İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)

    AYƏ 130:

    ﴿يَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنذِرُونَكُمْ لِقَاء يَوْمِكُمْ هَـذَا قَالُواْ شَهِدْنَا عَلَى أَنفُسِنَا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَشَهِدُواْ عَلَى أَنفُسِهِمْ أَنَّهُمْ كَانُواْ كَافِرِينَ﴾
    TƏRCÜMƏ:

    «(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): "Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?” deyərlər: "Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular).” Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.»
    TƏFSİR:

    Allah Qiyamət günündə zalımlara və şeytansifətlərə buyurar: Ey cinlərdən və insanlardan olanlar! Sizi hidayət etmək üçün özünüzdən olan peyğəmbərlər göndərmədikmi?

    Əlbəttə, bütün peyğəmbərlər insan olmuşdur. Amma peyğəmbərlərin bir qrupdan olmasına baxmayaraq, bütün cinlərə və insanlara xitab olunduğuna görə hər iki qrupa nisbət verilir ki, həmin münasibətə riayət olunsun.

    Bu peyğəmbərlər Mənim açıq-aydın dəlil və nişanələrimi sizə oxuyur, sizi belə bir gündəki görüşdən qorxudurdular. Hamılıqla deyərlər: Biz öz əleyhimizə şəhadət veririk.

    Qiyamətdə günahkarların Allahın hüzurunda etdikləri bu iqrar və etirafları göstərir ki, Allahın höccətinin onlar üçün tamam olduğunu, Allahın onlar üçün peyğəmbərlər və hidayətçilər göndərdiyini qəbul etmişlər.

    İbn Abbasdan nəql olunur ki, peyğəmbər insanların arasından seçilir. İnsanlardan olan peyğəmbərlər də cinlərə onların özlərindən olan bir nümayəndə və rəsul təyin edir.
    AYƏ 131:

    ﴿ ذَلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ الْقُرَى بِظُلْمٍ وَأَهْلُهَا غَافِلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.»
    TƏFSİR:

    Allahın əbədi qanunlarından biri də budur ki, düz yolu əyri yoldan, haqqı batildən seçmək üçün peyğəmbərlər göndərir, müxtəlif xatırlatmalar və xəbərdarlıqlar vasitəsilə haqqı, həqiqətləri insanlara bəyan edir, höccəti tamamlayır. Məhz belə olan surətdə əgər etinasızlıq eləsələr, cəzalandırılarlar. Bu ümumi və külli bir qanun çoxlu ayələrdə bəyan edilir. O cümlədən «Şüəra» surəsinin 208-ci ayəsində belə buyurulur: «Biz heç bir məmləkətin əhalisini ora peyğəmbərlər göndərməmiş həlak etmədik.» «İsra» surəsinin 15-ci ayəsində isə belə buyurulur: «Biz onlara peyğəmbər göndərməyincə onları əzaba düçar etmədik.»

    Deməli, ilahi cəzalar Allahın rübubi məqamının tələb etdiyi ədalətdən irəli gəlir. Buna görə də xatırlatma və bəyan olmadan cəzalandırmaq qəbahətli bir zülm sayılır.
    AYƏ 132:

    ﴿ وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُواْ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir.»
    TƏFSİR:

    Allah adildir və hər kəsin rütbə və dərəcəsini, onun öz əməlinə uyğun verir. Deməli, insanların xoşbəxt, yaxud bədbəxt olması onların rəftar və əməllərinə bağlıdır.
    AYƏ 133-134:

    ﴿ وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِن بَعْدِكُم مَّا يَشَاء كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ. إِنَّ مَا تُوعَدُونَ لآتٍ وَمَا أَنتُم بِمُعْجِزِينَ ﴾
    TƏRCÜMƏ:

    133. «Rəbbin ehtiyacsız və rəhmət sahibidir. Əgər istəsə sizi aradan aparar və sizdən sonra, sizi başqa bir dəstənin nəslindən vücuda gətirdiyi kimi istədiyini (insan və ya qeyrisini) sizin canişininiz edər.»

    134. «Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur).»
    TƏFSİR:

    Əvvəlki ayələrdə ədaləti bərqərar etməkdən, zülm etməməkdən söhbət gedirdi. Bu ayədə isə Allahın ədalət göstəricisi olan iki sifəti – mütləq ehtiyacsızlığı və rəhməti irəli çəkilir. («Cəvaimul-Came» təfsiri). Əvvəldə buyurulur: Sənin Pərvərdigarın həm bəndələrin özlərindən, həm də onların ibadətlərindən ehtiyacsız, geniş rəhmət sahibidir. Bəndələrə rəhm edir və böyük mənfəətlər vermək üçün onları mükəlləf edir. Bunlar da Allahın əzəmətinin yad edilməsi ilə yanaşı olan təklif və vəzifələrin yerinə yetirilməsindən başqa yolla müyəssər ola bilməz.

