İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quranın elmi ecazkarlığl

    Quranın elmi ecazkarlığl
    QISA TARİX
    Donuz ətindən qida məhsulu kimi istifadə olunması neçə min il tarixə malikdir. Onun həzrət Musa (ə) şəriətində haram olunması dövrün yəhudiləri tərəfindən adi ərzaq məhsulu kimi istifadə olunduğundan xəbər verir. İncildə isə günahkarlar donuza bənzədilir və nəql olunan hadisələrdə donuz şeytan simvolu kimi verilir. İlahi dinlərin bu qədər təkid etməsinə (və bu növ qida məhsulunun törədə biləcəyi fəsadların aşkar olduğuna) baxmayaraq, hələ də bir çox ölkələrdə geniş yayılmışdır.
    HÖKMLƏR
    İslam şəriətində donuz haqqında bir neçə hökm mövcuddur:
    Birinci: Donuz əti yemək haram və günahdır.
    İkinci: Donuz südü içmək haramdır.
    Üçüncü: Quruda yaşayan donuz heç bir şəraitdə pak olmayacaq murdardır (napak).
    Dördüncü: Əgər donuz, qabdan maye halında olan bir şey içsə və ya qabı yalasa, həmin qab yeddi dəfə suya çəkilməlidir (yuyulmalıdır).
    Beşinici: Donuz alqı-satqısı icazəli deyil (tam murdar olduğu üçün).
    ELMİ SİRLƏR
    Donuz ətinin haram və murdar olması haqqında iki baxımdan danışmaq olar.
    Birinci: Psixi, mənəvi və əxlaqi təsirləri. Bəzi təfsirçilər yazırlar:
    "Donuz, hətta Avropada belə qeyrətsizlik simvolu və çirkin heyvandır. O, cinsi münasibətlərə laqeyiddir. Donuz ətinin bu laqeyidliyi onu yeyən insana da təsir qoyur”("Quranda təbabət”, səh. 146-147.).
    İkinci: Gigiyenik səbəblər.
    Donuz ətinin törətdiyi xəstəliklər iki yerə bölünür:
    a) Törədici səbəblərindən biri donuz əti olan xəstəliklər;
    1. Dizenteriya (qanlı ishal)("İslam, dərmansız həkim”, səh. 52-53. ).
    2. Tarenximatoz sarılıq(Nəhl, 115; Bəqərə, 173; Maidə, 3.).
    3. Amyöblü dizenteriya (Amyöbiaz)(Ənam, 145. ).
    4. Ergpeloid
    5. Donuz ətinin tərkibində yağlılıq və sidik turşusu çox olduğundan bir çox xəstəliklərə yoluxmada mühüm rol oynayır. Belə xəstəliklərdən ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi), oynaq ağrıları, zəhərlənmə və s.-nin adını çəkmək olar.
    6. Donuz natəmiz və çirkli şeyləri, hətta öz nəcisini belə yeməkdən çəkinmir. Elə buna görə də onun mədəsi müxtəlif xəstəlik törədici mikrobların yuvasına çevrilir, oradan da onun ətinə, qanına və südünə keçir.
    b) Yalnız donuz ətinin törətdiyi xəstəliklər.
    1. Soliterlər (lentşəkilli qurdlar dəstəsi). Taenia solium növü insanın mədə-bağırsağında parazitlik edir. Uzunluğu 2-3 m, bəzən 8 m-ə çatır. İnsanlar yaxşı bişirilməmiş və ya qızardılmamış donuz əti yedikdə yoluxurlar(Qan insanın, bütün onurğalı heyvanların və bəzi onurğasızların (məsələn, həlqəvi qurdlar, nemertiklər) qapalı qan dِvranı sistemində axan duru toxumadır. Qan duru hissədən - plazmadan və formalı elementlərdən - qan hüceyrələrindən ibarətdir. Formalı elementlər qanın 40-50%-ni, plazma isə 55-60 %-ni tə؛kil edir. Plazmanın tərkibində zülallar (albumin, qlobulin, A1, A2, B, Y, fibrinogen), onların lipidlərlə və karbohidratlarla kompleksləri, fermentlər, hormonlar, vitaminlər, mineral maddələr, maddələr mübadiləsinin aralıq və son məhsulları (sidik cِvhəri, sidik tur؛usu, kreatin və kreatinin, purin əsasları və s.) olur. Qanın miqdarı insanlarda bədənin orta çəkisinin 1/11 – 1/13 hissəsini (təqr. 7%), onurğalı heyvanlarda 2-10%, onurğasız heyvanlarda isə 20-60%-ini tə؛kil edir. İnsanın 1 mm3 qanında 4,5-5,5 miln. eritrosit (qırmızı qan cisimciyi) olur. ).
    2. Trixin (trixinella) Trichinellidae fəsiləsindən parazit, həlqəvi qurd. Uzunluğu 3-5 mm-dir. Bişirilməmiş və ya yaxşı bişirilməmiş donuz əti yedikdə insan bədəninə daxil olur. Trixin qurdu insanda trixinellyoz (nematodozlar qrupuna daxildir) xəstəliyi törədir. 10-25 gündən sonra tempraturla keçən titrəmə, göz qapaqlarında və üzdə ödem, əzələlərdə ağrı, dəridə səpki, bağırsaq pozğunluğu və başağrısı olur. Bəzən xəstəlik ağır keçir və ölümlə nəticələnir.
