İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran

    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

    «NİSA» SURƏSİ

    SURƏNİN XÜSUSİYYƏTLƏRİ

    Bu surə 177 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur, iman və ədalətə dəvət, əvvəlki ümmətlərdən ibrət almaq, Allah düşmənləri ilə dostluq əlaqələrinin kəsilməsi, yetimlərin himayə edilməsi, eləcə də evlənmə, irs, ilahi rəhbərə itaət, hicrət, Allah yolunda cihad və s. kimi məsələləri əhatə edir. Bu surənin ilk 35 ayəsi ailə məsələləri ilə əlaqədar olduğundan «Nisa» (qadınlar) adlandırılmışdır.

    ﴿ بسم الله الرحمن الرحيم ﴾

    AYƏ 1:

    ﴿يَا أَيُّهَا النَّاسُ اتَّقُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيرًا وَنِسَاء وَاتَّقُواْ اللّهَ الَّذِي تَسَاءلُونَ بِهِ وَالأَرْحَامَ إِنَّ اللّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا﴾

    TƏRCÜMƏ:

    «Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir

    TƏFSİR:

    AYRISEÇKİLİKLƏ MÜBARİZƏ

    Bu surənin ilk ayəsində bütün insanlara xitab olunur, onlar ilahi təqvaya, pərhizkarlığa dəvət edilir və buyurulur: Ey insanlar! Pərvərdigarınız qarşısında təqvalı olun!

    Sonra insanın bütün əməllərinə nəzarət edən Allahı təqdim etmək üçün Onun sifətlərindən birinə – bəşər cəmiyyətinin vəhdətinə səbəb olan xüsusiyyətinə işarə edərək buyurur: O Allah ki, sizi bir insandan xəlq etmişdir.

    Qurandakı «nəfsi-vahidə» (vahid bir nəfs) kəlməsi ilə bütün insanların atası kimi təqdim olunan Həzrət Adəmə (ə) işarə edilir. Başqa ayələrdəki Bəni-Adəm (Adəm övladları) təbiri də məhz həmin məsələyə işarədir.

    Sonrakı cümlədə buyurulur: Adəmin həyat yoldaşını ondan yaratdı.

    Bu cümlənin mənası heç də Həvvanın Adəmin (ə) hansısa bir bədən üzvündən yaradılması deyil. Əksinə, məqsəd bundan ibarətdir ki, Adəmin (ə) həyat yoldaşını onun öz cinsindən qərar verdi. İmam Baqirdən (ə) nəql olunan rəvayətdə Həvvanın Həzrət Adəmin (ə) bir qabırğasından yaradılması fikri şiddətlə təkzib olunmuş və aşkar şəkildə buyurulmuşdur ki, Həvva Adəmin (ə) xəlq edildiyi torpağın qalıqlarından yaradılmışdır.

    Sonrakı cümlədə buyurulur: Allah-təala Adəm və onun həyat yoldaşından yer üzündə çoxlu kişi və qadın xəlq etdi.

    Bu ifadədən məlum olur ki, insan nəslinin artması yalnız Adəmin özü və həyat yoldaşının vasitəsilə baş vermişdir və bu məsələdə başqa bir varlıq rol oynamamışdır.

    Hər hansı sağlam bir cəmiyyətin təməlinin qoyulmasında təqva mühüm və əhəmiyyətli rol oynadığına görə ayənin axırında insanlar bir daha təqvaya dəvət olunur və buyurulur: Sizin nəzərinizdə əzəmətli olan və bir-birinizdən bir şey istəyərkən onun adını çəkdiyiniz Allah qarşısında təqvalı olun!

    Sonra əlavə edilir: «Və öz qohumlarınızla qohumluq əlaqələrini kəsməkdən həzər edin.» Bu məsələnin məhz bu yerdə qeyd olunması Quranın sileyi-rəhimə və qohumluq əlaqələrinin bərqərar edilməsinə son dərəcə böyük əhəmiyyət verdiyini göstərir.

