İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)

    AYƏ 60:

    ﴿وَهُوَ الَّذِي يَتَوَفَّاكُم بِاللَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِالنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَى أَجَلٌ مُّسَمًّى ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾
    TƏRCÜMƏ:

    «Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir.»
    TƏFSİR:

    «Sonra sizin qayıdışınız Ona tərəfdir» - deməkdə məqsəd Qiyamətdə haqq üçün bir yerə yığışmaqdır. Sonra Allah sizi dünyadakı gecə-gündüzlərdə gördüyünüz işlərdən agah edəcəkdir.

    Bəziləri demişlər ki, yəni sizi gündüz yuxudan oyadır ki, ömrünüzdən kifayət qədər bəhrələnəsiniz. Bu ayədə Allah-təala insanları yuxudan oyatmağı «bəs» kimi təbir etmişdir.
    AYƏ 61:

    ﴿ وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَيُرْسِلُ عَلَيْكُم حَفَظَةً حَتَّىَ إِذَا جَاء أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لاَ يُفَرِّطُونَ ﴾
    TƏRCÜMƏ:

    «Odur bəndələri üzərində qalib və hakim! Sizin (cism və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər.»
    TƏFSİR:

    Bu ayədə Allah-təalanın bəndələrin əməllərinə elmi cəhətdən tam əhatəli olması bir daha xatırladılır və onların dəqiq şəkildə saxlanıb Qiyamət günündə hesab çəkilməsi barədə belə buyurulur: O Öz bəndələrinə kamil şəkildə hakimdir və sizə mühafizəçilər göndərir ki, əməllərinizin hesabını dəqiq şəkildə yazıb saxlasınlar.

    Sonra buyurulur: Bu hesabın yazılması həyatın sonuna və əcəlin gəlib çatdığı vaxta qədər davam edir. Bu zaman Bizim göndərdiklərimiz və ruhu almağa məmur olan mələklər onun ruhunu alır.

    AYƏ nin axırında buyurulur ki, göndərilən bu mələklər onlar üçün təyin olunan vəzifələri yerinə yetirməkdə qətiyyən səhlənkarlığa, qüsura və təfritə yol vermirlər, onlar ruhun qəbz olunmasını nə bir an irəli salırlar, nə də bir an gecikdirirlər.
    AYƏ 62:

    ﴿ ثُمَّ رُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ أَلاَ لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ ﴾
    TƏRCÜMƏ:

    «Sonra onların hamısı Allaha – onların həqiqi və əsl ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir.»
    TƏFSİR:

    Sonra ilahi hökmə, cəza və mükafata doğru aparılacaqsınız. Sizin işlərinizi Öz öhdəsinə alan Malik haqdan başqa bir şey əsasında hökm etməyən ədalətli qazidir. O gündə hökm yalnız Ona məxsusdur. Ondan başqa heç kəsin göstəriş verməyə haqqı yoxdur.

    Allah bütün insanların əməllərini qısa müddət ərzində araşdıracaq. Onlardan heç birinin mühasibəsi başqalarının mühasibə olunmasına mane olmayacaqdır.

    Həzrət Əmirəl-möminin Əlidən (ə) soruşurlar: «Allah gözə görünmədiyi halda, camaatın hesabını necə aparacaqdır?» Buyurdu: «Onu görmədiyiniz halda sizə ruzi verdiyi kimi.»[«Məcməül-bəyan»]

    Bu mətləb göstərir ki, onlardan birinin mühasibə edilməsi digərlərinin mühasibəsinə mane olmur. Həm də bu mühasibə dildə bir söz danışılmadan olur. Əks halda, bütün insanlardan eyni zamanda mühasibə aparmaq mümkün olmazdı.

    Ümumiyyətlə, hamının qayıdışı Allaha doğrudur və Qiyamətin yeganə qazisi də Odur. O, həqiqi mövladır. Xəlq etmək və nəzarət etmək, yatırmaq və oyatmaq, öldürmək və diriltmək, mühakimə və hesab çəkmək Onun əlindədir və O yeganə Allahdır.

    İnsanların Qiyamətdən qorxması da onların öz yaramaz əməllərindən irəli gəlir. Çünki Allah həm mövladır, həm haqdır, həm də fəzl və mərhəmət əta edəndir.
    AYƏ 63-64:

    ﴿ قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعاً وَخُفْيَةً لَّئِنْ أَنجَانَا مِنْ هَـذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ. قُلِ اللّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ ﴾
    TƏRCÜMƏ:

    63. «De: "Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb "əgər bizə bu həlakətdən nicat versə, mütləq şükr edənlərdən olacağıq” (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir?”»

