İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)

    AYƏ 90:

    ﴿ أُوْلَـئِكَ الَّذِينَ هَدَى اللّهُ فَبِهُدَاهُمُ اقْتَدِهْ قُل لاَّ أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ هُوَ إِلاَّ ذِكْرَى لِلْعَالَمِينَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol. (Və camaata) de: "Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm). Bu (Quran) aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyil.”»
    TƏFSİR:

    Bu ayədə yuxarıda adları qeyd olunan böyük peyğəmbərlərin məramları hidayət məşqi ünvanı ilə İslam Peyğəmbərinə (s) təqdim olunur və buyurulur: «Onlar elə şəxslər idi ki, ilahi rəhmətə nail olmuşdular. Belə isə onların hidayətini qəbul et.»

    Bu ayədə isə bir daha təkid edilir ki, bütün ilahi peyğəmbərlərin əsas prinsipləri vahid olmuş, sonradan gələn dinlər sadəcə olaraq əvvəlki dinləri daha da kamilləşdirmişlər.

    «Hidayət» kəlməsinin geniş məfhumu vardır ki, həm tövhidə, həm də sair əqidə üsullarına şamil olur. Eləcə də səbr, müqavimət və s. kimi əxlaqi prinsiplərə, təlim-tərbiyəyə aid edilir.

    Sonra Peyğəmbərə (s) göstəriş verilir ki, camaata belə desin: «Mən öz risalətim müqabilində sizdən heç bir əcr və mükafat istəmirəm. Məndən qabaqkı peyğəmbərlər də belə bir şey istəməmişlər. Mən də onların həmişəki adətinə tabe olur, onları qəbul edirəm.»

    Bundan əlavə, bu Quran bütün insanlar üçün risalət, hidayət və bir növ xəbərdarlıqdır. Belə bir nemət günəşin nuru, hava dalğaları və yağışa bənzəyir ki, ümumi şəkildə bütün insanlara aiddir. Bunlar heç vaxt alınıb-satılmır, heç kəs də onların müqabilində mükafat almır.
    AYƏ 91:

    ﴿وَمَا قَدَرُواْ اللّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُواْ مَا أَنزَلَ اللّهُ عَلَى بَشَرٍ مِّن شَيْءٍ قُلْ مَنْ أَنزَلَ الْكِتَابَ الَّذِي جَاء بِهِ مُوسَى نُورًا وَهُدًى لِّلنَّاسِ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُواْ أَنتُمْ وَلاَ آبَاؤُكُمْ قُلِ اللّهُ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ﴾
    TƏRCÜMƏ:

    «Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: "Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi.” De: "(Hamısını) Allah (nazil etmişdir)!” Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar.»
    TƏFSİR:

    Onlar Allahı layiq olduğu şəkildə tanımadılar. Onun əzəmətinə layiq olduğu səviyyədə riayət etmədilər. Onun Öz bəndələrinə qarşı göstərdiyi mərhəmət və lütfləri lazımınca qiymətləndirə bilmədilər. Buna görə də hər şeyi inkar edərək «Allah heç bir insana heç bir şey nazil etməmişdir» dedilər, hətta ən böyük ilahi rəhmət, bəndələrə ən yüksək mərhəmət olan Peyğəmbər (s) və vəhyi də inkar etdilər.

    Yəhudilər Quranın Peyğəmbərə (s) nazil olmasını inkar etməkdə mübaliğəyə yol verib hər şeyi inkar etdikləri zaman Allah onlara müəyyən mətləbləri xatırlatdı ki, həmin şeyləri etiraf etməkdən başqa bir çıxış yolları olmadı. Bu da hamının agah olduğu kimi, Tövratın Musaya (ə) nazil olması idi. Allah-təala bu barədə iqrar almaqla onları məzəmmət etdi və buyurdu: «Siz Tövratı təhrif etdiniz. Onun mətləblərinin bir qismini aşkar edib, digər qismini isə gizlətdiniz.» Sonra buyurulur: «Musa (ə) dinə aydınlıq gətirən və insanların hidayət səbəbi olan Tövratı gətirdi. Siz isə onu pərakəndə vərəqlər şəklinə saldınız ki, öz məqsədinizə çatıb bəzilərini aşkar edəsiniz, bəzilərini isə gizlədəsiniz.»

    Yəhudilərə xitab olunaraq deyilir: «Siz Peyğəmbərə (s) vəhy olunanlar vasitəsi ilə nə özünüzün, nə də ata-babalarınızın xəbərdar olmadığı şeyləri öyrənmisiniz. Halbuki, siz Tövratın daşıyıcıları idiniz və sizdən əvvəlki ata-babalarınız özünüzdən də artıq bilikli idilər.»

    «Nəml» surəsinin 76-cı ayəsi də həmin məzmunu bəyan edir: «Bu Quran, Bəni-İsrailin ixtilaflı olduğu şeylərin əksəriyyətini onlar üçün bəyan edir.»

    AYƏ nin sonunda buyurulur: De: "Onu Allah nazil etmişdir.” Sonra onları batdıqları şeylərdə boşla.
    AYƏ 92:

    ﴿وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ﴾
    TƏRCÜMƏ:

    «Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar).»
    TƏFSİR:

    «Haza kitabun» cümləsində kitab dedikdə məqsəd Qurani-Kərim, «mübarəkun» dedikdə isə məqsəd onun malik olduğu çoxlu faydalardır. O cümlədən, onun qiraət olunması xeyirdir. Ona əməl edilməsi bütün dünya və axirət xeyirlərinin mənşəyidir. Onda əvvəldəkilərin və axırdakıların elmi, halal-haramın hökmləri vardır. Dünya durduqca və təklif mövcud olduqca Quran da qalacaq və heç vaxt qüvvədən düşməyəcəkdir.

