İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    AYƏ 30:

    ﴿ وَمَن يَفْعَلْ ذَلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَلِكَ عَلَى اللّهِ يَسِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır

    TƏFSİR:

    Bu ayədə qeyd olunan «zülm» ilə «üdvan» kəlmələrinin fərqi bəlkə də bu ola bilər ki, «üdvan» başqalarına edilən (haqsızlıq), amma «zülm» insanın özünə etdiyi zülmdür.

    AYƏ 31:

    ﴿ إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلاً كَرِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür.)»

    TƏFSİR:

    Bu ayədən günahların iki növ: kiçik (səğirə) və böyük (kəbirə) olması aydın olur. «Kəhf» surəsinin 49-cu ayəsində qeyd olunur ki, Qiyamət günündə günahkarlar öz əməl dəftərlərini görərkən deyəcəklər: «Bu necə əməl dəftəridir ki, böyüklü-kiçikli günahların heç biri unudulmamışdır?»

    Rəvayətlərə əsasən, kəbirə günahlar Allah-təala tərəfindən onu görən şəxsə cəhənnəm əzabı vədəsi verilən günahlardır.

    Hədislərdə kəbirə günahların sayı müxtəlif qeyd olunur. Böyük alimlərdən bəziləri Quran ayələri və hədislərə istinadən onların sayının 33 olduğunu bəyan etmişlər. Əlbəttə, bu günahların da müəyyən dərəcə və mərtəbələri vardır, buna görə də bəzi günahlara "əkbərul-kəbair”, yəni kəbirə günahların ən böyüyü adı verilmişdir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Əqidə və əməli düzgün olan şəxslərin cüzi günah və xətalarını güzəştə getmək lazımdır.

    2. Allah-təala böyük günahları tərk edənlərin mükafatı olaraq onların kiçik günahlarından keçir.

    Rəvayətlərə əsasən kəbirə günhların ən mühümləri aşağıdakılardan ibarətdir:

    1. Allaha şərik qoşmaq.

    2. Nahaq yerə adam öldürmək.

    3. Valideynin üzünə ağ olmaq.

    4. Cihad meydanından qaçmaq.

    5. Yetim malını mənimsəmək.

    6. Sələmçiliklə məşğul olmaq.

    7. İffətli qadına zina töhməti vurmaq.

    8. Zina etmək.

    9. Livat etmək.

    10. Oğurluq.

    11. Ölü heyvan əti yemək.

    12. Qan içmək.

    13. Donuz əti yemək.

    14. Zərurət (çıxılmaz hal) olmadan Allahdan başqası üçün kəsilən heyvandan yemək.

    15. Çəkidə aldatmaq.

    16. Qumar oynamaq.

    17. Yalandan şahidlik etmək.

    18. Allahın rəhmətindən ümidsiz olmaq.

    19. Allahın əzbından əminamanlıq hissi keçirmək.

    20. Zalımlara kömək etmək.

    21. Zalımlara arxalanmaq.

    22. Yalandan and içmək.

    23. Başqalarına kin-küdurət bəsləmək və aldatmaq.

    24. Başqasının malını nahaq yerə mənimsəmək.

    25. Yalan danışmaq.

    26. Təkəbbürlük etmək və özünü istəmək əsasında rəftar etmək.

    27. İşlərdə israfa yol vermək.

    28. Xəyanət etmək.

    29. Həcci yüngül saymaq.

    30. Allah övliyaları ilə müharibə etmək.

    31. Boş-boş işlərlə, musiqi alətləri ilə məşğul olmaq.

    32. Sehr və cadugərliklə məşğul olmaq.

    33. Namazı tərk etmək.

    34. Şərab içmək.

