İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran

    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    «ƏNAM» SURƏSİ


    Bu surə Peyğəmbərə (s) Məkkədə nazil olmuş 67-ci surədir. Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsasən, bu surənin ayələrinin hamısı bir yerdə nazil olmuşdur. Digər Məkkə surələrində olduğu kimi, bu surənin əsas hədəf və məqsədi üçlük təşkil edən tövhid, nübüvvət və məad məsələlərinə dəvət etməkdir. Lakin hər şeydən artıq yeganəpərəstliyə dəvət, eləcə də şirk və bütpərəstliklə mübarizəyə təkid olunur.

    Bu surənin ayələrinə dərindən diqqət müsəlmanların arasında nifaq və pərakəndəlik ruhiyyəsini aradan qaldıraraq onları ayıldar, qəlblərinə bəsirət bəxş edər.

    «Ənam» surəsinin fəziləti barəsində belə nəql olunur: "O, nazil olarkən 70 min mələk onu müşayiət etmişdir. Hər kəs onu oxusa (və bunun sayəsində ruhu tövhid çeşməsindən sirab olsa), o mələklərin hamısı (Allah dərgahında) onun üçün günahlardan bağışlanmaq istəyər.”[«Biharul-ənvar», 91-ci cild, səh. 348]

    Eləcə də Əyyaşi mötəbər sənədlərlə Əbu Bəsirdən rəvayət edir ki, İmam Sadiq (ə) belə buyurur: «Ənam surəsi bir yerdə nazil olmuş, 70 min mələk onu təzimlə yola salmışdır. Çünki onun 70 yerində Allahın adı qeyd olunmuşdur. Əgər camaat bu surənin oxunmasında nə qədər fəzilət olduğunu bilsəydi, heç vaxt onu tərk etməzdilər.»

    Sonra buyurdu: «Hər kəsin Allahdan müəyyən bir hacəti varsa və onun rəva olunmasını istəyirsə, «Fatihə» və «Ənam» surəsi ilə dörd rəkətli namaz qılsın.

    Əli ibn İbrahim nəql edir ki, Həzrət Rza (ə) buyurdu: «Ənam surəsi bir yerdə nazil olub və 70 min mələk təsbih, təhlil və təkbir sədaları ilə bu surəni yola salmışlar. Hər kəs bu surəni oxusa, mələklər Qiyamət gününə qədər onun üçün təkbir deyərlər.»[Əli ibn İbrahimin təfsiri.]

    ﴿ بسم الله الرحمن الرحيم ﴾
    AYƏ 1:

    ﴿ الْحَمْدُ لِلّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ثُمَّ الَّذِينَ كَفَرُواْ بِرَبِّهِم يَعْدِلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.»
    TƏFSİR:

    Quranın hər yerində nur kəlməsi tək formada, zülmət kəlməsi isə cəm formada gəlmişdir. Çünki haqq birdir, lakin batil yollar olduqca çoxdur. Nur vəhdətin, zülmət isə pərakəndəliyin rəmzidir. Bu surənin ilk ayəsində varlıq aləmindəki sistemə, ikinci ayəsində insanın yaradılışına, üçüncü ayəsində isə insanın əməl və rəftarlarına işarə edilir.

    Həzrət Əlinin (ə) buyurduğuna görə bu ayə yolunu azmış olan üç dəstəyə cavab verir:

    a) Yaradılışın və xilqətin hadis (sonradan yaradılan) olmasını inkar edən (və onun əzəli olmasına inanan) materialistlərə ("xələqəs-səmavat” - göyləri yaratdı)

    b) Həm nur, həm də zülmət üçün ayrı-ayrı məbudların olduğuna inanaraq üçlüyə pərəstiş edənlərə ("cəələ” - qərar verdi).[«Təfsiri Kəşşaf»]

    v) Allahın şəriki və oxşarı olduğuna inanan müşriklərə ("summəlləzinə kəfəru” - sonra da kafirlər).[«Nurus-səqəleyn», 1-ci cild, səh. 701]
    AYƏ 2:

    ﴿ هُوَ الَّذِي خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُّسمًّى عِندَهُ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli "məhv və isbat” lövhəsində yazıb, qəti əcəl isə "Lövhi-Məhfuz”dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.»
    TƏFSİR:

    Bu ayədə kainatla əlaqədar məsələlər, o cümlədən, asimanların və yerin xilqəti irəli çəkilir, həmçinin insanın özü və batini aləmi ilə bağlı məsələlər qeyd olunur.

