İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)


    AYƏ 90:

    ﴿إِلاَّ الَّذِينَ يَصِلُونَ إِلَىَ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ أَوْ جَآؤُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَاتِلُونَكُمْ أَوْ يُقَاتِلُواْ قَوْمَهُمْ وَلَوْ شَاء اللّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْ فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْاْ إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلاً﴾

    TƏRCÜMƏ:

    «Sizinlə aralarında əhd-peyman olan bir dəstəyə birləşənlər və ya sinələri sizinlə, yaxud öz tayfaları ilə vuruşmaqdan təngə gəlmiş halda sizin yanınıza gələnlər (bu hökmdən) müstəsnadırlar. Əgər Allah istəsəydi, şübhəsiz, onları sizin üstünüzə salar və onlar mütləq sizinlə vuruşardılar. Buna görə də əgər sizdən uzaqlaşsalar, sizinlə vuruşmaq istəməsələr və sülh təklifi versələr, onda Allah sizin üçün onlara qarşı (onlara hücum etməyə) bir yol qoymamışdı

    TƏFSİR:

    Bundan əvvəlki ayədə kafirlərlə həmkarlıq edən münafiqlərə qarşı ciddi rəftar edib onları qətlə yetirmək məsələsi irəli çəkilmişdi. Bu ayədə isə həmin hökmdən istisna olunanlar qeyd olunur.

    Sülh şəraitində, hətta kafirlərlə bağlanan hərbi müqavilələrə, eləcə də beynəlxalq müqavilələrə belə ehtiramla yanaşmaq lazımdır. Müharibələrdə bitərəf mövqe seçənlərə toxunmaq olmaz. Eləcə də sülhməramlı məqsədlərə, atəşkəs istəyinə ehtiram qoyulmalıdır. İslamda sülh ilkin yönə, müharibə isə müstəsna və ikinci dərəcəli yönə malikdir.

    Müsəlmanlar həmişə Allahın qüdrətini nəzərə almalı, yalnız ona arxalanmalıdırlar ki, qürura düçar olmasınlar. Eləcə də hissləri normal vəziyyətdə olsun.

    Müsəlmanlar o qədər qüdrətli olmalıdırlar ki, müxaliflər və İslam düşmənləri onlara hücum etmək fikrinə belə düşməsinlər. Buna görə də sülh təklifi təklikdə kifayət deyil. Tam əmin olmaq üçün onlar müharibəni tərk etməli,  öz tərəflərindən «salam» bildirməlidirlər.

    AYƏ 91:

    ﴿سَتَجِدُونَ آخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُواْ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوَاْ إِلَى الْفِتْنِةِ أُرْكِسُواْ فِيِهَا فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُواْ إِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّوَاْ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثِقِفْتُمُوهُمْ وَأُوْلَـئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُّبِينًا﴾

    TƏRCÜMƏ:

    «Tezliklə (həm) sizdən amanda və (həm də) öz qövmlərindən xatircəm olmaq istəyən digər bir dəstə ilə qarşılaşacaqsınız. Onlar hər dəfə küfrə və müsəlmanlarla döyüşə çağrılanda, ona tərəf qayıdırlar. Beləliklə, əgər onlar sizdən uzaqlaşmasalar, sülh təklifi irəli sürməsələr və sizdən əl çəkməsələr onda, onları harada tapsanız tutun və öldürün. Sizə üzərlərində açıq-aşkar hökmranlıq bəxş etdiyimiz kəslər onlardır

    TƏFSİR:

    Məkkəlilərdən bəziləri canlarının müdafiə olunması üçün Peyğəmbərin (s) yanına gəlib ikiüzlülüklə İslamı qəbul etdiklərini izhar edir, Məkkəyə qayıtdıqdan sonra yenidən bütpərəstliklə məşğul olurdular ki, kafirlər tərəfindən işgəncələrə, əzab-əziyyətlərə məruz qalmasınlar. Onlar bu üsulla öz mənafelərini hər iki qrup sarıdan təmin edirdilər və hər iki dəstə tərəfindən törənə biləcək təhlükədən amanda idilər. Əlbəttə, onların küfrə olan meylləri İslama olan meyllərindən daha artıq idi.


