İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    QORXU GƏTİRƏN FİKİRLƏR
    Ruhun ağrısı da cismin ağrısı kimidir. Ruh ağrısı olan insana dünyanın bütün səs-küyləri təsir etmir. İmamlar əleyhimussalam Allah qorxusunu nur adlandırıblar. Bu nur ürəyə saçsa ürək sahibi çox xoşbəxt olar. Qorxunun əlaqə tapdığı şeylər iki yerə bölünür: keçmiş və gələcək. Kimin günahı yoxdur? Deyirsən tövbə vardır, yəqinin vardır ki, tövbən qəbul olubdur? Fərz edək ki, tövbən qəbul olubdur. Bəs sabah Qiyamət günü etdiyin günahın xəcalətini çəkməyəcəksənmi? Məgər hər bir etdiyin günaha görə düzgün tövbə etməyinə yəqinin vardırmı? Halbuki, çoxlu günahlar insanın nameyi-əməlində yazılıbdır, lakin o bunlardan xəbərsizdir, ya da həmin günahlardan tövbə etməyi yaddan çıxardıbdır.
    Ola bilsin ki, çoxlu etdiyin günahlar yadında deyil. Amma öz xəyalında fikirləşirsən ki, günah etməyibsən, halbuki, sənin nameyi-əməlində yazılıbdır. (Bəlkə də mində bir günah insanın yadından çıxır.) Bəzi vaxt kiçik işlər Allahın yanında böyükdür. Məsələn: əgər anana üzünü turşutmusansa bu böyük günahdır. Lakin özün də ona diqqət etmirsən. Kim nə bilir? İnsan iş görəndə xəbəri olmur, sonra da yadından çıxarır və ya onu kiçik hesab edir. Halbuki, Allahın yanında böyükdür.
    Keçmiş əməllərinin qəbul və düzgün olmaq şərtlərinə əməl etmisənmi?
    Keçən işlər də iki cürdür; günah və savab.
    Keçmişdə etdiyin işlərin ikincisi yaxşılıqlar və savab işlərdir. Yaxşı işlərinin qəbul olmasına yəqinliyin vardırmı? Riya və qurur onu məhv etməyibmi? Buna kimin yəqinliyi vardır? İmam Cavad əleyhis-salam buyurur:
    "Kişinin əqli onun işlərinin ehtimallarının çoxluğu ilə tanınır. Əgər fikrin fəaliyyəti çoxdursa əql vardır. Əgər bu cür deyilsə əql işləmir. Bunların hamısına göz yumsaq, fərz etsək ki, keçmiş əməllər qəbul və düzgünlük şərti ilə qəbul olubdursa, qorxmursan ki, sabah fəzl və kərəmlə (Allah öz fəzl və kərəmi ilə) səninlə rəftar etməz. Bəlkə Allah öz ədaləti ilə səninlə rəftar edəcək. Əgər səndən Allahın dərgahında qəbul olan bir əməli istəsələr, məsələn, Allahın əzəmətinə layiqli olan iki rəkət namaz qılıbsanmı? ömründə bir gün Allahın həqiqi bəndəçiliyini keçirmisənmi? Əgər Qiyamət günündə əməllərinin muzdunu hesab edib sənə vermək istəsələr, bil ki, bütün əməllərin sənə dünyada verilən nemətlərin qarşısında heçdir və yüz faiz borclu da qalacaqsan. Buna baxmayaraq, əgər hər əməlin qarşısında onun layiqli muzdunu sənə vermək istəsələr, görərik ki, insanın əməli düzgün qiymətə malik deyildir. Məsələni daha da aydın bəyan etmək istəyirəm. İnsanın bədəni, yaxud malı ilə yerinə yetirdiyi hər bir ibadət və itaət Allahın nemətləridir. Məsələn, qıldığı namaz Allahın onun üçün xəlq etdiyi bədənlədir, sağlamlığı Allah veribdir, tövfiqi Allah veribdir. Əgər bir malı infaq edirsə, malın özü Allahındır. O malı infaq etmək tövfiqi də Allah tərəfindəndir. Həmçinin başqa əməllər. Elə buna görə, Həzrət Davud əleyhis-salam ərz etdi: "Ey Allah, necə Sənə şükür edim ki, həmin şükür də Sənin tərəfindəndir və Sənin nemətinin vasitəsi ilədir.”
    Gərək bunun özünə də şükr edəsən. Allah-Taala ona vəhy etdi: "Ey Davud! Sən, Mənə şükr etməyə aciz olduğunu etiraf etdiyinə görə səndən razıyam.”