    Ayənin axırında buyurulur: Allah sizə nəzarətçidir, sizin bütün əməllərinizi görür, niyyətlərinizdən agahdır, müxtəlif hadisələr qarşısında da sizin keşikçinizdir.

    AYƏ 2:

    ﴿ وَآتُواْ الْيَتَامَى أَمْوَالَهُمْ وَلاَ تَتَبَدَّلُواْ الْخَبِيثَ بِالطَّيِّبِ وَلاَ تَأْكُلُواْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən bu, böyük günahdır

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Bəni-Qətfan tayfasından bir nəfərin çoxlu mal-dövləti var idi. O, dünyadan getdikdən sonra qardaşı onun yetim övladlarını himayəsinə götürdü və onların mal-dövlətini öz ixtiyarına keçirtdi. Qardaşının övladları böyüyüb kamal həddinə çatdıqdan sonra onların haqqını qaytarmaqdan imtina etdi. Bu məsələnin hökmünü Peyğəmbərdən (s) soruşduqda yuxarıdakı ayə nazil oldu. Qəsbkar kişi bu ayəni eşidən kimi dərhal tövbə etdi, mal-dövləti sahiblərinə qaytardı və dedi: «Böyük günaha mürtəkib olmaqdan Allaha pənah aparıram!»

    TƏFSİR:

    YETİMLƏRİN MAL-DÖVLƏTİNƏ XƏYANƏT QADAĞANDIR!

    Hər bir cəmiyyətdə müxtəlif xoşagəlməz hadisələr nəticəsində ailə başçıları dünyadan gedir, onların kimsəsiz övladları başsız qalır. Bu ayədə yetimlərin mal-dövlətləri ilə əlaqədar üç mühüm göstəriş verilmişdir:

    1. Əvvəlcə göstəriş verilir ki, yetimlər kamal həddinə çatdıqları vaxt onların mal-dövlətlərini özlərinə təhvil verin. Sizin bu mal-dövlətdən istifadə etməyiniz yalnız əmanətdar və onun əsl sahibinə nəzarətçi kimi olmalıdır.

    2. Sonrakı göstəriş onların mallarını boş yerə xərcləməyin qarşısını almaqla əlaqədardır. Belə ki bəzən yetimlərin qəyyumluğunu öhdəsinə alanlar malın dəyişdirilməsinin yetimin xeyrinə olduğunu, yaxud bir-birilə əsla fərqlənmədiyini və ya qalacağı təqdirdə xarab olduğunu bəhanə edərək yetimlərin yaxşı və keyfiyyətli mallarını özlərinə götürür, özlərinin xoşagəlməz və xarab mallarını onun yerinə qoyurdular. Quran buyurur: Heç vaxt onların pak-pakizə mallarını özünüzün napak, xarab və pis mallarınızla dəyişdirməyin.

    3. Onların mal-dövlətini öz mal-dövlətinizlə birlikdə (qarışdırıb) yeməyin.

    Yəni yetimlərin mal-dövlətinin hamısına sahib olacağınız, yaxud yetimlərin haqqı aradan gedəcəyi təqdirdə özünüzün pis mallarınızı onların yaxşı malları ilə qarışdırmayın.

    Ayənin axırında məsələnin əhəmiyyətini bildirmək üçün daha artıq təkidlə buyurulur: Yetimlərin malına bu cür təcavüz və haqsızlıq böyük günahdır.

