İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    "FATİHƏ” SURƏSİNİN MÖHTƏVASI«FATİHƏTUL-KİTAB» SURƏSİ
    "Bismillahir-rəhmanir-rəhim” cümləsi bütövlükdə Quranın, eləcə də bütün surələrin əvvəlində qeyd olunmuş-dur. Bildiyimiz kimi, Qurani-məcidin son məqsədi Allah bəndələrini düzgün yola hidayət etməkdir. "Maidə” surəsi-nin 16-cı ayəsində buyurulduğu kimi:
    قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ يَهْدِي بِهِ اللّهُ
    "Həqiqətən Allah tərəfindən sizə bir nur və aşkar kitab gəlmişdir ki, Allah onun vasitəsi ilə bəndələri hidayət edir.”
    Buna görə də yaradılış aləmində bəndələrə yol göstər-mək, onların hidayət olunması kimi mühüm və əsaslı bir iş Allahın müqəddəs adı ilə başlanır. Elə bir Allah ki, bağışlayan və mehribandır, bəndələrin qayıdış yeri Ona tərəfdir.
    Bu surə Quran surələri arasında çox yüksək dərəcəyə ma-likdir. Bu da aşağıdakı məziyyətlərdən nəşət tapır:
    1. Surənin ahəngi: "Fatihə” surəsi ahəng baxımından Qurani-məcidin digər surələri ilə aşkar fərqlərə ma-likdir. Çünki, sair surələr yalnız Allahın dilindən söylə-nilir, amma bu surə Allahın tərəfindən bəndələrin dilin-cə söylənən sözlərdir. Başqa sözlə desək, bu surədə Allah-taala Onunla danışmağı, raz-niyaz və münacat etməyi Öz bən-dələrinə öyrədir. Belə ki, onlar çox sadə şəkildə, heç bir vasitə olmadan Allah ilə rabitə bərqərar edə bilərlər.
    2. "Fatihə” surəsi Quranın əsasıdır: Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) nəql olunan hədisdə buyurulur: "Canım əlində olan Allaha and olsun ki, Allah-taala Tövratda, Zəburda və Quranda "Fatihətul-kitab” kimi bir surəni na-zil etməmişdir; və o ümmül-kitabdır (kitabın anasıdır).”[Məcməül-bəyan”, 1-ci cild, səh:17]
    Yəni bütün bu fəzilətlərin mənşəyi bu surədir. Həqi-qətdə bu surə Allahın zati, sifati, feli və ibadi tövhi-dini (yeganəliyini) bəyan edir, həmçinin məad məsələsini də çatdırır. Başqa sözlə, bu surə Quranın bütün mətləbləri-nin xülasəsidir. Həzrəti Əmirəl-möminindən rəvayət olun-muşdur ki, Allah-taalanın bütün sirləri asimani kitabda, asimani kitabda olanlar Quranda, Quranda olanlar "Fati-hə” surəsində, "Fatihə” surəsində olanlar "Bismillah”da, "Bismillah”da olanlar isə "bey” hərfinin nöqtəsində xüla-sələnmişdir. Mən isə "bismillah”dakı "bey” hərfinin nöqtəsiyəm.”
    Rəvayətlərin məcmusundan məlum olur ki, bu hədis Qur-anın və "Bismillahir-rəhmanir-rəhim”in əzəmətinə dəla-lət edir. Çünki, bütün elmlər bu asimani kitabda və "Bis-millahir-rəhmanir-rəhim”də yerləşmişdir. Bu elmlərin təfsir və bəyan edəni Həzrəti Peyğəmbər (s.ə.v.v) və o Həzrə-tin məsum canişinləri, o cümlədən Həzrəti Əmirəl-mö-minin Əlidir (ə). Bu kəlam göstərir ki, ilahi kitabın bütün mənalarını ehtiva edən Allah kəlamının həqiqəti və Quranın natiqi Əmirəl-möminin Əli əleyhissəlamdır.
