İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quranda Namaz

    Quranda Namaz
    Məscidin memarı namaz qılan olmalıdır
    Allah yanında ən sevimli yer məsciddir. Çünki, bu ibadət ocağında insanlar dünya bağlılığından ayrılır və Allaha həmdü-səna edirlər. Rəsuli-əkrəm (s)buyurur:
    احب البلاد الي الله مساجدها
    "Allahın ən sevimli yeri məsciddir”("Nəhc əl-fəsahə”, "Məscid” bölümü.).
    Pəhrizkarların səngəri, ibadətgahı məscidlərdir. Allahın rəsulu (s) bu haqda buyurur:
    المسجد بيت کل تقي
    "Məscid pəhrizkarların-təqva əhlinin evidir”(Yenə Orada.).
    Təqvalı şəxs dünyanı mehmanxana hesab edib məscidi isə öz doğma evi hesab edir. Bu barədə İslam peyğəmbəri (s) buyurur:
    کونوا في الدنيا اضيافا و اتخذوا المساجد بيوتا
    "Dünyada qonaq kimi yaşayın, məscidi isə eviniz hesab edin”("Nəhc əl-fəsahə”, səh .514.).
    Həsən ibn Məhəmməd Deyləmi "İrşad əl-qülub” kitabında Həzrət Əlidən (ə) belə nəql edir:
    "Mənim üçün məsciddə oturmaq Cənnətdə oturmaqdan daha üstündür. Çünki, Cənnətdə oturmaq məni sevindirir, lakin məsciddə oturmaq isə Allahın razılığına səbəb olur”. Əmirəlmömininin belə buyurmasına səbəb bu ayədir:
    وَرِضْوَانٌ مِّنَ اللّهِ أَكْبَرُ
    "Allahın razılığı isə hər nemətdən böyük və dəyərlidir”(Tövbə”, 72.).
    İslam dinində məscidə getməyin böyük fəziləti olduğu kimi, məscid tikib, onu xalqın ixtiyarına verməyin də böyük savabı var. İslam dinində ilk məscid banisi və memarı Allahın həbibi Məhəmməd peyğəmbərdir (s). O Həzrət (s) bu dəyərli işi igörən şəxslər haqqında buyurur:
    من بني مسجدا و لو مثل مفحص قطاه بني الله له بيتا في الجنه
    "Hər kəs bir məscid tiksə, Allah onun üçün cənnətdə bir ev tikər. Hətta onun tikdiyi məscid dəvə quşu yumurta qoya biləcəyi qədər kiçik olsa belə”("Nəhc əl-fəsahə”.).
    Məscid tikməyin böyük əhəmiyyət daşıması ilə əlaqədar olaraq İslam dinində bu böyük məsuliyyət hər kəsə verilmir. Məscid tikən şəxs Allaha, Qiyamət gününə inamlı, namaz qılıb, zəkat verən olmalıdır. Qurani-kərimdə oxuyuruq:
    إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللّهِ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلاَّ اللّهَ فَعَسَى أُوْلَـئِكَ أَن يَكُونُواْ مِنَ الْمُهْتَدِينَ
    " Allahın məscidlərini o şəxslər abad edirlər ki, Allaha, qiyamət gününə inanır, namaz qılır, zəkat verir, Allahdan başqa heç kəsdən qorxmurlar. Ümid var ki, onlar hidayət əhli olsunlar”("Tövbə”, 18.).
    Evlər qibləyə tərəf tikilməlidir
    Rəhman və Rəhim olan Alllah insanlara əcr və savab bəxş etmək üçün, demək olar, bir bəhanə axtarır. Belə ki, biz niyyətimizi saflaşıdırmaqla gündəlik əməllərimzidə Tanrının razılığını qazana bilərik. Məsələn, "islam təmizliyi sevir” düsturuna əsasən paltarlarımızı yumağımız və ya qüvvət əldə edib, yaxşı işlər görmək üçün bütün yeyib, içdiklərimiz ibadət sayıla bilər. Belə əməllərdən biri də evlərin qibləyə tərəf tikilməsidir. Çünki, namaz qılındığı zaman insan üzü qibləyə tərəf dayandığı üçün, evlərin də qibləyə tərəf tikilməsi böyük əhəmiyyətə malikdir. Allah Qurani-kərimdə buyurur:
    وَأَوْحَيْنَا إِلَى مُوسَى وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُواْ بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُواْ الصّلوةَ وَبَشِّرِ الْمُؤْمِنِينَ
    "Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və mö’minləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik”("Yunus”, 87.).
    Çalışaq hər bir işi Onun göstərişinə əsasən həyata keçirərək zəfər və cənnətlə müjdələnək.
