İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    ÜSTÜN İŞLƏRİ GÖRMƏDİYİNƏ GÖRƏ DAVUD ƏLEYHIS-SALAM IN QORXUSU
    Həzrəti Davudun qorxusu haqqında yazılıbdır ki, hər vaxt, üstün işləri yerinə yetirməməsi və Allahın qəzəbi yadına düşsəydi, oynaqları bir-birindən ayrılar, daha sonra Allah-Taalanın lütfünə diqqət yetirər, və yenidən oynaqları bir-biri ilə birləşərdi. Əli əleyhis-salam Allahın qorxusundan qəşş edərdi. Xülasə, bəyan olduğu kimi gərək Möminin qorxu və ümidi olsun. Allaha və onun lütfünə ümidi olsun. Aləmin Allahı qənidir, kərimdir. Bir adam otuz il, qırx il, yetmiş il, ya Allah deyəndən sonra Allah-Taalanın onu qəbul etməməsi ağlasığan bir iş deyil.
    Başqa tərəfdən insan qorxmalıdır ki, məbadə əməlimin qəbul olmamasının səbəbi (belə olan halda) əməllərimdəki ücb və riya ola!
    Qurani-Məciddə həm Cənnət , hə də Cəhənnəm haqqında söhbət olunması qorxu və ümidlə uyğunlaşır. Əvvəlki şərif ayələr insanın qəlbini titrədən ayələrdən idi.
    Kimin dünyadan pak gedəcəyinə dəlili vardır? Deməli, bu şərif ayələrdə təqva əhli olanlar üçün müqdə verilir.
    "İnnəl müttəqinə fi cənnatin və nəimin, fakihinə bima atahum rəbbuhum və vəqahum rəbbuhum ə”zabəl-cəhimi”
    Təqva "viqayə” məsdərindən düzəlib, pəhrizkar mənasında işlənir. "Müttəqin”, yəni o kəslər ki, Allahdan qorxurlar, Allah da onlara Cənnət və nəimdə (naz-nemətdə, xoş gündə) yer verdi. Fakihunə, yəni "mütələzzizinə” Dünya evində ləzzət üçün minlərlə zəminə hazırlansa da ləzzət olmayacaq, onun bir guşəsi xarab çıxacaq, qəm qüssəsi olacaq. Cənnətdə isə bunun əksinədir, heç qəm qüssəsi yoxdur, hamısı ləzzət, naz-nemətdir.
    Dünyanın xoşluqları ləzzət deyil, dərd və ağrıları aradan aparmaqdır.
    Məsələn, yemək aclığı, içməli su susuzluq xəstəliyini aradan aparmaq üçündür. Amma Cənnətdə bu cür deyil. Cənnətdə Möminlərə deyərlər: Allah sizin üçün qərar verdiyi hər şeyi yeyin və için. Cənnətin əcəb ləzzətli şeyləri vardır. Bu ayədən sonrakı ayələr Cənnət haqqındadır. Xatəmül-Ənbiya Mühəmməd səlləllahu əleyhi və alihi və səlləmdən bir hədis nəql olunub ki, Həzrət buyurur: Dünya meyvələrinin hər birinin bir dadı var. Başqa meyvədə isə bu dad yoxdur. Hamısı şirindir və xas ləzzəti var. Amma birinin xas ləzzəti o birisində yoxdur.
    Cənnətin bir meyvəsi bütün meyvələrin məzəsinə ləzzətinə malikdir. Rəsulullah səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Cənnətin bir meyvəsində bütün başqa növ meyvələrin ləzzəti vardır. Bu dünyada eyni zamanda müxtəlif şirniləri bizim dilimiz dada bilməz. Məsələn, əgər bir neçə qarpızı dadmaq istəsək gərək hər birini ayrılıqda yeyək, bəzi vaxt olur ki, bir-birindən seçilmir. Amma Cənnətdə bütün meyvələrin dadı bir meyvədə dadılır, ləzzət alınır. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu ki, dünyada bəşərə ləzzət verən bütün iyləri, Cənnətdə bir anda iyləmək olur. Hər vaxt Mömin yemək istəsə, o saat onun üçün hazır olar. Təəccüblü məsələ odur ki, dünyada yemək-içməyin bir həddi vardır, bir müddətdən sonra meyl və iştaha aradan gedir. Lakin Cənnətdə bunun əksinədir. Rəsulullah səlləllahu əleyhi və alihi və səlləm buyurdu ki, Cənnətin meyvələrinin ləzzəti yeməyin axırında yeməyin əvvəlindəki kimi və onun iştahası yeməyin axırında da əvvəlindəki iştahası kimidir.” Bir nəfər Həzrətdən soruşdu: "Siz buyurubsunuz cənnətdəkilər yeyib-içirlər?”