    3. Fatihə surəsi Peyğəmbərin böyük iftixarıdır:
    "Həmd” surəsi Quranda böyük bir nemət kimi Peyğəm-bəri-əkrəmə (s.ə.v.v) təqdim olunaraq Quranla bərabər qiymət-ləndirilir. Bu surənin yeddi ayəsi bütün Quranın xülasə-sidir. Belə ki, buyurulur: وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
    "Biz səbül-məsanini (iki dəfə nazil olan yeddi ayəni) və əzə-mətli Quranı sənə əta etdik.” [Hicr” surəsi, 87-ci ayə]
    Elə bu məzmunu Həzrəti Əli (ə) Peyğəmbərdən (s.ə.v.v) nəql edərək buyurmuşdur: "Həqiqətən Allah-taala "Fatihə” su-rəsini verməklə mənə müstəsna bir nemət əta etmiş, onu Qur-ani-kərimlə bərabər tutmuşdur. Həqiqətən "Fatihətül-kitab” ilahi ərş xəzinələrinin ən şərəflisidir.”[Təfsiri Burhan”, 1-ci cild, səh:26; "Məsabihül-Ənvar”, 1-ci cild, səh:435]
    4. Bu surə xüsusi əhəmiyyətə malik olduğu üçün islami rəvayət və hədislərdə onun tilavət olunması çox təkid olun-muşdur. Bu surənin fəziləti barəsində Peyğəmbərdən belə nəql olunmuşdur: "Həmd” surəsini oxuyan müsəlmana verilən əcr və savab Quranın üçdə iki hissəsini oxuyan şəxsin, habelə bütün mömin kişi və qadınlara hədiyyə verən bir şəxsin savabı qədər-dir.”[Məcməül-bəyan”, 1-ci cild, səh:17]
    5. "Fatihə” surəsi üçün təfsirlərdə on cür ad qeyd olun-muşdur: 1- "Fatihətul-kitab”, 2- "Ümmül-kitab”, 3- "Ümmül-Quran”, 4- "Səbül-məsani”, 5- "Əl-vafiyə”, 6- "Əl-kafiyə”, 7- "Əş-şafiyə”, 8- Əl-əsas”, 9- Əs-səlat”, 10- Əl-həmd.” Bu ad-lardan hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əxz edilmişdir.[Təfsiri Əbul Fütuh Razi”, 1-ci cild.]

    1-7-Cİ AYƏLƏR

    بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ (1)
    الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ (2) الرَّحْمـنِ الرَّحِيمِ (3) مَـلِكِ يَوْمِ الدِّينِ (4) إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِين ُ(5) اهدِنَــا الصِّرَاطَ المُستَقِيمَ (6) صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ (7)
    TƏRCÜMƏ:
    1-”Bağışlayan və mehriban Allahın adı ilə!”
    2- "Həmd olsun Allaha, aləmlərin Pərvərdigarına.”
    3- ”Mehriban və bağışlayan olana.”
    4- "Qiyamət gününün sahibinə.”
    5-”(Ey Allah,) yalnız Sənə ibadət edirik və yalnız Səndən kö-mək istəyirik.”
    6- "(Ey Allah,) bizi düzgün yola hidayət et!”
    7- "O kəslərin yoluna (hidayət et) ki, onlara nemət vermi-sən, qəzəbinə düçar olanların və azğınların yollarına yox.”
    TƏFSİR:
    Bismillahir-rəhmanir-rəhim
    Bütün insanlar arasında belə bir ümumi qayda vardır ki, hər hansı mühüm və dəyərli bir işi öz millət və ya tayfa başçılarının adı ilə başlayır və beləliklə də həmin işi böyük şəxsiyyətlərin adı ilə əlaqələndirirlər.Bütün varlıqlar arasında əzəli və əbədi vücud yalnız Allahın pak Zatıdır. Buna görə də bütün işləri Onun adı ilə başlamaq lazımdır ki, Onun lütfü sayəsində qərar tutulsun və Ondan kömək alınsın. Buna görə də bu surənin ilk ayəsində "Bis-millahir-rəhmanir-rəhim”-deyirik.
    Bu iş yalnız zahirdə deyil, məna aləmində də olmalı, Onunla həqiqi şəkildə əlaqə yaradılmalıdır. Bu rabitə, işi düzgün yolda qərar verir, hər növ azğınlığa düçar olma-ğın qarşısını alır. Buna görə də iş müvəffəqiyyətlə sona yetir və bərəkətli olur.
    Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) nəql olunan bir hədisdə buyurulur: "Hər hansı bir mühüm iş Allahın adı ilə başlan-mazsa, naqis və yarımçıq qalar.”[Biharul-Ənvar”, 76-cı cild, 58-ci bab; "Təfsirül-bəyan”, 1-ci cild, səh:461]
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) bu hədisi nəql etdikdən sonra əlavə edir: "İnsan hər bir işi yerinə ye-tirmək istəsə, gərək "Bismillah” desin. Yəni desin ki, bu əməli Allahın adı ilə başlayıram. Allahın adı ilə başlanan hər əməl bərəkətlidir.”[Məcməül-Bəyan”, 1-ci cild, səh.18]
    Həzrəti İmam Rizadan (ə) Allahın adının əzəməti ba-rəsində belə nəql olunmuşdur: "Bismillahir-rəhmanir-rəhimin Allahın ismi-əzəminə yaxın olması, gözün qarasının ağına yaxın olduğundan daha yaxındır.”[Məcməül-Bəyan”, 1-ci cild, səh:18]
    Həmçinin İbni Abbas Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) belə nəql etmişdir: "Müəllim şagirdə dərs keçib elm öyrədəndə uşaq "Bismillahir-rəhmanir-rəhim” - deyir. Bu zaman Allah-taala uşağın, onun ata-anasının və o müəllimin cəhənnəm odundan azad olmasını imza edir.”[Məcməül-Bəyan”, 1-ci cild, səh:18]
    Hər hansı bir işin sabit qalıb davam etməsi, onun Al-lahla əlaqələndirilməsindən asılıdır. Buna görə də qadir Allah Öz Peyğəmbərinə vəhy etdiyi ilk ayədə əmr edir ki, İs-lam təbliğinin əvvəlində bu ağır və məsuliyyətli vəzifəni Allahın adı ilə başlasın: اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ
    "Öz rəbbinin adı ilə oxu!”[Ələq” surəsi, 1-ci ayə]
    Həzrəti Nuh o çətin günlərdə gəmiyə minərkən öz dost-larına, köməkçilərinə buyurur: وَقَالَ ارْكَبُواْ فِيهَا بِسْمِ اللّهِ مَجْرَاهَا وَمُرْسَاهَا
    "Və (Nuh) dedi: Gəmiyə Allahın adı ilə minin və Allahın adı ilə dayanın.”[Hud” surəsi, 41-ci ayə]
    Həzrəti Süleyman Səba padşahına yazdığı məktubun əv-vəlini "Bismillah”la başlayır:
    إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
    "Həqiqətən bu məktub Süleymandandır və həqiqətən bağış-layan və mehriban Allahın adı ilədir.”[Nəml” surəsi, 30-cu ayə.]
    Bəşəriyyətin xoşbəxtliyə və səadətə doğru hidayət olun-masından ibarət olan əsil hədəf axıra qədər müvəffəqiy-yətlə yerinə yetirilsin deyə, Quranın "Bəraət” surəsi istis-na olmaqla, yerdə qalan bütün surələri "Bismillahir-rəhma-nir-rəhim”lə başlayır. Ümumiyyətlə, əgər biz bütün işlə-rimizi Allah-taalanın bütün qüdrətlərin fövqündə dayanan tükənməz qüdrətinə arxalanmaqla başlasaq, özümüzdə ruhən daha artıq güc-qüvvə hiss edərik, işimizin daha artıq mü-vəffəqiyyətli olacağına əmin olarıq, daha çox səy edərik, problemlərin və çətinliklərin böyüklüyündən qorxmarıq, məyus olmarıq və həmçinin əməllərimizin niyyətini daha pak, daha xalis edərik. İşlərdə qələbə və müvəffəqiyyətin rəmzi, məhz onu Allahın adı ilə başlamaqdır.
    Bu ayənin təfsirində nə qədər söhbət etsək yenə azdır və lazım olan həddə çatmaz. Çünki, məşhur rəvayətə görə Həz-rəti Əli (ə) gecənin əvvəlindən sübhə qədər İbni Abbas üçün "Bismillahir-rəhmanir-rəhim”in təfsiri barəsində danışdı, amma "Bismilah”ın əvvəlində olan "bey” hərfi-nin özü haqda bir söz deyilmədi. (Yəni bu haqda danışıl-malı elmi mətləblər o qədər çox idi ki, "bey” hərfinin özü-nə vaxt çatmadı.)[Məxzənul-Ürəfa”, 1-ci cild, səh.28]
    İNCƏ NÖQTƏLƏR
    1-”BİSMİLLAH”, SURƏNİN BİR HİSSƏSİDİRMİ?
    İslam alimləri arasında "Bismillah” cümləsinin "Həmd” və sair surələrin tərkib hissəsi olması barədə heç bir ixtilaf gözə dəymir. "Bismillah”ın Quran surələrində yazılması bu məsələnin sübutu üçün canlı bir şahiddir. Çünki, bildiyimiz kimi, Quranın mətninə Peyğəmbəri-əkrə-min (s.ə.v.v) dövründən indiyə qədər heç nə artırılmamış və heç nə dəyişilməmişdir.
