İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    BİRLİKDƏ OLUNAN DUA QƏBULDUR
    Duanın ədəblərindən biri də birlikdə dua etməkdir. Ola bilməz ki, 40 nəfər dua etsin və onların duası qəbul olmasın. Nə qədər çox adam dua etsə, bir o qədər dua təsirli olar. Əgər 40 dənə pak ürək "Ya Allah” desə, necə ola bilər ki, dua qəbul olmasın. Mübahilə hadisəsində Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm tək gəlmədi, İmam Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam ilə birlikdə gəldi. Allah-Taala birlikdə edilən duanı çox istəyir, sevir. İmam Sadiq əleyhis-salam buyurur: Atam İmam Baqir əleyhis-salam mühüm hacəti olanda evdəkilərin hamısını, hətta kənizləri və qulları bir yerə yığıb deyirdi: "Mən dua edirəm, siz də amin deyin!”
    Məqsəd budur ki, dua birlikdə olunsa çox gözəl olar. İstər hamı birlikdə dua oxuya, istərsə də bir nəfər dua oxuya qalanları amin deyə.
    Həzrəti İmam Zeynəl Abidin əleyhis-salam ramazan ayının axırıncı günü kənizləri və qulları bir yerə yığıb, onların arasında duraraq buyurardı: "Mənim üçün dua edin və Allahdan mənim bağışlanmağımı istəyin”
    Rəvayətdə buyururlar: Əgər dua etmək üçün 40 nəfər olmasa, 10 nəfər bir yerə cəmləşin. Hər biriniz 4 dəfə dua edin. Əgər 10 nəfər olmazsa, 4 nəfər bir yerdə yığılın və hər biriniz 10 dəfə dua edin. Əgər bir nəfər olsan 40 dəfə dua et!
    DUADAN QABAQ ALLAHA HƏMD VƏ ŞÜKR
    Duanın şərtlərindən başqa biri də duadan qabaq Allaha şükr və həmd etməkdir. Məsələn, "Covşən Kəbir” duasında bir neçə fəsil oxusun, ya İmam Əli əleyhis-salamdan nəql olunmuş aşağıdakı duanı oxusun:
    Allaha həmd və səna göndərəndən sonra öz günahlarına iqrar edərək onların bağışlanmasını istəsin. Həmçinin, Allahın nemətlərini saysın.
    İmam Hüseyn əleyhis-salam "Ərəfə” duasında Allahın bütün nemətlərini sayır. İmam Hüseyn əleyhis-salam Allaha ərz edir: "Pərvərdigara, məni anamın qarnından dünyaya gətirdin, nemətləri verdin, paltar verdin.”
    İmam Səccad əleyhis-salam "Əbuhəmzə Somali” duasında Allaha ərz edir:
    "Ey mənim Ağam, mən kiçik idim, məni tərbiyə etdin. Heç nə bilmirdim məni alim etdin. Azmışdım, hidayət etdin. Mən kiçik bir insan idim, məni yüksəltdin.”
    İmam Sadiq əleyhis-salamdan soruşdular: "Bu qədər dua edirəm nə üçün qəbul olmur?”
    Buyurdu: "Çünki, duanın şərtlərinə əməl etmirsən.”
    Duanın başqa bir şərti duadan qabaq salavat deməkdir. Çünki, Məhəmməd səlləllahu əleyhi və alihi və səlləm və Onun Əhli-beytinin bizim boynumuzda haqqı vardır. Həmçinin, onların hörmətinə xatir, biz də hörmət sahibi oluruq.
    ZÜLEYXA HƏZRƏT MÜHƏMMƏDİN SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM MƏHƏBBƏTİ İLƏ HÖRMƏT QAZANIR
    İmam Sadiq əleyhis-salamdan rəvayət olunur ki, Yusif əleyhis-salam Misirin səltənət taxtına çıxandan sonra, Züleyxa qocalıb əldən düşürdü. Bütün sərvətini də əldən vermişdi. Bir gün Züleyxa bir nəfərə dedi: Yusifin yanına get! Ona de ki, Züleyxa səninlə bir dəfə söhbət etmək istəyir. Həmin adam Züleyxaya qulaq asmadı. O, Züleyxaya dedi: Sən, bütün etdiyin əməllərlə yanaşı ikinci dəfə necə üzün gəlir Yusiflə söhbət edəsən? Züleyxa ona dedi: Həzrət Yusif dünya əhli deyil, o, Allahdan qorxur. Elə buna görə də məni incitməyəcək. Xülasə, həmin şəxs Həzrəti Yusif əleyhis-salama dedi: Züleyxa səninlə görüşmək istəyir. Yusif əleyhis-salam Züleyxaya icazə verdi. Züleyxa Yusif əleyhis-salamı görən kimi dedi: Allaha şükr olsun ki, itaət, ibadət vasitəsilə Misirin əzizinin şahlığını sənə qismət etdi. Misirin əzizini isə Allaha itaətsizlik etdiyinə görə onu alçaltdı.
