ON ALTINCI MƏQAM ŞİƏ MƏZHƏBİ TƏHRİF MÜDDƏASINI QƏBUL EDƏ BİLMƏZ Şiə məzhəbi nəinki təhrif müddəasını qəbul etmir, prinsipcə onu qəbul edə də bilməz. Çünki Şiə məzhəbinin etiqadı ilə bağlı məsələlərin özülünü Quranın "Təthir” ayəsi təşkil edir. وَيُطَهِّرَكُمْ تَطْهِيرًا إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ "Allah siz əhli-beytdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istəyir!” Lazımi yerlərdə sübuta yetirilmişdir ki, bu ayə Əhli-beytin (ə) məsumluğuna aşkar dəlildir. Hansı ki, bu məsumluq xəlifəlik və rəhbərliyin başlıca şərtidir. Quranın təhrif olunduğunu iddia edən kimsə, artıq məsumluğun isbatı üçün bu ayəyə əsaslana bilməz. Bu ayənin əsl məqsədi, o zaman məlum olar ki, "Həmd” surəsi ilə başlanan, Peyğəmbər (s) dönəmində tərtib edilən, sonradan heç bir dəyişikliyə məruz qalmayan, hər bir ayəsi özünəməxsus lazımi yerdə yerləşən, belə ki, yeri dəyişdikdə məqsədinin də aradan getdiyi Quranı qəbul edək. Bu ayədə Allahın məqsədi budur ki, Peyğəmbərin (s) qadınlarının üzərinə düşən vəzifələri açıqlamaqla yanaşı məsum Əhli-beyt (ə) haqqında da xüsusi məsələni aydınlaşdırsın və onlara özünəməxsus vəzifələri olduğunu xatırlatsın. Hər halda bu kimi ayələrin təhrif olunduğu ehtimal olunarsa, artıq Şiə etiqadları üçün heç bir əsas, dəlil qalmayacaq.("Hədis” elmi terminologiyasında məsumlara (ə) qədər olan sənəd silsiləsində özünə yer almış rəvayətçiləri bütünlüklə 12 imamlı və etibarlı olan hədisə "səhih” hədis deyilir. ) |