    Buyurulur: Bu Bizim nazil etdiyimiz çox bərəkətli kitabdır. Çünki müxtəlif xeyir-bərəkətin, yaxşılıq və qələbələrin mənşəyidir. Bundan əlavə, özündən əvvəl nazil olmuş səmavi kitabların hamısını təsdiq edir.

    Quranın özündən əvvəlki müqəddəs kitabları təsdiq etməsi dedikdə məqsəd budur ki, onlarda mövcud olan nişanələrin hamısı ilə uyğun gəlir. Buna əsasən, həm məzmun, həm də tarixi sənəd baxımından haqq olma nişanələri onda mövcuddur.

    Sonra Quranın nazil edilməsindəki hədəf belə izah edilir: «Onu göndərdik ki, Ümmül-Qura (Məkkə) əhalisini və onun ətrafında yaşayanların hamısını ilahi əzabdan qorxudub, onları öz vəzifə və məsuliyyətləri ilə agah edəsən.»

    Məkkəyə ona görə "Ümmül-Qura” deyilir ki, o yer üzündə vücuda gələn quru yerlərin əsli və başlanğıcıdır. Rəvayətlərdə qeyd olunur ki, yerin quru hissələri Kəbə evinin olduğu yerdən açılıb yayılmağa başlamış və «Dəhvul-ərz» (yerin genişlənməsi) adlandırılmışdır. Buna görə də «onun ətrafında yaşayanlar» dedikdə yer kürəsində yaşayan bütün insanlar nəzərdə tutulur.

    AYƏ nin davamında deyilir: Qiyamət gününə, əməllərin mükafatına, haqq-hesaba imanlı olanlar bu kitaba da iman gətirər, öz namazlarını da vaxtlı-vaxtında yerinə yetirərlər.
    NAMAZIN ƏHƏMİYYƏTİ

    Yuxarıdakı ayədə bütün dini göstərişlərdən yalnız namazın adı çəkilmişdir. Bildiyimiz kimi, namaz insanın Allahla olan rabitəsi olduğuna görə bütün ibadətlərdən yüksəkdir. Bəzi təfsirçilər inanırlar ki, bu ayə nazil olduğu zaman İslamda vacib olan yeganə şey namaz idi.
    AYƏ 93:

    ﴿وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ قَالَ أُوْحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنَزلَ اللّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلآئِكَةُ بَاسِطُواْ أَيْدِيهِمْ أَخْرِجُواْ أَنفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ﴾
    TƏRCÜMƏ:

    «Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda "mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!” deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: "canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.”»
    TƏFSİR:

    Əvvəlki ayələrdə aydın oldu ki, nübüvvət məqamı Peyğəmbərə (s) yalnız Allah tərəfindən verilir və bu səmavi kitab da ona nazil olur. Bu ayədə isə Quranı təkzib edən və onun kimi bir kitab gətirəcəklərini iddia edən kafirlər məzəmmət edilir.

    Bu ayədəki sual inkar sualıdır. Mənası budur ki, Allaha yalan nisbəti verərək özünü peyğəmbər adlandıran, həqiqətdə isə belə bir məqama malik olmayan şəxsdən də zalım bir şəxs yoxdur. Yaxud belə şəxs iddia edə bilər ki, ona vəhy olunur. Halbuki ona heç bir şey vəhy olunmur. Yalançı bir şəxsi peyğəmbər seçmək Allahın hikmətinə yaraşmaz. Bu iddia da bir növ iftira olduğuna görə əvvəlki cümlənin tərkibinə daxildir. Lakin çox əhəmiyyət kəsb etdiyinə görə ayrıca şəkildə qeyd olunmuşdur.

    Zəccacın dediyinə görə, bu cümlə «Allahın nazil etdiyi şeyləri nazil edərəm» − deyə iddia edənlərin cavabında nazil olub. Onlar belə böyük iddialar etdilər. Allahın nurunu söndürmək üçün nə qədər çalışıb xərc çəksələr və məkrli tədbirlər töksələr belə bu işin öhdəsindən gələ bilmədilər və Allah Öz nurunu tamamladı.

    Müfəssirlərdən bəziləri demişlər ki, məqsəd Əbdüllah ibn Səd ibn Əbi Sərəhdir. Bir gün Peyğəmbəri-Əkrəm (s) ona göstəriş vermişdi ki, belə yazsın: «Vələqəd xələqnəl-insanə min sulalətin min tinin...summə ənşənahu xəlqən axiri» («Möminun» surəsi, 12-ci ayədən sonra) Bu zaman Əbdüllah özündən asılı olmayaraq «Fətəbarəkəllahu əhsənul-xaliqin» cümləsini dedi. Peyğəmbər (s) göstəriş verdi ki, bu cümləni də yazsın və əlavə etdi ki, Allah tərəfindən ona bu cür nazil olmuşdur.

    Əbdüllah ibn Səd bu hadisədən sonra mürtəd olub dedi: «Əgər Məhəmməd düz deyirsə, onda ona nazil olan hər şey mənə də nazil olur. Əgər yalançıdırsa mən də elə onun kimi söz deyirəm!» Peyğəmbəri-Əkrəm (s) onun qanını mübah etdi.

    Peyğəmbərə (s) buyurulur: Kaş zalımları can verdiyi, yaxud cəhənnəm əzabında ən ağır işgəncələrə düçar olduğu halda görəsən. Ruhu alan, yaxud əzab mələkləri öz əllərini uzatmışlar ki, onların ruhunu alsınlar, yaxud onlara əzab versinlər. Bu zaman mələklər onların üzlərinə və alınlarına vuraraq deyərlər: "Əgər bacarırsınızsa və düz deyirsinizsə özünüzü bu çətinlikdən xilas edin!” Bu zaman onların çox dərdli əzaba düçar olduqlarını görərsən.

