İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Maidə surəsinin təfsiri)

    Nurul-Quran (Maidə surəsinin təfsiri)
     AYƏ 80:

    ﴿ تَرَى كَثِيرًا مِّنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُواْ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ اللّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər.»
    TƏFSİR:

    Bu ayədə onların lənətə düçar olmalarına səbəb olan əməllərinin digər biri bəyan olunmuşdur. Bu da Bəni-İsrailin kafirlərlə dostluq və vilayət yaratmalarıdır. Deməli, kafirlərin vilayətini qəbul etmək Allahın qəzəbinə səbəb olur.
    AYƏ 81:

    ﴿ وَلَوْ كَانُوا يُؤْمِنُونَ بِالله والنَّبِيِّ وَمَا أُنزِلَ إِلَيْهِ مَا اتَّخَذُوهُمْ أَوْلِيَاء وَلَـكِنَّ كَثِيرًا مِّنْهُمْ فَاسِقُونَ ﴾
    TƏRCÜMƏ:

    «Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.»
    TƏFSİR:

    Bu ayə bir neçə məna verə bilər. O cümlədən:

    1. «Əgər yəhudilər Musaya (ə) və onun Tövratına həqiqi mənada iman gətirsəydilər, heç vaxt müşrikləri özlərinə vəli qərar verməzdilər.»[Təfsiri-Alusi».]

    2. «Əgər kafirlər və müşriklər müsəlman olsaydılar, yəhudilər onlarla həmkarlıq etməzdilər». («Əl-mizan» təfsiri)

    3. Əgər kitab əhli, yaxud müsəlmanlar Allaha həqiqi iman gətirsəydilər kafirləri özlərinə vəli seçməzdilər. Çünki iman kafirlərin vilayətini qəbul etməklə uyğun gəlmir və bu iş fisq və imansızlıqdır ki, kafirlərlə əlaqədar onların hakimiyyət və istilasının qəbul edilməsinə səbəb olur.

    Ümumiyyətlə, hər kəs haqqın mehvərindən xaric olsa, tağutların və kafirlərin şikarı olar.
    AYƏ 82:

    ﴿لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِّلَّذِينَ آمَنُواْ الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُواْ وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَّوَدَّةً لِّلَّذِينَ آمَنُواْ الَّذِينَ قَالُوَاْ إِنَّا نَصَارَى ذَلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لاَ يَسْتَكْبِرُونَ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.»
    TƏFSİR:

    Bu ayə Həbəşistanın müsəlmanlarla gözəl rəftar edən məsihi padşahı ilə əlaqədar nazil olmuşdur. Belə ki, besətin beşinci ilində mühacir müsəlmanlar Cəfər ibn Əbu Talibin rəhbərliyi ilə Məkkədən köçərək oraya getdilər və Nəcaşinin himayəsi altında və sığınacağında olub Qüreyş başçıları tərəfindən Həbəşistana göndərilənlərin və müşrik başçılarının əzabından amanda qaldılar. Yəhudilər bu qədər möcüzələri, eləcə də Peyğəmbərin (s) gözəl əxlaqını görməklə ona iman gətirmədilər və müsəlmanların əleyhinə tökülən məkrli tədbirlərdə iştirak edib, əhd-peymanı pozur, fitnə-fəsad törədirdilər. Lakin Həbəşistandakı məsihi ruhanilər «Məryəm» surəsinin ayələrini eşidib ağladılar və müsəlmanları himayə etdilər.

    Buna əsasən, yəhudilər İslamın və müsəlmanların ən inadkar və ən qatı düşmənləridir. Onların bu düşmənçiliklərinin dərin tarixi kökləri vardır. Lakin məsihilərin haqq yoldan azmalarına, təslisə – üçlüyə etiqad bəsləməklərinə baxmayaraq nisbətən sağlam ruhiyyəyə malik olduqlarına görə haqqı qəbul etmək üçün daha artıq hazırlığa malikdirlər. Onlar, xüsusilə onların ruhaniləri, məkr və hiylə əhli deyil.
    AYƏ 83:

    ﴿ وَإِذَا سَمِعُواْ مَا أُنزِلَ إِلَى الرَّسُولِ تَرَى أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُواْ مِنَ الْحَقِّ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: "Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et!”»
    TƏFSİR:

    Məsihilərin haqqı dinlədikdə sevincdən göz yaşı axıtmalarına iki nümunə göstərmək olar. Onlardan biri Cəfər ibn Əbu Talibin «Məryəm» surəsinin ayələrini Həbəşistanda Nəcaşi üçün oxuduğu zaman, digəri isə məsihilərdən bir qrupunun Cəfərlə birlikdə Mədinəyə gəlib «Yasin» surəsinin ayələrini eşitdikləri zaman baş vermişdi.

