İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    AYƏ 50:

    ﴿ انظُرْ كَيفَ يَفْتَرُونَ عَلَى اللّهِ الكَذِبَ وَكَفَى بِهِ إِثْمًا مُّبِينًا ﴾

    TƏRCÜMƏ:

    «Bax gör (özlərini tərifləmək və Onun övladı olmalarını iddia etməklə) Allaha qarşı necə yalan uydururlar. Aşkar bir günah kimi, elə bu kifayətdir

    TƏFSİR:

    Yəhudilərin özlərini yüksək irqdən hesab etmələri Allaha atılan ən böyük iftiradır. (Onlar özlərini, hətta Allahın sevimliləri və övladları hesab edirdilər!) Çünki Allah heç kəsi Özünə övlad qərar verməmişdir. Bütün insanlar Onun müqabilində bərabərdir, imtiyaz və üstünlük isə yalnız iman və təqva əsasındadır.

    İftiranın yalan olmaqdan əlavə, töhmət, əzab-əziyyət, zülm, abır-heysiyyətin aradan aparılması kimi günahları da vardır.

    Allaha iftira yaxmaq insanın orucunu da batil edir. İmam Baqir (ə) buyurur: «Yalan danışmaq şərab içməkdən də ağır günahdır. Lakin iftira yalandan da şiddətlidir.»

    AYƏ 51:

    ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُواْ هَؤُلاء أَهْدَى مِنَ الَّذِينَ آمَنُواْ سَبِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, hər büt və azğına iman gətirir və küfr edən kəslər barəsində «onlar iman gətirənlərdən daha doğru yoldadırlar» deyirlər?!»

    TƏFSİR:

    «Ühüd» müharibəsindən sonra bir dəstə yəhudi Məkkəyə gedib müşriklərlə, müsəlmanların əleyhinə əhd-peyman bağladılar. Kafirlərin xoşuna gəlmək üçün onların bütləri qarşısında səcdə etdilər və dedilər ki, sizin bütə pərəstiş etməyiniz müsəlmanların İslamından daha yaxşıdır.

    «Cibt» lüğətdə bütə, sehrkara və kahinə deyilir. Bu kəlmə Quranda bir dəfə, «tüğyan edən» mənasını verən "tağut” kəlməsi isə səkkiz dəfə qeyd olunmuşdur. Cibt və tağut dedikdə yəhudilərin səcdə etdiyi iki bütün, həm də cibt dedikdə büt, tağut dedikdə isə bütpərəstlər və onların himayəçilərinin nəzərdə tutulması mümkündür.

    İNCƏ MƏTLƏBLƏR

    1. İslamla mübarizə aparan düşmənlər bu yolda hətta öz əqidələrindən belə dönürlər (müşriklərin xoşuna gəlmək, onların razılığını cəlb etmək və müsəlmanların əleyhinə əlbir olmaq xatirinə onların bütləri qarşısında səcdə etmək kimi işlər görürlər.)

    2. İnadkarlıq ruhiyyəsi düzgün və insaflı mühakimə yolunu dəyişir və haqqın gizlədilməsinə səbəb olur.

    AYƏ 52:

    ﴿ أُوْلَـئِكَ الَّذِينَ لَعَنَهُمُ اللّهُ وَمَن يَلْعَنِ اللّهُ فَلَن تَجِدَ لَهُ نَصِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Onlardır Allahın lənət etdiyi (Öz rəhmətindən uzaqlaşdırdığı) kəslər! Allahın lənət etdiyi şəxsə əsla bir yardımçı tapa bilməzsən

    TƏFSİR:

    Düşmənlərin namərdcəsinə əhd-peyman bağlayaraq haqq əleyhinə əlbir olmaları heç vaxt müsbət nəticə vermir. Göründüyü kimi yəhudilərin İslam və müsəlmanlar əleyhinə apardıqları zəhərli təbliğatlar, məkrli və hiyləgərlik tədbirləri, eləcə də öz aralarındakı razılaşmalar küfr və şirkin bir nümunəsidir. Onların Məkkəyə gedib bütlərin qarşısında səcdə etmələri, nahaq mühakimə yürüdüb İslamın əleyhinə əhd-peyman bağlamaları və sair kimi işləri Allahın iradəsinin qarşısında heç bir iş görə bilmədi.