    Müfəssirlərin bəzisi demişdir: «Məqsəd budur ki, ruhu alan mələklər onları təhdid edərkən "Ruhunuzu bədəninizdən çıxardın!” deyərlər. Halbuki, ruhu bədəndən çıxartmaq onların öz işi deyil, mələklərin işidir.»

    Bəziləri demişlər: "Ayənin axirət əzabı barəsində nazil olduğunu əsas tutsaq məqsəd bu olar ki, Qiyamət günündə mələklər onlara belə deyər: "Əgər bacarırsınızsa, özünüzü əzabdan xilas edin! Siz bu gün xarlıqla yanaşı olan bir əzaba düçar olmusunuz. Çünki dünyada Allah barəsində nahaq sözlər deyir və Onun ayələri qarşısında təkəbbür edirdiniz.”
    İNCƏ MƏTLƏBLƏR:

    1. Mədəni zülm və ləyaqətsizlər tərəfindən ümmətə rəhbərlik iddiası etmək ən böyük zülmdür.

    2. Bəzi xəlifələrin işi olan dində bidətçilik Allah barəsində iftira və yalanın ən böyük nümunələrindən biridir.
    AYƏ 94:

    ﴿وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَاكُمْ وَرَاء ظُهُورِكُمْ وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاء لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ﴾
    TƏRCÜMƏ:

    «(Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir.»
    TƏFSİR:

    Bu cümlə insanların öldüyü, yaxud Qiyamətdə dirildiyi zaman Allah-təalanın onlara dediyi sözlərdir. Bəziləri də demişlər ki, bu, mələklərin insanların ruhunu qəbz etdikləri vaxt onlara dediyi sözlərdir. Hər bir halda onlara deyilir ki, sizi ana bətnində tək-tənha yaratdığımız kimi indi də Bizim yanımıza əliboş halda, tək-tənha gəlmisiniz. Heç bir köməkçiniz yoxdur; nə mal-dövlətiniz vardır, nə də sərvətiniz, nə qulam və kəniziniz vardır, nə də bir xidmətçiniz. Bir sözlə, Qiyamətdə yenidən dirilmək sizin ilk yaradılışınız kimidir.

    Dünyada sizə verdiyimiz mal-dövlətlə iftixar edib öyünürdünüz. Amma indi onları arxada qoyub Bizim hüzurumuza günah yükü ilə gəlmisiniz. İndi o mal-dövlətdən başqaları istifadə edir, siz isə cəza çəkirsiniz. Nə qədər böyük bədbəxtçilik və həsrətdir!

    Sizin öz işlərinizdə və taleyinizdə Bizimlə şərik olduğunu, Qiyamət günündə də Bizim dərgahımızda şəfaət edəcəyini güman etdiyiniz bütlər artıq sizinlə yanaşı deyildir. İndi görürsünüz ki, bütlərə pərəstiş etməyin sizin üçün heç bir faydası yox imiş. Səylərinizin hamısı puça çıxmış, dediklərinizin hamısı səhv olmuşdur.

    Bu ayə təkcə şirk əhlinə məxsus deyil, ümumiyyətlə, Allahdan başqasına pərəstiş edən, Ondan başqasına ümid və etimad bəsləyən, Ondan başqasının ziyanından qorxan hər bir şəxsə aiddir.

    Sonra buyurulur: «İndi sizin aranızda olan bağlılıq telləri büs-bütün qırılmış, nəsəb və əlaqələr kəsilmişdir və hər kəs öz işilə məşğuldur. Sizin təsəvvürləriniz də puça çıxdı. İndi Allahın hüzurunda özünüzə şəfaətçi hesab etdiyiniz bütlərin harada olduğunu bilmirsiz və onların sizə heç bir faydası yoxdur.»

    Bəzi təfsirçilər demişlər ki, məqsəd budur ki, «sizin Qiyamətdə olacaq haqq-hesab barəsindəki sözləriniz puça çıxmışdır».

    Bu ayə insanları ötəri, əldən gedən və ölümündən sonra insana heç bir faydası olmayan mal-dövlət dalınca getməyə deyil, nicat və qurtuluşuna səbəb olan işlərin ardınca getməyə təşviq edir.
    AYƏ 95-96:

    ﴿ إِنَّ اللّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَى يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ذَلِكُمُ اللّهُ فَأَنَّى تُؤْفَكُونَ. فَالِقُ الإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ ﴾
    TƏRCÜMƏ:

    95. Bu ayədə müşriklər üçün yaradılış aləmində mövcud olan əsrarəngiz qəribəliklər və insanı heyrətə gətirən tədbirlərlə əlaqədar dəlil-sübut ünvanı ilə buyurulur: «Həqiqətən Allah quru və cansız dəni yarıb ondan bitki budaqları yaradır, həmçinin ondan xurma və başqa ağaclar çıxardır. Yaxud (məqsəd budur ki), Allah-təala dən və çərdəkdə bir yarıq icad edərək onu iki bərabər hissəyə bölür ki, bu da xilqətin qəribəliklərindəndir.»

    Hər bir halda, Allah dənənin və çərdəyin xaliqidir. O, yaşıl və canlı bitkini quru və cansız dənədən xaric edir, quru dəni də canlı bitkidən çıxarır. Bu məna Zəccacdan nəql olunmuşdur. Ərəblər yaşıl bitkiyə «canlı», o kəsildikdə, yaxud quruduqda isə ona «ölü» deyirlər. Həsən, Qütadə, İbn Zeyd və başqa müfəssirlər demişlər: "Məqsəd budur ki, Allah canlı varlıqları cansız nütfədən, cansız nütfəni də canlı varlıqlardan xaric edir.”[Rəvayətlərə əsasən bə’zən imansız insanlardan mö’min, bə’zən də mö’minlərdən kafir övladlar dünyaya gəlir.]