    Sonra buyurulur: Ey günahkarlar! Əgər Allah istəsəydi, hamınızı məhv edər, sonra sizin yerinizə Ona itaət edəcək başqa bir qövm gətirərdi. Necə ki, sizi başqa insanların nəslindən vücuda gətirmişdir.

    Sizə vədə verilənlər, o cümlədən həşr, nəşr, mükafat, cəza, behiştin dərəcələri, eləcə də cəhənnəmin təbəqələri arasında mövcud olan ixtilaflar və s. şübhəsiz gəlib çatacaqdır və siz Allahın hakimiyyət dairəsindən xaricdə deyilsiniz.
    AYƏ 135:

    ﴿ قُلْ يَا قَوْمِ اعْمَلُواْ عَلَى مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُ عَاقِبَةُ الدِّارِ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar.”»
    TƏFSİR:

    Yəni siz «qüdrətinizin çatdığı qədər, imkanlarınızın ən yüksək mərhələsində əməl edin, mən də öz növbəmdə əməl edirəm.» Məqsəd budur ki, siz küfr, inad və ədavətinizdə qalacaqsınız, mən də İslamda və sizin qarşınızda səbr etməklə sabitqədəm olacağam.

    Tezliklə hansımızın bəyənilən aqibətə malik olacağı məlum olacaqdır. Zalımlar öz məqsədlərinə çatmazlar.
    AYƏ 136:

    ﴿وَجَعَلُواْ لِلّهِ مِمِّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالأَنْعَامِ نَصِيبًا فَقَالُواْ هَـذَا لِلّهِ بِزَعْمِهِمْ وَهَـذَا لِشُرَكَآئِنَا فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلاَ يَصِلُ إِلَى اللّهِ وَمَا كَانَ لِلّهِ فَهُوَ يَصِلُ إِلَى شُرَكَآئِهِمْ سَاء مَا يَحْكُمُونَ﴾
    TƏRCÜMƏ:

    «(Müşriklər) Allahın yaratdığı şeylərdən–əkin və dördayaqlılardan Ona bir pay qoydular və öz gümanlarına əsasən "bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir” dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.»
    TƏFSİR:

    Peyğəmbərlərin ilahi tərbiyə proqramlarından uzaqlaşan, xəyali və puç fikirlər vadisinə düşənlərin söz və qərarları da eynilə xəyali və məntiqsizdir. Onlar özlərini hər bir şeyin maliki və sahibi hesab edir və elə bu əsasda da bölgü aparırdılar. Bir dəfə oğlanları özlərinə götürərək qızları Allahın payı hesab edirdilər («Nəcm» surəsi, 21-ci ayə), başqa vaxt isə taxılı və heyvanları öz xəyallarına əsasən bölüşdürürdülər.

    Müşriklər bütlərin paylarının heç vaxt dəyişdirilə bilmədiyini təsəvvür edir və bu payları bütxanalara və oradakı xidmətçilərə xərcləyirdilər. Lakin Allahın payını uşaqlara, fəqirlərə və qonaqlara deyil, «asimanların Allahı ehtiyacsızdır!» – deyə xərcləri kəsir gəldiyi zaman bütxanalara sərf edirdilər.

    Onlar necə də pis mühakimə yürüdürdülər! Çünki öz bütlərini Allahdan qabağa salır və heç bir şəri və qanuni əsası olmayan işlər görürdülər. Bundan da çirkin və rüsvayçı bir iş ola bilərmi ki, insan bir daş parçasını, yaxud dəyərsiz taxtanı bütün varlıq dünyasını yaradan Allahdan üstün olduğunu güman etsin? Düşüncənin bundan da aşağı səviyyəyə tənəzzül etməsi təsəvvür edilə bilərmi?
    AYƏ 137:

    ﴿ وَكَذَلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلاَدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُواْ عَلَيْهِمْ دِينَهُمْ وَلَوْ شَاء اللّهُ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.»
    TƏFSİR:

    Bu ayədə isə Allah-təala bütpərəstlərin eybəcər və çirkin xislətlərindən digər birinə işarə edərək buyurur: Onlar əkinçilikdən məhsul əldə etdikləri və mal-qara saxladıqları zaman Allah üçün müəyyən bir pay ayırıb seçdikləri kimi, şeytanlar da qız övladlarını qətlə yetirmək və ya diri-diri basdırmaq kimi (fəqirlikdən və yoxsulluqdan qorxduqlarına görə) çirkin işləri onların nəzərində gözəl cilvələndirmişdir.

    Bəziləri demişlər ki, qızları öldürmək kimi insaniyyətə zidd bir ənənə buradan başlanmışdır: Nöman ibn Münzər bir qoşun ilə hücum edib ərəb qövmündən birini qarət etdi və onların qadınlarını əsir tutdu. Qeys ibn Asimin də qızı əsirlərin içində idi. Sonra sülh bağlandı. Qadınların hamısı öz ailələrinə qayıtdılar, amma Qeysin qızı düşmən ordusunun arasında qalmağı üstün hesab etdi. Qeys and içib dedi ki, bundan sonra nə qədər qızı olacaqsa hamısını diri-diri basdıracaq.