    Trixin qurdu mədəyə daxil olduqdan sonra heç bir antibakteriya onu məhv etməyə qadir deyil. Bir ayda 15 min bala çıxarır. 1 kq donuz ətində 400 min trixin toxumu ola bilər. Sözügedən qurdlar hətta ət ən yüksək tempraturda bişirildikdə belə məhv olmurlar("İslam sivilizasiyası”, səh. 185. ).
    3. Donuz əti ağır həzm edilir və nəticədə mədə zədələnir. Donuz əti mədədə özünəməxsus zəhərlənmə əmələ gətirir(Hِkmlərin fəlsəfəsi”, səh. 145. ).
    YEKUN
    Burada bir neçə məqama diqqət yetirmək zəruridir.
    1. İlahi dinlərin insanlara töhfələrindən biri də psixi və cismani xəstəliklərə qarşı profilaktik tədbirlərdir. Donuz ətinin haram və murdar edilməsi ilahi dinlərin möcüzələrindən biridir. Çünki bu hökm verildiyi zaman hələ bəşər donuz ətinin gigiyenik fəsadlarından xəbərsiz idi.
    2. Donuz ətinin haram olması Qurana məxsus elmi ecazkarlıq nümunəsi deyil. Bu, Qurandan öncə digər səmavi kitablarda da mövcud olduğu üçün ilahi peyğəmbərlərin möcüzələrindən hesab olunur.
    3. Öncə də qeyd olunduğu kimi donuz ətinin haram olmasının səbəbləri qeyd olunan gigiyenik səbəblərlə bitmir. Quranda bu hökmün səbəbi açıqlanmadığı üçün konkret olaraq bu və ya digər səbəbin üzərində dayanmaq doğru deyil.
    4. Donuz ətinin haram olmasının səbəbi kimi göstərilən gigiyenik fəsadlara irad oluna bilər. Çünki bir çox hallarda (donuz əti müxtəlif sanitar üsullarla qaynadıldıqda və s.) sözügedən xəstəlik törədici bakteriyalar məhv edilir və bu zaman məlum hökm üçün bir səbəb qalmır. Lakin trixinlərin heç bir şəraitdə məhv olunmadığı isbat olunarsa, artıq bu irada da yer qalmaz.
    5. Donuz ətinin insana psixi təsirlər (qeyrətsizlik və s.) göstərməsi hələ elmi qaynaqlar tərəfindən təsdiqlənməmiş güclü ehtimaldır. (Çünki dəqiq təcrübi yollarla isbat olunmamışdır).
    Qeyd: Bütün bunlar göstərir ki, qeyd olunan əxlaqi və gigiyenik fəsadlar məlum hökmün tam səbəbi deyil. Yeni elmi kəşflər hələ çox şeylər aşkara çıxaraq.
    6. QANIN (YEYİLMƏSİNİN) HARAM OLMASI
    Allah-taala Quranda buyurur:
    إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ
    "O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini ...(yeməyi) qəti haram etmişdir”("Bihar əl-ənvar”, c. 65, səh. 162. ).
    Qanın yeyilməsinin haram olması Quranda dörd surədə müxtəlif ibarələrlə öz əksini tapmışdır. Üç surədə (Nəhl, Bəqərə və Maidə) tam oxşar ibarələrlə verilmişdir. Ənam surəsində isə oxuyuruq:
    إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ
    (Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”("Vəsail ə؛-؛iə”, c. 16, səh. 310. ).
    Ayədə "دمامسحوفا” (axar qan) ifadəsi qeyd olunmuşdur. Bu, qanın kapillyarlarda qalan hissəsini istisna edir. "فانه رجس” ibarəsindəki "ه” əvəzliyi üçüncü şəxsin təkinə məxsus olmasına baxmayaraq, hər üçünə (yəni yalnız donuza deyil, ölü heyvan və qana da) aid olur. Bir çox təfsirçilərə görə bu ayənin ilkin mənasına uyğundur. Belə ki, ayədən hər üçünün natəmiz, insan təbiətinə zidd olduğu anlaşılır.
    Nəhl və Ən`am surələri Məkkədə, Bəqərə və Maidə surələri isə Mədinədə nazil olmuşdur. Qanın haram olduğunu bildirən ayələrin dəfələrlə təkrar olunması onun insan orqanizmi üçün təhlükəli olduğunu və cahillik dönəmində qanın yeyilməsinin geniş yayıldığını göstərir(ھiə fiqhində dalaq yemək haramdır. Müəllif əhli-sünnə fiqhinə əsaslanmı؛dır. ).