    Yusif əleyhis-salam Züleyxadan, onun sevgisi barəsində soruşdu. Züleyxa ərz etdi: "Sənin gözəlliyin məni sənə aşiq etdi.”
    Yusif əleyhis-salam buyurdu: Əgər axırıncı Peyğəmbərin zahirdə və batində məndən gözəl olan camalını görsəydin nə edərdin?
    Züleyxa ərz etdi: Düz buyurursan.
    Yusif əleyhis-salam buyurdu: Sən bunu haradan bilirsən?
    Züleyxa ərz etdi: Axırıncı Peyğəmbərin adını eşidən kimi onun məhəbbəti qəlbimə doldu.
    Elə həmin saat Cəbrail Həzrəti Yusif əleyhis-salamın yanına nazil oldu, dedi: "Pərvərdigari-aləm buyurur ki, Biz Züleyxanı dost tuturuq, çünki, o, Həzrəti Mühəmmədi dost tutur.”
    Sonra Yusifə nida çatdı ki, gərək Züleyxa ilə evlənsin. Və Yusif də Züleyxa ilə evləndi.
    SALMANIN ÜÇ İSTƏYİ
    Salman Farsı buyurur: "Hər vaxt sizlərdən birinin padşaha işi düşsə, onun yaxın adamlarına, qohum-əqrəbasına müraciət edin ki, həmin işi yerinə yetirsin.”
    Bu yerdə Həzrəti Salman buyurur: "İlahi nizamda heç kəsin şərəfi, şərafəti Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm kimi deyildir. Ona və Onun Əhli-beytinə pənah aparın ki, sizin hacətlərinizi yerinə yetirsinlər. Münafiqlərdən bir neçəsi Salmana irad tutub dedilər ki, sən bu sözü düz deyirsənsə, Allahdan istə səni camaatın içərisində ən varlı şəxslərdən biri etsin. Salman buyurdu: "Mən Allahdan üç şey istəmişəm. Birincisi budur ki, Allahın zikrini məşğul edən dil əta etsin. İkincisi, Allahın müqabilində xaze olan qəlb əta etsin. Üçüncüsü də budur ki, dünya müsibətlərinə və bədənimə yetən zəhmətlərdə səbrli olum. Mənim Allahdan istədiklərimi Allah mənə əta etdi. Və Allahın mənə əta etdiyi şeylər, dünyanın bütün mülkü və onun içində olanlardan yüz min dəfə əfzəldir.”
    Qısaca demək olar ki, məqsəd budur ki, duanın şərtlərindən biri salavat göndərməkdir. Əgər hər hansı bir duanın əvvəli və axırı qəbul olunsa, ortası hökmən qəbul olunar.
    Cümə axşamı günü axşam çağından, cümə axşamı gecəsindən cümə günü axşamına qədər məlaikələr yer üzünə nazil olur və salavat göndərən şəxslərin salavatını yazırlar.
    Bir nəfər Həzrəti Sadiq əleyhis-salama ərz etdi: mən elə ki, Kəbəyə getdim, o yerdə Peyğəmbər və Ali-Peyğəmbərə salavat göndərməkdən başqa yadıma bir şey düşmədi. Həzrət buyurdu: Oradan çıxan şəxslər içərisində səndən başqa heç kəs savab qazanmamışdır. Yəni, Peyğəmbər və Ali-Peyğəmbərə salavat göndərmək duaların hamısından əfzəldir. Hər kəsin Peyğəmbərə məhəbbəti varsa, bu məhəbbət məhv olub aradan getməz. Əgər o şəxs Cəhənnəmə getsə, rəvayətdə nəql olunub ki, o şəxs Cəhənnəmə gedəndə nə qədər ki, Allahı Peyğəmbərə və Onun Əhli-beytinə and verməyib, Allah onu Cəhənnəmdən xilas etməz.
    Duanın şərtlərindən biri də xüzu və sidqi qəlbdir. Duanın başqa qaydalarından biri də budur ki, insan öz qəlbini xaşe, zəlil etsin, öz qəlbinin sınıqlığı üçün lazım olan vasitələri, şərtləri hazırlasın. Əgər qəlb xaşe olsa dua müstəcəb olunar. Hətta buyurulur ki, qəbirstanlığa get və ölülərlə danış ki, bəlkə sənin halın dəyişildi. Həmçinin qəlbinin iqbalı da duanın mühüm şərtlərindən biridir. İqbalın mənası budur ki, hər hansı bir mətləbi Allahdan sidqi qəlb ilə, təkcə dillə deyil, sidqi qəlblə istəsin. Çünki, dil qəlbin mültəzimidir. Əgər həqiqi insan su istəyirsə, onun üçün su gətirirlər. Amma, adi adam nə qədər su deyə fəryad etsə də heç kəs ona cavab vermir. Həmçinin duada da qəlb işə düşməlidir. Məsələn, həyatı və yaxud evi təhlükəyə düşən insan necə kömək istəyirsə, yaxud tufanlı dəryada gəmiyə minən bir kəs necə Allahı çağırırsa və həmçinin ölüm fikrində olan bir adam ölümün axırıncı dəqiqələrində səmimi qəlbdən necə dua edirsə və yaxud Allahı çağırırsa, o cür duada çağırmaq lazımdır.
    Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhis-salam buyurur:
    "Allah-Taala qafil olan qəlbdən gələn duanı qəbul etməz.”
    Başqa bir hədisdə gəlibdir ki, Həzrəti İsa əleyhis-salama nida yetişdi ki, bizi yalnız ağlayıb ahü-zar etdiyin halda çağır. "Şərifi Kafi” kitabında Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhis-salamdan bir hədisdə nəql olunubdur ki, buyurur:
    "Elə ki, sizlərdən bir nəfər ölü üçün dua etsə, gərək ciddi dua etsin. Və qafil, qəflətdə olan qəlb ilə dua etməsin.”
    Məsələn, camaat arasında adi hal olan hüzür mərasimində mərhum üçün edilən quru duaların yazıq meyyit üçün həqiqi nəticəsi yoxdur. Mərhum Məclisi buyurur: "Bu cür qaydalar camaat arasında yayıldığından, İmam əleyhis-salam buyurur: "Bu cür təriflərin meyyit üçün heç bir səmərəsi yoxdur. Bəli, əgər oturub ananın Bərzəx aləmindəki giriftarlıqlarını fikirləşsən, səmimi qəlbdən duanın bütün şərtləri ilə birlikdə onun üçün Allahdan bağışlanma tələb etsən, Allah da Bərzəx aləmində onun üçün rahatlıq bəxş edər.”
    PEYĞƏMBƏR VƏ "YAĞIŞ” DUASI
    "Kafi” kitabında nəql olunubdur ki, İslam Peyğəmbəri Həzrəti Mustafa səlləllahu əleyhi və alihi və səlləm-in axtında bir müddət yağış yağmadı. Səhabələr Peyğəmbərin hüzuruna gəlib ərz etdilər: "Ya Rəsuləllah, dua et ki, Allah rəhmət yağışını nazil etsin.” Rəsuli Əkrəm dua etdi, amma dua müstəcəb olmadı və yağış yağmadı. Növbəti dəfə Allaha pənah apardı və yağış yağdı. Səhabələr Peyğəmbərdən soruşdular ki, birinci dəfə duanın qəbul olunmamasının və ikinci dəfə duanın qəbul olunmasının səbəbi nədir? Həzrət buyurdu: "Birinci dəfə niyyət etməmişdim. Amma, ikinci dəfə isə niyyət ilə dua etdim.”
    Məsələn, Həzrət birinci dəfə səhabələrinin xahişinə əsasən dua etdi və ciddi bir məsələ yox idi. Amma ikinci dəfə ciddi şəkildə Allahdan istədi və duası da səmimi qəlbdən idi.
    Möminin də duası gərək səmimi qəlbdən ola ki, Allahın dərgahında qəbul olunsun. Əksər duaların qəbul olmamasını səbəbi budur ki, Allahı səmimi qəlbdən çağırmırlar. Qısaca demək olar ki, dua edən iqbalı yaddan çıxarmamalıdır. Hətta, əgər Allah kəlməsini demək istəsə iki rəkət təfəkkürlə qılınan namaz axşamdan səhərə kimi səmimi qəlbdən olmayan namazdan daha faydalıdır.
    Ümmü Davud Həzrəti Sadiq əleyhis-salamın hüzuruna gəldi. Oğlunun, Mənsuri Dəvanəqinin zindanından azad olması üçün dua etməsini istədi. (O, Həsən əleyhis-salamın nəslindən olan Seyyid və İmam Riza əleyhis-salamın qardaşı idi. Həzrət buyurdu: "Rəcəb ayının əyyamül-biyz (yəni, 13, 14, 15-ci) günlərini oruc tut. 15-ci günü gizlin bir yerdə zöhr və əsr namazlarından sonra, həmçinin 100 dəfə "Həmd”, 10 dəfə "Ayətəl-kürsü” və İmamın təyin etdiyi Quran surələrini oxuduqdan sonra bu duanı oxu.
