İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    ÖLÜM ƏLAQƏLƏRİ KƏSİR
    Diqqət yetirilməli mühüm məsələlərdən biri də budur ki, bərzəx aləminin çətinliklərindən bir qismi dünyada əlaqə bağladığı şeylərdən ayrılıq nəticəsində fəraq oduna yanmaqdır. Yəni əgər hər hansı bir şəxs bir şeyə əlaqə və məhəbbət bağlasa, ondan ayırlanda nə qədər zəhmətə düşür. Məsələn, əgər kişinin gözəl bir arvadı olsa, öləndən sonra (bu dünyada sağ qalan arvadı üçün) nə qədər təəssüflənir. Bəzən bu cür hadisələr camaatdan bəzilərinin hətta dəli olmasına gətirib çıxarır. Bizim qohumlardan birinin (Allah ona rəhmət eləsin) 20 yaşlı övladı ağır xəstəliyə tutulub can vermə halına düşdü. Oğlunu bu halda görən ata dəstəmaz alıb sidq-qəlbdən dedi: "İlahi, əgər oğlumu almaq istəyirsənsə, əvvəlcə məni apar.” Onun duası qəbul oldu: ata öldü, oğul isə diri qaldı.
    ÖLÜMÜN MƏNASI
    ölüm nə deməkdir? ölüm–yəni, fəraq, hicran, ayrılıq. Bəzilərini görürsən ki, arvad-uşağının, ailəsinin, sərvətinin fərağında yanır. Bu özü bərzəx aləminin ruhi əzablarından biridir ki, onun nümunəsi bu dünyada da mövcuddur. Amma bu dünyada insanlar özlərini tiryək, nə”şə, siqaret, qəzet oxumaq və s. ilə başını qatır, amma bərzəx aləmində bu cür baş qatmalar mövcud deyil. Məqsəd budur ki, insan bütün əlaqələrini bu dünya ilə kəsməlidir. Təki, bərzəxdə onların hicranında yanmasın.
    Qeys ibni Asim Bəni Təmim qəbiləsindən olan bir dəstə ilə Mədinəyə, Həzrət Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in hüzuruna getdi. Həzrətin hüzuruna çatanda, ondan hərtərəfli xeyri olan bir möv”izə istədilər. (Qeys islamdan qabaq böyük alimlərdən və həkimlərdən sayılırdı.) Həzrət buyurdu: Hər izzətin müqabilində bir zillət vardır. Həyatdan sonra ölüm var, hər əməlin əcri, əvəzi var. Bu kəlamın mənası budur ki, baxma ki, bu halda ürəyin istədiyi işləri görürsən, amma bütün işlərin hesab-kitabı vardır.
    TƏKCƏ ƏMƏLLƏR SƏNİNLƏDİR
    Bərzəx aləmində insanın köməyi olan şey, onunla birlikdə olan və onu amanda saxlayan saleh, gözəl əməllərdir. Əgər əməl pis olsa, sahibinin dadına çatmır, onu tək buraxır. Həzrət Əli əleyhis-salam buyurur: "ölüm halında olan bir şəxs üzünü öz malına tutub deyir ki, mən səni əldə etmək üçün çoxlu zəhmətlərə, əzab-əziyyətlərə qatlaşmışam. Mal-dövləti cavabında deyir: Bir kəfəndən başqa məndən heç nə götürə bilməzsən. Üzünü övladlarına tutub deyir, onlar da cavab verirlər ki, biz səninlə yalnız qəbrin başına qədər gələcəyik. Əməlinə üz tutub deyəndə, əməl deyir: "Mən həmişə səninləyəm.”
    "Ey Peyğəmbər öz Rəbbinin hökmünə səbr et! Həqiqətən sən, Bizim nəzərimizdəsən”
    Burada hökmdən məqsəd, müşriklərə möhlət verilməsi, Peyğəmbərin onları islama dəvət etməsi, onların verdikləri əzab-əziyyətlərə dözməkdir. Allah "Müşriklərin əzab-əziyyətlərinə döz” demədi, əksinə buyurdu ki, Bizim hökmümüzə səbr et. Halbuki, bunların hər ikisinin nəticəsi birdir. Səbrin Həzrətə asan olması üçün belə buyurdu. Çünki, Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Allahın müt”i və mütləq bəndəsi, Onu sidq ürəklə sevəndir. Məbudu ona "Bizim hökmümüz müqabilində səbr et” deyə əmr edəndə, yəni "Mən belə hökm etdim ki, müşriklərə möhlət verib onlara əzab verməyəm. Sən də öz dəvətindən əl çəkmə, əzab-əziyyətə sinə gər. Belə olanda səbr etmək Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə asan olur. Xüsusilə də "ə”yünina” kəlməsi ilə. Sözün qısası budur ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm on üç il müddətində Allah üçün Məkkədə qalmalı, əzab-əziyyət görməli, cəfa çəkməlidir ki, "Bədr” müharibəsində onlardan intiqam alsın.
    Çünki, möhlət vermədən təkzib edənlərə əzab verilməsi qərara alınsa və həlak olsalar Allahın dəvəti nəticəsiz qalacaqdır. Üstəlik bir müddət verilməlidir ki, onlardan bəziləri iman gətirsin, küfrlərində israr edənlər üçün isə höccət tamam olsun. İlahi qanun bütün peyğəmbərlərin barəsində bu cür olmuşdur. Hətta bütün günahkarlar barəsində də bu cür olmuşdur ki, onlara möhlət verilsin.
    Rəvayətdə var ki, Həzrəti Musa əleyhis-salam Firon barəsində lə”nət və qarğış etdi firon”çuların həlak olması qırx il çəkdi. Möhləti Allah verir, amma bu möhlətdən özlərini islah etmək üçün çox az insanlar istifadə edir.
    SƏBRLƏ İMANIN ƏLAQƏSİ BAŞLA BƏDƏNİN ƏLAQƏSİ KİMİDİR
    Səbr çox mühüm bir məsələdir. Həzrət Sadiq əleyhis-salam buyurur:
    "Səbrlə imanın münasibəti, başla bədənin münasibəti kimidir.” Əgər başı bədəndən ayırsalar, bədən cansız cəsəddən başqa bir şey deyildir. İmam əleyhis-salam buyurur: "Dinin başı səbrdir.” Səbr nəfsi həbs etmək, həvayi-nəfsin qarşısını almaq, onu şəriət və əqlin tələbinə uyğun olaraq əməl etməsinə vadar etməkdir. Məsələn, səbrin bir növü baş verən müsibətlərdə səbr etməkdir. Əgər bir şəxsin əzizi əlindən getsə, gərək səbr etsin.