    Quranda 20 dəfədən artıq «əcəlun müsəmmən» (müəyyən olunmuş əcəl) barəsində söhbət açılmışdır. Allah insan üçün iki növ əcəl təyin etmişdir. Onlardan biri hətmi (labüd, qaçılmaz) əcəl adlanır ki, ömrün uzadılması üçün lazım olan bütün şəraitlərə riayət edilsə belə, həmin əcəl gəlib çatdıqda ömür çırağa tökülən neft kimi tamam olmalıdır. Digəri isə bizim öz əməllərimizə bağlıdır. Məsələn, çırağın nefti vardır, lakin onu güclü külək qarşısına qoyduqda istər-istəməz sönür.

    Rəvayətlərdə sileyi-rəhim, yəni qohum-əqrəba ilə əlaqələrin bərqərar edilməsi, fəqirlərə sədəqə verilməsi, zəkat və dua insanın ömrünü uzadan amillər kimi bəyan olunmuşdur. Bunun əksinə olaraq qohum-əqrəba ilə əlaqələrin kəsilməsi, zülm etmək insan ömrünü qısaldan amillərdən sayılır.

    İbn Abbasın nəql etdiyinə görə, Allah insan üçün iki növ əcəl qərar vermişdir: Biri təvəllüddən ölümə qədər, digəri isə ölümdən Qiyamətə qədər. İnsan öz əməlləri ilə bəzən onlardan birini azaldıb digərini artırır. Deməli, əcəlin məcmusu heç kəs üçün dəyişilə bilməz.

    Siz isə insanı çox dəyərsiz bir şeydən–palçıqdan yaradıb belə bir heyrətli mərhələləri keçirən bir Allah barəsində şəkk və tərəddüdə yol verirsiniz.
    AYƏ 3:

    ﴿ وَهُوَ اللّهُ فِي السَّمَاوَاتِ وَفِي الأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ ﴾
    TƏRCÜMƏ:

    «Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.»
    TƏFSİR:

    Hər növ varlıq üçün ayrıca bir ilahə (məbud) olduğuna (bu, qədim yunanlarda mövcud olan ilahələrə etiqaddır), yəni yağış ilahəsi, müharibə ilahəsi, sülh ilahəsi, asiman ilahəsi və s. kimi məbudların olduğuna inananların cavabında belə buyurulur: «Bütün aismanlara və yerə hökmranlıq edən məhz Allahdır.»

    Aydındır ki, bir kəs hər yerə hökmranlıq etsə, hər şeyin tədbir və iradə olunmasını öz əlinə alsa, hər yerdə hazır olub nəzarət etsə, bütün gizli sirləri bilər. Buna görə də sonrakı cümlədə buyurulur: «Belə bir Pərvərdigar sizin gizlindəki və aşkardakı işlərinizi bilir. Həmçinin, sizin görüb əldə etdiyiniz şeylərdən də xəbərdardır.»
    AYƏ 4-5:

    ﴿ وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلاَّ كَانُواْ عَنْهَا مُعْرِضِينَ. فَقَدْ كَذَّبُواْ بِالْحَقِّ لَمَّا جَاءهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاء مَا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ ﴾
    TƏRCÜMƏ:

    4. «Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə və möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər.»

    5. «Həqiqətən onlar haqq (Quran və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.»
    TƏFSİR:

    4. Qeyd etdiyimiz kimi, «Ənam» surəsi ümdə olaraq müşriklərlə bəhs edir. Quran bu ayədə müxtəlif agahlıq və ayıltma vasitələrindən istifadə edərək müşriklərin haqq və Allahın nişanələri qarşısında təkəbbür, etinasızlıq və inadkarlıq xislətlərinə işarə edərək buyurur: «Onlar o qədər etinasız və inadkardırlar ki, Pərvərdigarın nişanələrindən hər hansı birini gördükdə dərhal ondan üz çevirirlər.»

