İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Maidə surəsinin təfsiri)

    Nurul-Quran (Maidə surəsinin təfsiri)

    AYƏ 15:

    ﴿ يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ ﴾
    TƏRCÜMƏ:

    «Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.»
    TƏFSİR:

    İslam dünyəvi bir dindir və bütün dinlərin ardıcıllarını haqqa – özünə doğru dəvət edir.

    İslam ilahi dinlər arasında ən asan, cəmiyyəti idarə etməyə qadir olan ən yaxşı dindir. Buna əsasən, camaatın haqq yola dəvət edilib yol göstərilməsində heç nədən, hətta kitab əhlinin əhd-peyman pozmalarından belə məyus olmayın. Məxfi saxlanmış mətləblərin bəyan olunması qeyb elminin nişanələri və Peyğəmbəri tanıma yollarından biridir.

    Bir sözlə, bəşəriyyət aləmi Quransız zülmətlidir.
    AYƏ 16:

    ﴿ يَهْدِي بِهِ اللّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلاَمِ وَيُخْرِجُهُم مِّنِ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴾
    TƏRCÜMƏ:

    «Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir.»
    TƏFSİR:
    "SALAM” ALLAHIN ADLARINDAN BİRİDİR!

    Behiştə də «Darus-salam» (salam, sağlamlıq evi) deyilir. Deməli, «salam (salamatlıq) yollarına doğru hidayət» dedikdə, Allah yolu və behişt yolu nəzərdə tutulur. Bu iki «salam»a çatmaq yolu yalnız haqq ardıcıllarına məxsus olan «subulussəlam» – salam yollarından olmalıdır.

    "Salam” hər növ sağlamlığa − həm şəxsin, həm cəmiyyətin, həm ailənin, həm nəslin, həm fikir və təfəkkürün, həm ruhun, həm də namusun salamatlığına şamildir.

    Məqama çatmaq, mal-dövlət toplamaq, nəfs istəklərinə tabe olmaq və intiqam almaq fikrində olanlar deyil, yalnız Allahın razılığını əldə etmək istəyənlər hidayət olunmağa layiqdirlər.

    Şübhəsiz, bütün salamatlıq və səadət yolları Allahın razılığını qazanmaqda xülasələnir. Hər kəs Allahdan başqasını razı salmaq fikrində olsa, azğınlıqdadır. Əsas yoldan kənarda olan çoxlu yollar axırda haqq yolunda əsl vəhdətə çatır. "Subulus-səlam” "sirati-müstəqim”də yekunlaşır. Müxtəlif şəraitlərdə müəyyən vəzifələri yerinə yetirərək Allahın razılığını qazanmaq istəyənlərin hamısı bir mənzilə çatır.

    Bunu da qeyd edək ki, Quran insanlara şəfa verən, bütün zülmətlərdən xilas edən bir dərmandır. Onları şəkk-şübhə, şəhvət, xurafat, cinayət, iztirab və s. kimi zülmətlərdən xilas edir.
    AYƏ 17:

    ﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَآلُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الأَرْضِ جَمِيعًا وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا يَخْلُقُ مَا يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir.»
    TƏFSİR:

    Məsihilərin Allahla bağlı bir neçə puç iddiaları vardır. Quran onların hamısını rədd edir:

    1. Üçlük təşkil edən məbudlar.[ «Nisa», 171.]

    2. Yaradan Allah – Ata Rəbb - üçlük təşkil edən məbudlardan biridir.[«Maidə», 3.]

    3. Allahın Məsih və Ruhul-quds kimi bir varlıq olması. Yuxarıdakı ayə də həmin məsələni rədd edir.

    «Yəxluqu ma yəşau» (istədiyini xəlq edir) cümləsi Həzrət İsanın (ə) atasız dünyaya gətirilməsinə, Həzrət Adəmin (ə) isə həm atasız, həm də anasız olaraq xəlq edilməsinə işarədir.

    İslam dini hər hansı bir ideologiyada olursa-olsun, hər növ küfr, şirk və xurafatla müxalifətçilik edir. Əgər Məsih Allahdırsa, onda necə ola bilər ki, (onların əqidəsinə görə) o öldürülsün və xaç onun məzlumluq rəmzinə çevrilsin?
    AYƏ 18:

    ﴿وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاء اللّهِ وَأَحِبَّاؤُهُ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا وَإِلَيْهِ الْمَصِيرُ﴾
    TƏRCÜMƏ:

    «Yəhudi və xaçpərəstlər dedilər: "Biz Allahın oğulları və Onun sevimliləriyik.” De: "Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?” Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.»
    TƏFSİR:

    Rəsuli-Əkrəm (s) yəhudilərdən bir qrupunu İslama dəvət edərkən onlar dedi: "Biz Allahın dostları və övladlarıyıq!”[«Allahın dostu və övladı olmaq» iddiası Yühənna incilinin səkkizinci babında birinci cümlədə də gəlmişdir.] («Təfsiri Fəxri Razi»dən).

