DÖRDÜNCÜ FƏSİL YERDƏ HƏYATIN MEYDANA GƏLMƏSİ VƏ İNKİŞAFI (ÜZVİ ALƏMİN İNKİŞAFI) Yerdə həyatın necə meydana gəlməsi daim bəşər övladını düşündürmüşdür. Bu haqda bir çox alimlər, ekspertlər rəy vermiş, fikir söyləmişlər. Quran da bu məsələdən yan keçməmiş, bəzi məsələlərə aydınlıq gətirmişdir. Bu, son qəti elmi nailiyyətlərlə üst-üstə düşdüyündən Quranın elmi möcüzəsi hesab olunur. Burada mövzu ilə bağlı ayələri və təfsirçilərin baxışlarını incələcəyik. 1. Ayətullah Məkarim Şirazi Ənbiya surəsinin 30 (وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ) və Nur surəsinin 45-ci (وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاءٍ) ayələri haqqında üç ehtimal irəli sürür: a) Ayədə "ماء” [ma`] ifadəsindən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma)(Yenə orada, c. 9, səh. 25-26. ). Bu ehtimal bir çox rəvayətlərdə də təsdiqlənir. b) Ayədə məqsəd yaradılan ilk varlıqdır. Çünki rəvayətlərə görə Allah ilk olaraq suyu yaratdı. İnsanları da sonradan sudan yaratdı. Son elmi araşdırmalar da göstərir ki, ilk həyat nişanələri suda (dənizlərdə) meydana gəlmişdir. c) Ayədə məqsəd budur ki, hal-hazırda canlı varlıqları ayaqda saxlayan başlıca maddə sudur. Su olmadan heç bir canlı varlıq həyat sürə bilməz("Təfsir əl-mizan”, c. 10, səh. 155 ). O, Hud surəsinin 7-ci ayəsini (وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ) izah edərkən Ənbiya surəsinin 30-cu ayəsi haqqında dördüncü ehtimalı qeyd edərək yazır: "عرش” [ərş] sözü kök etibarı ilə tavan və ya tavanlı bir şey haqqında işlənir. "عرش” [ərş] sözünün digər mənası isə padşah taxtıdır. Sonradan iqtidar (qüdrət) mənasını kəsb etmişdir. "ماء” [ma`] sözünün ilkin mənası sudur; lakin sonradan hər bir axıcı, maye haqqında işlənməyə başlanmışdır. Yaradılış öncəsi obyektiv gerçəklik ərimiş vəziyyətdə (maye halında) idi. Deməli, varlıq aləmi öncə maye halında olmuşdur. Buna Ənbiya surəsinin 30-cu ayəsində də işarə vurulmuşdur”("Ət-Təmhid”, c. 6, səh. 31-33. ). 2. Əllamə Təbatəbai Hud surəsinin 7-ci ayəsini izah edərkən yazır: "Gördüyümüz bütün canlı varlıqlar sudan yaranmışdır. İlkin həyat maddəsi sudur. Ayədə də məqsəd Allahın iqtidarının (yaradılış zamanı) suya hakim olmasıdır”("Ət-Təmhid”, c. 6, səh. 34. ). 3. Ayətullah Mərifət yaradılışla bağlı bir neçə rəvayət nəql edərək yazır: "Şəri dəlillər göstərir ki, ilk yaranan varlıq su olmuşdur. Hud surəsinin 7-ci ayəsi də göstərir ki, hətta yer və səma yaranmazdan öncə su mövcud olmuşdur”. Digər ayələr də (Ənbiya, 30; Nur, 45; Furqan, 54) həyatın sudan başlanğıc aldığını bildirir”("Quran və hədisdə yeni elmin işartıları”, c. 1, səh. 104 ). O, Ənbiya surəsinin 30-cu ayəsi haqqında yazır: "Ayədə məqsəd suyun bütün canlı varlıqların inkişaf prosesində oynadığı mühüm roldur. Necə ki, digər ayədə "Allah hər bir canlını sudan yaratmışdır” (Nur, 45) deyə buyurur. Bunu elm də sübut edir”(Onun yazdığına görə bəzi labaratoriyalarda suya elektrik təkanı verməklə aminturşu molekullarının əldə olunması təcrübə olunmuşdur. ). 