    «Li yərudduhum» kəlməsindəki «lam» hərfi «aqibət» üçündür. Yəni övladın qətlə yetirilməsinin zinətli göstərilməsinin nəticəsi insanların həlak olmasıdır. Əlbəttə, onların arasında elə inadkarlar da var idi ki, qızları həlak etmək məqsədi güdürdülər.

    Bu işin digər nəticəsi bu idi ki, onları dinləri barədə şəkk-şübhəyə salırdılar. Əgər Allah onları bu işdən çəkindirmək, yaxud bu işi tərk etməyə məcbur etmək istəsəydi, hökmən edər və onların qarşısını alardı. Amma bu iş ixtiyari bir məsələ olan təkliflə uyğun gəlmir.

    Axırda son dərəcə şiddətli bir təhdidlə buyurulur ki, onları öz yalan və iftiraları ilə birlikdə tərk et və öz hallarına burax. Çünki Allah onları cəzalandıracaqdır.

    Bu ayə göstərir ki, qətl işinin zinətləndirilməsi və qətlin özü onların öz əməlləri idi. Bunu Allaha nisbət verməkdə isə yalan danışırdılar.
    AYƏ 138:

    ﴿وَقَالُواْ هَـذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لاَّ يَطْعَمُهَا إِلاَّ مَن نّشَاء بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لاَّ يَذْكُرُونَ اسْمَ اللّهِ عَلَيْهَا افْتِرَاء عَلَيْهِ سَيَجْزِيهِم بِمَا كَانُواْ يَفْتَرُونَ﴾
    TƏRCÜMƏ:

    «Onlar öz gümanlarına əsaslanaraq, Allaha iftira yaxmaq üzündən dedilər: «Bunlar qadağan olunmuş dördayaqlılar və əkindir, bizim istədiyimiz kəslərdən (bütlərin xidmətçilərindən) başqası onlardan yeməməlidir və bunlar minilmələri haram olan dördayaqlılardır.» Həmçinin (kəsərkən başları) üzərində Allahın adını çəkmədikləri dördayaqlılar(ı da var idi). (Allah) tezliklə onları yaxdıqları iftiranın müqabilində cəzalandıracaqdır.»
    TƏFSİR:

    Bu ayədə onların gülünc əqidələrindən digər birinə işarə edilir. Belə ki, onlar öz yanlış təsəvvürlərinə görə dəvələri, inəkləri, qoyunları və əkin sahələrini haram və toxunulmaz hesab edir, onları öz məbudları üçün ayırır və deyirdilər ki, bizim icazə verdiyimiz şəxslərdən başqa heç kəs onlardan istifadə edə bilməz. Ayə «öz təsəvvürlərinə görə» deyə buyurmaqla bunu çatdırmaq istəyir ki, onların bu iddiaları üçün heç bir dəlilləri yox idi. Sadəcə olaraq öz puç xəyallarına istinad edirdilər.

    «Minilməsi qadağan olunan heyvanlar» dedikdə məqsəd on dəfə, hamısını da dişi doğan bir dəvə, həmçinin beş qarın doğan və qulağı yarılan dəvə, eləcə də on bala dünyaya gətirən erkək dəvədir.

    Mücahid demişdir: «Müşriklər Allahın adını bəzi heyvanlara və onlara aid olan şeylərə çəkmir və onlarla həccə getmirdilər. Yaxud başlarını kəsən vaxt Allahın adını yox, bütlərin adını çəkirdilər. Bu işləri də görərkən «Allah bizə belə göstəriş vermişdir» deyə iddia edirdilər ki, bu da aşkar yalan və iftira idi.»

    AYƏ nin axırında buyurulur ki, Allah tezliklə onların yağdırdıqları iftiralar müqabilində cəzalarını verəcəkdir.
    AYƏ 139:

    ﴿ وَقَالُواْ مَا فِي بُطُونِ هَـذِهِ الأَنْعَامِ خَالِصَةٌ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَى أَزْوَاجِنَا وَإِن يَكُن مَّيْتَةً فَهُمْ فِيهِ شُرَكَاء سَيَجْزِيهِمْ وَصْفَهُمْ إِنَّهُ حِكِيمٌ عَلِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «Həmçinin "bu dördayaqlıların qarnındakı (əgər diridirsə) biz kişilərə məxsusdur və arvadlarımıza haramdır və əgər ölüdürsə, onda hamı şərikdir” dedilər. (Allah) onları tezliklə bu (xoşagəlməz) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən O, (şəriətdə) hikmətli və (xeyir və ziyanları) biləndir.»
    TƏFSİR:

    Bu ayədə Allah-təala onların sözlərindən digər birini nəql edir. Əvvəllər barəsində söhbət olunan kafirlər deyirdilər: Ətinin yeyilməsi və minilməsi haram olan bu heyvanların qarnında olan balalar xalis şəkildə bizim kişilərimizə məxsusdur və qadınlarımıza haramdır.

