İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Quranda dunyaşünaslığın əsasları

    Quranda dunyaşünaslığın əsasları
    DÖRDÜNCÜ FƏSİL
    ALLAHIN VARLIQ ALƏMİ İLƏ ƏLAQƏSİ
    Qurani-kərimin varlıq aləmi haqqında təlimi çox geniş və əhatəli kosmologiya və kosmoqoniya elmindən ibarətdir. Bu təlimdə Allahın varlıq aləmi ilə əlaqə və bağlılığı isə öyrənilməsi vacib olan əhəmiyyətli mövzulardan biridir.
    Hələ qədimlərdən, dünyanın böyük filosof və mütəfəkkirləri bu mövzu ətrafında geniş bəhs etmişlər ki, bunu hazırkı kitabda araşdırmağa imkan yoxdur. Bu ayrıca tədqiqat işi tələb edir. Oxuculara təqdim olunan kitabda isə Qurani-kərimin həmin mövzu ilə bağlı baxışları araşdırılır. Səmavi Kitabda bir çox ayələr Allah ilə varlıq aləmi arasındakı münasibəti açıqlayır. Həmin ayələr göstərir ki, Allah ilə varlıq aləmi arasında bir çox əlaqə və münasibətlər vardır və biz həmin münasibətləri ümumiləşdirməyə çalışırıq.
    Əlbəttə, Allah ilə varlıq aləmi arasındakı münasibətləri bölmələr üzrə təhlil etməzdən öncə bir məsələni yada salmaq istərdik ki, həmin münasibətlərin dəqiq təsnifatını böyük ustadımız Əllamə Məhəmməd Təqi Cəfəri vermişdir. Biz böyük ustaddan faydalanmaqla bu mövzunun təhlilini daha mükəmməl verməyə çalışırıq.
    Xaliq və Yaradan baxımından münasibəti
    Qurani-kərim baxımından Allah dünyanın xaliqi və yaradanıdır. O, bütün mövcud varlıqları yaradandır. Elə bir varlıq yoxdur ki, Allah onu yaratmamış və ya xəlq etməmiş olsun.
    Xaliqiyyət – yəni xəlq etmək, sansiyyət – yəni yaratmaq mənası daşıyır və Qurani-kərim sözü gedən münasibəti bu iki məfhumla bəyan edir.
    Ənam surəsi, 102-ci ayə:
    O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin.
    O, hər şeyə vəkildir!
    Rum surəsi, 11-ci ayə:
    Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.
    Ənkəbut surəsi, 19 və 20-ci ayələr:
    Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır!
    (Ya Məhəmməd) De ki: "Yer üzünü gəzib Allahın məxluqatı yaratmağa ilk əvvəldən nə cür başladığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!
    Nəml surəsi, 88-ci ayə:
    (O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində yaradan və edən Allahın gördüyü işdir, həqiqətən, O, etdiyiniz bütün əməllərdən xəbərdardır!
    İşıq baxımından münasibəti
    Quran ayələrinin birində Allah Göylərin və Yerin nuru hesab edilir. Başqa sözlə desək, varlıq aləmi Allahın nuru ilə yaranmışdır.
    Nur surəsi, 35-ci ayə:
    Allah Göylərin və Yerin nurudur. (Kainatı yaradıb ona nur verən, Yer və Göy əhlinə haqq yolu göstərən Xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, Günəş batdıqda, qərbdə də deyildir ki, Günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da sanki (hardasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur. (İstədiyinə Öz nurunu bəxş edib cənnət yolu olan İslam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!
    Nur anlamının tərifində belə deyilir: işıq öz mahiyyəti ilə zahir olan və başqa varlıq vasitəsilə bəlli olan bir məfhumdur. Nur elə bir həqiqətdir ki, başqa varlıq onu aşkar etmir, bəlkə əksinə, hər şey onun işığında zahir olur. Hər şeyin varlığı və vücudu onun zahir olmasına səbəb olur və nur özü bütöv və tam vücud dəyərincədir.