    Hər kəs Allahın nəzərində mənfur olarsa, həmişə məğlubdur.

    AYƏ 53:

    ﴿ أَمْ لَهُمْ نَصِيبٌ مِّنَ الْمُلْكِ فَإِذًا لاَّ يُؤْتُونَ النَّاسَ نَقِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Məgər onların (Tövrat və İncil alimlərinin) hökümətdən bir payları var (ki, peyğəmbərlik və hidayəti istədikləri şəxsə versinlər)?! Əgər elə olsaydı, onda onlar camaata (mal və məqamdan) hətta xurma tumunun arxasındakı nöqtə qədər də olsun (bir şey) verməzdilər!»

    TƏFSİR:

    Əvvəlki iki ayənin təfsirində qeyd olundu ki, yəhudilər Məkkə bütpərəstlərinin rəğbətini qazanmaq üçün Qüreyş bütpərəstliyinin müsəlmanların Allaha pərstiş etməsindən üstün olmasına şəhadət verdilər. Hətta onların özləri də bütlərin qarşısında səcdə etdilər. Bu və bundan sonrakı ayə onların yürütdükləri mühakimənin iki səbəbə görə dəyərsiz və etibarsız olmasını çatdırır. Bu ayədə buyurulur ki, yəhudilərin hökumətdən bir payı varmı ki, belə mühakimə yürütməyə əsasları olsun?! Halbuki, əgər belə olsaydı, camaata azacıq belə haqq verməz, hər şeyi öz ixtiyarlarına keçirərdilər.

    AYƏ 54:

    ﴿ أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ فَقَدْ آتَيْنَآ آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُم مُّلْكًا عَظِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik

    TƏFSİR:

    Əvvəlki ayədə yəhudilərin paxıllığı, bu ayədə isə onların həsəd kimi ruhi xəstəliklərinə toxunulur. Həsəd paxıllıqdan qat-qat pisdir. Çünki paxıl adam özünə aid olan şeyin bir kəsə yetişməsini istəmir.  Lakin həsəd aparan adam başqalarına nəsib olan lütf və mərhəmətdən də narahat olur.

    Yəhudilər Allahın Öz fəzl və mərhəməti ilə camaata (Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə)) bağışladığı şeylərə həsəd aparır və qeyd olunduğu kimi, öz həsəd şölələrini əsassız mühakimələrlə söndürmək istəyirdilər.

    Sonra buyurulur: Nə üçün belə bir mənsəbin Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə ) (Bəni-Haşimə) əta edilməsindən təəccüblənib vəhşət hissi keçirir və onlara qarşı həsəd aparırsınız? Halbuki, Biz Ali-İbrahimə (yəhudilər də onun sülaləsindəndir) kitab və hikmət əta etdik, əzəmətli hökuməti onların (Bəni-İsrail peyğəmbərlərinin) ixtiyarına qoyduq. Amma təəssüflər olsun ki, siz naxələf övladlar bu dəyərli maddi-mənəvi sərmayələri qəlbin qəsavət bağlaması nəticəsində şər və yaramaz işlərə sərf edib əldən verdiniz.

    İmam Sadiqdən (ə) nəql olunan hədisdə buyurulur: «Bu ayədə düşmənlərin həsədinə məruz qalan şəxslər biz Əhli-Beytik.»

    Həsədin maddi və mənəvi, eləcə də fərdi və ictimai ziyanları olduqca çoxdur. İslam rəhbərlərinin hədislərində bunlara işarə edilmişdir. O cümlədən, İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: «Həsəd və bədxahlığın səbəbi qəlbin qaranlığı və korluğudur. Bu da Allahın insanlara verdiyi nemətlərin inkar olunmasından irəli gəlir və bu ikisi (qəlbin korluğu və Allahın bəxşişlərinə irad tutmaq) insanların həlakına səbəb olan küfrün iki qanadıdır.»