    Həzrət buyurdu: "Bəli, Cənnətin bir kişisinin iştahası yüz kişinin iştahası ilə bərabərdir.”
    NƏ ÜÇÜN TƏNBƏLLİK EDİRLƏR?
    Əli əleyhis-salam buyurdu: Cənnəti istəyənlər azdır, üstəlik həmin az bir dəstə də tənbəldirlər. Ey kaş o dünya üçün çox vaxt sərf edərdilər. Böyük şəxsiyyətlərdən biri buyurdu: Sübh çağı məni yuxu tutdu, gecə namazı qılmaq üçün ayağa qaxmadım, öz-özümə dedim ki, yatıram. Yatdım və gözəl sifətli bir nəfəri yuxuda gördüm. Ondan soruşdum: Sən kimsən? Dedi: Mən səhər çağı sənin bir damcı göz yaşınam, əgər mənim vüsalıma çatmaq istəyirsənsə tənbəllik etmə. Həmin böyük şəxsiyyət buyurdu: Şiddətli sevinclə, yuxudan ayılıb, ayağa qalxdım.
    Dedik ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Bir nəfər Cənnət əhli yüz nəfərin iştahasına malikdir. Yeyəndən sonra onda ağırlıq və kəsalət baş vermir, ifrazatı da tər şəklində xaric olur. Oranı (Cənnəti) bu dünya ilə müqayisə etmək olmaz. Bu dünyanın o dünya ilə müqayisəsi, ana bətnindəki uşağın həyatını bu dünya ilə müqayisə etmək kimidir. İndi biz bu fasid dünyanın bətnindəyik. ölənlər başa düşürlər ki, bu dünyada hansı oyuncaqlarla məşğul idilər və hansı oyuncaqlara şadlanırdılar.
    ORUC VƏ CAMAAT NAMAZI
    Böyük şəxsiyyətlərdən biri dedi: Yuxuda gördüm ki, böyük bir sarayın taxtının üstündə bir soltan oturubdur (o dünyada). Elə bildim ki, peyğəmbərlərdən biridir. Getdim ona salam verdim, dedim sən kimsən? Dedi: Ənəl həmmalu, yəni mən o dünyada hambal idim. Soruşdum: Necə oldu ki, bu məqama çatdın? Dedi iki əməlin vasitəsi ilə, biri oruc tutmaqla, o birisi camaat namazına müntəzəm getdiyimə görə.
    Dünya oyuncaqdır, uşaq xasiyyətlilər onunla şadlanırlar. Elə bil ki, uşaq bahar ətirli narınc ağacını yox, onun şəklini görür. Vərəqin üstündə çəkib uşağın əlinə verirsən, o, nə qədərdə zövqə gəlir. Xalqın çoxu uşaq sifətindədirlər.
    Əsl məsələyə diqqət yetirmirlər. Canım qurban olsun o adama ki, bu dünyanın nişanələrini görməklə, onun əslini başa düşür. Başa düşür ki, bu qədər şirinliklərin hamısı onun əslinin bir zərrəsi deyil. Bəs onun əsli nədir? Əgər şövq və qorxu olsa, insan bəzi vaxt şövqdən, bəzi vaxt isə qorxudan yata bilməz.
    BEHİŞTİN ŞÖVQÜNDƏN ÖLÜR...
    Nəql olubdur ki, bir neçə il bundan qabaq sadə bir kişi var imiş. Bərzəx aləminin bir nümunəsini ona yuxuda göstərilməsini təmənna edirmiş. Bir gecə bərzəx Cənnətindən bir qədər ona göstərirlər. O sevindiyindən iki ay ağladı, axırda da öldü.
    Nə əzaba səbr etmək mümkündür, nə də ki, rəhmətdən ayrılmağa səbr etmək. Nemətdən məhrum olanların vay halına! Zeynül-abidin əleyhis-salam Allaha ərz edir: Mənə, axırda əzab verəcəksən? Bəs mənim ümidlərim necə oldu? Cənnətdə heç qəm qüssə yoxdur və darus-səlamdır (yəni salamatçılıq evidir.) Allah-Taala Mömin bəndəsini, öz lütfü ilə oddan qoruyur. Buyurur, əməlin təsiri olsa da əsas Allah-Taalanın lütfüdür. Əgər Allah-Taalanın lütfü olmasa əməlin də o qədər faydası olmaz.