    Namaz qılanların məqamları
    Hər şeyin yaxşı və düzgün icra edilməsi üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Allah yanında böyük əhəmiyyətə malik olan namazın dəqiq şəkildə qılınması üçün də bir çox şəriət hökmləri qeyd edilmişdir. Hansı ki, namaz qılan şəxs bu dini hökmlərə, ədəb qaydalarına riayət etməlidir. Namazın düzgün şəkildə qılınması haqqında "Şəriət hökmlərinin izahı” kitablarında geniş məlumat verilmişdir. Bu bölümdə isə yalnız namazın ədəb qaydaları haqqında qısa məlumat verməyi məqsədəuyğun sayırıq.
    Namazı xüşu halında qılmaq
    Allah-taalla Qurani-kərimdə namazını xüşu ilə qılan möminləri nicat tapanlar hesab edərək buyurur:
    الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
    "O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”(Möminin”:2.)
    Təvazö və ədəb mənasında olan "xüşu” böyük şəxsiyyətlərin qarşısında insanın ruh və cismində meydana gələn hala deyilir. Yuxarıda qeyd edilən ayədə təkcə namaz yox, namazı xüşu ilə, hər şeyi unudaraq, ruhən qılınması möminlərin nişanəsi sayılır. Belə ki, möminlərin namazları ruhsuz və yalnız quru sözlərdən ibarət deyil, əksinə namaz qıldıqda elə bir hala düşürlər ki, sanki bütün vücudları ilə Allahı dərk edir, onun qüdrət və əzəmətindən başqa heç nəyin fərqində olmurlar.
    Ümumiyyətlə, hər bir şəxs Mütəal Allah qarşısında özünün acizliyini, tam mənada heç nəyə malik olmadığını, uca Tanrının isə hər şeyə qadir və sonsuz qüdrət sahibi olduğunu dərk etdiyi zaman onda xüşu və təvazö halı yaranar. Allah Quranda buyurur:
    إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ
    "Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın yeganəliyini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (mö’minləri) bağışlayandır!”("Fatir”, 28.).
    Bu baxımdan, din öndərləri həm Allahın əzəmətini, həm də özlərinin aciz olmalarını dərk etdikləri üçün daha çox xüşu, təvazö əhli olmuşlar. Belə ki, Rəsuli-əkrəm (s) namaz qıldığı halda dünya dağılsaydı belə ona təsir etməzdi("Şəmailun-nəbi”, səh. 157.). Həzrət Əli (ə) namaz qıldığı zaman özünü elə unudurdu ki, ayağından oxu çıxartdıqda xəbəri olmurdu("Əsrarul-hukəm”, c. 2, səh. 527.). Şərih deyir: "Peyğəmbərin (s) məscidinə daxil olanda gördüm ki, İmam Hüseyn (ə) səcdə halında üzünü torpağa qoyaraq münacat edir:
    "Ey mənim mövlam, əgər məni günahkarlarla birgə cəhənnəmə göndərsən onlara deyərəm ki, mən Səni çox istəyirəm”("Səhifətul-hüseyn”, səh. 62.). Məhəmməd Şakiri deyir: "İmam Həsən Əsgəri (ə) mehrabda oturub, səcdəyə gedərdi. Mən yatıb oyandıqdan sonra da onu səcdədə görərdim”("Namaz”, Hüseyn Səburi.).
    İmam Sadiq (ə) buyurur: "Mənim bir hacətim var idi. Dəstamaz alıb, hacətimin hasil olması üçün namaza başladım. Namazdan o qədər (mənəvi) ləzzət aldım ki, öz hacətimi unutdum”("Beheşte-cavidan”, səh. 214.).
    Aşağıda qeyd edilən göstərişlərə əməl etmək insanda xüşu və xüzunun yaranmasına səbəb olur:
    1. Kimin qabağında dayandığımızın, kiminlə söhbət etdiyimizin fərqinə varaq. Edilən qiyam, rüku və səcdələrdən məqsədin nə olduğunu bilək?
    2. Namazın mənasına diqqət yetirmək.
    3. Surələri aram və vüqarla qiraət etməyin qəlbin hüzurunda böyük rolu var.
    4. Qəlbimizə gələn fikirləri tez özümüzdən uzaqlaşdıraq. Əks təqdirdə müxtəlif fikirlər bizi əsl namaz qılmaq səadətindən məhrum edəcək.
    5. Gözümüzü ətrafa baxmaqdan yayındıraraq, yalnız möhur və səcdə yerinə diqqət yetirək.
    6. Yorğun, yuxulu və hansısa bir bədən üzvünün ağrıdığı vaxtlarda namaz qılmayaq.
    Namaz qılan zaman bəzənmək
    Hər bir şəxs məhəbbət bəslədiyi, möhtərəm sandığı bir şəxsin görüşünə getdikdə özünü səhmana salır, ən gözəl, təmiz paltarını geyinir, ətirlənir və s. Ən böyük məhəbbətə, ehtirama layiq olan uca Allahdır. Demək, onunla görüşə getdikdə - namaz qıldıqda özümüzü səhmana salıb, ən səliqəli paltarlarımızdan istifadə edib, ətirlənməyimiz lazımdır.
