İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Quranın elmi ecazkarlığl

    Quranın elmi ecazkarlığl
    QÜSL
    Qüsl İslamda bir ibadət olaraq göstərilmişdir. Öncə də qeyd olunduğu kimi bu növ ibadətlərin iki mühüm cəhəti spesifikdir; ibadət və sağlamlıq. Quranın bir çox ayələrində pak insanlar mədh olunur və Allahın istəklisi kimi göstərilir. Qüsl "təharət” (paklıq) deyə anılır. Quranda bir neçə vəziyyətdə qüsl etməyin zəruri olduğu bildirilir.
    Birinci: Cənabətli olduqda (cinsi əlaqə və ya istənilən şəkildə məni xaric olduqda).
    "Ey iman gətirənlər! Namaza durduğunuz zaman... Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)... Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!”("Hِkmlərin fəlsəfəsi”, səh. 252-259. )
    Yuxarıda qeyd olunan ayə bir daha göstərir ki, ilahi göstərişlər insanların mənafeyinə xidmət edir. Allah bu göstərişlərlə insanların mənəvi və cismani paklığını təmin edir.
    İkinci: Heyz (qadınların aybaşı adəti - menstruasiya) olan qadınlar.
    "Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!”(Müddəssir, 4. )
    Bu haqda növbəti bəhslərdə (heyz haqqında olan qadınlarla cinsi əlaqənin yasaq olunmasının səbəbləri bəhsində) ətraflı söhbət açacağıq.
    Qeyd: Əlbəttə, İslamda digər qüsllər də mövcuddur (Buraya Nifas (doğuş qanı görən qadınlar üçün), İstihazə (müəyyən şəraitdə qan görmələr zamanı) vacib, cümə, bayram və s. müstəhəb qüsllər daxildir).
    ELMİ SİRLƏR
    1 Qüslün səbəbləri hədislərdə.
    İmam Rza (ə) Məhəmməd ibn Sənanın sualının cavabı olaraq buyurur:
    "Cənabət qüslündən məqsəd təmizlikdir. İnsan qüsl zamanı özünü çirkdən təmizləyir, bədəni paklayır. Çünki məni bütün bədəndən xaric olur. Buna görə də bütün bədəni təmizləmək lazımdır”.
    Qeyd: Hədisin elmi izahı haqqında növbəti səhifələrdə söhbət açacağıq.
    2. Qüslün mənəvi rolu.
    Qüsl insanın daxilən nurluluğuna səbəb olur. Onda mənəvi əhval-ruhiyyə yaradır. Ruha paklıq bəxş edir.
    3. Qüslün gigiyenik faydaları
    Bəzi həkimlər qüslün gigiyenik faydaları haqqında yazırlar:
    "Spermanın orqanizmdən xaric olması (sidik və s. kimi) yalnız bir üzvlə bağlı deyil. O, bütün orqanizmə təsir göstərir. Bütün hüceyrələr sperma xaric olduqda süstləşir.
    Alimlərin tədqiqatına görə insan orqanizmində mövcud olan veketativ sinir sistemi – simpatik və parasimpatik olmaqla iki hissəyyə bölünür. Simpatik sinir sisteminin funksiyasi orqanizmin fəalliyətini sürətləndirmək, çoxaltmaq, parasimpatik sinir sisteminin funksiyası isə tam əksinə orqanizmin fəaliyyətini ləngitməkdir. Veketativ sinir sisteminin bu iki hissəsi orqanizmdə tarazlığı qoruyur. Bəzən orqanizmdə baş verən fəaliyyət nəticəsində məlum tarazlıq pozulur. Bu tarazlığı pozan amillərdən biri də orqazm aktıdır. Bu zaman parasimpatik sinir sistemi simpatik sinir sistemini üstələyir və məlum tarazalıq mənfi şəkildə pozulur. Sübuta yetirilmişdir ki, simpatik sinir sistemini işə salan və itirilmiş tarazlığı bərpa edən amillərdən biri də bədənin suya toxunmasıdır. Orqazm zamanı simpatik və parasimpatik sinir sistemlərinin tarazlığı pozulduğu üçün cinsi əlaqədən və ya məni xaric olduqdan sonra su ilə yuyunmaq (qüsl etmək) vacib edilmişdir”("Əl-Mizan”, c. 2 səh. 160-161. ).
    Elm adamlarından biri yazır:
    "İnsan bədəninin xarici örtüyündə 2 milyona yaxın məsamə mövcuddur. Dəri bu məsamələr vasitəsilə xarici aləmlə qaz mübadiləsinə girir. Yəni oksigenin orqanizmə daxil olmasını təmin edir (Orqanizmin tənəffüsünün 7%-i bu yolla baş verir). Tər və zəhərli qazlar da bu məsamələrdən xaric olur. Bədəndən xaric olan tərin davamlı buxarlanması nəticəsində qazlı maddələr buxara çevrilir, zəhərli, mineral maddələr isə dərinin üzərində qalır. Bu oturumlar (çöküntülər) məsamələri tutur və parazitlərin inkişafı üçün əlverişli şərait yaradır. Cinsi əlaqə zamanı insan daha çox tərləyir. Nəticədə məsamələrin üzərində daha çox çöküntü oturur (İnsan hər 24 saatda orta hesabla 1 litr tərləyir. Əgər məsamələr bu və ya digər vasitələrlə tutularsa, çox keçmədən ölümlə nəticələnər). Buna görə də şəriətdə cənabət qüslü vacib edilmişdir ki, bədənin üzərində parazit yuvacıqları məhv edilsin.
