İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nurul-Quran (Maidə surəsinin təfsiri)

    Nurul-Quran (Maidə surəsinin təfsiri)


    AYƏ 67:

    ﴿ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.»
    TƏFSİR:
    CANİŞİN TƏYİN EDİLMƏSİ RİSALƏTİN SON NÖQTƏSİDİR.

    Burada yalnız Peyğəmbərə (s) xitab olunur və yalnız onun vəzifəsi bəyan edilir. Bu ayə «ey Peyğəmbər» xitabı ilə başlanır və aşkar şəkildə təkidlə o Həzrətə (s) göstəriş verilir ki, Pərvərdigarı tərəfindən nazil olanları camaata çatdırsın.

    Sonra daha artıq təkid üçün ona xəbərdarlıq edilir ki, əgər bu işdən imtina etsə, (halbuki o, heç vaxt imtina etməzdi) Allahın risalətini təbliğ etməmiş olur.

    Sonra bu xüsusi hadisədən iztirab və nigaranlıq keçirən Peyğəmbərə (s) toxtaqlıq verərək buyurur: Bu vəzifənin yerinə yetirilməsində camaatdan qorxma. Çünki Allah səni onların şərindən qoruyacaqdır.

    AYƏ nin sonunda bu məxsus vəzifənin ilahi bir hökm olduğunu inkar edənlərə, onun qarşısında küfr və inadkarlıq göstərənlərə cəza və təhdid olaraq buyurulur: Allah inadkar kafirləri hidayət etməz.

    Doğrusu, görəsən, Peyğəmbərin (s) mübarək ömrünün axır aylarında baş verən bu mühüm məsələ nədən ibarət ola bilərdi ki, onun yerinə yetrilməməsi bütünlükdə risalətin təbliğ olunmaması ilə bərabər olsun?

    Həm sünni, həm də şiələrin müxtəlif mötəbər kitablarında mövcud olan bir çox hədislər yuxarıdakı ayənin Peyğəmbərin (s) özündən sonra canişin təyin etməsi, İslamın və müsəlmanların gələcək müqəddəratının həll olunması ilə əlaqədar Qədir-Xumda nazil olmasını aşkar şəkildə göstərir. O cümlədən:
    SÜNNİ KİTABLARINDAN:

    1. «Əs-Sünən» (İbn Macə), 1-ci cild, səh. 55.

    2. «Əl-Fəzail» (Əhməd İbn Hənbəl).

    3. «Əl-Xəsais» (Nəsai), səh.21.

    4. «Əl-kuna vəl-əsma» (Dulabi). 2-ci cild, səh. 61.

    5. «Muşkilul-asar» (Təhavi), 2-ci cild, səh. 307.

    6. «Əl-iqdul-Fərid», 3-cü cild, səh. 94.

    7. «Əl-istiyab», 2-ci cild, səh. 460.

    8. «Tarixi Bəğdad», 7-ci cild, səh. 377.

    9-«Müstədrək» (Hakim Nişapuri), cild, səh. 10.

    10-«Tarixi Dəməşq», 3-cü cild, səh. 166.

    11. «Təfsir» (Hafiz İbn Kəsir), 2-ci cild, səh. 14.
    ŞİƏLƏRİN XÜSUSİ KİTABLARINDAN:

    1. «Ət-Təraib» (İbn Tavus), səh. 140.

    2. «Mənaqib» (İbn Şəhraşub), 2-ci cild, səh. 228.

    3. «Kitab» (Səlim İbn Qeys), səh. 111.

    4. «İkmalud-din» (Şeyx Səduq), 1-ci cild, səh. 274, 25-ci hədis.

    5. «Ehticac» (Təbərsi), 1-ci cild, səh. 210.

    6. «Biharul-Ənvar», 37-ci cild, səh. 181, 68-ci hədis.

    7. «İqbalul-iqbal», səh. 663.

    8. «Rovzətul-Vaizin», 1-ci cild, səh. 89.

    9. «Əl-Yəqin», səh. 343.

    10. «Əl-ədədul-həviyyə», səh. 169.