    AYƏ 32:

    ﴿وَلاَ تَتَمَنَّوْاْ مَا فَضَّلَ اللّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا اكْتَسَبُواْ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا اكْتَسَبْنَ وَاسْأَلُواْ اللّهَ مِن فَضْلِهِ إِنَّ اللّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا﴾

    TƏRCÜMƏ:

    «Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şəri, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir)

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Bu ayənin nazilolma səbəbi ilə əlaqədar qeyd olunur ki, Peyğəmbərin (s) zövcələrindən biri olan Ümmü Sələmə o Həzrətə (s) ərz etdi: «Nə üçün kişilər cihada gedir, amma qadınlar bu fəzilətdən məhrumdurlar? Nəyə görə bizə kişilərə müqəddər olunan mirasın yarısı verilir? Kaş biz də kişi olaydıq və onlar kimi cihada gedəydik, onların malik olduğu ictimai mövqedən bəhrələnəydik!»

    Yuxarıdakı ayə nazil olaraq bu kimi suallara cavab verdi.

    TƏFSİR:

    Qadınla kişinin apardığı irs arasındakı fərqlər müsəlmanların zehnində bir sual olaraq qalırdı. Onlar bu fərqlərin səbəbi kimi, həyat xərclərinin ümumiyyətlə kişilərin öhdəsinə düşdüyünü, qadınlara isə bu məsələdə güzəştə gedildiyini, üstəlik öz xərclərinin də kişilərin öhdəsinə olduğunu sanki nəzərə almırdılar. Əvvəldə də qeyd olunduğu kimi, qadınların payı əslində kişilərin payından ikiqat artıqdır. Buna görə də şərif ayədə buyurulur: Allahın sizdən bəzilərinin bəzilərinə nisbətən üstünlük səbəbi ilə əta etdiyi şeyləri heç vaxt arzu etməyin. Çünki bu fərqlərin hər birinin öz hikməti vardır, lakin bu hikmət sizə gizlidir. Əlbəttə, ayədə təbəqələr arasındakı sinfi istismar nəticəsində yaranan saxta təfavütlərə deyil, həqiqi və təbii fərqlərə işarə olunur.

    Buna görə də dərhal buyurulur: Qadınlarla kişilərin hər birinin öz mövqe və fəaliyyətlərindən müəyyən bir bəhrələri vardır – istər bunlar qadınla kişini bir-birindən fərqləndirən cins kimi təbii mövqe olsun, istərsə də onların ixtiyari səyləri və işgüzarlıqları xatirinə olan fərqlər olsun.

    Sonra buyurulur: Bu kimi fərqlər ilə əlaqədar bəzi yersiz arzular etmək əvəzinə Allahın lütf, mərhəmət və kərəmindən istəyin ki, sizə müxtəlif nemətlər, mövqelər və gözəl mükafatlar əta etsin, nəticədə xoşbəxt və səadətli şəxslər cərgəsində olasınız.

    Ayənin axırında buyurulur: Çünki Allah hər şeydən agahdır, O, ictimai quruluşda təbii, yaxud hüquqi baxımdan hansı növ fərqlərin qoyulacağını çox yaxşı bilir. Eləcə də insanların batini sirlərindən agahdır; kimlərin yersiz arzularını, kimlərin də müsbət və qurucu fikirlərdə olmasını daha yaxşı bilir.

    AYƏ 33:

    ﴿ وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدًا ﴾

    TƏRCÜMƏ:

    «Ata-ana, yaxınlar və (evlilik, cərirə zəmanəti, yaxud köləlikdən azad olma) əhd – peyman(ı) bağladığınız kəslərin qoyub getdikləri hər bir mal üçün varislər müəyyənləşdirmişik (və qohumluğun dərəcələri arasındakı fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər müəyyənləşdirmişik (və onlar) ata-ana və onun (digər) yaxınları, həmçinin (evlilik, cərirə zəmanəti, köləlikdən azad etmə və imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin. Şübhəsiz, Allah hər şeyə şahiddir

    TƏFSİR:

    «Əqədət əymanukum» cümləsi İslamdan qabaq iki nəfər arasında bağlanan müqaviləyə işarədir. Bu müqavilə azacıq dəyişikliklə İslamda da qəbul olunmuşdur və fiqhi kitablarda «zaminu cərirə» adlanır. Belə ki, iki nəfər bir-biri ilə əhd bağlayırdı ki, məişətdə qarşılıqlı olaraq bir-birinə yardım, cərimələrin ödənilməsində bir-birinə kömək etsinlər, nəhayət, bir-birindən irs aparsınlar. Bu da müasir dövrdə mövcud olan sığorta məsələsinə oxşayır; əgər bir şəxsə müəyyən qədər xəsarət dəysə, onunla müqavilə bağlayan tərəf (sığorta idarəsi və ya şirkəti) onun əvəzini verir. Bu qanunun özü İslam tərəfindən qəbul olundu, lakin bir-birindən irs aparmaları ölmüş şəxsin heç bir vərəsəsi olmadığı halda qəbul olundu.

    İNCƏ MƏTLƏBLƏR

    1. Qohum-əqrəbanın şəxsdən aparacağı irsin miqdarı Allahın fərmanı əsasında təyin olunur.

    2. İnsanın müəyyən şərtlər daxilində öz mülkiyyət hüququnu başqasına verməyə ixtiyarı vardır.

    3. Əhd-peymana vəfalı qalmaq vacibdir.

    4. Borclular borc verdiyi adamların ardınca getməlidirlər.

    5. İnsanın öz ölümündən sonrakı işlərlə əlaqədar bağladığı müqavilələr də möhtərəm sayılır.

    6. Allah insanların hər bir işinə nəzarət edir.

    AYƏ 34:

    ﴿الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاء بِمَا فَضَّلَ اللّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنفَقُواْ مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ اللّهُ وَاللاَّتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلاَ تَبْغُواْ عَلَيْهِنَّ سَبِيلاً إِنَّ اللّهَ كَانَ عَلِيًّا كَبِيرًا﴾

    TƏRCÜMƏ:

    «Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür.»

    TƏFSİR:

    AİLƏ QURULUŞUNDA BAŞÇILIQ

    Ailə kiçik bir ictimai birlikdən ibarətdir. Buna görə də böyük cəmiyyətdə olduğu kimi, onun da vahid bir rəhbəri, başçısı olmalıdır. Əks halda qadınla kişinin müştərək şəkildə öhdələrinə aldığı himayəçilik heç bir məfhuma malik olmaz. Deməli, onlardan biri ailənin rəisi, digəri isə onun nəzarəti altında olan müavini olmalıdır. Bu ayədə aşkar şəkildə buyurulur ki, ailə başçısı kişi olmalıdır: «Kişilər qadınların başçısı və gözətçisidir.»

    Əlbəttə, bu təbirdən məqsəd zülm, istibdad, haqsızlıq və zorakılıq deyil, məşvərət və məsuliyyətləri nəzərə almaqla münəzzəm, vahid bir rəhbərliyin zəruri bir iş olmasını çatdırmaqdır.

    İki hissədən ibarət olan sonrakı cümlənin əvvəlində buyurulur: İctimai sistem nəzərindən bu başçılıq Allah-təalanın bəzilərinə nisbətən digərləri üçün qərar verdiyi üstünlük xatirinədir.

    Cümlənin ikinci hissəsində buyurulur: Həmçinin bu başçılıq kişilərin qadınlara və ailəyə qarşı ödəməli olduqları maddi infaqlarla əlaqədər verdikləri öhdəliklərə görədir.

    Sonra əlavə edilir ki, qadınlar ailədə öhdələrinə aldıqları vəzifələrə görə iki dəstəyə bölünür: Birinci dəstə əməlisaleh qadınlardır. Onlar həyat yoldaşlarına qarşı itaətçi, təvazökardır, ərləri yanlarında olmadıqda onların sirlərini və Allahın onlar üçün qərar verdikləri hüquqları qoruyub hifz edirlər. Yəni istər maddi, istər namus baxımından, istərsə də ərləri onların yanında olmadığı surətdə onların sirr və şəxsiyyətlərinin qorunması nəzərindən xəyanətə yol vermir, öz məsuliyyət və vəzifələrini layiqincə yerinə yetirirlər.