    Varlıq aləmi Allah tərəfindən yaradılıb və bu baxımdan Allah nurun həqiqi təmsilçisidir. Allah da nur kimi Öz substansiyası ilə var olan və məxluq vasitəsi ilə Öz qüdrətini zahir edən bir mütləq vücuddur. Bununla demək olar ki, Allahın varlıq aləmi ilə əlaqə və münasibəti nur kimi təsəvvür edilir və Allah həmin nurun vasitəsi ilə Göyləri və Yeri yaratmışdır. Bütün varlıqların zühura gəlməsi – Allahın Xilqətinin aşkar olması deməkdir. Allah şeylərə varlıq bağışlamasa, onlar heç vaxt zahir olmaz.
    Allahın varlıq aləmi ilə nur baxımından əlaqəsini izah etmək üçün başqa bir dəlilə əsaslanmaq mümkündür: nur bütün şəffaf cisimlərə nüfuz edir, lakin heç vaxt həmin cisimlərlə birləşib qovuşmur – yəni cisimlərdən ayrıdır. Nur cisimləri aydınlaşdırır. Buna uyğun olaraq Allahın nuru da bütün varlıq aləmini işıqlandırır, lakin heç vaxt varlıq aləmi ilə birləşmir.
    Qəyyumluq münasibəti
    Varlıq aləmi ilə Allah arasında olan münasibətlər sırasında qəyyumluq əlaqəsi diqqəti cəlb edir.
    Quran ayələrində bu münasibətə işarələr vardır.
    Bəqərə surəsi, 255-ci ayə:
    Allahdan başqa heç bir tanrı yoxdur. O qəyyumdur. (Zatı və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylər və Yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) Göyləri və Yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!
    Taha surəsi, 111-ci ayə:
    (O gün) üzlər (bütün insanlar) əzəli və əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar).
    Qəyyumluq münasibətini araşdırmaq üçün öncə Quranda işlənən "qəyyum" sözünün məzmun qatlarını izah etmək gərəkdir. Bu sözün bir neçə mənası vardır ki, bunlardan ikisi burada bəhs edilən mövzu baxımından əhəmiyyətlidir.
    A. Qəyyum – saxlayan, bərpa edən mənasında işlənir. Qəyyum hər bir varlığı saxlayan və onun davamı və bəqasını təmin edən bir anlamdır. Allah varlıq aləmini saxlayan qəyyumdur.
    "Qəyyum" sözü haqqında Rağibin "Müfrədat" əsərində izah verilir: "Qəyyum bütün şeyləri saxlayan və qoruyan, onun davamını təmin edən məfhumdur. Allah-təala xəlq etdiyi hər bir şeyə davamlılıq bəxş edir və onu hidayət edir".
    Gerçəklikdə olan məxluq mühitlə uzlaşaraq öz yaşamını davam etdirir və qoruyur. Bu isə Allahın məxluq ilə qəyyumluq münasibətindən doğur. Yəni Allah xilqət aləmindəki bütün varlıqları elə yaratmışdır ki, onlardan hər biri yaşayış mühiti ilə uzlaşır.
    Qurani-kərim bir ayədə Həzrəti-Musanın (ə) dili ilə bu məsələyə işarə edir.
    Taha surəsi, 50-ci ayə:
    (Musa) belə cavab verdi: "Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən, sonra da ona doğru yolu göstərən Allahdır!"
    B. Qəyyumluq o deməkdir ki, bütün varlıqlar ona bağlıdır. Allah qəyyumdur – yəni Öz substansiyası ilə vardır və heç bir şeydən asılı deyildir, ancaq bütün məxluqat Allaha möhtacdır və Ondan asılıdır. Allah vacibül-vücud olaraq qəyyumdur. Mümkün varlıqlar isə Allahın qəyyumluğuna möhtacdır. Bu bir növ əqli zərurətdir. Başqa bir yandan, qəyyumluq münasibətində təkcə varlıq aləminin yaranmasının ilkin başlanğıcdan (məbdə) asılılığı məsələsi qoyulmur. Varlıq aləminin Allaha möhtac olması məsələnin bir tərəfidir. Burada eyni zamanda bütün külli aləmin saxlanması və qalması məsələsi də diqqət mərkəzində dayanır. Yəni varlıq aləmi Allahın qəyyumluğu ilə saxlanılır və qala bilir.