    AYƏ 55:

    ﴿ فَمِنْهُم مَّنْ آمَنَ بِهِ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ وَكَفَى بِجَهَنَّمَ سَعِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Beləliklə onların (kitab əhlinin) bəzisi ona (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) iman gətirdi, bəzisi ondan üz döndərdi və başqalarını da ona iman gətirməkdən saxladı. Alovlanmış od olan Cəhənnəm onlara kifayətdir

    TƏFSİR:

    Bu ayədə Peyğəmbərə (s) və müsəlmanlara təskinlik verilir ki, camaatın imansızlığından narahat və məyus olmasınlar. Çünki tarix boyu belə olmuşdur; bütün peyğəmbərlər bir dəstə adamın imansızlığı, imandan kənar olması ilə qarşılaşmışlar.

    AYƏ 56:

    ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُواْ الْعَذَابَ إِنَّ اللّهَ كَانَ عَزِيزًا حَكِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Şübhəsiz, ayələrimizi (Quranı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir

    TƏFSİR:

    Onlar hər an, ardı-arası kəsilmədən inadkarlıq və günah etdiklərindən yeni dəri verilməklə cəzalandırılmalıdır.

    İmam Sadiqin (ə) dövründə din müxaliflərindən biri olan İbn Əbil Ovca Həzrətdən (ə) soruşdu: «Təzə dərinin günahı nədir?» İmam buyurdu: «Təzə dəri əvvəlki dərinin yanıqlarından əmələ gəlir. Bu ona bənzəyir ki, bir kərpic sınıb əzilsin, bir daha palçıq edilib yenidən kərpic formasına salınsın.»(Təfsiri Safi», 1-ci cild, səh. 426)

    İNCƏ MƏTLƏBLƏR

    1. Kafirlərin əzabı və cəzası daimidir.

    2. Kafirlərin əzabının davam etməsi bu işi onlar üçün heç vaxt adiləşdirmir.

    3. Yeni dərinin verilməsi onlara şiddətli əzabı dadızdırmaq üçündür. Çünki dəri yanan zaman insan daha artıq ağrı hiss edir və bu, dəriyə aid olan bir hissdir. Əgər yanğı sümüyə çatsa ağrılar nisbətən azalar.

    4. Məad cismanidir. (Çünki dəriyə, onun bir şəkildən başqa şəklə düşməsi ilə əzab verilir).

    AYƏ 57:

    ﴿ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا لَّهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِـلاًّ ظَلِيلاً ﴾

    TƏRCÜMƏ:

    «İman gətirib yaxşı işlər görən kəsləri tezliklə (qəsrlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik. Onlar orada həmişəlik və əbədi qalarlar. Onlar üçün orada (qadınlara xas aybaşıdan, pis əxlaq və əməldən, cismani eyblərdən) pak zövcələr vardır və onları geniş və sabit kölgə altına daxil edərik

    TƏFSİR:

    Bu ayə iman gətirib saleh əməllər görənlərə tezliklə ağaclarının altından çaylar axan cənnət bağlarına daxil olacaqlarını və orada əbədi bir həyata nail olacaqlarını vədə verir. Bundan əlavə, onlara həm ruhi, həm də cismi asudəliklərinə səbəb olacaq pak-pakizə zövcələr veriləcək. Bu zövcələr qadına məxsus olan hər növ qanlardan, aludəliklərdən pak-pakizədir. Onlar bu dünyanın kölgələri ilə müqayisə oluna bilməyən həmişəlik behişt ağaclarının kölgələrində olacaqlar. Belə ki orada yandırıcı və yaxud soyuq küləklər əsməz.

    AYƏ 58:

    ﴿إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا﴾

    TƏRCÜMƏ:

    «Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir.»

    Peyğəmbər (s) bu istəyin əksinə olaraq, Kəbə evini murdar bütlərdən təmizlədikdən sonra onun qapısını bağlayıb açarını Osman İbn Təlhəyə qaytardı, bu zaman Həzrət (s) həmin ayəni oxuyurdu.

    TƏFSİR:

    İSLAMDA ƏMANƏT VƏ ƏDAVƏT

    Ümumi və hərtərəfli bir hökmün bəyanedicisi olan bu ayədə buyurulur: Allah sizə fərman verir ki, əmanətləri sahiblərinə qaytarasınız. Ayənin ikinci hissəsində digər bir mühüm göstərişə işarə edilir: o da hökm verən zaman ədalətə riayət etməkdir. Ayədə buyurulur: Allah həm də sizə fərman verir ki, camaat arasında mühakimə yürütdüyünüz zaman ədalət əsasında hökm verəsiniz. Sonra bu iki mühüm fərmanı təkidləndirmək üçün buyurulur: Allah sizə necə də yaxşı öyüd-nəsihət verir və mövizə edir! Yenə də təkidlə buyurulur: Hər bir halda Allah sizin əməllərinizə nəzarət edir: həm sözlərinizi eşidir, həm də işlərinizi görür.

