İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)


    AYƏ 60:

    ﴿أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُواْ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا﴾

    TƏRCÜMƏ:

    «Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir

    TƏFSİR:

    Özünü müsəlmançılığa vurmuş bir münafiqlə bir yəhudi arasında münaqişə yarandı. Bu barədə mühakimə yürütməyə gəldikdə, yəhudi şəxs əmanətdar və ədalətinə görə Peyğəmbəri (s) qəbul etdi. Lakin münafiq dedi ki, mən Kəb ibn Əşrəfin mühakiməsinə razıyam. (O, yəhudilərin böyüklərindən idi.) Çünki o müəyyən qədər hədiyyə verməklə Kəbin nəzər-diqqətini cəlb edəcəyini bilirdi. Yuxarıdakı ayə nazil olaraq bu əməli məzəmmət etdi.

    İmam Sadiq (ə) buyurur: «Tağut o kəsdir ki, haqq əsasında hökm etməsin, Allahın fərmanının müqabilində özündən hökm versin və ona itaət olunsun.»(Təfsiri Burhan», 1-ci cild, səh. 387)

    Əvvəlki ayədə Allah və Peyğəmbər (s) münaqişələrdə müraciət yeri kimi bəyan edilir, bu ayədə isə münaqişəli məsələlərdə tağuta müraciət edənlər tənqid atəşinə tutulur. Yuxarıdakı ayədə səlahiyyətli şəxs, bu ayədə isə səlahiyyəti olmayan şəxs bəyan edilir və buyurulur ki, həqiqi möminlər hətta tağuta müraciət etməyi belə istəməzlər. Çünki tağutla saziş bağlamaq haramdır, daxili ixtilafların həll olunmasında yadlara müraciət etmək də qadağandır.(Ailə münasibətlərində yaranan ixtilaflarda da həm qadının, həm də kişinin qohumlarından bir nəfər seçilməlidir.)

    AYƏ 61:

    ﴿ وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًا ﴾

    TƏRCÜMƏ:

    «Onlara «Allahın nazil etdiyinə və Onun peyğəmbərinə tərəf gəlin» deyildikdə, münafiqlərin səndən tam üz döndərmələrini və başqalarını da saxlamalarını görərsən

    TƏFSİR:

    Münafiqlərin tağuta müraciət etmələri və yadların mühakimə yürütmələrini istəmələri təsadüfi bir hadisə deyil, onların zati xüsusiyyətləri və ruhiyyələri səmavi rəhbərlərlə müxalifət etmək və haqq yoldan üz çevirmək əsasındadır.

    İNCƏ MƏTLƏBLƏR

    1. Münafiqlər Allahın qanununa və Peyğəmbərin (s) fərmanlarına təslim olmurlar, lakin biz onları da haqqa dəvət etməliyik.

    2. Münafiqlər camaatın Allaha qəlbən iman gətirməsi qarşısında həssas deyillər. Onların ən ümdə narahatçılıqları camaatın səmavi rəhbərlərin ətrafına toplaşmasıdır.

    3. Münafiqlər öz məkrli planlarında camaatı Peyğəmbərdən (s) ayırmaq məqsədi güdürlər.

    Eləcə də başqa bir yerdə oxuyuruq ki, Peyğəmbərin (s) yolunu bağlamaq Allahın yolunu bağlamaq, onu inkar etmək Allah ayələrini inkar etməkdir. «Ənam» surəsinin 33-cü ayəsində qeyd olunur: «Əlbəttə, onlar (zalimlər) səni təkzib etmirlər. Əksinə, Allahın ayələrini inkar edirlər.»

    AYƏ 62:

    ﴿ فَكَيْفَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآؤُوكَ يَحْلِفُونَ بِاللّهِ إِنْ أَرَدْنَا إِلاَّ إِحْسَانًا وَتَوْفِيقًا ﴾

    TƏRCÜMƏ:

    «Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq və rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan və (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!»

    TƏFSİR:


    İNCƏ MƏTLƏBLƏR

    1. Münafiqlər və ikiüzlü müsəlmanlar çətinlik yarandıqda və təhlükə hiss etdikləri zaman ilahi rəhbərlərin yanına gəlirlər.