    Fəlsəfi mübahisələrdə maraqlı bir məsələ də qoyulur: mümkün varlıqların vacibül-vücuda olan ehtiyacının meyar və ölçüsü nədir? Mümkün varlığın mütləq vücuda olan ehtiyacı və yaxud səbəbin nəticə ilə əlaqəsi imkan çevrəsində, yoxsa baş vermə mərhələsində gerçəkləşir?
    Bu sualın düzgün cavabı belədir: Əşyanın səbəbə olan ehtiyacının meyarı substantiv imkan çevrəsində müəyyənləşir. Çünki mümkün varlıq və ya nəticə qeyri-zəruri məna daşıyır. Mümkün varlıq nə vücud, nə də yoxluğu (ədəm) inkar etmir, hər ikisinə eyni – bərabər münasibətdə olur.
    Beləliklə, varlıq aləmindəki məxluqat bütün hallarda substantiv imkana malik olduğuna görə, həm yaranma halında, həm də həyatda davam etmə mərhələsində başlanğıca (məbdə) möhtacdır.
    Hacı Molla Hadi Səbzəvari bu məsələni bənzətmə yolu ilə izah etmişdir. Mümkün ilə vacib bir növ kölgə ilə onun sahibinə oxşayır. Belə ki, kölgə qeydsiz-şərtsiz onun sahibinə tabedir. Kölgə nəyinsə hesabına yaranır, öz-özünə mövcud deyil. Əgər kölgənin predmeti yoxdursa, kölgə də yoxdur. Kölgəni yaradan predmet hərəkət edirsə kölgə də hərəkət edir. Kölgənin nəyi varsa mənbədən gəlir. Kölgə öz-özlüyündə heç nəyə malik deyil.
    Bu minval ilə, varlıq aləmi əslində vücud baxımından Allaha möhtacdır, onun bəqası da Allahdan asılıdır. Bu həmişə belədir. Varlıq aləminin feyzi həmişə üluhiyyət (ilahi məqam) aləmindən metafizik aləmə, oradan da maddi təbiətə yetişir.
    Varlığın daimi feyzinin qaynağı Allahdır. Bu qaynağın Pərvərdigarın rübubiyyət aləmindən varlıq aləminə necə sirayət etməsini aşağıdakı bənzətmə ilə təsvir edə bilərik. Fərz edək ki, elektrik mənbəyindən gələn cərəyan kabel və simlər vasitəsilə elektrik cihazlarına daxil olur. Əgər elektrik mənbəyindən gələn cərəyan bircə an kəsilərsə, heç bir elektrik cihazı işləməz, çünki onların işləməsi əsl mənbədən gələn enerjidən asılıdır. Bu enerji elektron sxemə daxil olmaqla cihazı hərəkətə gətirir. Varlıq aləmi ilə Allah arasında münasibət buna bənzər. Əgər Haqqın feyzindən varlıq aləminə gələn enerji kəsilərsə, bu aləm qala bilməz. Haqqın feyzi kəsilərsə bütün aləm dağılar.
    Bir neçə Quran ayəsini izləyək.
    Rəhman surəsi, 29-cu ayə:
    Göylərdə və Yerdə kim varsa, hamısı Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalimə zülm edər, birinin duasını qəbul edər; birinə mərhəmət əta edib, digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
    Bəqərə surəsi, 245-ci ayə:
    Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) gördüyünüz işlərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınız.
    Ənam surəsi, 12-ci ayə:
    De ki: "Göylərdə və Yerdə olanlar kimindir?" De ki: "Allahındır!" O, Özü Özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O müəyyən etmişdir.) Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər.