    11. «Ət-təhsin», səh. 578.

    12. «Əs-siratul-mustəqim», 1-ci cild, səh. 301.

    13. «Əl-Ğədir» (Əllamə Əmini).

    14. «Əbəqatul-ənvar» (Əllamə Mirhamid Hüseyn Əl-Kəhvi).

    15. «Ehqaqul-həqq», (Qazi Nurullah Tüstəri) və onlarla digər kitab.
    QƏDİR-XUM HADİSƏSİNİN XÜLASƏSİ

    Peyğəmbərin (s) ömrünün son ilində "Həccətul-vida” (Vida Həcci) mərasimi son dərəcə əzəmətlə və elə o Həzrətin (s) hüzurunda sona çatdı. Bu səfərdə təkcə Mədinə əhalisi deyil, Ərəbistan yarımadasının müxtəlif nahiyələrindən gələn müsəlmanlar da belə bir böyük tarixi iftixara nail olmaq üçün Peyğəmbərlə (s) birlikdə gəlmişdilər. Hicaz günəşi öz yandırıcı şüalarını dağlara, dərələrə salırdı. Amma bu mənəvi və misilsiz səfərin şirinliyi hər cür çətinliyi asan etmişdi.

    Hicrətin 10-cu ili, cümə axşamı günü idi. Qurban bayramından düz səkkiz gün keçirdi. Gözlənilmədən Peyğəmbərin (s) tərəfindən dayanmaq əmri verildi. Müəzzin «Əllahu-əkbər» deyərək camaatı zöhr namazına dəvət etdi. Hamı sürətlə bir yerə yığıldı. Amma hava o qədər isti idi ki, bəziləri öz əbalarının bir hissəsini ayaqlarının altına, digər hissəsini isə başlarına çəkməyə məcbur olmuşdu.

    Zöhr namazı qurtardı. Müsəlmanlar qərara almışdılar ki, dərhal özləri ilə gətirdikləri kiçik xeymələri qurub oraya sığınsınlar. Lakin Peyğəmbər (s) onlara xəbər verib buyurdu ki, yeni bir ilahi xəbəri eşitmək üçün hamı özünü hazırlasın. O xəbər Peyğəmbərin (s) müfəssəl bir xütbəsində bəyan olundu. O Həzrətdən (s) uzaqda olanlar, yaxud onun gözəl simasını camaat arasında görə bilməyənlərin bu sözü eşitməsi üçün dəvələrin palanlarından bir minbər düzəldildi və Peyğəmbər (s) onun üzərinə çıxdı. Əvvəlcə Allaha həmd-səna etdi, özünü Allaha tapşırdı. Sonra camaata xitab edərək buyurdu:

    −Mən yaxın zamanlarda Allahın dəvətinə cavab verərək sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız. Siz mənim barəmdə necə şəhadət verirsiniz?

    Hamı bir səslə dedi:

    −Biz şəhadət veririk ki, sən risalət vəzifəni lazımınca təbliğ etdin və xeyir işlər gördün, bizim hidayət olunmağımız üçün son dərəcə çalışdın. Allah sənə xeyir versin!

    Sonra buyurdu:

    −Siz Allahın yeganəliyinə, mənim risalətimə, Qiyamət gününün haqq olmasına və o gündə ölülərin dirildilməsinə şəhadət verirsinizmi?

    Hamılıqla dedilər:

    −Əlbəttə! Şəhadət veririk.

    Sonra dedi:

    −Pərvərdigara, Özün şahid ol!

    Daha sonra buyurdu:

    −Ey insanlar! Mənim səsimi eşidirsinizmi?

    Dedilər:

    −Bəli.

    Bunun ardınca sükut bütün səhranı bürüdü. Küləyin zümzüməsindən başqa bir səs eşidilmirdi. Peyğəmbər (s) buyurdu:

    −...İndi baxın görün sizin aranızda əmanət qoyduğum bu iki şeylə necə rəftar edəcəksiniz!

    Camaatın arasından bir nəfər dedi:

    −Ya Rəsuləllah, bu iki ağır əmanət nədir?