    64. «De: "Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!”»
    TƏFSİR:
    QARANLIQLARDA PARLAYAN BİR NUR

    Quran bəhanə yollarını bir daha müşriklərin üzünə bağlayır, onları öz fitrətlərinə doğru hidayət edir və o sirli yerdə tövhid və yeganəpərəstliyin hidayət nurunu onlara göstərərək Peyğəmbərə (s) göstəriş verir ki, onlara belə desin: Sizi qurudakı və dənizdəki qaranlıqlardan kim xilas edir?

    Zülmət və qaranlıq bəzən hiss olunası, bəzən isə mənəvi olur. Hiss olunan nur odur ki, ya ümumiyyətlə kəsilsin, ya da insanın bir yeri görməyəcəyi, yaxud çox çətinliklə görəcəyi qədər zəif olsun. Mənəvi zülmət də axır-aqibəti qaranlıq və görünməz olan çətinliklər, pərişanlıqlar, ruhi çirkinliklərdən ibarətdir.

    Əgər bu qaranlıqlar insanı dəhşətə gətirən digər hadisələrlə qarışsa və misal üçün, insan dəniz səfərində ikən həm gecə qaranlığında, həm də təlatümlü dalğaların arasında mühasirəyə düşsə onda bunlar gündüzdə baş verən çətinliklərdən qat-qat dəhşətli və vahiməli olar. Məhz belə olan hallarda insan hər bir şeyi unudur, yalnız öz ruhunun ənginliklərində parlayan bir nuru yada salır ki, bu da onu hər növ çətinlikləri həll edəcək bir mənbəyə − əbədi varlığa doğru hidayət edir. Bu kimi vəziyyətlər Allahı tanımaq və tövhid aləminə açılan bir qapı və ya bir bacadır. Buna görə də sonrakı ayədə buyurulur: Belə bir halda siz Allahın sonsuz mərhəmətindən kömək diləyirsiniz, bəzən aşkarda xüzu-xüşu ilə, bəzən də gizlində və öz qəlbinizin dərinliklərində Onu çağırırsınız. Məhz belə bir vəziyyətdə dərhal o Böyük Yaradanla əhd-peyman bağlayıb deyirsiniz ki, əgər bizi bu təhlükələrdən xilas edərsə, şübhəsiz, Onun nemətlərinin şükrünü yerinə yetirəcək və Ondan başqasına ürək bağlamayacağıq.

    64-cü ayədə deyilir: Lakin, ey Peyğəmbər, onlara de: "Allah sizi bu qaranlıqlardan və sair qəm-qüssələrdən xilas edir (dəfələrlə də xilas etmişdir). Lakin siz xilas olduqdan sonra yenə də şirk və küfr yolunu tutursunuz.”
    AYƏ 65-66:

    ﴿قُلْ هُوَ الْقَادِرُ عَلَى أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعاً وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ انظُرْ كَيْفَ نُصَرِّفُ الآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُون. وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍ َ﴾
    TƏRCÜMƏ:

    65. «De: "O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir.” Gör Biz (Öz tovhid və əzəmətimizin) müxtəlif ayə və nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər.»

    66. «Sənin qövmün onu (Quranı) haqq olmasına baxmayaraq təkzib etdi. De: "Mən sizin üzərinizdə vəkil və nəzarətçi deyiləm (ki, sizləri nəyəsə məcbur edəm, əmrdən çıxanı cəzalandıram və itaət edənlərə mükafat verəm. Mənim vəzifəm buyurulanları çatdırmaqdır).”»
    TƏFSİR:
    NÖVBƏNÖV ƏZABLAR

    Bu ayədə Allah-təala müxtəlif tərbiyəvi yolların təkmil olunması üçün ilahi əzab və cəzalandırma ilə təhdid edir. Yəni Allah-təala rəhm edənlərin ən mərhəmətlisi olmaqla, pənahsızlara sığınacaq verməklə yanaşı, həm də inadkarlardan və tüğyançılardan şiddətlə intiqam alan və qəhhardır.

