İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quranın elmi ecazkarlığl

    Quranın elmi ecazkarlığl
    İSLAMIN ZÖHRƏVİ XƏSTƏLİKLƏRİN QARŞISININ ALINMASINDA GÖSTƏRDİYİ DAHİYANƏ METOD
    Nə üçün müsəlman ölkələrində (gigiyenik tədbirlərin nisbətən zəif olmasına baxmayaraq) zöhrəvi xəstəliklərə yoluxma halları az inkişaf etmiş ölkələrdə isə daha çoxdur?
    Bu sualın cavabını İslamın bu məsələyə münasibətində axtarmaq lazımdır. Quran zinanın müqəddimələrindən başlayaraq onları yasaq etmişdir. Sonra zinanı mərhələli şəkildə (4 mərhələdə) qadağan etmişdir.
    Bəzi həkimlər bu haqda yazırlar:
    "Bu təhlükəli xəstəliklərin kontrol olunmasına səbəb olan metod hansıdır? Axı bütün yollar təcrübədən keçirilmişdir. Onlar Penisillin preparatını sınaqdan keçirdilər; lakin uğursuzluqla qarşılaşdılar. Əxlaqsızlıq yuvalarını nəzarət altına aldılar; lakin bunun da faydası olmadı. Düzgün cinsi əlaqə mədəniyyətini təbliğ etdilər; lakin bu da yaralarını sağaltmadı. Bütün bu metodlar təcrübə olundu; lakin heç bir nəticə vermədi. İslamın göstərdiyi mübarizə üsulu isə sınaqdan uğurla keçməsinə baxmayaraq, unuduldu”("Təfsiri-nümunə”, c. 6, səh. 242. ).
    YEKUN
    1. Təsadüfi, qeyri-qanuni cinsi əlaqənin yasaq olunması ilahi dinlərin bəşərə xidmətlərindən biridir. Bu hökmün elmi sirləri qədim dövrlərdə insanlara məlum olmadığı üçün onu ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar.
    2. Zina yəhudilikdə də qadağan olunduğu üçün bunu Qurana məxsus elmi möcüzə hesab etmək olmaz.
    3. Zinanın gigiyenik və ictimai fəsadları onun yasaq olunmasına spesifik səbəb ola bilər. Çünki hələ bu hökmün bütün sirləri açılmamışdır.
    4. Zöhrəvi xəstəliklərin yayılmasının müxtəlif səbəbləri var. Onlardan yalnız biri təsadüfi cinsi əlaqədir. Hər zinada xəstəlik axtarmaq doğru deyil. Bir çox hallarda gigiyenik tədbirlər nəticəsində təsadüfi cinsi əlaqə zamanı belə xəstəliklərin qarşısı alınır.
    Deməli, zinanın yasaq olunmasının tam səbəbini göstərmək olmaz. Bu yalnız gigiyenik səbəblərlə izah edilməməlidir.
    LİVATIN(Ənkəbut, 28. ) YASAQ OLUNMASI
    Livat cinsi təmin olunmanın qeyri-adi üsulla yerinə yetirilməsidir. Bu, insan təbiətinə, instinktiv meylinə ziddir. İlahi peyğəmbərlər (ə) bu çirkin adətə qarşı mübarizə aparmışlar. Quran bir neçə ayədə Lut peyğəmbərin (ə) qövmü haqqında söhbət açır və bu qeyri-adi cinsi təmin olunmanı pisləyərək qadağan edir.
    Birinci:
    "Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!"(Nəml, 54-56.)
    İkinci:
    Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!"(Hud, 77-79. )
    Birinci ayədə bu əməlin rüsvayçı, çirkin əməl olmasını qeyd etməklə yanaşı, buna öncəki ümmətlərdə təsadüf edilmədiyini vurğulayır. Bu məlum əməlin çirkinliyini daha da artırır. Çünki bu gün əsası qoyulan pis adət sabah gələcək nəsillərə örnək olacaq("Quranda təbabət”, səh. 191-192.).
    Üçüncü:
    Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz?(İslama gِrə bütِvlükdə masturbasiya qəti yasaq olunmu؛dur. )
    Dördüncü:
    "Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: "Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!) Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!" (Lut) tayfasının cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" - deməkləri olmuşdu”(Muminun 5-7; Məaric, 29-31. ).
    "فاحشة” [fahişə] qəbahətli olduğu aydın olan işlərə deyilir. Burada məqsəd livatdır.