    Ümmü-Davudun etdiyi əməllər məşhurdur və duanın sürətlə qəbul olunmasında şübhəsiz və təcrübədən çıxarılmışdır. Məfatihül cinan və s kitablarda bu dua təfsilatı ilə yazılmışdır. Xülasəsi budur ki, Ümmü Davud İmam əleyhis-salamın göstərişinə əməl etdi və Allah-Taala həmin gecə oğlunu xilas etdi. Oğlunu da sürətlə hərəkət edən dəvələrlə anasına çatdırdılar.
    İnsanın Allahdan istədiyi hər şey gərək səmimi qəlbdən olsun. Əgər bir dənə "sübhanəllah” kəlməsi səmimi qəlbdən deyilərsə, səmimi qəlbdən olmayan min zikrdən yaxşıdır.
    BAŞQALARINI ÖZÜNDƏN İRƏLİ ÇƏKMƏK
    Duanın qəbul olmasının səbəblərindən biri də dini qardaşların hacətlərini özündən qabağa keçirməkdir. Məsumlardan biri buyurur: Əgər bilsən ki, Möminlərdən biri sənin dərdinə giriftar olubdur, özünü borclu bilib onun barəsində dua et. Əlbəttə, bu dua etmək həqiqi olmalıdır, yalandan yox. Yəni ona qarşı olan məhəbbəti nəticəsində onun dərdini özündə hiss etməli və onun rahatlığını öz rahatlığı bilməlidir, hətta bundan da artıq olmalıdır. Əgər belə olsa, Allah onun hacətini də rəva qılacaqdır. "İddətu” kitabında Əliyyibni İbrahimdən nəql olunmuşdur ki, o da öz atasından belə nəql edir: Əbdullah İbni Cündəbi gördüm ki, "Ərəfə” günü ərəfə çölündə gün batana qədər iki əllərini asimana qaldırmışdı və yaş gözlərindən axırdı. Camaat köçüb gedəndən sonra dedim bu gün bu çöldə səni hamıdan yaxşı gördüm. O, cavabında dedi: And olsun Allaha ki, yalnız qardaşlarımı dua etdim. Çünki mövlam Musəbni Cəfər mənə xəbər verib buyurmuşdur ki, "hər kəs öz dini qardaşı üçün dua etsə, ərşdən onun üçün nida olunar ki, yüz min bərabər sənin üçündür”. Buna görə də qəbul olunmasına zəmanət verilmiş yüz min duanı, özüm üçün edəcəyim və hələ qəbul olunması da şəkkdə olan bir duadan üstün hesab etdim. Yəni əgər özüm üçün dua etsəydim bir dua sayılırdı, özü də qəbul olunub-olunmaması barəsində şəkkdə olacaqdım. Lakin dini qardaşım üçün dua etdiyimdən özüm üçün yüz min dua, özü də qəbul olunmuş dua qazandım. Çünki mələk dua edir, mələkin də duası geri qaytarılmır, qəbul edilir.
    Rəvayətlərdə belə nəql olunur ki, dini qardaş barəsində edilən duada onun bir neçə qat əvəzini verirlər: bəzi vaxtlar 2 dəfə artıq, bəzi vaxtlar neçə dəfə artıq, nəhayət bunun sayı 100 min dəfəyə gəlib çatır və bu da dua edən şəxsin qəlbi iman və məhəbbətinin qüvvəli və ya zəif olması ilə əlaqədar olaraq müxtəlif olmasındadır.
    Əbdullah ibni Cündəb İmam Sadiq və İmam Kazim əleyhiməs-salam səhabələri içərisində böyük şəxsiyyət olduğundan ilahi məhəbbətdə, yüksək qədir-qiymətə və məqamə malik olduğundan yüz min bərabər dua qazandı. Həmçinin Zeyd Mərsidən rəvayət olunubdur ki, o deyir: Müaviyət ibni Vəhəblə "Ərəfat” çölündə dua etməklə məşğul idik. Onun duasına qulaq asanda gördüm ki, özü üçün heç nə istəmir və Möminlərin, ata-babalarının adını çəkir və onlar üçün dua edir. Bu işin səbəbini ondan soruşanda dedi: Mövlam imam Sadiq əleyhis-salamdan eşitmişəm ki, buyurur: Hər kəs qardaşının olmadığı yerdə onun üçün dua etsə, birinci asimandan mələk nida edər və onun üçün etdiyi duanın yüz min bərabəri qədər dua edər. İkinci asimandan isə bir mələk nida edib deyər ki, sənin üçün etdiyin o duanın iki yüz min bərabəri olsun. Üçüncü asimandan bir mələk deyər ki, sənin üçün etdiyin duanın üç yüz min bərabəri olsun. Nəhayət yeddinci asimandan bir mələk deyər ki, sənin üçün etdiyin bu duanın yüz min bərabəri olsun. Sonra Allah-Taala buyurar: Sənin üçün olsun min-min bərabər.