    Xülasə, bədəni, ruhu, var-dövləti, ümumiyyətlə bütün varlığı Allahın sırf mülkü olan bir adamın vəzifəsi bəndəlik edib Allahın hökmlərini yerinə yetirməkdir. Eyni zamanda bunun qarşısında heç bir əcr və muzd almaq haqqına malik deyil. Bu həqiqətdən əlavə (hələ bu həqiqətə göz yumsaq da) hər gün yüzlərlə təzə nemət bir insana çatırsa, əqlin hökmü ilə gərək o ibadət və itaətlə onun şükrünü yerinə yetirsin. Belə olan halda, əgər başa düşüb, insafla gecə-gündüz dayanmadan ibadət və itaət etsə, o günün bir nemətinin də şükrünü yerinə yetirə bilməz.
    Rəvayət olunur elə ki, Həzrəti Zeynül-abidin əleyhis-salam Əbdülməlikin yanına getdi, Əbdülməlik gördü İmamın bədəni ibadətin çoxluğundan zəifləmişdir, gözləri çuxura düşüb, alnı səcdə etmək nəticəsində qabar bağlayıb. Əbdülməlik narahat olaraq dedi: Ağa! Niyə özünü ibadətin çətinliyində çox saxlayırsan. Halbuki, sənin yerin Cənnətdədir. və cəddin Rəsulullahın şəfaəti sənin üçündür.
    İmam buyurdu:
    "And olsun Allaha, əgər ibadət və səcdənin çoxluğu nəticəsində bədən üzvlərim tikə-tikə olsa, iki gözüm yerindən çıxsa, yenə də Allahın saysız-hesabsız nemətlərinin içində, bir nemətin onda bir hissəsinin şükrünün öhdəsindən gələ bilməyəcəyəm.
    Bu dastana diqqət edin! Bir gün bir vaiz Harunər-rəşidin yanına gəldi. Harun ondan nəsihət almaq istədi. Vaiz dedi: Əgər susuz olasan, suzuzluqdan həlak olmağa yaxınlaşasan, su da tapılmaya, bu zaman hansı məbləğə su almağa hazırsan.
    Harun dedi: Mülkümün yarısını verməyə hazıram.
    Vaiz dedi: Əgər sidik kanalın tutulsa, sidiyini xaric etmək üçün hansı məbləği verməyə hazırsan?
    Harun dedi: Mülkümün qalan yarısını verməyə hazıram.
    Vaiz dedi: Belə isə, gərək səni mülk aldatmasın. Çünki, sənin mülkünün qiyməti içdiyin bir qurtum su və səndən xaric olan bir qətrə sidik qədərdir. Deməli, bir adam gecə-gündüz Harunun məmləkətinə bərabər olan suyu dəfələrlə içir. Amma adamın işlərinin qiymətini onun fəhləlik haqqını nəzərə alaraq, sübhdən axşama qədər zəhmət çəkdiyi işin pulunu, sübhə qədər yatmayıb daim qarovul çəkdiyinin pulunu ona verirlər. Bəs sübhə qədər namazla, Quran zikri ilə gecəsini keçirən şəxs əgər öz muzdunu istəsə, işinin qiyməti məlumdur. Lakin mənim dediyim sözlərdən məqsəd Allahın ədalətini bəyan etməkdir. Bu qədər məsələni şərh verməkdən məqsədimiz bu idi ki, Möminlər qürura düçar olub, Allahın qəzəbindən xəbərsiz olmasınlar. Necə ki İmam əleyhis-salam ərz edir:
    "İlahi, Sən cəlal sahibisən, sənin yalnız ədlətindən qorxarlar, Sənin yalnız ehsan və fəzlinə ümid bəsləyərlər.”
    Allah-Taala Mömini yaradandan sonra ona əql və ixtiyar verdi. Ona itaət və bəndəlik yolunu göstərdi. Onun imanı və bəndəliyi üçün elə savab nəzərə aldı ki, heç göz görməyib, heç qulaq eşitməyib, heç qəlbdən keçməyibdir. Necə ki, buyurubdur:
    "Hətta əgər bir dəfə "subhanəllah” desə onun üçün behiştdə heç vaxt qurumayan bir ağac əkilir və onu suvarmağa da ehtiyac yoxdur.”
    Mömin nə vaxt ürəyi hər növ meyvə istəsə o ağacda görür və dərir. Bəli, əgər adamın danışığı və rəftarı özünə və ya başqasına xatir olsa, həqiqi qiyməti olmaz. Amma əgər Allaha xatir olsa, Allah böyük olduğu üçün o da böyük olacaq. Bu mətləbin şərhi çoxdur. İşarə etdiyimiz qədər kifayətdir. Məqsəd Möminin həmişə qorxu və ümid arasında olmasıdır, yəni Allahın ədalətindən şərh etdiyimiz kimi qorxsun, Allah fəzlinə ümidvar olsun, onu istəsin. Əgər Allahın ədalətindən qorxmayıb öz işləri ilə qürurlansa bilsin ki, çox böyük səhvə yol veribdir. Bu cür vəziyyət, ilahinin fəzlindən məhrum olub, ondan bəhrələnməmək əlamətidir. Dediklərimin xülasəsi bundan ibarətdir ki, əməlsiz, savab və ilahi fəzlə ümid bəsləmək qürur və axmaqlıqdır. Elə bil ki, toxumu səpməyir, amma gözü xırman dalındandır. Həmçinin, yalnız əməl sahibi olmaqla öz əməlinə fəxr etmək də nadanlıqdır. Gərək elə əkinçi kimi olasan; belə ki, Allah-Taalanın onun torpağa əkdiyi toxuma bərəkət verməsinə ümidi vardır. Belə olarsa, Allah-Taala artıqlaması ilə rəhmət edəcək.