    Aydındır ki, əmanət daha geniş mənaya malik olub hər növ maddi və mənəvi sərmayələrə şamildir. Bu ayənin aşkar buyurduğuna əsasən hər bir müsəlman əmanət sahibinin kimliyindən asılı olmayaraq heç bir əmanətə xəyanət etməməlidir – əmanət sahibi istər müsəlman olsun, istərsə də qeyri-müsəlman. Bu da həqiqətdə İslamda «insan hüquqları bəyannaməsi»dir.

    Cəmiyyətdəki alimlər belə əmanətdar sayılır, onların vəzifələri həqiqətləri açıb demək, haqqı əsla gizlətməməkdir. İnsanın övladı da ilahi əmanətlərdir ki, valideyn onların təlim-tərbiyəsində laqeydliyə, səhlənkarlığa yol verməməlidir. Bundan da artıq insanın öz vücudu, eləcə də Allahın onun batinində qoyduğu bütün qüvvələr əmanətdir ki, insan onun qorunmasına, düzgün istiqamətdə istifadə olunmasına çalışmalıdır.

    İmam Sadiq (ə) bir hədisdə əmanətin necə mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqədar öz dostlarından birinə buyurdu: «Əgər Əlinin (ə) qatili mənim yanımda bir şeyi əmanət qoysa, yaxud məndən ona nəsihət verməyimi istəsə, yaxud da mənimlə bir şey barəsində məşvərət eləsə mən də bu işlər üçün hazırlığımı bildirsəm, şübhəsiz, əmanətin haqqına riayət edəcəyəm.»

    Çoxlu rəvayətlərdə qeyd olunur ki, əmanət dedikdə məqsəd ümmətin həqiqi rəhbərlərinin tanıtdırılmasıdır ki, bu da Əhli-Beytdən (ə) ibarətdir.(Təfsiri Burhan», 1-ci cild, 2-ci çapda da bu məzmunda 15 rəvayət nəql olunmuşdur. «Təfsiri Safi»nin 1-ci cildinin 24-cü səhifəsində isə 4 rəvayət qeyd edilmişdir)

    AYƏ 59:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً﴾

    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir

    TƏFSİR:

    Bu və bundan sonrakı bir neçə ayə ən mühüm İslami məsələlərdən biri, yəni cəmiyyətə rəhbərlik ilə əlaqədardır. Bu ayə dini və ictimai məsələlərdə ixtilaf və münaqişə yaranan zaman müsəlmanların kimə müraciət etməsini bəyan edir.

    Əvvəlcə imanlı şəxslərə xitabən buyurulur: Ey iman gətirənlər, Allaha itaət edin.

    Aydındır ki, imanlı bir şəxsin bütün itaətləri Allaha itaətlə nəticələnməli, hər növ rəhbərlik də Allahın pak və müqəddəs Zatından qaynaqlanmalı, həmçinin Onun fərmanlarına müvafiq olmalıdır. Çünki varlıq aləminin mütləq hakimi və təkvini maliki məhz Odur. Hər növ hakimiyyət və malikiyyət də yalnız Onun fərmanı ilə olmalıdır.

    Sonrakı mərhələdə buyurulur: Allahın Peyğəmbərinə itaət edin.

    Günahlardan tamamilə pak və məsum olan, heç vaxt həvayi-nəfs üzündən söhbət etməyən və Allahın insanlar arasındakı nümayəndəsi olan bir Peyğəmbərə itaət edin, çünki onun sözü elə Allahın sözüdür və bu məqam və mənsəb ona Allah tərəfindən verilmişdir.

    Üçüncü mərhələdə buyurulur: Peyğəmbərin sizin aranızda olan canişinlərinə itaət edin. Çünki onlar İslam cəmiyyətinin içindən çıxmışlar və camaatın din və dünyasının keşikçiləridir.