    Bu ayələrə görə, varlıq aləmi hər an ilkin başlanğıcdan öz vücudu üçün feyz alır, çünki varlıq aləmi həmişə öz Tanrısı ilə bağlıdır. Bu peyvənd və münasibət pozularsa, bütün aləm məhv olar. Deməli, Allah ilə varlıq aləmi arasında pozulmaz bir əlaqə və peyvənd vardır və varlıq aləmini saxlayan həmin peyvənd qəyyumluq məfhumu ilə bəyan edilir. Mövlana Rumi bu məsələni bədii dil ilə belə ifadə edir:
    "Külli yövm huvə fi-şən" söylə,
    Onu bir an felsiz bilmə sən böylə.
    Tanrının hər anlıq ən kiçik işi
    Sanki üç ordunun bir-bir yürüşü.
    Birisi ümməhat tərəfdən gələr,
    Varlığın bətnində bitki cücərdər.
    Birisi topraqdan çıxıb yetişər,
    Cüt-cüt dolaşıb dünyanı bürər.
    Birisi yetişər əcəl elindən
    Hər kəsin əməlin görər əlindən.
    Şəksiz ki, bunlardan çox işlər törər
    Haqdan nazil olub canlara yetər.
    Candan da yetişər ürək sirrinə
    Ürəkdən yol açar güli-nəsrinə.
    Saysız-hüdudsuzdur Haqq qoşunları,
    Zikri-bəşər söyləyər fərmanları.
    Şeyx Mahmud Şəbüstəri həmin məzmunu başqa bir deyimlə bəyan edir:
    Külldən hər cüzvə ədəm yoludur
    Külldən fənaya varlıq doludur.
    Cahan külldür, lakin hər göz qırpımı,
    Yaranar yox olar, bitməz davamı.
    Varlıq ilə birgəlik münasibəti
    Allah ilə varlıq arasındakı başqa bir münasibət birgə olmaq (məiyyət) əlaqəsindən ibarətdir. Yəni Allah həmişə öz xilqəti ilədir, ondan ayrılmazdır.
    Bu münasibət daha çox insanla bağlı işlənir. Aşağıdakı ayələrdə həmin münasibətə işarə vardır.
    Hədid surəsi, 4-cü ayə:
    Göyləri və Yeri altı gündə xəlq edən, ərşi yaradıb hökmü altına alan Odur. O, Yerə girəni də, Yerdən çıxanı da, Göydən enəni də, Göyə qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
    Vaqiə surəsi, 85-ci ayə:
    Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
    Qaf surəsi, 16-cı ayə:
    And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!)
    Bu ayələrə əsasən, Allah hər yerdə vardır. O hər bir varlıq ilədir. Əlbəttə, bu münasibət mexaniki mənada düşünülə bilməz. O, insana şah damarından da yaxındır. Allahın varlıq aləmi ilə birgə olması "Nəhcül-bəlağə"dəki aşağıdakı xütbədə daha bariz və incəliklə ifadə edilmişdir:
    "O hər şey ilədir, lakin onlarla birləşməz və qovuşmaz. O bütün şeylərdən ayrıdır, lakin onlardan ayrılmazdır".
    Allahın varlıq aləmi ilə birgə olması Onun qəyyumluq münasibətilə uzlaşır və həmin münasibəti daha da tamamlayır. Allahın ərş üzərində hökmranlığı bu münasibətə dəlalət edir. İmam Cəfər Sadiq (ə) ərşlə bağlı ayəni izah edərkən bu münasibətə işarə edib.
    Taha surəsi, 5-ci ayə:
    Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir).
    Rəhman Allahın ərşi yaradıb Öz hökmü altına alması göstərir ki, bütün şeylər Onun hökmü altındadır. Deməli, Allah bütün varlıq aləmi ilədir.
    Başqa bir ayədə bu münasibət daha geniş səpkidə ifadə edilir.
    Əraf surəsi, 54-cü ayə:
    Həqiqətən, Rəbbiniz Göyləri və Yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, Günəşi, Ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür!
    Malikiyyət və hakimiyyət münasibəti
    Quran ayələrinə görə Allah varlıq aləminin maliki – yəni sahibidir. O bütün mövcud aləmlərin – Göyün və Yerin, burada olan hər şeyin sahibidir. İstər Qeyb aləmində və istərsə də Şəhadət aləmində nə varsa Allahındır.