    AYƏ 3:

    ﴿وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلاَّ تَعُولُواْ﴾

    TƏRCÜMƏ:

    «Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    İslamdan əvvəlki adətlərə görə Hicaz əhalisinin çoxu yetim qızlara başçılıq edərək onları öz evlərinə aparır, böyüdükdən sonra onlarla evlənir və onların mal-dövlətlərini öz ixtiyarlarına keçirirdilər. Bütün işlərin idarə olunması öz əllərində olduğundan, hətta onların mehriyyələrini də adi mehriyyədən az verir, azacıq narahatlıq və anlaşılmazlıq yaranan kimi asanlıqla təlaq verib boşayırdılar. Yuxarıdakı ayə nazil oldu və yetimlərin qəyyumlarına göstəriş verildi ki, yetim qızların barəsində yalnız ədalətə tam və kamil surətdə riayət edə biləcəyiniz zaman onlarla evlənin.

    TƏFSİR:

    Bu ayədə yetimlərin hüquqlarından digər birinə işarə edilir və buyurulur: Əgər yetim qızlarla evlənəcəyiniz surətdə ailə münasibətləri, onların mal-dövlətləri və haqqı barəsində ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, onlarla evlənmək fikrindən daşının və başqa qadınlarla evlənin.

    Sonra buyurulur: Onlardan (başqa qadınlardan) ikisini, üçünü, dördünü özünüzə həyat yoldaşı seçin.

    Sonra dərhal buyurulur: Bu onların arasında ədalətə tam şəkildə riayət ediləcəyi surətdədir. Amma əgər çox arvad aldığınız zaman onların barəsində ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, bir arvad almaqla kifayətlənin ki, başqalarına zülm etməkdən amanda olasınız. Yaxud ikinci həyat yoldaşının yerinə özünüzün malik olduğunuz xidmətçidən (kənizdən) istifadə edin. Çünki onların şərtləri nisbətən yüngüldür. Buna baxmayaraq yenə də onlar müəyyən hüquqlardan bəhrələnməlidirlər.

    Bu iş (yəni, bir həyat yoldaşı və ya kəniz seçmək) ədalətdən çıxaraq zülm etməyin qarşısını daha yaxşı alır. «Həyat yoldaşları ilə əlaqədar ədalət» dedikdə, kişinin onların məişət xərcləri və məişətdən kənar ehtiyacları kimi məsələlərdə ədalətə riayət etməsi nəzərdə tutulur. Çünki qəlbi məhəbbətdən ibarət olan batini ədalət insanın qüdrətindən xaricdədir.(Bunun hikməti ilə əlaqədar aşağıdakıları qeyd etmək olar:

    1. Müharibə və s. kimi ağır hadisələrdə kişilər daha çox tələfata uğrayır, qadınlar isə dul qalırlar.

    2. Qadınlar hər ayda bir neçə gün üzürlü olur və ailə münasibətləri qüvvədən düşür.

    3. Cavanlar çox az hallarda belə dul qadınlarla izdivac etməyə razı olurlar.

    4. Dul və ərsiz qadınların hamısında kifayət qədər təqva və öz cinsi qərizələrini cilovlama qüvvəsi yoxdur, digər tərəfdən də onlar izdivac etməlidirlər.

    Deməli, kişi birinci həyat yoldaşının razılığı ilə və müəyyən şərtlər daxilində ikinci arvad ala bilər, bu zaman hər ikisinin çətinliyi həll olunur.)

    İNCƏ MƏTLƏBLƏR

    1. İslam dini məhrum təbəqələrin, xüsusilə yetimlərin, onların da içərisində yetim qızların himayəçisidir. Bu da iffətə və ailə münasibətlərinə riayət edilməsi, eləcə də onlardan sui-istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır.

    2. Yetimlərlə izdivacın tərk olunmasında ədalətsizlik əsasında rəftar edilməsinə yəqin olunması vacib deyildir; bu barədə ehtimal da kifayətdir.

    3. Həyat yoldaşının seçilməsində qəlbi meyl və istəklər əsas məsələdir.

    4. İslam dini çoxarvadlılıq məsələsi ilə müəyyən şərtlər daxilində müvafiqdir.