    Deməli, qəlblərində haqqı qəbul etməyə hazırlığı olanlar haqq kəlmələrini eşitməklə ruhən dəyişilirlər. Lakin buna ləyaqəti olmayanlar ilahi möcüzələri görməklə də təsirlənmirlər.

    İnsan ruhən və fitrətən həqiqət aşiqidir. O öz məşuqu ilə vüsala çatdığı zaman sevinc yaşları axıdır. Əlbəttə, iman və təsdiq mərifət və bəsirət əsasında olmalıdır ki, insan yüz illik yolu bir anlığa qət edə bilsin. Hər bir halda iman əhli öz aqibətinin gözəl sona çatması və imanının davam etməsi üçün daim dua etməlidir.
    AYƏ 84-86:

    ﴿ وَمَا لَنَا لاَ نُؤْمِنُ بِاللّهِ وَمَا جَاءنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبَّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ. فَأَثَابَهُمُ اللّهُ بِمَا قَالُواْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء الْمُحْسِنِين. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ َ ﴾
    TƏRCÜMƏ:

    84. «Rəbbimizin bizi salehlərin dəstəsinə daxil və onlarla birgə etməsinə göz tikdiyimiz halda bizə nə olub ki, Allaha və haqdan bizə gələnə iman gətirməyək?»

    85. «Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı.»

    86. «Kafir olub ayələrimizi və nişanələrimizi inkar və təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır.»
    TƏFSİR:

    Haqqı dərk etdikdən sonra onu tam aşkar şəkildə, sədaqət və şücaətlə iqrar edənlər, özlərinin sabiq din yoldaşlarının yaratdığı irticaçı fəzadan qorxmayanlar ən yaxşı əməl sahiblərindəndir. Çünki həm özləri yaxşılıq edərək cəhənnəm əzabından xilas olur, həm də öz etirafları ilə başqaları üçün yolu açırlar. Buna əsasən imanın mükafatı behişt, küfr və təkzibin cəzası isə cəhənnəmdir.

    Yuxarıdakı şərif ayədə «haqq» dedikdə məqsəd Quran, İslam və Peyğəmbərin (s) müqəddəs vücududur.
    AYƏ 87:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.»
    TƏFSİR:

    Bir gün Rəsuli-Əkrəm (s) Qiyamətdən və məhşər səhnələrindən danışırdı. Camaat həddindən artıq təəssüflənib ağlayırdı. Bundan sonra bəziləri qərara aldı ki, bir daha yaxşı yemək yeməsin, rahatlığı özünə haram etsin, daim oruc tutsun, həyat yoldaşlarını tərk etsinlər və gecələr az yatsınlar. Daha sonra buna əməl edəcəklərinə dair and içdilər.

    Peyğəmbər (s) bundan xəbər tutan kimi camaatı məscidə toplayıb buyurdu: «Mən yemək yeyirəm, gecələr yatıram, həyat yoldaşlarımı tərk etmirəm. Bizim dinimiz röhbaniyyət (guşənişinlik, rahiblik) dini deyildir. Hər kəs mənim sünnəmdən üz döndərsə, müsəlman deyildir.»

    Bəziləri dedilər: "Bəs and içdiyimiz şeylərlə nə edək?”

    Sonrakı ayə nazil oldu və belə buyurdu: «Allah sizi, (qəlbinizlə deyil, dilinizdə olan) əbəs andlar müqabilində cəzalandırmayacaq.»

    İNCƏ MƏTLƏBLƏR

    1. İslam fitrət dinidir. Bu dində guşənişinlik, rahiblik, ifrat və təfrit qadağandır.

    2. Müsəlman şəxs ilahi fərmanlara qeydsiz-şərtsiz təslimdir; o nə halalı haram edir, nə də haramı halal.

    Peyğəmbəri-Əkrəm (s) buyurur: «Camaat! Mənim halal etdiklərim Qiyamətə qədər halal, haram etdiklərim də Qiyamətə qədər haramdır.»[«Biharul-ənvar», 2-ci cild, səh. 260]

    3. Bütün halal ləzzətlər, yeməlilər və içməlilər insan üçün yaradılmışdır.

    4. Halal nemətlərdən bəhrələnən zaman israf etmək və həddi aşmaq olmaz.

    5. Quranın aşkar nəhyi (qadağası) müqabilində olan nəzir, əhd və andların heç bir dəyər və etibarı yoxdur.
    AYƏ 88:

    ﴿ وَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ أَنتُم بِهِ مُؤْمِنُونَ ﴾
    TƏRCÜMƏ:

    «Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.»
    TƏFSİR:

    Keçən ayədə halal şeylərin haram edilməsi qadağan olunurdu. Bu ayədə isə ilahi nemətlərdən qanuni şəkildə bəhrələnməyə dair əmr edilərək buyurulur: «Allahın sizin üçün halal və pak-pakizə qərar verdiyi ruzilərdən yeyin.»