    Qabaqlar məninin yalnız müəyyən bir üzvdən xaric olduğu zənn olunurdu. Yalnız zaman keçdikcə məninin bütün bədəndən xaric olması isbat olundu”("Furu əl-kafi” c. 6, səh. 441-444; "Mizan əl-hikmə”, c. 10, səh. 92-94. ).
    4. Qüslün ictimai rolu.
    Bəzi alimlər həkimlərə istinad edərək yazırlar:
    "Bilməliyik ki, (cinsi əlaqədən sonra) bədən tam yuyulmazsa, insanın tündməzac olmasına gətirib çıxarır. Bundan başqa, ünsiyyət, sevgi azalır, onlardan pis iy gəlir, iy bilmə hisləri azalır”("Quranda təbabət”, səh. 130-131. )
    5. "Məss-meyyit” qüslünün faydaları.
    Bəzi yazıçılar "məssi-meyyit qüslü haqqında yazırlar:
    "Xəstənin dəri örtüyündə çoxlu miqdarda mikrob olur (təqr. hər santikvadratda 40,000). Bəzi mikroblar xəstə öldükdən sonra güclənərək artır. Bu zaman dəri örtüyü yoluxucu xəstəliklərin yayıcısına çevrilir. İslamda meyit yuyulmazdan öncə çirkin hesab olunur və ona toxunanların xəstəliyə yoluxmamaları üçün qüsl etməyi tövsiyə edilir”(Həcc, 26. ).
    YEKUN
    Burada bir neçə məqama toxunmağı zəruri hesab edirik.
    1. Qüsl ayini ilahi dinlərin insana töhfələrindəndir. Hansı ki, onun mənəvi və cismani sağlamlığına yol açır. İlahi dinlər bu növ məsələlərdə insana düzgün həyat yolunu göstərmişlər. Lakin bunun təbii bu instinktiv kökləri öncədən insanda mövcud olduğu üçün səmavi kitabların elmi möcüzəsi hesab oluna bilməz. Bu, sadəcə insanın təbii əməlinin təsdiqidir.
    2. Qüsl namaza giriş üçün bir ibadətdir. Onu sırf gigiyenik tədbir səviyyəsinə endirmək doğru deyil. Təbii ki, onun gigiyenik faydaları da danılmazdır.
    3. Bir çox elm adamlarının fikrincə cənabət qüslünün vacib olmasının səbəbi gigiyenik məsələlərdir. Halbuki cənabət qüslü özlüyündə müstəhəbdir. Lakin namazın müqəddiməsi olduğu üçün vacib olur. Deməli, gigiyenik səbəbləri bu növ hökmlərin tam səbəbi kimi göstərmək doğru deyil.
    4. Qeyd olunan gigiyenik faydalar bədənin adi qaydada yuyulması zamanı da özünü göstərir. Bu bir daha məlum faydaları İslamın əsl məqsədi olmadığını aşkara çıxarır.
    GEYİMİN PAK OLMASI
    Geyimin pak və təmiz olması insanın təbii istəklərindən biridir ki, İslamda da buna böyük yer verilmişdir.
    Quran Peyğəmbərə (s) müraciət edərək buyurur:
    "Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə!”("Əl-Mizan”, c. 14, səh. 368. )
    Ayədə geyimin paklığından məqsədin nə olduğu haqqında 6 versiya irəli sürülmüşdür.
    1. Ayədə məqsəd onun ilkin zahiri mənası, yəni geyimin murdarlardan paklanmasıdır.
    2. İnsan əməllərinin islah olunması. Çünki əməl nəfsin geyimi misalındadır.
    3. Nəfsin saflaşdırılması.
    4. Geyimi güdəltmək. Çünki yerdəki murdarların geyimə toxunmasının qarşısını alır.
    5. Həyat yoldaşlarını küfr və günahdan pak etmək. Çünki (digər ayələrdə) qadın geyimə bənzədilmişdir.
    6. Əxlaqi sərvətlərə yiyələnmək.
    Əllamə Təbatəbai birinci və ikinci versiyaları məqsədə uyğun hesab edir("Quranda təbabət”, səh. 131. )
    HÖKMLƏR
    İslamda geyimin pak olması haqqında çoxlu sayda hökm və tövsiyələr mövcuddur.
