İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Quran » Quranda dunyaşünaslığın əsasları

    Quranda dunyaşünaslığın əsasları
    Mələklərin qeyri-maddi olması
    Quran ayələri və rəvayətlər üzərində aparılan araşdırmalardan belə bir nəticəyə gəlmək olur ki, mələklər maddi xüsusiyyətlərə malik deyil, onların bir qismi timsal, bir qismi isə tam mücərrəd anlamlardır. Bu məsələni təsdiqləyən dəlilləri bir neçə qismə ayırmaq olar:
    1.Quran ayələri Cəbrailin ruh halında peyğəmbərin (s) qəlbinə nazil olmasını bəyan edir ki, bu da mələklərin bir qisminin mücərrəd olmasını göstərir.
    Bu məsələni aydınlaşdırmaq üçün öncə işarə etdiyimiz bir-iki ayəni bir daha xatırlamalı oluruq.
    Bəqərə surəsi, 97-ci ayə:
    (Ya Məhəmməd!) Cəbrailə düşmən olan şəxsə söylə ki, həqiqətən, o, (Cəbrail) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən, möminləri doğru yola yönəldən, (onlara) mücdə verən Quranı Allahın izni ilə sənin qəlbinə çatdırmışdır (nazil etmişdir).
    Şüəra surəsi, 192-194-cü ayələr:
    Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
    (Günahkarları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);
    Yuxarıdakı ayələrə görə, Cəbrail bir mələk olaraq Məhəmməd peyğəmbərin (s) ruhuna nazil olmuşdur. Bu mənada peyğəmbərin (s) ruhu ilə Cəbrail arasında uzlaşma və tənasüblük olmalıdır ki, birisi o birisinə nazil ola bilsin. Ruh mücərrəd bir anlam olduğuna görə, ona nazil olan Cəbrail də bir mələk kimi mücərrəd və qeyri-maddi varlığa malik olmalıdır.
    2.Rəvayətlərdə çoxsaylı mələklərin təbiət aləminə nüzul etməsindən bəhs edilir ki, onlar Göylərə və Yerə enir və varlıq aləmi ilə birgə olurlar. Həmin mələklər qeyri-maddi varlıq kimi təsəvvür edilir. Ayə və rəvayətlərdə deyilir ki, onlar yağış damlaları ilə aşağı enir, hər bir şəxsi və ya onun əməlini müşahidə və müşaiyət edirlər. Bu mələklərin çoxu Qədr gecəsi peyda olurlar. Bu sayaq ayə və rəvayətlərin məzmunundan bəlli olur ki, maddi və cismani varlıqların hərəkəti mələklərin nizamlı halda nüzuluna heç bir əngəl törədə və onların enməsini poza bilməz. Əgər mələklər maddi varlığa malik olsaydılar, onların hərəkəti zamanı maddi varlıqlarla toqquşma yaranardı və ya maddi aləmdəki şeylər mələklərin nüzuluna mane olardı. Axı Göy və Yer mələklərlə dolu olur, onlar bütün varlıqları müşaiyət edirlər. Başqa bir yandan, adi adamlar heç bir hissi duyğu ilə mələkləri müşahidə edə bilməzlər. Deməli, mələklər qeyri-maddi varlıqdır. Cəbraildən nəql edilən rəvayət və hədislər mələklərin qeyri-maddi olduğunu sübut edir və bu baxımdan peyğəmbərdən (s) söylənilən bir hədis maraqlıdır:
    "Peyğəmbər Cəbraili gördü; o sanki şəbnəm damlaları kimi bitkinin gövdəsində mirvarid kimi şəfəq saçırdı. Onun 600 qanadı vardı və bu qanadlar Göy və Yer arasındakı fəzanı bürümüşdü" [75].
    3.Şeytan və mələklərin insan içində yaratdığı vəsvəsə və ilham barəsində söylənilən rəvayətlərdə mələklərin qeyri-maddi olduğu bildirilir. Mələklərin mömin insanlara göstərdiyi təsirdən bəhs edən rəvayətlər onların qeyri-maddi varlığına dəlalət edir:
    "Hər bir möminin qəlbində iki qulaq vardır: bir qulağa gizli vəsvəsə, o biri qulağa isə mələkdən ruh damar. Allah mömini mələk vasitəsilə gücləndirər. Allahın dediyi və buyurduğu budur. Allah Öz tərəfindən nazil etdiyi ruhla möminləri gücləndirər".