    Beşinci:
    Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin (başabəlalı) bir gündür!" - dedi. (Qonaq gəldiyini bilən) tayfası tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: "Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?" Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"("İslam, dərmansız həkim”, səh. 63-64. )
    Hədislərdə bu hadisə belə anılır. Həzrət Lut (ə) tarlada işlədiyi zaman yaraşıqlı gənclərin ona doğru gəldiklərini, qonağı olmaq istədiklərini gördü. O, bir tərəfdən qonaqpərvərlik hislərinin çağırışına səs vermək istəyir, digər tərəfdən də yaraşıqlı gənclərin cinsi pozğunluğa aludə olan şəhərə girməsinin hansı rüsvayçılıqlara səbəb ola biləcəyini düşünürdü.
    Altıncı: Qəmər (34) və Zariyat (32-37) surələrində də Lutun (ə) qövmünün məruz qalacağı əzabdan söhbət açılır.
    QISA TARİX
    Qurana görə bu çirkin əməl ilk olaraq həzrət Lutun (ə) qövmü tərəfindən həyata keçirilmişdir. İslam bu cinsi pozğunluğa qarşı çıxmış və ona qurşananlara edam cəzası kəsmişdir.
    İslamdan öncə Tövratda da Lutun (ə) qövmü haqqında ətraflı məlumat verilir.
    O zamandan uzun əsrlər keçməsinə baxmayaraq, dünyanın bir çox ölkələrində cinsi pozğunluğun bu növü hələ də müşahidə olunmaqdadır. Bir çox Avropa ölkələrində isə seksual azlıqlar rəsmi fəaliyyət göstərirlər. Statistik məlumatlara görə təkcə İngiltərədə 40 min uşaq bu yolla pul qazanır("Bِyük günahlar”, c. 2, səh.312-313. ).
    HÖKMLƏR
    İslamda bu çirkin əməllə bağlı bir neçə hökm mövcuddur.
    1. لواط haram və böyük günahdır.
    2 Bu əməli həyata keçirən hər iki tərəf müəyyən şəraitdə edam olunmalıdır.
    3. Fərd cinsi əlaqədə olduğu partnyorunun ana, nənə, bacı, qız və oğul nəvəsi ilə ailə qura bilməz.
    ELMİ SİRLƏR
    1. Bu çirkin əməl insanın instinktiv meyllərinə ziddir. Onun mənəvi düşgünlüyünə, insanlıq hüdudlarından kənarlaşmasına yol açır. Quranda da bu məsələyə toxunulmuşdur.
    2. Livatın gigiyenik zərərləri.
    Anal yaxınlıq, tərəf müqabilinin kişi və ya qadın olmasından asılı olmayaraq davamlı olduqda xroniki hal alır. Bundan doğan fəsadlara aşağıdakıları misal göstərmək olar:
    1. Bütün zöhrəvi xəstəliklər bu yolla yayılır (sifilis, süzənək, yumşaq şankr və s.).
    2. Anus dəliyinin əzələlərinin funksiyası pozulur və ifrazat (ekskpement) kontroldan çıxır.
    3. Cinsi əlaqəyə məruz qalmış kişi psixi sarsıntı keçirir və kişi olmadığını təsəvvür edir. Bu, özünü onun davranışında göstərir və onda sadizm, mazohizm və s. psixi xəstəliklər yaradır.
    4. Kişinin öz həyat yoldaşına meyl göstərməməsi nəticəsində nikah pozulması ilə müşayiət olunur.
    5. Qadın və kişi arasında psixi gərginliklər yaranır.
    6. QİÇS xəstəliyinin yaranması və inkişafına yol açır.
    YEKUN
    Burada bir neçə məqama nəzər salmaq zəruridir.
    1. Livatın psixi və gigiyenik fəsadlarına nəzərən yasaq olunması ilahi dinlərin bəşəriyyətə xidmətlərindən biridir.
    2. Bu Quranın elmi möcüzəsi sayıla bilməz. Çünki Qurandan öncə Tövratda da bu məsələyə toxunulmuşdur.
    3. Livatın gigiyenik fəsadları onun yasaq edilməsinin spesifik səbəbidir.
    ONANİZMİN("İslam dərmansız həkim”, səh. 63-64. )YASAQ OLUNMASI
    Onanizm (kəfləmə) orqazm yaratmaq məqsədi ilə erogen nahiyələrin (çox vaxt cinsi orqanların) süni qıcıqlandırılması prosesinə deyilir. Bu əməl İslamda haram və yasaq olunmuşdur. Quranda bu haqda oxuyuruq:
    "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”("İslam mədəniyyəti”, səh. 288. ).