    Peyğəmbər (s) dərhal buyurdu: "Siqli-əkbər” olan birincisi Allahın kitabıdır ki, onun bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdədir. Ona sarılmaqdan əl çəkməyin ki, yolunuzu azmayasınız. Mənim qoyduğum ikinci əmanət isə mənim ailəmdir. Lətif və Xəbir olan Allah mənə xəbər vermişdir ki, bu iki əmanət Cənnətdə mənim yanıma gəlib çatana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır. Bu ikisindən qabağa keçməyin, əks halda həlak olarsınız. Ondan geri də qalmayın ki, yenə də həlak olarsınız.

    Sonra camaat gördü ki, Peyğəmbər (s) nə isə axtarırmış kimi, öz ətrafına nəzər salır. Gözü Əliyə (ə) sataşdıqda əyildi və onun əlindən tutub qaldırdı. O qədər qaldırdı ki, hər ikisinin qoltuğunun altındakı ağlıq göründü. Camaatın hamısı onu görüb tanıdı və bildilər ki, o İslamın məğlubedilməz sərkərdəsi – Əlidir (ə). Burada Peyğəmbərin (s) səsi daha da aydınlaşdı və daha uca səslə buyurdu:

    −Müsəlmanlara, onların özlərindən artıq ixtiyar sahibi olan kimdir?

    Dedilər:

    −Allah və Onun Peyğəmbəri daha yaxşı bilir!

    Peyğəmbər (s) buyurdu:

    −Allah mənim mövlam və rəhbərimdir. Mən də möminlərin mövlası və rəhbəriyəm. Onlara, onların özlərindən artıq ixtiyar sahibiyəm (yəni mənim iradəm onların iradələrindən öndədir). Sonra buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlası və rəhbəridir.»

    Bu cümləni üç dəfə təkrar etdi. Bəzi rəvayətlərdə isə dörd dəfə təkrar etdiyi qeyd olunur.

    Bunun ardınca üzünü asimana tutub belə dua etdi: «Pərvərdigara! Əlini sevənləri sev. Əli ilə düşmən olanlarla Sən də düşmən ol. Ona kömək edənlərə kömək et, ona kömək etməyi tərk edənləri Öz köməyindən məhrum et. Haqqı həmişə onunla et və onu haqdan ayırma.»

    Sonra camaata buyurdu:

    −Agah olun! Burada hazır olanların vəzifəsi bu xəbəri burada olmayanlara çatdırmaqdır.

    Peyğəmbərin (s) xütbəsi sona çatdı. O həzrətin (s) və camaatın üzündən və başlarından qan-tər axırdı. Oradakıların sıraları pozulmamış Allah bu ayəni Peyğəmbərə (s) nazil etdi: «Bu gün sizin dininizi kamil etdim. Öz nemətimi sizə tamamladım. Sizin üçün bir din olaraq İslamı bəyəndim.» Peyğəmbər (s) buyurdu: −Allah böyükdür, Allah böyükdür! Həmin Allah ki, Öz dinini kamil etdi, nemətini bizə tamamladı. Mənim risalət və nübüvvətimdən, Əlinin məndən sonrakı vilayət və rəhbərliyindən razı oldu.»

    Camaat arasında qəribə bir sevinc yaranmışdı. Hər biri gəlib bu ilahi məqama seçilməsi münasibəti ilə Əlini (ə) təbrik edirdi. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr, Ömər və s.-nin adı tarixdə qeyd olunmuşdur. Onlar camaatın arasından çıxıb belə dedilər: «Mübarək olsun, mübarək olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün mömin kişi və qadınların mövla və rəhbəri oldun!»

    Bu sünni və şiə alimlərinin kitablarında müfəssəl şəkildə qeyd olunan Qədir-Xum hadisəsinin xülasəsi idi.

    İNCƏ MƏTLƏBLƏR

    1. Əhli-beytin (ə) rəvayətlərinə istinad edən bütün şiə alimləri, eləcə də sünni təfsirçilərinin bəziləri, o cümlədən, Fəxri Razi, eləcə də «Əl-Mənar» kitabının müəllifi demişlər ki, bu ayə Əli ibn Əbu Talibin (ə) vilayəti ilə əlaqədər olaraq Qədir-Xumda nazil olmuşdur.

