İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quran təhrif olunmayıb

    Quran təhrif olunmayıb
    BEŞİNCİ MƏQAM
    BÖYÜK ŞİƏ ALİMLƏRİNİN QURANIN TƏHRİF OLUNMASI BARƏSİNDƏ FİKİRLƏRİ
    Böyük şiə alimləri Quranın təhrif olunmadığı qənaətindədirlər. Belə ki, onlar hazırkı Quranın heç bir artım və ya azalma baş vermədən Peyğəmbərə (s) nazil olunan Quran olduğunu qəbul edirlər.
    Burada şiə məzhəbinin dayaqları və qələmə aldıqları əsərlər bu məzhəbin əqidəsi hesab olunan bir neçə alimin görüşlərini qısa şəkildə diqqətinizə çatdıracağıq. Lakin oncə iki məsələyə diqqət yetirməyi zəruri hesab edirik.
    1.Bir çox Quran elmləri ilə bağlı kitablarda Quranın təhrif olunması nəzəriyyəsini Əhli-sünnənin "Həşviyyə” qoluna aid etdikləri kimi, Şiə məzhəbinin də "Əxbari” qoluna aid etdikləri nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, "Vəsailüş-Şiə” kitabının müəllifi, Şeyx Hürr Amili kimi bir çox əxbari alimlər Quranın təhrif olunmadığı fikrində olmuş, hətta bu haqda elmi əsər belə yazmışlar. Deməli, əxbari olmaq heç də Quranın təhrif olunması qənaətində olmaq deyil.
    2.Şübhəsiz ki, şiə alimləri Qurana nəyinsə artırılması yolu ilə təhrif olunmaması haqqında yekdil rəyə malikdirlər. Lakin azaldılma yolu ilə təhrif olunmaması barəsində isə Müqəddəs Bağdadi(Məcməul-bəyan, c. 1, səh. 15.) (Vafiyə kitabının izahinda), görkəmli şiə mərcəi-təqlidi Şeyx Cəfər Kaşiful-ğita (Kaşiful-ğita əsərində) kimi dahilər eyni yekdil rəyin olduğunu iddia etmişlər. Elə buna görə də böyük şiə alimlərinin əsərlərində Quranın mütləq şəkildə, istər artırma, istərsə də azaltma yolu ilə təhrif olunmaması barəsində yekdil rəyin mövcudluğunun iddia olunduğunu iddia etmək olar.
    İndi isə görkəmli şiə alimlərinin görüşlərinə nəzər salaq:
    1.Hicrətin üçüncü əsrində böyük şiə tədqiqatçılarından olmuş Fəzl ibn Şazan "İzah” əsərində Quran ayələrinin azaldılma yolu ilə təhrif olunduğunu inkar edərək, təhrif barəsində mövcud olan rəvayətlərin nəql olunmasının digər firqələrə aid olduğunu bildirmişdir.
    2.Hicrətin dördüncü əsrində şiə aləminin elmi simalarından olan, Şeyx Səduq kimi tanınan İbn Cəfər Məhəmməd ibn Əli ibn Babəveyh Qumi "Etiqadlar” adlı elmi əsərində yazır:
    "Bizim Quran haqqında əqidəmiz belədir:
    Hazırkı Quran eynilə Peyğəmbərə (s) nazil olan Qurandır. Ona heç bir şey artırılmamışdır. Kimsə bizi hazırkı Quranın azaldılmasına əqidə bəsləməkdə ittiham etsə, yalançıdır”.
    3.Dahi şiə fəqihi Seyid Mürtəza Ələmül-huda kimi tanınan Əli ibn Hüseyn Musəvi "Tərablosiyyat” məsələlərinin cavabında yazır:
    "Quranın təhrif olunmadığını bilmək, şəhərləri tanımaq, məşhur tarixi olayların həqiqətəuyğunluğunu bilmək kimi bir şeydir. Onların həqiqətəuyğunluğunu tam əminliklə bildiyimiz kimi, Quranın təhrif olunmadığına da qəti şəkildə əminik. Çünki müsəlmanlar Quranın qorunmasına daim hədsiz səy göstərmişlər. Quran Peyğəmbər (s) dönəmində tam şəkildə tənzimlənmişdir. Belə ki, o həzrət Quranın qorunması üçün Übəy ibn K`əb və digər bir neçə nəfərdən ibarət heyət yaratdı və Quranı dəfələrlə tam şəkildə onlar üçün oxudu”.
    Seyid Mürtəza sözünə davam edərək yazir:
    "Şiələrdən və ya Əhli-sünnənin "Hışviyyə” qolundan bu fikirlə razılaşmayıb ona qarşı çıxanlarla razılaşmaq olmaz. Çünki onların dəlil kimi göstərdikləri, bir neçə səhih (düzgün) hesab etdikləri zəif rəvayətdir.(Tibyan kitabının giriş sözü.)