    Aşağıdakı bəzi ayələrə diqqət yetirək.
    Bəqərə surəsi, 255-ci ayə:
    Onun kürsüsü və hökmranlığı (elmi, qüdrət və səltənəti) Göyləri və Yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!
    Maidə surəsi, 120-ci ayə:
    Göylərin, Yerin və onlarda olan hər şeyin hökmü (mülkü) Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
    Maidə surəsi, 40-cı ayə:
    (Ey insan!) Məgər bilmirsən ki, Göylərin və Yerin hökmü Allaha məxsusdur?! O istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!
    Nur surəsi, 64-cü ayə:
    Bilin və agah olun ki, Göylərdə və Yerdə nə varsa, hamısı Allahındır.
    Biz "Allah varlıq aləminin malikidir" dedikdə heç də məqsəd insanların mülkiyyəti ilə Allahın qüdrət və hökmünü eyniləşdirmək deyildir. Allahın ixtiyar və mülkü anlamını insanın mülkiyyət sahibi olması kimi bayağı və ibtidai bir düşüncə tərzi ilə təsəvvür etmək yaramaz. İnsanların mülkiyyət münasibəti şərti və davamsızdır, müvəqqəti və dəyişəndir. Bu münasibət pozula və rədd edilə bilər. Lakin Allahın varlıq aləmi üzərindəki mülkiyyəti həqiqi malikiyyət münasibəti olmaqla əbədi və pozulmazdır. Kimsə bunu dəyişdirə bilməz. Allah bütün varlıqların əsl sahibi və malikidir. Çünki hər bir varlıq nümunəsi öz vücuduna görə, xilqətdə yarandığına görə Allaha borcludur. Allah bütün varlıqların xaliqi və qəyyumudursa, onları həm xəlq edib və həm də saxlayırsa, deməli, Allah həm də onların sahibidir. Allah həm də din və cəza gününün də sahibidir. Onun hökm və mülkündən kənar heç nə yoxdur.
    Quran baxımından Allah ilə varlıq aləmi arasında malikiyyət əlaqəsi ilə yanaşı hakimiyyət münasibəti də vardır. Allah varlıq aləminin dəyişməz mütləq hakimidir. O, bütün olar-olmazların qanuni və təbii başlanğıcıdır – yəni məbdə kimi dəyərləndirilir. Varlıq aləminə hakim olan əbədi qanunları düzləndirən Allahdır. O, Öz mütləq hakimiyyətini təbii və şəriət qanunları vasitəsilə icra edir. Allahın hakimiyyət dairəsindən kənar heç bir varlıq yoxdur. Hər şey Onun hökmü və fərmanı altındadır.
    Bu fikirləri bir neçə Quran ayəsi ilə təsdiqləyək.
    Ənam surəsi, 57-ci ayə:
    De ki: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız Allah bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!
    Ənam surəsi, 62-ci ayə:
    Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin – hüzuruna qaytarılar. Bilin ki, hökm Allahındır və O, ən tez haqq-hesab çəkəndir!
    Yusif surəsi, 40-cı ayə:
    Allahdan başqa ibadət etdikləriniz sizin və atalarınızın (özünüzdən uydurub) qoyduğunuz (Allaha heç bir ziddiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə (onlara ibadət edilməsinə dair) heç bir dəlil endirməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru, həqiqi din budur, lakin insanların əksəriyyəti (bu həqiqəti) bilməz!
    Qəsəs surəsi, 70-ci ayə:
    Allah Odur. Allahdan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!
    Hifzetmə və əhatəlilik münasibəti
    Allah ilə varlıq aləmi arasında hifzetmə və əhatəlilik münasibəti də diqqəti cəlb edən məsələlərdən biridir.
    Quran baxımından Allah varlıq aləmini Öz nəzarətində saxlayır, O, bütün məxluqu qoruyub saxlayır və dünyanın ümumi nizamının pozularaq dağılmasını qoymur. Allah hafiz – yəni qoruyandır.
    Öncə Allahın qoruyub saxlayıcı sifətlərini təsdiqləyən ayələrə diqqət yetirin.