    Yəni gərək Allahın hədsiz fəzl, rəhmət və kərəminə ümidvar olub sevinək.
    Amma gələcəyinin pis olmamağına, qəlbinin qəsavət bağlamamağına, imtahan qarşısına çıxanda onun öhdəsindən gəlməyinə necə xatircəm ola bilərsən? Fəqirliyə, xəstəliyə düçar olsan, şikayət və giley qapısını açma. Bunlardan əlavə, aman ölüm saatından! Allahdan qorxanlardan birinin haqqında yazıblar, o dostuna vəsiyyət etdi ki, ölən vaxtı iman əlamətini məndə görsən sevinə-sevinə mal-dövlətimin üçdə birini infaq edib Allah yolunda verərsən. Əgər gördün ki, iman əlaməti yoxumdur və imansız dünyadan gedirəm, camaata de, mənim cənazə mərasimimdə iştirak etməsinlər.
    Axırıncı saatda kim bilir necə öləcək? ölüm saatının qorxusu hər şeydən şiddətlidir. Hətta İmam Zeynül-abidin əleyhis-salam buyurur: "Ey Allah ömrümün axırıncı saatını həyatımın ən yaxşı saatı qərar ver!”
    Əgər öləndən sonra bərzəx aləmini, qəbri, siratı, məhşəri də nəzərə alsaq gərək daha da çox qorxaq. İnsanların çoxlarının qəlbi qorxu ilə doludur, amma şeytani qorxu ilə, rəhmani qorxu ilə yox.
    Allah qorxusu olan adama canım qurban olsun!
    Dünya yaşayışına aid olan xoşagəlməz hadisələrdən qorxmaq şeytani qorxmaqdır. Məsələn, kasıblıqdan qorxmaq, xəstəlikdən qorxmaq, arzulara çatmamaqdan qorxmaq, nəfsani həvəslər..., insanların çoxu bu cür qorxulara giriftardırlar. Halbuki, bu qorxuların hamısı mövhumatdır və şeytanın vəsvəsələri ilə yaranır. Çünki, hər bir insan gələcəkdə yaşamasına yəqini yoxdur. Buna görə də gərək onun qəm-qüssəsini çəkməsin. Çoxlu insanlar gələcəyinə qüssəli idilər, lakin yaşamadılar və torpaq altında qaldılar. Əgər fərz edək gələcəyi də görəcək, amma ola bilsin ki, qorxduğu hadisə baş verməyəcək. Başqa bir tərəfdən, Mömin Allaha təvəkkül edir və Allahı özünün vəkili edir, hər bir hadisədə heç vaxt şeytanın vəsvəsəsinə aldanmır, həmişə əmin-amanlıqda olur, ürəksıxıcı vəziyyətlərə düçar olmur.
    Müvəffəqiyyətsizlikdən, ilahi fəzldən məhrum olmaqdan qorxmaq isə rəhmani qorxudur. Rəhmani qorxu aqibətin pis olmasından, öləndən sonra "əqəbatın” qorxulu olmasından qorxmaqdır. Elə buna görə də Əmirəl-Möminin Əli əleyhis-salam buyurur:
    "Heç kim öz günahından başqa heç nədən qorxmasın və Allahdan başqa heç kəsə ümidi olmasın.”
    BƏNİ-İSRAİL QÖVMÜNDƏKİ ALLAHDAN QORXAN ABİD
    Allahdan qorxanların hekayələri çoxlu kitablarda yazılıbdır. Bəzi kitablarda yazıblar ki, Bəni-İsrail tayfasında xəbis fahişə bir qadın olubdur. Onun adəti evinin qapısını açıq qoyub, özünü bəzəyib, qapının qarşısında oturmaq idi. Hər kəs onun qapısının ağzından keçmək istəsəydi, dərhal tələyə düşərdi. İslam dinindən qabaq fahişələr evinin üstünə bayraq sancardılar, taxta vurardılar.
