İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quranda Namaz

    Quranda Namaz
    Təqva əhli namaz qılanlardır
    Qurani-kərimdə dəfələrlə xatırlanan "təqva” İslam dinini olduğu kimi yaşamağa deyilir. Demək, təqvalı şəxs Allahın buyuruqlarına tabeçilik göstərir, Onun əmr etdiklərinə əməl edir və qadağalarından çəkinir. İmam Sadiqdən (ə) təqva haqqında soruşulduqda buyurur:
    ان لا يفقدك حيث امرك و لا يراك حيث نهاك
    "Təqva odur ki, Allah-taala səni, əmr etdiyi yerlərdə görsün, qadağan etdiyi yerlərdə isə görməsin”("Səfinə əl-bihar”, c. 2, səh. 678.)
    Möminlərin əmiri həzrət Əli (ə) öz vəsiyyətində oğlu İmam Həsənə (ə) təqvalı olmağı və qəlbini Allahın zikri ilə abad etməyi vasiyyət edir:
    فاني اوصيك بتقوي الله – اي بني- ولزوم امره و عماره قلبک بذکره و الا عتصام بحبله و اي سبب اوسق من سبب بينک و بين الله ان انت اخذت به
    "Ey oğlum, sənə ilahi təqvanı və Allahın əmrlərini yerinə yetirməkdə iltizamlı olmağı, öz qəlbini Allahın zikri ilə abad etməyi, (eşq, məhəbbət ocağı olan qəlbini Allahın eşqinin nuru ilə işiqlandırmağı), ona bəndəlik etməyi və sarsılmaz məhəbbət ipinə sarılmağı tövsiyə edirəm. Səninlə Pərvərdigarın arasındakı ipdən də möhkəm bir səbəb ola bilərmi ki, sən ondan yapışmısan?!”("Nəhcul-bəlağə”, 31-ci məktub. )
    Allah yanında ən üstün şəxslər məqamından, cinsiyyətindən asılı olmayaraq təqvalılardır:
    يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ رشُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُم عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ
    "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”("Hucurat”, 13.)
    Bütün yaxşı əməllərin qəbul olunmasında təqva ən mühüm şərtlərdən biri sayılır. Qurani-kərimdə Allah bunu xatırladaraq buyurur:
    وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِن أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ
    "(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: "Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!”("Maidə”, 27.)
    Altıncı imam Cəfər ibn Məhəmməd belə buyurur: "Nəfsani istəklərinə tabe olub, yanlış fikirlərlə özünü aldadan insan, bir dəstənin onun başına toplaşaraq ehtiram göstərdiyi şəxsə bənzəyir. Mən bu şəxs haqqında eşitdikdən sonra onun nə qədər elmli olduğunu bilmək üçün onu görmək istədim. Bir gün bir məhəllədə camaatın onun başına yığışdığını gördüm. Onların arxasında dayandım və məni tanımasınlar deyə üzümün bir hissəsini bağladım. O, başına toplaşanları dedikləri ilə aldadırdı. Toplantı qurtardıqdan sonra o, yolunu döndərib camaatdan ayrıldı. Mən də onun arxasınca getdim. Az keçmədi ki, bir cörək satılan dükana çatdı. Onu aldadıb iki çörək oğurladı. Sonra nar dükanına gedib orda da iki nar oğurladı. Təəccüb etdim. Öz-özümə, bəlkə əvvəlcədən bunların pulunu ödəyib – deyə fikirləşdim. Yenə də onun arxasınca getdim və o, bir xəstənin yanına gəlib çörəklərlə iki ədəd narı onun yanında qoyub getdi. Səhrada onu daxmasının yanında dayanan gördükdə yanına gedib dedim: "Ey Allahın bəndəsi, mən sənin haqqında bəzi şeyləri eşitdiyimdən səni görmək istəyirdim. Lakin, sənin bəzi əməllərini görməyim məni təəccübləndirdi”. Dedi: "Səni təəcübləndirən nədir?” Dedim: "Çörəkçidən iki çörək, narsatandan isə iki nar oğurladın”. Mənim cavabımı verməmişdən qabaq soruşdu: "Sən kimsən?” Dedim: "Adəmin (ə) övladlarından, Məhəmmədin (s) ümmətindən olan bir şəxs”. Dedi: "Mənə de, sən kimsən?” Dedim: "Allah rəsulunun (ə) əhli-beytindən (ə) biri”. Dedi: "Haralısan?” Dedim: "Mədinədən”. Dedi: "Bəlkə Məhəmməd ibn Cəfərsən?” Dedim: "Bəli” Dedi: "Nəcabətinin şərəfli olması sənin Allahın kitabına olan cəhalətinin qarşısını almasına nə faydası olmuşdur?” Dedim: "Mənim Allahın kitabına qarşı olan chalətim nədir?” Dedi: "Qurani-kərimdə deyildiyinə görə, bir yaxşı iş görən kimsə on savab qazanır, bir günah edəninisə yalnız bir günah qədər cəzası var. Mən iki çörək və iki nar oğurladım. Demək mən dörd günah etdim. Lakin onların hamısını ehsan etdim və nəticədə otuz altı savabım var”. Ona dedim: "Sən Allahın kitabından xəbərsizsən. Quranda oxumamısanmı, Allah yalnız təqva əhlindən xeyir işləri qəbul edir? Sən iki çörək və iki nar oğurlamaqla dörd günah və onları sahibinin icazəsi olmadan ayrılarına verməklə savab yox, əksinə yenidən dörd günah qazandın. Nəticədə sən səkkiz günah iş görmüsən”("Vəsail əş-şiə”, c. .9, səh. 468.).
    Təqva əhlinin yüksək keyfiyyətlərindən biri də namaz qılmalarıdır. Allah, təqva əhli olan namaz qılanları belə xatırladır:
    الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلوةَُ
    "Onlar (təqvalılar) qeybə iman gətirir və namaz qılırlar”("Bəqərə”, 3.).
    Biz də təqvalı olub, Allahın əmrlərini yerinə yetirməkdə öncül və namaz qılmağı özümüzün tərk edilməz əməlimizə çevirək.
    Allah yolunda ehsan edən namaz qılnalar
    İslam dinində başqalarına edilən hər hansı bir yaxşılığa ehsan deyilir. Bu gözəl əməl həm Qurani-kərimin, həm də məsumların (ə) buyuruqlarında təqdir edilmişdir. Belə ki, Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir:
    يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا
    "Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat (Cənnət) gözləyir!”(Hədid”, 18.)
    Ədalət sahibi olan Allah şübhəsiz ki, hər bir yaxşılığı yaxşılıqla cavablandırandır. "Ər-Rəhman” surəsində isə bu haqda oxuyururq:
    هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ
    "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!”("Ərrəhman”, 60.)
    Həmçinin, ehsan etməyin dəyər və mahiyyəti haqqında isə İslam peyğəmbəri (s) buyurur:
    "Qohumlarının yanına canı və malı ilə yaxşılıq etmək üçün gedənlərə yüz şəhid məqamı və hər qədəminə isə qırx savab verilir”("Biharul-ənvar”, c. 74, səh. 89.)
    Qurani-kərimdə yaxşı işlər görən şəxslərin ən üstün cəhətlərindən biri də onların namaz qılmalarıdır. Loğman surəsində oxuyuruq:
    وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ الَّذِينَ يُقِيمُونَ الصَّلوةَ وَيُؤْتُونَ الزَّكَوةَ .هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ
    "(O Qur’an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar”("loğman”, 3-4.).
    Digər əməllərinin, ehsanlarının qəbul edilməsini istəyən şəxslər namaza böyük əhəmiyət verməlidirlər. Bu haqda İmam Baqir (ə) buyurur:
    "اول ما يحاسب به العبد الصلاه فان قبلت قبل ما سواها"
    "Qiyamət günü bəndədən ilk soruşulan əməl namazdır, əgər namaz qəbul olunubsa, sair əməllər də qəbul olunacaqdır. Əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir”("Bihar əl-ənvar”, c. 7, səh. 267.).
    Namaz təvazökarlıq nişanəsidir
    Əsl bəndəlik təzahürü təvazökarlıqdır. Təvazökarlıq özünü digərlərindən üstün tutmamaq, onlara ehtiram etmək və təkəbbür kimi rəzil əxlaqi keyfiyyətlərdən uzaq olmaqdır. Həzrət Əli (ə) təvazökar olmağı ən böyük ibadət hesab edərək buyurur:
    " عليك با لتواضع فانه من اعظم العباده "
    "Sizi təvazökar olmağa dəvət edirərm. Çünki, təvazö ən böyük ibadətdir”("Kafi”, c. 2, səh. 123.).
