İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    AYƏ 120:

    ﴿ يَعِدُهُمْ وَيُمَنِّيهِمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا ﴾

    TƏRCÜMƏ:

    «Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir

    TƏFSİR:

    Allah tərəfindən bəndələrin bağışlanması barədə ayə nazil olanda(«Ali-İmran», 135.) İblis fəryad çəkərək öz dostlarını və köməkçilərini toplayıb dedi: «İnsan tövbə etməklə bizim zəhmətlərimizin hamısını hədərə verir. (Bu barədə bir tədbir tökün.)» Hərəsi bir fikir irəli sürdü, axırda şeytanlardan biri belə dedi: «Hər kəs tövbə etmək qərarına gəlsə, onu uzun-uzadı arzularla, vədələrlə giriftar edərik ki, tövbəni təxirə salsın.» İblis də bu təklifdən razı oldu.(«Təfsiri Safi», 1-ci cild, səh. 464)

    AYƏ 121:

    ﴿ أُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَلاَ يَجِدُونَ عَنْهَا مَحِيصًا ﴾

    TƏRCÜMƏ:

    «Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa əsla bir yol tapmazlar

    TƏFSİR:

    Cəhənnəm bəziləri üçün əbədi bir məkandır. Bütün xoşagəlməz işlərdən qaçmaq olar, lakin axirət əzabından xilas olmaq, geriyə qayıtmaq heç vaxt mümkün deyildir, belə isə bu dünyadan getməmiş pis işlərdən əl çəkin.

    AYƏ 122:

    ﴿ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا وَعْدَ اللّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ قِيلاً ﴾

    TƏRCÜMƏ:

    «İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!»

    TƏFSİR:

    Keçən ayələrdə qeyd olundu ki, şeytanı özlərinə vəli, dost və rəhbər seçənlər aşkar ziyandadırlar. Şeytan onlara yalan vədələr verir, uzun-uzadı arzularla başlarını qatır. Şeytanın vədələri aldatmaq və məkrdən başqa bir şey deyildir. Bunların müqabilində isə imanlı şəxslərin gözəl aqibəti bu ayədə belə bəyan edilir: İman gətirib saleh əməllər görənləri tezliklə ağaclarının altından çaylar axan behişt bağlarına daxil edərik. Bu nemətlər dünya nemətləri kimi müvəqqəti, ötəri deyil, əbədidir və möminlər orada həmişəlik qalacaqlar. Bu vədələr şeytanın yalan vədələri kimi deyil, Allah tərəfindən olan həqiqi bir vədədir. Aydındır ki, heç kəs öz vədə və sözlərində Allah qədər sadiq ola bilməz. Çünki vədəyə əməl etməmək ya bacarıqsızlıq, ya cəhalət, ya da ehtiyac üzündəndir ki, bunların Allah barəsində təsəvvür olunması qeyri-mümkündür.

    AYƏ 123:

    ﴿ لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلاَ يَجِدْ لَهُ مِن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا ﴾

    TƏRCÜMƏ:

    «(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır

    TƏFSİR:

    Müsəlmanlar Peyğəmbəri-Əkrəmin (s) sonuncu peyğəmbər, özlərinin də ən yaxşı və üstün ümmət olmaları ilə iftixar edirdilər. Kitab əhli isə öz keçmişləri ilə öyünüb deyirdi ki, cəhənnəm odu, bir neçə gün istisana olmaqla, bizə toxunmayacaq. Bu ayə onların hər ikisinin təsəvvürlərini islah etmək üçün nazil oldu və insanların yaxşı əməlini əsas meyar qərar verdi.

    İNCƏ MƏTLƏBLƏR

    1. Əsassız və puç arzulardan, xam xəyallardan uzaq olun, çünki onların heç bir xeyiri yoxdur.

    2. İslam xəyal və meyllər əsasında deyil, real gerçəkliklər əsasındadır (batil, hər kəsdə və hər məktəbdə olsa belə məhvə məhkum olunur).

    3. Allah bütün hallarda adildir. İnsanların mükafat və cəzası da onların əməllərinə əsasən verilir.

    AYƏ 124:

    ﴿ وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتَ مِن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُوْلَـئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلاَ يُظْلَمُونَ نَقِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir

    TƏFSİR:

    Bu ayədəki («nəqir»in kökü olan) «nəqr» kəlməsi «dimdikləmək» mənasınadır «Nəqir» isə quşun xurma dənəsini dimdikləməsi nəticəsində bu meyvədə əmələ gələn çuxura deyilir. Əvvəlki ayədə «mən yəməl suən»  ("hər kəs pis iş görsə”) ifadəsi, burada isə «mən yəməl minəs-salihat», yəni «hər kəs saleh əməl görsə» ifadəsi gətirilir.