    2. Münafiqlər həmişə öz yaramaz və qanunsuz əməllərinə bəraət qazandırırlar.

    3. Münafiqlər Allaha and içməyi öz hədəflərini gizlətmək üçün bir vasitə kimi seçirlər.

    4. Münafiqlərin işlərindən biri də özlərini xeyirxah kimi qələmə vermək, barışıqdan dəm vurmaqdır.

    AYƏ 63:

    ﴿ أُولَـئِكَ الَّذِينَ يَعْلَمُ اللّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلاً بَلِيغًا ﴾

    TƏRCÜMƏ:

    «Allah onların qəlblərindəkini (ikiüzlülük və düşmənçiliyi) bilir. Buna görə də onlardan üz çevir (mübarizə və döyüş fikrində olma), onlara nəsihət ver və yetərli və canlarına təsir edən söz de

    TƏFSİR:

    Münafiqlərin səy və fəaliyyətləri əbəsdir. Çünki Allah həm onların batini niyyətlərindən agahdır, həm də lazım olduqda onları ifşa edir. Eləcə də münafiqlər üzrxahlıq etdikləri zaman sözlərində sabit deyillər. Əgər sabit olsaydılar, onlardan üz çevirmək fərmanı verilməzdi.

    AYƏ 64:

    ﴿وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ لِيُطَاعَ بِإِذْنِ اللّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا﴾

    TƏRCÜMƏ:

    «Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər

    TƏFSİR:

    Əvvəlki ayədə zalım hakimlərə müraciət etmək məhkum edilir. Bu ayədə isə təkid edilərək buyurulur: Biz hər bir peyğəmbəri göndərdiksə yalnız Allahın əmri ilə (camaat tərəfindən) itaət olunması üçün və onlara qarşı heç cür müxalifət olmasın deyə göndərdik.

    Çünki onlar həm Allahın göndərdiyi şəxslər, həm də ilahi hökumətin rəhbərləri idilər. Buna əsasən camaatın vəzifəsi həm ilahi hökmlərin bəyan olunması, həm də onların icra olunması baxımından peyğəmbərlərə itaət etmək idi. Sadəcə iman iddiası ilə qənaətlənmək olmaz.

    Ayənin davamında günahkarların Allah dərgahına qayıdış yolu, eləcə də tağuta müraciət edənlər və ya hər hansı günaha mürtəkib olanlar üçün tövbə qapısı açılır və buyurulur: Əgər onlar özlərinə zülm etdikdən sonra sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını istəsəydilər, Peyğəmbər (s) də onlar üçün Allahdan bağışlanmaq istəsəydi, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərdilər.

    Allahın və Peyğəmbərin (s) fərmanlarına itaət etməyin faydası onların özlərinə aiddir. Onunla müxalifətçilik də özlərinə zülm etmək sayılır. Buna görə də onların maddi həyatı məhv olar, mənəvi cəhətdən də geridə qalmış olarlar.

    Bu ayədən Peyğəmbərə (s) və ya imamlara (ə) təvəssül etməyi şirk bilənlərin cavabı aydınlaşır. Çünki bu ayədə aşkar şəkildə buyurulur ki, əgər onlar Peyğəmbərin (s)  yanına gəlib onu Allah dərgahında öz günahlarının bağışlanması üçün şəfaətçi və vasitəçi qərar versələr, bu iş onların günahlarının bağışlanmasında çox təsirli olar, tövbələrinin qəbul olunması da Allahın rəhmət və bərəkətinin nazil olmasına səbəb olar.

    AYƏ 65:

    ﴿ فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.»

    TƏFSİR:

    Mühacirdən olan Zübeyr ibn Əvamla ənsardan olan bir şəxsin arasında xurma bağını suvarmaqla əlaqədar münaqişə yarandı. Peyğəmbər (s) belə hökm etdi ki, bağın yuxarı hissəsi Zübeyrin olduğu üçün əvvəlcə gərək bağı o suvarsın. Ənsardan olan kişi Peyğəmbərin (s) bu mühakiməsindən xoşu gəlmədi və dedi ki, Zübeyr Peyğəmbərin (s) bibisi oğlu olduğuna görə onun xeyrinə hökm etdi. Peyğəmbər (s) bu sözü eşitdikdə qəzəbindən rəngi qaçdı. Sonra yuxarıdakı ayə nazil oldu.

    Qəribədir ki, özləri Rəsuli-Əkrəmi (s) mühakimə üçün qəbul etmişdilər, lakin onun verdiyi hökmə əməl etməkdən imtina etdilər.