    Allahın lütfü əməli səmərəyə yetirir. (əmələ səmərə verir).
    Əkinçi əvvəl yeri belləyir, sonra toxumu səpir. Sonra isə tarlada olan tikan və alaq otunu və s çıxardıb kənara atır. Amma yağış və günəş də lazımdır. Lakin bunlar əkinçinin əlində deyil. O cümlədən, tarlanın səmərə verməsi, çoxalması və bərəkəti də eynilə onun kimidir.
    Əgər insan qəsavət, ləcacətli (inadkar) ruhi xəstəliklərindən nicat tapsa, iman toxumu onun qəlbində əkilər. (Belə olan halda) Allahın lütfü günəş kimi onun qəlbinə saçaraq səmərə verər. Əkinçi gərək özü də çalışsın. Məsələn, tikan və alaq otunu özündən uzaqlaşdıra, ibadət yolundakı maneələri aradan apara, yəni bütün günahlardan pəhriz etsin. Həmçinin xeyir iş görəndən sonra, həmin xeyir işi batil edən başqa bir iş görməsin.
    Rəvayət olunur ki, məsciddə oturmaq ibadətdir, xüsusən camaatı gözləmək məqsədi ilə. Lakin bu şərtlə ki, dünya söhbəti ilə onu batil etməsin. Elə ki, ibadət yolundakı maneələr aradan getdi, insan böyük dərəcələrə çatar, onu qoruyub saxlamaq xeyir iş görməkdən də çətindir.
    "Külu vəşrəbu həni”-ən bima kuntum təməlun.”
    Tərifi mümkün olmayan meyvələr və xörəkləri yeyin, için. Təfsirdə yazılır ki, Mömin bir quşu görür, onu yemək istəyir, quş həmin saat onun qarşısında qol qanadı ayrılmış halda kabab olur. Mömin onu yeyir. Yeyəndən sonra "əlhəmdü lillahi rəbbil aləmin” deyir. Birdən həmin quş dirilir və uçur. "Kulu vəşrəbu həniən” dünyada olmayan yeməkləri yeyin için.
    Onu hazırlamağın nə qədər zəhməti vardır. Bəzi vaxt yeyəndə boğazda qalır, əgər xoşagəlməz bir hadisə baş versə yeməyin ləzzəti aradan gedir. Əgər heç bir hadisə baş verməsə də bir neçə tikə yeyəndən sonra iştaha ölür və doyur, ləzzət qurtarır.
    Xörək odur ki zəhmətsiz, əziyyətsiz və istəyən kimi hazır olsun. Bu cür xörək yalnız behiştdədir. Məqsədim "həniən” kəlməsidir ki, əgər Allah-Taala "həniən” buyurursa, gör nə qədər bunun əhəmiyyəti vardır. İstəyən kimi hazır olan yeməkdir. Hazır olandan sonra da doymaq olmur. Çirkinlik də yoxdur. Həzrəti Salmanın hədisini eşitmisiniz? Seyyid ibni Tavus "Minhacüd-də”vat” kitabında rəvayət edir ki, Salman buyurubdur: Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm vəfat edəndən sonra qəm qüssə içində olduğuma görə on günə qədər evdən çölə çıxmadım. Onuncu gün mövlam Əmirəl Möminin Əli ibni Əbi Talib əleyhis-salamı ziyarət etmək üçün evdən çıxdım. O, Həzrəti görən kimi mənə dedi: Bizə cəfa etmisən? Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünyadan gedəndən sonra bizi yaddan çıxartmısan.
    Dedim: Allahın Rəsulunun ayrılıq qəmi məni xanəneşin edibdir.