    Bütün bu işlərin hamısını Allah edirsə, bəs nə üçün haqdan üz döndərirsiniz? Nə üçün bu aydın dəlilləri boşlayıb batilin ardınca gedirsiniz? Nə üçün dərindən diqqət yetirmirsiniz ki, ibadətdə başqasını Allaha şərik qoşmaq əvəzinə, sizə nemət verən, dəni yararaq əkin sahələrini yaradan bir Allaha pərəstiş edəsiniz?!

    96. O Allah ki, zülməti, gecə qaranlığını yarıb sübhün işıqlığını ondan çıxarır. Bu mənanı müfəssirlərin çoxu, o cümlədən, İbn Abbas qeyd edərək əlavə etmişdi ki, Allahın gecəni sizin asayiş və istirahətiniz, gündüzü isə iş və fəaliyyətiniz üçün xəlq etməsi Onun böyük nemətlərindən biridir. Gecə və gündüzü bir-birinin ardınca gətirməsi də Onun sonsuz qüdrətinin nişanələrindəndir.

    «Günəşi və ayı öz hərəkət yollarında (orbitlərində) hərəkətə gətirir.»

    Günəş 365,25 gün ərzində 12 bürcü qət edir. Ay da öz hərəkətində qəməri aylarını və illərini vücuda gətirir. İnsanların həyatında gecə, gündüz, ay və ilin hesabı (təqvimi) ayın və günəşin hərəkəti əsasında tənzim olunmuşdur. Belə ki buyurulur: «Günəş və ay dəqiq hesab üzrə hərəkətdədirlər»[«Ərrəhman» surəsi, ayə 5]

    Başqa bir yerdə isə buyurulur: «Bu ay və günəşin hamısı müəyyən orbit üzrə hərəkətdədirlər.»[«Ənbiya» surəsi, ayə 33]

    Bu, İbn Abbas, Sədi, Qutadə və Mücahidin təfsirləridir.

    Cümlə bu məsələni bəyan etmək istəyir ki, günəş və ayın hərəkəti insanların müamilələrində, tarix və ibadət vaxtlarında lazımdır.

    Bütün bunlar, yəni sübhün vasitəsilə gecə zülmətinin yarılması, gecənin insanların istirahət etməsi, ay və günəşin insanların vaxt cəhətindən mühasibə aparması üçün qərar verilməsi və s. qüdrəti sonsuz olan Allahın təqdiridir və heç kəsin Ona itaət etməkdən boyun qaçırmağa haqqı yoxdur. Çünki Allah insanların mənafe və tədbirinə hamıdan artıq agahdır.
    AYƏ 97-98:

    ﴿ وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ. وَهُوَ الَّذِيَ أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ ﴾
    TƏRCÜMƏ:

    97. «Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tövhid, qüdrət və hikmət) ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq.»

    98. «Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət və hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq.»
    TƏFSİR:

    97. Mütəal Allah əvvəlki mətləblərin davamı olan bu ayədə Özünün qüdrət və yeganəliyinə dair bir dəlil olan mətləbləri bəyan edir. Əvvəlcə buyurur: Allah o kəsdir ki, ulduzları sizin mənafeyiniz üçün yaratdı ki, onun işığından, çıxdığı yerdən və səmadakı mövqeyindən istifadə edərək səhralarda yolunuzu tapasınız. Çünki onların bəzisi insanın qarşısında, bəzisi arxasında, bəzisi sağ tərəfində, bəzisi isə sol tərəfində qərarlaşır. Ulduzlar səfərdə qibləni tapmaq, gecənin hansı saatının olmasını ayırd etmək, səhralarda və dənizlərdə yolu tapmaqda camaata yol göstərir.

    Bəlxi deyir:«Litəhdədu biha» cümləsi ulduzların yalnız camaata yol göstərilməsi üçün yaradıldığına dəlalət etmir. Əksinə, Allah-təala ulduzları, onların malik olduqları sonsuz mühüm mənfəətlər üçün xəlq etmişdir. Əgər bir şəxs böyüklü-kiçikli bütün ulduzlar, onların yerləri, orbit və hərəkətlərinin müxtəlifliyi barəsində tədqiqat aparsa, günəşin və ayın faydaları, onların bitki və heyvanların inkişaf etməsindəki mühüm təsirlərinə diqqət yetirsə, bu müddəanın düzgünlüyünü dərk edər. Əgər onlar yalnız insanlara yol göstərmək üçün yaradılmış olsaydı, bəzilərinin böyük, bəzilərinin kiçik və onların hərəkət orbitlərinin müxtəlif olmasının mənası olmazdı.

    Əli ibn İbrahimin təfsirində qeyd olunur ki, «nücum» dedikdə məqsəd Ali-Məhəmməddir (s).

    Axırda buyurulur: Biz Öz dəlil və ayələrimizi camaat üçün bəyan edirik ki, təfəkkür yolu ilə elm əldə etsinlər.

    98. Bu ayədə belə buyurulur: Allah sizi bir nəfərin sülbündən – Həzrət Adəmdən (ə) yaratmışdır. Çünki bizim hamımız Adəmdən (ə) yaradılmışıq. Bu özü də Allahın insanlara qoyduğu minnətlərdən biridir. Çünki insanların hamısının bir atadan dünyaya gəldiyi üçün onların arasında qarşılıqlı həmkarlığa, dostluğa, ülfətə münasib şərait yaranır.