    Bu ruhiyyə təkcə ərəb müşriklərinə və cahiliyyət dövrünə məxsus deyildir. İndinin özündə də belələrini çox görmək olar, hətta altmış illik ömründə belə özünə Allah və din barəsində bir saatlıq axtarış axtarmaq zəhmətini vermir, bu barədə əlinə hər hansı kitab və yazı düşsə ona nəzər belə salmır. Əgər ona bu barədə bir söz deyən olsa qulaq asmaz. Bunlar bəzən alim donu geymiş xəbərsiz və inadkar cahillərdir!

    5. Sonra onların əməllərinin ağır və acınacaqlı nəticəsinə işarə edərək buyurur ki, haqq onlara tərəf gəldiyi zaman onu inkar etdilər. Halbuki Allahın ayə və nişanələrində diqqət etsəydilər, haqqı yaxşı şəkildə görüb tanıyar və ona inanardılar. Onlar bu inkarın nəticəsini tezliklə görəcəklər və məsxərə etdikləri şeyin xəbəri onlara çatacaqdır.

    Yuxarıdakı iki ayədə küfrün hər bir mərhələdə daha şiddətli olan üç mərhələsinə işarə olunur. İlk mərhələ haqdan üz döndərmək, sonra onu təkzib etmək, üçüncü mərhələdə isə Allahın ayələrini, həqiqətləri məsxərəyə qoyub istehza etmələridir.
    AYƏ 6:

    ﴿أَلَمْ يَرَوْاْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاء عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ﴾
    TƏRCÜMƏ:

    «Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.»
    TƏFSİR:

    Başqalarının başına gələnlərdən və tarixdən ibrət almaq lazımdır. Gerçək və ibarətamiz hadisələrin nəql olunması Quranın tərbiyəvi üslublarından biridir. Allahın əta etdiyi imkanlardan sui-istifadə edənlərin cəzası məhvə məhkum olmaqdır. Allah onlara axirət əzabından əvvəl elə bu dünyada da cəza verir. Qüdrət sahibləri heç vaxt fikirləşməməlidirlər ki, dünya onların əlində əbədi olaraq qədər qalacaqdır. Xeyr! Allah onları cəzalandıracaq və onların yerinə başqalarını gətirəcəkdir. Buna əsasən də xoşagəlməz hadisələrin əsas amili məhz insanın öz əməlləridir.

    Bunu da qeyd edək ki, «qərn» bir yerdə həlak olan və heç bir nümayəndəsi qalmayan ümmətə deyilir. («Əqrəbül-məvarid» kitabı) Eyni zamanda yaşayan insanlara da «qərn» deyilir. Adətən bir nəsil 60-100 il ömür sürdüyünə görə də «qərinə» dedikdə 60-80, yaxud 100 il nəzərdə tutulur. («Əl-mizan» və «Təfsiri Fəxr Razi»)
    AYƏ 7:

    ﴿ وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ ﴾
    TƏRCÜMƏ:

    «Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də "bu, aşkar sehrdən başqa bir şey deyildir” deyəcəklər.»
    TƏFSİR:

    Müşriklərdən bəziləri deyirdilər: «Biz o zaman iman gətirərik ki, kağız üzərində olan yazını mələklə yanaşı bizə nazil edəsən.» Lakin onlar yalan deyir və sadəcə bəhanə axtarırdılar. Yəni onların inadkarlığı elə bir həddə çatmışdı ki, açıq-aşkar hiss olunan ən sadə şeyləri belə inkar edir, sehr bəhanəsi ilə vəhyin qarşısında təslim olmaqdan boyun qaçırırdılar.
    AYƏ 8:

    ﴿ وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الأمْرُ ثُمَّ لاَ يُنظَرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar "nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?” dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) iş (onların həlak olmaları) mütləq sona çatar və onlara daha heç bir möhlət verilməz.»
    TƏFSİR:

    Kafirlər deyirdilər ki, niyə Məhəmmədə (ə), bizim gözlərimizlə əyani şəkildə müşahidə edərək onun risalətini təsdiq etməyimiz üçün bir mələk nazil olmur?