    1. Namaz qılarkən paltar pak olmalıdır (burada xüsusi şəraitdə istisna mövcuddur). Əks təqdirdə namaz batildir.
    2. Geyimin pak olması bəzi həcc əməllərində (təvaf və s.) zəruri şərtdir.
    3. Namaz qılarkən, ziyarət edərkən, dini yığıncaqlarda və s. İştirak edərkən təmiz geyinmək müstəhəbdir. Bu haqda çoxlu hədislər mövcuddur(Hِkmlərin fəlsəfəsi”, səh. 223. )
    ELMİ SİRLƏR
    1. Bəzi həkimlər yazırlar:
    "İslamda geyimin pak olması ibadətin düzgünlüyünün şərtlərindəndir. Bu, müsəlmanı geyiminin təmizliyinə xüsusi əhəmiyyət verməyə vadar edir. Bu məsələnin əhəmiyyəti heç kimə sirr deyil”(Yenə orada, 226.).
    2. Namaz zamanı geyimin pak olması şərti müsəlmanın ən azı gündə beş dəfə geyiminin təmizliyi, paklığı haqqında düşünməyə vadar edir. Beləcə bir çox gigiyenik tədbirlər də həyata keçirilmiş olur.
    YEKUN
    Burada bir neçə məqama diqqət yetirmək zəruridir.
    1. İlahi dinlərin geyimin paklığına əhəmiyyət verməsi dinin bəşəriyyətə gigiyenik xidmətlərindəndir. Lakin geyimin paklığı, təmizliyi insanın təbii və instinktiv meylləri sırasında olduğundan Quranın elmi möcüzəsi hesab oluna bilməz. İslamın bu göstərişi insanın instinktiv meyllərinin təsdiqi olub bələdçilik məqsədi daşıyır.
    2. Quranın şəxsən Peyğəmbərə (s) ünvanlanan "ثیابک فطهر” göstərişi fərdi hökmdür. Bu, bir çoxlarında ayənin digərlərinə aid olmadığı təsəvvürünü yarada bilər. Lakin bu heç də belə deyil. Çünki ayəni bir neçə yolla ümumiləşdirmək olar.
    Birinci: Əhzab surəsinin 21-ci ayəsində (Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!) qeyd olunduğu kimi Peyğəmbər (s) hamıya örnəkdir. Deməli, hamı ilk ayədə Peyğəmbərə (s) aid olunan hökmə əməl edərək ikinci ayəyə (Əhzab, 21) sadiq qalmalıdır.
    İkinci: Ayədə Peyğəmbərə (s) müraciət olunsa da geyimin paklığının yalnız Peyğəmbərə (s) aid ola biləcək heç bir cəhəti yoxdur.
    Üçüncü: Geyimin paklığı haqqında nəql olunan rəvayətlər göstərir ki, bu hökm yalnız Peyğəmbərə (s) aid deyil (fərdi hökm deyil, ümumi hökmdür).
    3. Ayə haqqında irəli sürülən 6 ehtimaldan yalnız biri geyimin pak olmasıdır. Buna görə də qəti olaraq ayənin məlum mövzuya aidiyyətını iddia etmək olmaz.
    4. Namaz qılanın şərtlərindən olan geyimin paklığının gigiyenik faydaları bu hökmün yalnız spesifik səbəbi ola bilər. Bunun tam səbəb olduğunu hesab etmək yanlışdır. Ehtimal ki, bu hökmə səbəb olan digər mənəvi, ictimai və s. amillər də mövcuddur.
    ƏTRAF MÜHİTİN (ÇİRKLƏNMƏDƏN) MÜHAFİZƏSİ
    Ətraf mühitin təmiz, pak olması (şəxsi mənzil, küçələr, prospektlər, ictimai obyektlər, bizi əhatə edən hava, su və s.) insanın sağlamlığında mühüm rol oynayır. Quranda oxuyuruq:
    وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ
    Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib belə buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!"(Bəqərə, 222. )
    Məlum ayə həzrət İbrahim (ə) haqqındadır. Kəbə ibadət üçün təyin edildikdən sonra ona belə vəhy olundu: "Evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün təmizlə!”
    Ayədə sözü keçən "طهر” [təhhir] ifadəsi haqqında iki ehtimal mövcuddur.
    Birinci ehtimal: Allahın evini pak etməkdən məqsəd oranı mənəvi napaklıqdan qorumaqdır. Yəni bu ev Allaha ibadətə məxsusdur, şirk və bütpərəstlikdən uzaq olmalıdır.
    İkinci ehtimal: Allahın evini pak etməkdən məqsəd, onu mənəvi və maddi çirkinlikdən uzaq tutmaqdır. Əllamə Təbatəbai birinci mənaya üstünlük verir("Təfsiri-nümunə”, c. 2, səh. 91-92 ).
    İkinci ehtimalı qəbul edəriksə, ayə məscidlərin pak saxlanılmasına da aid olur.
    ELMİ SİRLƏR
    1. İslamda məscidlərlə bağlı xüsusi hökmlər mövcuddur.