    Aydındır ki, bu mərtəbə o dua edənlər üçündür ki, duası yeddinci asimandan da oyana keçir.
    BƏDA BƏHSİ
    Dua bəhsinin sonunda dua etmək barəsində yaradılan şübhəyə cavab vermək istəyirəm. O şübhə bundan ibarətdir ki, insanın istəyi və yaxud Allahın məsləhəti üzündən verdiyi bir şeyi dua etsə də, etməsə də fərqi yoxdur. Başqa sözlə, Allah bu işi görəcək. Başqa sözlə desək, insanın müqəddəratı dəyişilmək qəbul etmir. Buna görə də dua qəbul etməyin heç bir təsiri və faydası yoxdur. Bu şübhə müqabilində müxtəlif cavablar verilmişdir ki, biz də onlardan bəzilərinə işarə edirik.
    Əvvəla, bütün müqəddəratların hamısı hökmən baş vermir, əksinə onların da bəziləri duaya, sədəqəyə bağlıdır. Duanın vasitəsi ilə, sədəqə verməklə baş verəcək bəla aradan qaldırılır. Başqa sözlə desək, dua edib sədəqə verildikdən sonra məsləhətli iş baş verir. Məsələn, Yunis əleyhis-salamın qohumuna bəla yaxınlaşmışdı. Lakin onların dua edib Allah dərgahında ah-nalə etməsi səbəbi ilə bəla aradan qaldırıldı. Bu mətləb bəda adlanan məsələdir ki, ona etiqad bəsləmək vacibdir.
    Bəda məsələsi şiə məzhəbinin xüsusiyyətlərindən olduğuna görə, həmçinin imamlarımızın ona etiqad bəsləmək barəsində çoxlu təkidlərinə əsasən və həmçinin bu məsələni bilib etiqad bəsləməkdə çoxlu faydalar olduğuna görə, bədanın həqiqəti barəsində müxtəsər bir şərhi zikr etmək yerinə düşərdi ki, bütün Möminlər bu böyük feyzdən bəhrələnsinlər.
    Bəda, təkvini işlərdə, bəşərə məxsus olan halətlərdə və onların taleyində dəyişiklik icad etməkdir. Sağlamlığın dalınca bəla gəlməsi, bəlanın dalınca sağlamlığın gəlməsi, sağlamlıqdan sonra xəstəlik, xəstəlikdən sonra sağlamlıq, varlılıqdan sonra fəqirlik, fəqirlikdən sonra varlılıq, asanlıqdan sonra çətinlik, çətinlikdən sonra asanlıq, uzun ömürlülük və qısa ömürlülük, yəni əcəlin təxirə düşməsi və yaxud tez baş verməsi.
    Məsələn, bir şəxs uca bir yerdən yerə düşür ki, qayda üzrə ölməli idi, lakin əvvəlcə qohumları və yaxud özü dua etdiyinə görə, sədəqə verdiyinə görə ölmür və əcəli təxirə düşür. Yaxud, əksinə başqa bir şəxs tam sağlamlıq halətindədir, lakin qohum-əqrəbalarla əlaqəni kəsdiyinə görə, yaxud kəbirə günahlardan başqa birini yerinə yetirdiyinə görə, qayda üzrə yəni, təbii hadisələr əsasında ölməli deyildi, lakin gözlənilmədən ölür. İlahi tərəfindən bu cür dəyişikliklərin səbəbi budur ki, bəda zahir olmaq, yəni aşkar etmək mənasındadır. Yəni Allah-Taala xalqdan, insanlardan gizlin olan bəzi şeyləri aşkar edir, belə ki, insanlar onun baş verməsini ehtimal vermirdilər. Məsələn, həkimlərin ehtimal vermədiyi, kəskin bir xəstəliyə düçar olmuş insan əgər sədəqə və yaxud dua vasitəsilə onu sağaldırsa, bu halda deyirlər ki, Allah tərəfindən bəda hasil oldu, yəni ehtimalı verilməyən sağlamlıq məsələsi Allah tərəfindən aşkar edildi. Xülasə şəkildə ayədə buyurulur ki, Allah istədiyi şeyi məhv edir, aradan aparır və istədiyi şeyi isə yerində sabit və bərqərar edir. Bədaya etiqad bəsləməyin vacib olması ona etiqad bəsləmək nəticəsində əldə edilən savab səbəbi ilədir.
    "Allah-Taala istədiyini məhv edir və istədiyini sabit qərar verir.”
