İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quran təhrif olunmayıb

    Quran təhrif olunmayıb
    ON YEDDİNCİ MƏQAM
    TƏHRİFLƏ BAĞLI RƏVAYƏTLƏRƏ ÜMUMİ BAXIŞ
    Təhrif müddəasını qəbul edənlərin ən mühüm dəlilləri Şiə və Əhli-sünnə kitablarında qeyd olunmuş rəvayətlərdir. Bu rəvayətlərin sayı bir çox tədqiqatçıların hesablamalarına görə, 1122-yə yaxındır. Bəziləri bunların "icmali” şəkildə "mütəvatir” olduğunu qəbul edirlər. Onların fikrincə, bu rəvayətlərin çoxunun sənəd baxımından zəif olduğuna baxmayaraq, hədislərin çoxluğuna görə onların içində "səhih”(Ricale-Nəcaşi, səh. 58.) hədislərin olduğu da ehtimal olunur. Təhrif müddəasını qəbul edənlər bu hədislərə əsaslanaraq, Quran ayələrinin azaldıldığını iddia edirlər.
    Böyük alimlər bu rəvayətlərə cavab olaraq iki baxımdan irad tutmuşlar.
    1.Sənəd və bu rəvayətlərin yer aldığı kitablar baxımından.
    2.Mövcud hədislərin təhrif müddəasını təsdiq edib, yaxud etməməsi baxımından.
    İndi isə hər iki iradın izahına nəzər salaq:
    Birinci iradın izahı:
    Bu hədislərin çoxunun sənədində Əhməd ibn Məhəmməd Səyyari olduğu müşahidə olunur. "Rical” alimlərinin fikrincə, o, dinə əhəmiyyət verməyən və zəif hədislər nəql edənlərdəndir. Nəcaşi onu "ğülüvv” etməkdə (Peyğəmbər (s) və imamlara (ə) pərəstişdə ifrata varıb, bəzi ilahi xüsusiyyətləri onlara aid etmək) etməkdə ittiham edir.(Qamusur-rical, c. 1, səh. 403.)
    İbn Qəzairi isə onu yolunu azmış adlandırır.(Xülasətür-rical, səh. 266)
    Bu rəvayətlərin sənəd silsiləsində müşahidə olunan rəvayətçilərdən biri də Hüseyn ibn Zibyandır. "Rical” alimləri onun haqqında yazırlar: "O, (elm və iman baxımından) çox zəifdir, onun bütün kitablarında "xəlt” (qatqı) mövcuddur”.
    İbn Qəzairi onu "ğülüvv” edən, hədsiz yalançı və saxta hədis quraşdıran adlandıraraq məzəmmət edir.(Təshihül-etiqad, səh. 72.)
    Rəvayətlərin sənəd silsiləsində müşahidə olunan üçüncü şəxs Əli ibn Əhməd Kufidir. Rical alimlərinin fikrincə, o, (elm və iman baxımından) zəif, rəvayətlərdə dəyişiklik aparan, bir çoxlarına görə isə yolunu azmış "ğali”lərdən (Peyğəmbər (s) və imamlara (ə) pərəstişdə ifrata varıb, bəzi ilahi xüsusiyyətləri onlara aid edən) olmuşdur.
    Yuxarıda qeyd olunanlardan göründüyü kimi, bu hədisləri nəql edən rəvayətçilər (elm və iman baxımından) olduqca zəif olduqları üçün onlara etibar etmək olmaz.
    Bundan başqa, bu rəvayətlərin qeyd olunduğu kitabların böyük əksəriyyəti olduqca etibarsız kitablardır. Bu kitabları nəzərdən keçirək:
    1.Bu rəvayətlərin bəzisi Səd ibn Abdullah Əşəriyə aid edilən kitabdan götürülmüşdür. Bu kitabın Noman və Seyid Mürtəzaya aid olduğu qənaətində olanlar da vardır. Kitab müəllifi dəqiq məlum olmadığından heç bir Rical alimi onu etibarlı hesab etməmişdir.
