İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    BEHİŞT MEYVƏLƏRİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ
    "Əmdədə” imdad məsdərindən olub, kömək etmək mənasındadır. Yəni, "zidnahum” onlar üçün artırırıq. Bütövlükdə fəzldən söhbət gedir, Cənnət meyvələrini təfəzzül üzündən artırdıq. Bu dünyanın meyvələri o aləmdə də həmin ada malikdir. Lakin onların həqiqətləri bir-birindən çox fərqlidir. Cənnət meyvələri lətifdir, dünya meyvələri isə lətif deyil.
    Dünya meyvələrinin kalı və yetişmişi, əzilmişi, xarabı vardır. Cənnət meyvələri isə əksinə olaraq, kalı, dadsızı və xarabı yoxdur. Üstəlik bir-birindən gözəldir. Cənnət meyvələrinin başqa əzəmətindən biri də onun dənəsiz olmasıdır. Qalın qabığı da yoxdur.
    Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən rəvayət olunur ki, Cənnət meyvələrinin hər birinin yüz min dadı vardır.
    Ora başqa aləmdir. Gör Mömin necə dərrakəyə malik olur ki, yüz min dadı bir anda dadır! Cənnət ağaclarının budağı qızıldır, tikanı, çubuğu yoxdur. Budağında da meyvə vardır. Mömin istədiyi hər hansı bir meyvə həmin saat onun qarşısında hazır olur. Daha mühüm məsələ budur ki, Mömin ağzındakı meyvəni yediyi halda həmin ağzındakı meyvə başqa bir istədiyi meyvəyə dönür.
    Həzrəti Xatəmül-Ənbiya səlləllahu əleyhi və alihi və səlləm-dən aşağıdakı məzmunda bir rəvayət nəql olunur: Yuxu aləmində əmim Həmzəni gördüm (Həmzə şəhid olandan sonra). Bu zaman onun yanında bir salxım üzüm var idi. Bir də gördüm birdən üzüm xurmaya döndü. Əmimdən soruşdum ki, əməllərin ən gözəli hansıdır? O, dedi: İnsanın əli ilə susuzun sirab olması, ikincisi budur ki, Mühəmmədə səlləllahu əleyhi və alihi və səlləm salavat göndərmək, üçüncüsü isə əmin oğlu Əliyyibni Əbi Talibi sevməkdir.
    Ya Allah, Səni vəlin Əlinin haqqına and verirəm, qəlblərimizi onun məhəbbəti ilə doldur və bizi onun dostlarından qərar ver!
    BEHİŞTDƏ ƏT
    Meyl və iştahaları olan heyvan əti, toyuq əti, özü də ki, Cənnətdə!
    Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunur ki, Mömin Cənnətdə öz taxtının üstündə oturur. Birdən dəvə boyda quşlar gəlirlər. Mömin onların ətindən yemək istəyən kimi quşlar o saat otururlar, quşun qanadları tökülərək kabab olur. Mömin onu yeyir, elə ki, doydu, əlhəmdü-lillah dedi, quş dirilir, uçur və quşların arasında iftixar edir.
    CƏNNƏT ŞƏRABI ALLAH ZİKRİNİ VƏ HUŞU ARTIRIR
    Piyalənin içi içməli sularla doludur. İçməli sular nədir? Cənnətdə bir neçə cür içməli sular vardır. Birincisi bal, özü də ki, dünya balı kimi deyil. İkincisi süd, üçüncüsü su, dördüncüsü şərab, amma necə şərab! Dünyanın çirkin şərabı kimidir? Dünya şərabı insanın ən böyük qüvvəsi olan əql qüvvəsini bəşərin əlindən alır və insanlar məst, ağılsız, yırtıcı olurlar. Bu dünyanın şərabı huş və əqli işdən salır. Keyfiyyətli şərab Cənnətdədir. Bu dünyanın şərabı keyfiyyətli deyil. Əgər bir cam Cənnət şərabı içsən, huşun, şövqün və zikrin yüz qat artır. Elə ki, Mömin şərab içdi, huşu, məhəbbəti və dərrakəsi çoxalır. Möminlər bir-biri ilə o aləmin şərabının ləzzətləri ilə çoxlu müamilə edərlər, yəni bir-birinə Cənnət şərabı verərlər və alarlar. (Əlbəttə, bu dünyadakı kimi, dava etməzlər) "Yətənazəunə” (şəraba) şiddətli olmasına görədir. Elə buna görə də "yətənazəunə” kəlməsini işlətdi. Onların arasında çəkişmə və dava olmaz. Şərabı bir-birindən alıb, bir-birinə təklif edirlər, bir-birinin sağlığına içirlər.
