İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)


    AYƏ 160:

    ﴿ فَبِظُلْمٍ مِّنَ الَّذِينَ هَادُواْ حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَاتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَن سَبِيلِ اللّهِ كَثِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün və həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü və əti, balıq ovu və heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik

    TƏFSİR:

    Bəlkə də «onlara haram edilən pak-pakizə nemətlər» deyildikdə «Ənam» surəsinin 146-cı ayəsində bəyan olunanlardır. Bu qadağalar hazırkı Tövratda da mövcuddur.(Sifri laviyan», 11-ci fəsil)

    İNCƏ MƏTLƏBLƏR

    ZÜLM NEMƏTLƏRDƏN MƏHRUM OLMAĞA ŞƏRAİT YARADIR.

    Bəzi vaxtlar iqtisadi məhrumiyyətlər və maddi çətinliklər Allahın qəhr, qəzəb və cəzasının nişanəsidir. Hər hansı vasitə ilə olursa-olsun, Allahın yolunu bağlamaq (haqqı təhrif etmək, gizlətmək, bidət qoymaq, fəsad törətmək, azğınlıq yaratmaq və s.) bütün məhrumiyyətlərin mənşəyidir.

    Ən ağır cəzaların Qiyamətdə veriləcəyinə baxmayaraq, dünyəvi cəzalar da insana bir növ xəbərdarlıqdır: qanun pozanlar üçün cəza, saleh insanlar üçün bir növ imtahandır.

    AYƏ 161:

    ﴿ وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُواْ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Eləcə də çəkindirilmələrinə baxmayaraq sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq

    TƏFSİR:

    Sələmçiliyin qadağan olunması Tövratda da qeyd olunmuşdur. (Təsniyə sifri, 23-cü fəsil, 19, 20-ci cümlələr.) Sələmçilik, zahirdə qazanc və firavanlıq mənbəyi olmasına baxmayaraq, cəmiyyətdə müxtəlif məhrumiyyətlərə şərait yaradır.

    Bütün səmavi dinlərdə insanların maddi və ticarət əlaqələrinə, onların necə qazanıb hansı yollarda xərcləmələrinə ciddi şəkildə diqqət yetirilir.

    Zülm, sələmçilik və haram mal yemək insanı küfrə sürükləməyincə, bu işlərdən qayıtmaq asandır. Çünki günahlar küfrə zəmin yaradır, kafirlər də əbədi əzabdadırlar.

    AYƏ 162:

    ﴿لَّـكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَالْمُقِيمِينَ الصَّلاَةَ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ أُوْلَـئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا﴾

    TƏRCÜMƏ:

    «Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə - onların hamısına tezliklə böyük bir mükafat verəcəyik

    TƏFSİR:

    Bu ayədə mühüm bir həqiqətə işarə olunur. Belə ki Quran təkrar olaraq həmin həqiqət üzərində dayanıb bəhs etmişdir. O da bundan ibarətdir ki, Quranda yəhudilərin məzəmmət olunması heç vaxt irqçilik xarakteri daşıyan mübarizə tipli deyildir. İslam heç bir irqi məhz irq olduğuna görə məzəmmət etmir, əksinə, onların içərisində yollarını azanları və əxlaqsızlıq edənləri məzəmmət edir. Buna görə də bu ayədə yəhudilərdən pak və imanlı insanlar istisna edilib təriflənir, onlar üçün böyük mükafat vədəsi verilir və buyurulur: Lakin yəhudilərdən dərin elmə malik olanlar və möminlər sənə və səndən qabaqkı peyğəmbərlərə nazil olanlara iman gətirir, həmçinin namaz qılıb zəkat verir, Allaha və Qiyamət gününə iman gətirirlər. Biz onlara böyük mükafat verəcəyik.

    Məhz buna görə də yəhudilərin böyük şəxsiyyətlərindən bir qrupu İslam Peyğəmbərinin (s) zühur etdiyi zaman onun haqq olması dəlillərini müşahidə etdikdə İslamı qəbul edərək canları və malları ilə onu himayə etdilər. Nəticədə Peyğəmbər (s) və digər müsəlmanlar tərəfindən hörmətə layiq görüldülər.