    Yəhudilər və məsihilər özlərini Allahın həqiqi övladları hesab etmir, əksinə, özləri üçün bir növ övladlıq şərafətinə inanırdılar. «Əbnaullah» (Allahın oğlanları) kəlməsi onların heç bir dəlil olmadan özləri üçün nəzərdə tutduqları təvəqqelərə işarədir.

    Dağın öz yerindən qoparaq başlarının üstündə qərar tutması, 40 il sərgərdançılıq, məsx olunaraq heyvan (donuz və meymun) sifətinə düşmək, əbədi zillətə düçar olmaq və s. onların Allah tərəfindən cəzalandırılması nümunəsidir.

    AYƏ 19:

    ﴿يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَى فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُواْ مَا جَاءنَا مِن بَشِيرٍ وَلاَ نَذِيرٍ فَقَدْ جَاءكُم بَشِيرٌ وَنَذِيرٌ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
    TƏRCÜMƏ:

    «Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.»
    TƏFSİR:

    Həzrət Məsih (ə) ilə Həzrət Məhəmmədin (s) arasında təqribən 600 illik zaman fasiləsi vardır. Peyğəmbərlərin göndərilmədiyi dövrlərdə yer üzü Allahın höccətindən boş qalmır. Çünki peyğəmbərlərin vəsiləri ayrı-ayrı dövrlərdə mövcud olmuşdu. Həzrət Əlinin (ə) təbiri ilə desək, «Yer üzü heç vaxt Allahın höccətindən boş qalmır; istər (fiziki) qüdrəti olsun, istərsə də olmasın. Çünki Allahın yolu, bu yolu getmək istəyənlər üçün məxfi qalmamalıdır.»[«Nəchül-bəlağə», Kəlimati-qisar, 147] Deməli müəyyən bir zaman ərzində peyğəmbər göndərilməməsi camaatın özbaşına buraxılması mənasına deyildir.

    Bunu da qeyd edək ki, peyğəmbərlərin göndərildiyi dövr arasında qısa və ya uzun müddətli fasilənin olması ilahi tərbiyə sistemində faydalı proqramlardan biridir.[Onun tarixdəki nümunələri: Musanın (ə) öz qövmündən ayrılması, peyğəmbərlərin e’tikaf etməsi, İslam peyğəmbərinə (s) nazil olan vəhyin kəsilməsi, böyük və kiçik qeybət dövrü və s.]
    AYƏ 20:

    ﴿ وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاء وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّن الْعَالَمِينَ ﴾
    TƏRCÜMƏ:

    «Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın.»
    TƏFSİR:

    Nemətlərin xatırladılması Allaha eşq, şükr və bəndəlik (Onun əmr və fərmanlarına qeydsiz-şərtsiz itaətetmə) amilidir. Nemətlərin də ən böyüyü nübüvvət, hökumət, qüdrət və azadlıqdır.[Nil çayından keçmələri, Tur dağının yerindən qopması, «mənn» və «səlvanın» nazil olması, 12 bulağın qaynaması Bəni-İsrailə verilən xüsusi ne’mətlərdəndir.]

    İnsanları haqq yola dəvət edərkən onların insani atifə və duyğularından da istifadə etmək lazımdır. Məhz buna görə də onları müəyyən bir şeyə dəvət etməzdən əvvəl ilahi mərhəmətləri yad edərək onları bu iş üçün hazırlayın.

    Peyğəmbərlərin vəzifələrindən biri kimi ilahi nemətlərin insanlara xatırladılmasını qeyd etmək olar. Bununla yanaşı, tarixdən ibrət almalıyıq; Musanın qövmü Allahın xüsusi nemətlərindən bəhrələndikdən və hökumətə çatdıqdan sonra Allahın hökmü ilə müxalifətçilik etdiklərinə görə əbədi zillət və xarlığa düçar oldu.
    AYƏ 21:

    ﴿ يَا قَوْمِ ادْخُلُوا الأَرْضَ المُقَدَّسَةَ الَّتِي كَتَبَ اللّهُ لَكُمْ وَلاَ تَرْتَدُّوا عَلَى أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Ey mənim qövmüm, Allahın sizin üçün yazdığı və qərara aldığı bu müqəddəs torpağa (Beytül-Müqəddəsə) daxil olun, geriyə dönməyin və arxaya çəkilməyin ki, (əks təqdirdə) ziyana uğrayarsınız.»
    TƏFSİR:

    AYƏ də Bəni-İsrailin müqəddəs diyara daxil olmaları belə bəyan edilir: Musa (ə) öz qövmünə dedi: «Allahın sizin üçün qərar verdiyi müqəddəs diyara daxil olun və oraya daxil olmaq üçün çətinliklərdən qorxmayın, sinə gərib fədakarlıq göstərin, əgər bu fərmana arxa çevirsəniz, ziyankar olarsınız.»