    Bədaya etiqad bəsləməyin, nəticədə isə böyük əcr və savaba çatmağın sirri budur ki, məbdəyə etiqad qorxu və ümid halətinin yaranmasına səbəb olur. Bu da tovhid və imanın tələbidir. Çünki Mömin bir şəxs nemət verildiyi sağlamlıq halətində hər günahdan qorxub pəhriz edir. Yəni, qorxur ki, bir günah baş versin və bu səbəbdən də Allah tərəfindən bəda hasil olub nemət və sağlamlığı ondan alsın. Həmçinin bəndə bəla və müsibətlər baş verdiyi halda Allaha ümid bağlayır. Yəni ümidvardır ki, Onun tərəfindən bəda hasil olar, sədəqə verməklə və dua etməklə bəla dəf olunar. Bu mətləblərə diqqət yetirdikdən sonra İmam Sadiq əleyhis-salamın buyurduğunun mənası aydınlaşır:
    "Əgər camaat bədaya etiqad bəsləməkdə nə qədər savab olduğunu bilsəydilər, onun barəsində söhbət etməkdə etinasız olmazdılar.”
    Yəni, əksər vaxtlarda bəda barəsində, müqəddəratın Allah tərəfindən dəyişdi-rilməsindən söhbət edərdilər.”
    Başqa bir hədisdə buyurulur: "Allah-Taala heç nədə bədaya etiqad bəsləmək kimi pərəstiş olunmayıb. Çünki, bəndələrin mənafe və məsləhətlərinin çoxu və Allaha pərəstiş mərtəbələri bədaya etiqad bəsləməkdədir. Çünki, əgər bədaya etiqad olmazsa, dua, sədəqə və s. kimi əməlləri tərk edib böyük bir səadətdən məhrum olarlar. Çətinliklərdən, giriftarçılıqlardan xilas ola bilməzlər. Həmçinin, Allahı yeganə bilməyin qəti şərtlərindən olan qorxu və ümid haləti də bədəndə vücuda gəlməz və iman naqis qalar. Xülasə şəkildə demək olar ki, bədanı inkar etmək "müqəddər olunmuş hər şey mütləq baş verəcəkdir, onda heç bir dəyişiklik ola bilməz, hadisələrin hansısa bir qaydada, səbəb-nəticə qanunu üzrə ötüb keçəcək” kimi sözlər yanlış söz olub imanda naqisliyə, müxtəlif məhrumiyyətlərə səbəb olar. Həmçinin bu etiqadı inkar etmək Qurani-Məcidin ayələrini, həqiqətləri, mütavatir rəvayətlərin inkar olunmasına gətirib çıxarır. Çünki, ayə və rəvayətlərdən məlum olur ki, insan üçün yazılan müqəddəratlar iki qismdir: hətmiyyə və qeyri-hətmiyyə, yaxud müəlləq. Yəni, əcəl barəsində deyilir ki, hər insan üçün iki növ əcəl vardır. birincisi hətmi, hökmən baş verəcək əcəldir. Yəni, ömür müəyyən olunmuş həddə çatdı. Ondan o tərəfə keçə bilməz, heç bir vəchlə onun əcəli təxirə düşməz. İkinci qism isə müəlləq, asılı əcəldir ki, hətmi əcəli çatmazdan qabaq irəlidə öldürücü hadisələr var, insanın o hadisə səbəbi ilə ölə bilmək ehtimalı var, həm də dua, sədəqə, sileyi-rəhim və s. saleh əməllər səbəbilə onun əcəli təxirə düşə bilər. Xülasə, ola bilər ki, bu vasitələrlə Allah insanın ölümünü hətmi əcəl çatana qədər təxirə salsın. Habelə, duanı dərk etmək, ehsan etməkdə paxıllıq, qohum-əqrəba ilə əlaqələri kəsmək və s. günahların səbəbi ilə onun əcəli tez çatar. Bəyənilən, layiqli işlərin tərk olunması ilə bağlı olan əcəl ilə ölər. Bu bəyandan agah olur ki, hər kəsin müqəddəratı müəyyən qədər onun öz əlindədir. Bəziləri ibadət və s. bəyənilən əməllər vasitəsilə ömrünü uzadır, bəziləri isə günah vasitəsilə ömürlərini qısaldırlar. "Biharül-ənvar”da Əmirəl-Möminin Əli əleyhis-salamdan belə nəql olunub:
    "İnsanların günah səbəbi ilə ölmələri, hətmi əcəlləri ilə ölmələrindən, habelə yaxşı əməl səbəbilə uzun ömür sürmələri müqəddər olunan ömürdən çoxdur.”
    Misal üçün, günahlardan biri yeyinti məhsullarında–kəmiyyət və ya keyfiyyət baxımından–israfdan ibarətdir. Çoxlu insanlar bu günah səbəbilə özlərini xəstəliyə salıb, bəzi hallarda hətta ömrlərini qısaldırlar, nəticədə hətmi əcəl gəlməmişdən qabaq ölürlər.