4. Müasir yazıçılardan biri Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini izah edərək yazır: "Elmi nailiyyətlərə görə bütün canlı varlıqlar sudan başlanğıc almışlar. Quran isə buna əsrlər öncə bir neçə ayədə işarə vurmuşdur. Bu, Quranın əsrlər öncə bir neçə ayədə işarə vurduğu məsələdir.(O, Nur surəsinin 44-cü ayəsini izah edərkən yazır: "Canlıların dənizdə meydana gəlməsi sübuta yetmişdir. Çünki canlı varlıqların enerjiyə ehtiyacı labüddür. Erkən yaradılış dönəmində bu enerji fermentasiya, sonra isə oksidləşmə yolu ilə təmin edilirdi. Oksigeni sonra da ultrabənövşəyi şüaları cəzb edən (udan) azotun meydana gəlməsi canlıların dənizdən çıxıb quruda yaşamalarına imkan yaratdı. Bu gün də məlum yaradılış prosesi okeanlarda mövcuddur. Daim hər bir guşədə həyat yaranır, inkişaf və təkamül edir (İlk universitet və son peyğəmbər, c. 1, səh. 135-144). )Bu, Quranın elmi möcüzələrindən biridir”("Tövrat, İncil, Quran və elmin müqayisəsi”, səh. 250-251. ). 5. Doktor Paknijad məlum ayəni izah edərkən yazır: "Suda aminturşu molekulları və jelatin zərrəcikləri meydana gəlir və kimyəvi reaksiya yaranır. İki quru cismin biri-digərində heç bir təsir buraxmır. Başqa sözlə desək, kimyəvi reaksiya həyat mövcud olan yerdə gedir. Kimyəvi reaksiya olduqda suyun mövcudluğu zəruridir. Çünki su həyat mənbəyidir. Su canlı varlıqların ayrılmaz hissəsidir”. O, ilk canlı maddə (aminturşu molekulları) haqqında yazır: "Yaradılışın başlanğıcında dəhşətli ildırımlar çaxır, gur yağışlar yağır, dənizlər dolur, daşır və yavaş-yavaş meydana gələn molekullar bir-birinə qovuşurdu. Bu qovuşmaya səbəb cazibə qüvvəsi deyildi. Onları qovuşduran, bir-birinə doğru çəkən elektirik yükü və kimyəvi reaksiya idi("Fi zilali-Quran”, c. 6, səh. 111; "Ət-Təmhid”, c. 6, səh. 34-35. ). Atomlar sıxlaşdı, molekullar əmələ gəldi. Dənizlər molekullarla doldu. Molekullar bir-birinə qovuşaraq yapışqan məhlula çevrildi və jelatin zərrəcikləri meydana gəldi. Zaman keçdikcə jelatin qatılaşdı (kristallaşdı), nəticədə qıtlıq yarandı və zərrəciklərin böyük əksəriyyəti funksiyasını itirərək ölgünləşdi. Onlarda yaşıl rəngli maddə (xlorofil) əmələ gəldi və günəş enerjisindən güc aldı. Bunlar ilk bitkilər idi. Araşdırmalar zamanı əldə olunan bəzi (daşlaşmış) bitki qalıqlarının yaşının 3 milyard olduğu təyin olunmuşdur. İlk bitkilər, yəni xlorofil bir çox hallarda böyük jelatin zərrəsi tərəfindən yeyilirdi. Bu bitki yeyənlər yer üzündə ilk canlı heyvanlar hesab olunurlar”(İnsanın yaradılışı haqqında ayrıca ayə mövcuddur ki, onun "atıcı su”dan yarandığını bildirir. Növbəti bəhslərdə bu haqda söhbət açacağıq. ). 