İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quranın elmi ecazkarlığl

    Quranın elmi ecazkarlığl
    BEŞİNCİ FƏSİL
    QURAN VƏ TİBB ELMLƏRİ (TƏBABƏT)
    BİRİNCİ HİSSƏ
    QURAN VƏ GİGİYENA
    GİRİŞ
    Quranda bir çox məsələlərə toxunulmuşdur ki, gigiyenik baxımdan böyük əhəmiyyət daşıyır. Başqa sözlə desək, Quranda qeyd olunan bir çox dini hökmlər tibb və gigiyena baxımından çox faydalıdır. Zaman keçdikcə, təbabət inkişaf etdikcə, bu sirlər daha da aydınlaşır. Quranın önə çəkdiyi bu məsələlər İslamın erkən çağlarında adi ağılla, günün təbabəti ilə düşünülə bilmirdi. Bu Quranın elmi ecazkarlığı deməkdir.
    Aşağıda qısa da olsa bəzi ayə və hökmləri, onların tibbi faydalarını diqqətinizə çatdırırıq.
    QİDALANMA GİGİYENASI
    1. TƏMİZ ƏRZAQ MƏHSULLARI "طیب” (TƏYYİB)
    (Budizim qəti olaraq ِz tərəfdarlarına ət yeməyi qadağan etmi؛dir. Hindlilər (hindu) inəyi müqəddəs hesab etdiklərindən onun ətini yemirlər. Digər məzhəblər də mِvcuddur ki, ِz tərəfdarlarına ümumilikdə heyvan ətini və heyvandan alınan digər məmulatların (yumurta, süd, pendir və s.) yeyilməsini ildə 40 və ya 90 gün qadağan edir (Doktor Əbd əl-Həmid, "Quranda təbabət”, səh. 163). )
    Quranda oxuyuruq:
    1. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ
    "Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin!”(Yenə orada. )
    2. يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلاً طَيِّباً
    "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin”(Əraf, 157. ).
    3. (Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?("Hِkmlərin fəlsəfəsi”, səh. 319. )"
    QURANIN TƏKLİF ETDİYİ YEMƏK REJİMİ
    Quranda bir sıra ayələr insana necə deyərlər, özünəməxsus yemək rejimi (yemək pəhrizi) təklif edir. Bu Quran ayələrində bir neçə mərhələdə əks olunmuşdur.
    Birinci: Təmiz (ürəyəyatan) yeməklər (ərzaq məhsulları) yeyin.
    İkinci: Təmiz və halal yeməklər yeyin.
    Üçüncü: Təmiz yeməkləri özünüzə haram etməyin (təmiz yeməkləri özlərinə haram edənləri bu işdən çəkindirin).
    Dördüncü: Təmiz (ürəyəyatan) ərzaq məhsullarını tanıtdırır (ət, süd, bal və s.)
    Beşinci: İyrənc (ikrah doğuran) qida məhsullarının insan üçün haram olduğunu bildirir(Əraf, 31. ).
    Altıncı: İyrənc (ikrah doğuran) ərzaq məhsullarının (qan, leş və s.) adını çəkir və haram olduğunu bildirir.
    İnsan təbii olaraq bir çox ərzaq məhsullarını xoşlayır. İslam dini insanın fitrətinə uyğun olduğu üçün bizə təmiz (ürəyəyatan, ürəkoxşayan) yeməklərlə qidalanmağı əmr edir. Lakin bəzi cərəyanlar doğru yoldan sapındıqlarına görə bəzi təmiz (ürəyəyatan) qida məhsullarını yeməyə qadağa qoymuşlar("Təfsiri-nümunə”, c. 6, səh. 147. )
    HÖKMLƏR
    İslamda insanın qidalanması ilə bağlı bir neçə başlıca hökm mövcuddur.