    Buna əsasən, behişt əhli olmağın əsas amili iman və gözəl əməldir və heç vaxt (əvvəlki ayədə qeyd olunan) iddia və arzular ola bilməz.

    İNCƏ MƏTLƏBLƏR

    1. Bütün irqlər, millətlər və təbəqələr Allahın lütf və mərhəmətindən bəhrələnməkdə bərabərdirlər.

    2. Qadın və kişi mənəvi kamallara çatmaqda bərabərdir.

    3. Gözəl əməl görən möminin mükafatı behiştdir.

    4. Yaxşı əməllər, az da olsa belə, dəyərə malikdir.

    AYƏ 125:

    ﴿ وَمَنْ أَحْسَنُ دِينًا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُ لله وَهُوَ مُحْسِنٌ واتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَاتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur

    TƏFSİR:

    Əvvəlki ayədə iman və əməlin təsirindən söhbət gedir və onda buyurulurdu ki, hansısa bir dinə mənsub olmaq təklikdə fayda verməz. Eyni zamanda, keçən ayələrdən anlaşılmazlıq yaranmasın deyə, İslam dininin bütün ilahi dinlərdən üstün olması belə bəyan edilir: Bütün varlığı ilə Allah qarşısında təslim olan, yaxşı əməllərdən əl çəkməyən və İbrahimin xalis və pak ayininə tabe olan kimsənin dinindən də yaxşı bir din varmı?

    Bu ayədə üç şey dinin yaxşı olması meyarı kimi təqdim edilir: Birincisi, Allah qarşısında qeydsiz-şərtsiz təslim olmaq, ikincisi, yaxşı əməl görmək, (yaxşı əməl dedikdə qəlb, dil və əməllə görülən yaxşı işlər nəzərdə tutulur,) üçüncüsü isə İbrahimin (ə) pak dininə tabe olmaq.

    Ayənin axırında İbrahimin dininə daha çox nəzər yetirilməsinin səbəbi belə bəyan olunur: Allah İbrahimi Özünə dost və xəlil seçmişdi.

    Rəvayətlərə əsasən, İbrahim (ə) çoxlu səcdə etmək, miskinlərə təam vermək, gecə namazı qılmaq, dilənçiləri əliboş qaytarmamaq və qonaqpərvərlik sayəsində ilahi dostluq məqamına çatmışdı.(Təfsiri Burhan», 1-ci cild, səh. 417)

    AYƏ 126:

    ﴿ وَللّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ بِكُلِّ شَيْءٍ مُّحِيطًا ﴾

    TƏRCÜMƏ:

    «(Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir

    TƏFSİR:

    Bu ayədə Pərvərdigari-aləmin mütləq malikiyyətinə, hər bir şeyə əhatəli olmasına işarə edilir və buyurulur: Asimanlarda və yerdə olanlar Allahın mülküdür, çünki Allah hər bir şeyə əhatəlidir.

    Ayə bunu çatdırmaq istəyir ki, Allahın İbrahimi (ə) Özünə dost seçməsi Onun ehtiyaclı olması demək deyildir. Çünki Allah hər bir şeydən ehtiyacsızdır. Allah İbrahimin (ə) son dərəcə gözəl və bəyənilən səciyyələrinə görə onu Özünə dost seçmişdir.

    AYƏ 127:

    ﴿وَيَسْتَفْتُونَكَ فِي النِّسَاء قُلِ اللّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَى عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاء الَّلاتِي لاَ تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَن تَقُومُواْ لِلْيَتَامَى بِالْقِسْطِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ كَانَ بِهِ عَلِيمًا﴾

    TƏRCÜMƏ:

    «Səndən qadınlar (onlarla evlənmək və onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər – qərara alınmış haqlarını vermədiyiniz və evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). Və (Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir).» Şübhəsiz Allah gördüyünüz hər bir xeyir işi bilir

    TƏFSİR:

    Qadın hüquqlarının müdafiə edilməsi və ona ədalətsizlikdən, haqsızlıqdan nicat vermək üçün həmişə səmavi rəhbərlərdən göstəriş almaq lazımdır. Qadınlar, uşaqlar və yetimlərin müdafiə məsələsinin irəli çəkilməsi tarix boyu onlara zülm olunmasını göstərir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Qadınların hüququnun müdafiə olunması Allahın qaçılmaz bir hökmüdür.