    Sonra onların inadkarlıqlarının son mərhələyə çatdığını göstərmək üçün buyurulur: Əgər onların istəyinə uyğun olaraq bir mələk göndərsək, yenə də iman gətirməyəcəklər. Belə olan halda hikmət və məsləhət bunu tələb edir ki, onlara artıq möhlət verməyək və dərhal onları ilahi əzaba düçar edib məhv edək.
    AYƏ 9:

    ﴿ وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ ﴾
    TƏRCÜMƏ:

    «Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar "bu da bizim kimi bir insandır” deyərdilər).»
    TƏFSİR:

    İnsanların örnək və nümunəsi mələk olsaydı onda qərizələr təlatümündə çulğalanan, yemək və sair kimi meylləri olan insanlara necə örnək ola bilərdi? Buna əsasən, ayənin belə məna edilməsi mümkündür: Əgər Peyğəmbər (s) mələk olsaydı, hökmən kişi surətində zahir olacaqdı ki, onu görsünlər. Bu da insanların şəkk-şübhəyə düşməsinə səbəb olar və «o insandır, yoxsa mələk?» – deyə soruşardılar.

    Bunu da qeyd edək ki, insanların haqq yolunda tərbiyə olunub bu yola dəvət edilmələri üçün camaata, onların özündən olan örnəklər verilməlidir ki, əməl və dəvətində hamıdan öndə getsin.

    Quran ayəsinin hökmünə əsasən Peyğəmbər (s) kişi olmalıdır. İlahi sünnələr və qanunlar hikmət əsasındadır və bəzilərinin istəklərinə görə heç vaxt dəyişilməz.
    AYƏ 10:

    ﴿ وَلَقَدِ اسْتُهْزِىءَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.»
    TƏFSİR:

    Bu ayə Peyğəmbər (s) üçün bir növ təskinlikdir. Belə ki, əvvəla, ondan qabaqkı bütün peyğəmbərlər istehzaya məruz qalmışlar. İkincisi, istehza edənlərə təkcə Allahın axirət əzabı deyil, həm də dünya qəzəbi nazil oldu və çox təhlükəli hiylələr məkr edənlərin özünə qayıtdı.

    Qeyd etmək lazımdır ki, istehza etmək əzab vədəsi verilən böyük və bağışlanmaz günahlardan biridir.
    AYƏ 11:

    ﴿ قُلْ سِيرُواْ فِي الأَرْضِ ثُمَّ انظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!”»
    TƏFSİR:

    Quran bu ayədə inadkarları və yalnız özünü bəyənənləri ayıltmaq üçün digər bir yoldan istifadə edərək Peyğəmbərə (s) göstəriş verir ki, onlara belə desin: «Yer üzündə gəzib-dolaşın, seyr edin, haqq-həqiqəti təkzib edənlərin acınacaqlı aqibətlərini öz gözlərinizlə müşahidə edin ki, bəlkə ayılasınız.»

    Şübhəsiz, keçmişdə haqqı-həqiqəti tapdaladıqlarına görə məhvə məhkum edilən qövmlərin tarixi əsərlərini əyani şəkildə müşahidə etmək onların kitablarda olan tarixini mütaliə etməkdən qat-qat artıq təsirə malikdir. Çünki bu, həqiqətin əsərlərini daha çox göz önünə çəkir. Bilmək lazımdır ki, ötəri və səthi görüntülər mühüm deyil, işin axır-aqibətinin nə ilə nəticələnəcəyi çox mühümdür.

    Haqq müxaliflərinin məğlubiyyətə uğrayıb süqut etməsi labüddür. Əgər bu barədə şəkk etsəniz tarixlərini oxuyub səfər etməklə onlardan qalan əsərləri görüb ibrət alın.

