İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)


    AYƏ 70:

    ﴿وَذَرِ الَّذِينَ اتَّخَذُواْ دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَذَكِّرْ بِهِ أَن تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ اللّهِ وَلِيٌّ وَلاَ شَفِيعٌ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لاَّ يُؤْخَذْ مِنْهَا أُوْلَـئِكَ الَّذِينَ أُبْسِلُواْ بِمَا كَسَبُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُواْ يَكْفُرُونَ﴾
    TƏRCÜMƏ:

    «Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Quran vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.»
    TƏFSİR:

    Bu ayədə buyurulan «boşla» kəlməsindən məqsəd cihadın tərk olunması deyil, nifrət izhar edərək əlaqələrin kəsilməsidir ki, bəzən onlarla müharibəyə gətirib çıxarırdı.

    Dinin oyun-oyuncaq edilməsi hər zamanda bir şəkildə olur: ya xurafatçı əqidələr şəklindədir, ya «İslam hökumətinin cəmiyyəti idarə etməyə qabiliyyəti olmadığını» deməklədir, ya günahlara bəraət qazandırmaqla, yaxud bidət və şəxsi rəy əsasında təfsir edib mütəşabih ayələrə tabe olmaqla.

    Ümumiyyətlə, həqiqi mənada dindar olmaq insanın öz ideologiyasında süstlüyə və səhlənkarlığa yol verməsi ilə uyğun gəlmir.

    Xəbərdarlıq etmək, öyüd-nəsihət vermək, mövizə eləmək ilahi əzabdan xilas olma səbəbidir.

    İnsan dünya ilə məğrur olmamalıdır. Çünki Qiyamətdə Allahdan başqa heç kim insanın köməyinə gəlməz.

    İnsan bilməlidir ki, bədbəxtliklərinin amili onun özü və əməlləridir. Buna görə də onların dərdli cəzalarının bəzilərinə işarə olaraq buyurulur: Haqq-həqiqətə arxa çevirdiklərinə görə dərdli əzabla yanaşı, qaynar sudan (çirkab) olan içkiləri dadacaqlar...

    Onlar daxildən qaynar su ilə, xaricdən isə cəhənnəm odu ilə yanacaqlar.
    AYƏ 71-72:

    ﴿قُلْ أَنَدْعُو مِن دُونِ اللّهِ مَا لاَ يَنفَعُنَا وَلاَ يَضُرُّنَا وَنُرَدُّ عَلَى أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَىَ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِين. وَأَنْ أَقِيمُواْ الصَّلاةَ وَاتَّقُوهُ وَهُوَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ َ﴾
    TƏRCÜMƏ:

    71. «De: "Allahı qoyub bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq və çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir).” De: "Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.”»

    72. «"Və (həmçinin bizə əmr olunmuşdur ki,) namaz qılın və Ondan qorxun! (Qiyamət günü) Ona tərəf toplanılacaqsınız.”»
    TƏFSİR:

    71. Peyğəmbərə (s) buyurulur ki, insanları bütpərəstliyə tərəf səsləyən kafirlərə belə desin: Bizim üçün nə faydası, nə də ziyanı olmayan şeylərə pərəstiş edərək nəticədə cəhənnəmə tərəf sürüklənəkmi? Ən yaxşı dindən əl çəkəkmi? Halbuki, Allah bizi hidayət etmiş və bizə düz yolu göstərmişdir!

    Əgər bütpərəstliyə meyl etsək, yer üzündə şeytanlar tərəfindən azdırılaraq məəttəl və sərgərdan salınan bir şəxs kimi olacağıq. Halbuki onun hidayətə dəvət edən dostları vardır ki, ona «bizim yanımıza gəl» – deyirlər. Lakin o bu dəvəti qəbul etmir, onların yanına getmir. Çünki şeytan tam mənada hakim kəsilərək onu öz mənafeyini ayırd etməkdən belə məhrum etmişdir.

