İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Quranda Namaz

    Quranda Namaz
    Namaz Allaha təşəkkür etməkdir
    Biz insanlar həmişə hansısa bir şəxsin bizə etdiyi yaxşılığın müqabilində ona təşəkkür edir və hər bir vasitə ilə onun əvəzini qaytarmağa çalışırırıq. Əks təqdirdə, tərəf müqabilinə hörmətsizlik etdiyimizi düşünürük. Mütəal Allah hər an bizə yaxşılıq edir, hamıya saysız nemətlər təqdim edir, bizi kamala doğru aparır, dünya və axirət səadətimizi təmin edir. Belə olan halda biz Yaradanımızın etdiyi bu yaxşılıqlar qarşısında təzim edib, ona təşəkkür etməməliyikmi?
    Allah Qurani-kərimdə buyurur:
    مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا
    "Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!” ("Nisa”, 147.)
    Şükr etmək neməti artırdığı kimi, nankorluğun aqibəti isə əzabla nəticələnir. Allah buyurur:
    وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
    "(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!”("İbrahim”, 7.)
    Şükür etməyin xeyri Allaha yox, əksinə insanların özünə qayıdır. Bu haqda Allah Qurani-kərimdə Süleyman peyğəmbərin (ə) dilindən belə nəql edir:
    قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِندَهُ قَالَ هَذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ
    "(Süleyman taxtın daha tez gətirilməsini istədi) Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun ne’mətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne’mətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil, kərəm sahibidir!" (Allah dünyada qədirbilənə də, nankora da, mö’minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)”("Nəml”, 40.).
    Həzrət İsa (ə) bir gün kor, cüzam xəstəliyinə tutulmuş və hər iki tərəfi iflic olan bir kişi gördü. Xəstəliklərin çoxluğuna baxmayaraq, kişi deyirdi: "Məni bir çox xəstəliklərdən uzaq edən Allaha şükürlər olsun”. İsa (ə) ondan soruşdu: " Sən bütün xəstəliklərə tutulmusan. Bəs hansı xəstəliyə tutulmamağın qorxusundan Allaha şükür edirsən?” Kor kişi dedi: "Bəzi şəxslər mənim tanıdığım qədər Allahı tanımırlar. Mən bu baxımdan onlardan üstün olduğum üçün şükür edirəm”. İsa (ə) buyurdu: "Doğru deyirsən, əlini mənə ver”. O kişi əlini ona uzatdı. Həzrət İsa (ə) onun əlindən tutub bütün xəstəliklərini sağaltdı və o gündən sonra həzrət İsanın (ə) dostlarından birinə çevrildi("Kəşkül”, Şeyx Bəhayi.).
    Təşəkkür etməyin müxtəlif üsulları var. Bəzən biz bir yaxşılığa qarşılıqlı cavab verir və bunu edilən təşəkkür kimi qəbul edirik. Allah-taalanın yaxşılıqlarının zərrəsini belə qaytara bilmədiyimiz halda ona edilən təşəkkürlər başqa cür olmalıdır. Məsələn, Allahın verdiyi nemətləri lazımi yerlərdə istifadə edilməsi onların şükrüdür və bu şükür etmə nemətin davamlı olmasına səbəb olur. Rəsuli-əkrəmdən (s) nəql edilən bir hədisdə oxuyuruq:
    "
    الحمى علي النعمه أمان لؤالها”
    "Nemətin şükrü onun davamlı olmasına zəmanətdir”("Nəhcul-fəsahə”, "Şükr” bölümü.).
    Allah yanında şükretmə vasitələrindən ən önəmlilərindən biri də bəndənin ona pərəstiş edib namaz qılmasıdır. Qurani-kərimdə oxuyuruq:
    يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
    " Ey insanlar, Allaha itaət edin, o kəsə ki sizi və sizdən qabaqkıları xəlq etdi. Bəlkə təqvalı olasınız”("Bəqərə”, 21.)
    Göründüyü kimi, Allah bu ayədə insanları xəlq etməsini önə çəkir və bu yolla onlara zəif olduqlarını, bütün varlıqlarının Onun tərəfindən olduğunu xatırlayır, ibadət və itaətə layiq olduğunu onlara anladır.