    Bir şeyin müəyyən bir adam üçün xalis olmasının mənası budur ki, heç bir şəriki olmasın. (Əməllərin Allah üçün xalis olmasındakı kimi.) «Zükur» kəlməsi «zəkər» kökündən alınıb, şərəf deməkdir. Onların nəzərində erkək heyvanlar dişi heyvanlardan şərəfli hesab olunurdu. Əgər heyvanın balası ölü doğulsaydı, qadın və kişi onda şərik idilər. Sonra buyurulur: Tezliklə onları bu cür vəsf etdiklərinə görə cəzalandıracağıq. Allah hikmət sahibidir və cəzanı Öz hikmətinə uyğun olaraq təxirə salır, yaxud sürətləndirir. Həmçinin Allah onların bütün işlərindən də xəbərdardır.

    Bu ayədə kafirlər üçün dörd eyb sadalanmışdır:

    1. Heyvanların başını Allahın izni olmadan kəsirdilər.

    2. Heyvanları pak olmasını iddia edərək yeyir və Allaha böhtan və iftira atırdılar.

    3. Azad olunmuş dəvələrin balalarını qadınlara haram bilirdilər.

    4. Ölü şəkildə dünyaya gələn heyvan balasını heç bir dəlil olmadan həm kişilərə, həm də qadınlara halal hesab edirdilər.
    AYƏ 140:

    ﴿ قَدْ خَسِرَ الَّذِينَ قَتَلُواْ أَوْلاَدَهُمْ سَفَهًا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ اللّهُ افْتِرَاء عَلَى اللّهِ قَدْ ضَلُّواْ وَمَا كَانُواْ مُهْتَدِينَ ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar.»
    TƏFSİR:

    İbn Abbas demişdir: «Hər kəs cahil ərəb qövmlərinin cəhalətinin hansı dərəcədə olmasını bilmək istəyirsə, «Ənam» surəsini (yuxarıda qeyd olunan ayələrini) oxusun.»

    Ərəb cahilləri bütlərə yaxınlaşmaq, yaxud abır-heysiyyətini qorumaq məqsədi ilə öz qızlarını bütlərə qurban kəsir, yaxud diri-diri basdırırdılar.

    Bir nəfər özünün narahatlıq səbəbini Peyğəmbərə (s) demişdi: «Cahiliyyət dövründə Allah mənə bir qız verdi, onu öldürmək istəyəndə arvadım mane oldu. Qız böyüdü və ona elçi gəldi. Qeyrətim buna icazə vermədi. Ərsiz də qalması məsləhət deyildi. Bir gün onu səhraya aparıb bir quyu qazdım, qız nə qədər qışqırıb-bağırdısa, etina etmədən onu dəfn etdim.»

    Peyğəmbər (s) ağlayıb sonra buyurdu: «Əgər (şəriətdə tövbədən sonra) keçmiş əməllərin bağışlanması olmasaydı, səni heç vaxt cəzasız buraxmazdım!»
    İNCƏ MƏTLƏBLƏR:

    1. Xurafatları ən şiddətli bəyanlarla məhkum etmək lazımdır.

    2. Cəhalət və səfehlik xəsarət amilidir (övladın əldən verilməsi, insani duyğuların itirilməsi, halal nemətlərdən məhrum olmaq, cəhənnəm və ilahi əzab kimi xəsarətlər).

    3. Ən böyük xəsarət insanın batil yolda fəda olmasıdır–istər bütə qurbanlıq olsun, istərsə də xəyali və yaxud yersiz qeyrətə.

    4. Bir şeyin haram edilməsi ya əqli, ya da şəri dəlil əsasında olmalıdır.

    5. Halal şeylərin nahaq yerə qadağan edilməsi Allaha iftira sayılır və qadağandır.
    AYƏ 141:

    ﴿وَهُوَ الَّذِي أَنشَأَ جَنَّاتٍ مَّعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُواْ مِن ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُواْ حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلاَ تُسْرِفُواْ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْرِفِينَ﴾
    TƏRCÜMƏ:

    «Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir.»
    TƏFSİR:

    Burada Mütəal Allah üzüm bağlarının və əkin sahələrinin yaradılmasına işarə edir. «Məruşat» (yerə sərilməmiş) özləri ayaq üstə dayana bilən bitkilərə, qeyri-məruşat (yerə sərilmiş) isə özləri ayaq üstə dayana bilməyən, yerin üstünə sərilən bitkilərə deyilir.