    Bu rəvayəti şərh edən Əllamə Təbatəbai belə yazır:
    "Bir sözlə, bizim qəlbimizə ilham kimi qonan yaxşılıq və pislik duyğusu nəfsimizin hədisindən başqa bir şey deyildir. Bu isə zehnimizə nazil olan ruhi təsirdən qaynaqlanır. Nəfsin hədisi isə şeytan və ya mələyin sözüdür. Bu bir sözdən ibarətdir və bu sözü deyən də birdir. Əgər bizimlə danışan mələk maddi varlığa malik olsaydı, bir-biri ilə birləşən iki varlıq arasında ünsiyyət nəticəsində biz onun sözünü eşidə bilərdik. Mələyin insan nəfsi ilə ünsiyyəti qeyri-maddi ünsiyyətdir – yəni qulağa deyilən söz kimi deyil. Deməli, insan nəfsi ilə mələk arasındakı əlaqə qeyri-cismani bir əlaqədir. Deməli, bu mələk timsaldır və burada bizimlə onun cismani birliyinə lüzum yoxdur. Bu məsələ fitnətörədən şeytan barəsində də düz gəlir" [76].
    Zərdüşt təlimində mələklər
    Zərdüşt təlimində də mələklərdən bəhs edilir. Onlar belə adlanır: "emşaspənd"; cəm halında isə "emşaspəndan" deyilir. Bu sözün mənası "ölməzlər" deməkdir. Ölməz mələklər elə sifətlərə malikdirlər ki, həmin sifətlərin Ahuramazda – yəni Hörmüz adlı Xeyir Tanrısından doğduğu bəyan edilir. Hörmüzün sifətləri bu mələklərdə təcəlli etmişdir. Bunlar 6 mələkdir:
    1.Ordibehişt (düzgünlük şöləsi).
    2.Bəhmən (pak fitrət).
    3.Şəhrivər (iqtidar, güc).
    4.Sepənd – sefənd (müqəddəs eşq).
    5.Hərutat xordad (sağlamlıq və kamal).
    6.Əmrnat – Əmordad (əbədi və ölməz).
    "Ahuramazda öncə ölməz mələkləri yaratdı. Öncə Bəhməni uca yaratdı. Hörmüzün yaratdıqlarının geniş yayılması ondan başladı. Sonra Ordibehişti, Şəhrivəri, sonra İsfəndi, daha sonra isə Xordad və Əmordadı yaratdı" [76].
    Mələklərdən üçü – yəni Bəhmən, Ordibehişt və Şəhrivər erkək mələk kimi təmsil olunur və sağ tərəfdə yerləşir. Daha üç mələk – İsfənd, Xordad və Əmordad – dişi mələk olaraq solda yerləşir. Suruş adlı yeddinci mələk isə Hörmüzün qarşısında yerləşir.
    Mətndə belə deyilir:
    "Bəhmən, Ordibehişt və Şəhrivər Hörmüzün sağ yanında, İsfənd, Xordad və Əmordad sol yanında, Suruş isə qarşısında dayanır" [77].
    Bəhmən Hörmüzə ən yaxın mələkdir. Bu mələk başdan-başa yaxşılıq, paklıq və müqəddəslik rəmzidir. Mətndə bu barədə belə deyilir:
    "Bütün Tanrılardan Bəhmən Hörmüz üçün ən yaxınıdır"[78]. Bundan başqa, Zərdüşt təliminə görə Ordibehişt Hörmüzə iman gətirən ilk mələkdir. Allah onu tərifləyər, o da Allaha pərəstiş edər:
    "İlk dəfə dini qəbul edən mələk Ordibehiştdir" [79].
    Ordibehişt eyni zamanda mələklər arasında ən gözəl və ən işıqlısı sayılır:
    "Gəlin Ordibehişti tərifləyək. O ən gözəl ölməz mələklərdəndir. Onun işığı və yaxşılığı hər şeyi əhatə edər və bürüyər" [80].
    Ordibehişt Hörmüzün yardımçılarındandır və onun köməyi ilə bitkiləri yaradır:
    "Ahuramazda Ordibehiştin yardımı ilə bitkiləri yaradaraq böyüdür" [81].