    Bu ayədə Peyğəmbərə (s) buyurulur ki, günahkarları və cinayətkarları üç növ əzabla təhdid etsin: Yuxarıdan gələn əzablar, aşağıdan gələn əzablar və onların arasında müharibə və qan axıdılmasının yaradılması. Buna görə də buyurulur: De: "Allah yuxarıdan əzab göndərməyə qadirdir. Belə ki, Lut qövmünə asimandan əzab göndərmiş, fil səhabələrinin başına daş yağdırmış, Nuhun qövmünə tufan göndərmiş, Səmud səhabələrinə asimani qulaqbatırıcı (tükürpədici) səs nazil etmiş, Ad qövmünə külək göndərmişdir. Eləcə də hal-hazırda asimani bəla kimi atom bombasını, uzaq mənzilli raketləri, kimyəvi bombaları, aşağı tərəfdən isə zəlzələ, yerin parçalanıb batması, eləcə də fironçuların qərq olması, Qarunun yerə batması, vəba, taun xəstəlikləri, qıtlıq, aclıq və s. kimi bəlaları sizə göndərməyə, yaxud sizi pərakəndə dəstələr şəklində bir-birinizin canına salmağa, bəzilərinin vasitəsilə başqalarına müharibə və qan axıdılmasını dadızdırmağa qadirdir.

    Cəmiyyətdə ixtilaf, ikitirəlik və pərakəndəlik o qədər təhlükəli məsələdir ki, asimani əzablar, ildırımlar və zəlzələlərlə eyni səviyyədə tutulur. Doğrudan da belədir. Hətta ictimai ixtilaf və pərakəndəliklərdən yaranan bəzi dağıntılar ildırım və zəlzələrdən yaranan dağıntılardan qat-qat güclüdür. Çox görünmüşdür ki, abad ölkələr nifaq və təfriqə sayəsində mütləq məhvə doğru sürüklənmişdir və bu da bütün dünya müsəlmanlarına ciddi xəbərdarlıqdır!

    AYƏ nin axırında buyurulur: Gör müxtəlif dəlil və nişanələri dərk edib haqqa doğru qayıtmaqlarından ötrü onlar üçün necə xatırladırıq!

    66-cı ayə və ondan sonrakı ayə həqiqətdə Allaha, məada, İslam həqiqətlərinə dəvət və ilahi cəzalarla qorxudulma ilə əlaqədar nazil olmuş əvvəlki ayələrdəki bəhsləri təkmilləşdirir.

    Əvvəlcə buyurulur: Sənin qövmün, yəni Qüreyş qəbiləsi və Məkkə əhalisi sənin gətirdiyin təlimləri təkzib edirlər. Halbuki bu təlimlərin hamısı haqdır; əql, fitrət və hiss yolları ilə olan müxtəlif dəlillər də onları təsdiqləyir. Buna əsasən, müxaliflərin və inkarçıların çoxluğuna baxmayaraq, bu həqiqətlərin təkzib və inkar edilməsi onların əhəmiyyətini əsla azaltmır.

    Sonra göstəriş verilir ki, onlara belə desin: Mənim yeganə vəzifəm ilahi risaləti çatdırmaqdır və sizin qəbul edib-etməməyinizə vəkil deyiləm. Burada vəkil dedikdə məqsəd başqalarının zamini və əməli hidayətlərinin məsuliyyətini daşıması nəzərdə tutulur.[Peyğəmbərə (s) xitab olunan başqa tə’birlər də bunu bəyan edir.]
    AYƏ 67:

    ﴿ لِّكُلِّ نَبَإٍ مُّسْتَقَرٌّ وَسَوْفَ تَعْلَمُونَ ﴾
    TƏRCÜMƏ:

    «(Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz.»
    TƏFSİR:

    Bu ayədə qısa, lakin dolğun mənalı cümlə ilə onlara xəbərdarlıq verilir ki, Allahın və Onun Peyğəmbərinin (s) sizə verdiyi hər bir xəbərin bu dünyada müəyyən edilmiş vaxtı vardır və vədəsi verilən gündə yerinə yetiriləcəkdir. Siz də tezliklə bundan xəbərdar olacaqsınız.
    AYƏ 68:

    ﴿وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُواْ فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُنسِيَنَّكَ الشَّيْطَانُ فَلاَ تَقْعُدْ بَعْدَ الذِّكْرَى مَعَ الْقَوْمِ الظَّالِمِينَ﴾
    TƏRCÜMƏ:

    İmam Baqirdən (ə) nəql olunur ki, bu ayə nazil olduqda və müsəlmanların kafirlərlə və ilahi ayələri istehzaya tutanlarla bir yerdə oturması qadağan olunduqda müsəlmanlardan bir dəstəsi dedi: «Əgər hər yerdə bu göstərişə əməl etməli olsaq, onda heç vaxt Məscidül-Hərama getməməli, Allah evini təvaf etməməliyik. Çünki onlar məscidin hər bir tərəfində yayılaraq ilahi ayələr barədə batil sözlər danışırlar. Biz Məscidül-Həramın hər hansı yerində azacıq da dayansaq onların sözlərini eşidəcəyik.» Bu zaman 69-cu ayə nazil olub müsəlmanlara göstəriş verdi ki, bu kimi hallarda onlara mümkün qədər nəsihət edin və onları düz yola çağırın.