    AYƏ 163:

    ﴿إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِن بَعْدِهِ وَأَوْحَيْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإْسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَعِيسَى وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ وَآتَيْنَا دَاوُودَ زَبُورًا﴾

    TƏRCÜMƏ:

    «Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən)

    TƏFSİR:

    Qurani-Kərimdə ilahi peyğəmbərlərdən 25 nəfərin adı qeyd olunmuşdur. Bu ayədə onların 11 nəfərinin adı çəkilir. Adları Quranda gələn başqa peyğəmbərlər bunlardır: Adəm, İdris, Hud, Saleh, Lut, Yusif, Şüeyb, Zil-kəfl, Musa, İlyas, Zəkəriyya, Yəhya, Üzeyr. Hədislərdə qeyd olunur ki, bütün peyğəmbərlərə nazil olunanların hamısı Məhəmməd peyğəmbərə (s) nazil olmuşdur.(Nurus-Səqəleyn», səh. 572)

    «Əsbat»  həzrət Yəqubun (ə) nəslindən olan peyğəmbərlərdir.

    «Zəbur» lüğətdə «kitab» mənasını ifadə edir və Həzrəti Davuda nazil olan kitaba deyilir.

    Davudun (ə) Məzamiri Əhdi Qədimdən (Tövratdan) olub 150 fəsildən ibarətdir ki, hər bir fəsli bir «məzmur» adlanır. («Məzamir» «məzmur»un cəm formasıdır.)

    Peyğəmbəri-Əkrəm (s) bütün ilahi peyğəmbərlərdən üstün olduğuna görə bu ayədə ona vəhy olunması onların hamısından qabaq qeyd olunmuşdur.

    İNCƏ MƏTLƏBLƏR

    1. Vəhy və risalət bəşəriyyət tarixində Allahın heç bir xələl qəbul etməyən sünnəsi və qanunudur.

    2. Vəhydə həm hədəf, həm üslub, həm möhtəvanın külliyyatı, həm də onların mənşəyi birdir − o da Allahdır.

    3. Tarixdə peyğəmbərlərə nazil olan vəhy dəfələrlə təkrar olunmuşdur. Lakin müxaliflər bizim Peyğəmbərin (s) nübüvvətini qəbul etmir, onu digər peyğəmbərlərdən ayırırlar. Buna görə də, şübhəsiz, böyük azğınlığa düçar olmuşlar.

    AYƏ 164:

    ﴿ وَرُسُلاً قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلاً لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ وَكَلَّمَ اللّهُ مُوسَى تَكْلِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı

    TƏFSİR:

    «Hud» və «Şüəra» surələri peyğəmbərlərin sərgüzəştlərini daha əhatəli şəkildə bəyan etmişdir. Bu ilahi şəxsiyyətlərin tarixi barədə məlumat kəsb etmək o qədər faydalı və ibrətamizdir ki, Allah da bu məsələni irəli çəkmişdir.

    Peyğəmbərlərin tarixi Quranda qeyd olunanlardan çox-çox artıqdır. İnsanın ömrü onların hamısının tarixlərini eşitməyə belə kifayət deyil, onların hamısını eşitməyə və dinləməyə də ehtiyac yoxdur. Bunları ibrət dərsi almaq üçün eşitmək lazımdır. Bu da onu göstərir ki, Qurani-Kərim dastan kitabı deyil, hidayət və tərbiyəvi bir kitabdır.

    Bunu da qeyd edək ki, peyğəmbərlər vəhyi müxtəlif yollarla əxz etmişlər: Qəlbinə təlqin edilməklə, mələk göndərilməklə, hicab arxasından danışmaqla. Peyğəmbərlərin hamısına Allah tərəfindən xitab olunmuşdur, lakin onların arasında təkcə Musa (ə) Allahla birbaşa danışmışdır.

    Bəlkə də Həzrət Musa (ə) Fironla mübarizə apardığına, yaxud Bəni-İsrailin inadkarlıq və tərslik etdiyinə görə Allahla daha artıq rabitə bərqərar edərək göstəriş aldığına görə «Kəlimullah» adlandırılmışdır.