    AYƏ 4:

    ﴿ وَآتُواْ النَّسَاء صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا ﴾

    TƏRCÜMƏ:

    «Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin

    TƏFSİR:

    Lüğət alimi Rağib İsfahaninin dediyinə əsasən «nihlə» kəlməsi «bal arısı» mənasını verən «nəhl» kökündən alınmışdır. Bal arısı camaata şirin bal verib onlardan heç bir əvəz gözləmədiyindən insanlara verilən hədiyyəyə də «nihlə» deyilir.

    Hədisdə buyurulur: «Öz mal-dövlətinizin ən yaxşısını üç yerdə xərcləyin: 1. Mehriyyə. 2. Həcc. 3. Kəfən. Əgər mal-dövlətinizin ən yaxşısını mehriyyəyə sərf etsəniz, onda övladlarınız əməlisaleh olar.»(Ətyəbül-bəyan», həmin ayənin təfsiri)

    İNCƏ MƏTLƏBLƏR

    1. Qadına mehriyyə vermək vacibdir (bu onun haqqıdır).

    2. Mehriyyə qadının dəyəri deyil, sədaqət nişanəsi, dostluq və məhəbbət qapısıdır.

    3. Mehriyyə qadının dəyəri deyil, kişinin qadına verdiyi bir hədiyyədir.

    4. Qadının öz mehriyyəsinə malik olmaq haqqı vardır. Belə isə onun atası, yaxud qohum-əqrəbaları mehriyyəni özü üçün götürə bilməz.

    5. Qadın öz mehriyyəsini almaqda, yaxud ərinə bağışlamaqda azaddır.

    6. Ən çox ürəyəyatan mal o maldır ki, sahibi onu tam razılıqla bağışlamış olsun.

    7. Zahiri razılıq kifayət deyil, qəlbən də razılıq hasil olmalıdır. İkrah və icbar üzündən olan hədiyyələrin heç bir etibarı və dəyəri yoxdur.

    AYƏ 5:

    ﴿ وَلاَ تُؤْتُواْ السُّفَهَاء أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللّهُ لَكُمْ قِيَاماً وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا ﴾

    TƏRCÜMƏ:

    «Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın

    TƏFSİR:

    Rəvayətlərdə etimad olunmayanlar və şərab içənlər səfeh adlandırılır. Belə ki, ümumi və ya şəxsi mal-dövləti etibar olunmayan adamların əlinə vermək olmaz.

    Rəvayətlərdə «səfeh» kəlməsi fasiqlərə və günahkarlara da deyilir. Mal-dövlət də cəmiyyətin qalıb davam etməsinə səbəb olduğuna görə onların ixtiyarına verilməməlidir. Belə isə, cəmiyyətin dayağı sayılan hər növ məqam, məsuliyyət və məlumatın fasiqlərə verilməsi yanlış bir işdir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Yelbeyinlər, səfehlər, şərab içənlər, ləyaqətsiz adamlar mal-dövlətə və iqtisadiyyata hakim olmamalıdır.

    2. Səfeh adamın hətta öz mal-dövlətinə belə hakim olması sizə iqtisadi zərbə sayılır.

    3. Rəftarlarda ötəri ürəkyanmalara və duyğulara deyil, cəmiyyətin iqtisadi mənafeyinə, eləcə də ideoloji cəhətdən inkişafına diqqət yetirmək lazımdır.

    4. Səfeh adam öz mal-dövlətindən istifadə etmək haqqına malik deyil.

    5. Hər bir quruluşun iqtisadi və maddi məsulları rəşid (əqli cəhətdən kamala çatan) və təcrübəli olmalıdırlar.

    6. İqtisadi müqavilələri imzalayanlar fasiq və günahkar olmamalıdır.

    7. Mal-dövlət hər bir ictimai sistemin həyat və iqtisadiyyatının davametmə səbəbidir.

    8. Sərmayə donuq vəziyyətdə qalmamalıdır. Yetimlərin və səfehlərin mal-dövləti də dövriyyəyə buraxılmalı, istehsal sahələrində istifadə edilməlidir ki, malın (sərmayənin) özü deyil, onun qazancı onlar üçün xərclənsin.

