İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    AYƏ 100:

    ﴿وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا﴾

    TƏRCÜMƏ:

    «Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Məkkə müsəlmanlarından biri ağır xəstələndiyi zaman dedi: «Məni Məkkədən çıxardın, bəlkə mühacirlərdən sayılam.» Onu şəhərdən çıxartdıqları vaxt yol əsnasında vəfat etdi, sonra bu ayə nazil oldu.

    TƏFSİR:

    HİCRƏT İSLAMDA QURUCU BİR GÖSTƏRİŞDİR.

    Vacib hicrət fərizəsinə əməl etməkdə səhlənkarlığa, laqeydliyə yol verərək müxtəlif zillətlərə və bədbəxtliklərə düçar olanlara işarə edildikdən sonra bu ayədə hicrətin əhəmiyyəti tam qətiyyətlə göstərilir və onun barəsində iki yöndə bəhs edilir: Əvvəlcə hicrətin dünyəvi xeyir-bərəkətlərinə işarə edilir və buyurulur: Allah yolunda və Onun razılığı üçün hicrət edənlər Allahın bu geniş dünyasında çoxlu əminamanlıq və geniş yerlər tapacaqlar ki, həmin yerlərdə haqqı dirçəldərək müxalifləri məğlub edə bilərlər.

    Daha sonra hicrətin axirətdəki savabına və mənəvi yönünə işarə edilir və buyurulur: Əgər müəyyən şəxslər Allaha və Peyğəmbərə (s) doğru hicrət etmək məqsədilə öz ev-eşiklərindən və vətənlərindən çıxsalar və məqsədə çatmazdan əvvəl əcəl onları haqlayarsa onların əcr və mükafatı Allahın öhdəsinədir. Allah bağışlayan və mehribandır, onların günahlarını bağışlayır.

    Deməli, hər iki halda hicrət qələbə ilə yanaşıdır.

    Qeyd etmək lazımdır ki, hicrət təkcə canı qorumaq üçün deyil, İslam dinini qorumaq üçün olarsa, bu, müsəlmanların tarixinin başlanğıcı olur və bütün siyasi, təbliğati, ictimai hadisələrin bünövrəsini təşkil edir. Hər bir əsr, zaman və məkanda belə şərait yaranarsa, müsəlmanlar hicrət etməyə vəzifəlidirlər.

    AYƏ 101:

    ﴿ وَإِذَا ضَرَبْتُمْ فِي الأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُواْ مِنَ الصَّلاَةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا ﴾

    TƏRCÜMƏ:

    «Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər

    TƏFSİR:

    Cihad və hicrətlə əlaqədar bəhslərdən sonra müsafirin namazı bəyan olunur. «Zərbun fil-ərz» səfər etmək mənasınadır. Çünki səfərə çıxan şəxs səfər boyu yeri ayaqlarının altında qoyub keçir (Müfrədati-Rağib, «zə-rə-bə» kökü).

    Quranda bəzi hallarda «vacibdir» kəlməsi əvəzinə «eybi yoxdur» kəlməsindən istifadə edilir ki, bu ayədə qeyd olunan hal da həmin nümunələrdən biridir.

    Namazın qəsr (şikəstə) qılınması təkcə qorxu törənən, təhlükə olan hallara məxsus deyildir, lakin əksər hallarda səfərdə qorxu və nigarançılıq olduğundan, yaxud namaz ilk dəfə qorxu hallarında qəsr qılınmalı olub sonradan bütün səfərlərə aid edildiyindən «in xiftum» - əgər qorxsanız, qeydi gətirilmişdir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Namaz heç vaxt götürülmür, lakin müəyyən qədər yüngülləşdirilir.

    2. Həqiqəti dərk etmək və haqqın qarşısında təslim olmaq ilahi qanunlarda əsas bir prinsipdir.

    3. Namaz halında da düşməndən qafil olmamalıyıq. Siyasətlə din, ibadətlə ayıqlıq bir-birindən ayrı deyildir. Bir əl təkbirdə, bir əl də silahda olmalıdır.

    4. Küfrlə iman bir-birilə ziddiyyət təşkil edir.

    5. Bütün küfr ordusu sizinlə düşmənçilikdə sanki bir qüdrət hesab olunduğundan şərif ayədə «əduvv» kəlməsi cəm şəklində deyil, tək halda gətirilmişdir.

