İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    DUA MƏQAMIN YÜKSƏLMƏSİNƏ SƏBƏB OLUR
    Rəvayət olunur ki, əməlləri bərabər olan iki nəfərə Cənnətdə bir yerdə yer verəcəklər. Lakin onlardan birinin dərəcəsi o birinin dərəcəsindən böyük olacaq. Dərəcəsi kiçik olan Allahdan onun səbəbini soruşacaq. Allah-Taala belə buyuracaq: "Sənin yoldaşın dünyada məndən çoxlu hacət istəyirdi, çox dua edirdi.”
    Diqqət etmək lazımdır ki, əmr formasında dua etməməliyik, əksinə gərək yalvarış formasında dua edək.
    Bəzi adamlar dua əvəzinə hökm edir. özü üçün məsləhət təyin edir. Deyir, gərək bu cür olsun, o cür olsun. Əgər öz istədiyi kimi olmasa etiraz edir. Bu cür etmək lazım deyil. Əgər dua edəndən sonra hacətin verilsə, şükr et! Gəda hara, boynu yoğunluq etmək hara? O qədər ki, səni saxlayırlar bəsindir və buna fəxr etməlisən, bu sənin şərəfindir.
    İmam Baqir əleyhis-salam buyurur: Allahın bəndələrindən bəziləri hacət istəyirlər. Allah tərəfindən mələklərə nida gəlir ki, onların hacəti qəbuldur. Amma hələ indi verməyin. Çünki mən onun naləsini sevirəm. Bəzi gədalar kimi ki, evlərə gedib Əhli-beyt (imamları) tərif edirlər. Ev sahibləri onların səsindən xoşları gəldiyinə görə hacətlərini gec verirlər.
    ƏN PAXIL, ƏN ACİZ VƏ ƏN ZÜLÜMKAR XALQ
    Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən duanın əzəməti haqqında bir hədis nəql olunur. Həzrət öz əshabına buyurur: İstəyirsiz xalqın ən paxıl, ən aciz, ən zülmkar, ən oğru, ən tənbəlinin kim olduğunu sizə xəbər verim?
    Həzrət buyurdu: Xalqın içində ən paxıl o adamdır ki, bir müsəlmanın yanından keçə, amma ona salam verməyə. Salam vermək elə bir şey deyil ki, onda da paxıllıq edəsən. Salam verməyin yüz savabı vardır. Onun doxsanı salam verənə, qalan onu isə salamın cavabını verənə çatır. Başqa bir cəhətdən salam vermək vəhdət və birlik yaradır. Xalqın ən tənbəli o adamdır ki, bekar ola, eyni zamanda da Allahın zikri ilə məşğul olmaya. Zikr etmək ki, çətin bir iş deyil. "Kafi” kitabında rəvayət olunur ki, əgər bir adam gündə 100 dəfə "la ilahə illəllah” desə, heç kəsin ondan çox əməli olmaz. Yalnız ondan çox "la ilahə illəllah” deyənin əməli onun əməlindən çox olar.
    "Xalqın içində ən zülmkar adam o kəsdir ki, mənim, (yəni Həzrət Peyğəmbərin) adımı eşidir, lakin salavat çəkmir.”
    Doğrudan da bizim ruhani atamız və bizə böyük yol göstərən Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-in adını eşidib salavat çəkməmək nə qədər də böyük zülmdür. Bundan əlavə salavat çəkmək insanın özü üçün də savabdır. Bu hədis kitablarında yazılıbdır.
    Xalqın ən oğrusu namazında bir hissəsini oğurlayan adamdır. Məsələn, ruku zikrini düz əda etmir, diqqətlə namaz qılmır, sözlərində və fellərində qərar tapmır, səcdəyə çatmamış səcdənin zikrini deyir. Namaz Allah əmanətidir, gərək ona çox əhəmiyyət verək.
    Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hədisin arxasınca buyurur:
    "Xalqın ən acizi o adamdır ki, dua etməyə acizlik edir.” Bu hissə bizim söhbətimizə aiddir Giriftar olur, amma Allaha üz tutub kömək istəmir. Elə bil ki, ölü kimi nəfəs çəkmir, elə bil ki, oğru bir nəfərin evini çapır, amma ev sahibi heç olmasa qışqırmır. Ay cahil insan! Şeytan sənin qəlbində oğurluq edir, heç olmasa "ya Allah” demirsən, Allahdan kömək istəmirsən! İnsan qəlbinin dərdini bilib dua etmirsə necə ola bilər? Quşa da güllə dəyəndə qol-qanad çalır. Bizə güllə dəyibdir, bəlkə bizim namazımız qəbul olubdur?! Biçarə o adamdır ki, nalə də etmir. İmam Zeynül Abidin əleyhis-salam nalə edərək İlahinin dərgahına ərz edir:
    "Günah məni yerə yıxıbdır, Sən məni qaldır.”
    Məqsəd duanın əzəmətidir. Dua haqqında rəvayət çoxdur.
    İŞLƏR DÖRD ŞEYƏ QAYIDIR
    Allah tərəfindən bəşərin atası Adəm əleyhis-salama vəhy oldu: Bütün mətləblər, xeyr işlər dörd kəlmədə yerləşibdir. Adəm əleyhis-salam ərz etdi: O dörd şey nədir? Allah-Taala buyurdu: Biri Mənə aiddir, biri sənə aiddir, biri sən ilə xalqa aiddir, o biri isə Mənimlə sənə aiddir.
    Birinci, Mənə aid olan şey budur ki, Mənə ibadət edəsən, Mənim üçün şərik qərar verməyəsən. İkinci, sənə aid olan şey budur ki, ehtiyacın olan şeyi sənə verəcəyəm. Üçüncüsü, səninlə xalqa aid olan şey budur ki, necə ki, ürəyin istəyir xalq səninlə rəftar etsin, eləcə də sən xalqla rəftar et! Dördüncüsü, mənimlə sənə aid olan şey budur ki, sən gərək dua edəsən mən də qəbul edim. Gəda yalvarmaq bacarmırsa ev sahibinin günahı nədir? Allahdan başqa hər bir şeyi ürəkdən çıxartmaq duanın şərtidir.
    ALLAHDAN QEYRİSİNDƏN ÜMİDİ KƏSMƏK DUANIN ŞƏRTİNDƏNDİR
    Duanın qəbul olmasının ən mühüm şərtlərindən biri dua edən zaman Allahdan başqa hər şeyi yaddan çıxartmaqdır. Gərək ürəyini Allahdan başqa heç kəsə bağlamayasan. Bu ən mühüm şərtdir. Az olur ki, Allahı hazır bilə, başqalarını aciz. Əgər yalnız Allahı öz nəzərində tutsa duası qəbul olacaq. Elə buna görə də bir nəfər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən Allahın ismi-ə”zəmini öyrənməyi istədi. Həzrət buyurdu: "Ürəyini Allahdan başqa hər bir şeydən boşalt və "Ya Allah” de!”
    HARAM MAL YEMƏK VƏ MƏZLUMUN AH-NALƏSİ DUANIN QƏBUL OLUNMASINA MANE OLUR
    Duanın qəbul olmasının şərtlərindən biri haram çörək yeməməkdir. Haram tikə duanın 40 gün qəbul olmasına mane olur. Həmçinin əgər bir məzlum insanın əlindən nalə çəksə, zalımın duası qəbul olmaz. Bəzi vaxtlar məzlumun ahı insanı alçaqların ən alçağı dərəcəsinə endirir.
    Tarix kitablarında yazılıbdır ki, Fironun adamlarından biri Bəni israil tayfasından olan bir qızın qulağından sırğanı çəkdi. Qızın qulağı qana bulaşdı. Qız başını qaldıraraq dedi: "Ey Allah sən özün bu zülmə şahidsən!”