    Bir nəfərin oğlu ölmüşdü, çox ahü-fəğan edirdi. Həzrət Riza əleyhis-salam ona bir məktubda yazdı: "Sənin oğlunun ölümündə səbirsizlik etməyinin səbəbi budur ki, özün axirət səfərinə getməyi fikrinə gətirmirsən. Sənin ahü-nalə etməyin, axirət səfəri üçün bir şey tədarük görməməyin, oğlunun ölümündəki müsibətdən daha böyükdür.”
    Sümaət ibni Mehran Mədinədə Həzrət İmam Musəbni Cəfər əleyhis-salamın hüzuruna gəldi. Həzrət buyurdu: "Nə oldu ki, həccə getmədin? Əzr etdi ki, mal-dövlətim əlimdən getmiş, borclarım həddindən ziyadə çoxalmışdır. Əgər dostlarım mənim zəhmətimi çəkməsəydilər, bu səfərə gələ bilməzdim. Həzrət buyurdu: Səbr et ki, qurtuluş hasil olsun. Əgər səbr etməsən, Allah tərəfindən müqəddər olunan şeylər baş verəcəkdir. ("Üsuli-kafi”)
    HARAM İŞLƏRİ TƏRK ETMƏKDƏKİ SƏBR
    Səbrin bir növü də haram işləri tərk etməkdə olan səbrdir. Məsələn, cavan insanda şəhvət qüvvəsi çox güclüdür, amma bununla belə, heç bir maneə olmadan əcnəbi qadınla rastlaşdıqda ona baxmır. Yaxud fəqir bir şəxs, camaatın onun yanında əmanət qoyduğu şeylərə xəyanət etmir. Qısası budur ki, insan öz inadkar, tüğyançı nəfsinin qarşısını alır ki, harama düşməsin. Bu səbrə "haram işi tərk etməkdə səbir” deyilir.
    Böyük şəxsiyyətlərdən, imanlı bir şəxsin həyatında yazıblar ki, günlərin birində küçədən keçəndə bir nəfər damın üstündən onun başına kül tökür. Həmin şəxs dedi: "Şükür olsun Allaha! Mən günahkar bir şəxsəm. Layiq idi ki, mənim başıma daş düşsün. Allaha şükr olsun ki, başıma daş deyil, kül tökdülər.”
    Məqsəd budur ki, o Mömin kişi bu işin müqabilində səbr edib əsəbiləşmədi və nalayiq sözlər danışmadı.
    Əbu Bəsir İmam Cəfər Sadiq əleyhis-salamdan belə nəql edir:
    Həzrət buyururdu: Doğrudan da azad insan hər bir halda azaddır. Əgər onun üçün bir çətinlik baş versə, onun müqabilində səbr edəcək. Əgər ona müsibət üz versə, hətta əsir olsa və ya zahirdə məğlub olsa da, ağır təzyiqlərə məruz qalsa da. Necə ki, Yusif əleyhis-salam belə oldu: onu özlərinə qul etdilər, əsir etdilər, amma öz azadlığını əldən vermədi. Quyuya atıldığı zaman quyunun vəhşəti, qaranlığı ona heç bir ziyan çatdırmadı, nəhayət Allah ona minnət qoyub zülmkar və inadkar padşahı ona qul etdi. Həzrət Yusif əleyhis-salam onun maliki olandan sonra Allah onu öz Rəsulu etdi. Onun vasitəsilə bir ümmətə rəhm etdi. Həmçinin, səbrin ardınca çoxlu xeyirlər də gəlir. Siz də səbr edin, savab qazanın.
    İmam Sadiq əleyhis-salamın buyurduqlarının şərhi bundan ibarətdir ki, azad insan (yəni, nəfsdən, nəfsani ehtirasların tələbindən azad olmaq, cismani ləzzətlərin əsiri olmamaq) o şəxsdir ki, nəfsi və şeytan onu təfritə və ifrata vadar edə bilməsin. Əllamə Məclisi (r.ə) bu hədisin şərhində buyurur: İmamın buyurduğu "Yusifə ağalıq edən zülmkar malik onun qulu oldu” kəlamının mənası budur ki, həmin padşah Həzrət Yusif əleyhis-salama müt”i, onun əmrlərinə tabe oldu. Sonra Sə”ləbədən və s. şəxslərdən nəql edir ki, Misirin məliki, padşahının adı Rəyyan ibni Vəlid idi. Yusif əleyhis-salamı pulla alan şəxs Misirin əzizi və onun vəziri idi. Adı da Qətfir idi. Həzrəti Yusif əleyhis-salam padşahın yuxusunu yozandan sonra Qətfiri vəzirlikdən çıxardıb, Həzrəti Yusifi onun yerinə təyin edərək Misir hökumətini ona verdi, xilafət tacını onun başına qoydu. Sonra padşahlıq taxtına keçirtdi. öz üzüyünü ona verdi. Qətfir də həmin vaxtlarda dünyadan getdi. Sonra padşah Züleyxanı Yusif peyğəmbərə ərə verdi. Bu evlənmədən iki oğlan uşağı dünyaya gəldi. Birinin adı Fəraim, o birinin adı isə Mişa idi. Misirlilərin qəhətliyə düçar olduqları yeddi ildən birinci ilinin başlanğıcında Yusif əleyhis-salam taxılı samanı ilə birlikdə ehtiyat edərək anbara yığmışdı. Birinci il misirlilər gəldilər və nəqd pul ilə onları aldılar. Nəqd pulları qurtarandan sonra ikinci il öz lə”l-cəvahiratlarını, zinət əşyalarını gətirdilər. Əvəzində isə yeyinti məhsulları alırdılar. Elə ki, bəzək əşyaları da qurtardı, üçüncü ildə öz mal-heyvanlarını gətirib verir, əvəzində isə çörək alırdılar. Bunlar da qurtardıqdan sonra dördüncü ildə öz qulamlarını və kənizlərini verir, yemək alırdılar. Bunlar da qurtarandan sonra beşinci il evlərini, torpaqlarını və qalan mal-dövlətlərini verdilər, özləri üçün heç nə qalmadı. 6-cı il övladlarını qul kimi onlara satdılar. Xülasə, yeddinci ildə özlərini qul kimi Yusifə pulla satdılar. Misir ölkəsində olan əhalinin hamısı bir nəfər kimi Yusif peyğəmbərin qulamı oldular. Sonra Həzrəti Yusif hamısını azad etdi, mal-dövlətlərini özlərinə qaytardı. Sonra aydın oldu ki, Allah Yusifi, onların Yusif peyğəmbəri öz mülkləri və qulam etdikləri işlər müqabilində bütün misirlilərin və onların mal-dövlətlərinin maliki qərar vermişdir. Səbrin səmərəsi budur. Allaha itaət və bəndəçiliyin səmərəsi budur. İmam əleyhis-salamın "Allah Yusifin səbri vasitəsilə bir ümmətə rəhm etdi” deməsində məqsəd budur ki, onu öz rəsulu seçib onları imana dəvət etdi. Sonra onları əbədi fəlakətdən xilas etdi. Həmçinin, o Həzrətin tədbirli işləri vasitəsilə (buğda və arpanı yeddi il müddətində qoruyub saxlaması kimi) misirlilərə qəhətlik bəlasından nicat verdi. Nəql olunub ki, Züleyxa Yusif peyğəmbərin yanına çatanda dedi:
    "Həmd olsun Allaha ki, bəndələri itaət səbəbi ilə padşah, padşahları isə günah və məsiyət səbəbi ilə qul edir.” Həmçinin, nəql olunur ki, Züleyxa o Həzrətlə yoldaş olmaq bərəkətinə, ibadət və ilahi mərifətlərinə görə öz dövranının qadınlarından fəzilətli oldu. Deməli, səbr öz ardınca çoxlu fəzilətlər, gözəl nəticələr, bərəkətlər və çoxlu savab gətirir. Qeyd olunanlar Allah-Taalanın bu ayədə öz peyğəmbərinə buyurduğu "müşriklərin sənə etdikləri əzab-əziyyətlər və müsibətlər qarşısında səbrli ol”, kəlamının mənasını başa düşməyə kifayət edər.
    Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in səbri həqiqətən möcüzə idi. Allahın peyğəmbərə səbrli olmasını əmr etməsi nəticəsində Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm səbr etdi. Onun səbri bir növ möcüzə idi. Müşriklər o Həzrətə qarşı olduqca çox əziyyətlər rəva görürdülər: başına kül tökürdülər, Məkkənin quldur başçıları 10-15 yaşında uşaqları vadar edirdilər ki, o Həzrəti məsxərə etsinlər. Əbu Talib və Xədicə əleyhis-salam vəfat edəndən sonra Peyğəmbərin əmisi olan Əbu Ləhəb (bütün düşmənlərdən çox düşmənçilik edirdi) müşriklərin köməyi ilə O Həzrətə o qədər əzab-əziyyət etdi ki, Həzrət məcbur olurdu ki, evdən çölə az-az çıxsın. Onların etdikləri əzab-əziyyətlər o yerə çatdı ki, Əbu Ləhəb özünün inadkarlığı ilə belə dedi ki, "Mühəmməd məndəndir!” və qohumluq qeyrəti cuşa gəldi.
    ÜMMÜ ƏQİL–SƏBRLİ QADINLAR NÜMUNƏSİ
    Ümmu Əqil səhrada yaşayan bir qadın idi. Bir gün onlara bir neçə qonaq gəlirdi. Həmin vaxt oğlu Əqil və onun qoyunlarını, dəvələrini otaran çoban heyvanları otarmağa aparmışdılar. Çoban dəvələrlə birlikdə qayıdır. Qadına xəbər verir ki, dəvələr su içəndə bir-birinə hücum çəkdilər və Əqil quyuya düşüb öldü. Qadın çobana "qonaqlara xəbər vermə, bir qoyun kəs və qonaqlar üçün hazırla”, dedi. Qonaqlar məsələni başa düşəndən sonra o qadının səbrindən təəccüb etdilər. Xörək yeyəndən sonra ona başsağlığı verdilər. Qadın dedi: Mən sizin bu məsələdən xəbərdar olmağınızı istəmirdim. İndi ki, belə oldu sizin aranızda Quran tilavət edə bilən bir şəxs varmı? Bir nəfər dedi: Mən bu işi edə bilərəm. Dedi, oxu! O şəxs də bu işlə əlaqədar olaraq "Bəqərə” surəsinin 155-ci ayəsini oxudu
    Qadın dedi, bəsdir. Sonra qalxıb bir neçə rəkət namaz qıldı və belə dua etdi: "İlahi Sən məni səbr etməyə əmr etmisən. Mən də səbr etdim. Sən də səbrlilərə verdiyin və”dəyə vəfa et! (Sonra dedi:) Əgər bu dünyada bir kəs başqası üçün qalsaydı Həzrəti Mühəmməd öz ümmməti üçün qalardı.”
    Yəni, Peyğəmbərin öz ümmətinə qarşı bu qədər məhəbbətli olmasına baxmayaraq, onların əlindən gedirsə, onda bir övladın ölümü mənim üçün asan olur.
    "Əyyun” eyn kəlməsinin cəmidir. "Eyn” göz deməkdir. Allah cisim və cisimlikdən uzaq olduğuna görə, gözün, qulağın və s. kimi əzaların yaradanı olduğuna görə, görməlilərə və eşitməlilərə elm tapmaq üçün görmə və eşitmə orqanlarına ehtiyacı yoxdur. Biz insanlar və heyvanların məhz bu orqanlara ehtiyacı var. Allah da onu bizlərdə yaratmışdır. Deməli, göz kəlməsində məqsəd məcazi mənada olub qoruqçu, keşikçi deməkdir. Necə ki, ərəblər hər vaxt bir şəxs bir yerə gedəndə onun barəsində dua edib deyirdilər ki, "əyunullahi əleykə” yəni, Allahın amanında ol. Deməli, ayənin mənası belə olur ki, ey Mühəmməd, Allahın hökmünün müqabilində səbr et. Çünki, sən Bizim inayət nəzərimizdəsən. Bu ayənin incəliklərindən biri budur ki, Həzrəti Musa əleyhis-salam barəsində "eyn” kəlməsini tək halda işlətmişdir (və litəsnəə əla əyni) yəni mənim keşiçikliyim, nəzarətim altında. Amma Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm barəsində buyurur: Bizim gözətçilərimiz. Bu iki kəlmənin Həzrəti Musa və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm barəsində müxtəlif cür işlədilməsinin müəyyən səbəbləri vardır. O cümlədən onların Allah tərəfindən qorunmasının çoxluğu və keyfiyyəti ilə əlaqədardır. Məsələn: Musa əleyhis-salamın düşməni təkcə Firon idi ki, Həzrəti öldürmək istəyirdi.