    «Müqəddəs yer» ya bütün Şam əyalətidir (Suriya, İordaniya, Fələstin və sair), ya da təkcə Beytül-Müqəddəsdir.
    AYƏ 22:

    ﴿ قَالُوا يَا مُوسَى إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىَ يَخْرُجُواْ مِنْهَا فَإِن يَخْرُجُواْ مِنْهَا فَإِنَّا دَاخِلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Dedilər: "Ey Musa, həqiqətən orada qüdrətli və zalım bir dəstə var və onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq.”»
    TƏFSİR:

    AYƏ dəki «cabbar» sözü cəbr kökündən alınıb və bir şeyin zorla, təzyiqlə islah olunmasına deyilir.

    Sonra aşağıdakı iki mənadan hər birində təklikdə işlədilmişdir:[Başqa bir yerdə həmin qövm barədə oxuduq. Onlar da «Bizim Calutla mübarizə etməyə qüdrətimiz yoxdur» - demişdilər. («Bəqərə», 249)]

    1. Bərpa etmək;

    2. Qəhr etmək və qələbə çalmaq.

    Allah barəsində hər iki mənada işlənir.

    Cabbar qövmü Sami irqindən olan Əmaliqə tayfasıdır. Onlar Ərəbistanın şimal tərəfində yerləşən Sina səhrasında yaşayırdılar və Misirə hücum edərək 500 il hökmranlıq etmişlər.[«Dairətul-məarif», Fərid Vəcdi.]

    Qeyd edək ki, hər hansı bir yerdə ləyaqətsiz insanların olması ləyaqətli şəxslərin kənara çəkilməsinə səbəb ola bilməz. Düşməni onların özləri çıxana qədər gözləmək olmaz. Onları zorla çıxartmaq lazımdır.

    İslamda rahatlıq axtarmaq, tənbəllik qadağandır. Düşməni çölə çıxartmaq üçün tədbir görmək və Allahdan yardım diləmək lazımdır.
    AYƏ 23:

    ﴿ قَالَ رَجُلاَنِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللّهُ عَلَيْهِمَا ادْخُلُواْ عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ وَعَلَى اللّهِ فَتَوَكَّلُواْ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾
    TƏRCÜMƏ:

    «(Allahdan) qorxanlardan olan və Allahın (iman və şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: "Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin və elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin.”»
    TƏFSİR:

    Təfsirlərdə qeyd olunur ki, o iki nəfər Bəni-İsrailin on iki nəqibindən olan Yuşe ibn Nun və Kalib ibn Yuhənna idi ki, adları Tövratın "təsniyə sifri”ndə qeyd olunmuşdur.

    Allahdan qorxub təqvalı olmaq ilahi nemətlərin və mərhəmətin nazil olmasına şərait yaradır. Hər kəs Allahdan qorxsa, başqa qüdrətlərdən qorxmaz və yalnız Allaha təvəkkül edər.
    AYƏ 24:

    ﴿ قَالُواْ يَا مُوسَى إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُواْ فِيهَا فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلا إِنَّا هَاهُنَا قَاعِدُونَ ﴾
    TƏRCÜMƏ:

    «Dedilər: "Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq.”»
    TƏFSİR:

    Həm Beytül-Müqəddəs, həm də Məkkə müqəddəs diyardır. Amma Musanın (ə) öz qövmünə buyurduğu «o diyara daxil olub düşmənlə vuruşun» sözündən sonra bəhanə gətirərək onun fərmanına qarşı itaətsizlik etdilər. Amma müsəlmanlar 6-cı hicri ilində ümrə qəsdi ilə Peyğəmbərlə (s) birlikdə Məkkəyə yaxınlaşdıqları zaman o Həzrət (s) mane olmasaydı, onlar şəhərə hücum edəcəkdilər. (Bu səfərdə Hüdeybiyyə sülhü bağlandı.)

    Bəli, hər iki tayfa müqəddəs şəhərin darvazasına yaxınlaşmışdılar. Lakin onlardan biri çox qorxaq, digəri isə həddindən artıq şücaətli idi.