    Həzrət Peyğəmbər (s) ibadət zamanı çox ayaq üstə qalmaqdan ayaqları şişər, uzun-uzadı gecə namazı qılmaqdan çöhrəsi saralar və ibadət halında çox ağladığı üçün özündən gedərdi. Bir nəfər o həzrətə dedi: "Məgər Allah Qurani-kərimdə sizin haqqınızda
    "
    لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ وَمَا تَأَخَّرَ” "
    Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq,”("Fəth”, 2.) deyə buyurmadımı? Niyə özünüzə bu qədər əziyyət verirsiz?” Rəsuli-əkrəm cavabında buyurdu:
    افلا اکون عبد شکورآ
    "Allahı şükür edən bir bəndə olmayımı?”("Biharül-ənvar dastanları”, c. 4, səh. 20.)
    Bəzən bir çox insanlar özünü məramlı, əqidəli və həmişə haqq tərəfdarı kimi göstərir və "çörək kəsdikləri şəxsin” ehtiramını heç zaman tapdalamadıqlarını deyirlər. Lakin, əməllərinə baxdıqda bütün dediklərinin əksinin şahidi oluruq. Belə ki, onların din hökmlərinə əməl etməmələrini, Allahın qadağan etdiyi şeylərin ardınca olduqlarını müşahidə edirik. Əcəba, bu etinasızlıqlar, süfrəsində düz-çörək kəsib, ətə-qana, boya-başa çatmağımız Allaha qarşı ehtiramsızlıq, üsyan deyilmi? Əgər İslam peyğəmbəri (s) Allahın nemətlərinin şükrünü etmək üçün ayağı şişənə qədər ibadət edirsə, bəs bizim vəzifəmiz nədir?
    Namaz məada inancın nişanəsidır
    Məad - insanın ölümdən sonra dirilməsinə olan inancdır. Bu haqda Qurani-kərimdə oxuyururq:
    فَانظُرْ إِلَى آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ ذَلِكَ لَمُحْيِي الْمَوْتَى وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    (Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!("Rum”,50.)
    Bu məsələyə şübhə ilə yanaşanlar üçün Allah-taala Qurani-kərimdə gözəl bir misal çəkir:
    "
    وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ ” قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
    "Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi.
    (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”("Yasin”, 78-79.)
    Bütün bunlara etiqad bəsləyən şəxslər bu dünyada ömrlərini səmərəli istifadə etməklə Allahın dini göstərişlərinə əməl etməlidirlər. Əks təqdirdə dünyadan köçdükdən sonra qarşılaşdıqları peşmançılığın bir faydası olmayacaqdır. Quran belə şəxslər haqqında buyurur:
    حَتَّى إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ
    "Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
    Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.”("Möminin”, 99-100.)
    İslam Peyğəmbəri Allahın göstərişlərinə əməl etməməyi böyük təhlükə hesab edir. Bu haqda tarixdə oxuyuruq:
    "Besətin (həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi zaman) ilk illəri idi. İslam Peyğəmbəri (s) "Səfa” dağına çıxıb fəryad çəkərək təhlükə hiss etdiyini söylədi. Camaat Peyğəmbərin (s) başına toplaşaraq, hansı hadisənin baş verdiyini bilmək istədilər. İlk olaraq Peyğəmbər(s) xalqdan belə bir təsdiq aldı: "Ey camaat, sizin mənim haqqımda fikriniz nədir?” Hamı cavab verdi: "Sən əmin və doğru danışansan”. Peyğəmbər buyurdu: "Əgər mən sizə desəm ki, düşmən qoşunu ilə bu dağın arxasına gəlib sizə hücum etmək istəyir, mənim sözlərimə inanarsınızmı?” dedilər: "Bəli, iananarıq”. O Həzrət (s) bu təsdiqdən sonra buyurdu:
    اني نذير لکم بين يدي عذاب شديد
    "Mən sizə böyük bir təhlükənin olduğunu xəbər verirəm. Sizin getdiyiniz bu yolun (Allahın əmrlərinə itaət etməməyiniz) sonu dünya və axirətdə şiddətli ilahi əzabdır”("Sireyi- nəbəvi”, Şəhid Mütəhhəri, səh.107.).
    Bu baxımdan ən kiçik işlərə belə diqqətlə yanaşmalı, İslam əxlaqına uyğun şəkildə davranmalı və dininin təklif etdiyi həyat tərzi sürrmək lazımdır. Çünki, Allah dərgahında hər bir kiçik əməl, istər xeyir, istərsə də şər olsun, hesabı sorulur və Qiyamət günü əvəzi verilir. Qurani-kərimdə oxuyuruq:
    فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَه‏ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَه‏
    "Zərrə qədər yaxşı iş görən şəxs əvəzini görəcəkdir, zərrə qədər pis iş görsən şəxs əvəzini görəcəkdir”("Zilzal”, 8-9.).