    "La ləğvun fiha və la təsimun”
    Yəni Cənnət şərabında dünya şərabının əksinə olaraq puçluq yoxdur. Bu dünyada şərab içənlər çoxlu puç sözlər deyirlər. "Yətənazəunə” kəlməsinin mənası bir-biri ilə savaşmaq, çəkişmək deməkdir. "Və la təsimun” yəni "və la hərəkatun təsimun”. Cənnət şərabı günaha, söyüşə, mənasız danışığa bais olmur. Bu məsələləri eşitməklə dərk etmək olmur. Bu eşitməli mətləblər deyil. Çünki, adam nə qədər ki, bu dünyadadır, bu dünya aləmində olan şeylərdən başqa heç nəyi dərk etmir. Halbuki, axirət aləmindəki varlıqlar başqa cür və başqa həqiqətdirlər.
    MÖMIN ÜÇÜN BEHİŞT XİDMƏTÇİLƏRİ OLAN QULAMLAR
    Hər bir Möminin Cənnətdə ən azı min qulamı vardır. Amma bu dünyanın qulamları kimi yox; "kəənnəhum lölö”un məknun”, pak və əl dəyməmiş mirvari kimi parıltılıdırlar və onlar Möminə xidmət etməklə ləzzət alırlar həm onlar kef edirlər, həm də Mömin.
    Elə ki, Mömin çağırır, min qulam ləbbeyk (bəli, hazırıq!) deyir. Burada bir nəfər (Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən maraqlı bir sual soruşdu: Ey Allahın Rəsulu! Cənnət qulamı ki, bu qədər gözəldir, bəs Mömin özü necədir?
    Həzrət buyurdu: Möminin gözəlliyinin qulamlarla müqayisəsi, ay işığının ulduzla müqayisəsi kimidir.
    Bilmək lazımdır ki, adamın səadət və bədbəxtçiliyinin mizanı onun ömrünün axırıdır. Əgər ölüm saatında hər bir günahdan pak və imanlı olsa, ölüm onun üçün qurtuluşun, rahatlığın və xoşbəxtçiliyin başlanğıcıdır. Əgər ölüm saatı qəlbi imanlı olsa, lakin eyni zamanda günaha bulaşsa əbədi əzaba düçar olmasa da bərzəxdə və Qiyamətin çətin anlarında bir müddət günah etdiyi miqdarda əzab çəkəcək, bu şərtlə ki, şəfaət və ya rəhmət ona nicat verməyə. Əgər nə”uzu billah, imansız ölsə, əbədi əzaba düçar olacaq. Doğrudan da aqibət qorxusu mərifət əhlinin ürəklərini alovlandırıb, onları ağlar qoyubdur. Çünki heç kəs ömrünün axırının necə olduğunu bilmir. Çoxlu insanlar ömrünün bir hissəsində müsəlman idilər, bəlkə də imanlı idilər, lakin ömürlərinin axırında küfrlə, günahla öldülər! Bunun əksinə olaraq, elə adamlar olubdur ki, bir müddət ömründə imansız və günaha bulaşıbdır, lakin ömürlərinin axırında pak və imanla ölüblər, üstəlik ən böyük səadətə də çatıblar; Hürr ibni Yəzid Riyahi kimi. Elə vaxt olur ki, insan dünya məhəbbətinin onun qəlbində qələbə çalması ilə Allaha kin bəsləyərək ölür. Belə olan halda artıq onun üçün nicat yolu