    Əcəl barəsində deyilənlər eynilə sağlamlıq və xəstəlik, yoxsulluq və varlılıq, əzizlik və zəlillik və s. barəsində də tətbiq olunmalıdır. Yəni, bütün bu işlər və dəyişikliklər, azalıb çoxalmaları tamamilə Allahın əlindədir. Lakin onların baş vermə səbəbi insanın rəftar, söz və müxtəlif halətləridir. Bu məsələnin şərhi kəlamın uzanmasına səbəb olduğundan, qeyd olunanlarla kifayətlənirik.
    Bunu da qeyd edək ki, insanın taleyinin öz əlində olması təkcə bu dünya işlərinin deyil, həm də axirət həyatı və oradakı taleyi də öz əlindədir. Məsələn, axir-aqibəti xeyirlə qurtarmaq, imanlı halda dünyadan getmək, mənəvi dərəcələrə yüksəlmək ümumi halda insanın əməllərinə bağlıdır. Əgər bir insan Allaha ibadətdən boyun qaçırıb günah və məsiyətdə cür”ət tapsa, axir-aqibəti şərlə qurtaracaq, imansız dünyadan gedəcək. Amma Allaha müt”i olub günah əməldən qorxub uzaq olsa, ibadətə, xeyir əmələ tələssə, axir-aqibəti xeyirlə qurtaracaq, imanlı dünyadan gedəcək, dünya və axirət səadətinə nail olacaq. Bu deyilənləri isbat etmək üçün çoxlu ayə və rəvayətlər var ki, bir neçəsini qeyd edirik.
    "Üsuli-kafi”nin "dua” bölməsində İmam Səccad əleyhis-salamdan belə nəql olunur:
    "Dua həm nazil olan, həm də hələ nazil olmamış bəlanı dəf edir və qarşısını alır.”
    Məzmunu bu hədislə eyni olan səkkiz belə hədis də nəql olunub. Həmçinin İmam Sadiq əleyhis-salam Müyəssər ibni Əbdül Əzizə buyurdu:
    "Dua et və demə ki, iş-işdən keçib. Doğrusu Allah yanında bir məqam var ki, yalnız dua edib istəməklə o məqama çatmaq olar. Əgər bəndə sidqini bağlayıb Allahdan bir şey istəməsə, ona heç nə verilməz. Sən Allahdan istə ki, versin. Ey Müysəsr, elə bir qapı yoxdur ki, döyüləndə ev sahibi gəlib onu döyənin üzünə açmasın.”
    Həmçinin, "Kafi”nin "Məarin” kitabında İmam Sadiq əleyhis-salamdan belə nəql olunub:
    "Möminlərdən bəzisinin imanı icarə imandır (yəni, zatlarında əvvəldən iman olmamış, qəlbləri iman nuru ilə nurlanmamışdır). Amma əgər onlar dua etsələr və duada israr etsələr, imanla dünyadan gedərlər.”
    Bu hədisdə xeyir aqibətli olmaq, imanlı ölmək üçün hər vaxt dua oxuyub duada israr etmək, Xaliqin dərgahında ahü-nalə etmək çox təsirli səbəblər kimi göstərilib. Həzrəti Musəbni Cəfər əleyhis-salamdan belə nəql olunub: "Bəni İsrail dövründə əməli saleh bir kişi var idi. Arvadı da əməli saleh idi. Yuxuda ona deyilir ki, Allah sənə filan qədər ömür vermişdir ki, bir yarısı naz-nemət, bolluq ilədir, o biri yarısı isə yoxsulluqda keçəcəkdir. Sənə ixtiyar verib ki, hansı yarısını istəyirsən birinci əta etsin. Kişi dedi ki, əməli saleh bir arvadım var ki, mənimlə həyatımda şərikdir. Qoy onunla məşvərət edim. Elə ki, sübh açıldı, öz yuxusunu arvadına dedi. Əməli saleh arvad dedi: "Nemət bolluğu olan birinci yarısının əvvəlcə verilməsini seç. Bəlkə Allah bizə rəhm etdi və o biri yarısında da o nemətləri bizdən almadı.”
    İkinci gecə yuxuda ondan soruşdular ki, birinci hansını seçdin? Dedi, birinci yarısını naz-nemət içərisində olmağı seçdim. Sabahısı gündən dünya naz-nemətləri hər tərəfdən ona tərəf gəlməyə başladı. Sonra arvadı ona dedi: "Allahın sənə verdiyi nemətlərdən qohum-əqrəbaya, möhtaclara, yoxsullara, qonşulara, filan qardaşlarına ver!” Müntəzəm surətdə ərinə əmr edirdi ki, Allahın nemətlərini xeyir işlərə sərf etsin. O kişi də onun sözlərinə əməl edirdi. ömrünün yarısı keçəndə həmin şəxs yenə də yuxusuna gəlib dedi: "Etdiyin ehsanlar, şükr-nemət xatirinə Allah ömrünün o biri yarısını da naz-nemət içərisində müqəddər etdi.”