    Bəni-İsraildən olanlar ədəbsizlik, bəhanəçilik, zəiflik, rifahtələblik və firavançılıqda «nümunə» idilər.
    AYƏ 25:

    ﴿ قَالَ رَبِّ إِنِّي لا أَمْلِكُ إِلاَّ نَفْسِي وَأَخِي فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ ﴾
    TƏRCÜMƏ:

    «(Musa) dedi: "Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal.”»
    TƏFSİR:

    Bu ayədə oxuyuruq ki, Musa (ə) bu qövmdən tam mənada məyus olub dua etdi və onlardan ayrılmaq istədiyini bu təbirlə dedi: Pərvərdigara! Mən yalnız özümün və qardaşımın ixtiyar sahibiyəm. Pərvərdigara! Bizimlə bu fasiq və üsyankar camaatın arasında fasilə sal ki, öz əməllərinin nəticəsini görüb islah olunsunlar.

    Əlbəttə, Bəni-İsrail tayfasının etdiyi iş – öz peyğəmbərlərinin fərmanlarını rədd etmək küfrə çox yaxın idi. Onlara fasiq ləqəbi verilməsinin səbəbi də bu sözün daha geniş mənası olub Allaha bəndəlik, hüdudlarından xaric olmağın hər növünə aid edilməsidir.
    AYƏ 26:

    ﴿ قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ أَرْبَعِينَ سَنَةً يَتِيهُونَ فِي الأَرْضِ فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ ﴾
    TƏRCÜMƏ:

    «(Allah) dedi: "Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma”.»
    TƏFSİR:

    «Yətihunə» kəlməsi «tə-yə-hə» kökündən alınıb sərgərdançılıq mənasını ifadə edir. Lakin zamanın keçməsi ilə Sina səhrasına, yəni o qövmün sərgərdan qaldığı yerə «təyəhə» deyilmişdir. Belə ki, onlar 40 il ərzində bütün maddi-mənəvi nemətlərdən və yerin bərəkətlərindən məhrum olaraq həmin məntəqədə yaşadılar.

    Bəni-İsrail qövmünün ilahi əmrlərdən boyun qaçırması, eləcə də Allahın qəzəbinə düçar olması və Tiyhədə sərgərdan qalması Tövratın Edad sifrinin 4-cü fəslində qeyd olunmuşdur.

    İmam Baqirdən (ə) nəql olunan rəvayətlərə əsasən, onlar 40 il sərgərdançılıqdan, Musa (ə) və Harunu (ə) əldən verdikdən sonra yenidən hərbi hücumla məntəqəyə daxil oldular. Onların rifahda, eyş-işrətdə yaşamağa meylləri sərgərdançılıqdan başqa bir nəticə vermədi.

    İmam Baqir (ə) yenə buyurur: «Bəni-İsrailin başına gələn hadisələrin oxşarı müsəlmanların da başına gələcəkdir.»

    İNCƏ MƏTLƏBLƏR

    1. Özündən zəiflik, zəlillik göstərməyin, Allahın əmr və fərmanlarından imtina edib müharibədən qaçmağın cəzası məhrumiyyət və sərgərdançılıqdan ibarətdir.[Musanın qədrini bilməyənlər və Fironun səltənətinə aşiq olanlar dünyadan getməli, yeni nəsil azad bir fəzada, səhra həyatının çətinlikləri ilə yanaşı inkişaf etməli idi ki, ilahi şəxsiyyətlərin rəhbərliyi sayəsində şəhərdə yaşamağın qədrini bilsinlər. Hədisdə qeyd olunur ki, onlar Təhəyə məntəqəsində dünyadan getdilər və onların övladları müqəddəs diyara daxil oldular.]

    2. Sərgərdançılıq fasiqlər üçün bir növ əzab, nur və furqana malik olmaq isə təqvalılar üçün bir hədiyyədir.
    AYƏ 27-28:

    ﴿وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِن أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِين. لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَاْ بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لَأَقْتُلَكَ إِنِّي أَخَافُ اللّهَ رَبَّ الْعَالَمِينَ َ﴾
    TƏRCÜMƏ:

    27. «Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: "Səni mütləq öldürəcəyəm.” (Habil) dedi: "Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir.”»

    28. «Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.»
    TƏFSİR:

    Həsədçi adamla qarşılaşarkən çox təmkinlə danışmaq, danışıqda yumşaqlıq və mülayim rəftarla həsəd odunu söndürmək lazımdır. Nəhy əz münkərin yollarından biri də günahkarlara, təcavüz edilməyəcəyinə dair xatircəmlik verməkdir.

    Habil qardaşını öldürmək fikrində deyildi. Amma özünü müdafiə etməkdən də çəkinmirdi (çünki qatilə təslim olmaq təqva ilə uyğun deyildir).

    Bunu da qeyd edək ki, dəyərli sayılan iş kimisə bacarıqsızlıq və zəifliyə görə deyil, Allahdan qorxu əsasında öldürməməkdir. Ümumiyyətlə, təqva və Allahdan qorxmaq insanı ən həssas anlarda günahdan saxlayan, təcavüzün qarşısını alan bir amildir.
    Category: Nurul-Quran (Maidə surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 869 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024