yoxdur. Çünki, ölüm anında başa düşür ki, onu evdən, həyatdan, əhli-əyalından, böyük zəhmətlə topladığı sərvətdən və ya rəislikdən ayırmaq istəyirlər. Bütün istədiyi şeyləri ondan alırlar. Bu hadisənin Allah əmri olmasını da başa düşür. Elə buna görə də Allah düşmənçiliyi ilə ölür. (nəuzu billah!) Elə vaxt olur ki, imanı zəif olduğu üçün ölüm saatı şübhəli fikirlərlə, şəkli halla ölür. Bunlar axırıncı keçiddir ki, o bədbəxt və şər aqibətli üçün heç bir nicat ümidi yoxdur. Elə olur ki, günah etdiyi zaman ölür; şərab içib məst halda ölən bədbəxt kimi və ya riba (sələm) yeyən və bazarda öz mənfəətini tələb edən şəxs kimi. O biçarə borclularla əlbəyaxa oldu. İş polis idarəsinə çəkildi. O söhbət etdiyi vaxt davanın səbəbini başa saldığı zaman infrakt keçirtdi və öldü. Ya bir məzlumun malını qəsb edən başqa bir bədbəxt qəsb etdiyi zaman öldü. Elə vaxt olur ki, günahı arzuladığı halda ölür. Məsələn, həmin bədbəxt ki, ölüm saatında həsrət çəkirdi. O bədbəxt bir gün pak bir qadını hiylə ilə öz evinə apardı. Pak qadın da hiylə işlədərək onun əlindən çıxıb qaçdı. O bədbəxt ölüm saatında da həmin günahın həsrətini çəkirdi. Xülasə, hər kim pis aqibətdən qorxub, yaxşı aqibəti arzulayırsa gərək bütün ömrü boyu imanını möhkəmlətməyə çalışsın, bütün günahlardan qorunsun. Əgər günaha bulaşsa həqiqi tövbə edərək özünü paklaşdırsın və Allah qarşısında zəlillik göstərərək öz aqibətinin yaxşılığını istəsin. Yəqin etmək lazımdır ki, Allah-Taala bu cür bəndənin əməllərini puç etməyəcək.
    Cənnət nemətlərindən biri də ünsiyyətin yaranmasıdır. Rəvayət olunur ki, Möminlər bir-biri ilə görüşmək istəyəndə onların taxtları hərəkət edərək bir-birinə çatırlar. Əgər bir Möminin dərəcəsi o birisinin dərəcəsindən böyük olsa, onlar üçün bir sərhəd düzəlir gi, bir-biri ilə görüşsünlər. Ola bilər ki, Seyyid Cəzayirinin və başqalarının dediyi mətləb burada kiminsə yadına düşsün. Həmin mətləb bundan ibarətdir: Əgər Cənnətdə qəm-qüssə yoxdursa, bəs necə olur ki, aşağı dərəcədə olan şəxs, yüksək dərəcələrə çatmadığı üçün qəm-qüssə yemir? Bu sual idi. Amma onun cavabına gəldikdə isə Qu”ran buyurur:
    "Onların qəlbərində olan kini, həsədi çıxartdıq və bir-birinin qarşısında taxtlara söykəniblər.”
    Hər kəs Cənnətə girsə, əvvəl bir bulaqla qüsl edir və ikinci bulaqdan içir. İkinci bulaqdan su içəndən sonra bütün daxili xəstəlikləri aradan gedir, artıq paxıllıq, həsəd, kin və s. onda qalmır.