    Hud surəsi, 57-ci ayə:
    Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!
    Zumər surəsi, 62-ci ayə:
    Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!
    Hicr surəsi, 16-17-ci ayələr:
    Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün (ulduzlarla) bəzədik.
    Onları hər bir məlun (Allahın dərgahından qovulmuş, rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) şeytandan qoruduq.
    Fatir surəsi, 41-ci ayə:
    Həqiqətən, Allah Göyləri və Yeri zaval tapmasınlar (öz məhvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər onlar öz məhvərindən çıxsalar, Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, Allah həlim və bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər).
    Həcc surəsi, 65-ci ayə:
    (Ya Rəsulum!) Məgər Allahın Yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan Yerə düşə bilməməsi üçün Göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətli və mərhəmətlidir!
    Nəhl surəsi, 79-cu ayə:
    Məgər müşriklər Yerlə Göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!
    Allah Göy təbəqələrini öz oxu ətrafında hərəkətə gətirərkən mərkəzdənqaçma qüvvəsindən doğan dəfetmə gücü ilə cazibə qüvvəsi arasında tarazlıq yaratmışdır ki, bu hərəkətlər zamanı toqquşma baş verməsin. Dəryalar elə yaradılmışdır ki, gəmilər suların üzərində hərəkət edə bilirlər. Yer üzərindəki varlıqlar elə yaradılmışdır ki, insanlar onlardan bəhrələnə bilirlər. Bütün sadalanan cəhətlər və başqa bu sayaq məsələlər bir daha göstərir ki, Tanrı varlıq aləminin qoruyucusudur. Allah varlıq aləmindəki nizamın pozulmasına yol vermir. Əgər Allahın nəzəri varlıq aləmi üzərindən bircə an kəsilərsə, bu nizam bir-birinə dəyər. Ona görə varlıq aləmindəki nizam ilə məşğul olan fizika alimi Eynşteyn belə söyləyir:
    "Mən Allahı qanunların qoruyucusu kimi tanıyır və qəbul edirəm" [27].
    Allah ilə varlıq aləmi arasındakı əhatəlik münasibətinə gəlincə, burada Allahın vüsət və əhatə çevrəsinin böyüklüyü və sonsuzluğu nəzərdə tutulur – yəni Tanrı varlıq aləmindəki bütün məxluqatı əhatə edir. Onun qüdrət, elm və hikmətinin əhatəsindən kənar heç bir varlıq yoxdur.
    Quran ayələri həmin mövzuya dəfələrlə işarə edir.
    Fussilət surəsi, 54-cü ayə:
    (Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, Allah (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!
    Nisa surəsi, 126-cı ayə:
    Göylərdə və Yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir.
    Buruc surəsi, 20-ci ayə:
    Allah onların bütün işlərini və hallarını əhatə edir, onların bütün ixtiyarı Allahdadır.
    Varlıq aləmində müşahidə etdiyimiz hər bir şey – istər xırda bir zərrəcik olsun, istərsə də böyük kəhkəşan – bunların hamısı Allahın elm, qüdrət və hikmətinin ehtivasındadır.
    Həm təbiətdəki varlıqlar, həm də metafizik aləmdə olanlar Onun əhatə çevrəsindədir.
    Allahın varlıq aləminə olan əhatəsi iki cürdür:
    a) vücud baxımından əhatə.
    b) elm baxımından əhatə.
    Bir sıra ayələrdə Allahın vücud baxımından dünyaya olan əhatəsi vurğulanır, başqa ayələrdə isə Onun elm baxımından əhatəsinə işarələr edilir. Əvvəlki misallarda əsasən Allahın varlıq aləminə əhatəsi verilmişdir. İndi isə Onun elmi əhatəsi barədə bir neçə ayə göstərək.
    Talaq surəsi, 12-ci ayə:
    Yeddi (qat) Göyü və bir o qədər də Yeri yaradan Allahdır. Allahın hər şeyə qadir oduğunu, Allahın hər şeyi Öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.
    Allah Qeybi də, aşkarı da biləndir.