    1. Qida pak olmalıdır (yəni murdar olmamalıdır).
    2. Qida təmiz olmalıdır (yəni iyrənc, ikrah doğuran olmamalıdır).
    3. Yemək halal olmalıdır (yəni haram olmamalıdır).
    4. İki növ qida haramdır:
    Birinci: Quranda və ya əhli-beytdən (ə) gələn rəvayətlərdə haram olduğu bildirilən qida məhsulları (qan və s.).
    İkinci: Şəriətdə göstərilən yollarla əldə olunmayan qida məhsulları (sahibi olmadığımız və ya istifadə iznimiz olmadığı qida məhsulları).
    ELMİ SİRLƏR
    Murdar ərzaq məhsullarının haram edilməsinin səbəbləri haqqında ətraflı söhbət açacağıq (qan, leş və s.). Digər qadağalar haqqında elm adamlarının söyləmlərinə nəzər salaq:
    Quran bir tərəfdən insanı ziyanlı və iyrənc ərzaq məhsullarını yeməkdən çəkindirir, digər tərəfdən isə pak və faydalı qidalarla qidalanmağı tövsiyə edir. İslam insanın psixi dincliyini, ictimai saflığını da unutmur və "halal” prinsipinin önə çəkir. Çünki insan öz alın təri ilə, halal zəhməti ilə qidalanarkən xüsusi zövq alır və böyük xoşbəxtlik hissi keçirir("Ətyəb əl-bəyan”, c. 5, səh. 306. ).
    YEKUN
    Burada bir neçə məqama diqqət yetirmək zəruridir:
    1. Quranın təmiz və halal qida məhsulları haqqındakı tövsiyələri insanın cisim və ruhunda gigiyenik iz buraxmışdır. Bu, Quranın bəşəriyyətə ən böyük xidmətidir.
    2. Təmiz və pak qida məhsullarına meyl insanın təbiətindən qaynaqlandığı üçün İslamın bu növ hökmləri "bələdçilik” xarakteri daşıyır. Belə olan halda bunu elmi möcüzə hesab etmək olmaz. Əlbəttə, qida məhsullarının halal olması ilə bağlı bəzi məsələlər var ki, ilahi bələdçilik olmadan insan ağılı onları mənimsəyə bilməz.
    3. Qida məhsullarının "təmiz” və ya "halal” olması ilə bağlı söylənilənlər məlum hökmlərin səbəblərinin yalnız kiçik bir hissəsini aydınlaşdırır. Çox güman ki, bu göstərişlərin arxasında digər səbəblər də dayanır.
    2. QEYRİ-GİGİYENİK ƏRZAQ MƏHSULLARI (خبیث)
    "خبیث” [xəbis] dedikdə iyrənc, ikrah doğuran mənaları nəzərdə tutulur (yəni insan təbiətinə uymayan, qüsurlu, iyrənc şeylər).
    Quranda oxuyuruq:
    "(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər”("İslam, dərmansız həkim”, səh. 307. ).
    Ayədə peyğəmbərlərin missiyalarından biri haqqında söhbət açılır və bildirilir ki, onlar pak, təmiz şeyləri halal, qüsurlu, iyrənc şeyləri isə haram etmək (haram olduğunu çatdırmaq) üçün göndərilmişlər. Pak, təmiz şeylərin halal, iyrənc şeylərin haram edilməsi bütün ilahi dinlərdə mövcud olan fitri məsələlərdəndir.
    QISA TARİX
    İnsanda təbii olaraq bəzi qida məhsullarına qarşı nifrət var. İslam fitrət dini olduğundan bu növ qida məhsullarını haram etmişdir. İslamdan öncəki ilahi dinlərdə də qan, leş və donuzun yeyilməsinə qadağa qoyulmuşdur.
    HÖKMLƏR
    Məlum ayəyə və Əhli-beytdən (ə) gələn hədislərə əsasən bəzi iyrənc (ürəyə yatmayan, qüsurlu) qida məhsulları haram olunmuşdur. Bu qəbildən olan haramlara diqqət yetirək.