    İran sultanlarının biri haqqında yazılıbdır ki, bir gün axşam onun yuxusu gəlmirdi. öz-özünə dedi, ola bilsin bir məzlumun ahı mənim başımın üstündədir. O paltarını geydi və evdən çölə çıxdı. Bir az gəzmişdi ki, məscidin qabağından keçəndə orada kiminsə nalə etdiyini eşitdi. Məsciddə bir məzlum nalə edərək deyirdi: "Ey Allah, sultanı həlak et!” Sultan məscidə girib həmin məzluma dedi: Mən şaham, de görüm sənə kim zülm edibdir?” Həmin məzlum kişi cavab verdi: "Sənin qoşunundan bir nəfər hər gecə mənim evimə gəlir və zorla arvadımla cinsi əlaqədə olur.” Şah o kişinin evinə getdi. İşığı söndürüb həmin zinakarı öldürdü. Sonra işığı yandırıb şükr səcdəsi etdi. Ev sahibi ondan soruşdu: "Nə üçün işığı söndürdün və şükr səcdəsi etdin.?” Şah dedi: "İşığı söndürdüm ki, əgər həmin zinakar oğlum da olsa onu öldürəm. Şükr səcdəsi də buna görə idi ki, gördüm həmin zülmkar mənim oğlum deyil.”
    ALLAHA ÜMİDVAR OLMAQ
    Duanın şərtlərindən biri də Allaha xoşbin olub ona etimad etməkdir. İnsan şəkk etməməlidir ki, onun hacəti nə qədər də böyük olsa Allahın qüdrəti qarşısında heçdir. İmam Sadiq əleyhis-salam buyurur: Dua edən zaman elə fikirləş ki, hacətin qəbul olmaq üzrədir.
    Duanın şərtləri çoxdur. Amma Allah-Taala o şərtlərin qarşısında müəyyən vaxtları təyin edibdir ki, əgər o şərtlər olmasa da dua qəbul olur. Həmin vaxtlardan biri gecənin axırıncı 1÷3 hissəsidir. Başqa bir vaxt gecənin 2-ci hissəsinin 1-6 hissəsidir. Əgər bu cür vaxtlarda insan namaz qılsa, hacət istəsə, qəbul olar. Başqa bir vaxt günorta çağıdır. Həmçinin, gün batan çağı, xüsusilə cümə axşamı və cümə gününün axırıncı saatı. Bu vaxtlar duanın qəbul olunan vaxtlarıdır.
    Fizzə rəvayət edir ki, Həzrəti Zəhra əleyha salam mehrabda idi. Məni damın üstünə göndərdi ki, hər vaxt günəş batsa qürub etsə o Həzrətə xəbər verim.
    DUA ETMƏYİN İBTİDAİ ƏDƏBLƏRİ
    Zahiri və batini paklıq duanın əvvəlinci ədəblərindəndir. Bədən və paltar dua edən vaxt gərək pak olsun. İnsan duadan qabaq gərək qüsl etsin, ya dəstəmaz alsın. Müstəhəb qüsllərdən biri hacət qüslüdür. Batini paklaşdırmaq üçün gərək dua edən vaxt qəlbi pak edəsən. Məsələn, əgər bir müsəlmana qarşı kin-küdurət və ya bədbindirsə bunu ürəyindən çıxartsın, ya əgər günah edibsə tövbə etsin.
    Rəvayət olunur ki, Həzrət Davud əleyhis-salam səhraya münacat etməyə getməmişdən bir həftə qabaq onun müqəddimələrini hazırlaşardı. Məsələn, bir həftə oruc tutardı. O cümlədən, əgər qəlb Allaha tərəf yönəlməsə, işlər düzəlməyəcək. Allaha tərəf ürəyi yönəldiyinə görə gərək ürəyi təmizləyəsən, sonra Allaha tərəf üz gətirəsən.
    İmam Sadiq əleyhis-salamdan hədis nəql olunur ki, o Həzrət buyurur: Bəni İsrail tayfasından olan bir nəfər üç il dua edərək Allahdan oğul istəyirdi. Lakin duası qəbul olmurdu. Üç ildən sonra o kinayə edərək dedi: "Pərvərdigara, üç ildir ki, duam qəbul olmur!” Gecə yatdı və yuxuda gördü ki, bir nəfər ona deyir: "Sən üç ildir ki, Allahı çirkin dillə, napak niyyətlə, qürurlu qəlblə çağırırsan. Gərək dilini pis, nalayiq sözlərdən qoruyasan, ürəyini Allah qorxusu ilə doldurasan. Təki duan qəbul ola.”