    2. Ayənin xitab növü və bəyan üslubu onu ondan əvvəlki və sonrakı ayələrdən seçib ayırır. Quranın bütünlüyündə yalnız bu ayədə Peyğəmbər (s), ona verilən xəbəri gizlədəcəyi təqdirdə təhdid olunur və buyurulur ki, əgər bunu deməsə, iyirmi üç illik risalət dövründə çəkdiyi zəhmətlər hədər gedəcək. Deməli, bu mühüm xəbərdarlığın nədən ibarət olduğunu araşdırmaq lazımdır.

    3. Bu xəbər əhəmiyyət baxımından risalət və nübüvvət dövründəki bütün xəbərlərlə bərabərdir və o, Əli ibn Əbu Talibin (ə) vilayət, imamət və rəhbərlik məsələsidir ki, bu da Allah tərəfindən təyin olunur. Pərvərdigara, bizi və bizim övladlarımızı Əlinin (ə) və onun məsum övladlarının (ə) ardıcıllarından qərar ver və Qiyamətdə bizi onlarla birlikdə dirilt!
    AYƏ 68:

    ﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَى شَيْءٍ حَتَّىَ تُقِيمُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ﴾
    TƏRCÜMƏ:

    «De: "Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.” Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə.»
    TƏFSİR:

    Bütün səmavi kitablara iman gətirmək vacibdir və sadəcə iman iddiası etmək kifayət deyildir. Əməli olan tədbirlər icra etmək lazımdır. Buna görə də dini göstərişlərə əməl etməyənin dini yoxdur.

    Ayrı-ayrı insanların şəxsiyyət və dəyərinin meyarı onların dini qayda-qanunlara necə əməl etmələrinə bağlıdır. Bəzilərinin küfr və inadkarlığı hər hansı bir nizama və məktəbə zərər vurmaz, əksinə, onun zərəri məhz şəxsin özünə çatar və Allah dinin himayəçisidir.

    Əlbəttə, məlum olduğu kimi, bu ayə təkcə yəhud qövmünə məxsus deyildir, əgər müsəlmanlar da sadəcə İslamı qəbul etmələrini iddia etməklə qənaətlənərək peyğəmbərlərin dini təlimlərinə, xüsusilə öz səmavi kitablarına əməl etməsələr, nə Allah dərgahında, nə fərdi və nə də ictimai həyatlarında heç bir yüksək dəyər və mövqeyə malik olmayacaq, həmişə zəlil olaraq məğlubiyyətə uğrayacaqlar.
    AYƏ 69:

    ﴿ إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالصَّابِؤُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وعَمِلَ صَالِحًا فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar.»
    TƏFSİR:

    Bu ayə öz dövrlərində müxtəlif din ardıcıllarının iman və əməlləri ilə əlaqədardır. Yeni din gəldikdən sonra onlar yeni ilahi şəriətə iman gətirməlidirlər. Əks halda, sonrakı peyğəmbərlərin besəti əbəs bir iş olardı. Yəhudilər, məsihilər və başqaları da müsəlmanlar kimi İslama iman gətirib yaxşı əməl yerinə yetirsələr, Qiyamətdə onların heç bir qəm-qüssəsi və qorxusu olmayacaqdır.

    Bütün səmavi dinlərdə səadətin meyarı sadəcə iddialar və şüarlar deyil, iman və saleh əməldir. Elə buna görə də iman heç vaxt əməldən ayrı ola bilməz və dünya-axirət əmin-amanlığı da məhz bunların sayəsindədir.
    "SABEİN”DEDİKDƏ KİMLƏR NƏZƏRDƏ TUTULUR?