    İmam Sadiq (ə) buyurur: «Əgər müəyyən şəxslər Allaha itaət etsələr, həmçinin namaz, oruc, həcc, zəkat və sair əməlləri yerinə yetirsələr, lakin Peyğəmbərin (s) işləri barədə sui-zənn etsələr, həqiqətdə mömin deyillər.» Sonra Həzrət (s)  yuxarıdakı ayəni oxudu.(Təfsiri Burhan», 1-ci cild, səh. 389)

    Bir sözlə, həqiqi imanın üç əlaməti var:

    1. Münaqişəli məsələni həll etmək üçün tağuta deyil, Peyğəmbərə (s) müraciət etmək.

    2. Həzrətin (s) verdiyi hökmə sui-zənn etməmək.

    3. Peyğəmbərin (s) fərmanını cani-dildən qəbul edib təslim olmaq.

    Bunu da qeyd edək ki, mühakimə risalət və vilayət işləri ilə əlaqədardır, Allahın və Peyğəmbərin (s) aşkar buyurduqları müqabilində şəxsi rəy vermək qadağandır. Çünki bu kimi hallarda şəxsi rəyə əməl etmək həqiqi imanın olmadığını göstərir (bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə aydın olur.)

    AYƏ 66:

    ﴿وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُواْ أَنفُسَكُمْ أَوِ اخْرُجُواْ مِن دِيَارِكُم مَّا فَعَلُوهُ إِلاَّ قَلِيلٌ مِّنْهُمْ وَلَوْ أَنَّهُمْ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًا﴾

    TƏRCÜMƏ:

    «Əgər Biz onlara «(cihad cəbhəsində hazır olmaqla) özünüzü öldürün və ya öz vətən və evlərinizdən çıxın» (deyə) qərar versəydik, (bunu) onların az bir qismi istisna olmaqla, yerinə yetirməzdilər. Əgər onlara verilən nəsihətlərə əməl etsəydilər, şübhəsiz bu, onlar üçün daha yaxşı və imanın sabitliyi və ruhun güclənməsi baxımından daha möhkəm olardı

    TƏFSİR:

    Bu ayədə Peyğəmbərin (s) ədalətli mühakiməsindən narahat olanlarla əlaqədər bəhsi təkmilləşdirərək keçmiş ümmətlərə verilən üzücü vəzifələrin bir qisminə işarə edilir və buyurulur: Biz bunların üzərinə çox çətin və ağır vəzifələr qoymamışıq. Əgər əvvəlki ümmətlər kimi (məsələn, yəhudilər kimi. Belə ki, bütpərəstlikdən, danaya sitayiş etdikdən sonra onlara göstəriş verildi ki, bu günahın kəffarəsi olaraq bir-birinizi qətlə yetirin, yaxud qəlbən məhəbbət bağladığınız vətəndən çıxın) bunlara da ağır və üzücü göstərişlər versəydik ona necə tab gətirə bilərdilər?! Bir xurma bağının suvarılması üstündə Peyğəmbərin (s) verdiyi hökmə razı olmadıqları halda, digər imtahanlardan necə üzüağ çıxa bilərdilər?! Şübhəsiz, əgər onlara bir-birini qətlə yetirmək, yaxud ev-eşiklərindən çıxmaq əmr edilsəydi onlardan yalnız bir qrupu bu göstərişlərə əməl edərdi.

    Sonra ilahi göstərişlərə əməl etməyin iki faydasına işarə edilir və buyurulur: Əgər onlar Allahın və Peyğəmbərin (s) mövizələrini, öyüd-nəsihətlərini qəbul etsəydilər həm öz xeyirlərinə bir iş görmüş olardılar, həm də bu onların imanlarının güclənməsinə səbəb olardı.

    Bu ayədə ilahi hökmlərin mövizə və öyüd-nəsihət kimi təbir olunması bunu göstərir ki, ilahi hökmlərin yerinə yetirilməsinin faydası göstəriş verənin – Allahın xeyrinə deyil, məhz insanların öz xeyrinədir.

    Bu ayədə buyurulur ki, insan Allaha itaət etmək və Onun fərmanlarını yerinə yetirmək yolunda nə qədər irəliləsə onun öz imanı və müqaviməti də bir o qədər möhkəmlənər. Həqiqətdə Allahın fərmanlarına itaət etmək insan üçün bir növ ruhun hazırlanmasıdır.

    AYƏ 67-68:

    ﴿ وَإِذاً لَّآتَيْنَاهُم مِّن لَّدُنَّـا أَجْراً عَظِيمًا. وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُّسْتَقِيمًا ﴾

    TƏRCÜMƏ:

    67. «Onda Biz də mütləq onlara Öz tərəfimizdən böyük bir mükafat əta edərdik

    Bu ayədə Allah-təalanın əmr və fərmanlarına itaət edib təslim olmağın üçüncü faydasına işarə edilir və buyurulur ki, qeyd olunanlardan əlavə, belə olan halda Öz dərgahımızdan onlara böyük və əzəmətli bir mükafat da verərdik.