    QISA TARİX
    Qanın yeyilməsi dünya xalqları arasında çox qədim tarixə malikdir. Belə ki, bəzi antik qaynaqlarda ləzzətbəxş qida məhsulu kimi göstərilir. Qədimdə Şimali Amerikada qanla qidalanırmışar(Quranda təbabət”, səh. 144-145. ). Cahillik dönəmində də insanlar qanla qidalanır və onu rəsmi qida məhsulu kimi qiymətləndirirdilər("İlk universitet, son peyğəmbər”, c. 8, səh. 208. ).
    Yəhudilikdə də qandan qida məhsulu kimi yararlanmaq haram edilmişdir.
    HÖKMLƏR
    İslam şəriətində qanla bağlı bir neçə hökm mövcuddur.
    Birinci: Qan qadağan edilmiş qida məhsulları sırasındandır. Onu yemək (içmək) haramdır və günah hesab olunur.
    İkinci: İnsan və atıcı qanı olan hər bir heyvanın qanı murdardır.
    Üçüncü: Tam murdarların alqı-satqısı yalnız onlardan faydalı istifadə mümkün olduğu zaman icazəlidir. Qan tam murdardır; lakin buna baxmayaraq alqı-satqısı icazəlidir. Çünki ondan halal, faydalı və ağıla müvafiq istifadə (xəstələrə, yaralılara qan köçürülməsi və s.) mümkündür.
    ELMİ SİRLƏR
    Qanın haram və murdar olması haqqında tibb elmləri mütəxəssisləri tərəfindən müxtəlif ehtimallar irəli sürülmüşdür. Mövzu ilə bağlı çoxsaylı rəvayətlər də nəql olunmuşdur.
    1. Rəvayətlər.
    Bir kişi İmam Sadiqdən (ə) soruşdu: Nə üçün Allah-taala qanı yeməyi haram etmişdir? İmam (ə) buyurdu: "Çünki qan yemək qəlbi daşlaşdırır, sevgini, mərhəməti aradan aparır. Qan yemək bədəndə pis iy yaradır, rəngini dəyişir”("Təfsiri-nümunə”, c.1 , səh. 2. ).
    Digər rəvayətdə oxuyuruq: "Qan yeyənlər öz valideynlərini, övladlarını öldürə biləcək dərəcədə daşürəkli olurlar”(Nəhl, 67. ).
    2. Doktor Əbd əl-Həmid və başqaları yazırlar:
    "Qan insan üçün faydalı qida məhsulu deyil. Çünki plazma tərkibindəki zülallar (albumin, qlobulin, fibrinogen) olduqca azdır (təqr. 6-8 mq). Qanın tərkibi gec həzm olur və ya bağırsağa böyük çətinliklə sovrulur.
    Qanın əsas vəzifələrindən biri maddələr mübadiləsinin lazımsız (aralıq və son) məhsullarını (sidik cövhəri, sidik turşusu, kreatin və kreatinin, purin əsasları və s.) toxumalardan çıxarmaqdır. Qan yedikdə həmin lazımsız maddələr insan orqanizminə daxil olur. Qan mikrobların inkişafı üçün əlverişli vasitədir. Mikroblar kəsici alətlər, əllər, hava, milçək və qan tökülən qab vasitəsilə yayılır. Xüsusilə xəstəliyə yoluxmuş heyvanın qanı daha təhlükəlidir (yoluxucu xəstəliklər xüsusi qeyd olunmalıdır).
    Qan yedikdə zülalların (protein) parçalanması nəticəsində sidik cövhərinin miqdarı artır və insanın komaya düşməsi ehtimalı çoxalır.
    Bəzilərinin fikrincə qan, tərkibində dəmir olduğu üçün yeyilməsi faydalıdır. Lakin bu yanlış fikirdir. Çünki qanın tərkibində olan dəmir üzvi dəmirdir və qeyri-üzvi dəmirə nisbətdə çox böyük çətinliklə həzm olunur.
    Şəriətə görə halal heyvanların qaraciyər və dalağını yemək icazəlidir(Bəqərə, 219. ). Çünki insan orqanizminə lazımi dəmir ötürə bilər. Tibbi baxımdan da bu iki hissənin yeyilməsi maneəsizdir. Elmdə sübut olunmuşdur ki, bu iki üzv bir çox qida maddələri ehtiva etdiyindən olduqca faydalıdır (xüsusi qlikogen, protein və vitaminlər).
    Bütün bunlar tibb elmlərinin şəriət hökmlərini tam təsdiq etdiyini aşkara çıxarır”(Nisa, 42.).
    3. Doktor Paknijad yazır:
    "Qan yeməyin cisimdən çox ruha ziyanı var. Çobanlar daim itlərinin quduzlaşması, şiddət göstərməsi üçün ona qan içirdirlər”(Təfsiri-nümunə”, c. 3, səh. 395-396.).
    Bəzi təfsirçilər yazırlar:
    "Bu gün artıq elm sübut etmişdir ki, qida məhsulları vəzilərə (endokrin, yaxud sekresiya vəzilərinə) təsir göstərir, nəticədə hormonlar (inkretlər) hasil olur və bu özünü insanın davranışında göstərir”("Nur əs-siqləyn”, c. 1, səh. 483. ).