    2.Bu hədislərin bir neçəsi Süleym ibn Qeys Hilalinin kitabından götürülmüşdür. Hansı ki, Şeyx Müfid bu kitab barəsində yazır:
    "Bu kitaba heç bir şəkildə etibar etmək olmaz. Əksər hallarda ona uyğun şəkildə əməl etmək düzgün deyil. Sözügedən kitabda dəyişikliklər aparılmışdır. Dinə bağlı kimsələr bu kitabdan uzaq gəzməlidirlər”.("Hədis” elmi terminologiyasında "mürsəl” sənəd silsiləsinin sonunda və ya hamısında rəvayətçilərin məlum olmadığı hədisə deyilir. )
    3.Üçüncü kitab "Kitabüt-tənzil vət-təhrif” və yaxud "Qiraətlər” kitabıdır. Bu kitabın müəllifi Əhməd ibn Məhəmməd Səyyardır. Öncə qeyd etdiyimiz kimi "rical” alimləri onun (elm və iman baxımından) zəif olduğunu bildirmişlər.
    4.Bu rəvayətlərin bəzisi Əbil-Carudun bədii təfsirindən götürülmüşdür. Əbil-Carud İmam Sadiqin (ə) lənət oxuduğu şəxs olmuşdur. Bundan başqa, bu təfsirin sənədində Kəsir ibn Əyyaş müşahidə olunur. Hansı ki, onun da (elm və iman baxımından) zəif olduğu bildirilmişdir.
    5.Belə kitablardan biri də Əli ibn İbrahim Qumiyə aid edilən təfsir əsəridir. Bu, onun öz şagirdi Əbülfəzl əl-Abbas ibn Məhəmməd Ələviyə dediklərinin yazılı formasıdır. Bundan başqa, Əbil-Carudun təfsiri ilə də qarışmışdır.
    6.Bu rəvayətlərin istinadgahlarından biri də Əli ibn Əhməd əl-Kufinin "İstiğasə” kitabıdır. Hansı ki, İbn Qəzairi onun yalançı və ğali olduğunu bildirmişdir.
    7.Bu rəvayətlərin bəzisi Təbərsinin "Ehticac” əsərindən götürülmüşdür. Hansı ki, bu kitabda qeyd olunan hədislərin əksəryyəti "mürsəldir”.("Hədis” elmi terminologiyasında "həsən” o tipli hədislərə deyilir ki, sənəd silsiləsində mövcud olan rəvayətçılərin hamısı və ya bəzisi mədh edilmiş, lakin ədalətlı olduqları açıq şəkildə bildirilməmişdir.) Ona görə də bu kitaba bir hədis kitabı kimi əsaslanmaq olmaz.
    8.Bu hədislərin əksəriyyəti "Üsuli-kafi” kitabında da qeyd edilmişdir. Lakin bu və ya digər hədisin yalnız hər hansı bir kitabda qeyd olunması, onun düzgün olduğuna dəlil ola bilməz. Bir çoxlarının iddiasına görə "Üsuli-kafi”də mövcud olan 16199 hədisin yalnız 5172-si "səhih”dir. Təqribən, 144 hədis "həsən”(Hədis” elmi terminologiyasında "müvəssəq” o tipli hədislərə deyilir ki, sənəd silsiləsində mövcud olan rəvayətçılərin etibarlı olmasına baxmayaraq, bəziləri 12 imamlı deyil.), 2128 hədis "müvəssəq"(Hədis” elmi terminologiyasında "səhih”, "həsən” və "müvəssəq” olmayan hədisə "zəif” hədis deyilir.), 302 hədis "qüvvətli”, 7480 hədis isə "zəif”(Derasatun fil-hədis vəl-muhəddisin, səh. 137.) hədislər sırasındadır.(Rəvzətu Kafi, 8/184.)
    İkinci iradın izahı:
    Sözügedən hədislər məzmunca fərqlidirlər və bu baxımdan onları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
    1.Bu hədislərin bəzisi "mənəvi təhrif”lə bağlıdır. Hansı ki, bizim mübahisə obyektimizdən xaricdir.
    2.Bu rəvayətlərin bəzisi qiraətdə mövcud olan fərqlərlə bağlıdır. Ona görə də mövzu etibarilə təhrif məsələsinə heç bir aidiyyatı yoxdur.
    3.Belə hədislərin bir qismi isə bir ayənin izahı və ya təfsiridir. Lakin bir çoxları ayənin izahını təfsir deyil, məhz ayənin bir hissəsi olduğunu güman etmişlər.