    AYƏ 102:

    ﴿وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلاَةَ فَلْتَقُمْ طَآئِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُواْ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُواْ فَلْيَكُونُواْ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَى لَمْ يُصَلُّواْ فَلْيُصَلُّواْ مَعَكَ وَلْيَأْخُذُواْ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ وَدَّ الَّذِينَ كَفَرُواْ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةً وَاحِدَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَى أَن تَضَعُواْ أَسْلِحَتَكُمْ وَخُذُواْ حِذْرَكُمْ إِنَّ اللّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا﴾

    TƏRCÜMƏ:

    «(Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız, beləliklə də onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır

    TƏFSİR:

    Hicrətin 6-cı ilində Peyğəmbər (s) bir dəstə müsəlmanla Məkkəyə doğru yola düşdü. Hüdeybiyyə adlı yerdə Xalid ibn Vəlid başda olmaqla 200 nəfərlə qarşılaşdılar. Onlar Peyğəmbərin (s) Məkkəyə daxil olmasının qarşısını almaq üçün səngər qurmuşdular. Bilal azan dedikdən və camaat namazı bərqərar olduqdan sonra Xalid ibn Vəlid fürsəti qənimət saydı və öz adamlarına dedi ki, hamısı əsr namazını birlikdə qılan zaman qəfildən onlara hücum edək. Yuxarıdakı ayə nazil oldu və müsəlmanları onların bu hiyləsindən agah etdi. Xalid bu möcüzəni gördükdən sonra müsəlman oldu.( «Məcməül-bəyan», «Əl-mizan», «Tibyan» və s. təfsirlər)

    Bu namazda birinci rəkət sona çatdıqdan sonra əvvəlki dəstə qalxaraq namazı tamamlayır və imam camaat ikinci dəstənin gəlib ikinci rəkətə qoşulmasını gözləyir, onlar da silahlı halda namaza dayanırlar.

    Buna əsasən namaz heç bir şəraitdə götürülmür və İslam əsgəri namazsız olmamalıdır (bir əldə silah, bir əldə isə mənəviyyat olmalıdır).

    Camaat namazının əhəmiyyəti barədə bunu demək kifayətdir ki, hətta cəbhələrdə düşmənlə üzbəüz olarkən, bir rəkətlə olsa belə, camaat namazı bərqərar olunur. İki vacib vəzifə (cihad və namaz) qarşıya çıxan zaman birini digərinə fəda etmək olmaz.

    Lakin müəyyən zəruri halların qarşıya çıxması və namaz vaxtı silahın, müdafiə vasitələrinin daşınmasının çox çətin olması mümkün olduğundan ayənin axırında göstəriş verilir ki, əgər yağışdan narahat olsanız, yaxud xəstəlikdən əziyyət çəksəniz, öz silahlarınızı yerə qoymağınız sizin üçün günah deyildir.

    Siz bu göstərişlərə əməl edin və əmin olun ki, qələbə sizinlədir. Çünki Allah kafirlər üçün xaredici cəzalar hazırlamışdır.

    AYƏ 103:

    ﴿فَإِذَا قَضَيْتُمُ الصَّلاَةَ فَاذْكُرُواْ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِكُمْ فَإِذَا اطْمَأْنَنتُمْ فَأَقِيمُواْ الصَّلاَةَ إِنَّ الصَّلاَةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا﴾

    TƏRCÜMƏ:

    «(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır

    TƏFSİR:

    NAMAZ FƏRİZƏSİNİN ƏHƏMİYYƏTİ

    Xof namazına, yəni hətta müharibə şəraitində belə, namazın bərqərar edilməsinə dair göstəriş verilməsinin ardınca bu ayədə buyurulur: Namazı qurtardıqdan sonra Allahı yad etməyi unutmayın: ayaq üstə, oturan halda və böyrü üstə yatdığınız zaman Allahı yad edin və Ondan kömək istəyin.

    Bütün bu hallarda Allahı yad etmək dedikdə bəlkə də müharibə şəraitində əsgərlərin bəzən ayaq üstə, bəzən oturan halda, bəzən isə böyrü üstə və uzanan halda müxtəlif müharibə texnikasından istifadə etdikləri hallar nəzərdə tutula bilər.

    Başqa sözlə desək, məqsəd budur ki, hər bir halda − ayaq üstə, oturan halda və yatanda, eləcə də həm sağlam vəziyyətdə, həm də xəstə halında, hətta düşmən qarşısında belə Allahı yad edin.(Məxzənul-irfan», səh. 150, «Bürhan», Əli ibn İbrahimdən nəqlən.)