    Sizin ana bətnində bir yeriniz, qəbirdə, oradan qalxdığınız vaxta qədər isə digər bir mənziliniz vardır. Başqa sözlə desək, sizin yer üzündə də, Allah dərgahında da mənziliniz vardır. Biz Öz ayələrimizi düşüncəyə malik olub ibrət alanlar üçün müfəssəl şəkildə bəyan edirik.

    «Düşüncə qüdrətinə malik olanlar üçün bəyan edirik» buyurulmasının səbəbi bundan ibarətdir ki, Qurandakı dəlillərdən yalnız onlar istifadə edirlər. Eləcə də Quranın hidayətindən yalnız müttəqilər bəhrələnirlər. Bu cümlə həm əvvəlki ayədə, həm də bu ayədə təkrar olunur ki, bu mətləblərdən hər birinin diqqət yetiriləsi olduğu aydınlaşsın, Allahın yeganə və əzəmətli olmasını göstərsin.
    AYƏ 99:

    ﴿وَهُوَ الَّذِيَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ انظُرُواْ إِلِى ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ إِنَّ فِي ذَلِكُمْ لآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ﴾
    TƏRCÜMƏ:

    «Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.»
    TƏFSİR:

    Əvvəlki ayələrdə Allahın vəhdət və əzəmətinin isbat olunması ilə əlaqədar qeyd olunan mətləblərin ardınca bu ayədə buyurulur: Biz buluddan sizin üçün yağış göndərdik və onun vasitəsilə hər şeyi inkişaf etdirdik. Yəni heyvanların, quşların və insanların qidası onun vasitəsilə vücuda gəlir. Deməli, «nəbatə kulli şəyin» dedikdə, məqsəd cücərib inkişaf edən hər bir şeydir.

    AYƏ nin mənasının belə də olması mümkündür: «yağışın vasitəsilə hər növ bitkiləri yaşıllaşdırdıq». Buna əsasən, «nəbatə kulli şəy» dedikdə məqsəd müxtəlif növ bitkilərdir. Çünki su bitkilərin yaranıb inkişaf etməsinə səbəb olur.

    Biz sudan (yaxud bitkidən) yaşıllıqlar, onlardan dən və budaq, o cümlədən küncüt, buğda və s. kimi sünbüllər çıxarırıq. Xurma ağacından müxtəlif salxımlar çıxardırıq ki, bəzən əlçatmaz yerlərdə olur və meyvəsinə əl çatmır. Bəzi hallarda alçaqda olur və meyvəsini asanlıqla əldə etmək olur. Bu şərif ayədə yalnız ikinci qism bəyan olunmuş və birinin qeyd olunması ilə kifayətlənmişdir. Çünki digər qismi mövcud əlamətlərlə dərk edilə bilər.

    Bəzi təfsirçilər demişlər ki, «daniyə» kəlməsindən məqsəd barının ağırlığına və çoxluğuna görə əyilib yerə yaxınlaşan bəzi xurma ağaclarıdır.

    Bunu da nəzərə almaq lazımdır ki, təkcə xurma ağacında deyil, başqa ağaclarda da dəri və qılaf vardır. Buna baxmayaraq, mütəal Allah yalnız xurma ağacının adını qeyd edir. Çünki, onun çoxlu faydaları, tərkibində çoxlu qida maddələri və vitaminlər vardır.[Xurmada çoxlu A, B, D və S vitamini vardır. A vitamini heyvanların inkişafında və görmə qabiliyyətində mühüm rol oynayır. Hüceyrələri və toxumaları iltihaba qarşı müqavimətli edir. B vitamini gözdə və dəridə yaranan nasazlıqları dəf edir, iflicin və iştahsızlığın qarşısını alır. S vitamini az olan hallarda müxtəlif qanaxmalar, halsızlıq, yorğunluq (xüsusən, bahar fəslində), ürəkdə və qan-damar sistemində nasazlıqlar, tənəffüs üzvlərində müəyyən ağırlıq və s. yaranır. Bə’zi xurma növlərində «D» vitamini də vardır.]

    «Suyun vasitəsilə üzüm bağlarını, zeytun və nar ağacı vücuda gətiririk» cümləsində zeytunla narın birlikdə qeyd edilməsinin səbəbi ərəblərin nəzərində onların şaxələrinin hər yerinin yarpaqla örtülməsidir.

    Bu ağacların özləri bir-birinə oxşardır. Amma meyvələri tamamilə fərqlidir. Bəziləri deyirlər ki, məqsəd onların yarpaqlarının bir-birinə oxşar, meyvələrinin isə fərqli olmasıdır. Daha üstün nəzər isə budur ki, onların hamısı müəyyən cəhətlərdən bir-birinə oxşar, digər cəhətlərdən isə fərqlidir.

    Ağacların necə meyvə verməsinə ibrət nəzəri ilə baxın, görün ki, onların meyvəsi necə də yetişərək sizin istifadənizə verilir. Yəni bu mərhələlərdə – meyvənin budaq üstündə (tumurcuq şəklində) yarandığı ilk gündən yetişdiyi vaxta qədər onun dadı, rəngi, iyi, böyük və kiçikliyində baş verən müxtəlif dəyişikliklər barədə axtarış aparın ki, Yaradanın xilqət və tədbirindəki gözəllikləri görə biləsiniz.

    Bəli, meyvələrin və bitkilərin yaradılışı barədə fikirləşməkdə, onların arasında mövcud fərqlərdə, quruluşlarındakı çox dəqiq və məharətli işlərə diqqət yetirməkdə imanlılar üçün aydın və qaneedici dəlillər vardır və onların xilqət aləmini elm və hikmət əsasında zinətləndirən bir Xaliqi olduğunu isbat edir.

