İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Quran təhrif olunmayıb

    Quran təhrif olunmayıb
    ON BEŞİNCİ MƏQAM
    TİLAVƏTİN "NƏSX”İ VƏ "İNSA” ANLAYIŞLARI
    Əhli-sünnə alimlərinin əsərlərində "tilavətin nəsxi” və "insa” terminlərinə tez-tez rast gəlirik. Onların bəzisi tilavətin "nəsx” olunmasının "icmali” şəkildə baş verdiyinə əqli (rasional) və nəqli (ənənəvi) dəlillər olduğu qənaətindədirlər.(Müsnəde-Əhməd ibn Hənbəl, 1/47.) Aşağıdakı sətirlərdə iki terminin təhrif anlayışı ilə nə kimi fərqi olduğunu və ya tilavətin "nəsx” olunmasını (qüvvədən düşməsini) qəbul etdikdə təhrifi qəbul etmiş olub-olmadığımızı araşdırmaq istəyirik. Hədis kitablarında bir çox hədislər mövcuddur ki, əhli-sünnə alimlərini, onları "tilavətin nəsxi”nə yozmağa vadar etmişdir. Bu rəvayətlərdən biri "rəcm” (daşqalaq) məsələsi ilə bağlıdır. Ibn Abbasın nəql etdiyinə görə, Ömər demişdir: "Peyğəmbərə (s) nazil olan ayələrdən biri də "rəcm” (daşqalaq) ayəsidir.
    (...الشَّیْخُ وَالشَّیْخةُُ إذَا زَنَیا فَارْجَمُوهُما)
    Peyğəmbər (s) öz dövründə bu hökmü həyata keçırırdı. Biz də o həzrətdən sonra bu hökmü həmin şəkildə icra edirdik”.(Mühəlla, İbn Həzm, c. 1, səh. 253.)
    Zeyd ibn Sabit deyir: "Peyğəmbərdən (s) eşitdim ki, ailəli kişi və ya ailəli qadın zina edərsə, daşqalaq olunmalıdır”.
    Zeyd, Peyğəmbərin (s) bu sözünün Quranın bir hissəsi olduğunu iddia etməmişdir. Ömər isə bunun Quran ayəsi olduğunu güman etmiş, Peyğəmbərdən (s) onu Qurana yazıb-yazmaması haqqında soruşduqda, həzrət (s) cavab verməmişdir.(Əl-Əhkam, Amudi, 3/155.)
    Əhli-sünnə alimləri bu hökmün və Peyğəmbərin (s) sözünün Quran ayəsi olduğunu düşünmüş və tilavətinin (oxunuşunun) "nəsx” olunduğunu (qüvvədən düşdüyünü), hökmün özünün isə hələ də qüvvədə olduğunu iddia etmişlər.
    Bu nöqteyi-nəzər elmi dairələr tərəfindən kəskin tənqid atəşinə tutulmuş və ona bir çox iradlar bildirilmişdir. Bu irad və tənqidlərə nəzər salaq:
    1.Nəsx”in, növündən asılı olmayaraq, (yəni istər oxunuşun, istərsə də hökmün nəsx olunması) "nasix”ə (nəsx edən, qüvvədən salan yeni hökmə) ehtiyacı var. Məlum ayəni qüvvədən salacaq hər hansı bir ayə mövcud deyil.
    2.Lazımi yerlərdə sübuta yetirilmişdir ki, "nəsx” şəriət hökmləri çərçivəsində olmalıdır. Tilavət isə şəriət hökmü deyil (əlbəttə, bu irada belə bir cavab verilmişdir ki, tilavətdə məqsəd onun özü deyil, ayənin oxunmasının hökmüdür. Belə olan halda onu bir şəriət hökmü hesab etmək olar).(Əl-Bəyan, səh. 206.)
    3.Bu növ "nəsx”in, yəni ayənin oxunuşunun qüvvədən düşməsi, özündə əks etdirdiyi hökmün isə hələ də qüvvədə qalmasının nə faydası var?
    4.Ən mühüm irad Ayətullah Xoyiyə məxsusdur. O yazır:
    "Əgər bu "nəsx” (yəni oxunuşun qüvvədən düşməsi) Peyğəmbərin (s) yaşadığı dövrdə, o həzrətin göstərişi ilə həyata keçirilibsə belə, təhrifə səbəb olmamasına baxmayaraq, bu məsələni özündə əks etdirən rəvayətlər "xəbəri-vahid”dir və təbii ki, onlara etimad göstərmək olmaz. Bundan başqa, həmin rəvayətlərin bəzisində bu növ "nəsx”in Peyğəmbər (s) zamanından sonra baş verdiyi göstərilir. Belə olan halda, əgər bu "nəsx” alimlər, dövrün biliciləri tərəfindən həyata keçirilmişdirsə, bu, təhrifi qəbul etmək deməkdir”.(Fəthül-mənnan fi nəsxil-Quran, səh. 224.)
    "Rəcm” (daşqalaq) məsələsi haqqında deyilənlərin yanlışlığı isə olduqca aydın məsələdir. Çünki Quranın davamlı olaraq yazılmasına böyük diqqət göstərən, vəhy katiblərinə hər bir ayənin qeydə alınmasını tapşıran Peyğəmbər (s), "rəcm” ayəsinin Qurandan olmasına baxmayaraq, onun yazılmasına diqqətsizlik göstərib Ömərin sualına cavab olaraq necə susdu?
    Deməli, oxunuşun qüvvədən düşməsi məsələsi yanlışlığı aydın olan məsələlərdəndir. Belə ki, bir çox müasir əhli-sünnə alimləri əqli baxımdan oxunuşun qüvvədən düşməsini qəbul etsələr də Quranda belə bir "nəsx” olmadığı fikrindədirlər.(Mühəlla, İbn Həzm, c. 10, səh. 16.) İbn Həzm Əndəlosi öncə oxunuşun qüvvədən düşməsini qəbul etsə də sonda onu, Qurana aidiyyatı olmayan bir şəkildə izah etmişdir.(Ətraflı məlumat üçün "Əhli-beyt” və ya "Parlaq simalar” kitabına müraciət olunsun. )
    Category: Quran təhrif olunmayıb | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 349 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019