    9. Məhrumların ruhiyyəsinə və şəxsiyyət yönlərinə diqqət yetirmək lazımdır.

    AYƏ 6:

    ﴿وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُواْ إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلاَ تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُواْ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُواْ عَلَيْهِمْ وَكَفَى بِاللّهِ حَسِيبًا﴾

    TƏRCÜMƏ:

    «Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir

    TƏFSİR:

    Bu ayədə yetimlərin özləri və onların mal-dövlətləri ilə əlaqədar digər bir göstəriş verilir və buyurulur ki, onları həddi-büluğa çatdıqları vaxta qədər sınaqdan keçirin, əgər kifayət qədər əqli inkişaf və öz mal-dövlətlərinin, məişətlərinin idarə olunmasında kamala çatdıqlarını hiss etsəniz mal-dövlətlərini onların özlərinə qaytarın. Sonra bir daha yetimlərin qəyyumlarına təkidlə buyurulur ki, onlar böyüməzdən əvvəl onların mal-dövlətlərini israfla yeməyin.

    Digər bir məsələ budur ki, yetimlərin qəyyumları sərvətli və varlı olsalar onların malından heç bir adla istifadə etməməlidirlər. Amma əgər fəqir və yoxsul olsalar, yalnız yetimlərin mal-dövlətini qoruyub-saxlamaq müqabilində çəkdikləri zəhmət haqqını ala bilərlər. Bu zaman ədalətə və insafa riayət etməklə öz haqlarını onların malından götürə bilərlər. Sonra yetimlərin qəyyumları barədə sonuncu hökmə işarə edilir və buyurulur: Onların mal-dövlətlərini özlərinə təhvil verdiyiniz zaman şahid tutun ki, heç bir ittihama, münaqişəyə və söz-söhbətə yer qalmasın.

    Ayənin axırında buyurulur: Amma bilin ki, həqiqi hesab çəkən Allahdır və sizin hesab-kitabınız Onun yanında açıq-aşkardır. Əgər sizdən hər hansı bir xəyanət baş versə və bu sizin üçün təyin edilmiş şahidlərə gizli qalsa, Allah bunu hesaba alacaqdır. Allah mühasibə etmək üçün kifayətdir.

    AYƏ 7:

    ﴿ لِّلرِّجَالِ نَصيِبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَّفْرُوضًا ﴾

    TƏRCÜMƏ:

    «Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir)

    TƏFSİR:

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Peyğəmbərin (s) dostlarından biri dünyadan getdi. Onun həyat yoldaşı dul və uşaqları kimsəsiz qaldı. Bununla yanaşı, onun əmioğlanları cahiliyyət dövrünün adət-ənənələrinə uyğun olaraq yalnız döyüş qüdrətinə malik olanları varis hesab etdiklərindən, onun mal-dövlətini öz aralarında bölüşdürüb ölənin həyat yoldaşına və yetim uşaqlarına heç nə vermədilər. Ölənin həyat yoldaşı bu məsələ ilə əlaqədar Rəsuli-Əkrəmə (s) şikayət etdi. Yuxarıdakı ayə nazil olduqdan sonra Peyğəmbər (s) o kişinin əmioğlanlarını çağırdı və ölənin mal-dövlətini onun həqiqi varislərinə qaytarmalarına göstəriş verdi.

    İNCƏ MƏTLƏBLƏR

    1. İslamda qadınların da irs haqqı vardır və dinimiz onların digər hüquqlarının keşiyindədir.

    2. İrsin müharibə və döyüş qüdrəti əsasında bölüşdürülməsi qadağandır.

    3. İrsin miqdarı yox, onun ədalətli şəkildə bölüşdürülməsi əsas məsələdir.

    4. İrs payı heç vaxt dəyişilmir.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 1226 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024