    Belə bir prinsipi olan dinin ardıcılı hər bir göstəriş qarşısında özünü təslim edir və böyük səylə onların icrasına başlayır.
    Bir nəfər Peyğəmbər (s) məscidinə daxil olub dedi: "Ey Allahın rəsulu (s), mənə Quranı öyrət”. Allahın Rəsulu (s) Quranın öyrədilməsi üçün onu səhabələrinin birinə tapşırdı.
    Peyğəmbərin səhabəsi onun əlindən tutub bir kənara çəkdi və "Zilzal” sürəsini onun üçün oxumağa başladı.
    "Zərrə qədər yaxşı iş görən şəxs əvəzini görəcəkdir, zərrə qədər pis iş görsən şəxs əvəzini görəcəkdir” ayəsinə çatdıqda Quran öyrənmək istəyən şəxs bir az fikrə getdikdən sonra soruşdu: "Bu cumləni də Allah nazil etmişdir?” Səhabə dedi: "Bəli”. O kişi dedi: "Mən dərsimi bu ayədən öyrəndim”. Yəni bu ayə doğru yolu tanımaq və onu keçmək üçün kifayət edir.
    Sonra Peyğəmbərin (s) səhabəsi o Həzrətin (s) yanına gedib, baş vermiş hadisəni ona danışdı. Bu zaman Allahın rəsulu (s) buyurdu:
    "Onu azad buraxın. Həqiqətən də o, haqqı tapmışdır”("Təfsiri-nümunə”, c. 27, səh. 231-232.).
    Demək, özünü aciz hiss edən, çətin bir gündə - Qiyamətdə əlindən heç nə gəlməyəcəyini bilən şəxs Allaha səcdə edir, ona baş əyir və baş verəcəyi şübhəsiz olan o ağır gündə Onun şəfaətinə ümid bəsləyir. Allah Qurani-kərmdə də məada inananların namaz qılan olduqlarını yad edir:
    وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ
    "Axirətə iman gətirənlər ona (Qurana) inanır və namaz qılırlar”("Ənam”, 92.).
    Gerçəkdən Quran oxuyub, ölümdən sonrakı həyata inanan şəxslər bəndə olduqlarını dərk edərək uca Allahın əmrlərinə itaət edir və namaz qılırlar.
    Namaz dini qardaşlıq şərtidir
    Namazın üstün keyfiyyətlərindən biri də cəmiyyəti səmimiyyətə doğru sövq etməsi, möminləri bir-birləri ilə qardaş etməsidir. Namaz qılan şəxs onunla bir cərgədə duran, əqidəsi, məqsədi təmamilə eyni olan din yoldaşına ehtiramla yanaşır və hər bir işində ona dayaq olmağa çalışır. Allah-taala Qurani-kərimdə buyurur:
    فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَنُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
    "Əgər onlar tövbə edib, namaz qılsalar, zəkat versələr sizin dini qardaşlarınızdırlar”("Tövbə”,11.).
    Demək olar , yalnız bu ayəyə əməl etmək müsəlman cəmiyyətinin bütün problemlərini həll etmiş olar. Belə ki, ümmətdə olan mömin varlılar kasıblara, alimlər avamlara, həkimlər xəstələrə və s. sahələrdə çalışanlar vəzifələrinə uyğun olaraq xalqa, camaata xidmət etməyə başlasalar şübhəsiz ki, heç bir islam dini ardıcılı sıxıntıda yaşamayacaqdır.
    Başqa bir ayədə Allah möminlərin bir olmasını, müxtəlif yerlərə parçalanmamalarını buyurur:
    وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ
    "Hamılıqla Allahın ipinə (dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönələsiniz!”("Ali-İmran”,103.)
    Allah-taaala "Hucurat” surəsinin 10-cu ayəsində möminlərin dində qardaş olmasını və onların qarşılaşdıqları hər bir çətinlik və anlaşılmazlığı mehribanlıqla həll etməli olduqlarını bəyan edir:
    إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ
    "Həqiqətən, mö’minlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanaraq) rəhm olunasınız!”("Hucurat”,10.)
    Category: Quranda Namaz | Added by: Islam_Kitabxanasi (2012-05-14)
    Views: 1024 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024