    Sonra buyurulur: Əgər Allaha və Qiyamət gününə imanınız varsa, hər hansı bir şeydə ixtilafa düçar olsanız onu Allaha və Peyğəmbərə təqdim edin. Bu sizin üçün daha yaxşı, axır-aqibəti isə daha gözəldir.

    "ULİL-ƏMR” KİMLƏRDİR?

    Bütün şiə təfsirçiləri yekdil nəzərlə buyurmuşlar ki, «ulil-əmr» dedikdə məqsəd məsum imamlardır ki, həyatın bütün sahələrində İslam cəmiyyətinin maddi və mənəvi rəhbərliyi Allah və Peyğəmbər (s) tərəfindən onlara həvalə edilmişdir. Bu ayə onlardan başqa heç kəsə şamil edilmir. «Təfsiri-Burhan»da bu barədə 39 rəvayət nəql olunmuşdur.(Təfsiri Burhan» (ikinci çapı), 1-ci cild, səh. 381-386)

    Əlbəttə, onların tərəfindən, İslam cəmiyyətində müəyyən bir məqama seçilən şəxslərə itaət etmək də müəyyən şərtlər daxilində vacibdir. Onlara itaət etmək "ulil-əmr” olduqlarına görə deyil, "ulil-əmr”in nümayəndələri olduqları üçün vacibdir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Peyğəmbərə (s) və "ulil-əmr”ə qeydsiz-şərtsiz itaət olunmasının vacibliyi onların ismətli (günahsız) olmasını göstərir. Deməli, "ulil-əmr” üçün bəyan olunan hər bir nümunə, məsum olmadıqda rədd olunur.

    2. İtaətin vacibliyinin (əmr formasında olan «ətiu» kəlməsinin) təkrar olunması göstərişlərin növünü bəyan edir. Peyğəmbər (s) bəzən ilahi hökmləri bəyan edir, bəzən də hökumətlə əlaqədar müəyyən göstərişlər verirdi. Yəni o Həzrət (s) həm hakimiyyət, həm də risalət məqamına malik idi.(Nəhl» surəsi, ayə 44, «Nisa» surəsi, ayə 105)

    3. "Ulil-əmr” kəlməsinin Allahın və Peyğəmbərin (s) yanında qeyd olunması, eləcə də itaətlə yanaşı mütləq şəkildə (qeydsiz) bəyan olunması göstərir ki, İslam sistemi və hakimiyyət çox yüksək müqəddəsliyə malik olmalıdır. Çoxlu rəvayətlərə əsasən, "ulil-əmr” dedikdə Əhli-Beyt (ə) imamları nəzərdə tutulur.

    4. Camaat İslam quruluşunu qəbul etməli, sözdə və əməldə ilahi rəhbərlərə arxa olmalıdırlar.

    5. İtaətdə ardıcıllıq qorunmalıdır (yəni, itaətdə əvvəlcə Allah, sonra Onun Peyğəmbəri (s) , daha sonra "ulil-əmr” gəlir.)

    6. Mərifət (agahlıq) yollarından biri də bir şeyi onun ziddi ilə müqayisə etməkdir. Quran günahkarlar, həddini aşanlar, azğınlar, cahillər və zalımlar barəsində onlara itaət etməmək əmrini verir. Buradan da belə nəticə alınır ki, yalnız o kəslərə itaət etmək lazımdır ki, onlara itaət etmək Allah tərəfindən qadağan olunmasın.

    7. Tağuta (Allah tərəfindən təyin olunmayana) itaət etmək haramdır.

    8. Əgər bütün müsəlman qrupları Qurana və sünnəyə müraciət etsələr bütün ixtilaflar həll olunar, cəmiyyətə vəhdət və səfa-səmimiyyət hakim olar.

    9. Kamil dinin ixtilafları həll etmək üçün bəyan etdiyi yollar olmalıdır.

    10. Allahın, Peyğəmbərin (s) və ilahi rəhbərlərin hökmləri ilə müxalifət edənlər öz imanlarına şübhə ilə yanaşmalıdırlar.

    11. Uzaqgörənlik və uzun müddətli mənafeyə riayət etmək dəyərin meyarıdır.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 596 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019