    Ümumiyyətlə, bu surədə əsas etibarı ilə müşriklərin və bütpərəstlərin ruhi vəziyyətləri bəyan edildiyindən bu ayədə və sonrakı ayədə onlarla əlaqədar məsələlərə toxunulur. Əvvəlcə Peyğəmbərə (s) göstəriş verilir ki, inadkar və məntiqsiz müxaliflərin Allahın ayələrini istehza etdiyini müşahidə etdikdə onlardan üz çevirsin ki, mövzunu dəyişərək başqa işlə məşğul olsunlar.

    Sonra əlavə edilir: «Bu məsələ o qədər əhəmiyyət daşıyır ki, əgər şeytan bu işi sənə unutdursa və nəticədə səhvən bu kimi şəxslərlə bir yerdə otursan, xatırlayan kimi dərhal onların məclisindən qalx və bu zalımlarla bir yerdə oturma.»

    Burada belə bir sual yaranır: Məgər şeytanın Peyğəmbərə hakim kəsilib bəzi şeyləri ona unutdurması mümkündürmü?

    Cavabda demək lazımdır ki, bu ayədə sözün Peyğəmbərə (s) xitab olunmasına baxmayaraq, onun ardıcılları nəzərdə tutulur. Yəni əgər onlar unutqanlığa düçar olsalar, xatırlayan kimi dərhal o yerdən qalxaraq çölə çıxmalıdırlar. Bunun oxşarı olan bəhs bizim müxtəlif xalqların ədəbiyyatında mövcud olan söhbətlərə oxşayır ki, insan sözü bir şəxsə deyir, amma məqsədi onu başqalarına eşitdirməkdir.
    AYƏ 69:

    ﴿ وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَلَـكِن ذِكْرَى لَعَلَّهُمْ يَتَّقُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onların (əməl və cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq və nəsihətdir (ki), bəlkə çəkindilər.»
    TƏFSİR:

    İlahi ayələri məsxərəyə qoyanlarla bir yerdə oturmağı qadağan edən ayə nazil olduqda bəziləri dedilər ki, biz Məscidül-Hərama getməməli, oranı təvaf etməməliyik. Çünki onlar həmin yerlərdə də istehza edirlər.

    Günah əhlinin məclisində onlara nəhy əz münkər edib camaatı düz yola istiqamətləndirmək məqsədilə iştirak etməyin eybi yoxdur. Əlbəttə, bu iş təqvalı və nüfuz sahibi olan möminlər üçün caizdir. Əks halda, çoxları qərq olanı xilas etməyə gedir, lakin özləri də qərq olurlar.

    Əlbəttə, hansı məsələnin daha mühüm olmasını nəzərə almaq əqli və İslami prinsiplərdəndir. Yolunu azanların cavabını vermək, yaxud onları xilas etmək məqsədilə müvəqqəti olaraq onların sözlərinə qulaq asmaq caizdir.

    Təqva günah qarşısında insana zəmanət verən bir vasitədir. Bu eynilə yanğın qarşısında müqavimətli olan bir paltara bənzəyir. İnsan özü təqvalı olmaqdan əlavə, başqalarını da təqvalı etmək fikrində olmalıdır.

    Peyğəmbərdən (s) və məsum imamlardan (ə) nəql olunan çoxlu rəvayətlərdə qarşısını almağa qadir olmadığı halda insanın günah əhli ilə bir yerdə oturması, günah edilən yığıncaqlarda iştirak etməsi, hətta şəxsin qohumlarından olsa da, qadağan edilmişdir. Həzrət Əli (ə) öz oğluna vəsiyyət edərək buyurur: «Allah qulağa vacib etmişdir ki, günah və qeybət eşitməyə razı olmasın.»[«Nurus-səqəleyn» təfsiri, həmin ayə barəsində nəql olunan hədis.]

    Həmçinin buyurur: «Pis əməl sahibləri ilə oturub-durmaq yaxşı insanlar barəsində sui-zənn (bədgüman) edilməsinə səbəb olur.»

    Bəlkə də insanı düzgün əqidədən yayındıran azğın kitablar da bu ayəyə istinadən qadağan olunmuşdur.

    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 727 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024