    Həzrət buyurdu: İndi get Fatimənin yanına, o səni istəyir və sənin üçün Cənnət töhvəsi hazırlayıbdır. Salman deyir, Fatimənin ziyarətinə sürətlə getdim. O mənə buyurdu: Atamdan sonra bizi yaddan çıxartmısan? Mən dedim: Allahın Rəsulunun ayrılığı məni xanəneşin etmişdir. Fatimə əleyha salam buyurdu: Otur! Sənə dediklərimi başa düş! Keçən gün həmin yerdə oturmuşdum. Evin qapısı bağlı idi. Atamdan ayrıldığıma və vəhyin kəsildiyinə görə qəm-qüssə içində idim. Birdən üç kənizi gördüm, onların qarşısında durdum və dedim: Sizə qurban olum, siz Məkkə əhlisiniz, yoxsa Mədinə əhli? Dedilər: Biz yer əhli deyilik, Cənnət hurilərindənik. Allah-Taala bizi sənin yanına göndərdi. Biz səni görməyə aşiqik. Fatimə əleyha salam buyurdu: Onların birindən (o iki nəfərdən böyük idi.) soruşdum: Sənin adın nədir? Dedi: Mənim adım Məqdudədir. Allah-Taala məni Miqdad ibni Əsvəd Kindi üçün yaradıbdır. O birisindən soruşdum: Sənin adın nədir? Dedi: Zərrədir. Allah-Taala məni Əbuzər Ğəffari üçün yaradıbdır. Üçüncüsündən soruşdum: Adın nədir? Dedi mənim adım Səlimdir. Allah Taala məni Salman Farsi üçün yaradıbdır. Sonra qardan sərin və müşkdən iyi yaxşı olan Cənnət xurmasını mənə verdi. Fatimə əleyha salam həmin xurmadan Salmana verdi və buyurdu: Bu xurma ilə iftar et və dənəsini sabah mənim üçün gətir.
    Salman deyir, xurmanı aldım, yolda Allah Rəsulunun əshabı mənə çatanda soruşurdular: Səndə müşk vardır.? Dedim bəli! Xurmanı iftar edəndən sonra gördüm xurmanın tumu yoxdur. Sabahısı günü Fatimə əleyha salam-ın hüzuruna gəldim. Ona dedim ki, həmin xurmanın dənəsi yox idi. Fatimə əleyha salam buyurdu: Düzdür, Cənnət xurmasının dənəsi olmur (hədisin davamı vardır).
    Cənnətin başqa bir neməti Mömin üçün hazırlanmış səltənət taxtıdır. "Sürur” sərir kəlməsinin cəmidir. Lakin bu dünyanın taxtları kimi deyil. Cənnət taxtlarının uzunluğu bir milyon və eni iki min ziradır. Onun taxtlarının mismarı cəvahirdəndir.
    "Ləalül-əxbar” kitabında nəql olunur ki, onun hündürlüyü 500 il yol məsafəsi qədərdir. Bilmək lazımdır ki, Cənnət taxtlarının hündürlüyünün miqdarı Möminin iradəsindən asılıdır. Çünki, Möminin taxtının hündürlüyündən məqsəd Möminin əhatəsi, səltənəti və ləzzət aparmasıdır. Mömin, Allah-Taalanın Cənnətdə ona verdiyi taxtın yanına gələn zaman o təxt sevinir. Mömin yaxınlaşan kimi taxt aşağı gəlir və sevincindən titrəyir. Ora qəribə yerdir. Dünya heç də rahatlıq yeri deyil. Bura rahatçılıq yeri deyil, bu dünya iş və əməl yeridir. "Məq”ədi sidq” nə deməkdir və onun bəyanı "Əl-qəmər” surəsinin təfsirində deyilibdir ki, "sidq” "kizbin” ziddidir. Bura ləngər salmaq yeri deyil. Yaşayış yeri, ağıllıların yeri deyil. Bu xalqın həmişə etiraz etməsinin səbəbi budur ki, rahatlıq axtararlar və həmişə xəstəliyə, cəhl, qəflət, paxıllıq və s. xəstəliklərinə düçardırlar. Həqiqi oturmaq, istirahət etmək və rahatlığa layiq olan yer yalnız Cənnətdir.
    Taxta və sərirə söykənənlərin, başqa taxtı vardır. Onların görüşünə gələn qonaqları və dostları üçün də elə buna görə də "surur” (taxtlar) kəlməsini cəm formasında buyurubdur. "Surur”, yəni taxtlar "məsfufə” kəlməsi bir-birinə bağlanmış bir-birinin yanında (bərabərində) qoyulmuş deməkdir. Nə üçün taxta sərir deyirlər? Çünki, sərir sururdandır, çünki, həm təxtin sahibi səriri görməklə şadlanır, həm də sərir öz sahibini görməklə sevinir. Həmin münasibətə görə ərəb dilində tabuta sərir deyirlər. Təfəüül babındandır. Yəni Mömin təbiət aləminin həbsindən azad olur. Onun sevinc və nicat səbəbi tabutdur. Tabut onu qəm qüssədən, giriftarçılıqdan xilas edir. Mömin üçün giriftarçılıq olmayan bir gün vardırmı? ölmək, yəni zindanın qapısının açılması; tabut, yəni qurtuluş vasitəsi və həmin əsasla tabut sevincin səbəbidir.