    Ey Peyğəmbər, onlara de: "Nicata, əbədi qurtuluşa və asayişə aparan yeganə yol Allahın göstərdiyi yoldur. Bu yol insanı yeganəpərəstliyə çağırır. Biz həmin hidayətə tabeyik və ona itaət etməkdən boyun qaçırmırıq. Sizin dəvətinizə də əhəmiyyət vermirik. Biz o dəvətləri qəbul edirik ki, bizi İslama tərəf çağırmış olsun və o bizə yol göstərir ki, öz işlərimizi aləmlərin Rəbbi olan Allaha həvalə edək.

    72. Bu ayə məna cəhətindən əvvəlki ayənin davamıdır. Yəni bizə göstəriş verilir ki, xaredici cəzalara düçar olmamaq üçün namaz qılaq və Allah qarşısında günah etməkdən uzaq olaq. Həmin Allah ki, Qiyamət günündə bütün insanları Öz hüzuruna toplayacaq, hər kəsə öz əməlinə görə müvafiq cəza, yaxud mükafat verəcəkdir.
    AYƏ 73:

    ﴿وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِالْحَقِّ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ قَوْلُهُ الْحَقُّ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنفَخُ فِي الصُّوَرِ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ﴾
    TƏRCÜMƏ:

    «Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!»
    TƏFSİR:

    Bu ayədə surun bir dəfə çalınmasından, «Zümər» surəsinin 68-ci ayəsində isə iki dəfə çalınmasından söhbət açılır ki, onlardan biri dağıdıcıdır, digəri isə insanların Qiyamətdə hesab üçün dirildilməsindən ötrü çalınacaqdır.

    Əvvəlki ayələrdə Allah qarşısında təslim olub namazı bərqərar etməkdən söhbət gedirdi. Burada isə onun səbəbi qeyd olunur və buyurulur ki, yaradılış Onun əli ilədir, O hikmətlidir, hər şeydən də agahdır. Hər bir şey hikmət və müəyyən hədəf əsasında yaradılmışdır.[«Bu məsələyə çoxlu ayələrdə, o cümlədən «Sad» surəsinin 27-ci ayəsində işarə olunur.] Buna əsasən, Allahın iradəsi qarşısında heç bir maneə ola bilməz. Qeyb və şühud aləmi, aşkar və gizlin şeylər Onun üçün bərabərdir.

    İlahi hökumətin əsası hikmət və elm əsasında olduğuna görə, Qiyamətdə ilahi qüdrətin cilvələri hamı üçün aşkar olacaqdır. Çünki orada səbəb və vasitələrin hamısı öz təsirini itirəcək, Allahın qüdrəti hər şeydən artıq zahir olacaqdır.

    Varlıq aləminin xaliqi və idarəedicisi hikmətli və hər şeydən xəbərdar olduğundan insan özünü (əməl, söz, rəftar və davranışını) daim nəzarət altında saxlamalıdır. Bunu da qeyd edək ki, surun üfürülməsi ilə aləmə hakim olan sistem tamamilə dəyişəcikdir. Amma haqq-hesab yenə də dəqiq və əbədidir.
    AYƏ 74:

    ﴿ وَإِذْ قَالَ إِبْرَاهِيمُ لأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلاَلٍ مُّبِينٍ ﴾
    TƏRCÜMƏ:

    «(Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: "Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm.”»
    TƏFSİR:

    «Əb» kəlməsi adi halda ata mənasına işlənir. Lakin ana tərəfdən olan babaya, əmiyə və insanın tərbiyəçisinə də «əb» deyilir. Peyğəmbəri-Əkrəm (s) buyurur ki, «mən və Əli bu ümmətin atasıyıq». Azər İbrahimin (ə) atası deyil, əmisi idi və o Həzrətin (ə) ata-babalarının hamısı tövhid dininə sitayiş edirdilər. Sünni alimlərindən Təbəri, Alusi və Süyuti də demişlər ki, Azər İbrahimin (s) atası deyildi. Bundan əlavə, İbrahim (ə) öz ata-anası üçün dua etmişdir («İbrahim» surəsi, 41). Halbuki, bir müsəlmanın müşrik üçün, hətta onun qohumlarından olsa belə, dua etməyə haqqı yoxdur. İbrahimin (ə) öz əmisi Azər üçün istiğfar etməsi də onun küfrlə dolu ruhiyyəsinin aşkar olmasından qabaq idi. Amma haqqı qəbul etmədiyini başa düşdükdə ona nifrət etdi və ondan ayrıldı («Tövbə» surəsi, 114). Bunlardan aydın olur ki, bu ayədəki «əb» kəlməsi «ata» mənasına deyildir. Bundan əlavə İbrahimin (ə) atasının adı tarixdə Azər deyil, Tarux kimi qeyd olunur.[«Əl-mizan», «Məcməül-bəyan», «Cəvamiül-came» təfsirləri.]

    Peyğəmbəri-Əkrəmdən (s) rəvayət olunur ki, o Həzrətin Adəmə (ə) qədər olan ata-babalarının hamısı tövhid dininə sitayiş edənlərdən imiş. Həzət (s) buyurur: «Mütəal Allah məni pak kişilərin sülbündən pak anaların bətninə nəql etdirirdi və O məni heç vaxt cahiliyyətin çirkinliklərinə bulaşmağa qoymadı.»[«Cəvamiül-came» təfsiri]

    Bu hədisi sünni və şiə müfəssirlərindən çoxu, o cümlədən, mərhum Təbərsi «Məcməül-bəyan», Nişapuri «Ğərabətül-Quran», Fəxr Razi «Təfsiri Kəbir» və Alusi «Ruhul-bəyan» təfsirində qeyd etmişlər.

    Bu ayədə bir neçə məsələyə diqqət yetirmək lazımdır:

    1. İnsan haqqa dəvətdə özünün yaxın qohum-əqrəbalarından başlamalıdır.

    2. Qarşılaşmada əsas meyar yaş, keçmiş və cəmiyyət deyil, haqq olmalıdır. Buna görə də İbrahim (ə) yaşı çox olan əmisi ilə rəftarda haqqı aşkar şəkildə bəyan edərək ona xəbərdarlıq edir.

    3. Bütpərəstlik sağlam vicdan və əqlin ciddi şəkildə tənqid etdiyi bir azğınlıqdır.
    AYƏ 75:

    ﴿ وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ ﴾
    TƏRCÜMƏ:

    «Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün.»
    TƏFSİR:

    «Mələkut» kəlməsi «milk» sözündən alınmışdır və ondakı «vav» və «ta» hərfləri də təkid və mübaliğə üçün artırılmışdır. «Asimanların mələkutu» dedikdə onların həqiqi və mütləq malikiyyəti nəzərdə tutulur.

    Aləmlər dörd qismə bölünür: Lahut (Allahdan başqasının agah olmadığı üluhiyyət aləmi), Cəbərut (mücərrədlər aləmi), Mələkut (cismlər aləmi), Nasut (dəyişikliklərin baş verdiyi kovn-fəsad aləmi).

    Mələkut – qeyb aləmi, qəribəliklər, nizam-intizam və sirlər aləmidir («Qamus», «Möcəmül-bəsit»).

    Asimanların mələkutu – onlarda mövcud olan qəribəliklərdir (Alusinin təfsiri).

    İbrahim (ə) asimanların və yerin mələkutunu görməklə Allahın yaradılış qanunu, xilqət, hikmət və rübubiyyəti ilə daha artıq tanış oldu. İmam Baqirin (ə) sözü ilə desək, Allah-təala İbrahimin gözlərinə elə bir nur və qüdrət bağışladı ki, asimanların və yerin ənginliklərini müşahidə etdi («Nurus-səqəleyn» təfsiri).