    2. Rəsuli-Əkrəmin (s) verdiyi cavablar elə Allahın fətvasıdır.

    3. Yetimlə ədalətli rəftar yaxşı işin ən gözəl nümunəsidir.

    4. İslam cəmiyyətində yetimlər barədə ədalətin bərqərar olunmasına səy edilməlidir.

    5. Bilin ki, sizin cəmiyyətin məhrum təbəqəsinə göstərdiyiniz xidmət və himayələr unudulmayacaqdır.

    AYƏ 128:

    ﴿وَإِنِ امْرَأَةٌ خَافَتْ مِن بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلاَ جُنَاْحَ عَلَيْهِمَا أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا وَالصُّلْحُ خَيْرٌ وَأُحْضِرَتِ الأَنفُسُ الشُّحَّ وَإِن تُحْسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا﴾

    TƏRCÜMƏ:

    «Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.»

    TƏFSİR:

    Rafiq ibn Hüceycin iki arvadı var idi: biri qoca, biri isə cavan idi. Mövcud ixtilaflarına görə qoca arvadına təlaq verdi və iddəsi tamam olmazdan əvvəl ona dedi: «Əgər istəsən, səninlə bu şərtlə barışaram ki, cavan arvadıma münasibətdə səbr edəsən. Əgər buna razı deyilsənsə, iddə tamam olduqdan sonra ayrılaq.» Qadın barışmağı qəbul etdi. Sonra bu ayə nazil oldu.

    «Nüşuz» kəlməsi «uca yer» mənasını ifadə edən «nə-şə-zə» kökündəndir, mənası da «tüğyan» deməkdir. Bu surənin 34-cü ayəsində qadının tüğyan etməsindən, yuxarıdakı ayədə isə kişilərin inadkarlığından və tüğyançılığından söhbət gedir.

    Qadında «şühh» yaxşı paltar geyinməmək, bər-bəzəkləri tərk etmək, kişilərdə isə mehriyyəni və nəfəqəni verməmək, arvada məhəbbət göstərməmək mənasınadır. Ümumiyyətlə, ailə məsələlərində ilk növbədə ərlə-arvad arasında barışıq yaratmaq və islah etmək kimi məsələlər irəli çəkilir və bu zaman başqalarının müdaxiləsinə yol verilmir. Əgər islah olunmazsa, bu zaman başqaları işə dəxalət edə bilərlər.

    İNCƏ MƏTLƏBLƏR

    1. Daha yüksək məsləhətlərə və sağlam ailə mühitinə nail olmaq üçün bəzi haqlardan keçməyin maneəsi yoxdur.

    2. Əksər ailələrdə sarsıntı və narazılıq yaranmasının səbəbi insanın varlığını əhatə edən dar dünyagörüş, paxıllıq və hərislikdir.

    3. Kişilərin öz şəhvət təmayüllərindən keçməsi, iki həyat yoldaşı arasında ədəlatə riayət etməsi təqvanın və ehsanın nümunələrindəndir. İstər öz haqqından keçmək olsun, istərsə də həyat yoldaşına yaxşılıq və təqva – bunların hamısı Allahın hüzurundadır.

    AYƏ 129:

    ﴿وَلَن تَسْتَطِيعُواْ أَن تَعْدِلُواْ بَيْنَ النِّسَاء وَلَوْ حَرَصْتُمْ فَلاَ تَمِيلُواْ كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ وَإِن تُصْلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا﴾

    TƏRCÜMƏ:

    «Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz Allah həmişə bağışlayan və mehribandır

    TƏFSİR:

    Səmavi qanunların insanın pak fitrəti ilə heç bir ziddiyyəti yoxdur. İnsan özünün qoca həyat yoldaşına nisbətən cavan və gözəl həyat yoldaşına daha çox məhəbbət göstərdiyinə görə ədalət fərmanı qəlbi məhəbbətə deyil, rəftarlara aiddir.