    Ordibehiştin Yer üzərində və maddi aləmdəki vəzifələrindən biri atəşi qorumaqdır. Zərdüştlükdə od müqəddəs sayılır və bu təlimə görə hər kim atəşi incidərsə, o, Ordibehişti incitmiş olur. Hər kim atəşi ram edib onu sevindirərsə, o şəxs Ordibehiştə xidmət etmiş olur.
    "Ordibehişt dünyada atəşi qoruyub saxlayır. Hər kim odu incitsə və ya ona əmin-amanlıq bağışlayarsa, o, Ordibehişti incitmiş və ya ona əmin-amanlıq bağışlamış olur" [82].
    Başqa bir yandan, Ordibehişt mələk olaraq axirət aləmində mizan-tərəzi qurularkən burada verilən cəza və mükafata nəzarət edər. Bəd əməl sahiblərinə cəza verilər, lakin bu mələk kimsəyə qazandığı günahdan çox və ya az cəza verilməsinə icazə verməz.
    "Ordibehiştin qarşısında belə bir iş dayanır: o, axirət divanına nəzarət edər və kimsənin qazandığı günahdan çox cəzalandırılmasına icazə verməz. Hər kəs əməlinə görə cavab verər və bu mələk divanı qoruyar və tənzimləyər" [83].
    Şəhrivər üçüncü mələk olaraq güc və qüdrət qaynağı sayılır. Onun əsas vəzifəsi dərvişlərə şəfaət verməkdir:
    "Şəhrivərin qarşısında dərvişlərə şəfaət vermək vəzifəsi vardır. O, Hörmüzdən şəfaət diləyər" [84].
    Zərdüşt təlimində bütpərəstlik əlamətləri vardır, belə ki, İsfənd adlı mələk Hörmüzün qızı kimi qələmə verilir. Bu mələk paklıq və yaxşılıq təcəllisidir:
    "Onun – yəni Hörmüzün qızı İsfənd yaxşılıq edəndir" [85].
    Bu mələk Zərdüştlük dinini təbliğ edir. Hörmüz bu mələklə görüşərkən, İsfənd onun yanına gəlir. O, öz dinini İsfənd üçün tam aşkar etdi. Bu mələk eyni zamanda məxluqun böyüməsi və pərvəriş tapması üçün məmur edilmişdir [86].
    "İsfəndin işi xilqətin pərvəriş tapmasıdır. Xilqətin kamala yetməsi bu mələyin vasitəsilə baş verir" [87].
    Məhşər və oyanış günü İsfənd mehriban ana kimi öz övladlarını rəhmətlə qoruyur. O, Hörmüzdən xahiş edir ki, günahkarları cismani əzabdan və can iztirabından qurtarsın.
    Beşinci mələk olan Xordad isə suyun qoruyucusu olaraq dünyanı abadlaşdırır.
    "Xordad dünyada suyu saxlayır və qoruyur. Varlıq aləmi maddi dünyanın törəmələri olaraq doğulur və pərvəriş tapır. Bütün aləmdə olan varlıq nümunələri sudan yaranır. Yerin abadlığı da sudandır" [88].
    Xordad bütün mövcud varlığın sərvəridir. Zərdüştlüyün kitabında bu barədə belə deyilir:
    "Xordad illərin, ayların, günlərin sərvəridir. O, bütün varlığın sərvəridir" [89].
    Xordad eyni zamanda insanların xoşbəxtliyini təmin edən səadət mələyidir. İnsanların uğurlu yaşamı bu mələyin sayəsində təmin edilir.
    "İl uzunu yaxşı yaşamağın səbəbi və kökü Xordad mələyindən doğur" [90].
    Əmordad – sonuncu və altıncı mələk kimi təsvir olunur. Bu mələk Xordadın bacısı sayılır və öz məqam və vəzifəsinə görə əbədiyyət amilidir. Əmordad eyni zamanda bitki və heyvanların qoruyucusu kimi tanınır.
    "Əmordad ölməzlik və əbədiyyət mələyidir. Bu mələk çoxsaylı bitkilərin sərvəridir. Dünya onun üçün bir bitki kimidir. Əmordad bitkini böyütdü və qoyun sürülərini çoxaltdı. Bütün heyvanlar həmin bitkilərlə qidalanıb böyüyür və yaşayır" [91].
    Zərdüştlük təliminə görə Əmordad qiyamət və oyanış günü əbədiyət dərmanı hazırlayacaq.
    Category: Quranda dunyaşünaslığın əsasları | Added by: Islam_Kitabxanasi (2012-06-07)
    Views: 834 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024