    Əlbəttə, Allah haqqı tanıyıb ona dəvət edən və bu yolda heç bir şeydən qorxmayanlara (bu ayənin buyurduğu kimi İbrahim (ə) kimilərə) mələkuti gözlər əta edər.
    AYƏ 76:

    ﴿ فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الآفِلِينَ ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: "Bu mənim Rəbbimdir.” Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: "Mən batanları sevmirəm.”»
    TƏFSİR:

    İbrahim (ə) müşriklərlə mübahisə edərkən onların əqidəsinin batil olduğunu isbat etmək məqsədi ilə özündən bir qədər yumşaqlıq göstərirdi. Amma onun dediyi bu kimi sözlər onun qəlbi və batini əqidəsi deyildi ki, onun ismətinə zidd olsun. Sonrakı iki ayədə «ya qəum» və «haza rəbbi» deməklə onlarla bir növ mülayim rəftar etmək istəyir. Buna görə də ay və günəş qüruba endikdə heç də «şirkə nifrət edirəm» deyil, «sizin şirkinizə nifrət edirəm» deyir.

    Müəyyən vaxtda çıxıb daha sonra qüruba enən varlıqlar təbiətdəki mövcud qanunlara tabedir. Hərəkətdə olan hər bir varlıq hadisdir (sonradan yaranmış). Hadis də Allah ola bilməz. İbrahim (ə) ilk əvvəldə müvəqqəti olaraq zahirdə onların əqidəsini qəbul edir ki, daha sonra dəlil əsasında onu rədd edə bilsin.

    Bu cür dəlil-sübut gətirmək fitrətin oyadılmasında, təfəkkür qüvvəsinin işə düşməsində, insani duyğulara diqqət yetirilməsində ən gözəl təbliğ üslublarından biridir. Həm də bunu çatdırır ki, həqiqi məbud yalnız o kəs ola bilər ki, müvəqqəti, məhdud, çoxsaylı və dəyişən zaman-məkanın təsiri altında olmasın.
    AYƏ 77-79:

    ﴿ فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لأكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ. فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـذَا رَبِّي هَـذَآ أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُون. إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ َ ﴾
    TƏRCÜMƏ:

    77. «Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: "Bu mənim Rəbbimdir.” Elə ki, (ay) batdı, dedi: "Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram.”»[«Baziğ» kəlməsi bir şeyi yarıb qan axıtmaq mə’nasınadır. Günəş çıxdığı və ay ilk dəfə şəfəq saçdığı zaman sanki qara bir pərdəni – qaranlıq pərdəsini yarır və öz ətrafında qırmızımtıl bir rəng əmələ gətirir.]

    78. «Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!” (Günəş) batanda isə dedi: "Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.”»

    79. «Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm.»[İbrahim (ə) həm ulduzpərəstlərlə, həm də aya və günəşə sitayiş edənlərlə qarşılaşmışdı.]
    TƏFSİR:

    İbrahim (ə) camaatın bütə, günəşə, aya, ulduza ibadət etdiyini gördükdə onları bu yanlış işdən agah etmək qərarına gəldi. Onların bəsirət gözünü açmaq, düzgün təfəkkür və istidlal yolunu göstərməklə pərəstiş etdikləri cansız əşyalardan heç birinin ibadətə layiq olmadığını isbat etmək istədi. Çünki bunların hamısı sonradan vücuda gələn hadis varlıqlardır.

    İbrahimin (ə) dediyi «bu mənim Pərvərdigarımdır!» sözü münaqişədə qarşı tərəflə mülayim rəftar edən, özü də onun batil əqidədə olduğuna əmin olan bir şəxsin sözüdür ki, öz dinində təəssübə yol vermədən onun əqidəsindən danışır ki, onu haqqı qəbul etməyə daha yaxşı şəkildə təşviq etsin və batili onun qəlbindən çıxartsın. Nəhayət sonrakı cümlədəki istidlal ilə qarşı tərəfin əqidəsinin puç və batil olmasını isbat etsin.

    İbrahim (ə) buyurur ki, mən pərdələrlə örtülən, itib-batan bu məbudlara sitayiş etməyi sevmirəm. Çünki bu sifətlər onun cismi xassələrə malik olduğunu göstərir və hadis olduğunu sübut edir. Əgər Allah məni hidayət etməsəydi, mən də yolunu azanlardan olardım.