6. Doktor Maurice Bucaille Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini qeyd edərək yazır: "Ehtimal ki, ayədə məqsəd hər bir canlının ilkin maddə olaraq sudan yaranması və ya hər bir canlının əvvəlinin su olmasıdır. Hər iki halda elmi nailiyyətlərə tam uyğundur. Çünki həyat sudan başlanğıc almışdır”. O, "ماء” [ma`] sözünün iki mənasına (su, maye) toxunaraq digər bir versiyanı da qeyd edir (heyvan mayası). Onun fikrincə, hər üç açıqlama elmi nailiyyətlərlə üst-üstə düşür və Quranda cahillik dönəmində həyatın yaranması haqqında yayılmış miflərə yer yoxdur("Təfsiri-nümunə”, c. 14, səh. 509. ). 7. Seyid Qütb Nur surəsinin 45 və Ənbiya surəsinin 30-cu ayələrini qeyd edərək onlardan iki məqamın anlaşıldığını vurğulayır. Birincisi, həyat ilk olaraq sudan (dənizlərdən) başlamışdır. İkincisi, canlıların tərkibində başlıca ünsür sudur("Ət-Təmhid”, c. 6, səh. 34-35.) 8. Bəzi yazıçılar məlum ayələri izah edərkən insan orqanizminin su ilə əlaqəsindən söhbət açır və bildirirlər ki, insan orqanizminin 70%-ni su təşkil edir. YEKUN İzah olunan ayələrdən (Ənbiya 30 və Nur 40) anlaşıldı ki, həyat ilk olaraq sudan (ماء) başlanğıc almışdır. "ماء” [ma`] ifadəsi haqqında ümumilikdə dörd ehtimal mövcuddur. 1. "ماء” [ma`] sözündən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma). Bu ehtimal Nur surəsinin 45-ci ayəsinə müvafiqdir. Çünki ayənin davamında deyilir: "Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir”. Ayədən məqsədin sürünənlər, dördayaqlılar və insanlar olduğu anlaşılır (hansı ki, nütfə yolu ilə çoxalırlar). Bu ehtimalı şübhə altına alan bütün canlıların nəsil artımının nütfə yolu ilə olmamasıdır. Ənbiya surəsinin 30-cu ayəsindən də göründüyü kimi ayə bütün canlıları əhatə edir(Fikrimizcə "Təkamül” termini bəzən dar mənada (birhüceyrəli orqanizmlərdən insana doğru təkamül və ya ibtidai həyatı formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişmə) işlənir. Bəzən isə geniş mənada (fiziki, psixi, mənəvi, elmi, ictimai, əxlaqi və s. təkamül) işlənir ki, birinci mənanı da əhatə edir. Lamark və Darvindən öncə təkamül sözün geniş mənasında, onlardan sonra isə dar mənada işlənməyə başladı. ). 2. Canlıların təşkil olunduqları başlıca maddə sudur. Bu ehtimal Ənbiya surəsinin 30-cu ayəsinə uyğun olsa da Nur surəsinin 45-ci ayəsinə uyğun deyil. Nur surəsində yaradılışın başlanğıcından söhbət açılır. 3. İlk varlığın sudan yaranması. Bu ehtimal hər iki ayəyə uyğundur. Elmi nailiyyətlər də bunu təsdiq edir. 4. Məqsəd suyabənzər mayedir ki, dünya ondan yaradılmışdır. Bu ehtimal "ماء” [ma`] sözünün hərfi mənası, eləcə də ayələrin ilkin zahiri mənası ilə uyğun gəlir. Lakin öncə də qeyd olunduğu kimi, yalnız Nur surəsinin 45-ci ayəsində ilkin zahiri məna etibarı ilə məqsədin nütfə olduğunu düşünmək olar. Qeyd: Diqqətinizə çatdırdığımız ehtimalların hamısı ayələrin məqsədi ola bilər. Bəzi təfsirçilər də bu fikirdədirlər [(Qeyd etmək lazımdır ki, Lamarkizm və Darvinizm təkamülü büsbütün bir-birinə əks olaraq şərh edir. Lamarkizm təkamülü uyğunlaşma (adaptasiya) ilə, darvinizm isə uyğunlaşmanı təkamüllə izah edir. ). 