    Bu fahişə qadının xasiyyətlərindən biri on dinar pulu qabaqcadan almaq idi. Bir gün, bu cür işlərin əhli olmayan br nəfər saleh və abid bir nəfər həmin fahişənin evinin yanından keçdi. Bu abid ömrü boyu təqva toplamaqdan və Allaha bəndəlik etməkdən başqa heç bir iş görməmişdi. Elə ki, bu yerdən keçirdi, gözü bu fahişəyə sataşdı, ayaqları süstləşdi, qadının camalı, gözəlliyi onu özünə cəlb etdi. İllər boyu etdiyi ibadətdən sonra istədi həmin evə girsin. Gördü, məmur deyir ki, on dinar ver, sonra evə gir. Pulu yox idi. Tez gedib bir şey satdı və on dinarı verib fahişənin evinə girdi. Fahişənin yanında oturdu. Haram işi görənə qədər bir dəfə bədəni titrədi. Rəhmani fikirləri zehnindən keçirdi, elə titrədi ki, qadın da onun vəziyyətini gördü. Qadın dedi: Niyə titrəyirsən? Bu fikirləri at başından!
    Abid dedi: Allah burada hazırdır (görür), Ondan qorxuram.
    Qadın dedi: Bunu çoxları arzulayır. Sən gedirsən!?
    Abid dedi: Verdiyim pulu da sənə bağışlayıram, amma məni burax gedim.
    Abid evdən çölə çıxdı və arası kəsilmədən bu işinə görə fəryad çəkirdi. O özünü ələ ala bilmirdi. Buna görə də şəhərdən çıxıb başqa yerə getdi. İndi görün bu abidin işinin nəticəsi nə olacaq? Həmin zinakar qadın fikrə getdi. öz-özünə dedi: "Kül başına! Bu kişi indiyə qədər günah etməmişdi. İndi ki, günah etmək istədi, bu cür halı biri-birinə dəydi. Sən ki, bir ömür xarab iş görmüsən, bəs indi nə etmək istəyirsən?
    Həmin qadın o saat gedib evin həmişə açıq qapısını bağladı. Peşman oldu öz pis əməlindən. Həmin abidin dalınca gedib onunla evlənmək fikrinə düşdü, təki Allah-Taala onu bağışlasın. Abidin dalınca getdi. Ona göstərdilər ki, həmin abid filan kəndə gedibdir. Qadın o kəndə gəldi. Elə ki, o pak kişinin yanına çatdı çadrasını üzündən çəkdi ki, onu kişi tanısın. Qadın dedi: Tövbə etmək üçün gəlmişəm. Sonra üzünü çadra ilə bağladı. Elə bu zaman abid kişi qışqırdı və dünyadan getdi. Qadın üzünü göylərə tutub dedi: Ey Allah! Keçmiş işlərimdən peşman olmuşam. Bu pak kişinin yanına gəlib onunla evlənmək istədim, təki keçmiş səhvlərimi düzəldim. İndi ki, o dünyadan getdi, mənim də canımı al və ona qovuşdur.
    Elə bu qadın da dünyadn getdi. Axirət aləmində də bir yerdə olmaqlarına yəqinliyim var.
    Elm və mərifət öz batini vəziyyətinin xovf və Allah qorxusunu artırmaq üçün ən gözəl vasitədir. Elə buna görə də tövsiyyə olubdur ki özünüz haqqında çox fikirləşin. Qeybət, töhmət və s. başqa xoşagəlməz fikirlərə əl atmayın. Həzrət Əli əleyhis-salam buyurur:
    "Allah rəhmət etsin o adama ki, elə öz eybləri haqqında fikrə gedibdir, hətta başqalarının eybləri yadına düşmür.”
    Həmçinin buyurur:
    "Elə ki, Allah-Taala bir bəndənin xeyrini istəyir, eyblərini gözünün qabağına gətirir.”
    öz eybindən xəbərsiz olmaq bədbəxtçilikdir.
    HƏSƏNAT SƏHİFƏSİ BOŞDUR
    Bir nəfər elm əhli dedi: Bir gecə öz haqqımda fikirləşirdim ki, əgər ölümüm çatsa necə olacağam, nicat və Cənnət əhli olacağam, yoxsa Cəhənnəm əhli? öz-özümə deyirdim: Məni Cənnətlik edəcək xatircəm olduğum bir əməlim yoxdur. Yalnız imanım və Əhli-beytin məhəbbəti qəlbimdə vardır. İman və Əhli-beytin məhəbbəti nicat tapmağıma, Cənnətə daxil olmağıma səbəb olsa da, bəs hədsiz günahlarımla nə edəcəyəm? Allah-Taala bağışlamasa, Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm və onun Əhli-beyti şəfaət etməsə, günahlarımın əzabı çox çətin olacaq.
    Bu qəm-qüssədə idim. Məni yuxu apardı. özümü vəhşətli bir səhrada yalqız gördüm. Üryan idim. Yalnız göbəyimdən ayaqlarımın üstünə qədər özümü bükmüşdüm. Bədənim çibana oxşar qara dənələrlə və yanıqla dolu idi. Məkanın vəhşəti və eybəcərliyi məni olduqca biçarə etmişdi. Birdən bir nəfər aşkar oldu. O dedi: Qiyamət bərpa oldu. Səni hesaba çəkmək üçün çağırırlar. Sonra məni apardı. Başqa bir nəfər gəlib dedi: "Səni oda atmağa məmur olmuşam.” O iki məmurun şiddətli həmkarlığı ilə sol tərəfə gedirdim. Onlara dedim: "Məni Allahın Rəsulunun və İmamların yanına aparın.” Dedilər: "Bizim icazəmiz yoxdur.”