    Peyğəmbəri-Əkrəm (s) buyurur: «Halal ruzi axtarmaq (qazanmaq) hər bir müsəlman qadın və kişiyə vacibdir.»[«Biharul-ənvar», 100-cü cild, səh. 9]

    Yenə buyurur: «İbadət yetmiş qismdir. Onun ən yaxşısı halal ruzi axtarmaqdır (qazanmaqdır).»[Bəqiyyətullahi», «həlal» maddəsi, səh. 298]

    Başqa bir hədisdə buyurur: «Halal ruzi axtarmaq Allah yolunda cihaddır.»[«Kənzül-ümmal», 1-ci cild, səh. 6]

    Yenə buyurur: «Halal ruzi kəsb etmək vacib namazlardan sonra gələn ən lazımlı vacibi əməldir.»[«Kənzül-ümmal», 4-cü cild, səh. 5]

    Yenə buyurur: «Halal yol ilə ticarətlə məşğul olub qazanc əldə etmək əməllərin ən üstünüdür.»[«Kənzül-ümmal», 4-cü cild, səh. 4]

    Yeganə şərt budur ki, iman gətirdiyiniz Allah ilə müxalifətçilik etməkdən çəkinəsiniz. Yəni sizin Allaha iman gətirməyiniz Onun bütün əmr və göstərişlərini möhtərəm sayamağınızı, həm də ilahi nemətlərdən bəhrələnməkdə etidal və təqva yoluna riayət etməyinizi tələb edir.
    AYƏ 89:

    ﴿لاَ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَـكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الأَيْمَانَ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاَثَةِ أَيَّامٍ ذَلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ وَاحْفَظُواْ أَيْمَانَكُمْ كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾
    TƏRCÜMƏ:

    «Allah sizi bihudə və niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə də onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz (və onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız (və pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz.»
    TƏFSİR:

    Bu ayədə halal şeylərin haram edilməsi və s. kimi şeylərlə əlaqədar and içmək barəsində ümumi şəkildə söhbət açılır və andlar iki qismə bölünür. Əvvəlcə buyurulur: Allah sizi əbəs andlarınız müqabilində cəzalandırmaz.

    Təfsirçilərin və fəqihlərin nəzərinə görə «əbəs yerə and içmək» dedikdə müəyyən bir hədəfi olmayan, iradə və qəti qərar üzündən baş verməyən, möhtəvası bəzən şəriətə zidd, bəzən də ilahi göstərişlərin əksinə olan andlar nəzərdə tutulur.

    İkinci qismi isə iradə və qəti qərar üzündən, ciddi olaraq içilən andlardır. Bu cür andlar barəsində ayənin davamında buyurulur: Allah sizi möhkəmləndirdiyiniz andlar müqabilində cəzalandırar və sizi ona əməl etməyə vəzifəli edər.

    Əlbəttə, andın təkcə ciddi olması onun səhih olması üçün kifayət deyil. Andın möhtəvası da heç olmazsa mübah bir iş olmalıdır. Bunu da bilmək lazımdır ki, Allahın müqəddəs adından başqa şeyə içilən and mötəbər deyil.

    Deməli, əgər bir şəxs Allahın adına and içsə, onun öz andına əməl etməsi vacibdir. Əgər onu pozarsa kəffarə verməlidir. Kəffarəsi də üç şeydən biridir: İlk növbədə, on miskinə təam verməlidir.

    Amma bəzilərinin bu hökmün ümumi şəkildə deyilməsindən hər növ dəyərsiz və yararsız yeməyin kəffarə ünvanı ilə verilməsinin caiz olmasını təsəvvür etməməsi üçün aşkar şəkildə buyurulur ki, bu yeməklər heç olmazsa, sizin adətən öz ailənizdə yediyiniz orta səviyyəli təamlardan olmalıdır.

    İkincisi, on nəfər ehtiyaclını libasla təmin etmək.

    Əlbəttə, ayənin zahiri mənasından başa düşülür ki, bu adətən bədəni örtən libas olmalıdır ki, fəsillərin, məkanların və zamanların dəyişməsi ilə dəyişir.

    Keyfiyyət baxımından ən aşağı səviyyədə olmasının kifayət olub-olmaması, yaxud burada da normal həddə riayət edilməsi məsələsinə gəldikdə isə, ayənin ümumi şəkildə bəyan edilməsinə əsasən hər növ libas kifayətdir.

    Üçüncüsü, bir qul azad etmək.

