısı gəlmişdir)”(Əraf, 157. ).
    YEKUN
    Burada bir neçə məqama diqqət yetirmək zəruridir.
    1. Ayədə sözügedən "لواقح” [ləvaqih] ifadəsindən dörd məna nəzərdə tutula bilər:
    1. Küləkləri (buludların) yükü olaraq göndərdik.
    2. Küləkləri (bitkilərin) tozcuğu olaraq göndərdik.
    3. Küləkləri (buludları) tozlandıran olaraq göndərdik.
    4. Küləkləri (bitkiləri) tozlandıran olaraq göndərik.
    "لواقح” [ləvaqih] ifadəsi qeydsiz işləndiyi üçün onun təsirli və ya təsirsiz fel kökündən olduğu məlum deyil. Elə buna görə də dörd ehtimaldan heç birini istisna etmək olmaz. Lakin ayənin ardından, yəni yağışın nəticəsi kimi göstərilən فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً cümləsindən birinci və üçüncü ehtimalların məqsədəuyğun olduğu anlaşılır.
    2. Sözügedən ayədə yer alan "لواقح” [ləvaqih] ifadəsindən məqsəd bitki və ya buludların tozlanmasından daha geniş məna ola bilər. Belə ki, bitki və buludların tozlanması isə həmin geniş anlayışın iki nümunəsidir. Elm inkişaf etdikcə ayənin mənası daha da genişlənə bilər.
    3. Quranın Hicr surəsinin 22-ci ayəsində buludların toqquşmasına işarə vurması elmi möcüzə hesab oluna bilər. Çünki bu son illərə qədər bəşərə bəlli deyildi. Lakin bitkilərin tozlanmasına işarə vurması elmi möcüzə hesab oluna bilməz. Çünki hətta İslamdan öncə belə bitkilərin tozlanması insanlara bəlli idi.
    Category: Quranın elmi ecazkarlığl | Added by: Islam_Kitabxanasi (2012-07-16)
    Views: 964 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024