ONUNCU MƏQAM TƏHRİF HAQQINDA İKİ İDDİA Öncəki açıqlamalardan aydın oldu ki, təhrif haqqInda iki növ iddia mövcuddur: 1.Bir çoxlarının fikrincə təhrif yalnız rəvayətlərdə göstərilən müəyyən ayələrə məxsusdur. Buna görə də Quranın digər ayələri təhrif təhlükəsindən amanda qalmış və onların ilkin zahiri (ibtidai) mənasına əsaslanmaq mümkündür. Bu fikirdə olanların dəlil olaraq göstərdikləri, bəzi hədis kitablarında qeyd olunan rəvayətlərdir. 2.Bəzilərinə görə, Quran "icmali” şəkildə təhrif olunmuşdur. Başqa sözlə, Quranın təhrif olunmasını "icmali bilik” həddində bildiklərini iddia edirlər. Bu fikri irəli sürənlər, təhrif məsələsində "etibar” və s. bu kimi dəlillərə əsaslanmışlar.(Təhrifin inkarının asan izahı, səh. 12.) |