    O həzrət (ə) sonuncu cümlədə öz qövmünə xəbərdarlıq edərək demək istəyir ki, hər kəs ay, ulduz, eləcə də digər göy cisimləri kimi qürub edənlərə sitayiş edib onu özünə Pərvərdigar və məbud seçsə, şübhəsiz, yolunu azmışdır və onu həqiqətə çatdıracaq heç bir yol yoxdur, yalnız Allahın köməyi sayəsində düz yola hidayət oluna bilər.

    İbrahim (ə) «bu (günəş) daha böyükdür!» cümləsini də qarşı tərəflə mülayim rəftar etmək məqsədilə demiş, daha sonra buyurmuşdu: Mənim sizin yaradana şərik qoşduğunuz bu cisimlərdən acığım gəlir! Mən üzümü O kəsə doğru çevirirəm ki, asimanları və yeri yaratmışdır. Bu varlıqlar göstərir ki, onları yaradan, vücuda gətirən məhz Allah olub onları müxtəlif şəraitlərdə idarə edir, yollarını, hərəkətlərini, çıxıb-batmalarını təyin edir. Buna əsasən, mən belə Allaha üz gətirib Onun qarşısında ixlaslı oluram və müşriklərdən də deyiləm.

    «Hənif» kəlməsi «hə-nə-fə» kökündən alınaraq heç bir əyriliyi olmayan xalislik mənasındadır.

    «Fə-tə-rə» həm yaradan, həm də xəlq edən mənasındadır. Onun kökündə «yarmaq» mənası da gizlənmişdir. Bəlkə də bu, müasir dövrdə irəli sürülən elmi nəzəriyyələrə nəzər yetirir. Belə ki, bu nəzəriyyəyə görə kainat ilk əvvəldə vahid kütlə şəklində olmuş, daha sonra parçalanmış və göy cisimləri biri digərindən sonra yaranmışdır.
    AYƏ 80:

    ﴿ وَحَآجَّهُ قَوْمُهُ قَالَ أَتُحَاجُّونِّي فِي اللّهِ وَقَدْ هَدَانِ وَلاَ أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلاَّ أَن يَشَاء رَبِّي شَيْئًا وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا أَفَلاَ تَتَذَكَّرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Qövmü onunla (tövhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: "Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?”»
    TƏFSİR:

    İbrahimin (ə) bütpərəstlərdən ibarət olan qövmü ilə söhbətinin davamında buyurulur: İbrahimin (ə) qövmü onunla höcətləşməyə başladıqda İbrahim (ə) onların cavabında dedi: "Nə üçün yeganə Allah barəsində mənimlə müxalifətçilik edib mübahisəyə qalxırsınız? halbuki, O məni aydın və məntiqi dəlillər sayəsində tövhid yoluna hidayət etmişdir.”

    Bu ayədən aydın olur ki, İbrahimin (ə) qövmünün bütpərəstləri çalışırdılar ki, nəyin bahasına olursa-olsun onu öz əqidəsindən döndərsinlər. Buna görə də onu, bütlərin və puç məbudların qəzəblənərək cəzalandıracağı ilə təhdid etdilər ki, bütlərlə müxalifətdən çəkinsin. Ayənin davamında İbrahimin (ə) dilindən belə deyilir: "Mən əsla sizin bütlərinizdən qorxmuram. Çünki onların kiməsə zərər yetirməyə qüdrəti yoxdur. Yalnız Allah bir şey iradə edərsə onda zərər dəyə bilər.