    Bəziləri demişlər ki, onlar dinlərini yəhudi və məsihilərdən əxz etmiş bir firqədir. Bəziləri də inanırlar ki, onlar Nuh peyğəmbərə (ə) inanan, ondan sonrakı peyğəmbərləri inkar edən bir dəstədir. Amma imam Rzanın (ə) buyurduğuna əsasən sabeinlər əvvəlcə ulduza pərəstiş edirmişlər. Daha sonra tövbə edərək Allaha və Qiyamət gününə iman gətirib saleh əməl yerinə yetirmişlər.[«Ətyəbul-bəyan» təfsiri.]
    AYƏ 70:

    ﴿ لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلاً كُلَّمَا جَاءهُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنْفُسُهُمْ فَرِيقًا كَذَّبُواْ وَفَرِيقًا يَقْتُلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər.»
    TƏFSİR:

    Həm «Bəqərə» surəsində, həm də hazırda təfsir etdiyimiz surənin əvvəllərində Allahın Bəni-İsraildən aldığı təkidli əhd-peymanlara işarə olunur. Bu ayədə isə həmin əhd-peyman bir daha xatırladılaraq buyurulur: Biz (nazil etdiyimizə əməl etməklə əlaqədar) Bəni-İsraildən əhd-peyman aldıq, onların hidayət olunması üçün müxtəlif peyğəmbərlər göndərdik ki, bu əhd-peymana vəfadar qalmağı onlardan tələb etsinlər.

    Sonra əlavə edilir: Onlar nəinki bu əhd-peymana əməl etmədilər, üstəlik hər vaxt peyğəmbərlər onların istəklərinin, nəfs istəklərinin əleyhinə olan bir hökm gətirsəydi (onunla ən ciddi və şiddətli şəkildə mübarizə aparırdılar), onlardan bir qrupunu təkzib etdilər, digər qrupunun isə təkzib etmək yolu ilə nüfuzlarının qarşısını ala bilmədiklərinə görə qətlə yetirirdilər.
    AYƏ 71:

    ﴿ وَحَسِبُواْ أَلاَّ تَكُونَ فِتْنَةٌ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ اللّهُ عَلَيْهِمْ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٌ مِّنْهُمْ وَاللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar (onlar üçün) imtahan və əzab olmayacağını güman etdilər. Beləliklə kor və kar oldular. Həmin vaxt Allah onlara nəzər saldı və tövbələrini qəbul etdi. Yenə onların çoxu kor və kar oldular. Allah onların etdiklərini görəndir.»
    TƏFSİR:

    Bu ayədə onların saysız-hesabsız tüğyançılıqları və cinayətləri müqabilində yersiz qürurlarına işarə olaraq buyurulur: Bununla belə, onlar güman edirdilər ki, bəla və cəzalar onları tutmayacaqdır.

    Başqa ayələrdə də aşkar bəyan olunduğu kimi, yəhudilər özlərini ən yüksək irq, hətta Allahın övladları təsəvvür edirdilər! Bu təhlükəli qürurun, özlərini hamıdan üstün saymağın nəticəsində onların gözlərinə və qulaqlarına pərdə salındı. Çünki «onlar Allahın ayələrini görməkdə kor, haqq kəlmələrini eşitməkdə kar idilər.»

    Amma əməllərinin acınacaqlı aqibəti olan ilahi cəzalardan bir neçə nümunəni müşahidə etdikdə peşman olub tövbə etdilər, Allahın təhdidlərinin ciddi olduğunu, özlərinin heç də üstün irq olmadığını anladılar. Allah da onların tövbələrini qəbul etdi.

    Lakin bu peşmançılıq çox davam etmədi: yenə də tüğyançılıq və inadkarlıq etməyə, haqq-ədalətin qarşısında müqavimət göstərməyə başladılar, nəticədə günahda qərq olmağın əsərlərindən ibarət olan qəflət pərdələri yenidən onların gözlərinə və qulaqlarına salındı, Allahın ayələrini görməkdə yenə də kor, haqq kəlmələrini eşitməkdə kar oldular və bu halət onların çoxunu tutdu.

    AYƏ nin axırında qısa, lakin dolğun mənalı bir cümlədə buyurulur: Allah heç vaxt onların əməllərindən qafil olmamışdır və onların bütün əməllərini görür.
    AYƏ 72:

    «Şübhəsiz, "Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)” deyən kəslər kafir oldular. Halbuki Məsihin özü "ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər və onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdur” demişdi.»