    Allah da onu Fironun şərrindən hifz etdi, nəhayət Fironu məhv etdi. Firondan başqa Musa Peyğəmbəri məhv etmək istəyən bir kəs yox idi. Amma Həzrət Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm dünyaya gəldiyi vaxtdan, dünyadan gedən vaxta qədər həmişə Fironçular var idi ki, o Həzrəti məhv etmək qərarına gəlmişdilər. Bütün müşriklər, yəhudilər, məsihilər, daxildəki münafiqlər və düşmənlər, o cümlədən, təhlükələri o sair düşmənlərdən artıq olan münafiqlər hamılıqla o Həzrəti məhv etmək qərarına gəlmişdilər. Allah, Peyğəmbəri onların şərrindən hifz etdi.
    Bu Həzrətin barəsində ilahi qoruq və keşiyin nə qədər olması barəsində ətraflı məlumat almaq üçün "Biharül-ənvar”ın altıncı, "Həyatul-qulub”un ikinci cildinə (hər ikisi Əllamə Məclisinin kitabıdır) müraciət edə bilərsiniz.
    Doğrudan da Allah tərəfindən qorunduğu müxtəlif sahələr özü Allahın qəhr möcüzəsidir ki, onu bəsirət əhli bilər.
    "Həyatul-qülub” kitabında nəql olunur ki, Rəsuli Əkrəmin iştirak etdiyi müharibələr (qəzvələr) 26 dənə idi. Hər birində o Həzrət üçün müxtəlif təhlükələr var idi. Əgər Allah tərəfindən hifz və qoruq olmasaydı, o diri qalmazdı. O cümlədən, rəvayətdə gəlib ki, Peyğəmbər ərəblərdən bir qrupu ilə müharibəyə getmişdi. "Zi-əmr” adlanan yerdə düşmənlərin hamısı qaçıb dağların başına sığındılar. Həzrət bir yerdə mənzil salıb onları nəzarət altına aldı. Sonra qəzayi-hacət üçün öz ləşgərindən aralandı. Yağış yağdığına görə paltarları islandı, paltarlarını çıxarıb ağacın üzərinə sərdi və həmin ağacın altında uzandı. Ərəblər Peyğəmbəri görürdülər. Onların başçılarından Dəşur ibni Haris gəlib qılıncını siyirdi və Peyğəmbərin başının üstündə durub dedi: Səni mənim əlimdən qurtaran kimdir? Həzrət buyurdu: Allah. Sonra Cəbrail onun sinəsinə elə bir zərbə vurdu ki, qılıncı əlindən yerə düşdü. Peyğəmbər cəld ayağa qalxdı qılıncı götürdü və onun başının üstündə dayanıb dedi: Kim səni mənim əlimdən qurtara bilər? Dedi: Heç kim.
    Həmin halda "la ilahə illəllah” deyib öz qəbiləsini də İslama dəvət etdi. Sonra öz tayfasına dedi ki, uzun qamətli ağ bir kişini gördüm ki, mənim sinəmə zərbə ilə vurdu mən də yıxıldım, bildim ki, mələkdir.
    Həmçinin rəvayət olunub ki, Əbu Cəhl, Vəlid ibni Müğeyrə Bəni-məxzum qəbiləsindən olan bir dəstə ilə sözləşdilər ki, Peyğəmbər məscidə daxil olanda onu öldürsünlər. Həzrət məscidə gəlib namaz qılmağa başlayanda Vəlidi göndərdilər ki, onu qətlə yetirsin. Peyğəmbərin namaz qıldığı yerə çatanda Həzrətin səsini eşidib özünü isə görmürdü, sonra qayıtdı və vəziyyəti onlara danışdı. Onların heç biri inanmadı. Hamısı birlikdə gəlib o Həzrətin yaxınlığında durdular. O Həzrətin səsini eşidib amma özünü görmürdülər. Hara gedirdilərsə, Peyğəmbərin səsini arxa tərəfdən eşidirdilər. Arxaya dönəndə yenə dübarə arxa tərəfdən səs gəlirdi. Nəticədə məyus olub qayıtdılar. Həmçinin Əbu Ləhəbin arvadı Peyğəmbərə əzab və əziyyət vermək üçün gələndə Peyğəmbəri görmədi. Bu ayədə bu məsələyə işarə olunur:
    "Sən Quran oxuyanda səninlə axirətə iman gətirməyənlərin arasında hicab qərar verərik.”
    Qısa şəkildə Allah tərəfindən göndərilən qoruq və keşik o Həzrəti qan içən Fironçuların şərrindən xilas edirdi. Elə kəslərdən ki, adam öldürmək onlar üçün heç də çətin bir iş deyildi. Heç nəyin hörmətini saxlamırdılar. Biz qeyd etdiyimiz nümunələrlə kifayətlənirik.
    PEYĞƏMBƏRİ ARADAN QALDIRMAQ ÜÇÜN MÜŞRİKLƏRİN HİYLƏSİ
    Bir dəfə Əbu Cəhl bir daşı qaldırıb Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in başına çırpmaq istədi. Həzrət namaz halında idi. Bu halda daş Əbu Cəhlin bədəninə yapışdı. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-i köməyə çağırdı. Dua etdi və daş onun əlindən çıxıb yerə düşdü. Dərhal dedi. Qəribə sehrdir. Yenidən başqa bir daşı götürüb başına qoydu ki, Peyğəmbəri öldürsün. Daş deşilib onun boynuna keçdi. Yenə də ağır bir daşı götürüb Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə tərəf gəldi ki, onu qətlə yetirsin. O Həzrətə çatanda bədəni titrəməyə başladı və geri qayıtdı. Ondan bunun səbəbini soruşanda dedi:-”Bir neçə kişini gördüm ki, Həzrətin ətrafını tutmuşdular. Əgər bir az qabağa hərəkət etsəydim məni məhv edərdilər”
    Bəzən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-i fiziki cəhətdən məhv etmək üçün sehrkarlardan və kahinlərdən istifadə edirdilər. Cəbrail gəlib həmin şeyi ona xəbər verirdi. Əmirəl-möminin əleyhis-salam onların tilsimlərini batil edirdi. Bədnəzərləri gətirirdilər ki, Peyğəmbəri öldürsünlər. Bəzən də zəhərlə onu həlak etmək istəyirdilər. "Ühüd” müharibəsində müşriklərin qılınc vuran cəngavərləri Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə hücum etdilər. Həzrət yaralandı və daşın üstünə düşdü. Allah-Taala onu hifz etdi.