    Yer üzündə seyr etməklə əlaqədar verilən fərman Quranda altı dəfə təkrar olunmuşdur. Təəssüflər olsun ki, kafirlər bu hökmə bizdən artıq əməl etmişlər. Onlar İslam ölkələrini qarış-qarış gəzib onların yeraltı-yerüstü sərvətlərindən, təbii ehtiyatlarından, mədəniyyət əsərlərindən, nəfis əlyazma nüsxələrindən və sənətkarlıq nümunələrindən, eləcə də cəmiyyətdəki zəif və qüvvətli cəhətlərindən agah olaraq onları qarət etmişlər. Müsəlmanlar isə dərin qəflət yuxusuna dalmışlar.
    AYƏ 12:

    ﴿قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالأَرْضِ قُل لِلّهِ كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ فَهُمْ لاَ يُؤْمِنُونَ﴾
    TƏRCÜMƏ:

    «De: "Göylərdə və yerdə olan kimə məxsusdur?” De: "Allaha məxsusdur”. O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.»
    TƏFSİR:

    «La rəybə fihi» (onda heç bir şəkk-şübhə yoxdur) cümləsi həm Quran, həm də Qiyamət barəsində qeyd olunmuşdur.

    Allah bizim üçün müxtəlif vəzifələr müəyyən etməklə yanaşı, Özü üçün də bəzi vəzifələri, o cümlədən, insanları düz yola hidayət etmək, onlara ruzi verərək lütf və mərhəmət göstərmək və s. müqəddər etmişdir. Lakin ilahi rəhmətdən bəhrələnməyin şərti digər bəndələrə rəhm etməkdir.

    Hədisdə qeyd olunur ki, «hər kəs rəhm etməsə ona da rəhm olunmaz».[Fi Zilal» təfsiri (Alusi)] Allahın rəhməti genişdir. Cənab Salmanın Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir: «Allahın rəhməti yüz dərəcədir, onun yalnız bir dərəcəsi dünyada olan bütün mərhəmətlərinin mənşəyidir. Qiyamətdə Allah insanlarla rəhmətinin bütün yüz dərəcəsi ilə rəftar edəcəkdir.»[Yenə orada.]

    Diqqət yetirmək lazımdır ki, dəlil əvəzinə nəfs istəklərinə tabe olmaq, Allah övliyalarının əvəzinə tağutun hüzuruna getmək, iman gətirib axirətə inanmaq əvəzinə küfr etmək, nura təslim olmaq əvəzinə oda təslim olmaq kafirlərin uğradığı ən böyük xəsarətlərdəndir.

    Camaatın Əli ibn Əbu Talibə (ə) üz gətirməsindən, o Həzrətin (ə) möminlərə əmir təyin olunmasından sonra bu təyinata narazılıq edənlər, o Həzrətin (ə) Peyğəmbər (s) sünnəsi əsasında olan əməl və rəftarını bəyənməyənlər «Cəməl» və «Siffeyn» müharibəsini o Həzrətə (ə) qəbul etdirdilər və nəticədə müsəlmanlardan böyük bir qrupu qətlə yetirildi.

    Lakin varlıq aləmi Allah tərəfindən olan rəhmət əsasındadır. İlahi rəhmət hər yerə və hər şeyə yayılmışdır. Quran ilahi rəhmətin hər şeyə şamil olduğunu bəyan edir («Əraf» surəsi ayə, 156) və bu rəhmətin çoxlu nümunələri vardır. O cümlədən:

    Yağış («Şura» surəsi, ayə 28).

    Külək («Əraf» surəsi, ayə 57).

    Gecə-gündüz («Qəsəs» surəsi, ayə 73).

    Peyğəmbər («Ənbiya» surəsi, ayə 107).

    Quran («Əraf» surəsi, ayə 203).

    Tövrat («Əhqaf» surəsi, ayə 12).

    Azadlıq («Əraf» surəsi, ayə 72).

    Həyat yoldaşına məhəbbət («Rum» surəsi, ayə 2).

    Bitkilər və meyvələr («Rum» surəsi, ayə 150).