    AYƏ 165:

    ﴿ رُّسُلاً مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا ﴾

    TƏRCÜMƏ:

    «(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir

    TƏFSİR:

    Bu ayə həm peyğəmbərlərin dəvətindəki üslubları, həm də onların göndərilməsindəki əsas məqsədi bəyan edir. Belə ki, onların iş üslubları və vəzifələri iki istiqamətdə − müjdələmə və qorxutma əsasında bərqərar olmuşdur. Peyğəmbərlərin göndərilməsinin fəlsəfə və səbəbi Allah tərəfindən höccətin insanlara tamam edilməsidir ki, «rəhbərimiz olmamışdı və biz bilmirdik» – deyə bəhanə gətirməsinlər.

    Xatırlatmaq lazımdır ki, peyğəmbərlər ictimai, siyasi, ailəvi, fiziki və sair cəhətlərdə gözəl əxlaqi səciyyələrə, parlaq həyata malik olmaqda, eləcə də möcüzə göstərməkdə, gözəl və fəsahətli danışmaqda, qeybi imdadlardan faydalanmaqda elə bir mərhələdə olmalıdırlar ki, heç kəs, heç bir sahədə bəhanə gətirə bilməsin. Allah əziz və hikmətli olduğuna görə heç kəsin Onun qarşısında höccət və bəhanəsi olmasın.

    AYƏ 166:

    ﴿ لَّـكِنِ اللّهُ يَشْهَدُ بِمَا أَنزَلَ إِلَيْكَ أَنزَلَهُ بِعِلْمِهِ وَالْمَلآئِكَةُ يَشْهَدُونَ وَكَفَى بِاللّهِ شَهِيدًا ﴾

    TƏRCÜMƏ:

    «(Kitab əhlindən olan kafirlər sənə vəhy və kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu və bəşər cəmiyyətinə nazil olması – bunların hamısı Onun əzəli elmi ilədir) və (buna) mələklər də şəhadət verirlər. Allahın şahid olması kifayətdir

    TƏFSİR:

    Quranın uca maarifinin dərs oxumamış bir şəxsin dilindən, cahil, şirkə aludə mühitdə bəyan olması, xalqın dəyişməsi, təfriqədən vəhdətə, xəsislikdən isara, şirkdən tövhidə, cəhalətdən elmə, süqutdan mənəvi yüksəlişə, islami ümmətin təşkilinə çatması peyğəmbər və dinə edilmiş lütfə Allahın şəhadətidir.

    Haqsız zəiflətmələrin qarşısında yerli qüvvətləndirmələr gerçəkləşməlidir.

    Dəvət yolunda peyğəmbərlərin də ilahi yardıma ehtiyacı var.

    Hər bir din təbliğatçısının ən üstün arxası və ümid yeri Allah olmalıdır.

    Vəhy qaynağı Allahın sonsuz elmidir. Bu səbəbdən də elmlərin inkişafı ilə hər gün Quran maarifinin üzərindən pərdə götürülür.

    Əgər yerin bir guşəsində inadkar günahkarlar bəhanə gətirirlərsə, varlıq aləmindəki bütün mələklər sənin xeyrinə olaraq şəhadət verirlər.

    AYƏ 167-169:

    ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ اللّهِ قَدْ ضَلُّواْ ضَلاَلاً بَعِيدًا. إِنَّ الَّذِينَ كَفَرُواْ وَظَلَمُواْ لَمْ يَكُنِ اللّهُ لِيَغْفِرَ لَهُمْ وَلاَ لِيَهْدِيَهُمْ طَرِيقا. إِلاَّ طَرِيقَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا وَكَانَ ذَلِكَ عَلَى اللّهِ يَسِيرًا ً ﴾

    TƏRCÜMƏ:

    167. «Həqiqətən kafir olub (başqalarını) Allahın yolundan saxlamış kəslər, şübhəsiz, uzun-uzadı bir azğınlığa düşüblər

    168. «Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir

    169. «Yalnız Cəhənnəm yoluna (hidayət edər) ki, orada həmişəlik olaraq əbədi qalarlar. Bu iş (saysız-hesabsız insana sonu bilinməyən bir müddət ərzində məhdudiyyəti olmayan bir əzab vermək) Allah üçün asandır

    TƏFSİR:

    Birinci ayədə qeyd olunan «zəlalin bəid» kəlməsi kafirlərin qat-qat azğınlıqlarını göstərir. Küfr bir növ haqq yoldan azmaq və başqalarının imana gəlməsinə mane olmaqdır. Küfr edə-edə özünü haqq hesab etmək isə daha üstün bir azğınlıqdır. Küfr insanın özünə zülm etməsi, başqalarının haqqa yönəlməsinə mane olmaq isə bütün tarixə və insan nəsillərinə zülm etməkdir.