    TƏFSİR:

    Əvvəlki ayələrdə yəhudilərin haqq yoldan azmaları ilə əlaqədar olan bəhslərin ardınca bu və bundan sonrakı ayədə məsihilərin yoldan azmasından söhbət açılır, əvvəlcə onların ən mühüm azğınçılıqları, yəni həzrət Məsihin ilahiləşdirilməsi məsələsini irəli çəkərək buyurur: Şübhəsiz, «Allah Məryəmin oğlu Məsihdir» – deyənlər kafir oldular. Halbuki, Məsihin özü Bəni-İsrailə aşkar şəkildə demişdi ki, «Mənim və sizin Pərvərdigarınız olan yeganə Allaha pərəstiş edin.»

    Həmçinin Həzrət Məsih bu mətləbə təkid etmək, hər növ yanlış fikri və anlaşılmazlığı dəf etmək üçün əlavə etdi: "Hər kəs Allaha şərik qoşsa, Allah behişti ona haram edər və onun yeri cəhənnəmdir.” Eləcə də daha artıq təkid etmək, şirkin və həddi aşmağın bir növ aşkar zülm olduğunu isbat etmək üçün onlara dedi: "Zalımların heç bir dostu və köməkçisi olmayacaqdır.”

    Yuxarıdakı ayədə Həzrət Məsihin (ə) tövhid məsələsi ilə əlaqədar israrlarında duyulan mətləb məsihilərin mövcud mənbələri ilə də uyğundur.[«Mərqus» İncilinin 12-ci bölməsinin 29-cu ayəsində İsa (ə) camaatı tövhidə də’vət edərək buyurur: «Bizim Allahımız yeganə və vahid olan Allahdır.» «Mətta» İncili, 6-cı bölmə, 24-cü ayədə də belədir.] Bu da Quranın əzəmətli dəlillərindən hesab edilir.
    AYƏ 73:

    ﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ ثَالِثُ ثَلاَثَةٍ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ إِلَـهٌ وَاحِدٌ وَإِن لَّمْ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, "Allah üç ilahi ünsürdən (ata, oğul və Ruhul-Qudusdan) biridir” deyənlər kafir oldular, halbuki tək olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər dediklərindən çəkinməsələr, şübhəsiz onlardan (bu etiqadla) kafir olanlara ağrılı bir əzab yetişəcəkdir.»
    TƏFSİR:

    Diqqət yetirmək lazımdır ki, əvvəlki ayələrdə Allah barəsində həddini aşaraq İsa (ə) ilə Allahın ittihadını iddia etməkdən söhbət gedirdi, lakin bu ayədə məsihilərin nəzərindən məbudların çoxluğu, yəni tövhiddə üçlük məsələsinə işarə edilir və buyurulur: Allahın "üç allahdan” üçüncüsü olduğunu deyənlər, şübhəsiz kafir oldular.

    Quran onların cavabında əvvəlcə qəti şəkildə buyurur: Yeganə Allahdan başqa heç bir məbud yoxdur. Sonda təkidli xitablarla onlara buyurur ki, əgər bu yanlış əqidədən əl çəkməsələr, onda küfrdə qalan belə şəxsləri dərdli əzablar gözləyir.
    AYƏ 74:

    ﴿ أَفَلاَ يَتُوبُونَ إِلَى اللّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?»
    TƏFSİR:

    Bu mübarək ayə inhirafçı əqidələr qarşısında ayıq olmağın zəruri və lazım olduğuna dəlalət edir. Bu ayə yollarından azanları ilahi rəhmət və əfvlə müjdələyərək düzgün yola dəvət edir və buyurur ki, tövbə etdikləri təqdirdə Allah həm onları bağışlayar, həm də Öz rəhmətini onlara şamil edər.
    AYƏ 75:

    ﴿مَّا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ كَانَا يَأْكُلاَنِ الطَّعَامَ انظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الآيَاتِ ثُمَّ انظُرْ أَنَّى يُؤْفَكُونَ﴾
    TƏRCÜMƏ:

    «Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimizin və İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!»
    TƏFSİR:

    Bu ayədə Allah-təala Həzrət Məsihin (ə) ilahiləşdirilməsinin rədd olunmasına dair üç dəlil gətirir:

    1. O, Məryəmin oğludur və anadan doğulmuşdur.

    2. Onun kimi peyğəmbərlər də olmuşdur və o misilsiz deyildir.

    3. O da başqaları kimi yemək yeməyə və təbii həyat üçün lazım olan şeylərə ehtiyaclıdır. O özünün fiziki qüvvəsini bir tikə çörəkdən əldə edir. Deməli, Allah olmaq üçün mütləq qüdrət sahibi deyildir. Yemək yeməyə ehtiyaclı olan bir şəxs həmin yeməyin xaliqi və yaradanı ola bilməz. Bunlar Quranın aşkar bəyanlarıdır və möcüzə kimi bəzi imtiyazlara və istisna hallara malik olmaq şəxsin ilahiləşdirilməsinə dəlil deyil. Halbuki, başqa peyğəmbərlər də möcüzə göstərirdilər. Yaxud Adəm peyğəmbər (ə) dünyaya atasız-anasız gəlmişdir. Allah nə cismdir, nə doğulmuşdur. O heç bir cəhətdən ehtiyaclı deyildir və məkana da ehtiyacı yoxdur.

    Aydın olur ki, Məryəm (ə) də Allahın övliyalarındandır. Quran müqəddəs qadınları tərifləmiş, Həzrət Məryəmi (ə) Siddiqə (doğruçu) hesab etmişdir. Başqa ayələrdə Məryəmin ilahi kəlmələri təsdiq etməsi və onun abidlərdən olması buyurulur.[«Təhrim» surəsi, ayə 13]
    AYƏ 76:

    ﴿ قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَكُمْ ضَرًّا وَلاَ نَفْعًا وَاللّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ ﴾
    TƏRCÜMƏ:

    «De: "Allahı qoyub (müstəqil surətdə) sizə heç bir ziyan və xeyir vermək imkan və qüdrəti olmayan şeyə ibadət edirsiniz?! Allah eşidən və biləndir!”»
    TƏFSİR:

    Yuxarıdakı dəlilləri təkmilləşdirmək üçün bu ayədə buyurulur: Siz bilirsiniz ki, Məsihin (ə) özü başdan-ayağa bəşəri ehtiyaclara malik idi, nəinki sizin xeyir və ziyanınız, hətta özünün belə xeyir və ziyanı öz əlində deyildi. De: "Yoxsa elə şeylərə pərəstiş edirsiniz ki, nə sizin özünüzün, nə də sizin faydanızın sahibidir?!”

    Məhz buna görə də dəfələrlə düşmənlərin əlində giriftar oldu və ya dostları tərəfindən çətinliyə məruz qaldı. Əgər Allahın mərhəməti onların halına şamil olmasaydı, heç bir addım da ata bilməzdilər.

    AYƏ nin axırında onlara xəbərdarlıq edilir: «Allahın sizin yaramaz sözlərinizi eşitmədiyini, yaxud sizin batini niyyətlərinizdən agah olmadığını güman etməyin; Allah həm eşidəndir, həm də biləndir!»

    İNCƏ MƏTLƏBLƏR

    1. Şirk yolunun batil olmasında öz əqlinizə və vicdanınıza müraciət edin.

    2. Allahdan başqa digər məbudlar nəinki sizin ehtiyaclarınızı aradan qaldırmaqda, hətta, onları eşidib dərk etməkdə belə acizdirlər.
    AYƏ 77:

    ﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لاَ تَغْلُواْ فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلاَ تَتَّبِعُواْ أَهْوَاء قَوْمٍ قَدْ ضَلُّواْ مِن قَبْلُ وَأَضَلُّواْ كَثِيرًا وَضَلُّواْ عَن سَوَاء السَّبِيلِ ﴾
    TƏRCÜMƏ:

    «De: "Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın”»
    TƏFSİR:

    Bu ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, kitab əhlinin, ilahi peyğəmbərlərin barəsində ifrata varmaqla əlaqədar yol verdikləri yanlış fikirlərini aydınlaşdırsın, bunun ardınca aydın dəlillərlə onları haqqa dəvət etsin ki, bu yoldan ciddi şəkildə qayıtsınlar. Peyğəmbərə (s) buyurulur: De: "Ey kitab əhli! Öz dininizdə həddən ziyadə təcavüz etməyin və haqdan başqa bir şey deməyin.”