    İslam hökumətinin müsəlmanlara daim əzab-əziyyət verən, onlara qarşı məkrli planlar hazırlayan münafiqləri məhv etmək və cəmiyyəti onların murdar varlığından təmizləməyə tam ixtiyarı vardır.

    Lakin ən kəskin, şiddətli və məhvedici rəftarlar İslamı məhv etmək əzmində olan münafiqlərə qarşı işlədilməlidir.

    AYƏ 92:

    ﴿وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلاَّ خَطَئًا وَمَن قَتَلَ مُؤْمِنًا خَطَئًا فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَى أَهْلِهِ إِلاَّ أَن يَصَّدَّقُواْ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّ لَّكُمْ وَهُوَ مْؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَإِن كَانَ مِن قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِّيثَاقٌ فَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَى أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةً فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِّنَ اللّهِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا﴾

    TƏRCÜMƏ:

    «Heç bir möminə səhv və xəta (tamamilə xəta üzündən baş verən və ya qəsdən edilənə oxşayan xəta) istisna olmaqla hansısa bir mömini öldürmək yaraşmaz (və bu həm ağıl, həm də şəriət baxımından da rəva deyildir). Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin qulu azad etməli və öldürülənin qohumlarına (qanbahasını) bağışlamadıqları təqdirdə qanbahası verməlidir. Əgər öldürülən şəxs sizinlə düşmən olan bir dəstədən, özü də mömin olsa, onda (kəffarə olaraq) mömin bir qulun azad edilməsi vacibdir (və qanbahası lazım deyildir). Əgər sizinlə aralarında (sülh və ya himayə) əhd-peyman(ı) bağlanmış bir dəstədən olsa, onda onun qanbahası qohumlarına verilməli və mömin bir qul azad edilməlidir. (Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir. Allah həmişə (hər şeyi) bilən və hikmət sahibidir

    TƏFSİR:

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Məkkə müşriklərindən olan Haris ibn Yəzid adlı bir şəxs Əbu Cəhl ilə əlbir olub Əyyaş ibn Əbi Rəbiəyə İslamı qəbul etdiyinə görə işgəncə verirdilər. Müsəlmanlar Mədinəyə köçdükdən sonra Əyyaş da Mədinəyə köçdü. Bir gün o, Mədinənin ətrafında Haris ibn Yəzidi gördü və fürsətdən istifadə edərək onu qətlə yetirdi. O, bir İslam düşmənini öldürdüyünü fikirləşirdi. Halbuki, Harisin sonralar tövbə edib İslamı qəbul etdiyini bilmirdi. Bu hadisədən sonra Peyğəmbərin (s) hüzuruna gəlib hadisəni danışdı. Yuxarıdakı ayə nazil olaraq səhv və xəta üzündən baş verən qətlin hökmünü bəyan etdi.

    XƏTA ÜZÜNDƏN OLAN QƏTLİN HÖKMLƏRİ

    Keçən ayələrdə münafiqləri, eləcə də İslamın ən təhlükəli düşmənlərini məhv etməklə əlaqədar müsəlmanlara tam ixtiyar verilmişdi. Bu qanundan sui-istifadə edilməməsi üçün, habelə düşmənçilik və kin-küdurət bəslədikləri şəxsi münafiq adlandıraraq ondan şəxsi qisas alınmasına yol verməmək üçün bu və ondan sonrakı ayədə səhvən və xəta üzündən olan qətlin hökmləri bəyan edilir. Bu ayədə buyurulur: Heç bir mömin şəxsin (xəta üzündən olan qətl istisna olmaqla) imanlı bir şəxsi qətlə yetirməyə haqqı yoxdur.