    Bu zaman Mömin başqasının paxıllığını çəkmir, başqasına həsəd etmir, üstəlik o Möminin dərəcələrindən ləzzət çəkir, kef edir.
    Xülasə, orada kin yoxdur. Cənnətin çölündə qüssəsi vardır, qəbirdən çölə ki, baş çıxartdılar, qüssələri vardır. Hətta Cənnətin qapısına gedənə qədər də qüssələri vardır. Amma Cənnətdə heç cür qəm-qüssə yoxdur. Bilmək lazımdır ki, deyilən sözlər iman əhlinin çoxu üçündür. Allahın elə bəndələri vardır ki, həmin ölüm saatından şaddırlar və hər dərddən, qüssədən uzaqdırlar. Onlar imanın yəqin məqamına çatanlardır. Onlar Allaha ibadət və bəndəlik etməkdə xatircəm və sabit idilər. Heç bir azğınlıqları yox idi. Necə ki, Qurani-Məcid onların hamısını bəyan edir. Və həmçinin buyurur:
    Yuxarıdakı sualın başqa
    cavabı şəxsi idrakla əlaqəlidir. Məsələn, bir nəfər bir əndazəyə qədər ləzzət çəkir, ondan artıq ləzzətləri dərk etmir və həmin ləzzətlərə malik olmadığı üçün əziyyət çəkmir. Ümumiyyətlə, bu qədər bilin ki, hər kəs Cənnətə getsə qəm-qüssəsi olmaz. "Fatir” surəsində Möminlərin Cənnətə daxil olmasını bəyan edəndən sonra 33-cü ayəsində buyurur:
    "Allaha şükür olsun ki, qəm-qüssəni bizdən uzaqlaşdırdı və artıq bizim üçün heç bir əziyyət və narahatçılıq yoxdur.”
    Allah-Taala Mühəmməd və Ali-Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm xatirinə bizi Cənnət nemətləri ilə bəhrələndirsin və onların yanında bizə yer versin. Möminlər bir-biri ilə Cənnətdə görüşən zaman etdikləri söhbətlərdən biri də dünyanın vəziyyəti haqqındakı sual-cavabdır.
    "Yətəsaəlunə”: təsaul təfaul babından olub qarşılıqlı söhbət deməkdir. O bundan soruşur, bu da ondan soruşur. Xülasə bir-birinin halını soruşurlar. Deyirlər: Bu dərəcələrə çatmağının səbəbi nədir? Dünyada nə edibsən? Cavabında deyirlər:
    "Bu qədər nemət və günahların bağışlanmasının səbəbi, dünyada öz ailəmə mehriban olmağımdır.”
    "Məcməul-bəyan” təfsirində deyilir:
    Yəni insan bir şeydən qorxduğu üçün ürəyində yaranan qorxu səbəbi ilə ürəyin yumşalmasına səbəb deyilir.
    Şəfaət–qəlizlik və qəsavətin ziddidir. Buna görə də şərif ayənin mənası aşağıdakı kimi olacaq:
    "Cənnət əhli bir-biri ilə danışarlar ki, biz bundan qabaq, yəni dünyada öz əhlimizin arasında, Allah qarşısında günah etmək qorxusundan ürəklərimiz yumşalmışdı və öz aqibətimizin necə olmasına görə çox qorxurduq. Elə həmin Allah qorxusu bizim nicat tapmağımıza səbəb oldu.”
    Cənnət əhlinin "biz dünyada öz əhlimizin arasında qorxurduq” deməkləri ondan ötəridir ki, adam bəzi vaxt öz əhlinin yanında olduğu üçün ünsiyyətdə, xoşluqda və rahatlıqda olur. Bəs belə bir vəziyyətdə də mehriban olub, Allahın əzabını yaddan çıxartmayıb. Allahın əzabından qorxan adam, başqa hallarda daha da qorxu içində olar. Xülasə, yəni bütün hallarda qəlbimiz qəsavətli olmayıbdır. Həmişə günahdan, Allahla müxalifətçilikdən qorxurduq.