    Müasir dövrdə meyvələrin necə əmələ gəlib yetişməsi barəsində oxuduqlarımıza diqqət yetirməklə Quranın meyvələr haqqında verdiyi xüsusi əhəmiyyət və incəlik aydın olur. Çünki meyvələrin yaranması eynilə heyvanlar arasındakı nəsil artımına bənzəyir: nütfələr müxtəlif vasitələrlə (külək, həşərat və s.) xüsusi kisələrdən ayrılaraq bitkinin dişi hüceyrələrinə düşür və tozlanma baş verdikdən, bir-biri ilə birləşdikdən sonra toxum əmələ gəlir. Onun ətrafını örtən müxtəlif qida maddələri eynilə heyvanlardakı ətə oxşayır. Bu qida maddələri quruluşca növbənövdür. Qida maddələri dad, tərkib xüsusiyyətləri və müalicəvi əhəmiyyət baxımından bir-biri ilə son dərəcə fərqlənirlər. Bəzən bir meyvənin (misal üçün, üzüm və narın) yüzlərlə dənəsi var. Onların hər bir dənəsi də öz növbəsində bir ağacın toxumu hesab olunur və çox mürəkkəb bir tərkibi təşkil edirlər.

    Digər tərəfdən, meyvənin kal olduğu vaxtdan tamamilə yetişdiyi vaxta qədər ötüb keçdiyi müxtəlif mərhələlər çox maraqlıdır. Çünki meyvənin daxilində olan «labaratoriyalar» daim işlə məşğuldur və onun kimyəvi tərkibi mütəmadi olaraq dəyişilir. Nəhayət, axırıncı mərhələyə çatdıqda, kimyəvi tərkibi sabit qalır.

    Bu mərhələlərin hər biri Yaradanın qüdrət nişanələrini və əzəmətini göstərir. Lakin Quranın öz təbiri ilə desək, bunları yalnız imanlılar, yəni haqqı görən, həqiqəti axtaranlar görüb dərk edirlər. Amma inadkar, yaxud etinasız və şəxsiyyətsiz adamlar bu həqiqətlərdən heç birini görmürlər.
    AYƏ 100:

    ﴿ وَجَعَلُواْ لِلّهِ شُرَكَاء الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُواْ لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَصِفُونَ ﴾
    TƏRCÜMƏ:

    «(Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.»
    TƏFSİR:
    BÜTÜN ƏŞYALARIN XALİQİ ODUR.

    Bu ayədə və sonrakı ayələrdə müşriklərin və batil din sahiblərinin düzgün olmayan əqidələrindən bir qismi onların məntiqi cavabı ilə birlikdə qeyd edilir. Əvvəlcə buyurulur: «Onlar Allah üçün cinlərdən şərik qərar verirlər.»

    Sonra bu xurafatçı təsəvvürə cavab olaraq buyurulur: «Halbuki, onları (cinləri) Allah yaratmışdır.» Necə ola bilər ki, bir kəsin yaratdığı şey onunla şərik olsun? Çünki şəriklik eyni qəbildən olmaq əlamətidir. Halbuki məxluq Xaliqlə əsla müqayisə oluna bilməz.

    Digər bir xurafat bu idi ki, onlar nadanlıq üzündən Allahın qızları və oğlanları olduğuna inanırdılar. Həqiqətdə bu cür xurafatların batil olmasına dair ən yaxşı dəlil «biğəyri elmin» kəlməsindən əldə olunur. Yəni onların bu mövhumatçı əqidələr barəsində heç bir elmi, nişanə və dəlilləri yoxdur.

    Amma kimlərin Allah üçün oğlanlar qərar verdiyinə gəldikdə, başqa ayələrdə onların ikisinin adı qeyd edilmişdir. Onlardan biri İsanın Allahın oğlu olduğuna inanan məsihilər, digəri isə Üzeyiri Allahın övladı hesab edən yəhudilər idi. Lakin «Tövbə» surəsinin 30-cu ayəsindən məlum olur ki, Allahın övladı olduğuna inam təkcə məsihi və yəhudilərin deyil, əvvəlki xurafatçı dinlər arasında da olmuşdur.

    Allahın qızları olduğuna inananların barəsində isə «Zuxruf» surəsinin 19-cu ayəsində belə buyurulur: «Onlar (müşriklər) Allahın bəndələri olan mələkləri Onun qızları bilirlər.»

    AYƏ nin axırında bütün bu xurafatçı mətləblər, mövhumatçı təsəvvürlər və əsassız fikirlər batil hesab edilərək buyurulur: Allah-təala, Onun üçün qərar verilən bu (cür yaramaz) xüsusiyyətlərdən çox-çox yüksək və pakdır.
    AYƏ 101-102:

    ﴿ بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ أَنَّى يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُن لَّهُ صَاحِبَةٌ وَخَلَقَ كُلَّ شَيْءٍ وهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ. ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لا إِلَـهَ إِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ ﴾
    TƏRCÜMƏ:

    101. «Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O yaratmışdır və O hər şeyi biləndir.»

    102. «Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.»
    TƏFSİR:

    101. Ayədə bu kimi xurafatçı əqidələrə cavab olaraq əvvəlcə buyurulur: Allah o kəsdir ki, asimanları və yeri icad etmişdir.

    «Bədi» hər hansı bir şeyi, heç bir nümunə olmadan icad etmək mənasınadır. Yəni Allah asimanları və yeri heç bir maddə, yaxud ilkin layihə olmadan icad etmişdir. Bundan əlavə, Onun necə övladı ola bilər? Halbuki Onun həyat yoldaşı yoxdur.

    Ümumiyyətlə, Onun həyat yoldaşına nə ehtiyacı ola bilər? Bundan əlavə, kim Onun həyat yoldaşı ola bilər? Halbuki bütün varlıqlar Onun məxluqudur.