    Həmin kişi bir il qəlbini və dilini paklaşdırdı. Allah da onun duasını qəbul etdi və ona bir övlad verdi.
    "İddətüd-dai” kitabının müəllifi bu hədisi nəql edəndən sonra duanın qəbul olması üçün dörd şərt sayır:
    1-Dili günahdan paklaşdırmaq;
    2-Qəlbin qəsavət bağlamaması (daş ürək olmaya);
    3-Niyyəti gözəlləşdirmək. Məqsəd yaxşı niyyətə malik olmaqdır, yəni Allaha qarşı yaxşı niyyətə malik olmaqdır. Bilməlidir ki, Allah-Taala onun duasını qəbul edəcək. Əgər dua gec qəbul olsa bilsin ki, məsləhət o cürdür. O cümlədən məsləhət bəndənin halını islah etməkdir.
    4-Etdiyi günahlardan tövbə etməkdir, yəni dua etməmişdən qabaq etdiyi günahların hər biri üçün peşman olsun və tövbə etsin.
    Duanın ədəblərindən biri də duadan qabaq sədəqə verməkdir. Necə ki, Allah-Taala Qurani Məciddə buyurur:
    "Mal və sərvət sahibi öz sərvətindən gərək infaq edə. Yaşayışı çətinləşən və ya fəqir olan adam da Allahın ona verdiyi nemətlərdən infaq etsin”.
    Allah tərəfindən vəhy oldu ki, hər kəs Rəsuli Əkrəm ilə nəcva etsə, sədəqə versin. Bu ayəyə ancaq İmam Əli əleyhis-salam əməl etdi. Sonra bu ayə nəsx olundu. Xülasə, sədəqə ürəyi şad etdiyinə görə Allah-Taala da sədəqə verənin ürəyini şad edir. Həmçinin, dua etməmişdən qabaq gərək ətir vurasan.
    DUA EDƏNDƏ TƏLƏSMƏMƏLİSƏN
    Dua edəndən sonra duanın qəbulu üçün tələsmək lazım deyil. Lazım deyil ki deyəsən, "niyə çox çəkdi” Əksinə, böyük səbrlə, hövsələ ilə dua etməkdən əl çəkməməlisən. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurub:
    "Əgər bir qapını döysən, axır bir nəfər çıxıb sənə cavab verəcək.”
    İnsan Allahla söhbət etmək istədiyinə diqqət etməlidir. Ona görə tələsməməlidir. Namaz qılanda da tələsmək lazım deyil.
    Rəvayət olunur ki, əgər namazdan sonra bir nəfər dərhal durub getsə, Allah tərəfindən nida olunar: "Mənim bəndəmin mənimlə işi yox imiş!”
    Gərək namazdan sonra namazın təqibatı ilə məşğul olasan. Xüsusilə bu iş, ruzinin çoxalması üçün çox yaxşı işdir.
    HACƏTİ GƏRƏK DİLƏ GƏTİRƏSƏN
    Duanın ədəblərindən biri də istədiyi, hacəti açıq surətdə deməkdir. Yəni, istədiyi hacətin adını da gərək desin. Məsələn, əgər borcludursa dili ilə onu qeyd etsin. Əgər ərəb dilini bilirsə, ərəb dilində desin. Xülasə, Allah istəyir ki, hacəti dilə gətirəsən. Buna baxmayaraq ki, Allah-Taala aşkar və gizli olan şeylərin hamısını bilir.
    DUA EDƏNDƏ CİDDİ OLMAQ, İSRARLA İSTƏMƏK LAZIMDIR
    Duanın ədəblərindən biri "ilhah” etmək, yəni israr etmək, əl çəkməməkdir. Dilənçiləri görmüsünüz? O, nə qədər çox əl çəkməsə o qədər də istədiyini alır. Çoxlu rəvayət vardır ki, Allah-Taala bir xüsusiyyəti yalnız özünə aid edibdir. Gərək onu Allahdan başqası üçün yerinə yetirməyəsən. O da bir şeyi alana qədər istəmək və əl çəkməməkdir. Allah-Taala istəyir ki, bəndələri bir şey istədikdə istədiyi şeydə Ondan əl çəkməsinlər. Heyf olsun ki, insan öz hacətini zəif bir bəndədən almayınca əl çəkmir.