    Yuxarıdakı ayədə həqiqətdə mühüm bir İslami göstərişə işarə edilir və buyurulur ki, müəyyən olunmuş vaxtlarda namaz qılmağın mənası insanın digər hallarda Allahdan qafil olması demək deyildir.

    Sonra buyurulur: Xof namazının qılınma qaydası müstəsna bir yönə malikdir və xof haləti aradan getdiyi zaman namazı özünün adi qaydasında qılmalısınız.

    Ayənin axırında namaza diqqət yetirməklə əlaqədar bütün bu tövsiyələrin sirri barəsində buyurulur ki, namaz hər zaman və bütün nəsillər üçün qəti ilahi vacibatlardan biridir və heç vaxt imandan ayrılmaz. Hədislərdə də «məvqut» kəlməsi «vacib və müəyyən vaxtlarda sabit olan» kimi təfsir edilmişdir.(Təfsiri Burhan», «Əl-mizan» və s. təfsirlər)

    AYƏ 104:

    ﴿ وَلاَ تَهِنُواْ فِي ابْتِغَاء الْقَوْمِ إِن تَكُونُواْ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمونَ وَتَرْجُونَ مِنَ اللّهِ مَا لاَ يَرْجُونَ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا ﴾

    TƏRCÜMƏ:

    «(Kafirlərdən olan) o dəstəni axtarmaqda və təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir

    TƏFSİR:

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    İbn Abbasdan nəql olunmuşdur ki, ağır «Ühüd» müharibəsindən sonra Peyğəmbər (s) «Ühüd» dağına çıxdı. Əbu Süfyan dağın ətəyində dayanıb fatehlərə məxsus olan bir qürurla fəryad etdi: «Ey Məhəmməd! Bu günkü qələbəmiz «Bədr»dəki məğlubiyyətimizin əvəzində olsun!» Peyğəmbər (s) müsəlmanlara buyurdu: «Dərhal ona cavab verin!» Müsəlmanlar dedilər: «Bizim vəziyyətimiz heç vaxt sizinlə bərabər ola bilməz! Bizim şəhidlərimiz behiştdə, sizin öldürülənləriniz isə cəhənnəmdədir.» Əbu Süfyan fəryad etdi: «Bizim böyük Üzza bütümüz var, sizin isə yoxunuzdur!» Peyğəmbər (s) buyurdu: «Siz onların şüarlarının müqabilində belə deyin: Bizim başçımız və arxamız Allahdır, sizin isə başçı və arxanız yoxdur!» Əbu Süfyan İslamın bu canlı şüarları qarşısında özünü aciz gördü və Üzzadan əl çəkib Hübələ sığındı və fəryad etdi: «Yaşasın Hübəl!» Peyğəmbər (s) göstəriş verdi ki, cahiliyyət dövrünə mənsub olan bu şüara daha güclü bir şüarla cavab versinlər və «Allah yüksək və ucadır!» ("Allahu əkbər!”) desinlər.

    Əbu Süfyan özünün müxtəlif şüarlarının heç bir fayda vermədiyini gördükdə belə fəryad etdi: «Bizim görüş yerimiz kiçik Bədr diyarı olsun!»

    Müsəlmanlar döyüş meydanından qayıtdılar, onlar ağrılı-acılı «Ühüd» hadisələrindən çox narahat və qəmgin idilər. Bu zaman ayə nazil oldu və onlara xəbərdarlıq verdi ki, müşrikləri təqib edərkən səhlənkarlığa yol verməsinlər və bu acı hadisələrdən narahat olmasınlar.