    O bu cümlə ilə sanki ehtimal olunan bir hadisənin qarşısını almaq və demək istəyir ki, əgər bu mübarizələrdə mənim üçün hər hansı xoşagəlməz bir hadisə qarşıya çıxsa belə, bunların bütlərə dəxli yoxdur. Əksinə, Allahın iradə və istəyinə bağlıdır. Sonra deyir: "Mənim Pərvərdigarımın elmi o qədər genişdir ki, hər bir şeyi əhatə edir. Daha sonra onların təfəkkür qüvvəsini təhrik etmək və işə salmaq üçün deyir: "Bütün bunlarla belə, yenə də qəflətdən oyanmırsınızmı?!”
    AYƏ 81-83:

    ﴿ وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلاَ تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالأَمْنِ إِن كُنتُمْ تَعْلَمُونَ. الَّذِينَ آمَنُواْ وَلَمْ يَلْبِسُواْ إِيمَانَهُم بِظُلْمٍ أُوْلَـئِكَ لَهُمُ الأَمْنُ وَهُم مُّهْتَدُون. وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَى قَوْمِهِ نَرْفَعُ دَرَجَاتٍ مَّن نَّشَاء إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ َ ﴾
    TƏRCÜMƏ:

    81. «Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?! (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).»

    82. «İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxallahlılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır.»

    83. «O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcə ucaldırıq (və İbrahimi peyğəmbərlik, imamət və dostluq dərəcələri ilə ucaltdıq). Doğrudan da sənin Rəbbin xilqət və şəriətdə möhkəm yaradılış sahibi və (hər şeyi) biləndir.»
    TƏFSİR:

    Burada İbrahim (ə) Pərvərdigari-aləmə həmd-səna edərək deyir: "Mənim Allahım hər şeyi bilir. Siz də dərindən fikirləşməlisiniz ki, bu həqiqəti dərk edə biləsiniz.” Sonra onların yanlış əqidə və rəftarlarını məzəmmət edərək buyurur: "Siz hansı dəlilə əsasən məni öz əlinizlə düzəltdiyiniz bütlərdən qorxmağa vadar edə bilərsiniz? Halbuki onlar heç bir ziyan və zərər çatdırmağa qadir deyillər. Siz isə insana hər növ fayda və ya zərər verməyə qadir olan bir Allahdan qorxmur, Onun hüzurunda cürətlənir və çox alçaq səviyyəli varlıqları Ona şərik qoşaraq onlara pərəstiş edirsiniz! Mən sizin şirkinizdən necə qorxa bilərəm? Mən sizin qoşduğunuz şəriklərə nifrət edirəm. Buna görə də bu barədə heç bir qorxum yoxdur. Allah da sizin çirkin əməllərinizə görə məni cəzalandırmaz. Şirkə düçar olan sizsiniz, buna görə də məhz siz qorxmalısınız.”


    Onlar Allaha elə şeyləri şərik qoşurdular ki, onların düzgün olmasına dair Allah tərəfindən heç bir dəlil nazil olmamışdır. Buradan aydın olur ki, hər kəs bir söz desə, yaxud bir məzhəbə tabe olsa, lakin onun düzgünlüyünə dəlil-sübutu olmasa, batil əhli sayılır.

    Allahı dəlil-sübut üzündən tanıyıb Ona ibadət etdiyimiz halda əmin-amanlıqda olmağa biz daha layiqik, yoxsa bütlərin qarşısında səcdə edib başdan-ayağa inadkarlıqda olduğunuz halda onlar? Əgər öz ağıllarını işə salsalar bu həqiqət onlar üçün aşkar olar və batili haqdan ayırd edə bilərlər!

    82. Əvvəlki ayələrdən belə bir sual yaranırdı: Allahın əzabından Ona pərəstiş edənlər amandadır, yoxsa müşriklər? Bu ayədə isə həmin suala cavab olaraq buyurulur: «Allahın əzabından yalnız o kəslər amandadırlar ki, Onu tanıyıb təsdiq etsinlər, öz vəzifələrini dərk etsinlər və öz imanlarını şirklə qarışdırmasınlar. Məhz onlar Allah tərəfindən əminamanlıqdadırlar. Onların hidayət olunması hökmü Allah tərəfindən verilmişdir.»