    "Biə”yünina” cümləsində daha bir incəlik məlum olur. O da bundan ibarətdir ki, səbrin Peyğəmbər üçün asan olması Həzrətin Allaha olan məhəbbətinin artıq olmasından irəli gəlirdi. Yəni, Allah-Taala buyurur ki, ey Mühəmməd, Bizim təyin etdiyimiz müqəddərat qarşısında səbr etməlisən. Çünki, sən Bizim nəzarətimiz altındasan. Sən bizim sevimlimiz və məhbubumuzsan. Hər mühibb (sevən), məhbubun yolunda bütün cəfalara, rəva görülən zülmlərə dözməlidir. Tam qüvvətlə, cani-dildən səbrli olmalıdır. Çünki, məhəbbətin xüsusiyyətindən biri budur ki, əgər bir şəxs müəyyən bir şeyə məhəbbət göstərsə, onun yolunda hər müsibət asan olar. Məsələn, görün ana öz övladı yolunda nə qədər əzab-əziyyətlərə qatlaşır. Yaxud, pulu sevən, pulpərəst insanlar onu əldə etmək yolunda nə qədər müşküllərə, əzab-əziyyətə qatlaşırlar.
    Böyük alimlərdən biri deyir: "Bir yerdən keçəndə gördüm ki, bir nəfəri uzadıb şallaq vururlar. O da heç nə demir. Fəryad etmir. Sonradan bu işin səbəbini soruşanda dedi: Həmin vaxt gözüm dostuma düşdü. Dostla görüş o qədər məni cəzb etdi ki, vurulan şallaqların əziyyətini, ağrısını hiss etmirdim.”
    "Təsbih de öz Allahına, Rəbbinə, ayaq üstə olduğun halda.”
    Bəndənin işi həm Pərvərdigarına həmd-səna demək, nemətlərinin şükrünü yerinə yetirməkdir. Allahın işi isə öz bəndəsini tərbiyə etmək, ruzusini vermək, onun işlərini idarə edib, qorumaqdır. Deməli, təsbih və təmhidin mənası burada aydınlaşdırılmalıdır. "Sübhanəllah”ın mənası budur ki, Pərvərdigarı hər eyb və nöqsandan, zati və sifət fellərində bütün nöqsanlardan pak və münəzzəh bilirəm. Yəni, Onun Müqəddəs Zatı əzəli və əbədidir. Onun varlığı zatının eynidir. Bütün varlıqlara varlıq bağışlayandır. Həmçinin, bir neçə şeydən tərkib tapıb mürəkkəb olmamışdır. Cisim deyil. Elə bu səbəbdən də gözlə görünmür. Şəriki yoxdur. Yerə, məkana ehtiyacı yoxdur. Heç bir varlığa ehtiyacı yoxdur. Əksinə, bütün varlıqlar ona ehtiyaclıdır. Sifətlərində təsbih demək bundan ibarətdir ki, hamısı elm və qüdrətə qayıdan bütün kamal sifətlərinin həddi-hüdudu yoxdur, sonsuzdur. Bu sonsuz elm və bacarıq onun zavala uğramayan eyni ilə eyniyyət təşkil edir. Yəni, Onun zatına artırılmış deyil. Bu sifətləri heç kəs Ona verməmiş, əksinə o bütün kainata varlıq və elm bağışlayandır.
    "La hövlə və la qüvvətə illa billah.”
    Amma, Allahın fellərində təqdis etmək bu deməkdir ki, bütün yaranışlar Allahın hikməti ilə əhatə olunmuşdur, Allahın məqsədyönlü əməlləridir. Heç nə boş, əbəs yerə yaradılmayıb. Həmçinin, Onun müqəddəs zatı və sifətləri həddindən artıq pak və uca məqamlıdır. Heç vaxt məxluqatın dərk və düşüncə qüvvəsi onu dərk etməyə, qavramağa çatmaz.
    Haqq-Taalanı həqiqətdə olduğu kimi təsbih və münəzzəh bilmək ən bilikli fərdlərin öhdəsindən gəlməz. Buna görə də deyilməlidir ki:
    Təhmid-yəni, bütün xeyirləri və nemətləri Allahdan bilib, Allahı mədh və sə”naya, tərifə layiq olan yeganə şəxs kimi bilməliyik. Hətta, bəzi məxluqların vasitəsilə zahir olan xeyir işlər də yenə Allaha qayıdır.
    "Sizə çatan hər bir nemət Allah tərəfindəndir. Onun camalı, xeyir və nemətləri həddindən artıq çox olduğuna görə, Allahı həmd və mədh etməkdə məxluqatlar içində ən bilikli və ən bacarıqlı fərdlərin öhdəsindən xaricdir. Rəsuli Əkrəm Allaha dua edərək ərz edir ki:
    "İlahi, Pərvərdigara mən Sənin həmd və sənanı sayıb qurtara bilmərəm. Amma Sən onları saymısan.”