    Ayənin nazilolma səbəbi biz müsəlmanlara bunu xatırladır ki, düşmənin heç bir taktikasını nəzərdən qaçırmamalı, onların məntiqi müqabilində daha güclü məntiqlər və silahları müqabilində daha üstün və güclü silahlar əldə etməliyik. Əks halda hadisələrin gedişatı düşmənin xeyrinə tamam olacaqdır. Buna əsasən, hər bir əsrdə, xüsusilə, yaşadığımız müasir dövrdə müsəlmanları hər bir tərəfdən əhatə edən dərdli-qəmli və dəhşətli hadisələr, eləcə də insan cəmiyyətlərini mənəvi ölümə sürükləyən əxlaqsızlıqlar qarşısında təəssüflənmək əvəzinə, çox ciddi fəaliyyətə başlamaq, düşmənlərin əxlaqsız mətbuat və kitabları müqabilində sağlam ruhiyyəli kitab və nəşrləri yaymaq lazımdır. Biz bəşəriyyət və mənəviyyat düşmənlərinin hər bir şeylə təchiz olunmuş təbliğat vasitələri müqabilində ən yaxşı təchiz olunmuş gündəlik təbliğat vasitələrindən istifadə etməliyik. Müxtəlif siyasi, ictimai və iqtisadi məktəblərdə irəli sürülən layihələr, tezislər və s. müqabilində İslamın hərtərəfli layihələrini gündəlik tələbata uyğun şəkildə hazırlayıb hamının ixtiyarına verməliyik. Məhz bu yoldan istifadə edərək, öz varlığımızı qoruyaraq həm maddi, həm də mənəvi cəhətdən inkişaf edə bilərik.

    TƏFSİR:

    Cihad və hicrətlə əlaqədar olan ayələrin ardınca bu ayədə müsəlmanlarda yüksək fədakarlıq ruhiyyəsi yaratmaq üçün buyurulur: Düşməni təqib etməkdə heç vaxt süstləşməyin.

    Gərək inadkar düşmənlər müqabilində özünüzdəki hücum ruhiyyəsini daim qoruyub saxlayasınız, düşmənin ruhiyyəsini sarsıtmaq üçün ciddi şəkildə çalışmalısınız.

    Sonra bu hökm üçün daha canlı və aydın bir dəlil bəyan edilir və buyurulur: Nə üçün siz süstləşməlisiniz, halbuki, əgər siz cihad meydanında giriftar və əzaba düçar olmusunuzsa düşmənləriniz də bu cəhətdən əzab-əziyyətə düçar olmuşlar. Fərqiniz bundadır ki, siz ilahi rəhmətə, Pərvərdigarın geniş mərhəmətinə ümid bəsləyirsiniz, lakin onlarda belə bir ümid yoxdur.

    Ayənin axırında daha artıq təkidlə buyurulur: Unutmayın ki, bütün bu narahatlıqlar, əzab-əziyyətlər, səylər, bəzən baş verən süstlüklər və laqeydliklər Pərvərdigari-aləmin nəzərindən gizli deyildir.

    AYƏ 105:

    ﴿ إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ وَلاَ تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Həqiqətən Biz bu kitabı sənə haqq olaraq (uca və ağılın təsdiq etdiyi bir məqsədlə) nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi əsasda hökm çıxarasan. Xainlərin müdafiəçisi olma!»

    TƏFSİR:

    Mötəbər təfsirlərdə qeyd olunur ki, müsəlmanlardan kimsə müharibələrin birində başqasının zirehli paltarını oğurladı. Amma rüsvay olacağından qorxduğu üçün onu bir yəhudinin evinə atdı və bir neçə nəfəri toplayıb onlara göstərmək istədi ki, yəhudi oğurluq etmişdir. Bu məsələni Peyğəmbərdən (s)  soruşduqda yuxarıdakı ayə nazil oldu. Bu ayədə əvvəlcə Peyğəmbərə (s) tövsiyə edilir ki, bu səmavi kitabı – Quranı göndərməkdə əsas məqsəd ədalətin və haqq prinsiplərinin cəmiyyətdə icra olunmasıdır. Biz bu kitabı haqq olaraq sənə göndərdik ki, Allahın sənə öyrətdiyi əsasda camaat arasında hökm edəsən.

    Sonra Peyğəmbərə (s) xəbərdarlıq edilir ki, heç vaxt xainləri himayə edənlərdən olmasın.

    «Məcməul-bəyan» təfsirində qeyd olunur ki, bu ayənin Peyğəmbərə (s) xitab etməsinə baxmayaraq, əsas məqsəd İslam ümmətidir. Çünki bütün ümmətin fikir birliyinə əsasən, Peyğəmbər (s) hər növ günah və çirkinlikdən uzaqdır.

    Buna əsasən, Quran haqq əsasında nazil olunduğundan, mühakimələr və verilən hökmlər də haqq çərçivəsində olmalıdır. İslamda, hətta qeyri müsəlmanlara qarşı belə ədalətlə rəftar etmək zəruridir (bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə aydın olur.)

    AYƏ 106:

    ﴿ وَاسْتَغْفِرِ اللّهِ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Allahdan bağışlanmaq dilə ki, həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.»