    Qəlbi məhəbbətlə əlaqədar ədalətə riayət edilməsi mümkün olmadığından, buna əməldə riayət edilməlidir. İslamda insanın qüdrət və bacarığından artıq mükəlləfiyyət verilmir. İnsan öz məhəbbətini mötədil etməyə qadir deyil. Lakin bu iş əməl və rəftarlarda, şübhəsiz ki, mümkündür.

    Qadının vəzifəsini təyin etmədən (asılı vəziyyətdə, təklifsiz) buraxmaq haramdır.

    Sülh və təqva ilə həm keçmişdəki zəif hallar, həm də agahlıq üzündən olmayan bugünkü qəflətlər bağışlanır.

    AYƏ 130:

    ﴿ وَإِن يَتَفَرَّقَا يُغْنِ اللّهُ كُلاًّ مِّن سَعَتِهِ وَكَانَ اللّهُ وَاسِعًا حَكِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir

    TƏFSİR:

    Bu ayədə buyurulur ki, əgər ailə münasibətlərinin davam etdirilməsi ər-arvad üçün üzücü və dözülməz bir vəziyyət yaradarsa, həmçinin, müəyyən səbəblərə görə bu münasibətlərin davam etdirilməsinin müsbət bir nəticəsi olmazsa və ümumiyyətlə, islah olunmazsa onda belə münasibətləri davam etdirməyə məcbur deyillər və özlərini ömürlərinin axırına qədər belə bir acınacaqlı şəraitdə saxlamamalıdırlar; onlar bir-birindən ayrıla bilərlər. Belə olan halda tam şücaətlə qəti qərara gəlməli və gələcəkdən qorxmamalıdırlar. Çünki belə bir şəraitdə bir-birindən ayrılsalar, böyük Allah Öz fəzl və mərhəməti ilə onların hər ikisini ehtiyacsız edəcək. Bu zaman onlara daha yaxşı həyat yoldaşı və daha gözəl bir həyat nəsib olacağına ümid vardır. Çünki Allah həm hikmət, həm də rəhmət, fəzl və mərhəmət sahibidir.

    Rəvayətlərdə qeyd olunur ki, Həzrət Əli (ə) bir həyat yoldaşına məxsus olan gündə başqa həyat yoldaşının evində hətta dəstəmaz almazdı. Peyğəmbəri-Əkrəm (s) isə vəfatı ilə nəticələnən xəstəlik günlərində belə, xəstəlik yatağını ədalətlə həyat yoldaşları arasında bölüşdürürdü.

    Məaz ibn Cəbəlin iki həyat yoldaşı var idi və onların hər ikisi taun xəstəliyi nəticəsində dünyadan getmişdi. O, ədalətə riayət etmək üçün onların dəfnində (hansını əvvəlcə dəfn etmək üçün) püşk atdı.(Təfsiri Nümunə», «Tibyan» təfsirindən nəqlən.)

    AYƏ 131:

    ﴿وَللّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ غَنِيًّا حَمِيدًا﴾

    TƏRCÜMƏ:

    «Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız və (sifət və işlərində) təriflənəndir

    TƏFSİR:

    «Yerdə və göylərdə olanlar Allaha məxsusdur» cümləsi bu ayədə iki dəfə, sonrakı ayədə də bir dəfə təkrar olunmuşdur. Bu da insanın etiqadlarında onun ifa etdiyi rola görədir ki, Allahın Öz vədələrinə əməl etməkdə, insanları istər evlilik, istər boşanmaq, istərsə də digər işlərdə ehtiyacsız etməyə qüdrətli olduğunu bilək. Ümumiyyətlə, Allahın bütün şeylərə olan malikiyyəti Öz vədələrinin icra olunmasına zəmanət verir.

    Allah zatən ehtiyacsızdır, O, asimanlara və yerə malik olmaqla bizim ibadət etməyimizə, iman gətirməyimizə heç bir ehtiyac duymur. Həmçinin, hikmət, qüdrət və malikiyyət sahibi olan bir şəxs həm qanunçuluq, həm də işləri idarə etmək haqqına malikdir.

    AYƏ 132:

    ﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَفَى بِاللّهِ وَكِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Həm göylərdə və həm də yerdə nə varsa (onların hamısı) Allahın həqiqi mülküdür. (Varlıq aləminin işlərini) qaydaya salmaq üçün Allah bəs edər

    TƏFSİR:

    Bu ayədə üçüncü dəfə olaraq təkidlə bəyan olunur ki, asimanlarda və yerdə olanlar Allahın mülküdür. Allah onları qoruyur, keşiyini çəkir və idarə edir.