    Rəd surəsi, 9-cu ayə:
    O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyük və ucadır! (Allah eybsiz və nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)
    Səcdə surəsi, 6-cı ayə:
    O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət və mərhəmət sahibidir!
    Rübubiyyət və məbudiyyət münasibəti
    Allah Rəbbdir – Pərvərdigardır. Rəbb adı Allahın gözəl adları sırasında önəmli yer tutur. Quran ayələrində Tanrı ilə varlıq aləmi arasında rübubiyyət münasibəti vardır. Allah aləmlərin Pərvərdigarı olaraq qəbul edilir.
    Bəzi ayələrə diqqət yetirək.
    Fatihə surəsi, 1-ci ayə:
    Rəhmli, Mərhəmətli Allahın adı ilə!
    Ənam surəsi, 164-cü ayə:
    De ki: "Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm?" Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman Allah sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.
    Rəbb anlamı həm də tədbir görən və işləri qaydaya salan deməkdir. Bu söz min dəfə Quranda işlənmişdir və onun təkidlə vurğulanması rübubiyyət münasibətinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Həmin münasibətə görə, Allah xilqətin tədbir görənidir. Varlıq aləminin ahəngdarlığı və nizamlı düzəni, bütün varlıqlar arasında tarazlıq, kainatın tərkib hissələrinin məqsədyönlü şəkildə yaranması varlıq aləmi üzərində Allahın rübubiyyət münasibətinin bərqərar olmasına dəlalət edir. Bütün bu nizam və ahəngdarlıq Allahın tədbiri sayəsində mümkün olur. Allahın varlıq aləmi üzərindəki tədbiri davamlı və ardıcıl bir prosesdir.
    Səcdə surəsi, 5-ci ayə:
    O, Göydən Yerə qədər olan bütün işləri idarə edir. Sonra həmin işlər sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona (Allah dərgahına) yüksələr.
    Allahla varlıq aləmi arasında məbudiyyət münasibəti özəl yer tutur. Allah ibadət ediləndir və məbud adlanır, varlıq aləmi isə abiddir – yəni ibadət edəndir. Allah təkcə bəşər üçün deyil, bütün varlıq aləmi üçün məbud sayılır. Yəni Quran hikmətinə görə bütün aləmlər – istər təbiət, istərsə də metafizik aləm bir Allaha ibadət edir. Bu münasibət batini bir məzmun tutumuna malikdir. Bir sıra Quran ayələri bu barədə belə buyurur.
    Məryəm surəsi, 93-cü ayə:
    Çünki Göylərdə və Yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna ibadət edən bir qul kimi gəlməsin.
    Ali-İmran surəsi, 83-cü ayə:
    Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, Göylərdə və Yerdə olanların hamısı istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.
    İsra surəsi, 44-cü ayə:
    Yeddi Göy, Yer və onlarda olan bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah, həqiqətən, həkim və bağışlayandır!
    Bu ayələrdə varlıq aləmindəki bütün məxluqat Allahın bəndəsi olaraq Ona ibadət edir, Ona təslim olurlar. Varlıq aləminin Allaha ibadəti necə izah edilir?
    Bu məsələ sonrakı bölmələrdə şərh ediləcək.
    Mələkuti münasibət
    Allah ilə varlıq aləmi arasında başqa bir münasibət mələkut anlamı çərçivəsində gerçəkləşir. Yəni varlıq aləminin mələkutu Allahın qüdrət sifətinə aiddir. Xəlq aləmi və maddi varlıq Onun qüdrətinin hökmranlığı altında olduğu kimi, Əmr aləmi də mələkut adı ilə Onun qüdrəti altındadır. Əmr aləmi bir növ təbiətdə mövcud olan məxluqun batini surəti və timsalı kimi başa düşülür və öncə bu məsələ barəsində izah verilmişdir.
    Quran ayələri mələkuti münasibəti belə bəyan edir.
    Yasin surəsi, 83-cü ayə:
    Hər şeyin hökmü, ixtiyarı (mələkut) əlində olan Allah pak və müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!