    TƏFSİR:

    Bu ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, Allahdan bağışlanmaq istəsin, şübhəsiz, Allah bağışlayan və mehribandır.

    «Məcməul-bəyan»dan nəql etdiyimiz kimi, əvvəlki ayədə əsas etibarı ilə İslam ümmətinə xitab olunur və Peyğəmbərə (s) buyurulur ki, ümməti üçün bağışlanmaq istəsin, çünki Peyğəmbərin (s) özü hər növ günahdan uzaqdır.

    AYƏ 107:

    ﴿ وَلاَ تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır)

    TƏFSİR:

    İslam rəhbərləri xainləri tanımalı və onların məkrli planlarından agah olmalıdırlar ki, münasib mövqe seçə bilsinlər. Bunu da qeyd etmək lazımdır ki, insanın cəmiyyət üzvlərinə etdiyi zülm və xəyanət elə onun özünə rəva gördüyü xəyanət və zülmdür. Çünki bu kimi qeyri-insani xislət cəmiyyəti pozğunluğa aludə edir və bu aludəlik də zamanın keçməsi ilə insanın özünə də gəlib çatır. Buna görə də xaini müdafiə etmək haram, günahda şərik olmaq və xəyanətə razılıqdır.

    Əlbəttə, bunu da qeyd etməliyik ki, bilməməzlik və sadəlik üzündən olan cüzi xəyanətlər fitnə-fəsad əhli olan, məkrli tədbirlər tökən xəyanətkarın xəyanətindən tamamilə ayrıdır (yəxtanun, xəvvan, əsim – işi-peşəsi xəyanət olanlara deyilir), buna görə də ayənin axırında buyurulur ki, Mütəal Allah xəyanət edənləri sevmir.

    AYƏ 108:

    ﴿ يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلاَ يَسْتَخْفُونَ مِنَ اللّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لاَ يَرْضَى مِنَ الْقَوْلِ وَكَانَ اللّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا ﴾

    TƏRCÜMƏ:

    «Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir

    TƏFSİR:

    Mütəal Allah bu ayədə xainləri məzəmmət edərək buyurur: Onlar öz batini əməllərinin camaat arasında ifşa olunmasından xəcalət çəkirlər. Lakin Allah qarşısında xəcalət çəkmirlər. Halbuki, Allah hər bir yerdə hazırdır, onların gecə yarısı tökdükləri məkrli tədbirlərdən, Allahın razı olmadığı sözləri dedikləri zaman onlarla idi və onların bütün əməllərinə əhatəlidir.

    AYƏ 109:

    ﴿ هَاأَنتُمْ هَـؤُلاء جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَن يُجَادِلُ اللّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلاً ﴾

    TƏRCÜMƏ:

    «(Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!»

    TƏFSİR:

    Bu ayədə üç dəstə adama xəbərdarlıq edilir:

    -Qaziyə və məhkəmə işçilərinə deyilir ki, ehtiyatlı olsunlar, haqqın hədd-hüdudunu və sərhədlərini aşmasınlar.

    -Xainlərə deyilir ki, Allah onların işlərinə nəzarət edir.

    -Xainləri müdafiə edənlərə deyilir ki, onların bu kimi səylərinin Qiyamətdə heç bir faydası olmayacaqdır.

    AYƏ 110:

    ﴿ وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّهَ يَجِدِ اللّهَ غَفُورًا رَّحِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər

    TƏFSİR:

    «Su» kəlməsi lüğətdə başqalarına zərər vurmaq mənasında da gəlmişdir. Deməli, bu ayədə insanın həm başqalarına, həm də özünə zülm etməsi irəli çəkilir və bu iş qadağan edilir.

    Əvvəlki ayədə xainlərin özləri və onları himayə edənlər tənqid atəşinə tutulmuşdu. Bu ayədə isə buyurulur: Xəta iş görənlər üçün tövbə və qayıdış yolu həmişə açıqdır. Bu işlərdən əl çəkməyi iradə edən və öz günahlarından qayıdaraq tövbə edən məhz siz olmalısınız.

    AYƏ 111:

    ﴿ وَمَن يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَى نَفْسِهِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Kim bir günah qazansa, əslində (hətta maddi fayda və ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən və hikmətlidir

    TƏFSİR:

    İlahi qanunların həddini aşmaqdan, hüdudularını pozmaqdan ibarət olan günah əməl qəlbin səfasını, ruhun təqvasını və ədaləti aradan aparır. Bu da ən böyük xəsarət və ziyankarlıqdır. Varlıq aləmində və ilahi qanunlarda başqalarına zülm etməyin ağır nəticələri gec-tez insanın özünə qayıdacaqdır.