    AYƏ də buyurulur ki, Allah-təala xurma ağacları və əkin sahələrini vücuda gətirmişdir. Halbuki, onların meyvələri və məhsulları rəng, dad, həcm, iy baxımından tamamilə fərqlənir.

    Həmçinin zeytun və nar ağaclarını vücuda gətirdi, halbuki, onlardan bəziləri dad, rəng və həcm baxımından bir-birinə oxşayır, bəzilərinin isə heç bir oxşarlığı yoxdur.

    «Bar verdiyi vaxt meyvələrindən yeyin» cümləsindən məlum olur ki, meyvənin zahir olduğu vaxtdan etibarən onun yeyilməsi caizdir. Belə fikirləşilməsin ki, onun yetişdiyi vaxta qədər gözləyib, yalnız o vaxt yemək caizdir, başqa hallarda isə yox.

    Sonra buyurulur ki, «bu barədə israfa yol verməyin», yəni onun hamısını sədəqə olaraq verib, öz ailənizi məhrum etməyin.

    AYƏ 142:

    ﴿ وَمِنَ الأَنْعَامِ حَمُولَةً وَفَرْشًا كُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ﴾
    TƏRCÜMƏ:

    «Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən o, sizin açıq-aşkar düşməninizdir.»
    TƏFSİR:

    «Fərş» kəlməsində məqsəd qoyun kimi bəzi heyvanlardır ki, bədənləri yerə yaxın olduğuna görə fərş hesablanır, yaxud onun yunundan və ya dərisindən döşəmə hazırlanır. «Nəhl» surəsinin 80-ci ayəsində də heyvanların yunundan, tükündən və dərisindən istifadə olunmasına işarə edilmişdir.

    Əvvəlki ayədə bəzi meyvələrin adı qeyd olunmuşdu. Bu ayədə isə heyvanların xeyir-bərəkətlərindən söz açılır. Deməli, «həmulə və fərş» kəlmələri əvvəlki ayədəki «meyvə və bağlar»a bağlanır.

    Müfəssirlərin çoxu demişlər ki, «həmulə» dedikdə yükdaşıyan, «fərş» dedikdə isə yük daşımayan heyvanlar nəzərdə tutulur. Əvvəlki ayədə əkinçiliyə, burada isə maldarlığa işarə olunub. Buna əsasən, yaradılış dünyasında hər bir şey müəyyən hədəf və hikmət əsasında xəlq olunub insanın ixtiyarına verilmişdir. Heyvanlar barəsində ümumi qanun və əsl (ilkin) qayda onların istifadəsinin halal olmasıdır. Yalnız bəzi dəlillər vasitəsilə istisna edilən hallar haram sayılır.
    AYƏ 143:

    ﴿ثَمَانِيَةَ أَزْوَاجٍ مِّنَ الضَّأْنِ اثْنَيْنِ وَمِنَ الْمَعْزِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الأُنثَيَيْنِ نَبِّؤُونِي بِعِلْمٍ إِن كُنتُمْ صَادِقِينَ﴾
    TƏRCÜMƏ:

    «Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) – qoyundan iki baş (bir erkək, bir dişi) və keçidən iki baş (bir erkək, bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş və vəhşi) və keçidən iki cüt (əhliləşdirilmiş və vəhşi). De: "Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)nı?! Əgər doğruçusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin.”»
    TƏFSİR:

    Bu ayədə izah ünvanı ilə həm insanların yük daşımasında, həm də qidalanmasında qabiliyyəti olan əti halal heyvanların bir qismi şərh olunur və buyurulur: Allah-təala sizin üçün heyvanlardan səkkiz cüt yaratmışdır: Qoyundan bir cüt (dişi və erkək) və keçidən bir cüt (dişi və erkək).

    Bunların qeyd olunmasından dərhal sonra Peyğəmbərə (s) göstəriş verilir: Onlardan aşkar şəkildə soruş: Yoxsa Allah onların erkəklərini, yaxud dişilərini və ya dişi qoyunların və keçilərin qarnında olan balaları haram etmişdir?

    Sonra əlavə edilir: Əgər düz deyirsinizsə və bu heyvanlardan hər birinin haram olmasına dair elm və bilik üzündən dəliliniz vardırsa, mənə xəbər verin!
    AYƏ 144:

    ﴿وَمِنَ الإِبْلِ اثْنَيْنِ وَمِنَ الْبَقَرِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الأُنثَيَيْنِ أَمْ كُنتُمْ شُهَدَاء إِذْ وَصَّاكُمُ اللّهُ بِهَـذَا فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾
    TƏRCÜMƏ:

    «Həmçinin, dəvədən iki baş, ya iki cüt və inəkdən iki baş, ya iki cüt (yaratdı). De: "Allah o ikisinin erkəklərini haram edib, ya dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakını?! Məgər Allah bunu (bidət olan bu dırnaqarası haramı) sizə tövsiyə edərkən yanında idiniz?! Buna görə də kim insanları nadanlıqla azdırmaq üçün Allaha qarşı yalan uydurandan daha zalımdır?! Allah zalımların dəstəsini əsla hidayət etməz.”»
    TƏFSİR:

    Bu ayədə digər dörd cütə işarə edilir və buyurulur: Dəvədən iki cüt (erkək və dişi) və inəkdən iki cüt (erəkək və dişi) qərar verdik. De: Bunlardan hansını Allah haram etmişdir? Erkəkləri, yoxsa dişiləri, yaxud dəvələrin və inəklərin qarnında olanları?