    Doğrudan da demək lazımdır ki:
    Bilmək lazımdır ki, Allahı təsbih və həmd etmək bəzi vaxtlarda bəyənilən və müstəhəb, bəzi hallarada isə vacib olur. Vacib olan hal, namazın səcdə və rukusundadır. "Hiynə təqumu” cümləsində də məqsəd bu ola bilər. Yəni, sən namaza qalxanda Allaha təsbih və həmd et! Daha çox təkid olunmuş müstəhəb yer də bu ayənin işarə etdiyi kimi, bir neçə yerdə ola bilər ki, çoxlu xüsusiyyətlərə malikdir. Bu barədə də Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-ə iqtida etmək lazımdır. O cümlədən də gecə namazı üçün yuxudan oyananda da həmd etmək. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm hər vaxt yuxudan ayılanda on dəfə "Allahu əkbər”, on dəfə "sübhanəllah”, on dəfə "ia ilahə illəllah”, on dəfə "əlhəmdülillah”, on dəfə "əstəğfirullah” deyərdi. Çünki, insan yatanda sanki ölür, oyananda isə yenidən həyata qayıdır. Çox hallar olmuşdur ki, insanlar yuxu halında canlarını tapşırmışlar. Qurani-Məcid buyurmuşdur:
    Bir kəsin əcəli yuxuda müqəddər olunubsa, canı elə həmin halda alınır. Amma ölüm vaxtı gəlib çatmayanların canı bədənlərinə yenidən qaytarılır. Buradan məlum olur ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hər vaxt gecə yuxudan ayılanda səcdə edir və bu duanı oxuyurdu:
    "Həmd olsun Allaha ki, məni öldükdən sonra yenidən diriltdi. Məxluqatın qayıdışı ona tərəfdir. Həmd olsun O Allaha ki, mənim ruhumu bədənimə qaytardı ki, Ona həmd edim və ona pərəstiş edim.”
    Şeyx Bəhai "Miftahül-fəlah” kitabında buyurur: Bu duanı yuxudan durandan sonra oxumaq müstəhəbdir. İstər səcdədə olsun, istərsə də başqa hallarda.”
    Əmr olunmuş təsbih və təmhidin başqa bir növü də bəlkə də şərif ayənin işarə etdiyi kimi, namaza başlamamışdan əvvəldir. Namazdan qabaq oxunmalı olan və təsbihə şamil olan dualar çoxdur. O cümlədən aşağıdakı dua:
    "Hiynə təqumu” cümləsinin bir mənası da insanın oturduğu yerdən qalxan zaman təsbih və həmd deməsidir. İstər o məclis Allahın zikr olunduğu məclis olsun, istərsə də zikr olunmadan başqa sözlərlə məşğul olan məclis.
    FÜZEYL VƏ QONAQLARIN SÖHBƏTİ
    Füzeyl ibni Əyazın həyatından yazıblar ki, Möminlərdən biri onun görüşünə gedir. Bir saat onunla birlikdə oturur. Bu bir saatda bir neçə müxtəlif hekayə danışırlar. Getmək istəyəndə deyir: "Allaha şükür olsun ki, xoş bir məclis oldu.” Füzeyl deyir: "Yox, məclis əsla xoş deyildi! Bu bir saatlıq məclisdə sən çalışırdın ki, mənim xoşuma gələn sözlər danışasan, mən də çalışırdım ki, sənin xoşuna gələn sözlər danışım. Heç fikrimizə gətirdikmi ki, Allah hazır və nazirdir, elə bir iş görək ki, Allah bizdən razı olsun?”
    Hər vaxt bir şəxs Füzeylin yanına gəlirdisə, vəhşət hissi keçirirdi. İmam Sadiq əleyhis-salam buyurur:
    "Hər məclisdə ki, yaxşı və pis insanlar bir yerə yığışıb Allahın zikrini deməsələr, Peyğəmbərə salavat göndərməsələr, hökmən o məclis Qiyamət günü onlar üçün həsrət və bəla olacaqdır.”
    Həzrət Rəsul səlləllahu əleyhi və alihi və səlləm-dən rəvayət olunub ki: "Hər kəsin məclisi uzun olsa, (əlbəttə, qeybət, töhmət, artıq danışıq olmayan, başqalarının hörmətinin aradan getməsinə səbəb olmayan) məclisdən qalxıb dağılışanda "subhanəllahi, Allahummə bi həmdikə. Əşhədu ənla ilahə illəllah, əstəğfirukə və ətubu iləyk” desə, bu təsbih həmin məclisin kəffarəsidir. Başqa bir rəvayətdə gəlib ki, məclisdən qalxanda bu zikri oxusunlar:
    bu halda əgər məclis xeyir məclisi olmuşsa, onda savabı daha da artacaqdır; yox əgər şər məclisi olmuşsa, həmin təsbih onun kəffarəsi olacaq. Başqa bir rəvayətdə gəlib ki, mübarək "Saffat” surəsinin axırıncı üç ayəsini oxusalar, həmin məclisin kəffarəsi olacaqdır.
    BEHİŞTDƏ ƏBƏDİ AĞACLAR
    "Üddətüd-dai” kitabında rəvayət olunub ki, Rəsuli Əkrəm bağda xurma əkən bir kişinin yanından keçəndə buyurdu: "İstəyirsənmi səni kökü sair bütün ağaclardan daha davamlı və daha möhkəm, meyvəsi sair ağacların meyvələrindən daha pak və pakizə, başqa ağaclardan daha tez yetişən və onlardan daha çox əbədi qalan bir ağaca tərəf hidayət edim?” Kişi "Bəli ya Rəsuləllah” deyə cavab verdi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Hər sübh və axşam
    "Əlhəmdu lillah və la ilahə illəllahu vəllahu əkbər” desən, sənin üçün Cənnətdə on ağacda müxtəlif meyvələr göyərəcək.” O kişi bu sözü eşidəndən sonra ərz etdi: "Mən bu xurma ağaclarını müsəlmanların fəqirlərinə sədəqə verdim.”