    Tövbənin qəbul olunması («Zümər» surəsi, ayə 53).
    AYƏ 13:

    ﴿ وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ﴾
    TƏRCÜMƏ:

    «Gecə və gündüz (çərçivəsin)də qərar tutmuş (yəni yer kürəsində, eləcə də günəşin digər planetlərində onun nur və kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur və Odur eşidən və bilən!»
    TƏFSİR:

    Gecə-gündüz, özündə həm insanlara, həm də digər varlıqlara aramlıq bağışlayan bir beşiyə bənzəyir. Bəzi varlıqlar gecə, bəziləri isə gündüz istirahət edir. Buna əsasən, aşkarda və gizlində olan bütün varlıq sistemi Allaha məxsusdur. Həm də onlara nəzarət etmək Onun işidir.
    AYƏ 14:

    ﴿ قُلْ أَغَيْرَ اللّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ وَهُوَ يُطْعِمُ وَلاَ يُطْعَمُ قُلْ إِنِّيَ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكَينَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!” De: "Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım).”»
    TƏFSİR:

    Bu ayədə də əsas hədəf tövhidi isbat etmək, şirk və bütpərəstliklə mübarizə aparmaqdır. Müşriklər dünyanın yaradılışının Allaha məxsus olduğunu qəbul etmələrinə baxmayaraq, bütləri özləri üçün bir sığınacaq yeri seçirdilər.

    Quran bu yanlış təsəvvürləri və xurafatları dəf etmək üçün Peyğəmbərə (s) göstəriş verib buyurur: «Onlara de ki, Allahdan başqasınımı özümə hami və pənahgah seçim? Halbuki O, yerlərin və göylərin yaradanıdır. Bütün canlı varlıqlara ruzi verəndir. Özü isə ruzidən ehtiyacsızdır.»

    Diqqət yetirmək lazımdır ki, burada Allahın yalnız bəndələrə təam və ruzi vermək sifəti üzərində təkid olunur. Bu təbirin səbəbi bəlkə də bu ola bilər ki, insanların öz maddi həyatında ən çox asılılığı həmin maddi ehtiyacdır. Başqa sözlə desək, bir tikə çörəyə olan ehtiyac insanları sərvətlilərin, mal-dövlət sahiblərinin qabağında əyilməyə vadar edir. Hətta, bəzi vaxtlar onların qarşısında pərəstiş həddinə qədər əyilirlər.

    Yuxarıdakı ayədə buyurulur: «Sizin ruziniz bu kimi adamların deyil, yalnız Allahın əlindədir.» Daha sonra Peyğəmbərə (s) şirk ayininə qoşulmağı təklif olaraq irəli sürənlərin cavabında belə buyurulur: Mənim əqlim yeganə arxalanacağımın və rəhbərimin asimanların və yerin yaradanı olduğuna əmr etdikdən əlavə ilahi vəhy də mənə göstəriş verir ki, ilk müsəlman olum və qətiyyən müşriklərlə bir cərgədə olmayam.
    AYƏ 15:

    ﴿ قُلْ إِنِّيَ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴾
    TƏRCÜMƏ:

    «De: "Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram.”»
    TƏFSİR:

    Qorxu iki qismdir: 1. Təqdir edilməyən qorxu. Məsələn, cihaddan qorxmaq kimi. 2. Bəyənilən qorxu, məsələn, ilahi əzabdan olan qorxu kimi.

    Allahın qanunları bütün insanlar üçün eynidir. Əgər Allahın Peyğəmbəri (s) belə, günah edərsə, onun cəzasına düçar olacağından qorxmalıdır. Əlbəttə, Allah övliyaları yalnız ilahi qəzəb və qəhrdən qorxurlar. Onlar heç vaxt camaatdan və tağutlardan qorxmazlar.

    Qorxu insanın azığınlığa düşməsinin və xətaya yol verməsinin qarşısını alan mühüm bir amildir.