    A) Məscidi murdarlamaq icazəli deyil.
    B) Məscid murdarlanarsa, onu təmizləmək (paklamaq) hamıya vacibdir.
    İbadət məkanının paklanması ibadət edənlərin mənəviyyatında çox mühüm iz buraxır.
    2. Ətraf mühitin paklanması.
    Bəzi həkimlər yazırlar:
    "Bu ayə ətraf mühitin, xüsusilə məscidin pak saxlanılmasına aiddir. Namazın düzgünlüyünün şərtlərindən biri onun pak yerdə qılınmasıdır”(ھəhid Mütəhhəri, "Hicab məsələsi”, səh. 35. ).
    3. Mənzil və ictimai obyektlərin təmizliyi.
    Bəzi elm adamları rəvayətlərə əsaslanaraq ayəni daha geniş mənada izah etməyə çalışırlar.
    "Adab əş-şəriə” kitabında mənzillərlə bağlı 47 hökm qeyd olunmuşdur ki, onun 7 hökmü bu mövzuya aiddir. Həmin 7 hökm açıqca insanın yaşadığı mühitin təmiz, pak olmalı olduğunun zərurətini göstərir. Məlum 7 hökm aşağıdakılardır.
    1. Evdə namaz üçün ayrıca yer ayırın.
    2. Evin döşənəcəyi pak olmalıdır.
    3. Evdə it saxlamaq olmaz.
    4. Ev (vaxtlı-vaxtında) süpürülməlidir.
    5. Evə qapı qoyulmalı və pərdələnməlidir.
    6. Yemək qablarının ağzını açıq qoymaq olmaz.
    7. Evdə axar və ya kürr su olmalıdır.
    Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə deyilir: "Zibili evdə, yaşadığınız mühitdə saxlamayın. Çünki şeytan (mikrob) yığnaqıdır”.
    Digər rəvayətdə isə oxuyuruq:
    "Toz qaldırmayın; çünki tənəffüsü ağırlaşdırır”("Təfsiri-nümunə”, c. 2, səh. 93-94. ).
    Qeydlər:
    a) 1 q toza mikroskopla baxdıqda 750 000 – 2 100 000 mikrob görmək olar.
    b) Rəvayətlərdə mikrob şeytan deyə yad edilmiş və ziyanları xatırladılmışdır. Öncə də qeyd etdiyimiz kimi İslamda hər bir çirkin, xəbis varlığa şeytan deyilir(Quranda təbabət”, səh. 50-51. )
    YEKUN
    Burada bir neçə məqama toxunmaq lazımdır.
    1. İlahi dinlərin, xüsusilə İslam və Quranın paklıq məsələsinə diqqəti dinin bəşəriyyətə elmi xidmətlərindən biridir.
    2. Təharət və paklıq məsələsi (insanın instinktiv meyli olmaqla yanaşı) öncəki dinlərdə də diqqət mərkəzində olduğu üçün Quranın elmi möcüzəsi sayıla bilməz.
    3. Ayənin həzrət İbrahimə (ə) Kəbənin paklanması ilə bağlı xüsusi hökmdən ibarət olduğunu və qeyd olunan iki ehtimalın mövcudluğunu nəzərə alsaq, qəti olaraq ətraf mühitin (çirklənmədən) qorunması ilə bağlı olduğunu deyə bilmərik.
    CİNSİ SAĞLAMLIQ
    MENSTRUASİYA HALINDA CİNSİ ƏLAQƏNİN YASAQ OLUNMASI
    Menstruasiya (heyz, aybaşı) qadınlarda hər 21-30 gündən bir uşaqlıqdan qan gəlməsi ilə müşayiət edilən mürəkkəb fizioloji prosesdir. İslama görə qadınlar aybaşı adətləri keçirdikləri zaman onlarla intim münasibət yasaqdır. Quranda bu haqda oxuyuruq:
    Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!"("Təfsiri-nümunə”, c. 2, səh. 92-93.)
    Bugünkü yəhudilik və xristianlıqda bu növ qadınlarla intim münasibət qurulması haqqında ziddiyyətli hökmlər mövcuddur. Bir çox yəhudilərə görə bu cür qadınlarla hər hansı bir ünsiyyət haramdır. Bu fikirdə olanlara cavab olaraq bəzi xristianlar qeyd edirlər ki, qadının aybaşı adətində olub-olmaması arasında heç bir fərq yoxdur. Onlarla istənilən növ ünsiyyət, hətta cinsi əlaqə belə maneəsizdir. Ərəb müşrikləri, xüsusilə Mədinədə yaşayanlar yəhudilərdən təsirlənərək heyz halında olan qadınlarla onlar kimi davranırdılar. Bəzi müsəlmanlar Peyğəmbərdən (s) bu haqda soruşdular. Onlara cavab olaraq sözügedən ayə nazil oldu("Hِkmlərin fəlsəfəsi”, səh. 258, 280)
    Qadınlar heyz halında olduqları zaman cinsi əlaqəyə qarşı ikrah hissi duyduqlarından Quran kişilərə müraciət edir. Onlarla öz istəklərini qadınlara təhmil etməmələrini və bu vəziyyətdə qadınlardan uzaq olmağı tapşırır.
