İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quranda Namaz

    Quranda Namaz
    Göz yaşı axıdaraq səcdə edənlər
    İbadətin gözəl xüsusiyyətlərindən biri də onun kövrək qəlblə, xüşu, təvazö halında qılınmasıdır. Həzrət Peyğəmbərin (s), məsum imamların (ə) və övliyaların ibadətlərinə nəzər saldıqda onların titrəyiş, göz yaşları içində namaz qılmalarının, münacat etmələrinin şahidi oluruq. Belə ki, alınlarını səcdəyə qoyub, uzun-uzadı "İlahi əl-əfv, İlahi əl-əfv” deyə Rəhman və Rəhim Allahdan bağışlanmalarını diləyirlər. Qurani-kərim belə şəxslər haqqında buyurur:
    أُوْلَئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا
    "Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne’mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmayıl, İshaq, Yə’qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə’qubun nəslindən olan peyğəmbərlərdəndir]”("Məryəm”, 58.).
    Ayədən məlum olur ki, övliyalar Allahın nişanələrinə diqqət yetirib, acizliklərini duyur və ixtiyarsız olaraq səcdəyə düşüb, göz yaşı axıdırlar.
    Namaz başqa ibadətlərlə yanaşıdır
    Qurani-kərimin müxtəlif ayələrində namaza əmr olunduğu zaman digər ibadətlərin - zəkat, sədəqə, yaxşılığa əmr, pisliyə qadağa (əl-əmru bil-məruf, vən-nəhyu ənil-münkər), məhrumlara borc vermək - icrasına da təkid edilmişdir. Bu da İslam dininin ibadi hökmlərinin əhatəliyinin nişanəsidir. Belə ki, Allaha ibadət etməklə yanaşı bəzi ictimai-iqtisadi məsələlərə - yoxsullara əl tutmaq, insanları yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmək və s. toxunulmuşdur. Yuxarıdakı məsələlər haqqında bu ayələrə "Bəqərə”:83, "Ənfal”:3, "Tövbə”:71, "Loğman”:17, "Muzzəmil”:20 və s. müraciət edilə bilər.
    Burada namazın Quran və imamət məsələsi ilə sıx əlaqəsi haqqında söhbət açırıq:
    Namaz və Quran
    Qurani-kərim Allahın yer üzünə göndərdiyi sonuncu və Qiyamət gününə qədər təhrif edilmədən qorunulacaq müqəddəs kitabdır. İslam peyğəmbərinə (s) iyirmi üç il ərzində nazil olan bu kitab həqiqətləri aydınlaşdırır, keçmiş ümmətlərin başına gələn ibrətamiz hadisələrdən xəbər və düşüncə sahiblərinə nəsihətlər verir. Qurani-kərimdə Quran haqında oxuyuruq:
    ولقد انزلنا اليکم ءايت مبينات و مثلا من الذين خلوا من قبلکم و موعظة للمتقين
    "Həqiqətən, Biz (Qur’anda) sizə (haqqı nahaqdan ayırd edən) açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-gedənlər (keçmiş ümmətlər) barəsində məsəllər (hekayətlər) və müttəqilər üçün öyüd-nəsihət nazil etdik”("Nur”, 34.).
    Quranda olan bilgi və qanunlar, fasahət və bəlağət (üslubiyyət) o qədər zəngin və dəqiqdir ki, bütün insan və cinlər əl-ələ versələr belə onun mislini gətirə bilməzlər. Quran buyurur:
    قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا
    "(Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur’ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər"("İsra”, 88.).
    İslam Peyğəmbəri (s) Quran haqqında çox gözəl buyurur:
    ان هذا القران مآدبة الله فتعلموا مادبت مااستطعتم
    "Quran Allahın ziyafət süfrəsidir. Bacardığınız qədər bu ziyafətdən faydalanın”("Vəsail əş-şiə”, c. Səh. 168.).
    Allah-taala "Ənam” sürəsində axirətə inananlrın Quranı təsdiq etməsini, Quranı qəbul edənlərin isə namaz əhli olduğunu qeyd edir:
    وَهَذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ
    "Bu (Qur’an) da mübarək (xeyir-bərəkəti daimi, faydası çox olan), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar)”("Ənam”, 92.).
    Qurani-kərimdən faydalanıb, ona diqqət edənlər şübhəsiz ki, Allaha ibadət edir, namazlarını vaxtında qılırlar. Allah-taala belə şəxslərin əməlisaleh və mükafata layiq olduğunu buyurur:
    وَالَّذِينَ يُمَسِّكُونَ بِالْكِتَابِ وَأَقَامُواْ الصّلوةَ إِنَّا لاَ نُضِيعُ أَجْرَ الْمُصْلِحِينَ
    "Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!”("Əraf”, 170.)