    Bəzi təfsirçilər deyiblər, ehtimal vardır ki, "əhlimizin arasında yumşaq qəlb idik”, cümləsindən məqsəd onların öz əhli üçün ürəkləri yanmasıdır. Yəni biz onlara görə Allahın əzabından onların qəsavət və bədbəxtçiliyindən qorxuda idik.
    Allah-Taala bizim boynumuza minnət qoydu; lütfü ilə, rəhməti ilə itaət etməkdə tövfiq verməklə, günahdan qorunmaqla və axirətdə Cənnətə daxil etməklə. Bizi odun əzabından qorudu. Odun əzabı, nəhayət istidə bədənin dərisindən tərin xaric olması üçün olan kiçik-kiçik məsamələrə nüfuz edən külək kimidir.
    Bəzi təfsirçilər deyirlər "Səmum” Cəhənnəmin adıdır. Bilmək lazımdır ki, "fəminəllah”-ın farsı təfsiri nəticə almaq üçündür. Yəni dünyada Allahdan qorxmağın nəticəsi ilahi hədiyyələr, Cəhənnəmdən xilas olmaq və Cənnətə daxil olmaqdır. öləndən sonra çətinliklərdən amanda olmağın miqdarı, insanın ölməsindən qabaq qorxusu qədərdir. Yəni insan ölməmişdən qabaq nə qədər qorxusu olsa, o qədər də öləndən sonra çətinliklərdən amanda olacaq. Çünki, nə qədər qorxu çox olsa insan günahı tərk etməkdə, itaətdə, ibadətdə daha çox çalışqan olur. Doğrudan da nə qədər ki, ürək Allah qorxusundan yanıb kövrəlməyib, ölüm vaxtı Allahın mehribançılığına, lütfünə rəhmət nidasına layiq olmayacaq. Necə ki, "Füssilət” surəsində buyurur:
    "ölüm anında mələklər onların yanına enərək onlar üçün Cənnəti müqdə verirlər və deyirlər: Qorxmayın! qəmgin olmayın!”
    Nə qədər (Allahdan ) qorxsan, bir o qədər ölən vaxt rahat olacaqsan və əksinə, nə qədər çox asi, itaətsiz olsan və təkəbbür etsən bir o qədər ölən vaxt qorxu və biçarəliyin artacaq.
    ÖLÜMDƏN SONRA ƏMİN-AMANLIQ
    Həzrət Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunur ki, o Həzrət buyurdu:
    –Allah-Taala iki qorxunu bir ürəkdə toplamaz. Bir nəfər dünyada Allahdan qorxsa mümkün deyil ki, Allah-Taala onu öləndən sonra da qorxaq saxlaya. Həmçinin iki əmin amanlıq birlikdə yığılmaz. Bu dünyada Allahdan qorxmayan daşürəkli adam o dünyada qorxu içində olmalıdır.
    Quranın bu ayələri, bu biçarələrin qəlbində niyə öz təsirini qoymur? Elə bir Quran ki, ayələri dağları titrədir.
    Sən nə bilirsən ki, imanla dünyadan gedəcəksən? Böyük şəxsiyyətlərin bəyan etdikləri qorxu bundan ibarətdir ki, qəlb, ürək ağrıya. İndi qəlbinə müraciət et, gör dərdli və ağrılısan, yoxsa yox? Əgər canavar sənin üstünə gəlirsə gör necə ürəyin sıxılır, əgər evinin, mağazanın yanında od alovlanıbsa və indi bütün evin, mağazan yanacaqsa, gör necə qorxursan, necə titrəyirsən! Qəbrin, bərzəxin, Qiyamətin odlanmasına səbəb olan günahdan da o cür qorxursan? İmam Həsən əleyhis-salam ölümü yadına salıb ağlayırdı.