    QISA TARİX
    Heyz halında qadınlardan uzaq durmaq bəşər həyatında qədim tarixi keçmişə malikdir. Qədim iranlılar aybaşı adəti zamanı qadınla cinsi əlaqəni yasaq edirdilər("Hِkmlərin fəlsəfəsi”, səh. 257-258. ). Bugünkü Tövratda həmin məsələ daha ifrat şəkildə qoyulmuşdur.
    Bu gün heyz halında olan qadınlarla cinsi əlaqənin gigiyenik zərərləri bəlli olduğu bir halda bu hökmə riayət olunmur. Hətta xristianların bunu icazəli hesab etdikləri söylənilir.
    HÖKMLƏR
    İslam dinində heyz halında olan qadınlar haqqında bir neçə fiqhi hökm mövcuddur.
    1. Cinsi əlaqə haramdır (hər iki tərəf üçün).
    2. Dəstəmaz, qüsl və təyəmmümlə həyata keçirilən ibadətlər heyz halında olan qadına haramdır.
    3. Cənabətli fərdə haram olan bütün şeylər heyz halında olan qadına da haramdır.
    4. Qadını heyz halında ikən boşamaq (talaq vermək) talaqı batil edir.
    5. Heyz halında olan qadınla intim münasibət quran şəxsə kəffarə (günaha qarşılıq nağd ödənc) vacib olur.
    6. Heyz dövrü bitdikdən sonra namaz və s. İbadətlər üçün qüsl verilməlidir.
    Qeyd: Bu hökmlərin bəzisi Quran ayəsindən, bəzisi isə Əhli-beytdən (ə) gələn rəvayətlərdən çıxarılmışdır.
    ELMİ SİRLƏR
    Heyz halında olan qadınlarla cinsi əlaqədə olmaq haqqında rəvayətlərdə bir çox məqamlara toxunulmuş və bu bəzi xəstəliklərin törədicisi kimi göstərilmişdir. Bir çox həkim və mütəxəssislər də bu haqda söhbət açmışlar. Onların fikirləri ilə tanış olaq.
    1. Bu hökm bir tərəfdən kişilərlə bağlıdır, yəni onları səbrə, cinsi münasibətdə israfdan çəkinməyə dəvət edir. Digər tərəfdən isə qadınlarla bağlıdır, yəni aybaşı adəti zamanı qadınlar gərgin anlar keçirirlər. Cinsi əlaqə isə onların bu gərginliyini, narahatlığını daha da şiddətləndirir.
    2. Qadınlarla bağlı mötədil mövqe.
    Bəzi təfsirçilər məlum ayəni izah edərkən yazırlar:
    "İslam hər yerdə mötədil mövqedən çıxış edir. Burada da həmin prinsipə sadiq qalaraq bu halda qadınlarla cinsi əlaqə xaricində istənilən növ ünsiyyəti icazəli hesab edir (Bu yəhudilərin ifrat, xristianların isə çox mülayim mövqeyinin yanlışlığını aşkara çıxarır). Beləcə qadına qarşı bu və ya digər hörmətsizliyə, təhqirə yol vermədən onun sağlamlığını da təmin etmiş olur(İsra, 32. )
    3. Bu hökmün hikmətlərindən biri qadın və kişinin xəstəliklərdən amanda qalmasıdır. Həkimlərdən biri bu haqda yazır:
    "Adi halda qadının uşaqlıq yolu ifrazat vasitəsilə yumşalır və qorunur. Süd turşusu xasiyyətli bu ifrazat uşaqlıq yolunu mikroblardan qoruyur. Uşaqlıq yolunda qan olduqda isə vəziyyət dəyişir. Aybaşı adəti zamanı cinsi əlaqəyə girmək çirklənməni çoxaldır, qadın və kişinin sağlamlığını şübhə altına salır. Cinsi əlaqə zamanı iltihablaşmış uşaqlıq yolunda sıyrıntı əmələ gəlir (səth təbəqəsi - funksional qat - qopmuş) uşaqlığın selikli qişası mikrobların təsiri altına düşür. Nəticədə uşaqlıqda şiddətli ağrılar baş verir. Qadında yorğunluq, süstlük, qızdırma müşahidə olunur. İltihab ağır olduqda digər hissələrə də keçib, qadında sonsuzluq yaradır. Bu halda cinsi əlaqədə olmaq qan axmanı çoxaldır. Kişinin də xəstəliyə yoluxma ehtimalı çoxalır. Sidik kanalında iltihab yaradır. Bəzən bu iltihab digər hissələrə, xüsusilə xayalara da keçir”("Təfsiri-nümunə”, c. 12, səh. 102. )
    Bəzi təfsirçilər "Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır” ayəsini qeyd edərək yazırlar:
    "Əslində bu cümlə sonrakı cümlənin - heyz halında olan qadınlarla cinsi əlaqənin yasaq olunmasının - səbəbini açıqlayır. Çünki bu vəziyyətdə qadınlarla yaxınlıq etmək ikrah hissi oyatmaqla yanaşı çoxlu ziyanlar da törədir. Bu gün artıq onun ziyanları sübuta yetirilmişdir. Buna misal olaraq, kişi və qadının sonsuzluq (nəsil vermə qabiliyyətinin itirilməsi), sifilis, süzənək və s. zöhrəvi xəstəliklərin törəməsi orqanizmin mikrob yığnağı olan heyz qanının kişi cinsiyyət orqanına daxil olması və s. göstərmək olar. Buna görə də həkimlər heyz halında cinsi əlaqəyə icazə vermirlər”(Furqan, 68.)