    Eşitməmisən Mömini qəbrə qoyan zaman onun əqidəsi haqqında ondan soruşurlar və öz əqidəsini deyir. Sonra ona deyirlər, bu qəbir sənin yatağındır. Müşk qoxusu onun qəbrindən qalxır. Möminin pak ruhu bərzəx aləmində genişlənir. İmam Sadiq əleyhis-salam buyurur:
    "Möminə rahatlıq yalnız
    Allahlla görüşüdyü vaxtda hasil olur.” ölüm saatında görür ki, mələklər cərgə-cərgə onu qarşılayırlar, sonra Möminlərin ruhları, daha sonra isə Allahın rəsulunun ruhu. Əgər Möminin heç sevinci olmasa da bu məsumların üzünü görməklə çox sevinirlər.
    Sünnü və şiə məzhəblərinin hər ikisinin tərəfindən rəvayət olunur ki, Ayişə Həzrət Zəhra əleyha salam-a ərz etdi: Atan ölən vaxtı səni çağırmağını eşitdim. Sənin qulağına nə isə dedi və sən sevindin. De görüm, sənə nə buyurdu: Həzrəti Zəhra əleyha salam buyurdu: Atam mənə buyurdu, sən tezliklə mənə çatacaqsan, tezliklə dünyadan köçəcəksən.
    HURUL-EYN CƏNNƏT KİŞİLƏRİNİN HƏYAT YOLDAŞLARIDIR
    Allah-Taalanın Möminə verdiyi şeylərdən biri və əzəmətlə zikr etdiyi həmin şey hurul eyndir.
    Allah-Taala öz mehmanxana-
    sında belə bir lətif mövcudu və”də veribdir. Əli əleyhis-salam buyurur: Allah-Taala böyük hesab etdiyi şeyləri siz də böyük hesab edin və Allah-Taala kiçik hesab etdiyini kiçik hesab edin. Məsum əleyhis-salam dua məqamında
    Allaha ərz edir "İlahi, məni huril-eynlə evləndir!”
    Bu ayə də buyurur: "Hurul-eyni Möminlə evləndirdim.”
    O cümlədən başa düşülür ki, Möminin hurul-eyn ilə evlənməsi bu dünyadakı evlənməsi ilə fərqlənir. Nümunə olaraq şərif bir hədisi nəql edirəm. "Biharul ənvar” kitabında Səid ibni Müs”ibdən nəql olunur:
    Kufə şəhərində Həzrəti Zeynül-abidin əleyhis-salamı gördüm. O Həzrət özünü pak-pakizə edib hamamdan çıxmışdı. Şərif məhasininə həna vurub gözəl paltar geyib, ətirlənmişdi. Ərz etdim, ağa hara gedirsiniz? Buyurdu: Məscidün-nəbiyə, namaz qılmağa gedirəm. Ərz etdim: İndi ki, namaz vaxtı deyil.
    Buyurdu: Hurul-eynin elçiliyinə gedirəm.
    BEHİŞT HURİLƏRİ PAK-PAKİZƏDİRLƏR
    Əgər insan bütün zahiri və batini çirkinliklərdən, günah və pis əxlaqlardan özünü paklaşdırsa hurilərlə evlənmək ləyaqətinə malik olarlar. "hur” gözün ağ hissəsinin həddindən çox ağ olması deməkdir. Huril eynin gözlərinin qarası da onların gözlərinin ağı kimi həddindən çox qaradır. Onların camalının incə olmasına gəldikdə isə çoxlu rəvayətlər vardır. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurur: Əgər Cənnət hurilərindən bir qadın bu dünyaya gəlsə bütün xalq həlak olar, onu görməyə taqətləri olmaz. Əgər inşallah bu dünyadan xalq özləri ilə lətif göz və lətif görən göz aparsalar o dünyada huriləri görməyə taqətləri olar. Həzrəti Yusifin həyatı haqqında Qurandakı ayələri oxumusan?
    Yusif əleyhis-salam evə daxil oldu, arvadlar barmaqlarını kəsdilər, hiss də etmədilər. Yusifin gözəlliyi onların hissini aradan apardı. Bu həmin gözəlliklərdən bir damladır. Buyurur: Əgər Cənnət hurisi dünya aləminə gəlsə ayın işığını məhv edər. Hurun lətafətindən biri də budur ki, yetmiş "hallə” geyir. Hər bir təzə paltarın bir iyi vardır. Bu təzə paltarlar və hurun bədəni o qədər lətifdir ki, onun arxasından bədənin dərisi hətta sümüklərinin məğzi görünür, elə bil ki, saf suyun dibində bir dirhəm görünür. Hər bir hur Möminə hazırlanıbdır və hər birinin başında tac vardır. Biçarə aləm əhli bu təbiət aləminin qadınlarına ürəkl bağlayıbdır. Hurilər o qədər Möminlərə müştaqdırlar ki, buyurur:
    yəni öz yoldaşlarından başqa-
    larına baxmazlar. Əgər Mömin gec gəlsə hurilərin taqəti olmaz. Bunu da ərz etmək istəyirəm ki, bəzi yüngül fikir adamlar özlərini müqəddəs bilib deyirlər: Biz hurul eyn istəmirik. Necə ki, müqəddəslərdən biri söhbət etdi və öz kiçikliyini zahir edib dedi:–Mən Allahdan qadın, ya hurul eyn istəmirəm.