    4.Şeyxut-taifə Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi bu haqda yazır:
    "Quran kimi dəyərli bir kitabın azaldılıb-çoxaldılmasından söhbət etmək bu kitaba hörmətsizlikdir. Çünki ona bir şeyin artırılmadığı haqda yekdil rəy mövcuddur. Bir şeyin azaldılmasını da müsəlman məzhəbləri qəbul etmirlər. Bu, ilk növbədə şiə alimlərinin fikirləri və səhih (düzgün) rəvayətlərin məzmunu ilə üst-üstə düşür. Qurandan bir neçə ayənin çıxarıldığını göstərən şiə və əhli-sünnə rəvayətləri "xəbəri-vahid” olduğu üçün onlara əsaslanıb əmin ola bilmərik. Buna görə də onlara əsaslanmaq düzgün deyil”.(Sədus-süud, səh. 144.)
    5.Böyük təfsirçı alim "Məcməul-bəyan” əsərinin müəllifi Əbu Əli Fəzl ibn Həsən Təbərsi öz təfsirinin müqəddiməsində yazır:
    "Qurana bu və ya digər ayənin artırılması şiələrin yekdil rəyinə görə düzgün deyil. Hər hansı bir ayənin azaldılmasını isə şiələrin bir neçəsi və Əhli-sünnənin "Həşviyyə” qolu nəql etmişdir. Lakin şiələr bunun əksini qəbul edirlər.
    6.Seyid ibn Tavus yazır:
    "Şiə məzhəbi Quranın təhrif olunmadığı qənaətindədir”.(Həmin qaynaq, səh. 193.)
    Digər bir yerdə yazır:
    "Hazırkı Quranın Peyğəmbərə (s) nazil olunan Quran olduğuna, o həzrətin Quranı bir yerə toplamasına inandıqları bir halda, mədinəlilərlə məkkəlilərin, kufəlilərlə bəsrəlilərin fikir ayrılıqlarından danışanlara,
    "بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ﴾ ﴿
    (Bismillahir-Rəhmanir-Rəhim) ayəsi Quranın bir hissəsidir, amma surədən deyil” - deyə fikirləşənlərə təəccüb edirəm. Təəccüblüdür ki, əqlin və şəriətin təsdiq etdiyi kimi Quran mütləq şəkildə təhrif olunmayıbsa, belə bir fikri necə irəli sürürlər”.(Təfsire-Safi, c. 1, səh.15.)
    7.Molla Möhsün Feyz Kaşani yazır:
    "Təhrifi təsdiqləyən hədislər Allahın kitabı ilə ziddiyyət təşkil edir. Bu kimi hədislər ya rədd edilərək kənara qoyulmalı, ya da yozulmalıdır”.(Alaur-rəhman, səh. 26.)
    8.Şeyx Tusi kimi tanınan Məhəmməd Bəhauddin Amuli Quran haqqında yazır:
    "Düzgün fikir Quranın mütləq şəkildə təhrif olunmamasıdır. Xalq arasında dillərə düşmüş, Əlinin (ə) adının bəzi ayələrdən çıxarılması, misal üçün, guya,
    ﴾ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴿
    ayəsinin əslində
    في علي ﴾ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴿
    olması fikrini şiə alimləri qəbul etmirlər”.(İzharul-həqq, c. 2, səh. 129.)
    9."Vəsailüş-şiə” kimi mühüm bir hədis kitabının müəllifi Şeyx Məhəmməd ibn Həsən Hürr Amuli Quranın təhrif olunmadığını sübuta yetirmək məqsədi ilə qələmə aldığı elmi əsərdə yazır:
    "Tarixi və məsum imamlardan (ə) nəql olunan rəvayətləri dəqiq araşdıran hər bir şəxs Quranın minlərlə səhabə tərəfindən təsdiqləndiyinə və Peyğəmbər (s) dönəmində tam şəkildə toplanaraq tərtib edildiyinə əmin olar”.(Kaşifül-ğita, səh. 299.)
    10. Nadir şiə fəqihlərindən olan Şeyx Cəfər Kaşifül-ğita dəyərli "Kaşifül-ğita” əsərində yazır:
    "Müsəlmanların yekdil rəyinə, din və məzhəb prinsiplərinə görə, Qurana bir şey əlavə edilməmiş, Quranın öz buyuruğuna və bütün alimlərin yekdil rəyinə görə, ondan heç bir şey çıxarılmamışdır. Bu məsələdə qarşı tərəfin nadir versiyasına əsaslanmaq olmaz”.(Biharul-ənvar, "İftiraqul-ümməti bədən-Nəbi” babı, c. 8, səh. 4.)
    Bütün bunlar böyük şiə alimlərinin görüşlərindən nümunələrdir. Onlardan yadigar qalmış yazılı əsərlərdən aydın görünür ki, Quranın təhrif olunması versiyası yanlış versiyadır. Belə ki, bu versiyanın yanlışlığı özlüyündə aydın olan, təkzibedilməz müddəadır. Bir neçə nəfərin öz kitabında zəif rəvayətlərə yer verməsi bütöv bir məzhəbin əqidəsini təmsil edə bilməz. Belə olan halda, təhrif nəzəriyyəsini şiə alimlərinə necə aid etmək olar? Bu ittiham haramlığı aydın olan iftira deyilmi? Öz etiqadını, həmişəyaşar fikirlərini Qurandan alan bir topluma bu kimi iftiranı necə yaxmaq olar?
    Category: Quran təhrif olunmayıb | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 743 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024