    Amma bəzən bir kəs üçün bu üç şeydən heç birinin müyəssər ola bilməməsi mümkün olduğuna görə, bu göstərişdən sonra bilavasitə buyurulur ki, bunların heç birini əldə edə bilməyənlər üç gün oruc tutmalıdırlar.

    Sonra daha təkid üçün buyurulur: Sizin içdiyiniz andların kəffarəsi qeyd olunanlardır. Lakin bəziləri kəffarə verməklə səhih andları pozmağın haram olmamasını təsəvvür etməsinlər deyə, buyurulur ki, öz andlarınızı qoruyub hifz edin. Yəni andı pozmaqla günaha düçar olmayın.
    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.»
    TƏFSİR:

    Ərəblərin şerə, şəraba və müharibəyə çox maraqları var idi. Ona görə də şərab tədricən, mərhələ-mərhələ qadağan olundu. Əvvəlcə «Nəhl» surəsinin 67-ci ayəsi nazil oldu və buyurdu ki, xurmadan və üzümdən həm ruzi hazırlanır, həm də məstedicidir.

    Sonra isə, «Bəqərə» surəsinin 219-cu ayəsində qumar və şərabın zahiri mənfəətlərinə işarə edilir və onun günahlarının daha çox olduğu qeyd olunur. Daha sonra isə «Nisa» surəsinin 43-cü ayəsində məst halda namaz qılmaq qadağan edildi.

    Daha sonra yuxarıdakı ayə nazil olub bu işin çirkin, şeytani əməl və haram olduğunu göstərdi.[Əhməd ibn Hənbəlin «Müsnəd», Əbu Davudun, Nisainin və Tirmizinin «Sünən» kitablarında bu ayənin nazil olması ilə əlaqədar müəyyən mətləblər bəyan olunmuşdur ki, oraya müraciət edə bilərsiniz.]

    «Xəmr» örtmək, gizlətmək mənasına olan «xumur»la eyni kökdən alınmışdır, qadınların başına bağladıqları şeyə «ximar» deyilir (cəm forması «xumur»). Çünki bu qadınların saçlarını örtdüyü kimi, şərab da insanın əqlini örtür, pərdələyir.

    «Məysir» asanlıq mənasına olan «yusr» kökündən alınmışdır. Çünki qumarda şəxslər zəhmət çəkmədən çoxlu pul əldə edirlər. «Əzlam» da bir püşk atma növüdür ki, cahiliyyət dövründə yayılan çubuq vasitəsilə edilirdi.

    İNCƏ MƏTLƏBLƏR

    1. İmanla şərab içmək bir-biri ilə uyğun gəlmir.

    2. Şərab və qumar bütpərəstliklə eyni səviyyədədir.

    (Hədisdə qeyd olunur ki, «şərab içən bütpərəst kimidir».)

    3. İslamın əmr etdiyi və qadağan buyurduğu heç bir şey hikmətsiz və dəlilsiz deyildir.

    4. Mömin şəxs şərab içməməkdən əlavə şərab qoyulan süfrəyə belə yaxın düşməməlidir. Çünki insanların səadətində sağlam qidanın çox təsiri vardır.[Şərabın istehsal olunub paylanması, məsrəf edilməsi və s. işləri görmək və onda hər növ həmkarlıq etmək haramdır. İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, o həzrət (s) şərabxorluqda hər hansı yollarla dəxaləti olan on dəstə adamı lə’nətləmişdir: Şərab məqsədi ilə üzüm kolu əkən, onu (həmin məqsədlə) becərib yetişdirən, şərab hazırlayan, onu içən, şarabı cama süzən, onu daşıyan, onu təhvil alan, satan, alan və hər kəs onun gəlirində müəyyən qədər rol oynasa məl’undur. «Nurus-səqəleyn», həmin ayənin təfsirində.]

    Buna əsasən, şərabdan çəkinməlisiniz ki, düz yola hidayət olunub qurtuluşa nail olasınız.
    AYƏ 91:

    ﴿ إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?»
    TƏFSİR:

    Mövcud faktlara əsasən qətl, qəza hadisələri, təlaq (boşanma) halları, ruhi və böyrək xəstəlikləri və s.-nin çoxu şərabdan yaranır. Buna baxmayaraq, Qurani-Kərim onun haram edilməsinin fəlsəfəsi kimi iki əsas məsələni irəli çəkir: biri ictimai zərər (insanların bir-birinə ədavət bəsləməsi), digəri isə mənəvi zərərdir (namazdan və Allahı yad etməkdən qafil olmaq).