    Xəta üzündən olan qətlin kəffarəsi (cəriməsi) üç mərhələdə bəyan olunur:

    Əvvəlcə günahsız olaraq səhvən öldürülən şəxsin müsəlman ailəsindən olması fərz olunur. Bu halda qatil iki iş görməlidir: həm müsəlman bir qul azad etməli, həm də öldürülənin qan bahasını (diyəni) öldürülən şəxsin ailəsinə verməlidir. Şərif ayədə buyurulur: Hər kəs bir mömini xəta üzündən qətlə yetirsə, mömin bir qul azad etməli və öldürülənin qan bahasını onun adamlarına (qəyyumlarına) verməlidir. Amma əgər öldürülən şəxsin ailəsi diyəni tam razılıqla güzəştə getsə, onda (verməməsinin) eybi yoxdur.

    İkinci halda öldürülən mömin şəxsin müsəlmanlarla düşmən olan bir ailədən olması fərz edilir. Bu halda xəta üzündən baş verən qətlin kəffarəsi müsəlman bir qul azad etməkdir.

    Maddi imkanlarının möhkəmlənməsi müsəlmanlar üçün ciddi bir təhlükə sayılan adamlara diyə verilməsinin heç bir zərurəti yoxdur. Bundan əlavə, İslam dini bu kimi şəxslərin İslama düşmən olanlarla (burada öz ailəsi ilə) rabitəsini tamamilə kəsilmiş hesab edir. Buna əsasən, xəsarətin ödənməsinə heç bir lüzum yoxdur.

    Üçüncü halda isə öldürülən şəxsin ailəsinin müsəlmanlarla peyman (müqavilə) bağlamış kafirlərdən olması fərz edilir. Belə olan halda əhd-peymana ehtiram qoyulsun deyə, bir müsəlman qulun azad edilməsindən əlavə, öldürülən şəxsin qan bahsı da onun ailəsinə verilməlidir. Zahirən burada qeyd olunan «öldürülən şəxs» mömin olmalıdır.

    Ayənin axırında qul azad etməyə imkanı olmayanlar, yəni ya bu işə maddi imkanı olmayan, ya da azad etmək üçün qul tapmayan şəxslər barəsində buyurulur: Hər kəsin qul azad etməyə imkanı yoxdursa, iki ay ardıcıl oruc tutmalıdır.

    Sonra buyurulur: Bu hökmün (qul azad etməyin) iki ay oruc tutulmaqla dəyişdirilməsi Allah tərəfindən bəndələrə olan bir növ yüngüllük, güzəşt və tövbədir. Allah həmişə, hər bir şeydən xəbərdardır və Onun bütün göstərişləri mütləq hikmət əsasındadır.

    AYƏ 93:

    ﴿ وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar

    TƏFSİR:

    «Ühüd» müharibəsinin böhranlı şəraitində müsəlmanlardan biri cahiliyyət dövründən miras qalmış şəxsi ədavətə görə digər bir müsəlmanı öldürdü. Peyğəmbər (s) vəhy yolu ilə bu işdən agah oldu və «Ühüd»dən qayıdarkən Quba adlı yerdə həmin mömin qatilin qətlinə fərman verdi. Bu kimi hallarda qatilin tövbə etməsinə və peşman olmasına heç vaxt əhəmiyyət verilmir.(Məğazi», 1-ci cild, səh. 304, «Peyğəmbər və cihad» kitabından nəqlən, səh. 327)

    Müqəddəs İslam dini müsəlmanın canının qorunması, eləcə də ayrı-ayrı fərdlərin təhlükəsizliyinin təmin olunmasına son dərəcə böyük əhəmiyyət verir, mömin bir adamı qəsdən qətlə yetirənlərə əbədi əzab vədəsi verir ki, ağır cinayətlərin və qətl hadisələrinin qarşısı alınsın. Bu ayədə gələn «mömini qəsdən öldürmək» ifadəsi heç bir günah barəsində qeyd olunmamışdır.