    YEKUN
    Burada bir neçə məqama diqqət yetirməyi zəruri hesab edirik.
    1. İlahi dinlərin vəhyə dayanaraq xəstəliklərin qaynağı olan bu hökmü verməsi fəxr ediləsi bir faktdır. İlahi dinlərin qan yeməyi insanaməxsus qida məhsulları cərgəsindən çıxarması peyğəmbərlərin bəşər sivilizasiyasına göstərdiyi ən böyük xidmətlərdəndir.
    2. Qan yeməyin haram olması ilahi peyğəmbərlərin (ə) möcüzələri sırasındadır.
    3. Qan yeməyin haram olmasının səbəbi kimi göstərilən gigiyenik fəsadlar həmin səbəblərin yalnız bir hissəsidir.
    4. Qanla bağlı bir çox məsələlər qaranlıq olaraq qalır və gələcək tədqiqatlar üçün gözəl mövzudur. Misal üçün, axar qanın (دماء مسحوفا) haram və murdar, orqanizmdə qalan qanın isə pak olmasının səbəbləri, qan yeməyin psixi təsirləri (daşürəklilik və s.) aydın deyil. Sırf ehtimal və ya çobanların itləri quduzlaşdırma metodu elmi əsas ola bilməz.
    7. SPİRTLİ İÇKİLƏRİN QADAĞAN OLUNMASI (خمر).
    "خمر” [xəmr] nədir? "خمر” [xəmr] örtmək mənasını ifadə edir. Bir termin kimi isə kefləndirici içkilərə deyilir. Bu heç də təsadüfi deyil. Çünki spirtli içkilər insan ağlının üstünü örtür və yaxşını pisdən ayırmağa imkan vermir.
    QURANIN ALKOQOLİZMƏ QARŞI MƏRHƏLƏLİ MÜBARİZƏSİ
    Allah-taala Quranda şərab məsələsinə dörd mərhələdə toxunmuşdur.
    Birinci mərhələdə buyurur:
    "Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz”("Təfsiri-nümunə”, c, 3. səh. 50. ).
    Bu mərhələdə üzüm və xurmadan halal və düzgün istifadədən söhbət açılır və faydalı istifadə yolu göstərilir. Bu tərbiyə üslunun ilk mərhələsidir.
    İkinci mərhələ:
    "Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır”("Məcmə əl-bəyan”, c. 2, səh. 50. ).
    Bu mərhələdə bir neçə məsələyə diqqət yetirmək lazımdır.
    Birinci: Quran şərabın haram olduğunu bildirmək istəyərkən ötəri şəkildə onun günah olduğunu önə çəkir.
    İkinci: Quranın tərbiyə üsulu çox maraqlıdır. Çünki iki çirkin əmələ qarşı mübarizəni sərt şəkildə başlamır.
    Üçüncü mərhələ:
    "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (və ya namaz qılınan yerə) yaxınlaşmayın”(Maidə, 90-91. ).
    Bu ayə haqqında təfsirçilər arasında bir neçə baxış mövcuddur.
    1. Ayədən məqsəd budur ki, müsəlmanlar şərab içdikdən sonra kefləşdikdə (sərxoş vəziyyətdə) namaza yaxın durmasınlar. Bunun iki faydası var:
    a) Allahla münacat etmək nə dediyini başa düşməkdən, dərk etməkdən asılıdır. Kefli ikən Allahın qarşısında dayanmaq həm ədəbsizlik, həm də faydasızdır.
    b) Beş namazın vaxtlarının bir-birinə yaxın olması spirtli içki içməyə mane olurdu. Bu bir növ alkoqolizmlə mübarizə idi(Quranda təbabət”, səh. 161; "Təfsiri-nümunə”, c. 5, səh. 68.).
    2. Bəzi şiə və əhli-sünnə təfsirçilərinə görə məlum ayə yuxu ilə bağlıdır. Yəni yuxulu ikən namaza yaxın durmayın. Bu bir çox rəvayətlərdə də öz əksini tapmışdır("Müstədrək əl-vəsail”, c. 1, səh. 139. ).
    Digər təfsirçilər isə bu baxışı rədd edir və bildirirlər ki, ayədə məqsəd ümumiyyətlə tam oyaq olmaqdır. "Nə dediyinizi biləsiniz deyə” ifadəsindən aydın olur ki, insanın tam oyaq olmadan (istər yuxudan, istərsə də spirtli içkilərin təsirindən) namaz qılması doğru deyil("Bihar əl-ənvar”, c. 65, səh. 164. ).
    3. Ayədə "صلوه” [səlat] sözündən məqsəd namaz qılınan məkan, yəni məsciddir. Buna dəlil "الاعابری سبیل” ibarəsidir. Deməli, ayə kefli halda məscidə yaxın getməyi qadağan edir(Amerkada h.q. 1363- cü ildə təqribən 10 min alkoqolik var idi. Habelə 25000 ِlümlə nəticələnən yol qəza hadisəsi, 15000 qətl və intihar, eləcə də 2500000 polis saxlamaları alkoqolizmin nəticəsi olmu؛dur. ).