    İNCƏ MƏTLƏBLƏR

    1. Hökmlərin fəlsəfəsinin bəyan edilməsi sözün təsir qoyması amillərindən biridir.

    2. Kin-küdurət yaradan bütün amillərlə mübarizə aparmaq lazımdır.

    3. Camaat arasında ədavət və kin-küdurətin yaranmasına səbəb olan hər kəs və hər bir hərəkət şeytani hərəkətdir.

    4. Namazdan və Allahı yad etməkdən qafil olmağa, əqlin aradan getməsinə səbəb olan hər bir iş qumar və şərab kimi bəyənilməzdir.

    5. Hər yerdə kin-küdurət və ədavət olsa, yaxşı olar ki, onun maddi mənfəətlərindən imtina edilsin. (Şərabda və qumarda mənfəət də vardır, lakin qoyduğu pis təsirlərə görə haram edilir.)

    6. Ruhi və mənəvi zərərlər maddi və fiziki zərərlərdən daha ağırdır (halbuki şərabın cismi zərəri də vardır. Lakin bu məsələdə ədavət və qəflətlə əlaqədar təkid edilir).

    Buna əsasən, şərab içmək və qumar oynamaq insanların həm axirətdəki, həm də dünyadakı xeyir və məsləhətlərinə görə qadağan edilmişdir. İbn Abbas deyir: "Bu ayədə məqsəd Səd ibn Əbi Vəqqas və ənsardan olan bir kişidir. Onlar bir-biri ilə əhd bağlamışdılar. Ənsardan olan kişi Sədi qonaqlığa çağırdı və təam süfrəsində şərab qoydu, məst oluncaya qədər yeyib-içdilər. Bu zaman hər biri digərinə öyünməyə başladı, iş onların arasında dava-dalaşa gətirib çıxartdı. Ənsardan olan kişi yekə bir sümük parçasını götürüb Sədin burnuna elə çırpdı ki, burnu sındı. Mütəal Allah bu ayəni onların barəsində nazil etdi və buyurdu ki, şeytan sizi aldadaraq əqlin cilovunu əlinizdən almaq, şərab içməyə və bununla da adi halda yerinə yetirmədiyiniz işlərə vadar etmək istəyir.”

    Qütadə deyir: "Bəziləri mal-dövlətlərini və hətta həyat yoldaşını belə qumara qoyur, nəhayət bunları uduzaraq qəm-qüssə çəkirdilər və rəqiblərindən intiqam almaq üçün tədbir tökürdülər.”

    Beləliklə, qumarın kin-küdurət və ədavətdən başqa heç bir nəticəsi olmur. Şeytan bu yolla sizi Allahı yad etməkdən yayındırmaq istəyir ki, Onun nemətlərinin şükrünü yerinə yetirməyəsiniz. O sizi dinin möhkəm sütunu olan namazdan qafil edir, belə isə Allaha itaət edin və Onun qadağanlarını görməməzliyə vurmayın.
    AYƏ 92:

    ﴿ وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ ﴾
    TƏRCÜMƏ:

    «Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır).»
    TƏFSİR:

    Peyğəmbəri-Əkrəmin (s) hakimiyyət, idarəçilik və siyasətlə əlaqədar olan fərmanları eynilə ilahi fərmanlar kimidir: onlara itaət etmək vacibdir. Əgər Allahın fərmanlarına itaət etməkdən imtina etsəniz, ilahi cəzalara düçar olacaqsınız. Çünki Peyğəmbərin (s) vəzifəsi aşkar təbliğ etməkdən başqa bir şey deyildir.
    AYƏ 93:

    ﴿لَيْسَ عَلَى الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُواْ إِذَا مَا اتَّقَواْ وَّآمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ ثُمَّ اتَّقَواْ وَّآمَنُواْ ثُمَّ اتَّقَواْ وَّأَحْسَنُواْ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ﴾
    TƏRCÜMƏ:

    «İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir.»
    TƏFSİR:

    Bu ayə, şərabı və qumarı qadağan edən yuxarıdakı ayənin nazil olmasından qabaq şərab içənlərin, yaxud uzaq məntəqələrdə yaşadıqlarına görə hələ bu hökmdən xəbərsiz olanların vəziyyətləri barəsində sual edənlərin cavabında buyurur: İman gətirib gözəl işlər görən və bu hökmün çatmadığı şəxslər, əgər şərab içsələr, yaxud qumardan əldə etdikləri qazancdan yesələr onlara günah yoxdur.

    Sonra bu hökmü belə bir şərtlə əlaqələndirir ki, onlar təqvalı olub iman gətirsinlər və saleh əməllər yerinə yetirsinlər. Bir daha bu mövzunu təkrar edərək buyurur: Sonra təqvalı olub iman gətirsinlər. Üçüncü dəfə də azacıq təfavütlə həmin məsələni təkrar edərək buyurur: Təqvalı olub yaxşı iş görsünlər. Ayənin axırında isə buyurulur: Allah yaxşı əməl sahiblərini sevir.