    İNCƏ MƏTLƏBLƏR

    İslam quruluşunda heç bir məqamın və şəxsin başqalarını nahaq yerə qətlə yetirməyə və ya edam etməyə haqqı yoxdur. Buna görə də qəsdən törədilən qətl üçün qatildən bu dünyada qisas alınaraq cəzalandırılmasından əlavə, axirətdə də aşağıdakı dörd cür şiddətli əzab verilir:

    1. Hər kəs imanlı bir adamı qəsdən qətlə yetirsə, onun cəzası cəhənnəmdir ki, orada həmişəlik qalacaqdır.

    2. Allah ona qəzəb edəcəkdir.

    3. Allah onu Öz rəhmətindən məhrum edəcəkdir.

    4. Onun üçün böyük bir əzab hazırlamışdır.

    Nahaq yerə adam öldürmək ən böyük cinayət və ən təhlükəli günahlardan biridir ki, əgər onunla ciddi şəkildə mübarizə aparılmazsa, sağlam cəmiyyətin mühüm şərtlərindən biri olan əminamanlıq və təhlükəsizlik bütünlüklə aradan gedəcəkdir. Quran günahsız bir adamın nahaq yerə öldürməyi yer üzündə olan bütün insanların öldürülməsinə bərabər hesab edir.

    AYƏ 94:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللّهِ فَتَبَيَّنُواْ وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِندَ اللّهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ اللّهُ عَلَيْكُمْ فَتَبَيَّنُواْ إِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا﴾

    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) «sən mömin deyilsən» deməyin, halbuki Allah yanında çoxlu qənimətlər vardır. Bundan qabaq siz də, Allah (həqiqi imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir və həmçinin dünya mənfəəti üçün adam öldürürdünüz). Buna görə də gərək araşdırma aparasınız. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Qeyd olunur ki, Peyğəmbəri-Əkrəm (s) Xeybər müharibəsindən qayıdan zaman Üsamə ibn Zeydi bir dəstə müsəlmanla Fədək kəndlərindən birində olan yəhudilərə doğru göndərdi ki, onları İslama dəvət etsin, yaxud İslamı qəbul etmədikləri təqdirdə zimmə şərtlərini qəbul etsinlər.

    İslam qoşununun gəlişindən xəbər tutan Mirdas adlı bir yəhudi onları qarşılamağa çıxdı. Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verirdi.

    Üsamə o yəhudinin öz canının qorxusundan və mal-dövlətini qorumaq üçün zahirdə İslamı qəbul etdiyini, batində isə müsəlman olmadığını güman edərək hücum edib onu öldürdü.

    Bu xəbər Peyğəmbərə (s) çatdıqda çox narahat oldu və buyurdu: «Sən bir müsəlman öldürmüsən!» Üsamə narahat oldu və dedi ki, bu kişi canının qorxusundan və mal-dövlətini qorumaq üçün zahirdə İslamı qəbul etmişdi. Peyğəmbər (s) buyurdu: «Sən ki onun batinindən agah deyildin! Nə bilirsən, ola bilsin ki, həqiqətən müsəlman olmuşdu.» Bu zaman yuxarıdakı ayə nazil oldu.

    TƏFSİR:

    Bu ayədə ittihama məruz qalması mümkün olan günahsız şəxslərin canının qorunması üçün ehtiyat göstərişi verilir və buyurulur: Ey iman gətirənlər! Allah yolunda hərəkət etdiyiniz zaman axtarış aparın, İslamı izhar edən şəxslərə «sən müsəlman deyilsən!» deməyin.