    Ustad dedi: Niyə?
    Dedi: Mən şəhvət əhli deyiləm. (Nə qədər ayaqlarını kilimdən çölə çıxarıblar və cahildirlər. Ey kaş öz cahilliklərini etiraf edələr. Ustad buyurdu: Cənnət huriləri dünya qadınları kimi deyillər. Dünya qadınları ilə söhbət etmək qəflətə səbəb olur. Əksinə Cənnət huriləri ilə söhbət etmək və yaxınlıq etmək Allahın zikrinə səbəb olur. Zikr içində zikr.
    Elə ki, hur təbəssüm edir, dişlərinin işığı sarayı işıqlandırır. Xülasə şəhvət və çirkinlik yeri deyil, orada başqa hal ruhiyyə vardır.
    HURİLƏR RUHANİ VƏ NURANİ HƏYAT YOLDAŞI İSTƏYİRLƏR
    Allah-Taala Mömin üçün çoxlu zəxirələr hazırlayıbdır. Bu zaman belə lətafətli qadın necə ər istəyir. Bir qadın ki, təbəssümündən nur yağır, ən aşağısı iman nuruna malik olan bir kişi istəyir. Möminin nuru vardır. Necə ola bilər ki, Allah-Taala sənin üçün arvad olan huriyə nur versin, amma sənin nurun olmasın, zülmət içində olasan? Bu cür ola bilməz. Bəzilərinin etdiyi kimi də asan deyil, nə qədər ki, iman yoxdur, mümkün deyil. Məsələn, o qədər əhəmiyyətlidir ki, məsumlar onları görməyi Allahdan istəyirlər. Başqa bir mətləb bundan ibarətdir ki, Cənnətdə nəfs, həva, yəni Allahdan xəbərsiz olmaq yoxdur. Hamı Allahı yad edir. Allahın rəsulu buyurur: Cənnətdə həlqənin açılıb bağlanmasını gördüm, o səslənərək deyirdi; Ya Əli, ya Əli! Əlinin vilayəti olmasa bu qapıdan daxil olmaq mümkün deyil. Bütün bunlar, bu cür lütf və kəramətləri aydınlaşdırmaq üçündür ki, insan bu beş günlük dünyada özünü paklaşdırsın. Bilmək lazımdır ki, Cənnət əhli olan qadınlar huri kimidirlər, üstəlik bütün nur və pak-pakizəlikdən də üstündürlər. Onların batinində olan təqva və iman nuru zahirlərini də nurlu edibdir. Artıq qadınlıq adətinin çirkinliyi və hamiləlik zəhməti orada yoxdur. Həmişə nur kimi bəkarət halında olarlar. Yüz dəfələrlə ərləri ilə yaxınlıq etsələr də yenə bakirədirlər. Xülasə hurilərin haqqında olan təriflər onlar üçün də üstəlik ondan da artıq mövcuddur.
    Hurul-eynin başqa xüsusiyyətlərindən biri onun zatında olan şey haqqındakı rəvayətlərdir ki, Cənnətin yaz gülünün iyinə malikdir. Hurun iyi 500 yüz illik yoldan hiss olunur. Elə ki, Mömin qəbirdən baş qaldırır, bu iyi hiss edir. Şiə və sünnü alimləri Allahın Rəsulundan nəql edir ki, Həzrət buyurur: Hurilərin iyi yaz gülünün iyi və mələklərin iyi qızıl gül iyidir. Doğrudan da ölüm saatı nə qədər ləzzətlidir. Mələklərin iyi! Elə bir vaxtda ki, bəşərin daha çox ləzzətə ehtiyacı vardır. Mələklər gəlməklə onların qızıl gül iyi Mömin üçün şövq və sevinc gətirir. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Amma qızım Zəhra hər üçünün iyini verir: həm ənbiyanın, həm hurun, həm də mələklərin iyini.