    Həmin kitabda nəql olunub ki, Allah-Taala Süleyman peyğəmbəri insanların və cinlərin hakimi etmişdi. Cinlər onun üçün ipəkdən eni və uzunu 2 fərsəx olan bir xalça toxumuşdular. Süleyman peyğəmbərin minbərinin ətrafında altı yüz min kürsü qurulmuşdu ki, onların üstündə peyğəmbərlər və alimlər əyləşirdi. Onların arxasında insanlar, onların da arxasında cinlər əyləşirdi. Quşlar öz qanadları ilə onların üstünə kölgə salırdı. Səba yeli o həzrətin taxt-tacını yerdən qaldırırdı. Bir aylıq yolu bir gündə keçirdilər. Allah küləyə əmr etmişdi ki, bütün səsləri onun qulağına çatdırsın. Günlərin birində külək Süleyman peyğəmbərin səltənət taxtını havada hərəkət etdirəndə bir kəndli bunu görüb dedi: Allah Davudun oğluna (yəni Süleyman peyğəmbərə) mülk əta etmişdir. Külək bu sözü Süleyman peyğəmbərin qulağına çatdırdı. O, elə oradaca yerə enib kəndliyə tərəf getdi və buyurdu: Sənin yanına gəlmişəm ki, qüdrətin çatmadığı şeyi arzu edəsən. Sonra buyurdu: Allahın qəbul etdiyi bir təsbih Davudun oğluna verdiyindən qat-qat yaxşıdır. Çünki təsbihin savabı əbədi olaraq qalır, bu mülk isə fani olub gedir... Bəli, həmin səbəbə görə də Süleyman peyğəmbər öz qəsrinin damında əsaya söykənən halda öz mülkünə tamaşa edirdi. Birdən ölüm mələyi Əzrail gəlib onun aşağıya düşməsinə möhlət vermədən canını aldı. Uzunu müddət bədəni elə əsaya söykənmiş halda qaldı. İnsanlar və cinlər onun diri olduğunu güman edərək yaxınlaşmağa cür”ət etmədilər. Nəhayət qurdlar əsanını iç tərəfdən yedilər. Onun cansız bədəni yerə düşdü. Süleyman peyğəmbərin padşahlığının axırı budur. Deməli aqil insan əbədi, qalarlı həyatın fikrində olmalıdır. Ona da çatmağın yeganə yolu iman və saleh əməldir.
    Həmçinin, "İddətud-dai” kitabında Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunubdur ki, həzrət səhabələrə buyurdu: "Sizə dildə tələffüzü asan, əməl mizanında dəyərli, Rəhman Allahı xoşhal edən, şeytanı uzaqlaşdıran, behiştin xəzinələri olan beş kəlməni öyrədimmi?” Dedilər: "Əlbəttə, ya Rəsuləllah!” Həzrət buyurdu:
    "Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər və la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim”.
    Başqa bir rəvayətdə Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurur: "Merac gecəsi bir behiştə daxil oldum, orada müşkdən olan bir səhra gördüm. Məlaikələr orada imarətlər tikirdilər. Kərpicləri qızıl-gümüşdən idi. Arada bəzən dayanırdılar. Mən onlardan soruşdum ki, "siz nə üçün arada bəzən dayanır və sonra işi davam etdirirsiniz?” Dedilər ki, biz nəfəqə gözləyirik. Dedim ki, nəfəqə nə deməkdir? Dedilər ki, Möminin "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” deməsidir. Bunların əsli və kökü yerdə, budaqları isə asimanlardadır. Bu kəlmələr insanı asimani bəlalardan, ağır ölümdən, uçurumun altında qalmaqdan qoruyub hifz edirlər. Bu kəlmələr insanın həmişəlik qalan saleh əməlləridir.
    Diqqət yetirilməlidir ki, bu kəlmələrin savabını əldə edib onlardan faydalanmaq o halda mümkün ola bilər ki, gələcəkdə Allahın və Peyğəmbərin əmrindən boyun qaçırmasın, günah etməklə onları puça çıxartmasın. Peyğəmbərdən rəvayət olunub ki, hər kəs bir dəfə "subhanəllah” desə, cənnətdə onun üçün bir ağac əkilir. Hər kəs "əlhəmdu lillah” desə, onun üçün cənnətdə bir ağac əkilir. Hər kəs "la ilahə illəllah” desə, onun üçün cənnətdə bir ağac əkilir. Hər kəs "Allahu əkbər” desə, onun üçün cənnətdə bir ağac əkilir.” Qüreyşdən bir kişi dedi: "Onda bizim behiştdəki ağaclarımız nə çoxdur!” Həzrət buyurdu: "Bəli, amma ehtiyatlı olun ki, od parçası göndərib onları yandırmayasınız. Bu həmin Allahın kəlamıdır ki, buyurur:
    "Ey iman gətirənlər, Allaha itaət edin, Onun Rəsuluna itaət edin və (Allahın əmrlərindən boyun qaçırmaqla) öz əməllərinizi batil (puç) etməyin.”
    "Gecənin bir qismində Ona (Allaha) təsbih de və namaz qıl, Allahı yad et, ulduzların qayıtdığı vaxt, fəcrin açıldığı zaman–gündüz olanda.”
    Bu ayədə Allahı zikr etməyin mühüm olan və buna da əmr olunan iki yeri bəyan edir və buyurur ki, birincisi gecənin bir qismidir. Həzrət İmam Baqir və İmam Sadiq əleyhissalam-dan nəql olunub ki, səhər vaxtı dedikdə, məqsəd gecənin axırıncı üçdə bir hissəsi nəzərdə tutulur. Həmin vaxtda təsbih deməkdən məqsəd, on bir rəkətdən ibarət olan gecə namazıdır. Onlardan dörd dənə iki rəkətli namaz gecə namazı, iki rəkəti şəf” və bir rəkəti vətr namazı niyyəti ilə qılınmalıdır. Ayədəki "İdbarənnəhar”dan məqsəd sübhün iki rəkət nafiləsi və iki rəkət sübh namazının özüdür. Bəzi müfəssirlər də demişlər ki, bu şərif ayə zikrin davamlı olmasına işarədir. Yəni yuxudan ayılandan gecə yatan vaxta qədər hər bir halda və zamanda Allahı yad et. Çünki Allah bir an belə səndən qafil qalmır və daimi olaraq sənin keşikçindir. Və bəlkə də
    ayəsi məhz həmin mənaya dəlalət edir. Lakin bu ayənin zahiri Allah zikrinin zikr olunduğu vaxtlardakı xüsusiyyətlərinə işarədir. Xüsusilə sair ayələrin də işarə etdiyi kimi, səhər çağlarında istiğfar edənlər...
    Rəsuli Əkrəmin Besətinin əvvəllərində gecə namazı qılmaq onun əhəmiyyətinə görə bütün müsəlmanlara vacib idi. Sonradan müsəlmanlara asan olsun deyə, müstəhəb edildi və "Müzzəmmil” surəsində bəyan olunduğu kimi, yalnız Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə vacib oldu. Hər hansı çətinlikdə, məşəqqətdə olmayan hər bir müsəlmana layiqdir ki, gecə namazını tərk etməsin və özünü bu böyük səadətdən məhrum etməsin. Məhz bu səbəbdən də bəzi rəvayətlərdə Əli əleyhissalam-ın şiələri olmağın əlaməti gecə namazına durmaq kimi təbir olunmuşdur.