    Ayənin axırında buyurulur: Allah həm alimdir, həm bəndələrinin əməl və niyyətlərindən xəbərdardır, həm də hikmət sahibidir. Hər kəsə onun layiq olduğu qədər əvəz (mükafat və ya cəza) verir.

    AYƏ 112:

    ﴿ وَمَن يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُّبِينًا ﴾

    TƏRCÜMƏ:

    «Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi və ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan və aşkar bir günah götürmüşdür

    TƏFSİR:

    Bu ayədə günahsız insanlara töhmət vurmağın necə ağır bir günah olduğu xatırladılır və buyurulur ki, hər kəs xəta və günah əmələ mürtəkib olub onu günahsız bir insanın üzərinə atsa, böhtan və aşkar bir günah işə düçar olmuşdur.

    TÖHMƏT CİNAYƏTİ

    Günahsız insanlara töhmət vurmaq İslamda şiddətlə məhkum olunan ən çirkin işlərdən biridir.

    Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: «Allah imanlı qadına və ya kişiyə töhmət vuran, barəsində onda olmayan şeyləri deyən şəxsi Qiyamət günündə oddan olan bir dağın üstündə qərar verər ki, dediklərinin məsuliyyətinin altından çıxsın.»

    Həqiqətdə insafsızlıq üzündən olan bu yaramaz işin hər hansı bir mühitdə rəvac verilməsi ictimai nizamın, ədalətin aradan getməsinə, haqqın batilə qarışmasına, günahsız şəxsin giriftar olmasına, günahkarın özünə bəraət qazandırmasına və ümumxalq etimadının aradan getməsinə səbəb olur.

    AYƏ 113:

    ﴿وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّت طَّآئِفَةٌ مُّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلاُّ أَنفُسَهُمْ وَمَا يَضُرُّونَكَ مِن شَيْءٍ وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللّهِ عَلَيْكَ عَظِيمًا﴾

    TƏRCÜMƏ:

    «Əgər Allahın lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) və hikməti (şəriət elmləri və əqli maarifi) sənə nazil etdi və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə böyükdür

    TƏFSİR:

    105-ci ayədə qeyd olunan məsələ ilə əlaqədar belə buyurulur: Əgər Allahın fəzl və mərhəməti sənin halına şamil olmasaydı, münafiqlər, yaxud onlar kimilərin bir qrupu səni haqq-ədalət yolundan döndərməyi qərara alardılar, lakin Allahın lütf və mərhəməti sənin halına şamil oldu və O səni qorudu.

    Onlar günahsız bir şəxsi ittiham etmək və sonra məsələni Peyğəmbərə (s) təqdim etməklə həm o Həzrətin (s) mənəvi və ictimai şəxsiyyətinə böyük bir zərbə vurmaq, həm də günahsız bir müsəlman haqqında özlərinin pis və mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. Lakin Allah-təala Öz Peyğəmbərinin (s) keşikçisi olduğu üçün onların hiyləgərlik planlarını ifşa etdi.

    Sonra buyurulur: Onlar yalnız özlərini azdırırlar, amma sənə heç bir ziyan çatdıra bilməzlər.

    Axırda Peyğəmbəri-Əkrəmin (s) hər növ xətadan amanda olması belə bəyan edilir: Allah kitabı və hikməti sənə nazil etdi, bilmədiyin şeyləri – qeyb elmini və sirləri sənə öyrətdi.

    Ayənin axırında buyurulur: Allahın sənə olan fəzl və mərhəməti çox böyükdür.

    Yuxarıdakı cümlədə ismət (günahsızlıq) məsələsinin əsas dəlillərindən biri qısa şəkildə bəyan olunmuşdur. O da bundan ibarətdir ki, Allah-təala Peyğəmbərə (s) elə bir elm əta etmişdir ki, onun sayəsində xəta və səhvlərdən amanda olur. Çünki elm, xüsusilə qeyb elmi və naməlum sirlərə agahlıq nəticə etibarı ilə qəlbin aydınlaşmasına və ismət kimi bir səciyyənin yaranmasına səbəb olur.