    Allah rəsulu səlləllahu əleyhi və alihi və səlləm Zəhra əleyha salam-ı hədsiz dərəcədə iyləyirdi. Hətta Ayişə həsadət edərək Peyğəmbərə etiraz etdi. Allahın rəsulu buyurdu: Zəhranın bədənindən Cənnətin iyi burnuma gəlir.
    BEHİŞTDƏ QOHUMLARI YADA SALMAQ
    Cənnətin başqa nemətlərindən biri də budur ki, Mömin Cənnətə daxil olandan sonra ərz edir: Mənim atam, anam və zürriyyəm haradadır? Məlum olduğu kimi Mömin Cənnətdəki məqamına çatmayınca atası, anası yadına düşmür. Cənnətə daxil olmayınca atası, anası və övladı haqqında fikirləşmir. Elə ki, Cənnətdə yadına düşdü və onların vəziyyəti haqqında soruşdu, mələk cavab verər. Atan və anan Mömin olduğu üçün Cənnətdədirlər. Amma onların dərəcəsi sənin dərəcəndən aşağıdır. Bu zaman Mömin şəfaət edir və habelə, övladın şəfaəti ilə ata və ana uca dərəcələrə çatır. Ata-anası da onun dərəcəsinə çatır. Allah-Taala da lütf edir və Möminin istədiyi yerinə yetirilir. Həmçinin arvadı, əri, atası, övladı və başqaları üçün də şəfaət edir. Elə buna görə də Quranın bir neçə yerində zikr olub ki, əgər bir şəxsin yalnız imanı olsa atası, ya anasının şəfaəti ilə uca dərəcələrə çatar.
    İBRAHİM VƏ SARA MÖMIN UŞAQLARIN QAYĞIKEŞİ
    Amma kiçik övladlar necə? Həddi buluğa çatmamış dünyadan gedən uşaqlar rəvayətə əsasən Həzrəti İbrahim əleyhis-salam və həyat yoldaşı Saraya tapşırılar. Elə ki, Mömin Cənnətdə yer tutdu, uşağa paltar geyindirib hədiyyə kimi ona təqdim edərlər. Başqa rəvayətə əsasən kiçik övladlar Həzrəti Zəhraya tapşırılır. Onların valideynləri Cənnətə daxil olandan sonra ata analarına hədiyyə olurlar.
    "O kəslər ki, Allaha iman gətirdilər, övladları özlərinə itaət etdilər, onlara mülhəq olacaqlar (onların vüsalına çatarlar).”
    Əgər övldı imansız olsa, Cənnətdə olmayacaq. Burada bir sual qarşıya çıxır, əgər övlad Cəhənnəmdə və ata Cənnətdə olsa, ata qəm-qüssə içində olar. Halbuki, Cənnət qəm-qüssə yeri deyil. Bəs bu məsələni necə həll etmək olar? Cavab budur ki, Allah-Taala həmin övladı atasının yadından çıxardır. övladın imanı iki qismdir: Biri əsl təklifi imandır, bu o vaxtdır ki, uşaq həddi-büluğ ola, dünyadan gedə və Mömin ola; İkinci budur ki, hökmi və təbii imandır. Yəni müsəlman uşağı həddi büluğdan qabaq ölə, gərək ona qüsl verəsən. Əgər altı yaşı olsa meyyit namazı onun üçün vacibdir. Xülasə, ya həddi buluğa çatandan sonra özü iman gətirə, ya da həddi büluğa çatmamışdan qabaq atasının təsiri altında iman gətirə. Hər iki surət, Cənnətə daxil olmaq üçün kifayət edir. Əgər həddi buluğ olandan sonra imansız dünyadan getsə, nə atası onu görür, nə də o atasını.