    Bu ayələr Quranda iki dəfə təkrar olunmuşdur. Nəql olunduğuna görə İmam Sadiqdən (ə) bu əməl haqqında soruşulduqda həzrət (ə) buyurdu:
    "Çox böyük günahdır. Bu işi görən özü ilə izdivac etmişə bənzəyir. Kimsənin bu işi gördüyünü bilsəm onunla bir süfrə arxasında əyləşmərəm”. Rəvayətçi soruşdu: Quranda bu haqda ayə varmı? Həzrət bu ayələri oxudu: "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”.
    Qeyd: Sözügedən ayə ümumi bir hökm açıqlayır. Yəni cinsi tələbatını qeyri-adi üsulla təmin edənləri təcavüzkar adlandırır. Diqqətinizə çatdırılan rəvayətdə isə İmam (ə) bu təcavüzkarlığın nümunələrindən biri haqda söhbət açmışdır. Başqa sözlə desək, ayədə konkret onanizm deyə qeyd vurulmamışdır.
    HÖKMLƏR
    1. Onanizm haram olmaqla yanaşı böyük günahlardandır.
    2. Oruc olduğu halda süni qıcıqlanma yolu ilə orqazm yaranarsa oruc batil olar.
    3. Onanizmlə məşğul olduğu isbat olunan fərd hakim tərəfindən cəzalandırıla bilər.
    ELMİ SİRLƏR
    Tibb elmləri üzrə mütəxəssis alimlər Onanizmin böyük fəsadlar törətdiyini bildirmişlər ki, aşağıda diqqətinizə çatdırırıq.
    1. Psixi və etik fəsadları.
    Bəzi yazıçılar onanizmin törətdiyi zərərlər haqqında yazırlar:
    "İnsanın əxlaqı təsəvvür olunmaz dərəcədə mənfiyə doğru dəyişir. Paxıllıq (dargözlük), qəm-qüssə, malxülya (səbəbsiz ruh düşkünlüyü) və guşənişinlik cinsi pozğunluğun bu növünə qurşanmağın acı nəticəsidir”(İsra, 82. ).
    2. İctimai fəsadları.
    Bəzi alimlər "Cinsi zəiflik” kitabından sitat gətirərək yazırlar:
    "Onanizm cinsi aktın qeyri-normal keçməsinə - cinsi zəifliyə (impontesiyaya) səbəb olur. Fərdi qorxaq, süst edir, cəsarətini əlindən alır. Bəzən cinsi yetginlik dövründə davamlı Onanizmlə məşğul olmaq fərdi narkotik maddələrin belə bacarmadığı şəkildə zəiflədir”(Yunus, 57.)
    3. Fiziki (cismani) ziyanları.
    Doktor Hobin-in müşahidələri sübuta yetirmişdir ki, cinsiyyət orqanı ilə bağlı bütün xəstəliklər masturbasiya nəticəsində meydana gəlir. Bundan başqa gözün tor qişasında, eləcə də xovlu qişasında xəstəlik törədir. Bu iyrənc əməl davamlı olduqda üz öz rəngini itirir və solğun görünür. Çöhrədə tutqun hal yaranır. Göz yaşıl halqa ilə əhatə olunur. Bundan sonra müxtəlif üzvlərdə süstlük, əzginlik müşahidə olunur. Hafizə zəifləyir, iştah azalır, həzm çətinləşir, nəfəs təngiyir.
    Cinsi pozğunluğun məlum növünün digər əlamətləri isə qan azlığı, baş gicəllənmə, arıqlama süstləşmə və s.-dır”(Fussilət, 44. )
    Alimlərdən biri yazır:
    "Onanizm gənclik təravətini, yaraşığı azaldır. Davamlı olduqda isə impatensiya ilə nəticələnir. Saçlara dən salır, vaxtsız qocalığa yol açır. Orqazmın tezləşməsi onanizmin acı nəticələrindəndir("Təfsiri-nümunə”, c. 12, səh. 237-238. )
    YEKUN
    Bir neçə məqama aydınlıq gətirək.
    1. Onanizmin yasaq olunması dinin bəşəriyyətə, xüsusilə gənclərə xidmətlərindəndir. Bəşər hələ onanizmin ziyanları haqqında hər hansı bir məlumata malik olmadığı bir dönəmdə İslam bu iyrənc əməli haram etdiyini elan etmişdir. Bu, həm də İslam hökmlərinin müasir elmi nailiyyətlərlə üst-üstə düşdüyünün göstəricisidir.