    AYƏ 114:

    ﴿لاَّ خَيْرَ فِي كَثِيرٍ مِّن نَّجْوَاهُمْ إِلاَّ مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلاَحٍ بَيْنَ النَّاسِ وَمَن يَفْعَلْ ذَلِكَ ابْتَغَاء مَرْضَاتِ اللّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا﴾

    TƏRCÜMƏ:

    «Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik

    TƏFSİR:

    Keçən ayələrdə bəzi münafiqlərin, yaxud münafiq kimilərin gecə yığıncaqlarındakı sirli söhbətlərindən və şeytançılıq tədbirlərindən söhbət açılırdı. Həmin məsələ bu ayədə daha geniş şəkildə «nəcva» (pıçıldaşma) adı ilə qeyd olunur.

    «Nəcva» təkcə pıçıltılı şəkildə deyilən sözlərə deyil, sirli və məxfi olan hər növ yığıncaqlara da şamil olunur. Ayədə buyurulur: Onların şeytançılıq və təxribatçılıq əsasında təşkil olunan məxfi və sirli yığıncaqlarının çoxunda xeyir-bərəkət yoxdur.

    Daha sonra, ümumiyyətlə, hər növ pıçıltının, yaxud sirli yığıncaqların qadağan və məzəmmət edilməsi təsəvvür olunmasın deyə, bir neçə hal istisna edilir və buyurulur: Amma öz pıçıltısında sədəqəyə, başqalarına köməyə, yaxşı işə, camaatın arasında islahat və barışıq yaratmağa tövsiyə edənlərdən başqa. Əgər bu kimi gizli işlər riyakarlıq üzündən olmazsa və özünü göstərmək məqsədi daşımazsa, əksinə, Allahın razılığını qazanmaq məqsədi ilə görülərsə, Allah belə şəxslərə böyük mükafat verəcəkdir.

    Ayədə buyurulur: Hər kəs Pərvərdigarının razılığı üçün belə edərsə, onun üçün böyük mükafat verəcəyik.

    Bir qayda olaraq Quranda sirli yığıncaqlar və məxfi çıxışların təşkil olunması şeytani bir əməl kimi təqdim olunmuşdur. «Mücadilə» surəsinin 10-cu ayəsində buyurulur: «Nəcva (pıçıltı) şeytan əməlidir.»

    Bir sözlə, pıçıltı bir dəstə adamın hüzurunda baş verərsə, onların bu barədə sui-zənn etməsinə, bədgüman olmasına səbəb olur və hətta bəzən dostların arasında bədbinlik yaradır. Məhz buna görə də zərurət halları istisna olmaqla digər hallarda ondan istifadə olunmamalıdır. Yuxarıda qeyd olunan Quran hökmü də məhz bu məqsədlə buyurulmuşdur.

    AYƏ 115:

    ﴿ وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və düşmənçilik etsə və möminlərin yolundan başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir»

    TƏFSİR:

    «Yuşaqiq» sözünün məsdəri olan «müşaqəqət» özünü bir tərəfdə, Rəsuli-Əkrəmi (s) isə digər tərəfdə qərar verməyə deyilir. Bu, ədavətlə yanaşı, həm də agahlıq üzündən müxalifətə başlayaraq işdə maneçilik törətməyə deyilir.

    Buna əsasən, bir kəs üçün haqq yol aydın olduqdan sonra Rəsuli-Əkrəmin (s) əmr və fərmanları müqabilində təslim olmaq və onlara qeydsiz-şərtsiz itaət etmək vacib, müxalifət etmək isə haramdır. Bunu da qeyd etmək lazımdır ki, Allah-təala höccəti tamam etməzdən öncə heç kəsi cəhənnəmə aparmaz.

    Rəsuli-Əkrəm (s) və İslam ümməti ilə müxalifət etmək Allahdan başqasının vilayəti dairəsinə keçmək və cəhənnəmə süqut etmək sayılır. Ayənin mənası belə olur ki, hər kəs İslam dinindən, möminlərin yolundan başqa bir yolla getsə, hər bir halda günahkardır və Biz onu, özünə arxa və sığınacaq hesab etdiyi bütlərə həvalə edər, zəlalət və azğınlıq yolunu seçdiyinə, hidayət yoluna arxa çevirdiyinə görə onu cəhənnəmə atarıq ki, öz yaramaz əməllərinin cəzasını dadsın. Cəhənnəm necə də pis yerdir!