    Sonra əlavə edilir ki, bu dünyanın müvəqqəti nemətləri xatirinə İslam izhar edənləri ittiham etməyin, onları düşmən adı ilə qətlə yetirməyin və mal-dövlətini qənimət almayın. Halbuki, əbədi və dəyərli qənimətlər yalnız Allahın yanındadır. Baxmayaraq ki, keçmişdə belə idi. Siz cahiliyyət dövründə apardığınız müharibələrdə yalnız qənimət məqsədi güdürdünüz. Lakin indi İslamın və Allahın sizə qoyduğu minnət sayəsində bu vəziyyətdən xilas olmusunuz. Bu böyük nemətin şükrünü yerinə yetirmək üçün öz işlərinizdə dərindən təhqiqat aparın. Bunu da bilin ki, Allah sizin bütün əməl və niyyətlərinizdən agahdır.

    Cihad – yaradılış aləmində mövcud olan ümumi bir qanundur. Bütün dünya varlıqları – istər bitkilər, istərsə də heyvanlar – öz mənafeləri qarşısında olan maneələri cihad vasitəsi ilə aradan qaldırırlar ki, istədikləri kamal həddinə çata bilsinlər.

    Əlbəttə, buna da diqqət yetirmək lazımdır ki, cihad müdafiə yönünə malik olmaqdan əlavə, bəzi vaxtlar hücum xarakterli, bəzən də elmi, iqtisadi, mədəni və siyasi xarakterli ola bilər.

    AYƏ 95:

    ﴿لاَّ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُوْلِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُـلاًّ وَعَدَ اللّهُ الْحُسْنَى وَفَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا﴾

    TƏRCÜMƏ:

    «Cismində xəsarət və digər üzrü olmadan (müstəhəbbi və ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal və canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir və Allah onların hər birinə (iman və əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir

    TƏFSİR:

    Əvvəlki ayələrdə cihad barədə söhbət gedirdi. Bu ayədə isə mücahidlərlə cihad meydanlarına getməyənlər müqayisə edilir və buyurulur: Cihadda iştirak etməyə mane ola biləcək xüsusi bir xəstəlik, yaxud narahatçılıq olmadan cihaddan imtina edənlər heç vaxt haqq kəlməsinin yüksəldilməsi üçün malları və canları ilə Allah yolunda cihad edənlərlə – mücahidlərlə bir ola bilməzlər.

    Sonra mücahidlərin başqalarından olan üstünlüyü aşkar şəkildə belə bəyan edilir: Allah-təala öz malları və canları ilə Onun yolunda mübarizə aparanlara, cihad meydanında iştirak etməkdən imtina edənlərə nisbətən böyük üstünlük əta etmişdir.

    Lakin bu kimi mücahidlərin qarşısında elələri vardır ki, cihad onlara vacibi-eyni deyildir və xəstəlik, bacarıqsızlıq və digər müəyyən səbəblər üzündən cihadda iştirak edə bilmədiklərinə görə onların saleh əməl, gözəl niyyət, iman və sair yaxşı əməllərinin mükafatı aradan getməsin deyə, onlara da gözəl vədə verilir və buyurulur ki, Allah hər iki dəstəyə – həm mücahidlərə, həm də evlərində oturanlara gözəl mükafatlar vədəsi vermişdir.

    Lakin İslam məntiqində cihadın əhəmiyyəti bundan daha artıq olduğu üçün bir daha mücahidlərdən söhbət açılır və təkid olunur ki, Allah mücahidləri cihada getməyənlərdən böyük bir mükafatla seçib üstün etmişdir.

    AYƏ 96:

    ﴿ دَرَجَاتٍ مِّنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Öz tərəfindən (dünya və axirətdə) dərəcələr, bağışlanmaq və rəhmətlə! Allah həmişə bağışlayan və mehribandır

    TƏFSİR:

    Bu ayədəki «böyük mükafat» belə təfsir olunur: Allah tərəfindən mühüm bir dərəcələr, bağışlanmaq və rəhmət onlara nəsib olacaqdır.

    Ayənin axırında buyurulur: Əgər həmin şəxslər öz ilahi vəzifələrini yerinə yetirərkən müəyyən günahlara mürtəkib olub öz əməllərindən peşman olsalar, Allah onlara bağışlanmaq vədəsi verər. Çünki Allah bağışlayan və mehribandır.