    Alimlərdən biri yazır:
    "Heyz və eləcə də doğum qanında orqanizmdə olan digər qanlarda olmayan mikroblar da mövcuddur. Prinsipcə kişi nütfəsi (yaxud nütfə tərkibindəki spermatozoidlər) və ya qadının yumurtalığı çox təmiz və mikrobsuz olur. Orada yeni bir varlıq formalaşacağı üçün Allah oranı təmiz yaratmışdır. Əgər təsadüfən yumurtalığa bir mikrob düşərsə spermatozoid özü onu məhv edərək sıradan çıxarır. Lakin heyz zamanı qan vasitəsi ilə çoxlu sayda mikrob yumurtalığa keçir ki, onları sıradan çıxarmaq spermatozoidlərin qüdrəti xaricindədir. Beləcə mikroblar böyük qalibiyyət qazanır və nəticədə döl nöqsanlı olur”(Mumtəhinə, 12. ).
    4. Qadınların heyzdən sonra qüsl vermələrinin hikməti.
    Bəzi elm adamları bu haqda yazırlar:
    a) Qadın aybaşı adətləri zamanı həyat yoldaşı (və digər ünsiyyətdə olduğu insanlarda) ikrah hissi doğurur (iyrənc vəziyyət alır). Buna görə də heyz dövrü bitdikdən, qan kəsildikdən sonra qüsl - bədəni tam yumaq ona vacib olur ki, yaranmış ikrah hissi aradan getsin və qadın tam ürəyəyatan vəziyyətə düşsün.
    b) Nisbətən uzun çəkən heyz dövründə dəri məsamələrinin üzərini tərdən yaranan çöküntülər tutur. Qüsl zahiri təmizliklə yanaşı məsamələrin üstünü açır və parazitlərin yuva salmasını əngəlləyir.
    c) Heyz dövründə qanda mövcud olan mikrobların bədənin digər hissələrinə də sirayət etməsi ehtimalı böyükdür. Buna görə də qüsl verərək tam təmizlənmək zəruridir(Nur, 2-3.)
    TƏDQİQ
    1. Heyz halında qadınlarla yaxınlıq etməyin yasaq, eləcə də heyz dövrü bitdikdən sonra qüsl etməyin vacib edilməsi ilahi dinlərin bəşəriyyətə xidmətlərindəndir.
    2. Öncə də qeyd olunduğu kimi bu göstəriş İslamdan qabaq da mövcud olmuşdur. Elə buna görə də Quranın elmi möcüzəsi hesab oluna bilməz.
    3. Qeyd olunan hikmətlər spesifik səbəblərdir. Bunları tam səbəb kimi qiymətləndirmək doğru deyil.
    4. Səbir və cinsi əlaqələrdə israfa yol verilməməsinin bu hökmün səbəbi kimi göstərilməsi düzgün deyil. Çünki İslam heyz dövründəki boşluğu doldurmaq üçün digər yollar təklif etmişdir. Misal üçün, bir kişinin bir neçə qadınla daimi ailə qurması və s.
    ZİNANIN YASAQ OLUNMASI
    Zina kişi və qadının qeyri-qanuni əlaqəsidir. Bu növ əlaqə Quranda "فاحشة" [fahişə] (çirkin əməl) kimi yad edilmiş və qarşısını almaq üçün ailə qurmaq, qadınların hicaba riayət etməsi və s. yollar göstərilmişdir. Zina Quranda bir neçə mərhələdə məzəmmət olunaraq (pislənərək) qadağan olunmuşdur.
    Birinci mərhələ:
    "Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”("Təfsiri-nümunə”, c. 12, səh. 102. )
    Bu ayədə zina "çirkin əməl” və bəyənilməz yol kimi göstərilərək məzəmmət olunmuşdur.