    Bütün höccətlərin mövcud olması ilə belə, Onun fərmanları qarşısında itaətsizlik etmək öz ardınca əzabı gətirir. (Məsələn, Allah həm xaliqdir, həm ruzi verən. Həm Onun əmrlərinə təslim olmağı, həm də şirkdən uzaq olmağı əmr edir).
    AYƏ 16:

    ﴿ مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ ﴾
    TƏRCÜMƏ:

    «(O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!»
    TƏFSİR:

    Peyğəmbəri-Əkrəm (s) buyurur: «Canım əlində olan Allaha and olsun ki, Qiyamətdə heç kim öz əməli ilə behiştə getməz!» Soruşdular: «Hətta siz də, ya Rəsuləllah?» Buyurdu: «Hətta mən də! Amma əgər Allahın fəzl və mərhəməti məni xilas etsə, onda ayrı məsələ.» Sonra mübarək əllərini başına qoyub yuxarıdakı ayəni tilavət etdi.[Məcməül-bəyan» və «Nurus-səqəleyn» təfsirləri]

    Təhlükə hamının qarşısındadır və ilahi əzabdan qurtuluş da xüsusi mərhəmət tələb edir ki, şəxsə şamil olsun. Qurtuluş yalnız Allahın qəhrindən nicat tapmaq sayəsində müyəssər ola bilər.
    AYƏ 17:

    ﴿ وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدُيرٌ ﴾
    TƏRCÜMƏ:

    «Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.»
    TƏFSİR:

    Ümidlər yalnız Allahdır, qorxu da yalnız Allahdan olmalıdır. Çünki bütün işlərin mənşəyi eynidir. Xeyrin bir, şərin isə digər bir mənbədən qaynaqlandığına inanmaq yanlış fikirdir. İlahi qanunlarda heç bir istisna yoxdur. Peyğəmbəri-Əkrəm (s) də acılı-şirinli hadisələrlə qarşılaşdıqda Allaha təvəssül etməlidir.
    AYƏ 18:

    ﴿ وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ ﴾
    TƏRCÜMƏ:

    «Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!»
    TƏFSİR:

    14-cü ayədə Allahın xaliqiyyət və ruzi verməsi, 15-ci ayədə ilahi qəhr və Qiyamət məsələsi, 16-cı ayədə ilahi rəhmət sayəsində nicat və qurtuluş, 17-ci ayədə çətinliklərin həll olunması və xeyir işlərə çatmaq, 18-ci ayədə isə Allahın mütləq və qeyri-məhdud qüdrətindən söz açılır.

    ﴿قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادةً قُلِ اللّهِ شَهِيدٌ بِيْنِي وَبَيْنَكُمْ وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللّهِ آلِهَةً أُخْرَى قُل لاَّ أَشْهَدُ قُلْ إِنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ﴾

    TƏRCÜMƏ:

    «(Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: "Şahidlik baxımından nə daha böyükdür?” De: "Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?” De: "Mən şəhadət vermirəm.” De: "Həqiqətən O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam.”»
    TƏFSİR:

    Məkkə müşrikləri Peyğəmbərdən (s) onun risaləti barədə daim dəlil-sübut və şahid tələb edir, o Həzrətin (s) nübüvvətini qəbul etməyərək deyirdilər: «Hətta yəhudilər və məsihilər də səni peyğəmbər hesab etmirlər!»

    Bu ayə Allahın yetirəcəyi nüsrət və qələbədən ilham alan bir fəzada və İslamın qüvvəli olduğu dövrdə parlaq və ümidverici bir gələcəkdən xəbər verib şirkə qarşı nifrət hissi oyadır. Qısa bir sətirdən ibarət olan bu cümlədə üç dəfə tövhid və şirkə nifrət məsələsi irəli çəkilmişdir.

    Quran sair möcüzələri göstərmək, qeybi yardımlar etmək və müşriklərin məkrli tədbirlərini zərərsizləşdirməkdən əlavə Peyğəmbərin (s) risalətinin haqq olmasına ən böyük şahiddir.

    Həzrət Məhəmmədin (s) bu risaləti ümumdünya səviyyəli və əbədi, eləcə də bütün nəsillərdə və əsrlərdə olan insanlar üçündür.

    Əlbəttə, həmişəlik olan qorxutma (inzar), həmişə mövcud olan qorxudan şəxslə (münzir) yanaşı olmalıdır. Deməli, ilahi rəhbərlik və imamət də daim Quranla yanaşı olmalıdır.[«Təfsiri Safi», «Üsuli kafi», imam Sadiqdən (ə) nəqlən]
    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 1206 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024