    Yorulmamaq, inciməmək, xatircəmli və vüqarlı olmaq bunların hamısı duaların şərtləridir.
    özündən başqalarını da gərək dua edəsən.
    DUADA BAŞQALARINI DA ŞƏRİK ETMƏLİSƏN
    Duanın ədəblərindən biri də hamını dua etməkdir. Məsələn, əgər bir nəfərin borcu vardırsa yalnız öz borcunu ödəmək üçün dua etməyə, bütün borclu Möminləri öz borclarını ödəmək üçün dua etsin. Yəni, "mən” kəlməsinin əvəzinə "biz” desin.
    Mərhum Əllamə Məclisi buyurur: "Allahummə-hdini min indik” kimi duaların əvəzinə "Allahummə ihdina min indikə” duasını oxumaq lazımdır. (Yəni "məni hidayət et” yerinə "bizi hidayət et” demək.)
    Hamı bir olan Allahın bəndəsidir. Başqalarını da gərək öz duanda şərik edəsən, təki başqalarının xatirinə, Allah-Taala dua edənin hacətini də versin.
    Duanın başqa bir ədəbi Allah-Taalanın qüdrətinə arxalanmaqdır. Yəni, hacəti istəyən zaman bilməlidir ki, bu hacəti vermək Allah üçün çox asandır. Sənin hacətin ölünü diriltməkdən çətindir. Allahın qüdrətinə etimad et, sonra dua et! Yəqin etməlisən ki, əgər məsləhət olsa Allah-Taala qəbul edəcək.
    Bəzi vaxtlarda qəribə əhvalatlar baş verir, kimsə infrakt keçirərək ölür, qəbrə qoyulandan sonra huşu başına gəlir. Allah-Taala onlara müxtəlif yollarla qəbirdən nicat veribdir. Bu cür hadisələri danışsaq söz uzanar.
    Nəcəfi-Əşrəfdə Şeyx Mühəmməd Həsən Qumi adlı bir nəfər olubdur. O "qəbirdən çıxıb qaçan” ləqəbini özünə almışdır. Bu hadisəni sizin üçün danışıram.
    O, cavan yaşında ölür. Məhəmməd Həsən Qumi anasının bircə oğlu idi. Anası evin damına çıxıb dua edərək deyir: "Ey Allah, mənim bir oğlum var idi ki, o da öldü. Onu mənə qaytar.”
    O qədər Allaha yalvarır ki, elə həmin dua etdiyi zaman oğlu dirilir.
    Bu cür hacətləri yerinə yetirmək Allah üçün çətin deyil. Elə bil ki, Hatəmi Tainin evinə on şahı üçün gedirsən, ya elə bil ki, bir nəfər dəryanın yanında yaşayan adamdan su istəyir. Xülasə, dua edən adam gərək Allahın qüdrətini nəzərə alsın və bilsin ki, hər nə istəsə bir göz qırpımında istədiyi şeyin qəbulu mümkündür.
    Görürsən ki, kasıb varlaşır, zəif gücləşir. Axirət hacətləri də bu cürdür, günaha bulaşmış adam, ürəyi qaralmış, daş ürəkli olmuş insan, daha doğrusu ölmüş ya ölməyə az qalmış insanın qəlbini Allah-Taala bir göz qırpımında paklaşdırır, ölmüş qəlbini dirildir. İnsan gərək ürəkdən "əl”əfv” yəni, "Allah, məni bağışla!” desin. öz kiçikliyinə baxma, Allahın böyüklüyünə bax. "Səfinətül-bihar” da İmam Sadiq əleyhis-salamdan bir hədis nəql olunubdur. Həzrət buyurur: Yunus peyğəmbər bir dənə üstün işi yerinə yetirmədiyi üçün balığın qarnında həbs oldu.
    Balıq hərəkət edərək Qarun olan yerə çatdı. Qarun təzə bir səs eşitdi. Onun üçün məmur olmuş mələkdən soruşdu: Bu səs nədir?