    İkinci dəstə isə öz vəzifələrini yerinə yetirməkdən imtina edən və itaətsizlik ruhiyyəsinə malik olan qadınlardır. Kişilərin belə qadınlar qarşısında müəyyən vəzifələri vardır ki, mərhələ-mərhələ icra olunmalıdır. İlk mərhələdə buyurulur: Tüğyan və inadkarlıq edəcəyindən qorxduğunuz qadınlara öyüd-nəsihət edin.

    İkinci mərhələdə buyurulur: Sizin nəsihətlərinizin faydası olmadıqda yataq yerlərinizi onlardan ayırın.

    Üçüncü mərhələdə isə buyurulur ki, qadının öz məsuliyyət və vəzifələri qarşısındakı inadkarlığı həddini keçərsə, öyüd-nəsihət, yataq yerinin ayrı salınaraq etinasızlıq göstərilməsi onlarda heç bir təsir qoymazsa və şiddətli reaksiya göstərməkdən başqa heç bir çıxış yolu olmazsa, onları fiziki cəhətdən tənbeh edib cəzalandırın.

    Aydındır ki, bu mərhələlərdən hər biri təsirli olarsa və qadın öz vəzifəsini yerinə yetirməyə başlayarsa, kişinin bəhanə gətirərək ona əziyyət verməyə haqqı yoxdur. Buna görə də bu cümlənin ardınca buyurulur: Əgər sizə itaət etsələr, onlara zülm etmək üçün bir bəhanə axtarmayın.

    Ayənin axırında kişilərə bir daha xəbərdarlıq edilir ki, ailə başçılığı mövqeyinizdən sui-istifadə etməyin və bütün qüdrətlərin fövqündə dayanan Allahın qüdrəti barəsində fikirləşin, çünki Allah yüksək məqamlı və böyükdür.

    AYƏ 35:

    ﴿ وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلاَحًا يُوَفِّقِ اللّهُ بَيْنَهُمَا إِنَّ اللّهَ كَانَ عَلِيمًا خَبِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən və xəbərdardır

    TƏFSİR:

    AİLƏDƏ SÜLH YARADAN MƏHKƏMƏ

    Bu ayədə ərlə-arvadın arasında yaranan ixtilaf və çəkişmələrlə bağlı buyurulur: Əgər onların – ərlə arvadın arasında ayrılıq yaranacağından qorxursunuzsa, bir nəfəri kişinin ailəsi tərəfindən, bir nəfəri də qadının ailəsi tərəfindən hakim seçin ki, onların çətinliklərini və münaqişələrini həll etsinlər.

    Sonra buyurulur: Əgər hakimlər tam hüsnü-niyyətlə, ürəyiyananlıqla işə başlasalar, məqsədləri də onları barışdırmaq olsa, Allah onlara kömək edər, onların vasitəsi ilə ər-arvad arasında ülfət və mehribanlıq yaradar.

    Seçilən bu nümayəndələrə hüsnü-niyyət əsasında əməl etmələrini xatırlatmaq üçün ayənin axırında buyurulur: Allah niyyətlərdən agah və xəbərdardır.

    1. Ailə mühitində mövcud olan münaqişəli məsələləri yalnız quru və ruhsuz qayda-qanunlarla həll etmək olmaz. Buna görə də göstəriş verilir ki, bu məhkəmənin hakimləri hər iki tərəflə – ər-arvadla qohum olan şəxslər olmalıdır ki, onların ailədaxili münaqişələrini həll etmək üçün insani duyğulardan, qəlbi atifələrdən istifadə edə bilsinlər.