    Dördüncü mərhələ:
    "Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”(Qətl 50%, ağır travmalarla nəticələnən münaqi؛ələr 77, 8 %, alkoqoliklərin tِrətdikləri oğurluqlar 88, 5 %, namusa təcavuz 88, 8 % ("Təfsiri-nümunə”, c. 2, səh. 75). )
    Ayədə bir neçə məqamın üzərində dayanmaq lazımdır.
    Birincisi: Ayə şərabın hökmünü qəti olaraq açıqlamışdır. Lakin bu öncəki üç mərhələdə yaranmış hazırlıqdan sonra idi. Belə ki, ayə nazil olduqdan sonra (cahillik dövrünün şərab içənlərindən olan) Ömər ibn Xəttabın cavabı انتهینا .... انتهینا "artıq içməyəcəyik” sözləri oldu("Təfsiri-nümunə”, c. 2, səh. 76. )
    Bu ayə nazil olduqda əlində şərab camı olanlar, camları sındırdılar. Camlar küçələrə töküldü. Cəmiyyət yekdilliklə şəriət hökmünə boyun əydi. Bu, Quranın heyrətləndirici tərbiyə üsulunun təsiri idi.
    İkinci: Bu ayədə şəraba qadağa qoyulmaqla yanaşı onun fəsadları da açıqlanmışdır.
    QISA TARİX
    İslamdan öncə spirtli içkilərin içilməsi gündəlik adi həyatın bir hissəsini təşkil edirdi.
    Çünki insanlar onun törədə biləcəyi xəstəliklərdən xəbərsiz idilər. Tədqiqatımızın nəticəsinə görə şərab ilk dəfə İslamda qadağan olunmuşdur. Belə ki, bu qadağadan sonra İslama doğru etiraz səsləri ucalmağa başladı. Bu hökm bir çoxlarına qəribə gəldi və səbəblərini araşdırmağa başladılar
    Fransa tarixçisi Rhenan yazır:
    "İslam dini öz ardıcıllarını bir çox təhlükədən, o cümlədən donuz, itin artığı və şərabdan xilas etmişdir”.
    HÖKMLƏR
    Quranda və əhli-beytdən (ə) gələn rəvayətlərdə spirtli içkilərlə mübarizə məqsədi daşıyan bir neçə hökm var.
    1. Hər növ spirtli içkini içmək haramdır.
    2. Maye halında olan kefləndirici maddələr murdardır (texniki spirt istisnadır).
    3. Spirtli içkilərlə murdar olmuş qab az su ilə (bəzi müctehidlərə görə kürr və axar su ilə də) 3 dəfə yuyulmalıdır (7 dəfə yuyulması isə müstəhəbdir - daha yaxşıdır).
    4. Spirtli içki içdiyi sübut olunan şəxsə məhkəmə tərəfindən 80 qamçı kəsilir.
    ELMİ SİRLƏR
    Spirtli içkilərin haram və murdar olmasına bir neçə baxımdan yanaşmaq olar. Əhli-beytdən (ə) gələn rəvayətlərdə, tibb elmləri üzrə mütəxəssislərin açıqlamalarında spirtli içkilərin mənəvi, ictimai və gigiyenik zərərləri haqqında maraqlı faktlar var. Aşağıda bu faktları diqqətinizə çatdırırıq.
    a) Rəvayətlərdə şərabın mənfi təsirləri.
    Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir:
    "Şərab çirkinliklərin, cinayət və səviyyəcə alçaq işlərin törədicisidir”("Təfsiri-nümunə”, c. 2, səh. 75. )
    İmam Baqir (ə) buyurur:
    "Daim şərab içən (alkoqolik) bütpərəst kimidir. Şərab insanda bədənin əsməsinə gətirib çıxarır. Onun kişiliyini, insafını məhv edir. Şərab, ona qurşanmış insanı yaxınlarına qəsd etməyə, yaxın qohumları ilə intim münasibətə sürükləyir. Sərxoş insan öz məhrəmləri ilə zina etməyə belə cəsarət edir. O, sərxoş vəziyyətdə nə etdiyini bilmir. Şərab onu istənilən təhlükəli işə vadar edir”(Məhəmməd Baqir Həkim, "Quran؛ünaslıq”, səh. 129. ).
    b) Mənəvi və ictimai təsirləri.
    1. Spirtli içkilər insanlığı əldən alır.
    Spirtli içkilər insanların ağılını əlindən alır. Onlar sərxoş vəziyyətdə təhlükəli hal alırlar.
    2. Alkoqolizmin ictimai ziyanları.
    Şərab içmək şeytani əməllərdəndir. Şeytan bu yolla insanların arasında düşmənçilik salır. "Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər” (Maidə, 90-91).
    Alkoqoliklər onlarda yaranan (sərxoş ikən) yırtıcılıq əhval-ruhiyyəsinin təsiri ilə hər bir cinayəti törətməyə hazır olurlar(Maidə, 6. ). Statistik məlumatlara görə alkoqoliklərin ictimai cinayətləri olduqca çoxdur("Eləl ə؛-؛ərai”, səh. 279-281. ).