    AYƏ 133:

    ﴿ إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا النَّاسُ وَيَأْتِ بِآخَرِينَ وَكَانَ اللّهُ عَلَى ذَلِكَ قَدِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Ey insanlar! Əgər istəsə sizin hamınızı aradan aparar və başqa bir dəstəni (vücuda) gətirər. Allah bu işə həmişə qadirdir

    TƏFSİR:

    Sonra buyurulur: Allah üçün, sizi aradan aparıb yerinizə Allaha itaət yolunda daha qətiyyətli, daha hazırlıqlı və daha ciddi olan insanlar gətirməyə heç bir maneə yoxdur və əlbəttə ki, Allah bu işə qadirdir.

    Bu ayə nazil olanda Rəsuli-Əkrəm (s) mübarək əlini Salman Farsinin kürəyinə vurub dedi: «(Bu ayədə deyilən) «başqa insanlar» iranlılardır.»(Məcməül-bəyan», 9-cu cild, səh. 108, həmin ayənin təfsirində, «Durrul-mənsur», 6-cı cild, səh. 67)

    AYƏ 134:

    ﴿ مَّن كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِندَ اللّهِ ثَوَابُ الدُّنْيَا وَالآخِرَةِ وَكَانَ اللّهُ سَمِيعًا بَصِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Kim dünya mükafatını istəsə (bilsin ki), dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir

    TƏFSİR:

    Allahdan həm dünya, həm də axirət savabını istəyərək, hər iki dünya nemətlərindən bəhrələnə bilənlər təkcə dünya nemətləri ilə kifayətlənsələr, həmçinin cihad və yaxşı əməllərlə yalnız maddi hədəfləri güdsələr, doğrudan da, şiddətlə ziyankarlıqda olarlar.

    AYƏ 135:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاء لِلّهِ وَلَوْ عَلَى أَنفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالأَقْرَبِينَ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقَيرًا فَاللّهُ أَوْلَى بِهِمَا فَلاَ تَتَّبِعُواْ الْهَوَى أَن تَعْدِلُواْ وَإِن تَلْوُواْ أَوْ تُعْرِضُواْ فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا﴾

    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən Allah etdiklərinizdən həmişə xəbərdardır

    TƏFSİR:

    İCTİMAİ ƏDALƏT

    Əvvəlki ayələrdə ədalətin yetimlər və həyat yoldaşı barədə icra olunması ilə bağlı göstərişlərin ardınca bu ayədə ədalətin hər yerdə və heç bir istisna olmadan icra edilməsinə dair ümumi göstəriş, əsaslı prinsip bəyan edilir və buyurulur: Ey iman gətirənlər! Ədaləti tam şəkildə bərqərar edin. Yəni ədaləti elə şəkildə icra etməlisiniz ki, heç bir tərəfdə, azacıq belə inhirafa düşməyəsiniz, azğınlığa düçar olmayasınız.

    Sonra mətləbə təkid etmək üçün şəhadət məsələsi ünvanlanır və buyurulur: Xüsusilə şəhadətlə əlaqədar bütün şəxsi mülahizə və nəzəriyyələri kənara qoymalı, hətta əgər özünüzün, ata-ananızın, yaxud qohum-əqrəbanızın ziyanına tamam olsa belə. Yalnız Allah xatirinə və haqq əsasında şəhadət verməlisiniz.

    Bu cümlədən məlum olur ki, insanın qohum-əqrəbaları ədalət meyarlarını qorumaq şərtilə bir-birinin xeyrinə və yaxud zərərinə şəhadət verə bilərlər.

    Sonra ədalət meyarından azmanın digər bir amilinə işarə edilir: Nə varlıların mal-dövləti haqq əsasında şəhadət verməyin qarşısını almalıdır, nə də fəqirlərin ağır vəziyyətlərinin mülahizə edilməsindən irəli gələn insani duyğular. Çünki haqq əsasında verilən şəhadət sərvətli, yaxud fəqir olan bir kəsin ziyanına tamam olsa da, Allah onun vəziyyətindən daha artıq agahdır. Nə var-dövlət və qüdrət sahibləri Pərvərdigarın himayələri müqabilində haqq olan şahidlərə bir zərər çatdıra bilər, nə də ədalət hökmünün icra olunması ilə fəqir adam ac qalar.