    Həmçinin nəql olunub ki, Həzrət İsa əleyhis-salam toy mərasimi keçirilən bir evin qabağından keçəndə səhabələrinə buyurdu: "Bu gecə gəlin öləcək və onların şadlığı şivənə dönəcək.” Sabah yenə o yerdən keçəndə gördülər ki, şivən səsindən bir əsər-əlamət yoxdur. Soruşdular, dedilər ki, gəlin sağlamdır. Sonra ev sahibindən icazə alıb evə varid oldular, buyurdu: "Gəlinin döşəyini qaldırın.” Döşəyi qaldıranda böyük bir ilanın yatdığını gördülər. Həzrət buyurdu ki, bu ilana əmr olunmuşdu ki, keçən gecə səni öldürsün. De görüm dünən gecə nə etmisən? Gəlin dedi: axşama bir fəqir "mənə təam verin” deyə səslənirdi. Heç kəs ona cavab vermirdi. Mən öz xörəyimi götürüb ona verdim. Həzrət buyurdu: "Elə o əməlinə görə ölümü özündən uzaqlaşdırmısan.”
    Bu rəvayətə oxşar olan bir neçə rəvayət də nəql olunur.
    "Biharül-ənvar”ın 13-cü cildində "intizari-fərəc" babında İmam Sadiq əleyhis-salamdan belə nəql olunub: "Allah-Taala Bəni İsraili müqəddər etdi ki, dörd yüz il fironçuların pəncəsində giriftar olsunlar. iki yüz otuz il keçəndən sonra Bəni İsrail qövmü qırx gün Allah dərgahında ah-nalə edib ağladılar, Ondan kömək istədilər. Bu vaxt Allah Musa və Haruna vəhy etdi ki, qalan yüz yetmiş illik əzab onların üzərindən götürüldü.” Sonra Həzrət buyurdu: "Əgər siz də Bəni İsrail qövmü kimi Allah dərgahında ahü-nalə edərək Ondan kömək istəsəniz, Allah fərəci (yəni, Həzrəti Məhdi əleyhis-salamın zühurunu) tezləşdirər; yox əgər belə etməsəniz, bu cür ağır vəziyyət müqəddər olunan vaxta qədər davam edəcək.”
    Qeyd olunanlarda bəda məsələsi, duanın müqəddəratda təsirli dəyişiklik yaratması aydın olur. Hər bir şəxs ömrünün keçən hissəsinə nəzər salsa,aydın olar ki, dua və sədəqə vasitəsilə onun həyatında müəyyən dəyişikliklər baş vermiş və istəyi yerinə yetmişdir. Əgər bəziləri desə ki, bu məsələ müəyyən qədər düzdür, amma bəs nə üçün əksər dualar qəbul olunmur? Cavabında deyirik ki, bir dua qəbul olunmursa, ya onun qəbul olunması şərtləri mövcud olmamış, yaxud Allahın məsləhəti onu qəbul etməmək olmuşdur. Əvəzində isə ona başqa bir şey əta etmiş və ya axirət zəxirəsi qərar vermişdir.
    Dua barəsində olan mətləblərin hansının şərt mövzusundan xaric olması ilə nəticələndiyini qeyd olunan mətləblərlə kifayətlənirik.
    "Fəzzəkkir” kəlməsi bu münasibətlədir ki, qorxu, şəfqət və dua səbəbi ilə Cənnətə çatır. Sən ey Peyğəmbər! Xatırlatmaqdan əl çəkmə ki, camaat Allahı çağırsın və dua səbəbi ilə ilahi savaba nail olsunlar.
    Müfəssirlər qeyd etmişlər ki, Peyğəmbəri Əkrəm bütləri və ya bütpərəstləri məzəmmət etdikdən sonra, Həzrətin Qüreyş qəbiləsindən olan düşmənləri qərara gəldilər ki, bir dəstə adamlarını göndərib Məkkə yolunu bağlasınlar. Məkkə mərkəz olduğuna görə ora gediş-gəliş çox idi. Onlar o yolun üstündə dayanır və yolu camaat üçün kəsirdilər və deyirdilər ki, bu şəhərdə Mühəmməd adlı bir şəxs nazil olmuş və bəzi iddialar edir. Məbadə siz o iddialara aldanasınız. Bu sözlərdən sonra Peyğəmbərə töhmət vururdular və bəzən deyirdilər ki, o kahin və sehrkardır. Bəzi vaxtlar da deyirdilər ki, divanə və şairdir. Halbuki, bu töhmətlər və iftiraların heç biri Rəsuli Əkrəmə tətbiq oluna bilməz. Çünki, sehrkarlıq, divanəlik və şairlik bir-biri ilə uyğun gəlməyən sifətlərdir.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 717 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024