    Bəlkə də 168-ci ayədə qeyd olunan «zülm» kəlməsindən məqsəd başqalarının hidayət olunmasına mane olmaqdır. Çünki ideoloji, mədəni və etiqadi baxımdan olunan zülmdən də yüksək bir zülm ola bilməz.

    Ən kəskin təbirlə bəyan olunan böyük əzab vədələri cürbəcür təbliğatlar, töhmətlər və təhqirlərlə haqq sözün haqqı axtaranların qulağına çatmasına mane olan kafirlərə verilmişdir (bağışlanmamaq, hidayətə nail olmamaq, cəhənnəm əhli olmaq və orada əbədi qalmaq) və bunlar onların çirkin əməllərinin nəticəsidir.

    AYƏ 170:

    ﴿ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُمُ الرَّسُولُ بِالْحَقِّ مِن رَّبِّكُمْ فَآمِنُواْ خَيْرًا لَّكُمْ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir

    TƏFSİR:

    İSLAM ÜMUMDÜNYA SƏVİYYƏSİNDƏ DƏVƏT EDİR.

    Peyğəmbərlərin dəvət silahı və onların dəvətinin genişlənib yayılmasının amili təhdid etmək, tamahlandırmaq, rüşvət vermək deyil, onların məramlarının haqq olmasıdır. Kitab əhli, hətta müşriklər belə, bir peyğəmbərin gəlişini gözləyirdilər, onların bu barədə əvvəlcədən müəyyən qədər məlumatları vardı. İndi həmin peyğəmbər gəldikdən sonra ona iman gətirməli və bilməli idilər ki, iman gətirmək onların öz xeyrinədir, iman gətirməklə İslama minnət qoymamalıdırlar. Allah onlara minnət qoyaraq düz yola hidayət etmişdir.

    Nə insanların kafir olması Allaha ziyan çatdırar, nə də iman gətirmələri Ona bir xeyir verər. Allah insanların səadət və xoşbəxtliyini peyğəmbərlərə itaət etməkdə, onların yolunu getməkdə qərar vermişdir və Onun hikməti insanların hidayəti üçün peyğəmbərlər göndərməyi zəruri edir.

    AYƏ 171:

    ﴿يَا أَهْلَ الْكِتَابِ لاَ تَغْلُواْ فِي دِينِكُمْ وَلاَ تَقُولُواْ عَلَى اللّهِ إِلاَّ الْحَقِّ إِنَّمَا الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ رَسُولُ اللّهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِّنْهُ فَآمِنُواْ بِاللّهِ وَرُسُلِهِ وَلاَ تَقُولُواْ ثَلاَثَةٌ انتَهُواْ خَيْرًا لَّكُمْ إِنَّمَا اللّهُ إِلَـهٌ وَاحِدٌ سُبْحَانَهُ أَن يَكُونَ لَهُ وَلَدٌ لَّهُ مَا فِي السَّمَاوَات وَمَا فِي الأَرْضِ وَكَفَى بِاللّهِ وَكِيلاً﴾

    TƏRCÜMƏ:

    Bu və bundan sonrakı ayədə kitab əhli və kafirlər barəsində aparılan bəhslərə uyğun olaraq məsihiyyət aləminin ən mühüm əqidə azğınlığından olan təslis (üç üqnuma inam) məsələsinə işarə edilir, qısa, dolğun və kəsərli bir məntiqlə onları bu böyük azğınlıqdan çəkindirir.

    Əvvəlcə onlara xəbərdarlıq edilir və buyurulur ki, ey kitab əhli, öz dininizdə həddi aşıb ifrata yol verməyin, Allah barəsində haqdan başqa bir şey deməyin.

    İlahi rəhbərlər barəsində həddi aşıb onların ilahiləşdirilməsi səmavi dinlərdə inhirafın ən mühüm mənşələrindən biri olmuşdur. Məhz buna görə də İslam ifratçılar barəsində çox şiddətli tədbirlər görmüşdür. Əqidəvi və fiqhi kitablarda ifrata varanlar ən pis kafirlər kimi təqdim edilmişdir.