    Şeyx Səduq "Əmali” kitabında rəvayət edib ki, İmam Həsən əleyhis-salam elə ki, qəbri, həşri, siratdan keçməyi yadına salırdı, ağlayırdı, elə ki, "ərz ələllahı” yadına salırdı, fəryad çəkib qəşş edirdi, elə ki, Cənnəti, Cəhənnəmi yadına salırdı ilan vuran adam kimi titrəyirdi və qıvrılırdı. Cəhənnəmdən Allaha pənah aparıb Cənnəti istəyirdi.
    Şeyx Şuştəri deyir:
    "Mənə deyirlər bu qədər xalqı qorxutma! Necə onları qəbrdən, bərzəxdən, siratdan hesabdan, qorxutmayım? Nədən qorxutmayım? Şeytan sizə deyir ki, qorxmayın, mən də şeytana kömək edim? Şeyx sizə Allah və Onun Rəsulu tərəfindən deyir ki, qorxun! Amma siz qorxmursunuz, sizdə qorxu yaranmır.”
    Yəni qorxu yəqin əhlinindir.
    Əgər insan yəqin dərəcəsinə çatsa başa düşər ki, qorxmaq nə deməkdir. Əli əleyhis-salamın qorxusunu eşitmisiniz ki, Allah qorxusundan ağac kimi quruyurdu. Əgər insanda Allah qorxusu və liqaullah Allah görüşünün şövqü yaransa, bu dünyaya meyl etmək öz işinin dalınca gedir. Buna görə də Mömin gərək Allah qorxusunu ələ gətirsin.
    Bir neçə cümlə ərz edim. Ola bilsin ki, biz də ömrümüzün bu axır çağında Möminlərə oxşayaq. Allah qorxusunu ələ gətirmək üçün ən mühüm yollardan biri, bizim dövrdə çətin və az tapılsa da qorxu əhli ilə oturub durmaqdır. Əgər bu cür adam tapdın, onun yanında otur, təki onun qorxu nuru sənin üstünə də saçsın. O cümlədən, alimlərlə oturub durmaq lazımdır. Alimlərlə söhbət etməyə rəğbət bəsləməyin səbəbi budur ki, alimin qəlbi atəşlə doludur. Əgər bir nəfər alimlərin məclislərindən qaçsa xəcalətli olacaq. Hətta İmam Səccad əleyhis-salam alimlərlə bir yerdə oturmağı təmənna edirdi:
    "İlahi, alimlərin məclisində olmadığıma görə məni öz başıma buraxdın, xar etdin.”
    İbni Babəveyh nəql edir ki, bir gün Rəsuli Əkrəm bir ağacın kölgəsində oturmuşdu. O gün çox isti idi. Birdən bir şəxs gəldi. Paltarını soyunub yerin üstündə qıvrılmağa başladı. Gah qarnını, gah da alnını isti torpağa sürtərək deyirdi: Ey nəfs! Dad bu əzabı! Allahın əzabı bundan da böyükdür. Həzrəti Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ona baxırdı. Sonra həmin şəxs paltarını geydi. Həzrət onu yanına çağırdı və buyurdu: Ey Allahın bəndəsi! Səndə bir iş gördüm ki, onu heç kəsdə görməmişdim. Sənin bu işi görməyinə nə bais oldu?
    Həmin şəxs dedi: Allah qorxusu məni bu işə vadar etdi. öz nəfsimə bu istiliyi dadızdırıram bilsin ki, Allahın əzabı bundan da şiddətlidir və ona dözməyə tabı yoxdur.
    Həzrət buyurdu: Allahdan qorxmağın ləyaqətli qorxudur. Həqiqətən sənin Allahın sənə görə asiman mələkləri ilə iftixar edir.
    Sonra Həzrət öz əshablarına buyurdu: Bu kişiyə yaxınlaşın, sizi dua etsin.