    Bir daha Allahın bütün əşyalara və varlıqlara olan xaliqiyyət məqamına, bütün əşyalar barəsində elmi əhatəsinə təkid edərək buyurur: O hər şeyi yaratdı və hər şeydən xəbərdardır.

    102. Bu ayədə xaliqiyyət məsələsi irəli çəkildikdən sonra asimanların və yerin icad olunması, cism, cismaniyyət, övlada sahib olmaq və s. kimi hər növ naqis xüsusiyyətlərdən pak, elmi cəhətdən hər şeyə, hər işə əhatəli olması buyurulur və belə nəticə alınır: Sizin Pərvərdigarınız belə bir kəsdir ki, (Ondan başqa heç kəs belə sifətlərə malik olmadığından,) Ondan başqasının bir şeyi vücuda gətirməyə ləyaqəti olmayacaqdır. Pərvərdigar da, yaradan da Odur (yalnız O məbud ola bilər). Belə isə yalnız Ona pərəstiş edin.

    AYƏ nin axırında Allahdan başqasına olan hər növ ümidin kəsilməsi və ümumiyyətlə hər növ şirkin aradan qaldırılması üçün buyurulur: Hər şeyin qoruyucusu, hifz edəni və idarə edəni Odur.
    AYƏ 103:

    ﴿ لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ ﴾
    TƏRCÜMƏ:

    «Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.»
    TƏFSİR:

    Bu ayədə Allahın hər bir şeyin mütləq hakimi və qoruyucusu olması, həmçinin bütün varlıqlar vasitəsilə hakimiyyətinin isbat olunması üçün buyurulur: Gözlər Onu görə bilməz, amma O bütün gözləri görür, müxtəlif nemətlər əta edir. Bütün incə məsələlərdən agahdır və hər şeydən məlumatı var. Bəndələrinin mənafeyini bilir. Onların ehtiyaclarından agahdır və onlarla Öz mərhəməti əsasında rəftar edir.

    Həqiqətdə hər şeyin keşikçisi, mürəbbisi və sığınacaq yeri olmaq istəyən şəxs bu sifətlərə malik olmalıdır.
    GÖZLƏR ALLAHI GÖRƏ BİLMƏZ

    Əqli dəlillərlə isbat olunur ki, mütəal Allah zahiri gözlərlə heç vaxt görünə bilməz. Çünki göz yalnız cisimləri və ya onların bəzi keyfiyyətlərini görə bilər. Cism olmayan, cismi keyfiyyətlərə malik olmayan bir şey də gözlə müşahidə oluna bilməz.

    Başqa sözlə desək, əgər bir şey gözlə görünsə, hökmən məkan, cəhət və maddəyə malik olmalıdır. Halbuki Allah bunların hamısının fövqündə dayanır. Maddi aləmdə hər şeyin məhdud, Allah isə qeyri-maddi bir varlıq olduğuna görə O, maddi aləmin fövqündədir.

    İmam Rzadan (ə) nəql olunur ki, «əbsar» dedikdə məqsəd başda yerləşən gözlər deyil, qəlbin gözləridir. Yəni Allah xəyal, güman və fəhmdən də yüksəkdədir, heç kəsin fəhm qüvvəsinə sığmaz. Heç kəs Onun varlığının necəliyini dərk edə bilməz.[«Təfsiri burhan», səh. 547-548, «Təfsiri Safi», səh. 145, «Təfsiri cəvamiül-cami», səh. 230 və «Nurus-səqəleyn]
    AYƏ 104:

    ﴿ قَدْ جَاءكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ وَمَنْ عَمِيَ فَعَلَيْهَا وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Quran və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).»
    TƏFSİR:

    «Bəsair» kəlməsi «bəsirət» sözünün cəm forması olub elə dəlalətə və yol göstərmələrə deyilir ki, onların vasitəsi ilə bir şeyin həqiqəti aşkar olsun. «Bəsirət» qəlbin abadlığı, «bəsər» də gözün aydınlığıdır. Deməli, ayənin mənası belə olur: Hansı şeyin Allaha rəva olduğu, hansı şeyin isə rəva olmadığı məlum olsun deyə, vəhy yolu ilə qəlbləriniz üçün işıqlıq və gözünüz üçün qüvvə hesab olunan agahlıqlar gəlmişdir. Belə isə, hər kəs haqqı görsə və ona iman gətirsə, öz xeyrinə iş görmüş olur. Hər kəs də ondan üz çevirsə öz zərərinə tamam olur.

    Bu ayədən məlum olur ki, insanlar öz işlərində məcbur deyillər. Əksinə, tam ixtiyar sahibidirlər. Sonra Peyğəmbərə (s) göstəriş verilir ki, onlara belə desin: Mən sizin keşikçiniz deyiləm ki, əməllərinizi qoruyub saxlayam, sonra sizə əcr və savab verəm. Mən yalnız ilahi əzabla qorxudanam, sizin keşikçiniz və qoruqçunuz Allahdır.
    AYƏ 105:

    ﴿ وَكَذَلِكَ نُصَرِّفُ الآيَاتِ وَلِيَقُولُواْ دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: "Sən (kitab əhlinin yanında) dərs oxumusan.” Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.»
    TƏFSİR:

    Bu ayədə istər haqq, istərsə də batil yolun seçilməsinə dair yekun qərarın insanın öz öhdəsinə olmasına təkid etmək üçün buyurulur: Biz ayə və dəlilləri müxtəlif şəkillərdə bəyan edirik. Lakin bəziləri müxalifətə qalxır və heç bir dəlil tapmadan, araşdırma aparmadan deyirlər: Bu dərsləri başqalarından (yəhudilərdən, məsihilərdən və onların dini kitablarından) öyrənmisən. Lakin Bizim məqsədimiz budur ki, onu elm və agahlığı olan şəxslər üçün bəyan edək.
    AYƏ 106:

    ﴿ اتَّبِعْ مَا أُوحِيَ إِلَيْكَ مِن رَّبِّكَ لا إِلَـهَ إِلاَّ هُوَ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ ﴾
    TƏRCÜMƏ:

    «Rəbbin tərəfindən Sənə edilmiş vəhyə tabe ol. Ondan başqa heç bir məbud yoxdur. Və müşriklərdən üz döndər.»
    TƏFSİR:

    Burada Peyğəmbəri-Əkrəmin (s) müxalifətlərin, kin-küdurətlərin və töhmətlərin qarşısındakı vəzifəsi bəyan edilir və buyurulur: Sənin vəzifən bundan ibarətdir ki, Pərvərdigarın tərəfindən sənə vəhy olunanlara tabe olasan. Elə bir Allah ki, Ondan başqa heç bir məbud yoxdur. Həm də vəzifən budur ki, müşriklərin özlərinə, onların yersiz nisbətlərinə və əsassız sözlərinə etina etməyəsən.

    Həqiqətdə bu ayə Peyğəmbəri-Əkrəmə (s) təskinlik və ruhiyyə verir ki, bu cür müxalifətlər qarşısında özünün güclü əzm və polad kimi sarsılmaz iradəsində azacıq belə süstlüyə yol verməsin.
    AYƏ 107:

    ﴿ وَلَوْ شَاء اللّهُ مَا أَشْرَكُواْ وَمَا جَعَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ ﴾
    TƏRCÜMƏ:

    «Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).»
    TƏFSİR:

    Bu ayədə bir daha təkid olunur ki, Allah onları icbari olaraq imana vadar etmək istəmir. Əgər istəsəydi hamılıqla iman gətirər və heç kəs müşrik olmazdı. Həmçinin təkidlə buyurulur ki, Biz səni onlara (onların əməllərinə) məsul qərar verməmişik, eləcə də sənin vəzifən onları iman gətirməyə məcbur etmək deyildir.

    Bu ayələrin bəyan tərzi çox diqqətə layiqdir və göstərir ki, Allaha və İslamın əsaslarına iman gətirməkdə heç bir məcburiyyət yoxdur. Əksinə, bu məqsədlər məntiq və istidlal yolu ilə, eləcə də şəxslərin ruhuna və təfəkkürünə nüfuz etməklə irəli aparılmalıdır. Çünki məcburi imanın heç bir dəyəri yoxdur. Əsas məsələ budur ki, insanlar bunları dərk edib iradə və ixiyar üzündən iman gətirsinlər.
    AYƏ 108:

    ﴿وَلاَ تَسُبُّواْ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ فَيَسُبُّواْ اللّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ كَذَلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَى رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعْمَلُونَ﴾
    TƏRCÜMƏ:

    «Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.»
    TƏFSİR:

    Mütəal Allah bu ayədə təkidlə buyurur ki, müşriklərin məbud və bütlərindən heç birini söyməyin. Çünki bu iş onların da zülm, cəhalət və nadanlıq üzündən həmin işləri Allahın müqəddəs hüzuruna rəva görmələrinə səbəb ola bilər.

    Bəzi rəvayətlərdə deyilir ki, möminlərdən bir dəstəsi bütpərəstliyə qarşı keçirdikləri ciddi narahatlığa görə bəzən müşriklərin bütlərini təhqir edərək söyürdülər. Quran bu məsələni aşkar şəkildə qadağan edərək, hətta ən xurafatçı və ən pis din sahibi olan müşriklərlə rəftar edərkən ədəb qaydalarına, iffətə və nəzakətə riayət olunmasını lazım hesab edir. Çünki söyüş söyməklə, yaramaz və nalayiq sözlər danışmaqla heç kəsi yanlış və batil yoldan qaytarmaq olmaz. Çünki hər bir qrup və millət haqq və ya batil olmasınıdan asılı olmayaraq, özünün əqidə və əməllərinə qarşı xüsusi təəssübə malikdir.

    Sonra buyurulur ki, hər bir qövmün əməlini onların nəzərində zinətləndiririk. Çünki onların meyl və təbiətlərinə uyğundur. Lakin eyni halda, haqqı da onlar üçün tanıtdırırıq ki, onun göstərişlərinə əməl edib batildən uzaqlaşsınlar.
    AYƏ 109:

    ﴿ وَأَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِن جَاءتْهُمْ آيَةٌ لَّيُؤْمِنُنَّ بِهَا قُلْ إِنَّمَا الآيَاتُ عِندَ اللّهِ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءتْ لاَ يُؤْمِنُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: "Həqiqətən möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddiaçının öhdəsinədir).” (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?»
    TƏFSİR:

    Cəbrail (ə) nazil olub dedi ki, möcüzə yalnız Allahın əlindədir, onların nəfsani istəklərinə tabe deyil. Bundan əlavə, onların təkliflərindən bəziləri əql ilə ziddiyyət təşkil edir, dünya teatr salonu, varlıq sistemi də müşriklərin həvəsləri üçün oyun-oyuncaq deyildir.


    Sonra Cəbrail (ə) belə bir xəbər gətirdi ki, ey Peyğəmbər, sən bu möcüzələri göstərmək istəsən (Allah tərəfindən) sənin istəyinə cavab veriləcək. Lakin onlar iman gətirməsələr çox şiddətli cəzalara düçar olacaqlar (və məhv olunacaqlar). Amma onların istəklərinə əhəmiyyət verməyib öz halına buraxsan, bəzilərinin gələcəkdə tövbə edib haqq yoluna gəlməsi mümkündür.

    Peyğəmbər (s) bu təklifi qəbul etdi və yuxarıdakı ayə nazil oldu.
    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 1051 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024