    Ən böyük təvazökarlıq isə Allah qarşısında edilməlidir. O Allah ki, bəndənin hər bir şeyi onun tərəfindəndir. Bəndənin Allah qarşısında itaətsizlik göstərib, əmrlərinə etinasız yanaşması isə təvazökarlığın əksidir. Təvazökar olmağın ilk nişanələrindən biri də Namaz qılmaqdır. Qurani-kərimdə bu əxlaqi sərvətin əlamətləri belə xatırlanır:
    الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَى مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلوةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
    "Onlar o kəslərdirlər ki, Allahın adı çəkiləndə qəlbləri (qorxudan) titrəyir, hər bir müsibətə səbr edirlər, namaz qılırlar və onlara verdiyimiz ruzidən ehsan edirlər”("Həcc”, 35.).
    "Fiqh ər-Rza” kitabından nəql edilir ki, namazı yuxulu, tənbəl, tələsik halında yox, mətinlik və vüqarla qılmaq lazımdır. Namazda xüşu və təvazö halında ol. Namazda həmişə ümid və qorxu arasında qal. Allahın hüzurunda elə namaz qıl ki, sanki, günahkar bir şəxs tövbə edib bağışlanmasını diləyir. Sağa-sola boylanma. Elə təsəvvür et ki, sən Allahı görürsən, ən azı sən Onu görməsən də O, səni görürr("Adabe-səlat”, səh. 151.).
    Səid ibn Cübeyr deyir: "Qırx il namaz qıldım, lakin namaz halında sağ və solumda dayananları tanımadım. Çünki, İbn Abbasın belə buyurduğunu eşitmişdim: "Namaz halında təbazö etmək odur ki, namaz qılan şəxs sağ-solunda dayananları tanımasın (diqqəti yalnız namazda olsun)("Əsrare-səlat və muhemmatuha”, səh. 156.).
    İmam Sadiq (ə) قوموا الله قانتين (Allaha itaət halında namaz qılın) ayəsinin təfsir edərəkən buyurur: "Yəni təvazökarlıqla namaz qılın”("Təfsiri-nümunə”, c. 2, səh. 148.).
    İman sahibləri namaz qılanlardır
    İmam Sadiqdən (ə) iman haqqında soruşulduqda buyurdu:
    الايمان ان يطاع الله فلا يعصي
    "İman, Allahın əmrlərinə tabe olub, göstərişlərinə qarşı çıxmamaqdır”("Kafi”, c. .2, səh. 33.).
    Başqa bir rəvayətdə o Həzrətdən (ə) İslamın nə olduğu haqqında sual edildikdə cavab verir:
    فقال دين الله اسمه الاسلام و هو دين الله قبل ان تکونوا حيث کنتم و بعد ان تکونوافمن اقر بدين الله فهو مسلم و من عمل بما امر الله عز و جل به فهو مومن
    "Allahın dininin adı İslamdır. Əgər bir şəxs bu dində olduğunu iqrar etsə, müsəlman və bu dinin göstərişlərinə əməl etdikdə isə mömin sayılır”(Kafi”, c.2, səh. 38.)
    Allah taala Qurani kərimdə imanla islam arasında böyük fərqin olmasını bəyan edir:
    تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُواأَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِنأَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
    "(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e’tiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”("Hucurat”, 14.).
    Yuxarıda qeyd edilən ayədən məlum olur ki, dildə islamı qəbul etdikdən sonra əməl etibari ilə də müsəlmanlığı isbat etmək lazımdır. Gərək bütün bunlarla yanaşı iman gətirdiyini iqrar etdiyin dinə saf niyyətlə tapınıb, onun bütün göstərişlərinə əməl edələn. Belə olan halda insan mömin adına layiq görülür. Allahın göstərişlərindən biri də namaz qılmaqdır. Bu məsələyə toxunan Quran ayəsinə diqqət edək:
    وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَى بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
    "O kəslər üçün ki, Rəbbinin də’vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər”("Şura”, 38.).
    Category: Quranda Namaz | Added by: Islam_Kitabxanasi (2012-05-14)
    Views: 919 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024