    Elə ki, əshablar o kişinin yanına getdilər o dedi: Ey Allah! Hamını hidayət yoluna topla! Bizim üçün təqvanı azuqə et! Bizim qayıdacaq yerimizi Cənnət et!
    Bu hədisin axırından başa düşürük ki, xovf əhli Allah dərgahına yaxındır və onun duası qəbul olunur. Hər kəs dünyada xof əhlidirsə axirət aləmində rahat olacaq. Allah-Taala "Səmum”un dəhşətli əzabından onu qoruyur. "Səmum” isti şiddətli külək deməkdir. Bu külək Ərəbistanın ən isti hissələrində olur. Onun istiliyi qulaq, burun və boğazdan bədənə daxil olaraq öz zəhərli təsirini qoyur. Elə vaxt olur ki, dəvəni o cür böyük olmağı ilə belə gicəldib yerə sərir və ya öldürür. Bu dünya aləminin "Səmum”udur. Aman axirət aləminin "Səmum”undan! Bu "Səmum” Cəhənnəmdə də vardır. "Səmum” əzabından xilas olanlara deyirlər: Allah-Taala bizi Cəhənnəmin "Səmum”unun əzabından qorusun!
    QORXU ATƏŞİ ÜRƏK XƏSTƏLİKLƏRİNİ ARADAN APARIR
    "Həl əta” surəsində pak və məsum Əhli-beytin tərifində buyurur:
    "Bütün günahkar və tüğyan əhlini çətinliyə, əzaba salan Qiyamət günündən qorxurlar.”
    Həmçinin buyurur:
    Onlar Qiyamətin dəhşətli günündən qorxduqları üçün Allah-Taala onları həmin günün pisliyindən qorudu. Onlara təzə ruhiyyə, üzüaçıqlıq və şad ürək verdi. Deməli dünyada Qiyamətdən qorxmağın nəticəsi axirətdə əmin-amanlıqda olmaqdır. Düzgün qorxu budur ki, insanı da hər bir günahadan və itaətlə müxalifətçilik etməkdən saxlasın.
    Bu ümumi bir və”dədir. Elə buna görə ərz edirəm ki, hər kəs öz qəlbinə müraciət etsin. Nə qədər ürəyində qorxu çox olsa, ölən vaxt daha da rahat olacaqsan. Əgər ürəyində qorxu olmasa da gərək öz əməlinə görə nalə və fəryad çəkəsən. Qorxu təkamül sifətlərindəndir. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurur: "Elm və hikmətin əsası Allahdan qorxmaqdır.”
    Xovf Allah qorxusu alimlərin sifətidir. Qorxu əhli ən uca dərəcədədir. Qorxu əhlinin hesab-kitabı yoxdur. Bir cümlə yada salıram, təki qorxu atəşi ürəklərdə alovlansın. Əgər bu cür olsa, ən kiçik nəticəsi dünya məhəbbətinin məhv olması, həsəd, paxıllıq, rəyasət məhəbbətinin və s. ürəkdən çıxması olacaq. Arzu, istəklər azalacaq. Bir nəfər qorxu əhli olsa artıq başqası ilə dava-dalaşı olmayacaq. Qorxu atəşi ilanın sancması kimidir. Əgər ilan çalanın üstündə milçək də olsa hiss etməz. Həmçinin qorxu əhlinin ürəyi başqa yerdədir, özünü iki böyük xətərin arasında görür, biri Cənnətə getməmək, o birisi isə Cəhənnəmə getmək. Bu cür adam Cənnət və Cəhənnəmdən başqa heç bir yaxşı və pisliyi başa düşmür. Bu qədər zülmlər, həsədlər, paxıllıqlar, əzablar və başqa şəhvətlərin insanda tapılmasının səbəbi qorxunun olmamasıdır. Əgər bir nəfər qorxu əhli olsa, yəni ilan çalan adam kimi olsa, nə qədər gözəl qadın da onun qarşısına çıxsa diqqəti ona yönəlməyəcək.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 953 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024