    Qeyd olunan bu tövsiyənin hər biri məsuliyyət və təqvalılıq hissinin bir mərhələsinə işarə edir.

    Böyük şiə-sünni müfəssirləri bu şərif ayənin, xüsusilə «fi ma təimu» kəlməsinin təfsirində, «təqva» sözünün üç dəfə təkrar olunması ilə əlaqədar çox dərin araşdırmalar aparmışlar ki, biz ixtisara riayət edilsin deyə, onları qeyd etmirik. Maraqlananlar sünni və şiələrin böyük və məşhur təfsir kitablarına müraciət edə bilərlər:

    Şiə təfsirlərindən: Əli ibn İbrahimin təfsiri, «Əl-mizan», «Kaşif», «Məcməül-bəyan», «Tibyan», «Ətyəbül-bəyan», «Minhacus-Sadiqin», «Safi» və «Nurus-səqəleyn» təfsirləri, Əbul Fütuh Razinin, Molla Sədranın, Şübbərin, Loğmanın, Əyyaşinin, İbn Abbasın, Fərat Kufinin, İmam Həsən Əskərinin (ə) təfsiri, «Camiul-cəvami» təfsiri və s.

    Sünni təfsirlərindən isə Məhəmməd ibn Cərir Təbərinin yazdığı «Təfsiri camiul-bəyan», 5-ci cild, səh.36-37, «Zadul-məsir fi elmit-təfsir» (İbn Covzi), 2-ci cild, səh. 419, İbn Kəsirin təfsiri, 2-ci cild, səh. 91. 92, Fəxr Razinin «Əl-kəbir» təfsiri, 11-12-ci cüz, səh. 883.
    AYƏ 94:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لَيَبْلُوَنَّكُمُ اللّهُ بِشَيْءٍ مِّنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللّهُ مَن يَخَافُهُ بِالْغَيْبِ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz və nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər və sizə yaxınlaşsınlar). Beləliklə, bundan sonra kim (müəyyənləşdirilmiş) həddi aşsa, onun üçün ağrılı bir əzab olacaqdır.»
    TƏFSİR:

    Həcc mövsümündə və ehram halında həccə gedən şəxsin şikar etməyə haqqı yoxdur. Həmin dövrlərdə ov bəzən insanın lap yaxınlığına gəlir və adam bir qədər cəld hərəkətlə onu tuta bilər. Lakin Allah-təala insanları imtahan edərək buyurur ki, şikara əl vurmayın. Əgər şikar etsəniz sizə ilahi əzab nazil olar. Şikarın özünün dərdli əzabı yoxdur. Əksinə, əzab qanunu pozmağa görədir. Belə bir müqəddəs məkanda İbrahim İsmaildən keçdiyi üçün siz də şikardan keçin.
    AYƏ 95:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْتُلُواْ الصَّيْدَ وَأَنتُمْ حُرُمٌ وَمَن قَتَلَهُ مِنكُم مُّتَعَمِّدًا فَجَزَاء مِّثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِّنكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَو عَدْلُ ذَلِكَ صِيَامًا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللّهُ عَمَّا سَلَف وَمَنْ عَادَ فَيَنتَقِمُ اللّهُ مِنْهُ وَاللّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (məsələn, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək və ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kəbəyə (Kəbənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya onun qədər oruc tutmaqdır (onun qiymətinin bərabəri qədər hər fəqirə bir mudd yəni yeddi yüz əlli qram yemək verməlidir, yaxud müdlərin sayı qədər oruc tutmalıdır) ki, öz işinin cəzasını dadsın. Allah keçənlərə göz yumdu (birinci dəfəni kəffarə ilə bağışladı). Kim yenidən qayıtsa (yenidən Hərəmdə ov etsə , daha bunun kəffarəsi yoxdur, lakin) Allah ondan intiqam alacaqdır və Allah yenilməz qüdrət və intiqam sahibidir.»
    TƏFSİR:

    Bu ayədə tam qətiyyətlə və aşkar şəkildə, ehram halında ovun haram edilməsinin hökmü ümumi halda verilir və buyurulur: Ey iman gətirənlər! Ehram halında şikar etməyin.

    Sonra ehram halında ov etməyin kəffarəsi barədə buyurulur: Bir kəs qəsdən bir ovu qətlə yetirsə, gərək həmin heyvanın misli olan bir kəffarə versin, yəni qurbanlıq edərək onun ətini fəqirlərə versin.