    Bu ayədə təslisin və Həzrət Məsihin (ə) ilahiləşdirilməsinin batil olması bir neçə möhkəm dəlillə bəyan edilir:

    1. İsa (ə) yalnız Məryəmin övladı idi.

    Bu təbir göstərir ki, Həzrət Məsih başqa insanlar kimi əvvəlcə ana bətnində qərarlaşmış, sonra rüşeym dövrünü keçirmiş, adi insanlar kimi doğulmuş, anasından süd əmmiş, ana ağuşunda böyüyüb boya-başa çatmışdır. Bir sözlə, digər insanlarda olan bütün sifətlər onda da olmuşdur. Bu halda təbiətdəki qanunların təsir dairəsində qərarlaşan, maddi aləmin dəyişikliklərinə düçar olan bir şəxsin əzəli və əbədi bir Allah olması necə mümkün ola bilər?

    2. İsa (ə) Allahın göndərdiyi (rəsulullah) idi. Bu da onun ilahiləşdirilməsi məqamı ilə uyğun gəlmir.

    3. İsa (ə), Allahın Məryəmə təlqin etdiyi kəlməsi idi.

    Bu təbirin də gətirilməsinin səbəbi Həzrət Məsihin (ə) məxluq və yardılmış varlıq olduğunu bəyan etməkdir. Sözlər və kəlmələr bizim tərəfimizdən icad edilən məxluq olduğu kimi, yaradılış aləmində olan varlıqlar da Allahın məxluqu sayılır.

    4. İsa (ə) Allah tərəfindən xəlq edilən bir ruhdur.

    Quranda Həzrət Adəmin (ə), eləcə də tam və birmənalı şəkildə bütün bəşər övladının yaradılışı barəsində qeyd edilən bu təbir Allahın yaratdığı bütün insanların, xüsusilə Həzrət Məsihin (ə) və digər peyğəmbərlərin vücudunda olan ruhun əzəmətinə işarə edir.

    Bu bəyanın ardınca buyurulur: İndi ki belədir, yeganə Allaha və Onun Peyğəmbərinə iman gətirin, «Allah üçdür» deməyin. Əgər bu sözdən əl çəksəniz, sizin xeyrinizədir.

    Bir daha təkidlə buyurulur ki, yalnız Allah yeganə məbuddur. Yəni siz üçlüklə eyni zamanda Allahın yeganə olduğunu da qəbul edirsiniz, halbuki, əgər övladı olsaydı Ona oxşar olacaq və bu halda yeganə olmağın mənası olmayacaqdı. Allahın övlad sahibi olması necə mümkün ola bilər? Halbuki O, həyat yoldaşına və övlada ehtiyacdan, ümumiyyətlə cism olmaq və cismə məxsus olan xüsusiyyətlər kimi bütün ehtiyaclardan uzaqdır. Bundan əlavə, O, asimanlarda və yerdə olanların malikidir, hamısı Onun məxluqudur. Allah onların xaliqidir, Həzrət Məsih (ə) də Allahın məxluqlarından biridir.

    Onun üçün istisna olduğunu necə qəbul etmək olar? Görəsən, başqasının mülkiyyəti və məxluqu olan bir şəxs həmin malikin və xaliqin övladı ola bilərmi? Allah təkcə onların xaliqi və maliki deyil, həm də onların müdəbbiri, hafizi, ruzi verəni və başçısıdır. Onlara başçılıq edib tədbir etməkdə Allah Özü kifayətdir!

    Ümumiyyətlə, əzəli və əbədi olan, əzəldən əbədiyyətə qədər bütün varlıqların rəhbərliyi və himayəsini Öz öhdəsinə alan Allahın övlada nə ehtiyacı var? Məgər O bizim kimidirmi ki, Öz «ölümündən» sonra övladının özünə canişin olmasına ehtiyac duysun?

    AYƏ 172:

    ﴿ لَّن يَسْتَنكِفَ الْمَسِيحُ أَن يَكُونَ عَبْداً لِّلّهِ وَلاَ الْمَلآئِكَةُ الْمُقَرَّبُونَ وَمَن يَسْتَنكِفْ عَنْ عِبَادَتِهِ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيهِ جَمِيعًا ﴾

    TƏRCÜMƏ:

    «Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır

    TƏFSİR:

    İsa (ə) özünü Allahın bəndəsi hesab etdiyi halda nə üçün siz onu Allahın övladı hesab edirsiniz?