    Əlbəttə, məsihilərin həddini aşması tam aydındır. Lakin bu ayə «ya əhləl-kitab» xitabı ilə deyildiyinə görə yəhudilərə də şamil olur. Bəlkə də onların həddi aşmaları, Üzeyir peyğəmbər (ə) barəsində dedikləri sözlərdir. Çünki yəhudilər onu Allahın övladı hesab edirdilər.

    Həddi aşma və ifratçılıq əksər hallarda yolllarını azanların nəfs istəklərinə tabe olmaqdan irəli gəldiyindən bu sözün təkmil olunması üçün buyurulur: Sizdən əvvəllər yollarını azan və çoxlarını da yoldan azdıranların həvayi-nəfsinə tabe olmayın.

    Bu cümlədə məsihilərin tarixində də aşkar görünən bir mətləbə işarə olunur. Bu da Həzrət Məsih (ə) haqqında ifrat əqidəyə varıb onu ilahiləşdirmələri, üçlüyə inanmalarıdır. Bu əqidə məsihiyyətin yarandığı ilk əsrlərdə onların arasında mövcud olmamışdır. Hind bütpərəstləri və onlar kimilər bu dinə iman gətirdikdən sonra özlərinin sabiq dinlərinin təslis (üçlük) və şirkdən ibarət olan qalıqlarını məsihi dininə artırmışlar.
    AYƏ 78:

    ﴿ لُعِنَ الَّذِينَ كَفَرُواْ مِن بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ ﴾
    TƏRCÜMƏ:

    «Bəni-İsraildən kafir olanlar Davudun və İsa ibn Məryəmin dili ilə lənət olundular. (Peyğəmbərlərin bu nifrin və lənəti) onların mürtəkib olduqları təcavüzkarlıq və günahların cəzası idi.»
    TƏFSİR:

    Həzrət Davud (ə) Bəni-İsraili şənbə günlərinin tətili barəsində olan göstərişdən boyun qaçırdıqlarına görə lənətləmişdi. Həzrət İsa (ə) isə Bəni-İsrailin qəlbi aramlıq tapmaları üçün səmavi süfrənin nazil olmasını istəmişdi. Onun duası ilə bu süfrə nazil olduqdan və yeyib-içdikdən sonra küfr etdiklərinə görə İsa (ə) onları lənətlədi. Buna görə də onlar ilahi qəzəbə və əzaba düçar oldular.
    AYƏ 79:

    ﴿ كَانُواْ لاَ يَتَنَاهَوْنَ عَن مُّنكَرٍ فَعَلُوهُ لَبِئْسَ مَا كَانُواْ يَفْعَلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi.»
    TƏFSİR:

    İmam Sadiq (ə) buyurur: «Bəni-İsrailin yaxşı adamları günah yığıncaqlarına daxil olmurdular, lakin günahkarlarla gülərüzlülüklə, mehribanlıqla davranırdılar.»[«Təfsiri Burhan», 1-ci cild, səh. 492]

    Buna görə də fəsad işlər və eybəcərliklər müqabilində laqeydlik göstərənlər peyğəmbərlər tərəfindən lənət olunur. İnsanları pisliklərdən və çirkin əməllərdən çəkindirmək təkcə İslama məxsus deyil, bu vacib hökm bütün dinlərdə mövcud olmuşdur. Bəni-İsrail cəmiyyətində və yəhudilər içərisində fəsada rəvac verildiyinə görə də Allah və Rəsul (s) tərəfindən lənətə düçar oldular.
    Category: Nurul-Quran (Maidə surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 595 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019