    Bəzi təfsirçilərə görə bu ayədə üç məqama toxunulmuşdur:
    a) Ayədəki yasaq "zina etmək” deyil, zinaya yaxın düşmək şəklində verilmişdir. Bu səbəbsiz deyil. Çünki zina bir çox hallarda nikahdan yayınmaq, naməhrəmə baxmaq və s. müqəddimələrdən doğur. Ayə çox incə şəkildə bunlara da toxunmuşdur.
    b) "انه کان فاحشة” ibarəsi üç təkidlə müşayiət olunur. "إن” [innə] təkid ədatı "کان” [kanə] keçmiş zaman köməkçi feli və "فاحشة” [fahişə] ifadəsi.
    c) "ساء سبیلا” ibarəsi zinanın cəmiyyətdə digər pozğunluqalara da yol açdığını göstərir(Son 20 ildə Penisillin preparatının kə؛f olunmasına və zِhrəvi xəstəliklərin azalmasına baxmayaraq, alimlər bə؛əriyyətin qar؛ıla؛dığı bu bِyük təhlükəni hiss etdilər. Buna gِrə də 1964-cü ildə Amerikada 50 ِlkədən 1500 mütəxəssisin i؛tirakı ilə zِhrəvi xəstəliklər mِvzusunda qlobal seminar keçirildi. Seminarda oxunan məqalələr ayrıca kitab ؛əkilində çap olundu. Seminarda təqdim olunan statistikaya gِrə 1950 - 1960-cı illərdə ara؛dırılan 105 ِlkədən 71-də bu nِv xəstəliklər artmı؛dır. Bu ِlkələr arasında Avropa ِlkələri çoxluq tə؛kil edir. Yəni 20 Avropa ِlkəsindən 19-da zِhrəvi xəstəliklər artmı؛dır. Ən az artım mü؛ahidə olunan isə ھərq ِlkələridir. Burada 12 ِlkədən yalnız 6-da artım qeydə alınmı؛dır. ).
    İkinci mərhələ: Quran Allah bəndələrinin özəlliklərini açıqlayarkən buyurur:
    "Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər”(Həmin seminarda məlum oldu ki, 1957-ci ildə Amerikada siflisə yoluxanların sayı 7600 nəfər olmu؛dur. Bu rəqəm 1961-ci ildə 20800-ə yüksəlmi؛dir. Yəni 4 ildə 3 dəfə artmı؛dır. Süzənək xəstəliyinə yoluxanların sayı yalnız Amerikada ildə 1 mln. nəfərə çatır. Dünyada siflisə yoluxanların sayı isə 1953-cü ildə 20 mln.–a çatırdı ("Quranda təbabət”, səh. 181-182). ).
    Burada namusluluq Allahın xüsusi bəndələrinin səciyyəvi xüsusiyyətlərindən biri kimi göstərilmiş və bu çirkin əmələ qurşananları ilahi əzab gözlədiyini bildirmişdir.
    Üçüncü mərhələ: Məkkənin fəthindən sonra qadınlar Peyğəmbərə (s) beyət etdikdə sazişdə göstərilən bəndlərdən biri zina ilə bağlı idi. Quran bu haqda buyurur:
    "Ya Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”(Qazanılmı؛ İmmun اatı؛mazlığı Sindromu (QİاS, ing: Acquid Immune Deficiency Syndrom) İİV (İnsanda İmmun çatı؛mazlığı Virusu) infeksiyası fonunda inki؛af edən və CD4+ limfositlərinin (leykosit nِvü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİاS-in təzahür formaları ِzlərini çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə büruzə verir. Sadə ؛əkildə desək, bu virusa yoluxmu؛ insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ِlümlə nəticələnir. )
    Dördüncü mərhələ: Allah-taala Nur surəsində buyurur:
    "Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir). Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), mö’minlərə haram edilmişdir”.("Quranda təbabət”, səh. 188-190. )
    .
    Bu, zinakarlara qarşı tutulan son mövqedir. Çünki Quran öncəki ayələrdə müsəlmanları son mərhələdə göstəriləcək ağır hökmü eşitmək üçün hazırladı. Bu Ayə Mədinədə, İslam dövləti yarandıqdan sonra nazil olmuşdur.
    Qeyd: Quranın bu mərhələli mövqeyi tərbiyəvi baxımdan çox maraqlıdır və ictimai məsələlərlə qarşılaşdıqda bu metoddan istifadə etmək məqsədəuyğundur.
    QISA TARİX
    Qadınlarla qeyri-qanuni əlaqə bəşər tarixində və öncəki ilahi dinlərdə də mənfi hal kimi qiymətləndirilmişdir. Yəhudilikdə də bu əməl yasaq edilmişdir. Bugünkü Tövratda da öz əksini tapmış "on göstəriş”dən biri zina etməklə bağlıdır.
    İncildə də zina çirkin əməl kimi qiymətləndirilmişdir. Hansı ki, İncildə talaqın qadağan olmasına baxmayaraq, zina səbəbi ilə talaq verməyə icazə verilmir.
    HÖKMLƏR
    İslamda zina ilə bağlı çox ağır hökmlər var.