    Bu heyvanların halal və ya haram olmasına dair hökm yalnız Allahın əlindədir ki, həm onların, həm insanın, həm də bütün dünyanın yaradanıdır.

    Əvvəlki ayədə qeyd olunmuşdu ki, müşriklərin ixtiyarında bu heyvanların ətinin haram edilməsinə dair heç bir əqli və elmi dəlil yox idi. Çünki onlar nə nübüvvət, nə də vəhy iddiası edirdilər. Buna əsasən, üçüncü ehtimal qalır ki, bu fərmanın verilməsi zamanı hazır və şahid olduqlarını iddia etsinlər. Buna görə də buyurulur: Allahın bu mövzuya dair sizə tövsiyə etdiyi zaman siz buna şahid idinizmi? Sualın cavabı mənfi olduğuna görə onların bu barədə töhmət və iftiradan başqa bir şeyə əl atmadıqları sübut olunur. Buna görə də ayənin axırında əlavə edilir ki, Allahın adından yalan sözlər deyən, cəhalətdə qalanları azdırmaq istəyən kimsədən də bir zalım adam varmı? Şübhəsiz, Allah zalımları heç vaxt hidayət etməz.

    Yuxarıdakı ayədən məlum olur ki, Allahın adından yalan danışmaq Onun müqəddəs dərgahında edilən ən böyük zülmlərdən biri olmaqla yanaşı, həm də Allahın bəndələrinə və şəxsin özünə edilən zülmdür.
    AYƏ 145:

    ﴿قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ﴾
    TƏRCÜMƏ:

    «De: "Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram. Əgər kimsə ləzzət axtarmadan, yaxud (zəruri miqdardan) həddi aşmadan (onları yeməyə) məcbur olsa, həqiqətən, sənin Rəbbin çox bağışlayan və mehribandır.”»
    TƏFSİR:

    Allah-təalanın haram buyurduğu şeylərin müşriklərin haqq dininə artırdıqları bidətlərdən seçilməsi üçün bu ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, onlara açıq-aşkar şəkildə belə desin: Mənə vəhy olunanlar içərisində heç bir şəxs üçün - istər qadın-kişi, istərsə də uşaq-böyük - haram bir yemək görmürəm.

    Yalnız bir neçə şey istisna olunur: Onlardan birincisi özü ölmüş heyvan, yaxud heyvanın bədənindən çıxan qandır. (Heyvanın damarları şəri qaydada kəsildikdən və adi miqdarda qan çıxdıqdan sonra onun bədənindəki ətin arasında qalan qanlar nəcis deyildir.)

    Növbəti haram şey donuz ətidir. Çünki bunların hamısı "rics”, yəni iyrənc şeylərdir. Sağlam insan təbiəti buna nifrətlə yanaşır və onlar müxtəlif növ aludəliklərin və ziyanların mənşəyidir.

    Sonra dördüncü növə işarə olaraq buyurulur: Yaxud başı kəsilən zaman Allahın adı çəkilməyən heyvanlar. Bu da əxlaqi və mənəvi cəhətdən Allahla yadlıq və tövhid məktəbindən uzaqlıqdır.

    Deməli, şəri kəsilmənin iki şərti var: Onlardan bəziləri dörd damarın kəsilməsi, heyvandan normal miqdarda qanın sıçrayışla çıxması kimi maddi yönə malikdir. Bəziləri isə üzü qibləyə olmaq, kəsərkən «Bismillah» demək, kəsənin müsəlman olması kimi mənəvi yönə malikdir.

    AYƏ nin axırında zərurət halında və çıxılmaz vəziyyətə düşən, öz canını qorumaq üçün ondan başqa heç bir yemək tapmayan şəxslər üzərindən bu haram ətlərdən istifadə edilmənin qadağası götürülür. Bu kimi hallar istisna olunur və buyurulur: Zərurət vəziyyətinə düşənlər üçün günah yoxdur. Bu şərtlə ki, yalnız canının qorunması üçün yesin, əksinə ləzzət almaq, yaxud Allahın haramını halal saymaq, həddindən artıq yemək məqsədilə olmasın. Bu halda Pərvərdigar bağışlayan və mehribandır, onları bağışlayacaqdır.