    1. İyrənc qida məhsullarını (hansı ki, insan təbiəti onlara qarşı nifrət hissi bəsləyir, onlardan iyrənir - iylənmiş meyvə və s.) yemək haramdır.
    2. Murdar şeyləri yemək haramdır.
    3. Burun suyunu (selikini) udmaq haramdır.
    4. Sinə bəlğəmini (tənəffüs yollarının ifraz etdiyi patoloji sekret) udmaq haramdır.
    5. Torpaq yemək (bir-iki istisna ilə) haramdır.
    6. Ölümlə nəticələnən şeyləri yemək haramdır.
    7. İnsana ümumilikdə ziyanı olan şeylərin yeyilməsi haramdır.
    8. İnsan ifrazatı ilə qidalanan heyvanın ət və südünü yemək haramdır.
    9. Əti halal heyvanların bəzi hissələri (qan, ifrazat, erkək və dişi cinsi orqanları, sperma, sidik kisəsi və s.).
    10-13. Qan, leş, donuz əti və spirtli içki haramdır. Bunlar haqqında Quranda xüsusi ayələr mövcuddur.
    ELMİ SİRLƏR
    Elm adamlarından biri yazır:
    "خبیث [xəbis] o şeylərə deyilir ki, insanlar ondan iyrənir (xoşagəlməz, iylənmiş, xarab olmuş şeylər).
    Qidanın xarab olması, kiflənməsi və iylənməsinə səbəb onun üzərinə qonan mikrob və zəhərli göbələklərdir. Məlumdur ki, bu növ qida məhsullarında müxtəlif xəstəliklər mövcuddur. Qida insan orqanizmində canlı hüceyrəyə çevrilir. Çirkin, iylənmiş qidalar funksiyasını itirmiş hüceyrələrə çevrilir. Hüceyrələr az ömürlüdür. Bəzən yeddi gündən qırx günədək, bəzənsə yeddi ilə qədər orqanizmdə qala bilirlər”(Bəzi həkimlər (qidalanmada) israfın a؛ağıdakı nümunələrini qeyd etmi؛lər. 1.Həddən artıq yemək və ya içmək. 2.Qidanı tam çeynəmədən udmaq. 3.Bir nِv yeməkdən çox yemək. 4.Nəfsin bütün istəklərini həyata keçirmək. 5.Halal qida məhsullarını a؛ıb haramlarla qidalanmaq ("Quranda təbabət”, səh. 137). )
    YEKUN
    1. Qeyri-gigiyenik ərzaq məhsullarının istifadəsinə qadağa qoyulması ilahi dinlərin bəşəriyyətə xidmətlərindəndir. Çünki hələ mikroblar kəşf olunmadığı, natəmiz qida məhsullarının törədə biləcəyi xəstəliklər aşkarlanmadığı bir dönəmdə bu növ qidalanmaya qadağa qoyulmuşdur. Bu həm də insanların sağlamlığına çox böyük xidmətdir.
    2. Bu qadağalar Qurana məxsus deyil. Öncə də qeyd etdiyimiz kimi keçmiş dinlərdə də bu qadağalara rast gəlirik.
    3. İnsanın iylənmiş, kiflənmiş və s. qida məhsullarına nifrəti təbii və daxili bir prosesdir. Elə buna görə də Quranın məlum hökmləri "bələdçilik” xarakteri daşıyır ("irşadi” hökmdür) və ilahi dinlərin, yaxud da Quranın elmi möcüzəsi hesab olunmur.
    4. Bu növ qida məhsullarının gigiyenik ziyanları olduğu üçün haram olunması doğrudur. Lakin bu, heç də tam səbəb deyil. Digər səbəblərin də mövcudluğu istisna olunmur.