    1. Zina etmək böyük günahlardandır.
    2. Zinakar üçün müəyyən cəza tədbirləri təyin edilmişdir. Misal üçün, məhrəmləri ilə zina edənin cəzası qətldir. Ailəli zinakarın cəzası daşqalaqdır. Subay zinakarın cəzası yüz qamçı zərbəsidir və s. Bu haqda ətraflı məlumat geniş izahlı fiqh kitablarında verilmişdir.
    ELMİ SİRLƏR
    Hər bir insanın qarşı cinslə qeyri-qanuni cinsi əlaqəsi, mənəvi, ictimai və gigiyenik fəsadlarla nəticələnir. Əhli-beytdən (ə) gələn rəvayətlərdə, təbabətlə bağlı elmi əsərlərdə bu məsələlərə toxunulmuşdur. Aşağıda bunlardan bir neçəsinə nəzər salaq.
    1. Rəvayətlər.
    Rəvayətlərdə zinakarın imanın hüdudlarından kənara çıxdığı bildirilir. Nümunə üçün aşağıdakı hədisə nəzər salaq.
    "Zinakar şəxs bu çirkin əmələ qurşandığı zaman mömin deyil. Oğurluq edən də eyni katiqoriyaya aiddir. Çünki o, bu əməli həyata keçirdiyi zaman köynək əynindən çıxan kimi iman da ondan xaric olur (imanını itirir).
    2. Mənəvi fəsadları.
    İnsan öz həyat fəaliyyətini ağıl, düşüncə və din çərçivəsində proqramlaşdıran varlıqdır. Zina isə iki insanın qeyri-qanuni cinsi münasibətidir, hansı ki, bir çox hallarda kobud cinsi təcavüzlə müşayiət olunur. Fərd zina edərkən insanlıq hüdudlarını aşaraq heyvan şəklini alır. Buna görə də zina insanlığa sığmayan əməldir. Ehtimal ki, Quranın bu əməli "ساء سبیلا” və "فاحشة” adlandırmasına səbəb də budur.
    3. Zinanın ictimai fəsadları.
    Bəzi təfsirçilər zinanın yasaq olunmasının fəlsəfəsi haqqında yazırlar:
    1. Ailə qurluşunda hərc-mərclik yaranması, ata və övladlar arasında soyuq münasibət yaranması.
    2. Bu rüsvayçı əməl fərdi və ictimai zəmində dava-dalaşa, düşmənçiliyə yol açır.
    3. Təcrübə göstərir ki, bu əməl müxtəlif xəstəliklər törədir (elm də sübut etmişdir).
    4. Bu əməl adətən uşağın abort olunmasına və s. bais olur.
    5. Ailə qurmaqda məqsəd yalnız cinsi tələbatın ödənilməsi deyil. Burada müştərək yaşam, ruhi təskinlik, övlad yetişdirmək və s. amillər də mövcuddur. Bütün bunlar yalnız sağlam, möhkəm ailə mühitində gerçəkləşir(İslama gِrə bütِvlükdə homoseksualizm və eləcə də cinsiyyət pozğunluğunun digər nِvləri (sadizm, mazohizm, pedofiliya və s.) qəti ؛əkildə yasaqdır.)
    4. Zöhrəvi xəstəliklərin yayılması.
    Zöhrəvi xəstəliklər hansılardır?
    Zöhrəvi xəstəliklər ən mühüm veneroloji xəstəliklər sayılan olduqca təhlükəli və yolxucu xəstəliklərdir.
    Zöhrəvi xəstəliklər dedikdə aşağıdakılar nəzərdə tutulur:
    1. Sifilis (Syphilis)
    2. Süzənək (Gonorrhea)
    3. Yumşaq şankr (Chancroid)
    4. Qasıq limfoqranulmatozu (Donovania granulomatis)
    Bəzi həkimlər zöhrəvi xəstəliklərin yayılması haqqında yazırlar:
    "Zöhrəvi xəstəliklərin yayılmasının başlıca səbəbi təsadüfi yaxınlıqlardır”.
    John Bisston bu haqda yazır:
    "Araşdırmalar göstərir ki, əksər zöhrəvi xəstəliklər qanuni nikah xaricində baş verən cinsi yaxınlıqlar vasitəsi ilə yoluxur”(ھüəra, 165-166. ).
    5. QİÇS(Əraf, 80-81. ) xəstəliyinin yayılması.
    QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) əsasən cinsi əlaqə yolu ilə yayılan xəstəliklərdəndir. Bu xəstəlik son on ildə dünyada xüsusilə, Amerika və Avropada ciddi şəkildə yayılmışdır. Müsəlman ölkələrində isə çox yayılmamışdır. Ehtimal ki, bu müsəlman ölkələrində təsadüfi cinsi əlaqələrin nisbi azlığının nəticəsidir.
    Category: Quranın elmi ecazkarlığl | Added by: Islam_Kitabxanasi (2012-07-16)
    Views: 779 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019