    Yenidən təkid üçün buyurulur ki, həvayi-nəfsə tabe olmayın ki, ədalətin icrası yolunda müəyyən maneələr yaranmasın.

    Bu cümlədən aydın olur ki, bütün zülm və haqsızlıqların mənşəyi nəfsani istəklərə itaət etməkdir. Əgər hər hansı bir cəmiyyətin üzvləri həvayi-nəfsə itaət etməzsə, o cəmiyyətdə zülmə, haqsızlığa heç vaxt yol verilməz.

    Ədalətin icra olunmasının kəsb etdiyi əhəmiyyətə görə bu göstəriş üzərində bir daha təkid edilir və buyurulur: Əgər haqqın öz sahibinə çatmasına mane olsanız və ya onu təhrif etsəniz, yaxud da haqq aşkar olduqdan sonra ondan üz döndərsəniz, bilin ki, Allah sizin bütün əməllərinizdən agahdır.

    Bu ayədən İslamın «ictimai ədalət» məsələsinə, hansı surət və şəkildə olursa-olsun son dərəcə diqqət yetirməsi aşkar olur. Bir neçə dəfə ardıcıl olaraq işlədilən növbənöv təkidlər göstərir ki, İslam ictimai və insani yönə malik olan bu mühüm məsələyə həssaslıqla yanaşır.

    Təəssüflə qeyd etmək lazımdır ki, müsəlmanların əməli ilə bu dəyərli İslami göstəriş arasında yerdən göyə qədər fərq vardır! Bu da müsəlmanların geridə qalma səbəblərindən birdir.

    AYƏ 136:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ آمِنُواْ بِاللّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِيَ أَنزَلَ مِن قَبْلُ وَمَن يَكْفُرْ بِاللّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الآخِرِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا﴾

    TƏRCÜMƏ:

    Mümkündür ki, ayənin mənası «ey iman gətirənlər, özünüzü bir qədər də yüksəldin, yaxud öz imanınızda həmişəlik olaraq möhkəm qalın» kimi də olsun. İmanın müxtəlif dərəcələri olduğundan, mömin özünü hər gün imanın daha yüksək mərhələlərinə çatdırmağa səy etməlidir. Bunu da qeyd etmək lazımdır ki, peyğəmbərlərin və yaxud səmavi kitabların bəzisinə kafir olmaq onların hamısına qarşı kafir olmaqdır.

    AYƏ 137:

    ﴿ إِنَّ الَّذِينَ آمَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ آمَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّمْ يَكُنِ اللّهُ لِيَغْفِرَ لَهُمْ وَلاَ لِيَهْدِيَهُمْ سَبِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Həqiqətən Allah iman gətirib sonra kafir olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini artıran kəsləri, əsla bağışlayan və (doğru) yola hidayət edən deyildir. (İman və küfr halları bir neçə dəfə təkrar olunmuş və nəhayət küfr üzərində dayanan kəslər iman gətirməyə nail ola bilməzlər.)»

    TƏFSİR:

    Bu ayənin oxşarı əvvəldə də qeyd olunmuşdur. Belə şəxslərin tövbəsi heç vaxt qəbul olunmur və onlar həqiqi mənada yollarını azanlardır. «Ali-İmran» surəsinin 190-cı ayəsində qeyd olunduğu kimi: «İman gətirdikdən sonra kafir olmuş və sonra öz küfrlərini artıranların tövbəsi heç vaxt qəbul olunmayacaq. Onlar məhz yollarını azanlardır.»

    Hər gün bir rəngə düşməyin səbəbi ya haqq və din barədə lazımi təhqiqat aparmamaqdır, ya da müəyyən məkrli tədbirlərlə möminlərin əqidələrini sarsıtmaq məqsədi güdməkdir. «Ali-İmran» surəsinin 172-ci ayəsində də buyurulduğu kimi, onların bu hiyləgərlik tədbirləri ifşa olunur və buyurulur ki, onlar müsəlmanların iradə və əqidələrini sarsıtmaq üçün sübh çağı iman gətirib günün axırında kafir olurdular. Bu ayənin bariz nümunələri o kəslərdir ki, onun əməlləri belə bəyan edilir: O, əvvəlcə müsəlman oldu, Peyğəmbərin (s) vəfatından sonra kafir olub dindən çıxdı. Sonra tövbə edib Həzrət Əlinin (ə) tərəfdarlarından oldu. Sonra dindən çıxıb xəvaricin başçılarından oldu. Daha sonra tövbə edib İmam Həsən (ə) və İmam Hüseynin (ə) köməkçilərindən oldu. Məktub yazıb İmam Hüseyni (ə) Kufəyə dəvət etdi. Sonra Kufədə Müslümə vəfasızlıq etdi. Kərbəlada Yezidin qoşun sərkərdəsi oldu. İmam Hüseynin (ə) qətlə yetirilməsinə şükr əlaməti olaraq Kufədə bir məscid tikdirdi.