    3.QİDALANMADA İSRAFA QADAĞA QOYULMASI
    İsraf hər bir şeyin həddini aşmasıdır. Qidalanmada isə israfdan məqsəd həddən artıq çox yemək, ifrata varmaqdır. Bu növ israf Quranda məzəmmət olunmuşdur (pislənmişdir). Allah Quranda buyurur:
    "Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”(Quranda təbabət”, səh. 137-140. )
    İsraf çox geniş anlayışdır. Belə ki, hər növ ifratçılığı (kəmiyyətdə, keyfiyyətdə), vaxt itirməni və s. əhatə edir. Bu, Quranın özünəməxsus üslubudur. İlahi nemətlərdən istifadəyə səsləyərkən sui-istifadələrin qarşısını almaq üçün dərhal mötədilliyini tövsiyə edir(Hِkmlərin fəlsəfəsi”, səh. 317 )
    Bəzi təfsirçilər burada dörd termin haqqında söhbət açmışlar.
    1. "Təqtir” (yaşam üçün zəruri şeylərdən istifadəyə etinasızlıq göstərmək. Bu Allahın qəzəbinə səbəb olan xüsusiyyətdir).
    2. "Təbzir” (öz malını ağıla müvafiq olmayan, şəriətə zidd məqsədlər uğrunda xərcləmək. Bu, haramdır).
    3. "İqtisad” və ya etidal (öz malını ağıla müvafiq və şəriətə uyğun məqsədlərə mötədil şəkildə xərcləmək. Bu, tərifəlayiqdir).
    4. "İsraf” (istifadədə ifratçılığa yol vermək). Quran ayələri israfçılığı məzəmmət etmişdir. "(Allah) israf edənləri sevməz!” ayəsi də bu qəbildəndir. Allahın sevgisinin yoxluğu Onun qəzəbi deməkdir("Təfsiri-nümunə”, c. 6, səh. 152. )
    İnsan orqanizminin qida maddələrinə (kalori, zülallar (protein), yağlar (lipid), karbohidratlar, vitaminlər, mineral maddələri və s.) təlabatı (təbii ehtiyacı) yaşa, cinsə və fəaliyyət növünə (işinin xarekterinə) görə fərqlənir. İnsanın qidalanmada mötədilliyi aşması orqanizmin sağlamlığı üçün təhlükəlidir (yəni az və ya çox yemək hər ikisi ziyanlıdır)(Quranda tibbi ecazkarlıq”, səh. 146. ).
    İsrafın müxtəlif nümunələri mövcuddur("Quran və yeni tibb”, səh. 110-115. ).
    Qeydlər:
    1. İsraf fərdlərə, zamana görə fərqlənir və müxtəlif şəkillərə düşür. Bəzən eyni anlayış müəyyən şəraitdə bir nəfər üçün israf hesab olunur, digəri üçün isə israf hesab olunmur.
    2. İsrafın mənfiliyini hamı fitri və əqli olaraq başa düşür. Deməli, şəriətin israfla bağlı hökmləri "bələdçilik” xarakteri daşıya bilər.
    HÖKMLƏR
    1. Yol gedərkən yemək məkruhdur.
    2. Çox yemək məkruhdur.
    3. Çox su içmək məkruhdur.
    4. Üç növ israf daim haramdır:
    Birinci: Malı korlayıb yararsız hala salmaq.
    İkinci: Maldan bədənə zərər vuracaq məqsədlər üçün istifadə etmək.
    Üçüncü: Maldan şəriətdə qadağa qoyulan məqsədlər üçün istifadə etmək.
    ELMİ SİRLƏR
    Mötədillik hər bir işdə müsbətdir. Qidalanmada mötədillik isə xüsusi əhəmiyyətə malikdir. Quran ümumi şəkildə qidalanmada israfa qadağa qoyur. Müasir profilaktikada buna böyük dəyər verilir. Qida, insan orqanizminin təlabatını təmin edir. Hansı ki, insanın sağlamlığı onun nəticəsində gerçəkləşir. Lakin həmin qidadan istifadədə israfa yol verilərsə, orqanizmin sağlamlığı təhlükəyə düşər və müxtəlif xəstəliklər əmələ gələr.