    Muminun surəsi, 88-ci ayə:
    De ki: "Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü (mələkut) əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?"
    Mələkut aləmi barədə söhbətimizi sonrakı bölmələrdə davam etdirəcəyik və burada onları təkrar etməyə lüzum yoxdur. Burada təkcə Ustad Məhəmməd Təqi Cəfərinin Allah ilə varlıq aləmi arasında olan mələkuti münasibət haqqındakı bir mülahizəsini nəql etməklə kifayətlənirik. O belə yazır:
    "Mələkuti münasibət bir sıra filosofların varlıq aləmi haqqında yanlış təsəvvürlərini rədd edir. Onlar belə güman edirlər ki, Allah varlığın əsası və köklü prinsipləri üzərində təsir və hökmranlığa malik deyil. Bu fikir yanlış və batildir. Mələkut anlamı Allahın varlıq aləminin bütün səviyyə və təbəqələri üzərində, onun köklü prinsipləri və sütunları üzərində mütləq hakimiyyətinin ifadəçisidir" [28].
    Allahın varlıq aləmi ilə qəyyumluq və malikiyyət münasibəti, hakimiyyət və əhatəliyi, hifzetmə və rübubiyyət əlaqəsi – bütün bunlar bir-birini tamamlayan münasibətlərdir və mələkut anlamı da həmin münasibətlərin davamı olaraq çıxış edir.
    Ehtiyacsızlıq münasibəti
    Öncə fəqr və qina məsələsinə toxunmuşduq. Allah qəni – zəngin və ehtiyacsızdır, varlıq aləmi və məxluq isə fəqir – yəni möhtacdır. Allahın heç nəyə ehtiyacı yoxdur, Öz-Özünə və Öz substansiyası ilə vardır, lakin məxluq öz mövcudluğu üçün Tanrıya möhtacdır. Bu baxımdan Allah ilə varlıq aləmi arasında fəqr-qina münasibəti vardır.
    Fatir surəsi, 15-ci ayə:
    Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
    Bu əlaqə və münasibət ən dəqiq münasibətdir. Həmin əlaqəyə əsasən, varlıq aləminin həqiqəti Allaha bağlılıq və aid olmaqdan ibarətdir. Varlıq aləmi substansiya baxımından Allahla bağlıdır. Varlıq aləmi isə Allaha ehtiyacı olan bir məxluqdur. Varlıq aləmindəki məxluqlar bir-birinə bağlı şeylərdir. Mahiyyət baxımından bütün varlıqlar bir həqiqətdən başqa bir şey deyildir. Məxluqun mahiyyəti Haqq ilə rabitə və münasibətdən ibarətdir və məxluqun mövcudluğu bu rabitədən asılıdır. İnsanın və dünyanın varlığı izafi bir şeydir. Bu isə bir yandan ağıl və işraq məfhumu ilə anlaşılan sadə bir məfhum deyil. Bir sözlə, Allahın "qina" münasibətinə əsasən, varlıq aləmi heç bir sayaq müstəqil bir şey deyil, o, Allahdan asılıdır.
    İslam filosofları arasında Molla Sədra bu növ əlaqəni – imkan və fəqr anlamı ilə bəyan etmişdir. Həmin tezis Molla Sədranın fəlsəfi mülahizələrindən biri kimi tanınır və bu mülahizə təmamilə Qurandan qaynaqlanır.
    Bu təlimə görə aləmdə mövcud olan varlıqlar mahiyyət və substansiya baxımından Allahın vücudu ilə bağlıdır, Allaha aiddir. Bu əlaqə və münasibət pozulmazdır. Həqiqətlər və mahiyyətlər birdir və hər bir şeyin mahiyyəti Haqdan qaynaqlanır. Deməli, sırf mənada müstəqil və Allahdan asılı olmayan heç bir varlıq nümunəsi yoxdur. Varlıq aləmi Allaha möhtacdırsa, Allah isə mahiyyətcə ehtiyacsızdır [29].
    Category: Quranda dunyaşünaslığın əsasları | Added by: Islam_Kitabxanasi (2012-06-07)
    Views: 428 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019