    Başqa bir ayədə isə Quran oxuyub, namaz qılan və Allahın onlara bəxş etdiyi ruzilərdən ehsan verən şəxslərin savabı isə tükənməz olacağı haqında qeyd edilir:
    إِنَّ الَّذِينَ يَتْلُونَ كِتَابَ اللَّهِ وَأَقَامُوا الصَّلوةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً يَرْجُونَ تِجَارَةً لَّن تَبُورَ
    "Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar…”("Fatir”, 29.)
    Namaz və imamət məsələsi
    İslam etiqadının ayrılmaz prinsiplərindən sayılan İmamət məsələsi dinin inkişafında, təhlil və tətbiqində və onun müxtəlif xarici təzyiqlərdən qorunmasında çox böyük əhəmiyət daşıyır. İmam, Allahın göstərişi və Peyğəmbərin (s) vasitəsi ilə təyin edilir. Qurani-kərimin bir çox ayələri, İslam peyğəmbərinin (s) müxtəlif zamanlarda, xüsusilə "Qədir Xum” hadisəsində verdiyi açıqlamasına görə, Peyğəmbərdən (s) sonrakı İmam, həzrət Əli (ə) və onun on bir övladıdır (ə).
    İmamların vəzifəsi Peyğəmbərdən (s) sonra onun canişini olmaq, bütün müsəlman ümmətinin məsuliyyətini, başçılığını öhdəsinə almaqdır. İmamdan itaət etmək eyni ilə Peyğəmbərdən (s) itaət etməkdir. Zamanının imamını tanımadan dünyadan köçən insan cahillik (İslamdan öncəki dövr) dönəmində ölmüş şəxs kimidir. Hətta bəzi rəvayətlərdə imamət məsələsi imanla eyni tutulur. Belə ki, İmam Cəfər Sadiqdən (ə) İslamla imanın fərqi haqqında soruşulduqda o Həzrət (ə) cavab verir:
    الاسلام هو الظاهر الذي عليه الناس شهادة ان لا اله الا الله و حده لا شريک له و ان محمدا عبده و رسوله و اقام الصلوة و ايتاء الزکات و حج البيت و صيام شهر رمضان فهذا الاسلام و قال الامان معرفة هذا الامر مع هذا فان اقر بها و لم يعرف هذا الامر کان مسلما و کان ضالا
    "İslam, dinin zahiri əməllərinin icrasına deyilir. Allahın yeganəliyinə, həzrət Məhəmmədin (s) Onun bəndəsi və rəsulu olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Həcc ziyarətinə getmək, ramazan ayında oruc tutmaq bu qəbildəndir. İman isə onları icra etməklə yanaşı bizim imamətimizi tanımaqdır. Əvvəlki məsələlərə əməl edib, imamat məsələsini qəbul etməyən müsəlmandır, lakin yolunu azmışdır”("Kafi”, c.2, səh. 24.).
    Namazın tərkib hissəsindən sayılan "Həmd” surəsində imamət məsələsinə işarə edilmişdir. Belə ki, bu surənin 6-cı ayəsində oxuyuruq:
    اِهْدِنَا الصِّرَاطَ المُسْتَقِيمَ
    "Bizi doğru (düz) yola yönəlt!”(Həmd”, 6.)
    Məlum ayədə sözügedən "doğru yol” (الصِّرَاطَ المُسْتَقِيمَ) müxtəlif mənalarda işlədilmişdir. Belə ki, bir ayədə bu, Allahın sarsılmaz, həqiqi dini və onun əqidəvi prinsiplərinin toplusu kimi verilmişdir.
    قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
    "(Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"”(" Ənam”, 161.)
    "Yasin” surəsində isə, Allaha pərəstiş etmək və insanları haqq yoldan azdıran şeytanın vəsvəsələrinə uymamaq kimi dəyərləndirilmişdir.
    أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
    "Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?! "("Yasin”, 60-61.)
    Başqa bir ayədə isə Allaha qovuşmaq "doğru yol” olaraq göstərilmişdir.
    وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
    "Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir”("Ali-İmran”, 101.).
    Həmçinin, rəvayətlərdə bu ayəyə müxtəlif yönlərdən baxılaraq, eyni zamanda bir kökə əsaslanan digər şərhlər də verilmişdir.
    İslam peyğəmbərindən (s) belə nəql edilir:
    الصراط المستقيم صراط الا نبياء و هم الذين انعم الله عليهم
    "Sirat əl-müstəqim” peyğəmbərlərin yoludur. O peyğəmbərlər ki, onlara ilahi nemətlər verilmişdir”("Nur əs-siqləyn”, c. 1, səh. 20-2.).
    İmam Sadiq (ə) isə bu ayəni təfsir edərkən buyurur:
    الطريق و معرفة الامام
    "(Hədisdə) məqsəd İmamı tanımaq yoludur”(Yenə orarda.).
    Başqa bir hədisdə o Həzrət (ə) buyurur:
    و الله نحن الصراط المستقيم
    "Allaha and olsun, doğru yol (الصراط المستقيم) bizik”(Yenə orarda.).
    İmam Sadiq (ə) həzrət Əmirəlmöminin Əlinin (ə) haqqında buyurur:
    "Sirat əl-müstəqim” Əmirəlmöminin Əlidir (ə)”("Nur əs-siqləyn”, c. 1, səh. 20-21.)