    Bəziləri qidalanmada israfın acı nəticələrini aşağıdakı şəkildə sıralamışlar.
    1. Həzm sisteminin pozulması və mədənin genişlənməsi.
    2. Mədənin həddindən artıq böyüməsi (genəlməsi - bu, çox təhlükəli xəstəlikdir. Əgər vaxtında müalicə olunmazsa ölümlə nəticələnə bilər).
    3. Qastrit (mədənin selikli qişasının iltihabı).
    4. Ürək göynəməsilə müşayiət olunur.
    5. Çox yemək xəstəlik törədici mikrob və virusların qida maddələri vasitəsi ilə mədə-bağırsaq yolunda bağırsaq divarından qana və limfaya (eləcə də digər hissələrə) sorulması nəticəsində vəba, qarın yatalağı və s. xəstəliklər törəyir. Çünki qidanın çoxluğu nəticəsində qəbul edilən (mədəyə yığılan) qida turş mədə şirəsi ilə qarışıb, şirəni özünə hopdura bilmədiyi üçün həzm prosesi düzgün getmir (adətən qidanın tərkibindəki virus və mikroblar mədə şirəsi vasitəsi ilə məhv edilir).
    6. Mədənin zədələnməsi ehtimalı böyükdür.
    7. Piylənmə ilə orqanizmdə artıq piy toxumasının yığılması müşayiət olunur (piylənmədə irsi amillərin də rolu böyükdür).
    8. Dişin çürüməsi. Qənnadi məmulatlarından həddən artıq istifadə olunduqda baş verir.
    9. Ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi).
    10. Podaqra (oynaq və toxuma xəstəliyi). Uzun müddət bir növ qida məhsullarından (ətdən) istifadə nəticəsində yaranır.
    11. Nefrolitiaz (böyrəkdaşı və ya sidikdaşı xəstəliyi).
    12. Həddən artıq çox yemək psixi pozuntularla da müşayiət olunur. Misal üçün iradənin zəifləməsi, yatağanlıq, son dərəcə tənbəllik, cinsi tələbatın insanı heyvana çevirməsi və s.
    13. Ehtiras və tamahdan doğan çoxyemə məhrumiyyətdən qaynaqlanır. Bəzən sonsuz həzz almaq və ya digərlərini təqlid etmək hissindən də doğur. Qadınlarda isə bir çox hallarda instinktiv olaraq hamiləlik dövründə (ağız dadının azması - yerikləmək nəticəsində) baş verir(Yenə orada. ).
    14. İfrat dərəcədə ət yemək aşağıdakı xəstəlikləri törədir:
    Şəkər diabeti, apendisit, bağırsaq vərəmi, xərçəng, apopleksiya (beyinə qan sızması nəticəsində iflic), ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi), qanın tərkibində xolesterinin çoxalması və nəticədə vaxtsız qocalma, podaqra (oynaq və toxuma xəstəliyi)(Bəqərə, 173; Maidə, 3; Ənam, 145; Nəhl, 115. ).
    Bəzi təfsirçilər yazırlar:
    "Fikrimizcə ayədə çox mühüm gigiyenik məsələyə toxunulmuşdur ("Yeyin-için, lakin israf etməyin”). Bu, ilk baxışdan sadə görünsə də bu gün artıq mühüm bir gigiyenik tədbir olduğu sübuta yetirilmişdir. Artıq, alimlərin tədqiqatları göstərir ki, bir çox xəstəliklər orqanizmdə tam sorula bilməyən qida maddələrindən törəyir”("Təfsiri-nümunə”, c. 1, səh. 588.).