    Burada «misl» dedikdə məqsəd heyvanın görkəm və çəkisindəki oxşarlıqdır, yəni misal üçün, əgər bir şəxs dəvəquşu kimi böyük bir vəhşi heyvanı ovlasa, onun əvəzi olaraq dəvə versin, yaxud əgər ahu şikar edibsə gərək təqribən onun əndazəsində olan qoyun qurbanlıq etsin.

    Bu ovun oxşarlıq məsələsi bəzilərində şəkk-şübhə yarada biləcəyindən Quran bu barədə göstəriş verib buyurur ki, bu məsələ iki adil və agah şəxsin nəzarəti altında baş verməlidir.

    Kəffarə olaraq qurban kəsilməli olan heyvanın harada kəsilməsinə gəldikdə isə göstəriş verilir ki, qurbanlıq – hədy, Kəbəyə gətirilib, oraya çatdıqdan sonra elə orada zibh edilməlidir.

    Sonra əlavə olaraq buyurulur ki, kəffarənin mütləq qurbanlıq şəklində olması vacib deyil. Əksinə, digər iki şey də onu əvəz edə bilər: ya onun dəyəri miqdarında pul ilə təam alınaraq miskinlərə verilməli, ya da onun əvəzində oruc tutulmalıdır.

    Bu kəffarələrin səbəbi budur ki, öz qanunsuz əməlinizin cəzasını görəsiniz.

    Amma heç bir hökm, adətən, verildiyindən əvvəlki dövrlərə aid olmadığı üçün buyurulur ki, bu barədə əvvəllər əncam verdiyiniz qanunsuz işləri Allah əfv edir.

    Hərgah bir şəxs bu kimi təkrar xəbərdarlıqlara və kəffarə hökmünə etina etmədən yenidən ehram halında ov edərsə, Allah belə şəxslərdən intiqam alacaq. Allah qüdrətlidir və lazım olan zaman intiqam alır.
    AYƏ 96:

    ﴿ أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَّكُمْ وَلِلسَّيَّارَةِ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız.»
    TƏFSİR:

    Bu ayədə dəniz heyvanlarının ovlanması ilə bağlı söhbət açılaraq buyurulur: «Dəniz heyvanlarını ovlamaq və onu yemək sizin üçün ehram halında haram deyildir.»

    «Təam» dedikdə məqsəd ovlanmış balıq ətindən yeməkdir. Çünki ayə iki şeyə icazə vermək istəyir: biri ovlamağın özünə, digəri isə ovlanmış balıqdan hazırlanan yeməyə. Sonra bu hökmün fəlsəfəsi bəyan edilərək buyurulur: Bunun səbəbi də odur ki, siz və səfərdə olanlar ondan bəhrələnə biləsiniz. Yəni ehram halında yemək tapmaq üçün əzab-əziyyətə, məşəqqətə düşməməyiniz və bir növ ovdan istifadə edə bilməyiniz üçün dəniz heyvanlarını ov etmək icazəsi verilir. Əvvəldəki hökmü bir daha təkidləndirmək üçün buyurulur: Nə qədər ki, ehram halındasınız, çöl heyvanlarını ovlamaq sizin üçün haramdır.

    AYƏ nin axırında qeyd olunan bütün hökmlərə təkid etmək üçün buyurulur: Qiyamət günü hüzuruna qayıdacağınız Allah qarşısında təqvalı olun, Onun əmrləri ilə müxalifətçilik etməyin.
    EHRAM HALINDA OVUN QADAĞAN EDİLMƏSİNİN SƏBƏBİ

    Bildiyimiz kimi, həcc və ümrə elə ibadətlərdəndir ki, insanı maddi aləmdən ayıraraq mənəviyyatla dolu bir mühitə aparır. Belə bir mühitdə – həcc və ümrə mərasimində maddi həyatın nemətləri, müharibə, mübahisə, çəkişmə, düşmənçilik, cinsi ehtiras, maddi ləzzətlər ümumiyyətlə tərk olunmalıdır. İnsan burada bir növ ilahi qanun əsasında riyazət çəkir. Belə nəzərə çarpır ki, ehram halında ov etmək məhz bu məqsədlə qadağan olunmuşdur.

    Bundan əlavə, əgər Allah evinin ziyarətçilərinə ov etmək icazəsi verilsəydi və bu, qanuni bir iş olsaydı, bu müqəddəs məkana illik gediş-gəlişin çoxluğunu nəzərə alaraq orada yaşayan heyvanların çoxunun nəsli kəsilərdi. Xüsusilə, ehram halından başqa vaxtlarda da hərəmdə ov etməyin, ağacları və bitkiləri çıxartmağın haram olmasına diqqət yetirdikdə aydın olur ki, bu göstəriş canlı mühitin mühafizəsi, heyvanların və bitkilərin qorunub saxlanması ilə çox münasibdir.