    2. Adi məhkəmələrdə münaqişə tərəfləri özlərini müdafiə etmək, özünün haqq olduğunu isbat etmək üçün bütün sirləri faş etməyə məcbur olurlar. Aydındır ki, ər və arvad ailə münasibətlərində mövcud olan sirləri yad adamlar qarşısında açıb desələr, bir-birinin insani duyğularına toxunarlar. Belə olan halda da əgər məcburi olaraq evə qayıtsalar, artıq əvvəldəki səfa-səmimiyyət və məhəbbət mövcud olmayacaqdır.

    3. Adi məhkəmələrin hakimləri əksər hallarda ixtilafların həll edilməsinə laqeyid yanaşırlar. Halbuki ailə münasibətləri ilə əlaqədar təşkil olunan məhkəmələrdə hər iki tərəfin nümayəndəsi imkan daxilində çalışır ki, o iki nəfərin arasında səfa-səmimiyyət və barışıq yaransın. Başqa sözlə desək, «kəsilmiş suyu bir daha arxa döndərsinlər».

    4. Bunlardan əlavə, belə məhkəmə digər məhkəmələrdə mövcud olan son dərəcə ağır maddi məbləği tələb etmir.

    AYƏ 36:

    ﴿وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُورًا﴾

    TƏRCÜMƏ:

    «Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir

    TƏFSİR:

    Bu ayədə bir sıra hüquqlar – istər Allahın bəndələr üzərindəki hüququ, istərsə bəndələrin öz hüquqları, eləcə də camaatla rəftar və ədəb qaydaları bəyan olunur ki, üst-üstə gəldikdə onlardan aşağıdakı göstərişlər əldə olunur:

    1. Əvvəlcə şirki, bütpərəstliyi tərk etmək, yalnız Pərvərdigari-aləmə ibadət və bəndəlik etmək camaata tövsiyə edilir. Çünki bu iş bütün İslami göstərişlərin əsasını təşkil edir. Tövhidə və yeganəpərəstliyə dəvət hər bir faydalı iş görmək üçün insanın ruhunu pak, niyyətini xalis edir, əzm, qərar və iradəsini möhkəmlədir.

    Bu ayədə hər şeydən əvvəl Allah-təalanın insan üzərində olan hüquqları bəyan olunur və buyurulur ki, Allaha sitayiş edin və heç bir şeyi Ona şərik qoşmayın.

    2. Sonra buyurulur ki, ata-ananıza yaxşılıq edin.

    Ata-ananın hüquqları Quranda ən çox qeyd olunan bir məsələlərdəndir. Belə ki, çox az mövzu tapmaq olar ki, bu qədər təkidlə bəyan edilmiş olsun. Quranda dörd yerdə tövhiddən sonra bilavasitə ata-anaya yaxşılıq etmək bəyan olunmuşdur.

    3. Həmçinin, yaxın qohum-əqrəbalarınıza da yaxşılıq edin.

    Bu da Quranda çoxlu təkidlərlə bəyan edilən məsələlər sırasında olub bəzən «sileyi-rəhim», bəzən də «qohum-əqrəbaya yaxşılıq » adı ilə irəli çəkilir.

    4. Sonra yetimlərin hüququ bəyan olunur və imanlı şəxslərə tövsiyə edilir ki, onlara yaxşılıq və ehsan etməyə çalışsınlar. Çünki hər bir cəmiyyətdə müxtəlif hadisələr nəticəsində yetim qalan uşaqların unudulması həm onların öz vəziyyətlərini təhlükə ilə qarşılaşdırır, həm də cəmiyyəti müxtəlif çətinlik və təhlükələrlə təhdid edir.

    5. Daha sonra miskinlərin və yoxsulların hüquqları xatırladılır. Çünki hər bir cəmiyyətdə əlil, iş qüvvəsini itirmiş və s. kimi insanlar vardır ki, onların unudulması və onlara laqeyd yanaşılması bütün insani prinsiplərin əksinədir.