    Doktor Seyid əl-Cəmili Əraf surəsinin 31-ci ayəsini qeyd edərək Quranın xərçəng xəstəliyinin (konserin) müalicəsini və ya profilaktikasını verdiyini iddia edir. O, yazır:
    "Gün ərzində 35 və daha çox siqaret çəkmək ağ ciyər xərçəngi törədir. Halbuki Quran israfa qadağa qoymuşdur”(Vəsail ə؛-؛iə”, c. 16, səh. 310. )
    Doktor Sadiq Əbd ər-Rza Əli də məlum ayəni izah edərkən qidalanmada israfdan yaranan xəstəliklər haqqında söhbət açmışdır("Bihar əl-ənvar”, c. 65, səh. 165. ).
    Əbd ər-Rəzzaq Nofel məlum ayəni şərh edərkən bütün tibb elminin bu ayədə xülasə olduğunu bildirir(Yenə orada , səh. 162. ).
    YEKUN
    1. Qidalanmada ümumi bir qanun göstərmək Quranın elmi məsələlərindən biridir və insanın sağlamlığında mühüm rola malikdir. Bu, eyni zamanda Quranın möcüzələrindən də hesab oluna bilər. Çünki Quran bu məsələni elə bir dönəmdə, elə bir şəraitdə açıqlamışdır ki, hamı acı nəticələrindən xəbərsiz halda çox yeməyə meyilli idi. Lakin tibb elmi inkişaf etdikcə bu hökmlərdə yatan elmi sirlərin üstü açılmağa başladı.
    2. Qeyd olunan gigiyenik ziyanlar sözügedən hökmün tam səbəbi deyil. Hələ bizə bəlli olmayan digər səbəblər də ola bilər.
    3. Qeyd olunan bir çox xəstəliklərin (nefrolitiaz və.) tam səbəbi çox yemək deyil. Çox yemək sözügedən xəstəlikləri törədən amillərdən yalnız biridir. Bütün bu xəstəliklərin qidalanmada israfla əlaqələndirilməsi mübaliğədir.
    4. LEŞ ƏTİNİN (YEYİLMƏSİNİN) QADAĞAN OLUNMASI
    Leş insan və ya heyvan ölüsünə (cəsədinə) deyilir. Şəriətdə isə özü ölmüş, yaxud da şəri qaydalarla kəsilməyən heyvana deyilir.
    إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ
    "O (Allah) sizə ölmüş heyvanı haram etmişdir”("Təfsiri-nümunə”, c.1, səh. 585. ).
    Yuxarıdakı ayə dörd surədə təkrarlanmışdır. Bu bənzərsiz təkrarlanmanı müxtəlif səbəblərlə əlaqələndirmişlər:
    1. Mövzunun əhəmiyyəti (orqanizm üçün təhlükəsi).
    2. O dövrün insanlarının bu məsələyə aludə olmaları("Hِkmlərin fəlsəfəsi”, səh. 151-153. ).
    QISA TARİX
    Leşin iyrənc olduğu hələ İslamdan öncə Tövratda təsdiqlənmişdir.
    Zərdüşt dinində də bu haqda qəti hökmlər mövcuddur.
    HÖKMLƏR
    İslam dinində leş haqqında bir neçə ayrıca hökm mövcuddur.
    Birinci: Leş yeyilməsi qadağan olunmuş qida məhsulları sırasındadır. Leş ətini yemək haramdır və günah hesab olunur.
    İkinci: Atıcı qanı olan heyvanın ölüsü (leşi) murdardır.
    Üçüncü: Müsəlmanın cəsədini dəfn etmək vacibdir. Hər bir müsəlmana onu iyi yayılmayacaq, heyvanların eşə bilməyəcəyi şəkildə dəfn etmək vacibdir. Əlbəttə, kafirlərin və ya iylənmiş hevanların ölüsünün basdırılması da zəruridir. Çünki ətraf mühitin çirklənməsinə, xəstəliklərin törəməsinə gətirib çıxarır.
    Dördüncü: "Məss-meyyit” qüslü ölüyə (insan cəsədinə) əl vuranlara (müəyyən şərtlərlə) vacibdir.
    Beşinci: Müsəlman qəbrinin açılması (hətta uşaq, yaxud dəli belə olsa) haramdır.