    Həqiqətdə bu iki şərt ona görə qoyulmuşdur ki, çıxılmaz vəzyyətə düşənlər Allahın qoyduğu qanunları pozmaq üçün bəhanə gətirə bilməsinlər.
    AYƏ 146:

    ﴿وَعَلَى الَّذِينَ هَادُواْ حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلاَّ مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ذَلِكَ جَزَيْنَاهُم بِبَغْيِهِمْ وِإِنَّا لَصَادِقُونَ﴾
    TƏRCÜMƏ:

    «Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini - bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla - haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq.»
    TƏFSİR:
    YƏHUDİLƏRƏ HARAM EDİLƏN ŞEYLƏR

    Bu ayədə, bütpərəstlərin öz tərəflərindən uydurduqları qondarma hökmlər aydın olsun deyə, yəhudilərə haram edilən şeylərin bir qisminə işarə olunur. Halbuki bu qondarma hökmlər nə İslamla, nə də yəhudi dini ilə uyğundur. (Hətta məsihi dini ilə də uyğun gəlmir. Belə ki, onlar adətən öz hökmlərində yəhudilərin dinlərinə tabe olurlar). Buna görə də əvvəlcə buyurulur: Yəhudilərə hər növ dırnaqlı heyvanı haram etdik.

    Sonra buyurulur: İnəyin və qoyunun bədənindəki piyləri də onlara haram etmişdik.

    Bunun ardınca üç istisna hal belə qeyd olunur: Bu iki heyvanın kürəyində, yanlarında və bağırsaqlarının arasında olan, eləcə də sümüklə qarışan piylərdən başqa. Lakin ayənin axırında aşkar şəkildə buyurulur ki, bunlar əvvəldə yəhudilərə haram deyildi, amma Biz onları rəva gördükləri zülmə görə bu nemətlərdən – özlərinin də çox xoşladıqları bu yeməklərdən məhrum etdik.

    Əlavə təkid olaraq buyurulur: Bu, bir həqiqətdir və Biz doğru danışanlardanıq.
    AYƏ 147:

    ﴿ فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلاَ يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ ﴾
    TƏRCÜMƏ:

    «Əgər səni təkzib etsələr, de: "Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz.”»
    TƏFSİR:

    Yəhudilərin və müşriklərin inadkarlıqları aydın bir məsələ idi. Amma onların inadlarını davam etdirəcəkləri və nəticədə Peyğəmbəri (s) təkzib edəcəkləri mümkün olduğundan bu ayədə Allah-təala Öz Peyğəmbərinə (s) buyurur ki, əgər onu təkzib etsələr, onlara belə desin: Sizin Pərvərdigarınız geniş və sonsuz rəhmət sahibidir. Sizi dərhal cəzalandırmaz. Əksinə, bəlkə öz səhvlərinizdən peşman olub pis əməllərinizdən Allaha doğru qayıdasınız deyə, sizə möhlət verir. Lakin əgər Allahın verdiyi möhlətdən istifadə etməsəniz və yersiz töhmətlərinizi davam etdirsəniz, bilin ki, Allahın cəzası qətidir və nəhayət sizi tutacaqdır. Çünki Onun cəzaları günahkar cəmiyyətdən dəf olunası deyildir.

    Bu ayə Quran təlimlərinin əzəmətini gözəl şəkildə bəyan edir. Belə ki, yəhudilərin və müşriklərin bu qədər qanunsuz əməllərini şərh etdikdən sonra onları dərhal əzabla, işgəncə ilə təhdid etmir. Əksinə, əvvəlcə mehr-məhbbət dolu təbirlərlə Allah dərgahına qayıdış yollarını göstərir ki, təşviq olunsunlar və Haqqa doğru qayıtsınlar. Amma Allahın geniş rəhmətinin onların və sair tüğyançıların cürətlənməsinə səbəb olmaması, eləcə də inadkarlıqlarından əl çəkmələri üçün axırıncı cümlədə onları qəti bir ilahi cəza ilə təhdid edir.
    AYƏ 148:

    ﴿سَيَقُولُ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا أَشْرَكْنَا وَلاَ آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن شَيْءٍ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِم حَتَّى ذَاقُواْ بَأْسَنَا قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِن تَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ أَنتُمْ إَلاَّ تَخْرُصُونَ﴾
    TƏRCÜMƏ:

    «Müşriklər tezliklə "əgər Allah istəsəydi nə biz, nə də atalarımız (Ona) şərik qoşardıq və nə də bir şeyi (özümüzə) haram edərdik (deməli, Allah bizim Ona şərik qoşmağımıza və bəzi şeyləri haram etməyimizə razıdır)!” deyəcəklər. Onlardan əvvəlkilər (də peyğəmbərlərini şirkin və bidətin haramlığı barədə) beləcə təkzib etdilər və nəhayət bizim əzabımızı daddılar. De: "Sizin əlinizdə (dəlil-sübutu olan) bir elm varmı ki, onu bizim üçün (qarşımıza) çıxarasınız?! Siz gümandan başqa bir şeyə tabe olmur və təxmindən başqa bir şeylə danışmırsınız.” (Çünki, Allaha şərik qoşmaq və bir sıra şeylərin əsassız olaraq haram edilməsinin qarşısının yaradılışda alınmaması, Allahın onlara razı olması demək deyildir.)»
    TƏFSİR:

    Əvvəlki ayələrdə müşriklər barəsində olan sözlərin ardınca bu ayədə onların puç dəlillərinə cavab verilir. Əvvəlcə buyurulur: Tezliklə müşriklər halal ruzilərin qadağan edilməsi və şirk ilə əlaqədar iradlara cavab verərkən belə deyəcəklər: Əgər Allah istəsəydi, nə biz müşrik olardıq, nə də bizim bütpərəst ata-babalarımız, həmçinin heç bir şeyi də qadağan etməzdik. Deməli, bizim əməl və sözlərimizin hamısı Allahın istəyi ilədir.

    Müşriklər sair günahkarlar kimi cəbr pərdəsi altında gizlənərək öz yaramaz əməllərinə bəraət qazandırmaq və canlarını qurtarmaq istəyirlər. Həqiqətdə onlar iddia edib deyirlər ki, Allahın bizim bütpərəstlik əməllərimiz və müəyyən heyvanları haram etməyimiz qarşısında sükut etməsi Onun razılığını göstərir. Çünki əgər razı olmasaydı, müəyyən yollarla bizi bu işlərdən mütləq çəkindirməli idi.

    Quran onların cavabında qətiyyətlə bəhs apararaq əvvəlcə buyurur: Belə yalanları Allaha nisbət verən təkcə bunlar deyil, keçmiş qövmlərdən də bəziləri həmin yalanları demişdilər. Lakin axırda pis əməllərinin cəzasına düçar olmuş və Bizim cəzalarımızı dadmışlar. Onlar həqiqətdə bu sözləri ilə həm yalan danışır, həm də peyğəmbərləri təkzib edirdilər. Əgər Allah bu işə razı olsaydı, onda Öz peyğəmbərini hansı əsasla tövhidə dəvət üçün göndərərdi? Ümumiyyətlə, peyğəmbərlərin dəvətinin özü insanın ixtiyar sahibi və iradə azadlığına malik olmasına ən mühüm dəlildir.

    Sonra buyurulur: «Onlara belə de: Doğrusu, bu iddianıza dair qəti və danılmaz bir dəliliniz vardırmı? Əgər varınızdırsa, onda nə üçün göstərmirsiniz?»

    Axırda əlavə edilir: Şübhəsiz, sizin bu iddiaya dair heç bir dəliliniz yoxdur, yalnız xam xəyallara və təsəvvürlərə tabe olursunuz.
    AYƏ 149:

    ﴿ قُلْ فَلِلّهِ الْحُجَّةُ الْبَالِغَةُ فَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Beləliklə, yetərli (heç kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə) istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz).”»
    TƏFSİR:

    Bu ayədə müşriklərin iddialarını batil etmək üçün digər bir dəlil gətirilir və buyurulur: De: Allah-təala tövhid və Özünün yeganəliyi, eləcə də halal-haram hökmlər barəsində Özünün yetərli və aşkar dəlilini gətirmişdir – həm Özünün peyğəmbərləri vasitəsilə, həm də əql yolu ilə. Belə ki, heç kəs üçün azacıq belə, bəhanəyə yer qalmamışdır.

    Deməli, onlar heç vaxt iddia edib deyə bilməzlər ki, Allah Özünün sakit qalmağı ilə onların yaramaz əməl və əqidələrini təsdiqləmişdir. Əməllərində məcbur olmalarını da iddia edə bilməzlər. Çünki əgər məcbur olsaydılar, dəlil gətirmək, peyğəmbərlər göndərmək, onların vasitəsi ilə dəvət və təbliğ etmək əbəs bir iş olardı. Dəlil gətirilməsi də iradə azadlığını göstərir.

    AYƏ nin axırında buyurulur: Əgər Allah istəsəydi, sizin hamınızı məcburi şəkildə hidayət edərdi, hamınız iman gətirərdiniz. Lakin belə bir imanın, həmçinin belə iman sayəsində yerinə yetirilən əməllərin heç bir dəyəri yoxdur. Əksinə, insanın təkamül və fəziləti bununladır ki, o, hidayət və təqva yolunu öz əqli əsasında, iradə və ixtiyarı ilə seçmiş və ötmüş olsun.

    İmam Musa Kazimin (ə) belə buyurduğu nəql olunur: «Allahın insanlara iki növ höccəti vardır: Aşkar höccəti və gizli höccəti. Aşkar höccəti peyğəmbərlər, rəsullar və imamlardır. Batini və gizli höccəti isə əql və fikirdir (təfəkkürdür).»
    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 845 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024