    6. Sonra isə əvvəlcə yaxın qonşulara yaxşılıq etmək tövsiyə edilir.

    7. Daha sonra uzaq qonşular barədə tövsiyə verilir. İslam dinində qonşunun qonşu üzərində olan haqqı çox böyük əhmiyyət kəsb edir. Belə ki, Həzrət Əlinin (ə) məşhur vəsiyyətlərinin birində deyilir: "Peyğəmbəri-Əkrəm (s) qonşular haqqında o qədər tövsiyə etdi ki, biz o Həzrətin (s) qonşuların bir-birindən irs aparacağına dair göstəriş verəcəyini fikirləşdik.”

    Peyğəmbərdən (s) nəql olunan başqa bir hədisdə deyilir ki, bir gün o Həzrət (s) üç dəfə buyurdu: «Vəllah, billah, la yuminu "Allaha and olsun ki, imanı yoxdur!»

    Bir nəfər soruşdu: «Kimin?» Peyğəmbər (s) buyurdu: «O kəsi deyirəm ki, qonşusu onun əzab-əziyyətindən amanda olmasın.»(Biharul-ənvar», 74-ci cild, səh. 152)

    8. Quran daha sonra insanla müəyyən qədər dost və yoldaş olanlar barəsində tövsiyə edərək buyurur ki, dostunuza və yoldaşınıza yaxşılıq edin.

    Əlbəttə, «vəs-sahibi bil-cənb» kəlməsi dost və yoldaşdan daha geniş mənaya malikdir. Beləliklə ayədə insanın cəmiyyətdə yaxşı rəftarı ilə əlaqədar ümumi və külli göstəriş verilir: istər həqiqi dostlar olsun, istər həmkarlar, istər səfər yoldaşları, istər insana müraciət edənlər, istər şagird, istərsə də müşavir.

    9. Barəsində tövsiyə olunan növbəti dəstə isə qürbət ölkədə (maddi köməyə) möhtac olan şəxslər – öz vətənlərində imkanlı olsalar belə, müəyyən səbəblər üzündən səfəri davam etdirməyə imkanı olmayanlar barəsində tövsiyə edilir.

    10. Ayənin axırında varlıların ixtiyarında olan xidmətçilərə – qullara yaxşılıq etmək barəsində tövsiyə edilir və buyurulur ki, sahibi olduğunuz qullara yaxşılıq edin.

    Bu ayə həqiqətdə Allahın hüquqları ilə başlanır və xidmətçilərin hüququ ilə sona çatır. Bunlar barəsində təkcə bu ayədə deyil, Quranın müxtəlif ayələrində də söhbət açılmışdır.

    Ayənin axırında xəbərdarlıq etməklə yanaşı buyurulur ki, Allah təkəbbürlüləri və öyünənləri sevmir. Belə ki hər kəs Allahın əmr və fərmanlarından imtina etsə, təkəbbür edərək qohum-əqrəbasının, ata-anasının, yetimlərin, miskinlərin, yolda qalanların, dost-tanışların hüquqlarını yerinə yetirməkdən boyun qaçırsa, Allah dərgahında sevilənlərdən və Onun mərhəmətinin şamil olduğu şəxslərdən olmaz. Hər kəs də ilahi mərhəmətə layiq görülməzsə, əbədi səadətdən və xeyirdən məhrum olacaqdır.

    AYƏ 37:

    ﴿ الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا ﴾

    TƏRCÜMƏ:

    «Həmin o kəsləri ki, (mal və elmi sərf etməkdə özləri) xəsislik edir, camaatı da (söz və əməllə) xəsisliyə sövq edirlər və Allahın Öz fəzl və mərhəmətindən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.»