    2. Quranda açıqca onanizmdən söhbət açılmamışdır. Öncə də qeyd etdiyimiz kimi, ayədə ümumi bir hökm (cinsi təlabatın qeyri-adi üsulla təmin olunmasının yasaq olunması) verilmişdir. Onanizm isə bu ümumi hökmün nümunələrindən biridir. Elə buna görə də Quranın elmi möcüzəsi hesab oluna bilməz.
    3 Onanizmin törətdiyi ziyanlar məlum yasaq hökmünün tam səbəbi deyil. Ehtimal ki, İslama görə bu yasaqın arxasında digər sirlər də mövcuddur.
    4. Qeyd olunan xəstəliklərin səbəblərindən yalnız biri onanizmdir. Çünki sözügedən xəstəliklərin (qan çatışmazlığı və s.) digər törədici səbəbləri də var.
    QURAN VƏ İNSANIN PSİXİ SAĞLAMLIĞI
    Bir çox Quran ayələrinin ehtiva etdiyi ideoloji, etik göstərişlər insanın psixi təskinliyinə, ruhi tarazlığının qorunmasına müsbət təsir göstərir və nəticədə insanın psixi sağlamlığını təmin edir. Bu mövzuya üç cəhətdən yanaşmaq olar. Birincisi, Quranın özünü "şəfa” adlandırması. İkincisi, Quranın tarixi baxımdan şəfavericiliyi (tarixi faktlar). Üçüncüsü, tibb elmlərinin bu şəfavericiliyi təsdiq etməsi.
    Quranın şəfavericiliyi ilə bağlı ayələr.
    Bu məsələ ilə bağlı bir neçə ayəyə istinad edilmişdir.
    1. "Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır”("Təfsiri-nümunə”, c.12 , səh. 241. ).
    2. "(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərə bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir!”("Dinin psixi sağlamlıqda rolu” məqaləsindən. )
    3. De: "O, iman gətirənlərə hidayətdir və şəfadır”(Yusuf, 87 )
    1. "شفاء” [şifa] sözü xəstəliklərə, eyb və nöqsanlara qarşılıq olaraq işlənir. Deməli, Quran ilk növbədə insanı əxlaqi xəstəliklərdən, qüsurlardan sağaldır. "رحمة” [rəhmət] sözü əxlaqi sərvətlərlə zinətlənməyə, Quranın nəzarəti altında tərbiyə olunmağa işarədir.
    2. Bəzi təfsirçilər "Quran necə şəfa verir?” sualına cavab olaraq yazırlar:
    "Şübhəsiz, əxlaqi xəstəliklər bir çox cəhətdən fiziki xəstəliklərə bənzəyir. Hər iki xəstəlik dağıdıcıdır, hər ikisinin təbibə, müalicəyə ehtiyacı var, hər ikisi bəzən yolxucudur. Çox maraqlı və mənalı bənzətmədir. Bəli, Quran cəhalətə, qürura, həsədə, nifaqa qarşı mübarizəyə qalxmaq istəyənlər üçün həyatverici nüsxədir. Quran dünyanın dörd bir yanında alovlanan müharibə odunu söndürə biləcək yeganə doktrinadır”.
    3. Bir çox hədislərdə Quranın şəfavericiliyi öz əksini tapmışdır.
    4. Nə üçün Quran zülümkarlara mənfi təsir göstərir?
    Bu suala cavab olaraq bildirmək lazımdır ki, Quran saf, təmiz yağış suyunu xatırladır. Hansı ki, bağda lalə, şoranlıqda tikan bitirir. Quran vitamin dolu qida məhsuluna bənzəyir. Alim daddıqda təlim-tərbiyə üçün güc alır. Zülümkar daddıqda isə daha da həddini aşır”("Psixiatriya və kiliniki psixologiya” jurnalından. )
    QURANIN ŞƏFAVERİCİLİYİ TARİXİN GÖZÜ İLƏ (TARİXİ FAKTLAR)
    Quranın şəfavericiliyinin ən yaxşı göstəricisi cahiliyyət dövrü ərəblərinin İslam tərbiyəsi görmüşlərlə müqayisəsidir. İslam günəşi doğmazdan öncə Ərəbistan yarımadasında cəhalət hökm sürürdü. Müxtəlif ictimai, əxlaqi xəstəliklər baş alıb gedirdi. Lakin İslamdan sonra nəinki şəfa tapdılar, hətta dünyanın böyük qüdrətlərini (super güclərini) diz çökdürdülər(Bəqərə, 153, 154; Ali-İmran, 200. )
    Quranın nazil olmasından 200 il keçməmiş sivilizasiyalı cəmiyyət quruldu. Təfriqələr, qarətçiliklər ali hakimiyyətlə əvəz olundu. Kölə vəziyyətində yaşayan, diri ikən gömülən, ən adi hüquqlardan belə məhrum olan qadınlar xilas oldular. Belə ki, valideynlərindən qalan irsdən onlara da pay ayrılır, ictimai fəaliyyət göstərirdilər. Çox az sayda insanın yazıb-oxumaq bildiyi Ərəbistan yarımadası əsrlər boyu dünyanın elmi mərkəzinə çevrildi.