    Özü abid (ibadət edən) olan bir şəxs məbud (ibadət olunan) ola bilməz.

    İmam Rza (ə) bu məsələ ilə əlaqədar məsihilərin rəhbəri Casliqə buyurdu:

    −İsanın (ə) bütün işləri yaxşı idi, amma təəssüf ki, o, ibadət əhli deyildi.

    Casliq narahat olub dedi:

    − Xeyr, o ən çox ibadət edənlərdən idi!

    Həzrət (ə) soruşdu:

    −Kimə ibadət edirdi?

    Casliq sükut etdi. Çünki artıq başa düşmüşdü ki, İmam (ə) abidin məbud və Allah ola bilmədiyini ona başa salmaq istəyir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Allahın müqərrəb mələkləri, o cümlədən Ruhul-quds da Allaha bəndəlik etdiyi halda, siz onu nə üçün üç üqnumdan biri hesab edirsiniz?

    2. İbadətdən imtina etməyin mənşəyi təkəbbürdür. Əgər insanda təkəbbürlük ruhiyyəsi yaransa, bunun ardınca bütün təhlükələr gələcəkdir.

    3. Əgər Həzrət İsa (ə) və müqərrəb mələklər Allaha xalis bəndəlik və ibadət edirlərsə, biz nə üçün Allaha ibadət etməyək?

    4. Hər bir halda hamının qayıdacağı yer Allaha tərəfdir. Belə isə Qiyamətdən qorxun və təkəbbürlük göstərməyin!

    AYƏ 173:

    ﴿فَأَمَّا الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزيدُهُم مِّن فَضْلِهِ وَأَمَّا الَّذِينَ اسْتَنكَفُواْ وَاسْتَكْبَرُواْ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلُيمًا وَلاَ يَجِدُونَ لَهُم مِّن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا﴾

    TƏRCÜMƏ:

    «Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar

    TƏFSİR:

    1. Nicat və qurtuluş yolu iman gətirib yaxşı əməllər görməkdir.

    2. İman rütbə cəhətindən əməldən öndə gəlir, amma hər ikisi eyni zamanda mövcud olmalıdır. İmansız əməl və ya əməlsiz iman insanı səadətə çatdırıb onu behişt əhli edə bilməz.

    3. İlahi əxlaqa yiyələnmək istəyiriksə, işçilərin muzdunu kamil şəkildə ödəyib üstəlik əlavə də verməliyik.

    4. İman və saleh əməl olmadan peyğəmbərlərdən heç bir şəfaət təmənnası etmək olmaz.

    AYƏ 174:

    ﴿ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُم بُرْهَانٌ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا ﴾

    TƏRCÜMƏ:

    «Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Quran) nazil etdik

    TƏFSİR:

    Rəvayətlərə əsasən, bu ayədəki «bürhan» (dəlil) Rəsuli-Əkrəmin (s) özü, «nurin mubin» (açıq-aşkar nur) dedikdə isə Quran nəzərdə tutulur.(Təfsiri Safi», 1-ci cild, səh. 475, «Təfsiri Burhan», 1-ci cild, səh. 429)

    Doğrudan da, Peyğəmbər (s) öz dininin sübutdur. Çünki təhsil almamış bir şəxs elə yüksək maarif, ilahi bir kitab gətirmişdir ki, zamanın keçməsi və elmlərin inkişaf etməsi ilə dininin haqq olması, təlimlərinin doğru-düzgün olması günbəgün aydınlaşır.

    İNCƏ MƏTLƏBLƏR

    1. İslam dini bütün insanlar, nəsillər və bütün əsrlərlə söhbət edir. Onun məramları dünya səviyyəlidir.

    2. Quran qəti dəliləri olan, əqli mühakimələr yürüdən  hidayət və nur kitabıdır.

    3. Nur və bürhanın göndərilməsi Allahın Rəbb olmasının əlamətlərindəndir.

    AYƏ 175:

    ﴿ فَأَمَّا الَّذِينَ آمَنُواْ بِاللّهِ وَاعْتَصَمُواْ بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُّسْتَقِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir

    TƏFSİR:

    Allaha sarılmaq dedikdə Onun övliyalarına və ilahi rəhbərlərə sarılmağın nəzərdə tutulması mümkündür. Belə ki, onlar cəmiyyətlərin təfriqəyə düçar olmasının, ikitirəliyə düşməsinin qarşısını alır.