2. Sözügedən ayələrin fərqli izahları olduğuna görə, bu və ya digər ehtimalı qəti olaraq ayəyə aid edib, digər ehtimalları isə rədd etmək olmaz. Lakin ayələrdən məqsədin dörd ehtimaldan hansı olmasından asılı olmayaraq, Quranın elmi sirlərindəndir. Bu elmi işarələr Quranın əzəmətinin sübutudur. Lakin bu fikirlər antik yunan filosofları tərəfindən də səsləndiyinə görə elmi möcüzə hesab olunmur. İLK İNSANIN YARANMASI VƏ TƏKAMÜL HİPOTEZİ Yer kürəsində ilk insanın (ondan öncə də bitki və heyvanların) mənşəyi daim sual doğuran məsələlərdən olmuşdur. Müqəddəs kitabda (Tövrat) və Quranda bu haqda söhbət açılmış və (suallara) cavab verilmişdir. Dövrümüzdə bioloji elmlərin inkişafı, Jan Batist Lamark (1744-1829) və Çarlz Robert Darvinin (1809-1882) nəzəriyyələri bu bəhsi daha da rövnəqləndirdi. Belə ki, din alimləri və təcrübi elmlər üzrə mütəxəssislər bir-birlərinin baxışlarını tənqid atəşinə tutdular. Bəzi müsəlmanlar təkamül nəzəriyyəsini (transformizm) qəbul edib bunun isbatı üçün müəyyən ayələrə istinad etdilər. Bəziləri isə Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edir və Quranın digər ayələrinə əsaslanırlar. Hətta (zahirən təkamül təlimi ilə uyğun gələn) bəzi ayələri Quranın ecazkarlığının sübutu kimi dəyərləndirmişlər. Biz burada Təkamül və ya Növlərin dəyişməzliyi nəzəriyyəsini rədd və ya isbat etməyi qarşımıza məqsəd qoymamışıq. Çünki bu bizim mübahisə obyektimiz xaricindədir(Genetik aparatda genlərin bir allel vəziyyətdən başqa vəziyyətə keçməsi, xromosomların sayının və quruluşunun müxtəlif dəyişilməsini birləşdirməklə qəflətən baş verən davamlı (sabit) dəyişkənliklər. ). Burada hər iki tərəfin Qurana istinadını diqqətinizə çatdıracaq və tənqidi yanaşacağıq. TƏKAMÜL HİPOTEZİNİN QISA TARİXİ VƏ ALİMLƏRİN BAXIŞLARI Burada Təkamül nəzəriyyəsinin qısa tarixinə nəzər salacaq, hər iki nəzəriyyənin izahını verəcək və dəlillərinə toxunacağıq. Bəzi mütəfəkkirlər yazırlar: "Təkamül nəzəriyyəsi hələ miladdan öncə mövcud olmuşdur. Miladdan sonra da ərəb alimləri, (sonralar İslam alimləri) bu haqda fikir yürütməyə başladılar. Müsəlmanlardan Farabi "İdeal cəmiyyət baxışları”, Qəzvini, "Əcaib əl-məxluqat” və "İxvan əs-səfa, İbn Misqəveyh "Təhzib əl-əxlaq” və "əl-Fəvz əl-əsğər” əsərlərində bu haqda söhbət açmışlar”. Təkamül nəzəriyyəsi elm tarixində müxtəlif formalarda mövcud olmuşdur. Lakin XIX əsrdə Lamark və Darvindən sonra təkamül haqqında müzakirələr daha da genişləndi("Təfsiri-nümunə”, c. 11, səh. 81-85 ). Təkamül nəzəriyyəsinin tərəfdarları əsasən iki katiqoriyaya ayrılırlar: 1. Təkamülü bütün varlıqlara, hətta maddə və enerjiyə aid edərək ümumiləşdirənlər; 2. Təkamülü yalnız canlı varlıqlara, üzvi aləmə (mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar) aid edənlər. Birinci katiqoriyaya aid olan alimlər arasında da fikir ayrılığı mövcuddur. Bəziləri təkamülün hərəkətverici qüvvəsinin təbiətin fövqündə durduğu (materiyanın mütləq inert (təsirsiz) olub "canlanmaq” üçün hərəkət verilməsi lazım gəldiyi), bəziləri isə materiyaya hərəkət verilməsi lazım olmadığı qənaətindədirlər. |