    3. Alkoqolizmin iqtisadi ziyanları.
    Alimlərdən biri yazır:
    "Əgər hakimiyyət dairələri meyxanaların yarısının bağlanacağına zəmanət versələr, xəstəxana və dəlixanaların yarısına ehtiyac olmayacağına zəmanət veririk”("Quranda təbabət”, səh. 128. ).
    Deməli, spirtli içkilərin dövlətə keçəri xeyiri (şərabçılardan alınan vergi və s.) olsa belə, ziyanı daha çoxdur. Bu, Quranın əsrlər öncə xəbər verdiyi həqiqətdir (Bəqərə, 219).
    4. Alkoqolizmin mənəvi ziyanları.
    Spirtli içkilər ümumilikdə insanı dindən çıxarır. Quran xüsusi olaraq onun Allahı xatırlamağa, namaz qılmağa mane olduğunu bildirir (Maidə, 90-91).
    Spirtli içkilərin mühüm ziyanlarından biri də özünü ictimai davranış qaydalarında, etik normalarda göstərir. Alkoqolikin ailəyə, övlada qayğısı, sevgisi son həddə enir. Bir çox hallarda bu katiqoriyalı insanların öz övladlarına belə qəsd etdikləri müşahidə olunmuşdur(Yenə orada, səh. 130. ).
    c) Alkoqolizmin tibbi ziyanları.
    İçilmiş alkoqol (ağız, mədə və ağciyər selikli toxumaları vasitəsi ilə) asanlıqla qana sorularaq mərkəzi sinir sistemində bir sıra pozğunluqlar törədir. Əgər hamilə qadın alkoqol içərsə, içilən alkoqolun müəyyən hissəsi bətndəki uşağa ötürülür və birbaşa beyin hüceyrələrinə təsir göstərir.
    Spirtli içkilərin törətdiyi xəstəlikləri əsasən iki hissəyə ayırmaq olar.
    Birinci: Narkotik sərxoşluq.
    Böyük dozada alkoqol içənlərdə baş qaldırır. Sərxoş şəxs dərin yuxuya gedir, onun vətər, dəri və başqa refleksləri zəifləyir, hətta ürək fəaliyyəti və tənəffüsü həyat üçün qorxu törədəcək dərəcədə pozula bilər.
    Əgər müntəzəm şəkildə alkoqol içilərsə, bu xroniki alkoqolizmə səbəb olur. Nəticədə xəstənin əmək qabiliyyəti pozulur və ya itir, iradəsi zəifləyir. Onlar özlərini normal idarə edə bilmir. Xroniki alkoqolizm qan-damar sistemində distrofik dəyişikliklərə, hipertoniya xəstəliyinin sürətlənməsinə, qaraciyər və böyrəklərin funksiyasının pozulmasına, ağır psixi və somatik pozğunluqlara və s. səbəb olur. Xroniki alkoqolizm ağıl zəifliyi, alkoqol epilepsiyası, bəzi hallarda alkoqol psixozları ilə nəticələnə bilər.
    Bəziləri etiraz edirlər ki, az miqdarda spirtli içkinin qəbul olunması xəstəliyə səbəb olmur. Bu etiraza cavab olaraq bildirmək lazımdır ki, "Sərxoşluq” adlanan xəstəlik (içkinin az və ya çox qəbul olunmasından asılı olmayaraq) baş verir və kəskin ağıl pozğunluğu ilə müşyiət olunur.
    İkinci: Kəskin alkoqol intoksikasiyası (spirtli içkilərin alkoqolu ilə zəhərlənmə).
    Bu xəstəlik əsas sinir proseslərini, ilk növbədə, insanın düzgün davranışına, təfəkkür və danışığına həlledici təsir göstərən tormozlanmanı gücləndirir. Alkoqol sərxoşluğun ilk mərhələsində sanki adama qüvvət gəlir, iş qabiliyyəti artır. Halbuki müəyyən edilmişdir ki, hətta cüzi miqdarda alkoqol belə, insanın fiziki və zehni iş qabiliyyətini xeyli azaldır. Sərxoş adam ilk anlar qayğısızlaşır, kefi durulur, şənlik edir və s. Sərxoşluq gücləndikcə bütün bunlar əsəbilik, ədəbsizlik və kobudluqla əvəz olunur. Sərxoş adam cəmiyyətdə davranış qaydalarına riayət edə bilmir. Ailədə narazılıq törədir və uşaqların tərbiyəsinə mənfi təsir göstərir.
    ALKOQOL PSİXOZLARI
    (Xronik alkoqolizm nəticəsində baş verən psixi xəstəliklər qrupu)
    1. Alkoqol delirisi (Kəskin alkoqol psixozlarının ən çox təsadüf olunan forması).
    Alkoqol delirisi, adətən 3 – 7 gün davam edir. Xəstəlikdən 2 – 3 gün əvvəl ümumi narahatlıq başlayır, xəstə səbəbsiz vahimələnir, yuxusu pozulur, daha sonra hallüsinasiya müşahidə edilir (gözünə bədheybət adamlar, qorxunc heyvanlar, həşərat və s. görünür). Alkoqol delirisi, bəzən ürək fəaliyyətinin pozulmasından ölümlə nəticələnir.