    AYƏ 116:

    ﴿ إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا ﴾

    TƏRCÜMƏ:

    «Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür

    TƏFSİR:

    Çox çirkin ruhi xəstəlik olan şirkin kökləri kəsilməyincə gözəl əxlaq və saleh əməlin heç bir faydası yoxdur. Saleh əməllər də şirkin yeganə dərmanıdır və müşrik adam şirk məhvərindən xaric olmalıdır ki, ilahi əfv və rəhmətə nail ola bilsin. İlahi məğfirət yolları da əfv, yaxşı iş, böyük günahlardan uzaq olmaq və tövbə etməkdən ibarətdir.

    AYƏ 117:

    ﴿ إِن يَدْعُونَ مِن دُونِهِ إِلاَّ إِنَاثًا وَإِن يَدْعُونَ إِلاَّ شَيْطَانًا مَّرِيدًا ﴾

    TƏRCÜMƏ:

    «Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır və (əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər

    TƏFSİR:

    Əvvəlki ayədə müşriklərin zəlalətdə, azğınlıqda olduğu bəyan edilirdi. Bu ayədə isə onun əsas kökləri və mənşəyi bəyan edilir. Məkkə müşrikləri özlərinin puç xəyallarına əsasən mələklərə pərəstiş edir və onları «Allahın qızları» adlandırırdılar. Bu da bir növ yanlış fikir və haqdan azmaq idi.

    AYƏ 118:

    ﴿ لَّعَنَهُ اللّهُ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًا ﴾

    TƏRCÜMƏ:

    «Allah ona lənət etdi və onu Öz rəhmətindən uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm». (Dünyada bütün kafir və fasiqlər, axirətdə isə müqəssir kafirlər və şəfaətin şamil olmadığı fasiqlər onundur.)»

    TƏFSİR:

    Şeytanın bütün bədbəxtçiliklərinin mənşəyi onun Allah rəhmətindən uzaqlaşdırılaraq əbədi lənətə düçar olmasıdır. Şeytan insanın ən qədim düşməni olduğuna görə onu yoldan azdırmaq üçün heç bir səyini əsirgəmir. Agah olun ki, onun tələsinə düşməyəsiniz.

    AYƏ 119:

    ﴿وَلأُضِلَّنَّهُمْ وَلأُمَنِّيَنَّهُمْ وَلآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الأَنْعَامِ وَلآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّهِ وَمَن يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِّن دُونِ اللّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا﴾

    TƏRCÜMƏ:

    Şeytan bir neçə tədbiri həyata keçirmək üçün and içmişdir. O cümlədən, Allaha aşağıdakı işləri icra edəcəyini bildirmişdi;

    1. Sənin bəndələrindən mənim də müəyyən qədər qismətim olcaqdır.

    O bilirdi ki, Allah bəndələrinin hamısını azdırmağa qadir deyil və yalnız həvəsbaz, imanı zəif və iradəsiz insanlar onun qarşısında təslim ola bilər.

    2. Onları haqq yolundan azdıracağam.

    3. Müxtəlif və uzun-uzadı arzularla onların başlarını qatacağam.

    4. Onları xurafatçı əməllərə dəvət edəcəyəm. O cümlədən, fərman verəcəyəm ki, heyvanların qulaqlarını yarsınlar, yaxud dibindən kəssinlər.

    Bununla cahiliyyət dövründə mövcud olan ən çirkin əməllərdən birinə işarə edilir. Onların arasında belə bir qayda var idi ki, heyvanlardan bəzilərinin qulağını kəsir, yaxud dibdən kəsib atır, beləliklə də ona minməyi qadağan edirdilər. O heyvanlardan heç bir işdə istifadə olunmurdu.

    5. Onları vadar edəcəyəm ki, Allahın pak yaradılışını dəyişdirsinlər. Bu da şeytanın insanın səadətə çatması yolunda ona vurduğu sağalmaz yaralar, bərpaolunmaz xəsarətlərdir.

    Bu cümlə göstərir ki, Allah-təala insanın ilkin fitrətində tövhidi, yeganəpərstliyi və hər bir bəyənilən və gözəl xüsusiyyətləri qərar vermişdir. Lakin şeytani vəsvəsələr və insanın nəfsani istəkləri onu düzgün yolundan azdırır və azğınlığa sürükləyir.

    Ayənin axırında ümumi bir qanun kimi belə buyurulur: Hər kəs Allahın yerinə şeytanı özünə məbud və rəhbər seçsə, aşkar bir ziyana düçar olmuş olur.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 1017 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024