    QURANIN ŞƏFAVERİCİLİYİ VƏ TİBB ELMLƏRİ
    Bir çox psixoloq və sosioloqlar Quran ayələrinin məzmununu incələmiş, onun insan psixikasına təsirindən söhbət açmış və bunu təcrübi elmlərlə isbat etmişlər. Bu tədqiqatçılar öz araşdırmalarını iki əsas xətt üzrə açıqlamışlar:
    a) Quran oxumağın ağrıların, iztirab və solğunluğun azalmasında rolu;
    Bu yöndə çoxsaylı tədqiqatlar aparılmış və maraqlı nəticələr əldə olunmuşdur ki, aşağıda diqqətinizə çatdırırıq.
    1. Əlirza Nikbəxt Nəsrabadi öz dissertasiyasını "Quran avazının qarın nahiyəsində cərrahi müdaxilədən (operasiya) sonra baş verən ağrıların azalmasındakı rolu” mövzusuna həsr etmiş və sübuta yetirmişdir ki, Quran səsi qarın nahiyəsindən cərrahi müdaxilə üsulu ilə müalicə olunan xəstələrin operasiya sonrası ağrılarının azalmasında böyük rol oynayır.
    2. Tehranda "İztirab testi” üsulu ilə aparılan tədqiqat göstərir ki, 60 orta məktəb şagirdindən 6 ayda minimum yarım saat Quran oxuyan qız uşaqlarında iztirab, solğunluq, ruh düşgünlüyü, digərlərinə nisbətdə olduqca azdır.
    3. Digər statistik araşdırma isə davamlı Quran oxumağın stresin (gözlənilməz gərgin şəraitin törətdiyi emosional vəziyyət) aradan qaldırılmasında mühüm rol oynadığını aşkara çıxarmışdır. Əlbəttə, Quranın düşünülməsi də bu baxımdan böyük əhəmiyyət daşıyır.
    b) Quran təlimlərinin fərdi və ictimai psixikanın sağlamlığında rolu.
    Bir çox mütəxəssislər bu haqda araşdırmalar aparmış və Quran təlimlərinin (göstərişi və tövsiyələrinin) fərdi-ictimai psixikanın sağlamlığındakı rolunu incələmişlər. Burada bu tədqiqatların nəticələrini diqqətinizə çatdırırıq.
    1. Şəxsiyyətin səbatı və onun tövhidlə əlaqəsi.
    Alimlərdən biri bu haqda yazır:
    "İnsanın psixi sağlamlığı haqqında araşdırmalar göstərir ki, sağlam şəxsiyyətdə başlıca rolu psixi bütövlük (tarazlıq) və dini öhdəçilik oynayır. Dəyərlər sisteminə sədaqət həyata məna verir. İnsan şəxsiyyətinə səbat bəxş etmək iqtidarında olan dəyərlər sistemi yalnız dindir. İslam dini tövhid, səbatlılıq, bütövlük, bölünməzlik üzərində qurulmuşdur. Tövhidin bariz nümunəsi və təzahürü müqəddəs yaradandır(Əhzab, 3; Ali-İmran, 159. )
    2. Quranda optimizmin aşılanması, pessimizmə yasaq qoyulmasının insanın solğunluğunun azalmasında rolu.
    Quranda oxuyuruq:
    "Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!"(Bəqərə, 155. )
    Dini kitablar, xüsusilə Quran insana Allaha təvəkkül, Onun rəhmətindən naümid olmamaq aşılayır, ümidsizliyi, bədbinliyi pisləyir. Ümidsizlik İslamda ən böyük günahlardan hesab olunur. Buna görə də möminlər özlərini daim şən, gümrah hiss edir və nikbin olurlar.