    İNCƏ MƏTLƏBLƏR

    1. İnsan başqalarının onun özü və əqidəsi ilə əlaqədar dediyi sözlərə etinasız yanaşmamalıdır (günah yığıncağında sükut etməyin özü də günahdır).

    2. Ya pozğun mühiti islah etmək, ya da oradan çıxmaq lazımdır.

    3. Təkcə günah etməmək kifayət deyil, günahın kökünü də kəsmək lazımdır. Təkcə düz yolda olmaq kifayət deyil, başqalarının da düz yoldan çıxmasının qarşısını almaq lazımdır.

    4. Söz azadlığı, ürək genişliyi, güzəşt, gözəl əxlaq, camaatla keçinmək, həyalı olmaq, camaatla yaxşı rəftar etmək və s. bəhanə edərək günah əməl qarşısında sükut etmək olmaz.

    5. Başqalarının günah əməllərinə razı olan adam onların günahında şərikdir.

    6. Kafirlərin yaramaz danışıqları müqabilində sükut etmək bir növ nifaq (münafiqlik) əlamətidir.

    7. Axirət yoldaşları dünyadakı müsahiblərin əvəzidir.

    AYƏ 138:

    ﴿ بَشِّرِ الْمُنَافِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Münafiqləri (Bərzəx aləmində və Qiyamətdə) onlar üçün ağrılı bir əzab olacağı ilə müjdələ.»

    TƏFSİR:

    Dərdli əzabdan söhbət getdiyi zaman «müjdə ver» təbirinin gətirilməsi münafiqlərin puç və əsassız fikirlərinə qarşı istehza etmək üçündür. Amma əgər «surət» mənasına olan «bəşr» kökündən alınmış olsa, daha geniş bir məna ifadə edərək insanın üzündə cizgisi salınan hər bir şeyə şamil olur, istər sevinc gətirən olsun, istərsə də qəm.

    AYƏ 139:

    ﴿ الَّذِينَ يَتَّخِذُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُونِ الْمُؤْمِنِينَ أَيَبْتَغُونَ عِندَهُمُ الْعِزَّةَ فَإِنَّ العِزَّةَ لِلّهِ جَمِيعًا ﴾

    TƏRCÜMƏ:

    «Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur

    TƏFSİR:

    Bu ayədə münafiqlər belə vəsf edilir: Onlar möminlərin yerinə kafirləri özlərinə dost seçirlər.

    Sonra buyurulur: Görəsən, onların bu seçkidəki hədəfləri nədir? Doğrudanmı bu dostluqla özlərinə şərəf və abır-heysiyyət qazanmaq istəyirlər? Halbuki, izzət bütünlüklə Allaha məxsusdur. Çünki izzətin mənşəyi həmişə elm və qüdrətdir. Elm, qüdrət və əməlləri heç bir əhəmiyyət kəsb etməyənlər izzət mənşəyi olmaq qabiliyyətinə də malik deyillər.

    Bu ayə bütün müsəlmanlara ciddi xəbərdarlıq edərək onlara anladır ki, öz izzətlərini (istər iqtisadi, mədəni və siyasi sahələrdə, istərsə də sair işlərdə) İslam düşmənləri ilə dostluqda axtarmasınlar. Çünki onların mənafeyi hər vaxt tələb etsə, səmimi müttəhidlərini belə boşlayır, bir-birilə əsla tanış deyilmişlər kimi, öz işlərinin ardınca gedirlər. Müasir tarix də bu həqiqəti aydın şəkildə isbat edir.

    Deməli, müsəlmanlar xarici siyasətdə kafirlərdən asılı olmamalı, öz izzətlərini onlardan asılılıqda axtarmamalıdırlar.

    «Şəbaniyyə» münacatında Həzrət Əlinin (ə) dilindən belə oxuyuruq: «Pərvərdigara, mənim artımım da, azalmam da (başqalarının deyil,) yalnız Sənin əlindədir.»

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 744 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024