    ƏLİ ƏLEYHİSSALAMIN BƏYANINDA ŞİƏLƏRİN NİŞANƏLƏRİ
    Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhissalam Əhnəf ibni Qeys üçün öz şiələrinin əlamətlərini bəyan edərək buyurdu ki, "...onların qədəmləri gecə namazına duran, rüku və səcdə halında əyilənlərdir; Quran oxuyurlar, onların Allahın xovfundan etdikləri ah-nalələri ucalar...”
    Burada bir hədislə kifayətlənirik: Əli əleyhissalam bir aylı gecədə camat namazını qılıb qurtarandan sonra məsciddən çölə çıxdı. Səhabələrindən bir dəstəsi onun ardınca gəlirdilər. Həzrət soruşdu ki, siz kimsiniz? Ərz etdilər ki, biz sənin şiələrinik. Buyurdu: "Mən şiələrin əlamətlərini sizlərdə görmürəm.” Ərz etdilər ki, şiələrin əlamətləri hansılardır? Buyurdu: "Bizim şiələrimiz o kəslərdir ki, gecələr oyaq qalmaq nəticəsində üzləri saralar, zəifləyər, ağlamaq nəticəsində gözlərinin nuru azalar, qarınları oruc tutmaq nəticəsində arxaya çəkilmiş, kürəkləri rüku və səcdə etməkdən əyilmiş olar, ağızları çox dua oxumaq nəticəsində qurumuşdur. Budur Əhli-beyt əleyhissalam-ın şiələrinin sifətləri!”
    GECƏ NAMAZI QILMAĞIN DÜNYƏVİ FAYDALARI
    İmam Həsən Əsgəri əleyhissalam İbni Babəveyh Qumiyə yazdığı bir məktubda ona üç dəfə gecə namazı qılmağı tövsiyə edir. (Ələykə bisəlatilləyli).
    İndi isə nümunə üçün gecə namazının bir neçə dünyəvi və bir neçə axirət faydalarını qeyd edirik:
    Gecənin axır vaxtlarında yuxudan durub gecə namazı qılmaq cismi sağlamlığa səbəb olur. Həzrət Əli əleyhissalam-dan rəvayət olunub ki, "Hər kəs çox yatsa, xüsusilə də sübh vaxtı, bədənində ağırlıq və kəsalət olar.”
    Gecə namazı gözün nurunu artırır, ruzini bol edir, məhəbbətə səbəb olur. Bir hədisdə buyurulur ki, bir qadın Həzrət İmam Sadiq əleyhissalam-ın yanına gəlib dedi: Ey Peyğəmbərin övladı, ərim məni çox istəmir, mən nə edim? Həzrət buyurdu: Get gecə namazı qıl. O qadın bir müddətdən sonra yenidən həzrətin hüzuruna gəlib təşəkkür edərək dedi ki, o vaxtdan bəri ərim məni istədiyi qədər heç kəsi istəmir.
    Həzrət buyurdu ki, Allah rəhmət eləsin o qadına ki, gecə namazına durub ərini də namaza oyatsın, həmçinin, Allah rəhmət eləsin o kişiyə ki, özü gecə namazına qalxıb arvadını da namaz üçün oyatsın.
    GECƏ NAMAZININ AXİRƏT FAYDALARI
    Allah taala gecə namazı qılan şəxslərlə iftixar edir. Gecə namazı qəbirdə, Siratda, Mizanda onu qılan şəxs üçün bir nurdur. Allah gecə namazı qılanlardan razıdır, onları elə bir məqama çatdırar ki, bu əməli yerinə yetirmədən bir kəs həmin məqama çata bilməz. Zəhmət çəkmədən xəzinə tapmaq olmaz, sə”y edib çalışanlar muzd ala bilər.
    MƏRHUM MÜQƏDDƏS ƏRDƏBİLİNİN ÇATDIĞI YÜKSƏK MƏQAMLAR GECƏ NAMIZININ BƏRƏKƏTİNDƏN İDİ
    Müqəddəs Ərdəbili Həzrət İmam Zaman əleyhissalam-ın hüzuruna dəfələrlə çatmışdı, həzrət İmam Əli əleyhissalam-ın qəbri üzərində o həzrətlə danışırdı. Onun özündən bu yüksək mənəvi dərəcələrə çatmağın səbəbi barədə nəql olunub ki, təhsilinin əvvəllərində bir tələbə ilə bir hücrədə qalırdım. Onunla sözləşib əhd bağladıq ki, bizim üçün hər nə baş versə, bir kəsə açıb deməyək. Nəhayət bir zaman oldu ki, heç nəyimiz olmadı, dostum aclıq nəticəsində çox zəiflədi, əhd bağladığımız üçün bunu heç kəsə açıb demirdi. Bir gün bir nəfər mədrəsəyə gəlib dostumun zəifləməsinin səbəbini (mən orada olmadığım halda) onun özündən soruşub. O, əvvəldə heç nə deməmişdi, amma onu and verdikdən sonra işin həqiqətini açır və deyir ki, aclığın və yoxsulluğun şiddətindən mən və dostum belə arıqlayıb zəifləmişik.
    O şəxs dərhal hər ikisi üçün təam gətirib bir kisə də pul verir. Molla Əhməd (Müqəddəs Ərdəbili) gələndə hal-əhvaldan xəbərdar olur və dostuna etiraz edir ki, nə üçün açıb demisən, məgər əhd bağlamamışdıq? Xülasə, yeməyi bir yerdə yeyib pulları da yarıya bölürlər.
    Müqəddəs Ərdəbili yatıb gecə yarısı oyanır görür ki, boynuna qusul düşmüşdür. Hamama gedir ki, qüsl etsin. Hamamçı qapını içəridən bağlayıb açmır. Müqəddəs Ərdəbili nə qədər israr edirsə hamamçı qapını açmır ki, açmır. Deyir ki, pulunu iki qat artıqlaması ilə verəcəyəm. Yenə də açmır, nəhayət pullarının hamısını verməyə razılaşır ki, təki qusl alıb gecə namazını əldən verməsin.
    Həmin gecədən Allah taala ona xas bir lütf inayət edir və ondan cürbəcür kəramətlər görünməyə başlayır.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 544 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019