    TƏFSİR:

    RİYA ÜZÜNDƏN OLAN İNFAQLAR VƏ İLAHİ HƏDİYYƏLƏR

    Əvvəlki ayələrdə təkəbbürlülərin və özünü öyənlərin məzəmmət olunmasının ardınca bu ayədə buyurulur ki, təkəbbürlülər o adamlardır ki, nəinki özləri camaata ehsan etməkdən boyun qaçırır, simiclik edir, üstəlik camaatı da simiclik etməyə dəvət edirlər. Bundan əlavə, Allah-təalanın Öz fəzl və mərhəməti ilə onlara əta etdiyi şeyləri həmişə gizlətməyə çalışırlar ki, cəmiyyət üzvlərindən hər hansı birinin onlardan heç bir təvəqqesi olmasın.

    Sonra onların işinin axır-aqibəti belə bəyan edilir: «Biz kafirlər üçün xaredici bir əzab hazırlamışıq.»

    «Kafirlər» təbiri gətirilməsinin səbəbi bu ola bilər ki, simicliyin mənşəyi əksər hallarda kafirlikdir. Çünki simic adamlar həqiqətdə Allahın sonsuz nemətlərinə iman gətirməmişlər. «Onlar üçün xaredici əzab vardır» – deyə buyurulmasının səbəbi də bu ola bilər ki, onlar təkəbbürlük və özünü öyməyin cəzasını məhz bu yolla görəcəklər.

    AYƏ 38:

    ﴿ وَالَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ رِئَـاء النَّاسِ وَلاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَمَن يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاء قِرِينًا ﴾

    TƏRCÜMƏ:

    «Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi Şeytan olan kəs (bilsin ki,) o çox pis bir həmdəmdir »

    TƏFSİR:

    Şeytan müəyyən şeyləri bəzən uzaqdan, bəzən isə yaxından təlqin edərək vəsvəsə yaradır. Möminlər onun vəsvəsəsindən daim qaçırlar, amma bəzən şeytan müəyyən adamların əbədi yoldaşı olur. Belə ki, «Zuxruf» surəsinin 36-cı ayəsində buyurulur: «Hər kəs Allahdan üz döndərsə, onun üçün bir şeytan qərar verərik ki, onunla əbədi müsahib və yoldaş olsun.»

    İNCƏ MƏTLƏBLƏR

    1. Həm infaqın tərk olunması, həm də riyakarcasına infaq edilməsi qadağan olunmuşdur. Əvvəlki ayədə simiclik məzəmmət olunurdu, bu ayədə isə riyakarcasına edilən ehsan və infaqlar tənqid atəşinə tutulur.

    2. Riyakarlıq Allaha və Qiyamət gününə həqiqi imanın olmamasından irəli gəlir. Riyakar insan özü kimi insanlara arxalandığından, axirət savabından məhrumdur.

    3. İnfaq və ehsanda əsas hədəf təkcə yoxsulların qarnını doydurmaq deyildir. Çünki bu məqsəd riyakarlıqla da təmin oluna bilər. İnfaqda əsas məqsəd infaq edən şəxsin mənəvi və ruhi yüksəlişidir.

    AYƏ 39:

    ﴿ وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُواْ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ اللّهُ وَكَانَ اللّهُ بِهِم عَلِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Əgər Allaha və axirət gününə iman gətirsəydilər və Allahın onların ruzisi etdiklərindən xərcləsəydilər, onlara nə ziyanı olardı?! Allah həmişə onları(n halını) biləndir

    TƏFSİR:

    Bu ayədə yuxarıda qeyd olunan şəxslərin halına yanaraq təəssüf izhar edilir və buyurulur ki, əgər onlar bu azğın yoldan qayıdaraq Allaha və Qiyamət gününə iman gətirsəydilər, habelə Allahın onlara əta etdiyi nemətlərdən pak niyyətlə, ixlasla Allahın bəndələrinə infaq etsəydilər və bu yolla da dünya və axirət xoşbəxtliyini əldə etsəydilər, nə olardı?!

    Ümumiyyətlə, Allah onların həm əməllərindən, həm də niyyətlərindən xəbərdardır. Buna müvafiq şəkildə də onlara cəza və ya mükafat verəcəkdir.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 949 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024