    Sonra birdən gördüm ki, sağ tərəfdən Rəsuli Əkrəm və Əmirəl-Möminin Əli əleyhis-salam oturublar. Onların yanında üç nəfər də vardır. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm işarə edərək məni tələb etdi. Elə ki, o Həzrətə yetişdim, xəcalətin şiddətindən, çılpaqlığımdan, bədənimin rüsvayçılığından və oda Cəhənnəmə məhkum olmağımdan başımı aşağı salıb, salam verdim. Allhın Rəsulu mənim nameyi-əməlimi istədi. Yaxşılıqlarım olan səhifədə bir sətir yazılmışdı:
    "İman və Əhli-beytin məhəbbəti”.
    Daha orada başqa yaxşılıqlar yox idi. Lakin pisliklərim olan səhifə pozuldu və yaxşılıqarım olan səhifə yazı ilə doldu. Xülasə, Rəsuli Əkrəm əmr etdi ki, məni Cənnətə aparsınlar. Cənnətdə olan bir çayda qüsl etdim, bədənimin bütün çirkinlikləri pak oldu. Cənnət paltarlarından geydim və Cənnət meyvələrindən yedim.
    Bu dastanı nəql etməkdən məqsədim ilahi lütfün bir numunəsini bəyan etmək idi. Allah-Taala öz bəndələrinə ölməmişdən əvvəl batini və bərzəxi sifətlərini göstərir, təki özlərini islah edib hazırlasınlar. Tövbə suyu ilə öz çirkinliklərin yusunlar. Yalnız şəfaətə arxalanmasınlar. Şəfaətə çatana qədər dəfələrlə çətinliyə və təzyiqə düşməklərini bilsinlər.
    Allah-Taalanın əzəməti, böyüklüyü, intiqam alması, şiddətli əzabı, əzab edənlərin ən əzab edəni, Qurani-Məcidin bəyan etdiyinə əsasən qahiriyyəti və əzabının möhkəm olması haqqında fikirləşmək qorxunu yaradan səbəblərdən biridir.
    Doğrudan da insan nə qədər Allahı yaxşı və çox tanısa, bir o qədər xəşyəti və qorxusu çoxalar.
    Hətta bu cür Allah tanımaq bir həddə çatır ki, insanın həlak olmasına səbəb olur. Subhanəllah! Kitablarda qorxulu ayələrin vasitəsilə tamamilə dəyişənlər haqqında yazıblar. Mənsur Əmmar deyir: Bir məsciddə idim. Gördüm bir cavan namaz qılır. Başa düşdüm ki, hal əhlidir. Onun yanına gedib dedim: Ey cavan, Cəhənnəmdə "Ləzy” adında bir səhranın olmasını bilirsənmi?
    Cavan bir nərə çəkdi və huşu başından getdi. Elə ki, huşa gəldi mənə dedi: Yenə də de! Dedim:
    "Ey iman gətirənlər, özünüzü və əhlinizi elə bir oddan qoruyun ki, onun odunları insanlar və daşlardır, onun üzərində qəliz və şiddətli mələklər vardır.” Cavan bunu eşidərək elə bir nərə çəkdi ki, canını Haqqa tapşırdı Sonra onu aparmağa gəldilər. Ona qüsl verəndə gördüm ki, qüdrət qələmi ilə onun sinəsində yazılıbdır: həyatdadır, ali cənnətdə.”
    Sonra isə onu yuxuda gördüm. Ona dedim: Allah-Taala sənə hansı dərəcəni verdi?
    O, dedi: Allah-Taala məni şəhidlərdən də yuxarı apardı.
    Dedim: Necə?
    Dedi: Şəhidlər kafirlərin qılıncları ilə dünyadan köçürlər, mən isə Cəbbar Allahın qılıncı ilə.
    Əgər Quranın ayələri bizə azacıq təsir etsə çox yaxşı olar. Allah eləsin ki, qorxu atəşi qəlblərdə yaransın, təki şəhvətlər və dünya məhəbbəti qəlblərdən çıxsın. Peyğəmbərlər və İmamlar qorxu ölçüsüdür. Hər kəs müraciət etsə başa düşər ki, Əhli-beytdə olan qorxunu başqalarının qorxusu ilə müqayisə etmək mümkün deyil. Bilmirəm, niyə biz bu qədər qəflətdəyik? Şeyx Şüştəri demişkən, şeytan bizim qulağımıza nə oxuyubdur ki, bu qədər qəflətdəyik? Qorxu saleh, pak adamların xasiyyətidir. Qorxu və ümid olsa, iman da olar. Hər kəsi ki, görsəniz günahdan qaçır, bilin ki, qorxu və xovf əhlidir. Hər kəs şövqlə yaxşı əməllərə doğru gedirsə-ümid əhlidir.