    Buna misal olaraq aşağıdakı hədisi göstərmək olar:
    رَوی الکُلینی بأسنادِهِ عَنْ موسی بن جعفر - علیه السلام - فی قوله تعالی:
    ﴿ الَّذِينَ يَعْلَمُ اللّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلاً بَلِيغًا ﴾
    إنه - عليه السلام – تلا هذه الآية الی قوله: ﴿ فَأَعْرِضْ عَنْهُمْ ﴾ و اضاف "فَقَدْ سَبَقَتْ عَلَيْهِمْ کَلِمَةُ الشَّفاءِ وَ سَبَقَ لَهُمْ الْعَذاب" وَ تَلا بَقية الآية (Fəslül-xitab, səh. 275. )
    Mühəddis Nuri yazır:
    "Hədisdə mövcud olan ümumi vəziyyət bu əlavənintəfsir deyil, məhz Quranın bir hissəsi olduğunu göstərir”.
    Əllamə Məclisi və s. alimlər bu əlavənin təfsir (açıqlama, izah) olduğu qənaətindədirlər.
    4.Bəzi ayələrdə həzrət Əlinin (ə) və digər məsumların (ə) adlarının olduğunu iddia edən hədislər. Bu məzmunda olan hədislər də yalnız təfsir əhəmiyyəti daşıyır və əsla məsumların (ə) adının Quranın tərkib hissəsi olduğunu bildirmir.
    5.Bəzi hədislər də Qüreyş qəbiləsindən olan bir neçə nəfərin adının Quranda olduğunu göstərir. Guya Quran təhrif olunaraq həmin adlar çıxarılmış, yalnız Əbu Ləhəbin adı saxlanılmışdır.
    Bu qrupa daxil olan hədislərdə iki irad özünü açıqca göstərməkdədir:
    Birinci irad: Bu hədislər biri digərini inkar edəcək dərəcədə ziddiyyətlidir. Çünki çıxarıldığı iddia edilən adların sayı bəzi hədislərdə 70, bəzilərində isə 7 şəklində göstərilmişdir.
    İkinci irad: Bu hədislərin məzmununa diqqət yetirdikdə yalan olduğu üzə çıxır. Ümumiyyətlə, bu adlardan nə üçün yalnız Əbu Ləhəbin adı qalmalı idi?
    6.Peyğəmbərin (s) vəfatından sonra Quranda bəzi sözlərin dəyişdirilməsini, başqa sözlə, Quranın həm azaldılma yolu ilə həm də əlavələr olunması yolu ilə təhrif olunduğunu göstərən hədislər.
    Bu qrupa daxil olan hədislər də müsəlmanların yekdil rəyi ilə ziddiyyət təşkil edir. Çünki müsəlmanlar bütünlüklə Qurana bir hərf belə artırılmadığı qənaətindədirlər.
    7.Həzrət İmam Zamanla (ə) bağlı hədislər. Bu hədislərə görə, O, zühur etdikdən sonra camaatı həzrət Əlinin (ə) özündə saxladığı "müshəfi” (Quranı) oxumağa məcbur edəcək.
    Bu məzmunda olan hədislərin təhriflə heç bir əlaqəsi yoxdur. Çünki həzrət Əlinin (ə) tərtib etdiyi "müshəf”in hazırkı Quranla fərqliliyi danılmazdır, lakin bu fərqlər Quranın mətni ilə bağlı deyil, əksinə, onun tərtib olunmasında bəzi əlavə izah və açıqlamalarla bağlıdır.
    8.Qurandan hər hansı bir sözün və ya ayənin çıxarıldığını göstərən hədislər. Bu hədisləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
    1.Quran ayələrinin həqiqi sayının hazırkından daha çox olduğunu göstərən hədislər.
    2.Quranda mövcud olan bəzi surə və ayələrinin sayının əslində olduğundan az olduğunu göstərən hədislər.
    3.Bir sözün və ya ayənin azaldıldığını göstərən hədislər.
    Bunlara cavab olaraq deməliyik ki:
    Birincisi, bu hədislər Quranla ziddiyyət təşkil edir. Ona görə də onlara əsaslanmaq olmaz.
    İkincisi, belə hədislər arasında biri digərini inkar edəcək dərəcədə ziddiyyətli hədislər mövcuddur.
    Üçüncüsü, əgər bu hədislərin içində "səhih” hədis olsa belə, ona əsaslanmaq olmaz. Çünki bunlar "xəbəri-vahid” qisminə daxildirlər və belə mühüm məsələdə "xəbəri-vahid”ə əsaslanmaq məqsədəuyğun deyil.
    Dördüncüsü, bu hədislərin bəzisi məsumların (ə) adının Qurandan çıxarılmasından xəbər verir. Öncə qeyd etdiyimiz kimi, bu məzmunda olan hədislər yalnız təvil, təfsir və ya nümunələrin izahıdır.
    Category: Quran təhrif olunmayıb | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 719 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024