    Sonrakı ayədə isə dördüncü xeyir və faydasına işarə edilir:

    68. «Və şübhəsiz, onları (etiqad, əxlaq və əməldə) doğru yola hidayət edərdik

    Burada hidayət dedikdə Allah tərəfindən ikinci dərəcəli hidayət və mükafat ünvanı ilə verilən yeni lütf və mərhəmətlərdir ki, bu cür şəxslər ona layiq olmuşlar.

    AYƏ 69:

    ﴿ وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاء وَالصَّالِحِينَ وَحَسُنَ أُولَـئِكَ رَفِيقًا ﴾

    TƏRCÜMƏ:

    «Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır.»

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Bu və bundan sonrakı ayənin nazilolma səbəbi ilə əlaqədar nəql olunmuşdur ki, Peyğəmbərin (s) Novban adlı bir sahabəsi o Həzrətə (s) çox məhəbbət bəsləyirdi. Bir gün pərişan halda Peyğəmbərin (s) hüzuruna gəldi. Həzrət (s) onun narahatlığının səbəbini soruşduqda dedi: "Mən bu gün fikirləşirdim ki, Qiyamət günündə behişt əhli olsam, şübhəsiz, sizin məqamınızda olmayacağam. Əgər behişt əhli olmasam, onda vəziyyətim tamamilə aydındır və hər bir halda sizin hüzurunuzda olmaqdan məhrum olacağam. İndi necə pərişan olmaya bilərəm?!”

    Bu iki ayə nazil oldu və belə şəxslərə müjdə verdi ki, Allaha itaət edənlər behiştdə də peyğəmbərlərlə, Allahın seçdiyi insanlarla yoldaş olacaqlar. Sonra Peyğəmbər (s) buyurdu: «Allaha and olsun! Müsəlman bir şəxsin imanı yalnız o zaman kamil olar ki, məni özündən, atasından, anasından və bütün qohum-əqrəbalarından artıq sevsin, mənim sözlərim qarşısında təslim olsun.»

    TƏFSİR:

    BEHİŞT DOSTLARI

    Əvvəlki ayələrdə Allahın əmr və fərmanlarına itaət edənlərin malik olduqları imtiyazlar sadalandı. Bu ayədə isə onlar təkmilləşdirilir və buyurulur: Allaha və Peyğəmbərə itaət edənlər Qiyamət günündə Allahın Özü tərəfindən onlara nemət verilən və nemət tamamlanan şəxslərlə birgə olacaqlar.

    «Həmd» surəsində də qeyd olunduğu kimi, bu nemətə nail olanlar düz yolda qədəm götürənlər, azğınlığa və inhirafa azacıq belə yol verməyənlərdir.

    Sonra bu cümlənin izahında dörd qism insanlara işarə edilir və buyurulur ki, onlar peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birgə olacaqlar:

    1. Peyğəmbərlər, başqa sözlə, Allahın insanların hidayəti üçün göndərdiyi xüsusi bəndələr camaata rəhbərlik etməkdə və onların düzgün yola hidayət olunmasında ilk addımları atırlar.

    2. Siddiqlər və düzgün insanlar o kəslərdir ki, həm sözdə düz danışırlar, həm də əməlləri sözlərini təsdiq edir və göstərir ki, sadəcə iman iddiası etmirlər. Əksinə, Allahın əmr və fərmanlarına həqiqi mənada iman gətirmişlər. Rəvayətlərdə siddiqlərin ən gözəl və bariz nümunələri kimi məsum imamlar (ə) və Həzrət Fatimeyi-Zəhra Siddiqeyi-Tahirə (ə) qeyd olunmuşdur.

    3. Şəhidlər, pak və ilahi əqidələr, ali hədəflər yolunda canlarını qurban verənlər, eləcə də Qiyamət günündə insanların əməllərinə şahid olan ləyaqətli insanlar.

    4. Salehlər müsbət, qurucu və faydalı əməllər yerinə yetirməklə peyğəmbərlərin göstərişlərinə tabe olaraq yüksək maqamlara çatmışlar.

    Ayənin axırında buyurulur: «Bunlar necə də yaxşı yoldaşlardır!»

    Yuxarıdakı ayədən bu həqiqət də aydın olur ki, insanın yaxşı yoldaşları, dəyərli həmsöhbətləri o qədər əhəmiyyət kəsb edir ki, hətta axirət aləmində belə behişt nemətlərinin təkmil olması üçün bu böyük nemət Allaha müti olan bəndələrə əta edilir.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 474 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019