    Məlumdur ki, Peyğəmbər (s), Əli (ə) və başqa məsum imamların (ə) vəzifəsi insanları Allahpərəstliyə, tövhid dininə dəvət etmək olmuşdur. Bu dəvət həm etiqadi, həm də əməli məsələləri əhatə etmişdir("Təfsiri-nümunə”, c. 1, səh. 49-50.). Namazda imamət məsələsinə işarə edilməsi onun İslam dinində mövcud əhəmiyyəti ilə bağlıdır. Allah bizi "doğru yol”da addımlayan şəxslərdən qərar versin, inşallah.
    Namaz vaxtlarının əhəmiyyəti
    Namazın şərtlərindən biri də onu vaxtında qılınmasıdır. Belə ki, gündəlik (yəvmiyyə) namazlarının - zöhr, əsr, məğrib, işa, sübh - həm özünəməxsus, həm də müştərək vaxtları vardır. Namazı vaxtından tez qıldıqda batil, gec qıldıqda isə qəza olur. Belə olan halda, namaz qılan şəxs namaz vaxtlarını dəqiq öyrənməli və onu vaxtında həyata keçirməlidir. Namazı vaxtında qılmağın böyük fəziləti olduğu kimi, vaxtına əhəmiyyətsiz yanaşmağın da böyük kərahtləri var. Bu haqda İslam peyğəmbərindən (s) nəql edilən bir hədisdə oxuyuruq:
    لا تضيعوا صلوا تکم فان ضيع صلاته حشر مع قارون و هامان و کان حقا علي الله ان يدخله النار مع المنافقين
    "Öz namazlaırınızı (onu düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən, hər kəs namazın vaxtına və düzgün icra edilməsi məsələlərinə riayət etməsə, məhşərə Qarun və Haman ilə birlikdə daxil olacaq və onun münafiqlərlə birlikdə Cəhənnəmə daxil edilməsi Allah üçün bir haqdır”("Bihar əl-ənvar”, c. 83, səh. 14.).
    Qurani-kərimdə namaz vaxtları haqqında oxuyuruq:
    أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا
    "Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur”("İsra”, 78.).
    Ayədə qeyd olunan "لِدُلُوكِ الشَّمْسِ” ( dulukiş-şəms) günorta çağına deyilir ki, bu da zöhr namazının vaxtıdır.
    Bu ayənin təfsiri haqqında Übeyd ibn Zürarə İmam Cəfər Sadiqdən (ə) soruşduqda o Həzrət (ə) ona cavab olaraq buyurdu: "Allah dörd namazı insanlara vacib etmişdir ki, ilk vaxtı "dulukiş-səms” (zöhr ) namazı, sonu isə gecə yarısıdır”("Vəsail əş-şiə”, c. 3, səh. 115.).
    "Zülmət qaranlıq” mənasında olan غَسَقِ اللَّيْلِ (ğəsəqil-ləyl) "gecə yarısı” mənasını ifadə edir. "Quran” qiraət edilən şeyə deyilir. "Quran əl-fəcr” َ قُرْآنَ الْفَجْرِsübh namazının vaxtına işarədir.
    İmam Əli (ə) namaz vaxtlarını belə aydınlaşdırır:
    "Zöhr namazını camaatla günəşin qüruba tərəf getdiyi, kölgəsi keçi tövləsi qədər yayıldığı vaxtda qılın. Əsr namazını günəşin ağ, işıqlı, günün yarısına qalmış və qüruba qədər iki fərsəx(Altı kilometrə bərabər məsafə ölçüsü vahdi) yol getməyi mümkün olan vaxtda qılın. Məğrib namazını oruc tutanlar iftar, hacılar Ərəfatdan Minaya köçdükləri zaman qılın. İşa namazını camaatla şəfəqin gizləndiyi, üçdə biri keçdiyi bir vaxtda qılın. Sübh namazını camaatla yanınızda olan şəxsin kimliyini tanıya bildiyiniz vaxtda qılın”("Nəhcul-bəlağə”, məktub, 52.).
    Xatırlamaq lazımdır ki, Qurani-kərimdə həm bir namaz vaxtına("Bəqərə”, 238.), həm üç namaz vaxtına("Hud”, 114.) və həmdə beş namaz vaxtına("İsra”, 78.) işarə edilmişdir.
    Namaza əhəmiyyətsiz yanaşmağın nəticələri
    Namaza əhəmiyyət vermək Allahın böyük mükafatları ilə nəticələndiyi kimi, namaza diqqətsiz yanaşmaq da bir çox ilahi əzabları insanlara nazil edir. Qurani-kərimdə namaza əhəmiyyətsiz yanaşmaığın bəlaları haqqında olan bir neçə ayəni diqqətinizə çatdırırıq.
    Category: Quranda Namaz | Added by: Islam_Kitabxanasi (2012-05-14)
    Views: 10630 | Rating: 3.0/35
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024