    Bizim kimilərin qorxu mənbəsi, əimmə əleyhimussalam qorxu mənbəyi ilə fərqlidir. İmamların qorxu mənbəyi, günahsız olmaqları ilə yanaşı, məhcuriyyət qorxusudur. Onlar qorxurlar ki, öz məqamlarına çata bilməsinlər, öz məqamlarından aşağı ensinlər. Onlar Allahın ədalətindən qorxurlar. Onlar qorxurlar ki, layiqincə bəndəçilik və Allaha şükr etməyin öhdəsindən gələ bilməyələr.
    Ənəs deyir: Mədinənin küçələrində Rəsuli Əkrəm ilə gedirdim. Birdən gözlənilmədən o Həzrətin halı dəyişdi, az qaldı yerə yıxılsın. Başını yuxarı qaldıraraq dedi: "Pərvərdigara! Məni
    bir qırpım göz qədər də öz nəfsimin ümidinə qoyma!”
    Sonra Həzrət mənə buyurdu: "Allah-Taala Yunis əleyhis-salamı bir an öz başına buraxdı və o da giriftarçılığa düçar oldu.”
    Onların münacat və dualardakı nalələri, fəryadları elə buna görədir.
    Bizim qorxumuzun mənbəsi kiçik və böyük günahlardır. Bizim eşitdiklərimizi imamlar görürlər, Cəhənnəmin nə”rəsini eşidirlər. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Cəhənnəm nə”rə çəkən vaxt, əgər Allahın əmri olsa, məhşər əhlinin hamısını udar.”
    Bu barədə hədis çoxdur. Burada da yalnız bir hədisi qeyd edirəm. Hədisin məzmununun xülasəsini deyirəm. Aşağıdakı ayə
    "Cəhənnəm kafirlər və müşriklər üçün və”də verilən yerdir. Onun yeddi qapısı vardır. Hər qapı bir dəstəyə məxsusdur.”
    nazil olandan sonra Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in halı dəyişdi və şiddətlə ağladı. Peyğəmbərin dostları da ağladı. Amma bilmirdilər hansı ayə nazil olubdur. Onların heç biri o Həzrətin ağlamağının səbəbini soruşa bilmirdilər. Həzrəti Salman dedi: Həzrəti Zəhranın gəlib soruşmağından başqa heç bir çarə yoxdur. Həzrəti Zəhra əleyha salam-ın yanına gəlib ərz etdi: Ey Peyğəmbərin qızı! Atanın halı dəyişib, gəl soruş, gör nə olubdur?
    Zəhra çadrasını başına atdı. Salman deyir ki, gördüm ki, Zəhranın çadrasında on iki yamaq vardır. Salman ağlayaraq dedi: Kəsra və Qeysərin qızlarının paltarları hərir, ipək və sündüsdür. Amma Peyğəmbərlərin ağasının qızının paltarı bu cürdür. Bu məsələni Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə ərz edəndən sonra Fatimə əleyha salam buyurdu: Beş ildir ki, mənim və Əli əleyhis-salamın yalnız bir qoyun dərisi varımızdır. Gündüzlər onun üstündə dəvəyə ot verir, gecələr isə onun üstündə yatırıq. Balışımız da xurma lifindəndir. Sonra Fatimə əleyha salam Cəbrəilin hansı ayəni gətirdiyini əziz atasından soruşdu. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm yuxarıdakı ayəni axıra qədər qiraət etdi. Fatimə Zəhra əleyha salam ayəni eşidəndən sonra üzü üstə yerə yıxıldı və buyurdu:
    "Vay olsun, bir daha vay olsun o kəsə ki, cəhənnəmə daxil olar!”
    Əshabın hamısı nalə çəkirdi. Əmirəl-Möminin Əli əleyhis-salam əlini başına qoyaraq qiyamət səfərinin uzun müddətindən, səfər azuqəsinin azlığından nalə edərək deyir:
    O Həzrətin söhbətinin davamını "Biharül-ənvar”ın 10-cu cildində oxumaq olar.
    "Kifayətül-müvəhhidin” kitabında rəvayətlərlə nəql olunur ki, Cəhənnəmin 1-ci təbəqəsinin əzabı qalan altı təbəqəsinin əzabından azdır. Onun birinci təbəqəsi axırıncı peyğəmbərin ümmətindən olan günahkarların yeridir. Həmin günahkarlar orada bir müddət qalandan sonra, Allah-Taala məsləhət bilsə, öz rəsulunun şəfaəti ilə oradan çıxıb Cənnətə gedəcəklər. Bu haqda həmin kitaba müraciət edə bilərsiz.
    DUA ETMƏK GÖSTƏRİŞ DEYİL, YALVARIŞDIR!