    Bir çox müfəssirlərin nəzərinə görə, eləcə də çoxlu rəvayətlərdən anlaşıldığı kimi, bu ayədə «zülm» dedikdə məqsəd şirkdir. Çünki «Loğman» surəsinin 13-cü ayəsində «həqiqətən, şirk böyük bir zülmdür» – deyə buyurulur. Bəzi rəvayətlərdə ilahi rəhbərlərin haqq olmasına iman gətirdikdən sonra onlara tabe olmaqdan imtina edib başqalarının ardınca düşmək zülmün bariz nümunəsi hesab edilmişdir.[«Nurus-səqəleyn» təfsiri]

    83. Bu ayədə İbrahimin (ə) tövhidi yaymaq və şirklə mübarizə aparmaqla əlaqədar bəhslərinin hamısına işarə edilərək ümumi şəkildə buyurulur: «Bütün bunlar Bizim İbrahimə, onun öz qövmü qarşısında verdiyimiz dəlillər idi.» Daha sonra bu mövzunun təkmilləşdirilməsi üçün deyilir: «Biz istədiyimiz hər kəsin dərəcəsini yüksəldərik.»

    Amma bu dərəcələri yüksəltməkdə Allahın ayrıseçkilik salması düşünülməsin deyə, dərhal buyurulur: «Sənin Pərvərdigarın hikmət və elm sahibidir.» Yəni Allahın verdiyi dərəcələr bəndələrin ləyaqətinə olan agahlıq və hikmət meyarlarına əsasəndir və bir şəxsin ləyaqəti olmadığı müddətdə həmin dərəcələrdən bəhrələnməyəcəkdir.
    AYƏ 84:

    ﴿وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ﴾
    TƏRCÜMƏ:

    «Və ona İshaqı və (nəvəsi) Yəqubu əta etdik. (Onların) hər birini (dinin əsasları və maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik). Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq.»
    TƏFSİR:

    Bu ayədən başlayaraq Allah-təalanın İbrahimə (ə) əta etdiyi nemətlərdən bir qismi bəyan olunur. Bu nemətlər saleh övlad, ləyaqətli və abır-heysiyyətli nəsildən ibarətdir ki, bu da ilahi nemətlərdən ən böyüyü hesab olunur.

    Əvvəlcə buyurulur: «Biz İbrahimə İshaq və Yəqubu (İshaqın övladlarını) əta etdik.» Daha sonra bu iftixarların təkcə peyğəmbər övladı olmaqla xülasələnmədiyini, əksinə onların düzgün fikir və saleh əməl sayəsində hidayət nurunu öz qəlblərində əks etdirdiklərini göstərmək üçün buyurulur: «Onlardan hər birini hidayət etmişdik.»

    Bunun ardınca İbrahimdən (ə) əvvəlki dövrlərdə tövhid çağırışçılarının olmadığı və bu çağırışın yalnız onun dövründən başlandığı təsəvvür olunmasın deyə, əlavə edilir: «Nuhu da ondan qabaq hidayət etmişdik.»

    Həqiqətdə İbrahimin (ə) əcdadlarından olan peyğəmbərlərin bəzilərinin məqam və mövqeyinə işarə edilməklə İbrahimin (ə) irsiyyət, eləcə də vücud və səmərə baxımından parlaq şəxsiyyəti bəyan edilir. Bunun ardınca bu sülalədən olan ilahi peyğəmbərlərin bir neçəsinin adı qeyd edilir. Əvvəldə deyilir: «İbrahimin sülaləsindən Davudu, Yəqubu, Əyyubu, Yusifi, Musanı və Harunu hidayət etdik.» Ayənin axırında buyurulur: «Biz yaxşı əməl sahiblərinə belə mükafat verərik.» Buradan aydın olur ki, onların yüksək məqam və mövqeləri yaxşı əməl sayəsində kəsb olunmuşdur.
    AYƏ 85-87:

    ﴿ وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِّنَ الصَّالِحِينَ. وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا وَكُلاًّ فضَّلْنَا عَلَى الْعَالَمِينَ. وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴾
    TƏRCÜMƏ:

    85. «Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər.»

    86. «Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik.»

    87. «Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.»