    Alimlərdən biri bu haqda yazır:
    "Araşdırmalar göstərir ki, dini etiqadı güclü olan, dini ayinləri icra edən xəstələr sağlamlıqlarına daha tez qovuşurlar”("Dü؛üncə və davranı؛” jurnalından. )
    3. Quranın insanları səbrə(İsra, 82. )dəvət etməsi və onun psixi gərginliklərin aradan qaldırılmasında rolu.
    4. Quranın insanları Allaha təvəkkül etməyə(Nəhl, 68-69. ) dəvət etməsi və bunun problemlərin həllində, ruhi təskinlikdə rolu.
    5. Allahı yad etməyin iztirab və gərginliyin aradan qaldırılmasındakı rolu(Ətraflı məlumat üçün bax: Doktor Ədnan ə؛-ھərif, "Quran təbabətindən”, səh. 219. ).
    6. Dində intiharın yasaq olunması və bunun müsəlman cəmiyyətlərində intihar sayının sıfra enməsində rolu.
    Gartner və həmkarları tərəfindən aparılan çoxsaylı araşdırmalar dini etiqadla intihar arasında mənfi əlaqə olduğu aşkar edilmişdir.
    Stock "nə üçün dindarlar intihar etmirlər?” sualına cavab olaraq müxtəlif dəlillər göstərir. Bu dəlillər sırasında izzəti-nəfs, əxlaqi məsuliyyət, Allahın rəhmətinə ümid və s. amillər böyük əhəmiyyət daşıyır(Ətraflı məlumat üçün bax: "Quranda təbabət”, səh. 205-206.  ).
    7. Valideynlərə sevgi göstərmək və onun sağlam ailə mühitində təsiri.
    8. Hicab və qadınların psixi sağlamlığı.
    9. Axirətə inam və psixi sağlamlıq.
    10. Namazın ruhi təskinlikdə rolu.
    11. Ailə qurmaq və onun fərdi-ictimai təskinliyə təsiri və s.
    YEKUN
    Burada bir neçə məqama aydınlıq gətirmək faydalıdır.
    1. Quranın qeyd olunan şəfavericiliyi hələ nazil olduğu dönəmdə müşahidə olunur və ilahi kitab olduğunu isbatlayırdı. Psixoloji biliklər inkişaf etdikcə bu motivlər daha aydın olacaq.
    2. Unutmaq lazım deyil ki, Quranın göstərişlərinin hikməti psixi sağlamlığa göstərdiyi müsbət təsirlərlə bitmir. Burada digər (mənəvi) amillər də mövcuddur. Bir çox amillər isə hələ də aşkar olunmamışdır.
    3. Quranın şəfavericiliyi, psixi sağlamlığa müsbət təsiri onun elmi ecazkarlığını sübuta yetirmir. Çünki bu təsirlər iki cürdür.
    Birinci: Quranın ehtiva etdiyi dəyərlərin təsiri. Bu dəyərlər öncəki dinlərdə də mövcud olmuşdur və buna görə də möcüzə ola bilməz.
    İkinci: Qeyd edilən təsirlər Quranın avazı ilə bağlıdır. Yəni Quran oxuyanın xüsusi avazı və ya Quranın özünə məxsus musiqisi xəstələrin müalicəsinə müsbət təsir göstərir və onların ağrılarını azaldır. Fikrimizcə bu Quranın əzəmətini göstərsə də onun ecazkarlığına sübut ola bilməz. Çünki bu növ müsbət təsirlər hər bir musiqidə müşahidə olunur. Lakin Quranın bu növ təsirinin (mənəviyyatla birgə olduğu üçün) daha çox olduğu iddia olunarsa, bunun ətraflı və dəqiq araşdırmalara ehtiyacı olduğunu bildirərik.
    4. Quranın fərdi-ictimai psixikaya göstərdiyi müsbət təsirlərin aşkar olunması bizə Quranı daha yaxşı tanımaqda, psixi xəstələrin müalicəsində istifadə etməkdə kömək edir. Başqa sözlə desək, bu istiqamətdə aparılan tədqiqatlar mənəvi keyfiyyətləri təcrübi kəmiyyət olaraq insanların ixtiyarına verir və ilahi vəhydən istifadə etmək üçün yeni qapılar açır. Ümidvarıq ki, bu yeni başlanmış tədqiqatlar davam etdiriləcək, insanlar mənəviyyata daha çox maraq göstərəcəklər.
    Category: Quranın elmi ecazkarlığl | Added by: Islam_Kitabxanasi (2012-07-16)
    Views: 1736 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024