    2. Alkoqol hallüsinozu (alkoqol qarabasması).
    Alkoqol hallüsinozu da kəskin və xronik olur. Ən çox eşitmə hallüsinasiyasına təsadüf edilir. Bu zaman xəstəyə elə gəlir ki, üstünə qışqırırlar, hərəkətlərini pisləyirlər, onu hədələyirlər, ləkələmək, yaxud nahaq yerə cəzalandırmaq istəyirlər. Xəstənin ağlı özündə olsa da onda hallüsinasiya qalır.
    3. Qısqanclıq sayıqlaması.
    Qısqanclıq sayıqlaması xronik alkoqol psixozlarının ən xarakterik formasıdır. Bu zaman xəstədə əsassız qısqanclıq hissi baş qaldırır, onu heç vəchlə bu fikirdən daşındırmaq olmur. O, hətta şübhələndiyi adamın, eləcə də yaxın tanışlarının həyatına qəsd edə bilər.
    4. Korsakov psixozu.
    Korsakov psixozu alkoqol psixozlarının beynin alkoqolla zəhərlənməsi nəticəsində baş verən xüsusi formasıdır. Səciyyəvi əlamətləri: xəstənin yaddaşı və oriyentasiyası kəskin pozulur, gün ərzində baş verən hadisələri, hətta yeyib-yemədiyini xatırlaya bilmir və s.
    5. Dipsomaniya (yun. dipsa – həvəs + mania – ağılsızlıq).
    Dipsomaniya alkoqolizm nəticəsində baş verən xüsusi xəstəlik formasıdır. Belə hallarda xəstə yalnız xəstəlik tutması zamanı sərxoşluq edir. Tutmalar arasındakı müddətdə isə spirtli içkiyə həvəsi olmur, hətta ondan ikrah edir. Tipik hallarda, xəstə bədbinlikdən şikayətlənərək içməyə başlayır. Sonralar isə içkiyə aludəlik xəstənin onsuz da pozulmuş iradəsinə hakim kəsilir. O, iş qabiliyyətini itirir, hərəkətlərinə nəzarət edə bilmir.
    Qeyd: Bundan başqa spirtli içkilərin istifadəsindən törənən bir çox xəstəliklər də var ki, ixtisas üzrə yazılmış kitablarda öz əksini tapmışdır. Bu xəstəlikləri aşağıdakı şəkildə sıralamaq olar:
    Əsəb xəstəlikləri.
    Həzm xəstəlikləri (buraya ağız-boğaz selikli qişalarının zədələnməsi, qida borusu iltihabı, ağır qanqusma, qida borusu xərçəngi, kəskin mədə iltihabı, xronik mədə iltihabı, mədə xərçəngi, mədə yarası, mədəaltı vəzi iltihabı, qaraciyər xəstəlikləri və s. daxildir).
    Ürək xəstəlikləri (ürək əzələlərinin zəifliyi və s.)
    Yoluxucu xəstəliklər.
    Qan çatışmazlığı (qanda dəmir, B12 vitamini və s. azalır).
    Xərçəng xəstəlikləri.
    YEKUN
    1. Spirtli içkilərə qadağa qoyulması Quranın elmi möcüzələrindən biridir. Bu hökm açıqlandıqda bəşəriyyət çox böyük iştahla bu növ içkiləri içir və onun gigiyenik fəsadlarından xəbərsiz idi.
    2. Bəzi yazıçılara görə Quranın ecazkarlıq nümunələrindən biri cahillik dönəminin ərəb cəmiyyətində apardığı qısamüddətli dəyişiklikdir(Yenə orada, səh. 128-129.).
    Şərabın mərhələli şəkildə qadağan olunması bunun ən bariz nümunəsidir.
    3. Şərabın haram və murdar olunmasının səbəbləri qeyd olunanlarla bitmir.
    Sonda qeyd olunan xəstəliklər haqqında iki məqamı nəzərdən qaçırmaq lazım deyil. Birincisi, bu xəstəliklər ümumi xarakter daşımır. Yəni bütün alkoqoliklər bu xəstəliklərə yoluxmur. Çünki insanların orqanizminin dayanıqlılığı müxtəlifdir. İkincisi, sonda qeyd olunan xəstəliklərin bir çox amilləri mövcuddur ki, onlardan yalnız biri spirtli içkilərdir. Yəni heç şərab içməyənlər belə bu xəstəliklərə yoluxa bilərlər.
    ŞƏXSİ SAĞLAMLIQ
    DƏSTƏMAZ
    Dəstəmaz, üzü, iki əli yumaq, başa və ayaqlara məsh çəkməyə deyilir. Müəyyən şəraitdə ibadət sayılır.