    Yəni kimsənin əməlini azaltmır, bir kəsin dərəcəsini aşağı salmırlar, üstəlik aşağı dərəcəni yuxarı qadırırıq. Allahın fəzli, kərəmi çoxdur. Atanın malından onun zürriyyəsinə verməyə ehtiyac yoxdur. Xülasə, ayənin mənası budur ki, Möminlərin zürriyyələrinin dərəcəsini artırmaqla və onları atalarının dərəcəsinə çatdırmaqla, mö”milərin əməlinin savabından zərrə qədər də azaltmırıq. Üstəlik Möminlərin ləzzətinin artması üçün və onların gözlərinin aydınlığı üçün övladlarını onlara çatdırırıq. Çünki, hər kəs nə kəsb edibsə onun da girovundadır və öz əməlinin savabına bağlıdır, yəni hər bir şəxsin Qiyamətdə bütün əməllərinin savabı bütövlükdə özünə çatacaq. Buna baxmayaraq, onun əməllərinin savabından zərrə qədər də başqasına verilmir, ya zürriyyəsinin ona çatdırılmasına görə əməllərindən azalmır. Necə ki, başqasının günahının əzabı ona verilməyəcək. Əgər soruşsalar ki, bəs necə olur Qiyamətdə Möminin yaxşılıqlarından alıb haqq sahibinə verilir, ya haqq sahibinin pisliklərindən götürüb ona borcu olanın boynuna qoyurlar? Bunun cavabını belə veririk: bu cür müamilə, onun əməlinin savabına və onun günahkar olduğuna görə gərək baş versin. Bəli, bəzi Möminlər haqqında rəvayət olunur ki, Allah-Taala Möminin boynunda olan haqq sahiblərinə öz fəzlindən savab verir və onları razı salır. Eyni zamanda Möminin savablarından zərrə qədər azalmır. "Bürhan” təfsirində bu şərif ayənin bəyanı zamanı bir neçə hədis nəql olubdur, o cümlədən İmam Sadiq əleyhis-salamdan buyurur: "Atanın ləyaqətli əməlindən, kiçik olan övladları, Allah-Taala öz atalarının vüsalına çatdırır, təki ataların gözləri aydın olsun. Yenə də o Həzrətdən rəvayət olunur ki, şiələrin uşaqlarını Fatimə əleyha salam tərbiyə edir və öz atalarına təhvil verir. İmam Baqir əleyhis-salamdan da rəvayət olunur ki, elə ki, Qiyamət bərqərar oldu, bir nəfər carçı ərş tərəfdən car çəkərək deyər:
    –Ey camaat! Gözlərinizi yumun, Fatimə əleyha salam gəlib buradan keçsin. Cənnətdən min huri və onlarla birlikdə əlli min mələk Fatimə əleyha salam-ı qarşılayarlar. Fatimə əleyhis-salam elə ki, Cənnətə daxil oldu, onun üçün iki saray hazırlanmış olar. Ağ və sarı saray. Ağ sarayda yetmiş min ev vardır. Və həmçinin sarı sarayda Allah-Taala Fatimə əleyhis-salamın yanına bir mələyi göndərərək, buyurar:
    –Ey Fatimə! Məndən istə, Mən də əta edim. Məndən hər nə istəyirsən, istə, Mən də göndərim. Fatimə əleyhas-salam deyər: Allah-Taala öz nemətini mənim üçün tamamlayır və əzizlədi. Allahdan istəyirəm ki, övladlarıma, zürriyyəmə və məndən sonra onları istəyib onlara kömək edənlərə etdiyim şəfaəti qəbul etsin.
    Allah-Taala onun şəfaətini qəbul edir. Fatimə əleyhas-salam buyurur: Həmd olsun Allaha ki, qəm qüssəni məndən uzaq etdi Qəm qüssəni məndən uzaq edib və gözümü aydın edən Allaha, həmd olsun. Sonra İmam Baqir əleyhis-salam yuxarıdakı ayəni tilavət etdi.
    Yenə də İmam Baqir əleyhis-salam) və İmam Sadiq əleyhis-salam)-dan rəvayət olunur ki, Allah-Taala İmam Hüseyn əleyhis-salamın şəhadəti əvəzində dörd şey verdi: İmaməti onun nəslinə verdi, şəfaəti onun qəbrinin torpağında qoydu, onun qəbrinin yanında edilən duanı qəbul edir və onun qəbrini ziyarət edən şəxsin ziyarətə getdiyi və qayıtdığı müddəti həmin şəxsin ömründən hesablamır.
    Məhəmməd ibni Müslim İmam Sadiq əleyhis-salama ərz etdi: –Allah-Taala İmam Hüseyn əleyhis-salamın xatirinə bu dörd şeyi başqalarına veribdir. Bəs İmam Hüseynin özünə şəhadəti qarşısında nə veribdir?
    İmam Sadiq əleyhis-salam buyurdu:–Allah-Taala İmam Hüseyn əleyhis-salamı babasının vüsalına çatdırdı. Buna görə də o Həzrət öz babasının yanındadır, babasının dərəcə və məqamındadır. Sonra İmam Sadiq əleyhis-salam bu ayəni tilavət etdi:
    Allah-Taala bir Möminin xatirinə başqasına verdiyi nemət, öz fəzlindəndir. Bu rəvayətlərin xülasəsi bundan ibarətdir ki, o Mömindən heç bir şeyi azaltmır.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 508 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019