    85. Bu ayədə əlavə olunaraq buyurulur: Həmçinin Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da peyğəmbər qərar verdik ki, onların hər biri saleh şəxsiyyət idi. Yəni onların yüksək məqamları icbari və zahiri bir məqam deyildi. Əksinə, onlar yaxşı əməl sayəsində Allah dərgahında əzəmət və şəxsiyyət əldə etmişdilər.

    86. Bu ayədə də ilahi peyğəmbərlərdən və rəhbərlərdən dördünün adı qeyd olunur və buyurulur: İsmail, Yəsə, Yunus və Lutu. Hər birini öz dövrünün insanlarından üstün etmişdik.

    87. Bu ayədə, adları çəkilən peyğəmbərlərin saleh, səlahiyyətli, ləyaqətli qardaş və övladlarına ümumi şəkildə işarə edilir və deyilir: «Onların ata-babalarının, övladlarının və qardaşlarının arasında müəyyən şəxslərə fəzilət verdik, onları seçib düzgün yola hidayət etdik.»
    AYƏ 88:

    ﴿ ذَلِكَ هُدَى اللّهِ يَهْدِي بِهِ مَن يَشَاء مِنْ عِبَادِهِ وَلَوْ أَشْرَكُواْ لَحَبِطَ عَنْهُم مَّا كَانُواْ يَعْمَلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Bu, Allahın hidayətidir ki, bəndələrindən istədiyini onunla hidayət edir. Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər və puç olardı.»
    TƏFSİR:
    ÜÇ MÜHÜM İMTİYAZ

    İlahi peyğəmbərlərin bəzilərinin adını qeyd etdikdən sonra bu ayədə onların həyatındakı ümdə və ümumi məramlara işarə edilir və əvvəldə buyurulur: Bu, Allahın hidayətidir ki, onun vasitəsi ilə bəndələrindən hər kəsi istəsə, düz yola hidayət edər.

    Bəziləri tərəfindən onların bu yola məcburiyyət əsasında qədəm qoymaları, eləcə də Allahın onların barəsində heç bir əsas olmadan müstəsna və xüsusi nəzər yetirməsi təsəvvür olunmasın deyə, buyurulur: Əgər bu peyğəmbərlər, malik olduqları belə yüksək məqam və mövqe ilə yanaşı, Ona şərik qoşaraq müşrik olsaydılar, onların bütün yaxşı əməlləri puç olardı. Yəni onlar da başqalarının barəsində mövcud olan ilahi qanunlara tabedirlər və bu barədə heç bir ayrıseçkilik yoxdur.
    AYƏ 89:

    ﴿ أُوْلَـئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ فَإِن يَكْفُرْ بِهَا هَـؤُلاء فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُواْ بِهَا بِكَافِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar kitab (şəriət), hökm (rəhbərlik və hakimlik) və peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar (Qüreyş kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin edərik.»
    TƏFSİR:

    Bu ayədə bütün peyğəmbərlərin imtiyazlarının əsası və kökü olan üç məziyyətə işarə edilir və deyilir: «Bunlar həmin şəxslərdir ki, həm onlara səmavi kitab vermişdik, həm də hökm və nübüvvət məqamı əta etmişdik.»

    «Hökm» lüğətdə bir şeyin qarşısını almaq deməkdir. Əql qüvvəsi insanın səhvlərinin və qanuna zidd hərəkətlərinin, düzgün yürüdülən mühakimə zülmün, həmçinin adil hökumət də başqalarının yaramaz hərəkətlərinin qarşısını aldığına görə «hökm» kəlməsi bunların hər üçündə işlədilir.

    Sonra buyurulur: Məkkə əhlindən olan müşriklər və digərləri bu həqiqətləri qəbul etməsələr, sənin dəvətin cavabsız qalmayacaqdır. Çünki Biz bir cəmiyyətə əmr etmişik ki, nəinki onu qəbul etsinlər, üstəlik onu qoruyub saxlasınlar da. Onlar elə bir cəmiyyətdir ki, heç vaxt küfr yolunda qədəm götürməzlər və haqq qarşısında qeydsiz-şərtsiz təslimdirlər.
    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 817 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024