    Buna əsasən, ilahi hökmlərin fəlsəfəsi həmişə zati deyildir. Bəzən zaman və məkanın, bəzən də tarix və coğrafi şəraitin tələbinə uyğun olaraq dəyişilə bilər. Buna görə də cəmiyyətin izdihamı və ibadi-siyasi mərasimin yerinə yetirilməsi heyvanların nəslinin kəsilməsinə, yaxud ağacların kökündən qoparılmasına və sairəyə səbəb olmamalıdır.
    AYƏ 97:

    ﴿جَعَلَ اللّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلاَئِدَ ذَلِكَ لِتَعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَأَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾
    TƏRCÜMƏ:

    «Allah Kəbəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir.»
    TƏFSİR:

    «Qiyam» xeymənin sütunu kimi möhkəmlik vasitəsidir.[ «Müfrədat», Rağib.]

    İmam Sadiq (ə) buyurur: «Beytül-həram ona görə belə adlandırılıb ki, kafirlərin oraya daxil olması haramdır.»[«Nurus-səqəleyn» təfsiri.]

    İşlərin qaydaya salınması və onlara qivam verilməsi bir neçə şeyi tələb edir: 1. Mərkəziyyət. 2. Əminamanlıq. 3. Yemək. Allah bu üç vasitənin hər birini Kəbədə və Beytül-həramda qərar vermişdir. Çünki ora həm mərkəzdir, heç kəsin orada münaqişə etməyə haqqı yoxdur, həm də qurbanlıqlar müsəlmanların işlərinin sahmana salınması və onların yeməklə təmin olunması səbəbidir.

    «Hədy» nişansız qurbanlıq, «qəlaid» isə nişanlanmış qurbanlıqdır.

    Haram aylar aşağıdakılardan ibarətdir: Rəcəb, Zil-qədə, Məhərrəm. Bu aylarda müharibə qadağandır.

    Belə bir müqəddəs məkanda milyonlarla insanın bir yerə yığılması, həm əməldə, həm də danışıqda heç bir münaqişə və mübahisəyə yol verilməməsi İslamın imtiyazlarından biridir. Əgər həccin bərəkətlərinə, o cümlədən, Həccə gedərkən başqalarından halallıq istəmək, qohum-əqrəba ilə görüşmək, Həcdə ticarətin rövnəqlənməsi, xüms-zəkatın verilməsi, ümmətlərin İslam maarifi ilə tanışlığı, ən qədim tövhid mərkəzində qərar tutmaq, hər növ təm-təraq və təşrifatı ləğv etmək, hamının eyni ahənglə Allah dərgahına üz gətirib ah-nalə etməsi, peyğəmbərlərin ayaq izlərinə ayaq qoymaq, «Ərəfat» səhrasında tövbə edib Qiyamətin səhnələrini xatırlamaq, kafirlərdən bezarlıq və onlara qarşı nifrət mərasimi kimi siyasi hərəkatın təşkil edilməsi və s. nəzərə aldıqda anlamaq olar ki, həccin bu tədbirləri Allahın sonsuz elmindən qaynaqlanır. Belə ki, O bütün varlıqların hamısından agahdır və məhdud elm belə bir maraqlı tədbirlərə dair göstəriş verməyə qadir deyil.
    AYƏ 98-99:

    ﴿ اعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ. مَّا عَلَى الرَّسُولِ إِلاَّ الْبَلاَغُ وَاللّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ﴾
    TƏRCÜMƏ:

    98. «Bilin ki, Allah (həm) ağır cəzalandırandır və (həm də) Allah çox bağışlayan və mehribandır.»

    99. «Bizim peyğəmbərimizin vəzifəsi yalnız (dinin hökmlərini) çatdırmaqdır (və həmin hökmlərin cəmiyyətdə əməli surətdə icrası imamətin vəzifələrindən, savab və cəza vermək isə rübubiyyətə aid işlərdəndir). Allah aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir.»
    TƏFSİR:
    TƏŞVİQLƏ TƏHDİD HƏMİŞƏ YANAŞI OLMALIDIR.

    Siz öz işlərinizə cavabdehlik daşıyırsınız və Peyğəmbər (s) sizi heç bir şeyə məcbur etməməlidir. Onun vəzifəsi yalnız dinin hökmlərini çatdırmaqdır.

    Allahın elmi hər şeyi tam əhatə etdiyindən sizin həm aşkar etdiyiniz, həm də gizlətdiyiniz şeylər Onun nəzərində eyni səviyyədədir. Sizin bu hökmləri gülərüzlüklə qəbul, yaxud ona etiraz etməyiniz Peyğəmbərdə (s) heç bir nöqsan icad etmir.
    Category: Nurul-Quran (Maidə surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 1110 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024