    Bu ayədə başqa bir mühüm məsələyə toxunulur. Bizim Cənnətdə bu dərəcəyə çatmağımızın başqa bir səbəbi dünya evində dua əhli olmağımızdır. Cənnətə gəlməmişdən qabaq dünyada öz Allahımızı çağırardıq. Doğrudan da bizim Allahımız mehriban və bağışlayandır. "Birr” və "barr” mehriban, nazlayan deməkdir. Burada duanın əzəməti, böyüklüyü və əhəmiyyəti aydınlaşır. Duanın mənası, kiçiyin təvazö edərək böyükdən bir şey istəməsi deməkdir. Əgər mövla öz qulundan bir şeyi istəsə, buna göstəriş və hökm deyilir. Lakin qul öz ağasından bir şey istəsə, dua adlanır, hökm yox. Xülasə desək, aşağı dərəcəlinin yuxarı dərəcəlidən təvazökarlıqla və acizanə bir şey istəməsinə dua deyilir. Daha sadə bəyan etsək, dua acizlik üzündən gədalıq etməkdir. Hər qədər əcr və muzd çox istəsə gərək öz acizliyini duada daha çox bildirsin. Gədaların hər birinin bir cür dilənməyini görmüsünüz, biri bir az aciz olur, o birisi çox aciz olur, üçüncüsü daha çox aciz olur. Hər hansı birinin acizliyi artıq olsa, öz məqsədinə çox yaxşı çatır. Məsələn, sızıdaya-sızıldaya, ağlaya-ağlaya dilənən gədaya hər ürəyi rəhmli insan kömək edir. Bu duanın ədəbi mənasıdır. İndi görək Allah, bəşəri biçarə və aciz yaradıbdır? Yalnız bir yolu, o da bir tərəfli olan yolu, Allahçılıq yolunu onun üzünə açıq qoyub, təki Allahı çağırsın?
    Hər bir bəşərin, ya hal hazırda müsibəti vardır ya da sonra onun üçün müsibət baş verəcək Elə bir kəs yoxdur ki, yaşadığı dövrdə onun üçün xoşagəlməz hadisə baş verməsin. Qüssəsiz ürək bu dünyada yoxdur. Allah bu cür məsləhət bilir, təki insan təzyiqə məruz qalıb, Allaha ehtiyaclı olmasını bilsin, hər tərəfə baxsın, çarə yolu tapa bilməsin, axırda bir çarə yolu taparaq "Ey mənim Sahibim! Ey mənim Allahım!”, desin:
    Xülasə, dünya yaşayışının bəlaları, çətinlikləri, təzyiqləri insanı Allaha tərəf yönəlməyə və Allahı çağırmağa məcbur edir. Həmçinin böyük çətinlikləri Qiyamət və bərzəx aləminin əzablarını təsəvvür edərək, Allahı yadına salır. Bəşər insanların necə öldüyünü görüb, "Ey Allah! ölüm vaxtı mənim dadıma çat!” deyir.
    İnsan görür ki, ölüləri qəbrə qoyandan sonra qayıdırlar, Bu zaman deyir: "Ey mənim Allahım! Mənim təkliyimə rəhm et!”
    Siratın adı gələn kimi, nameyi-əməl və onun sağ və ya sol ələ verilməsi, əliboşluğu, biçarəliyi yadına düşür.
    Dərdi olmayanlar insan deyillər. Nə qədər dərd çoxalsa o qədər də dərman istəyirsən. Dərman nədir? Dərman duadır. Acizlik, ehtiyac, biçarəlik dua etməyə bais olur. Bunların hamısı müqəddimədir. Allah qadirdir bəşərin hər birini elə yaradardı ki, aciz olmasın. Lakin, Allahın hikməti bu cür tələb edir. Allahın hər kəsə məhəbbəti çox olsa, onun dərdini çoxaldar. Hər kəs bu cür məclisə çox yaxındırsa, ona bəla camını daha da çox verirlər. Bir neçə il bundan qabaq elə burada bu məscid bir nəfər namazın vaxtı keçəndən sonra məscidə gəlirdi. O məscidin sütunlarının dalında ah-nalə ilə namaz qılıb, ağlayırdı. Bir neçə müddətdən sonra gördüm əvvəlki kimi namaz qılmır. Böyük bir dünyəvi giriftarçılığın ona üz verdiyi məlum oldu. Giriftarçılıq aradan gedəndən sonra da həmin əvvəlki ibadət halı onda yox idi. Bəndədə bu hal tapılandan sonra ona bir hadisə üz gətirir. Müqəddəs Əhədiyyət nuru! Bu nurla ürəyi işıqlanır. "Ya Allah!”, "Ya Rəbb!” deməklə nur saçır. Bunun həqiqətini, dərin mənasını diqqət və əql əhli başa düşür. Başa düşür ki, ən uca hikmət onu, ilahi feyzi başa düşməyə vadar edir, istər hacəti qəbul ola, istərsə də qəbul olmaya. "Biharül-ənvar”ın altıncı cildində belə rəvayət olunur:
    Rəsuli Əkrəm ölüm yatağında olanda, Cəbrəil gecə-gündüz o Həzrətin yanına nazil olaraq deyirdi: "Allah-Taala sənə salam göndərir və sənin halını soruşur. Həmçinin sənin ümmətində xəstəni ziyarət etmək rəsmi olmalıdır.