    ELMİ SİRLƏR
    Əhli-beytdən (ə) gələn bəzi rəvayətlərdə məlum ayədə mövcud olan sirlərə toxunulmuşdur. Bir çox təfsirçi və tibb mütəxəssisləri də ayə ilə bağlı elmi məqamları qeyd etmişlər.
    1. Hədislər
    İmam Sadiq (ə) bütün bu məsələlərin (hökmlərin) insanların xeyrinə olduğunu vurğulayaraq buyurur:
    "Leş yeyənin bədəni zəifləyir, gücü azalır, nəsli kəsilir. Bunu davam etdirən şəxs qəfil ölümlə (infarkt və s.) dünyadan köçür”(Bəqərə, 173; Maidə, 3; Ənam, 145; Nəhl, 115. )
    İmam Rza (ə) buyurur:
    "Leş yemək bədəndə pis iy əmələ gətirir. Tündməcazlığa, əsəbiliyə, qəlbin daşlaşmasına və ülfətin azalmasına səbəb olur. Leş yeyən şəxsin öz övladını, atasını, dostunu öldürməyəcəyini söyləmək çətindir”("Təfsiri-nümunə”, c. 1, səh. 586. )
    İmam Sadiqdən (ə) nəql olunan digər rəvayətdə oxuyuruq:
    "Leşdən qan xaric olmur, qatılaşaraq (daxildə) qalır. Buna görə də leş əti ağırdır”(Əsasən yoğun bağırsağın zədələnməsi ilə mü؛ayiət olunan, residiv verən, kəskin, yaxud xronik yoluxucu xəstəlik.)
    Qeyd: Rəvayətlərdə leş yeməyin orqanizm üçün törətdiyi fəsadlardan başqa mənəvi zərərləri də açıqlanmışdır. Müasir tibdə də bu məsələlərə diqqət yetirilir.
    2. "Təfsiri-nümunə”də oxuyuruq:
    "Həzm sistemi leşi yararlı qana çevirə bilmir. Bundan başqa leş mikrob yığınıdır. Buna görə də İslam leş yeməyi haram etməklə yanaşı, onun murdar olduğunu da bildirmişdir ki, müsəlmanlar tam uzaqlaşsınlar”(İnfeksiya, yaxud qaraciyər hüceyrələrinin toksiki zədələnmələrindən (bilirubinin əmələ gəlməsi və bağırsağa ifraz olunması pozulur) ba؛ verir. Tarenximatoz sarılıq çox zaman Botik xəstəliyində mü؛ayiət olunur. ).
    Bəzi həkimlər yazırlar:
    "Qan, tərkibinə nəzərən (ölümdən öncə bədənin ən yaxşı müdafiəçisi olmasına baxmayaraq) ölümdən sonra mikrobların inkişafı üçün əlverişli məkana çevrilir. Leşin qanı, öldükdən 1 saat sonra bədəninə hopur. 3-4 saatdan sonra əzələlər sıxılır və (fosfor, fermium və s.) turşularının mövcudluğu nəticəsində quruyur. Sonra orqanizm qələviləşir, quruluqdan çıxır və mikroblar fəaliyyətə başlayır. Nəticədə bədən parçalanır və iylənir. Qanın daxildə qalması mikrobların çoxalmasını sürətləndirir. Lakin heyvan şəriətdə göstərilən qaydada kəsildikdə (vena və arteriyanın kəsilməsi ilə) qan bədəndən tam çıxır. Kəsilən heyvanın çapalaması qanın tam çıxışına kömək edir”.