    AYƏ 97:

    ﴿إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْ قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا فَأُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَاءتْ مَصِيرًا﴾

    TƏRCÜMƏ:

    «Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: "(Din baxımından) nə (vəziyyət)də idiniz?”. Deyəcəklər: "Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik”. Mələklər deyəcəklər: "Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!” Odur ki, onların yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.»

    TƏFSİR:

    «Bədr» müharibəsindən əvvəl Məkkə kafirləri şəhər əhalisini müsəlmanlara qarşı müharibəyə çağırıb təhdid edirdilər ki, hər kəs bu müharibədən boyun qaçırsa evi dağıdılacaq və mal-dövləti müsadirə ediləcəkdir. Məkkədə məskunlaşan bəzi müsəlmanlar da hələ hicrət etmədiklərinə görə canlarının qorxusundan kafirlərlə birlikdə müsəlmanlarla müharibəyə gəlib «Bədr» döyüşündə öldürüldülər. Yuxarıdakı ayə nazil oldu və küfr mühitində qalmaqla, hicrəti tərk etməklə özlərinə zülm edənləri məzəmmət edib onları müqəssir saydı.

    Deməli, küfr mühitindən hicrət edib başqa yerə getmək vacib, kafirlərin dəstəsində qalıb onların çox görünməsinə səbəb olmaq isə haramdır. Əgər müsəlman şəxs ətrafındakı mühiti dəyişdirməyə qadir olsa, mütləq bu işi görməli, əks halda, oradan köçüb hicrət etməlidir ki, Allah tərəfindən sorğu-suala tutulmasın, çünki Allah heç bir günah əmələ bəhanə yeri qoymur. Bunu da bilmək lazımdır ki, əsas məsələ hədəf və əqidədir. Həyat mühiti isə sonradan əlavə olunan şeylərdir. Əsas məsələ vətənpərvərlik deyil, Allahpərəstlikdir.

    Rəvayətlərdə müstəzəf məsuliyyət yolunu ayırd edə bilməyən, haqla batilə fərq qoymağa qadir olmayan kəsə deyilir.(Təfsiri Safi»)Hədislərdə qeyd olunur: «hər kəs dinini qorumaq üçün hətta bir qarış belə hicrət etsə, behişt əhlidir və Həzrəti Məhəmmədlə (s), İbrahimlə (ə) bir yerdə olacaqdır.»(Təfsiri Safi», «Nurus-Səqəleyn», 1-ci cild, səh. 541)

    AYƏ 98:

    ﴿ إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Heç bir çarəsi olmayan və (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın və uşaqlar (hakim qüdrətin və ya elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) müstəsnadırlar

    TƏFSİR:

    Hər kəs haqqı tanısa, habelə mühitdən hərəkət etməyə və ya onu dəyişdirməyə qüdrəti olsa, o, müstəzəf deyil və belə şəxsin hicrət etməyə heç bir əsaslı üzrü, bəhanəsi yoxdur.

    Küfrü dəf etmək üçün tədbirləri, haqqa təslim olmaq üçün bir yolu olmayanlar müstəzəfdirlər və şəri vəzifə onların üzərindən götürülür.

    Bunu da qeyd edək ki, bəhanə xarakterli üzrlər deyil, yalnız həqiqi mənada üzürlü olan səbəblər qəbul edilir.

    AYƏ 99:

    ﴿ فَأُوْلَـئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْ وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًا ﴾

    TƏRCÜMƏ:

    «Buna görə də ümid var ki, Allah onları əfv etsin. Allah həmişə çox əfv edən və bağışlayandır

    TƏFSİR:

    Bu ayədə buyurulur ki, onların ilahi əfv və rəhmətə nail olmaları mümkündür, çünki Allah həmişə bağışlayan və mehribandır.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 707 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024