    Cəbrail deyirdi: "Ey Müəmməd, bil ki, Allah səni çətinliyə salmayıbdır və Allahın yanında səndən əzizi yoxdur. Lakin Allah Taala sənin səsini və duanı eşitməyi istəyir, təki Allah-Taala səni bütün xalqdan fəzilətli edərək hazırladığı savaba və dərəcəyə çatdırsın.
    Əgər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm rahat olsaydı buyurardı: Allahı tərif və Ona şükr et! Çünki Allah-Taala istəyir ki, sən ona həmd və şükr edəsən, təki öz fəzlini sənin üçün çoxalda.
    "İddətüd-da”i” kitabında bir hədis vardır. Bu hədis həqiqətləri kəşf edən Əbu Əbdillah İmam Sadiq əleyhis-salamdan nəql olunu. O Həzrət buyurur:
    "Allah-Taalanın yanında
    bir dərəcə vardır. O məqama duadan başqa heç bir şeylə çatmaq mümkün deyil.”
    "Kafi” kitabında da İmam Sadiq əleyhis-salamdan belə nəql olunur:
    "Allahı, dua edərək çağırıb öz hacətinizi istəmək sizə vacibdir. Çünki dua kimi sizi Allaha yaxınlaşdıran bir şey yoxdur. Hətta kiçik hacətləri də Allahdan istəyin və utanmayın. Çünki həm kiçik hacətləri, həmin böyük hacətləri verən Allahdır.”
    Yəni, hər bir şeyi Allahdan istəyin, hətta xörəyin duzunu və ayaqqabının bağını.
    Aləmlərin Rəbbi olan Allahla insanın söhbət etməsi çox böyük nemətdir. Həmin şəxs, mən bir saat şahla söhbət etdim deyəndə nə qədər fəxr edər? Bəşərin səadəti Allaha üz tutduğu vaxtdır. İmam Zeynül Abidin əleyhis-salam Allaha üz tutub ərz edir:
    "Bizə mərhəmət etdiyin ən böyük nemət, dua etmək tövfiqidir. Əgər Sənin iznin və əmrin olmasaydı heç vaxt Səni çağıraraq "Ya Allah” deməyə cür”ət etməzdim.”
    Allah-Taala bəndənin duasını çox istəyir. Allah-Taala Musa əleyhis-salama buyurur: "Duzu da məndən istə!”
    Bu o demək deyil ki, evdə otur və de: "Ey Allah duz ver!” Bu o deməkdir ki, duz dalınca gedəndə də Allahdan kömək istə.
    Həzrət Musa əleyhis-salamın dişi ağrıyanda ona vəhy oldu ki, filan bitkini gedib tapsın və ondan istifadə etsin. Musa əleyhis-salam da o cür etdi və sağaldı. İkinci dəfə Musa əleyhis-salamın dişi ağrıdı. Bu dəfə birbaşa həmin bitki üçün durub getdi. Həmin bitkini dərib yedi. Lakin dişi sağalmadı. Musa əleyhis-salam Allaha ərz etdi: "Niyə bu dəfə dişimin ağrısı kəsilmədi?”
    Vəhy gəldi: "Ey Musa, birinci dəfə ümidini Mənə bağlamışdın. İkinci dəfə isə ümidini öz təcrübənə və həmin bitkiyə bağladın. Elə buna görə də sağalmadın.”
    Başqa bir hədisdə buyurur ki, Allahın yanında duadan çox heç bir əməl sevimli deyil. Allah istəyir ki, ondan bir şey istəyələr. Çünki, hər dəfə "Ya Rəbb” desən Allah-Taala buyurur: "Ləbbeyk!” Yəni Mən səni eşitməyə hazıram. Əlbəttə, əgər məsləhət olsa, bəndənin hacəti qəbul olacaq, əgər məsləhət olmasa qəbul olmayacaq və həmin dua axirət üçün zəxirə olacaq. Bu qədər bəlalar insanı Allaha tərəf getməyə məcbur edir. Xoş o adamın halına ki, özü Allahı yada sala, bəlanın gəlməsini gözləməyə.. Xoş o adamın halına ki, duası qəbul olandan sonra yenə də dua edə.
    Çoxlu rəvayətlərdə yazılıbdır ki, əgər vəba kimi ümumi bəla, ya fəqirlik kimi şəxsi bəla gəlsə, bu bəlanın çox çəkməsini bilmək istəsən, gör dua etməyə halın vardır yoxsa yox? Əgər dua etməyə halın olsa bəla tez çəkilər, əgər dua etməyə halın olmasa bəla çox çəkəcək.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 519 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019