    İslamda vacib edilən bir çox ibadət və dini ayinlər iki cəhətdən böyük əhəmiyyət daşıyır. Birinci cəhət onun insanı Allaha yaxınlaşdırması, mənəvi yetkinliyi, ikinci cəhət isə ictimai mühitə və ya insanın öz sağlamlığını təmin etməsidir. Namaz, oruc, dəstəmaz, qüsl və s. bu qəbildəndir.
    Quranda dəstəmaz haqqında oxuyuruq:
    "Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun... Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!”("Hِkmlərin fəlsəfəsi”, səh. 232-235. )
    ELMİ SİRLƏR
    Dəstəmazın elmi və mənəvi faydaları haqqında hədislərdə və bir çox elmi əsərlərdə mühüm məqamlara toxunulmuşdur.
    1. Rəvayətlər.
    İmam Rzadan (ə) nəql olunan bir hədisdə deyilir:
    "Dəstəmaz bunun üçündür ki, bəndə Allah qarşısında pak, danışmağa hazır olsun. Mövlasının əmrinə tabe olub çirkinliklərdən, murdarlardan təmizlənsin. Əzginliyi aradan getsin. Yuxusu qaçsın...”("Hِkmlərin fəlsəfəsi”, səh. 242-246. )
    2. Şəxsi təmizliyi nizama salmaq.
    Bəzi həkimlər yazırlar:
    "Bir çoxlarının fikrincə təmizlik zövqə, fərdin iqtisadi durumuna bağlıdır. Quranda isə müntəzəm surətdə təmizlik işi aparmaq bir dini zərurət olaraq göstərilmişdir”(Maidə, 6. ).
    3. Dəstəmazın insan sağlamlığında rolu.
    Bəzi həkimlər yazırlar:
    "Əgər dərinin sağlamlığı haqqında son elmi nailiyyətlərə nəzər salsaq, o zaman dəstəmazın əhəmiyyəti anlaşılacaq. Dərinin sağlamlığı ilk növbədə bədənin, xüsusilə açıq yerlərin yuyulmasından, təmiz saxlanılmasından aslıdır. Dərinin davamlı olaraq yuyulması tər vəzilərin tər ifrazını asanlaşdırır”(Bəqərə, 222. ).
    Dəstəmazın gigiyenik faydaları haqqında yazırlar:
    "Dəstəmaz əllərin çirklənməsindən törəyən bir çox həzm xəstəliklərinin qarşısını alır. Bu xəstəliklərin ən təhlükəlisi yolxucu xəstəliklərdir (vəba, qarın yatalağı, mədə iltihabları, qida məhsullarından zəhərlənmələr və s.). Bundan başqa, qan dövranına və s. müsbət təsir göstərir”(Təfsiri-nümunə”, c. 4, səh. 284. ).
    Alimlərdən biri yazır:
    "İslamda göstərilən dəstəmaz eynilə masaj (isveç masajı) xarakterinə malikdir. Çünki bədənə soyuq su dəydikdə, həmin üzv soyuyur. Qan soyuyan üzvə doğru sürətlə hərəkət edir və bədənin itirilən təbii hərəkətini qorumağa çalışır. Qan dövranını sürətləndirir, nəticədə insan gümrah və sağlam olur”("Hِkmlərin fəlsəfəsi”, səh. 252-259. ).
    4. Dəstəmazın hansı su ilə (soyuq, pak və s.) alınması, burunu, ağzı yaxalamaq, dəstəmazdan öncə dişləri yumaq və s. bu kimi məsələlər haqqında hədislərdə maraqlı gigiyenik məqamlara toxunulmuşdur ki, ixtisar məqsədi ilə burada qeyd etmirik("Hِkmlərin fəlsəfəsi”, səh. 252-259.).
    YEKUN
    1. Dəstəmaz hökmünün zəruri dini ayin olaraq vacib olunması səmavi dinlərin insanlara təmizliklə yanaşı, daxili nurluluğu, səciyyəvi mənəviyyatı da özündə cəmləşdirən ərməğanıdır.
    2. Öncə də qeyd olunduğu kimi əlləri və üzü yumaq insanların gündəlik proqramlarında mövcud olmuş, bəzi dinlər tərəfindən isə dəstəmaz olaraq vacib edilmişdir. Deməli, bunu Quranın elmi möcüzəsi hesab etmək olmaz (Qeyd etmək lazımdır ki, İslamda göstərilən dəstəmaz, digər dinlərdə göstərilən dəstəmazla müəyyən baxımlardan fərqlidir).
    3. Dəstəmaz bir dini ibadətdir. Onu sadə masaj və ya yuyunma həddinə düşürmək yolverilməzdir. Doğrudur, onun gigiyenik xüsusiyyətlərinə göz yummaq olmaz. Lakin bu dəstəmaza bir tərəfli yanaşmaya səbəb olmamalıdır.
    4. Dəstəmazın elmi sirləri onun vacib olunması səbəblərindən ola bilər. Lakin bu heç də tam səbəb deyil. Burada digər səbəblərin (xüsusilə mənəvi səbəblərin) mövcudluğu da ehtimal olunur.
    Category: Quranın elmi ecazkarlığl | Added by: Islam_Kitabxanasi (2012-07-16)
    Views: 1358 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024