    "Əraf” surəsində oxuyuruq:
    يَا بَنِي آدَمَ خُذُواْ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ
    "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin…”("Əraf”, 31.)
    Quran şərhçiləri məlum ayədə qeyd edilən "zinət” sözünü açıqlayarkən yazırlar: "Bu, həm cismani zinətlər - gözəl və təmiz geyinmək, saçı daramaq, ətirlənmək və s., həm də mənəvi zinət - bütün əxlaqi sərvətlərə malik olmaq mənasındadır”.
    Bu ayənin şərhində İmam Sadiq (ə) belə buyurur: "Saçı daramaq ruzinin cəlb olunmasına, insanın gözəlləşməsinə, ehtiyaclarının ödənilməsinə səbəb olur”("Xisal”, səh..268. ).
    İmam Səccad (ə) haqqında nəql edilir: "Namaz qılmağa başladığı vaxtlarda cənamazın yanına qoyduğu ətirlə ətirləniridi”("Təhlile əz zendeganiye İmam Səccad”).
    İmam Sadiq (ə) isə buyurur: "Ətirli halda qılınan bir rükət namaz ətirsiz halda qılınan yetmiş rükət namazdan üstündür”("Əsrar əs-səlat”, Məliki Təbrizi.).
    İslam peyğəmbərindən (s) nəql olunduğuna görə, o, qadınların zinətsiz halda namaz qılmalarını xoşlamırdı("Dəaimul İslam”, c. 1, səh. 177.).
    İslam Peyğəmbəri (s) mənəvi gözəlliyi hər şeydən üstün tutaraq buyurur:
    "Əgər Allah bir şəxsi xeyirli zinətlərlə bəzəmək istəsə ona daxili paklıq bəxş edər”("Tənbih əl-xəvatir”, c. 2, səh. 229.).
    İmam Əli (ə) gözəllik haqqında buyurur:
    "Kişinin gözəlliyi səbr, möminin gözəlliyi təqva, bəndənin gözəlliyi itaət, elmin gözəlliyi isə onu başqalarına çatdırmaqdır...” ("Ğürəru əl- hikəm”, c. 1, səh. 370.).
    Gecəni sübhə qədər namaz qılanlar
    Allah-taala "Furqan” surəsində özünün yaxşı bəndələrinin səciyyələrindən birinin gecəni sübhə qədər namaz qılmaq olduğunu qeyd edir:
    وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّداً وَقِيَاماً
    "Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) halında keçirərlər”("Furqan”, 64.).
    Belə ki, bu şəxslər gecə yarısı yuxudan oyanır, heç kəs onları görmədən, səmimi, saf niyyətlə Allahla razü-niyaz, ibadət, münacat edirlər. Həzrət Peyğəmbər (s) gecə namazını möminlərin izzəti sayaraq buyurur:
    شرف المومن قيامه بالليل و عزه استغنائه عن الناس
    "Möminin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır”("Bihar əl-ənvar”, c. 77, səh. 120.)
    Həzrət Əli (ə) isə buyurur:
    من کثر في ليله نومه فاته من العمل ما لا يستدرکه في يومه
    "Gecəni çox yatan şəxs (yəni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz”("Ğürər əl-hikəm”, hədis. 289.).
    Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:
    فيما ناجي الله )عز و جل( به موسي بن عمران (ع) قال: يابن عمران کذب من زعم انه يحبني فاذا جنه الليل نام عني
    "Allah-taala Musa ibn İmrana buyurdu: "Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlığında isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər, (məgər dost dostu ilə etdiyi söhbətdən ləzzət almazmı?”("Bihar əl-ənvar”, c. 13, səh. 329.)
    O həzrət digər bir hədisdə gecə namazının əhəmiyyəti haqqında buyurur:
    لا تدع قيام الليل فان المغبون من حرم قيام اليل
    "Gecə namazını əldən vermə. Həqiqətən, gecə namazından məhrum olan şəxs ziyankardır” (Bihar əl-ənvar”, c. 83, səh. 127.).
    Doğrudur, ayədə sözügedən "يَبِيتُونَ” ifadəsinin mənası gecəni sübhə qədər səcdə və qiyam halında sübh etməyə deyilir. Lakin, məlumdur ki, ayədə əsas məqsəd gecənin müəyyən bir hissəsini Allaha ibadət etmək nəzərdə tutulmuşdur.
    Category: Quranda Namaz | Added by: Islam_Kitabxanasi (2012-05-14)
    Views: 3688 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024