    Elm adamlarından biri yazır:
    "Leş hansı heyvana aid olmasına baxmayaraq, onda olan üzvi maddələr tez sıradan çıxır və iylənir. Hava nə qədər isti olsa, onun təsirli iyi və vəba vibrionları o qədər tez yayılır. Bədəndə olan mikroblar orqanizmin fəaliyyəti və mövcud antibakteriyaları (leykosit - ağ qan cisimciyi – kürəciyi) təsiri nəticəsində məhv edilir. Ölümdən sonra isə mikrobların fəaliyyəti başlayır və bütün bədəni əhatə edir. Buna görə də cəsəd murdardır və ona toxunduqda mütləq, qüsl verilməlidir”(İnsanın yoğun bağırsağı və s. daxili orqanlarında dizenteriya amyِbünün tِrətdiyi xəstəlik. ).
    YEKUN
    1. İlahi dinlərin bəşər mədəniyyətinə xidmətlərindən biri leş (ölü heyvanın) ətinin yeyilməsi ilə mübarizə, meyidin dəfn olunması və ətraf mühitin çirklənməsinin qarşısı alınmasıdır. Bu, İslam dinində ağıla müvafiq şəkildə və mötədillik çərçivəsində verilmişdir.
    2. Leşin (heyvan ölüsünün) yeyilməsini qadağan edən ayələr Quranın elmi möcüzəsi deyil. Çünki hələ Qurandan öncə səmavi kitablar bu hökmə toxunmuşlar. Lakin bu məsələ (leşin yeyilməsinin gigiyenik fəsadlarının bəlli olmadığı bir dönəmdə qadağan olunması) ilahi peyğəmbərlərin haqq olduğunu göstərən bir möcüzə hesab oluna bilər.
    3. Quranda sözügedən hökmlərin səbəbi açıqlanmadığından gigiyenik fəsadları yeganə səbəb olaraq göstərmək olmaz. Bu yalnız hökmün ardında duran səbəblər silsiləsinin kiçik bir hissəsidir. Çox güman ki, leşin yeyilməsinin haram olması, murdarlığı, "məssi-meyyit” qüslu və ölünün dəfn olunması zərurətinin digər sirli səbəbləri də mövcuddur. Hansı ki, elm inkişaf etdikcə bu sirlərin də üstə açılacaq. Buna misal olaraq, leşin yeyilməsinin psixi və mənəvi ziyanlarını göstərmək olar.
    Müsəlman cəsədinin dəfn olunmasında müsəlmana göstərilən hörmət də xüsusi qeyd olunmalıdır. Bu məlum hökmlərin səbəblərinin yalnız gigiyenik olmadığını göstərir.
    4. Leş vəba vibrionları törətmir. O, xəstəlik törədici bakteriyaları, o cümlədən vəba vibrionlarını inkişaf etdirir.
    5. DONUZ ƏTİNİN (YEYİLMƏSİNİN) QADAĞAN OLUNMASI
    Donuz, cütdırnaqlılar dəstəsindən gövşəməyən məməli heyvan fəsiləsidir. Ət və südündən məişətdə istifadə olunur. İslama görə qadağan olunmuş heyvanlar sırasındadır. Allah Quranda buyurur:
    إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ
    "O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini ...(yeməyi) qəti haram etmişdir”(Cırtdan soliter (Hymenolepsnana) nِvü və exinokkok (Echinococcus granulosus) da insan üçün qorxulu parazit sayılır. Soliterin bütün nِvləri insanı (və heyvanı) həddindən artıq arıqladır; bəzən ِlümlə də nəticələnə bilir. ).
    Qan və leş haqqında olduğu kimi burada da eyni məzmunlu ayə dörd dəfə təkrar olunmuşdur (İki dəfə Məkkədə, iki dəfə Mədinədə).
    Quranın bu məsələ haqqında xüsusi təkidlə çıxış etməsi nə qədər əhəmiyyət daşıdığını göstərir. Donuz ətinin orqanizmə və ruha vurduğu bənzərsiz ziyanlara baxmayaraq, bir çox dünya ölkələrində hələ də rəsmi qida məhsulu kimi istifadə olunur.
    Category: Quranın elmi ecazkarlığl | Added by: Islam_Kitabxanasi (2012-07-16)
    Views: 1207 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024