    Əvvəlki iki ayədə iman və saleh əməl, bu ayədə isə iman və Allaha sarılmaq, təvəssül etmək ilahi lütfə nail olmaq vasitəsi kimi bəyan olunur. Bu da göstərir ki, Allaha sarılmaq iman və saleh əməldən ibarətdir. Bu ikisi Quranda dəfələrlə yanaşı şəkildə qeyd olunmuşdur. Buna əsasən, düzgün hidayət yolu insanı Allaha tərəf aparan yoldur. Rəvayətlərə əsasən «sirati-müstəqim» kəlməsi Əmirəl-möminin Əli (ə) və Əhli-Beyt (ə) kimi təfsir edilmişdir.(Təfsiri Burhan», 1-ci cild, səh. 429, «Təfsiri Safi», 1-ci cild, səh. 286)

    AYƏ 176:

    ﴿يَسْتَفْتُونَكَ قُلِ اللّهُ يُفْتِيكُمْ فِي الْكَلاَلَةِ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌ فَإِن كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ وَإِن كَانُواْ إِخْوَةً رِّجَالاً وَنِسَاء فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ يُبَيِّنُ اللّهُ لَكُمْ أَن تَضِلُّواْ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

    TƏRCÜMƏ:

    «Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr də şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı və qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Cabir ibn Əbdüllah Ənsarinin belə dediyi nəql olunmuşdur: "Mən ağır xəstəliyə düşdüm. Peyğəmbər (s) mənim görüşümə gələndə dəstəmaz aldı və dəstəmazın suyundan mənim üstümə səpdi. Mən ölüm fikrində olduğum bir halda Peyğəmbərə (s) ərz etdim: «Mənim varisim təkcə bacılarımdır, mənim mirasım necə bölünəcək?» «Fəraiz ayəsi» adı ilə məşhur olan bu ayə nazil oldu və onların necə irs aparmalarını bəyan etdi.

    Bəzilərinin nəzərinə görə, bu ayə İslam hökmləri ilə əlaqədar Peyğəmbəri-Əkrəmə (s) nazil olan sonuncu ayədir.

    TƏFSİR:

    Bu ayə mərhumun bacı və qardaşlarının ondan apardığı irsin miqdarını bəyan edir. Əvvəldə, 12-ci ayənin təfsirində qeyd etdiymiz kimi, Quranda bacıların və qardaşların irsi barəsində iki ayə nazil olmuşdur. «Nisa» surəsinin 12-ci ayəsi təkcə ana tərəfdən, yaxud təkcə ata tərəfdən olan bacı və qardaşların irsini bəyan edirdi. Bu ayədə isə buyurulur ki, səndən bu barədə soruşsalar de: Allah kəlalə hökmünü (bacıların və qardaşların hökmünü) sizin üçün bəyan edir. Sonra bir neçə irs hökmünü bəyan edərək buyurur:

    1. Hər vaxt övladı olmayan bir kişi dünyadan getsə və onun yalnız bir bacısı olsa, onun mirasının yarısı o bacıya çatacaq.

    2. Əgər övladı olmayan bir qadın dünyadan getsə və onun varisi yalnız (ata-anadan, yaxud atadan bir olan) bir qardaşı olsa, irsin hamısı o qardaşa çatacaqdır.

    3. Əgər bir şəxs dünyadan getsə və varisi iki bacısı olsa mirasın üçdə ikisi onlara çatır.

    4. Əgər vəfat edən şəxsin vərəsələri bir neçə qardaş və bir neçə bacı olsa (ikidən artıq olsalar), onun mirasının hamısını öz aralarında bölürlər, qardaş bacıdan ikiqat artıq pay aparır.

    Ayənin axırında buyurulur: Allah bu həqiqətləri sizin üçün bəyan edir ki, yolunuzu azmayasınız və səadət yolunu tapasınız. Allahın göstərdiyi yollar da şübhəsiz, səhih yoldur, çünki Allah hər şeyi bilir.

    Qeyd edək ki, «Nisa» surəsi ailə məsələləri ilə əlaqədar ayələrlə başladığı kimi, o cür ayələrlə də sona çatır.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 837 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024