    Mələk dedi: O səs, balığın qarnındakı Yunus peyğəmbərin səsidir. Qarun dedi: "İcazə verirsən onunla danışım? Mələk ona icazə verdi. Qarun Yunusdan soruşdu: Harun nə vəziyyətdədir? Yunis əleyhis-salam dedi: O dünyadan gedibdir. Qarun Musa əleyhis-salam ın vəziyyətini soruşdu. Yunus əleyhis-salam dedi: O da dünyadan gedibdir. Qarun onların hər ikisi üçün ağladı. Allah-Taala mələyə əmr elədi ki, Qarunun əzabını öz yaxın adamları üçün ağladığına görə azalt.
    Başqa bir rəvayətdə yazılıbdır ki, Qarun Yunis əleyhis-salama dedi: Mənim tövbəm Musa əleyhis-salamın əlində idi. Mən o Həzrətə müraciət etdim, amma məni qəbul etmədi. Əgər sən Allaha müraciət etsən və tövbə etsən, sənin tövbəni birinci dəfə qəbul edəcək.
    Qarunun günahı Musa əleyhis-salam ilə müxalifətçilik edib o Həzrətə töhmət vurmaq idi. Elə buna görə də onun tövbəsinin qəbul olması Musa əleyhis-salamı razı salmaq ilə bağlı idi. Elə Qarunun Yunus əleyhis-salam ilə söhbəti də bu haqda idi. Lakin, Yunus əleyhis-salam günahı üstün işləri yerinə yetirməməyi də özü üçün günah bilirdi. Allahın hökmündən narazı qalmaq və öz qövmünə bəlanın nazil olması idi. Elə buna görə də Yunis əleyhis-salamın günahı Allah-Taalanın qarşısında idi. Günahkar bəndə Allaha üz tutub tövbə etsə, Allah-Taala da onun birinci dəfə etdiyi tövbəni qəbul edəcək.
    Bu rəvayətləri nəql etməkdə məqsəd, insanın Allaha qarşı yaxşı niyyətdə olmasıdır. Bəndə hər kim və ya hər nə cür olsa da gərək heç vaxt Allahdan məyus olmasın. Bilsin ki, Allahın rəhmətindən məyus olmaq özü də böyük günahdır. Üstəlik kafirliyə də yaxındır. Bəndənin Allaha olan ümidi möhkəm olmalıdır. Xülasə, dua edən zaman duanın Allah tərəfindən qəbul olmasına xatircəm olmaq lazımdır.
    Allahlıq iddiasında olan Firondan pis olan adam ki, yoxdur. Hətta Allah-Taala onun da duasını qəbul etdi və qoşunu ilə birlikdə onu qərq olana qədər rüsvay etmədi. "Biharül-ənvarın” 5-ci cildində rəvayət nəql olur. O rəvayətin xülasəsini sizin üçün danışıram.
    Nil çayının suyu azalandan sonra, misirlilər dedilər: Firon Allahlıq iddiası edən zamandan bəri Nil çayının suyu azalmışdır.
    Firon qoşunu ilə səyahətə çıxdı. O, qoşundan ayrılaraq tək-tənha çayın kənarı ilə gedirdi. O gözdən itənə qədər getdi. Artıq onu heç kəs görmürdü. Firon özünü üzüquylu torpağın üstünə atdı. Allahın dərgahına üz tutub yalvararaq ərz edirdi: "Ey mənim Allahım! Mən yalan danışdığımı bilirəm. Lakin, mən səndən axirət istəmirəm, dünyanın rəyasətliyini istəyirəm. Sən məni rüsvay etmə, bu çayın suyunu çoxalt!” Xülasə, su çoxaldı. Elə fikirləşməyin ki, Fironun duasının qəbul olunması xalqın azmasına səbəb oldu. Gərək bu cür olmayaydı. Çünki, əgər Firon yüzlərlə qeyri-adi işlər görsəydi də onun Allahlıq iddiasında olmasının puçluğu aşkar olacaqdı. Çünki, hər bir ağıllı insan Fironun başqaları kimi bəşər və aciz məxluq olduğunu başa düşürdü.
    Bəli! Fironun duasının qəbul olması misirliləri imtahan etmək üçün idi.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 799 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024