    İmam Sadiqin (ə) dostlarından olan Müaviyət ibni Əm-mar deyir: İmamdan soruşdum ki, namaz qılmaq istəyəndə "Həmd” surəsini qurtardıqdan sonra növbəti surəni başla-yanda "Bismillah”ı deyimmi?” Buyurdu: "Bəli.”[Üsuli-kafi”, 3-cü cild, səh.312]
    Sünnü alimlərindən olan Dar Qutni bir hədisdə səhih sənədlər əsasında nəql edir ki, bir nəfər İmam Əlidən (ə) soruşdu: "Səbül-məsani” nə deməkdir?
    Həzrət buyurdu: O, "Həmd” surəsidir. Kişi yenə soruş-du: "Həmd surəsi altı ayə deyildirmi?” İmam buyurdu: "Bis-millahir-rəhmanir-rəhim” də o ayələrdən biridir.[ "Əl-itqan”, 7-ci cild, səh.136]
    Bundan əlavə, müsəlmanlar həmişə Quranı tilavət edəndə "Bismillah”ı hər surənin əvvəlində oxuyurdular. Təvatür əsasında isbat olunmuşdur ki, Peyğəmbər (s.ə.v.v) də onu hər surənin əvvəlində tilavət edirdi.
    Bir rəvayətdə nəql olunmuşdur ki, Əmirəl-möminin-dən (ə) soruşdular: "Bismillahir-rəhmanir-rəhim” "Fati-hə” surəsinin tərkib hissəsidirmi? Həzrət buyurdu: Bəli, Rəsuli-əkrəm onu qiraət edirdi və onu "Fatihə” surəsinin bir hissəsi sayır və buyururdu ki, "Fatihətul-kitab” "Səb-ül-məsani”dir və yeddi ayədir.”[Ətyəbul-bəyan”, 7-ci cild, səh.93]
    2- ”Allah” kəlməsi, Allahın adları arasında ən ge-niş mənaya malik olanıdır
    "Bismillah” cümləsinin əvvəlində ilk növbədə isim kəlməsi ilə qarşılaşırıq. Ərəb ədəbiyyatı alimlərinin dediyinə əsasən, bu kəlmənin əsli, ucalıq mənasını çatdı-ran "sümüvv” sözündən alınmışdır. Bu səbəbdən də hər bir ada ona görə isim deyilmişdir ki, onun məfhumu ad qoyulan-dan sonra gizli və məxfi olmaqdan zühura çıxır, ucalıq aləminə çatır. Yaxud digər bir səbəbi də bu ola bilər ki, söz ad qoyulmaq vasitəsi ilə məna kəsb edir və mənasızlıqdan xaric olur.
    İsim kəlməsindən sonra, "ləfzi-cəlalə” adlanan "Allah” kəlməsi ilə qarşılaşırıq. Bu, Allahın adları arasında ən geniş mənanı ifadə edən isimdir. Çünki, Allah-taalanın Qurani-məciddə və sair islami mənbələrdə olan adlarının araşdırılması göstərir ki, onların hər biri Pərvərdi-garın gözəl sifətlərindən yalnız bir qismini çatdırır. Amma kamal sifətlərinin və səciyyəvi xüsusiyyətlərin hamı-sını özündə cəmləşdirən, camal və cəlal sifətlərini əhatə edən ad yalnız Allah kəlməsidir. Buna görə də əksər hallarda sair adlar "Allah” kəlməsi üçün sifət kimi gətirilir. Məsə-lən, "Ğəfur” və "Rəhim” Allahın bağışlayan və mehriban olmasına dəlalət etdiyi halda, Allah kəlməsi ilə yanaşı gəlmişdir: فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ "Həqiqətən Allah bağışlayan və meh-ribandır.”[Bəqərə” surəsi, 226-cı ayə]
    Həmçinin, Allahın bütün eşitməli şeylərdən agah olmasını göstərən "Səmi” adı, hər bir işdən agahlığını çatdıran "Əlim” adı da eyni qayda ilə gətirilmişdir:
    فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيم "Həqiqətən Allah eşidən və biləndir.”[Bəqərə” surəsi, 227-ci ayə]
    Allahın bütün görməlilər barəsində elmini yetirən "Bəsir” adı da eyni qayda ilə göstərilmişdir:
    وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَ "Allah etdiyiniz bütün əməlləri görür.”[Hucurat” surəsi, 18-ci ayə]
    Allahın bütün varlıqlara ruzi verməsini göstərən "Rəzzaq” kəlməsi, onun qüdrətini və işlərinin möhkəm ol-masını göstərən "zul-qüvvə” kəlməsi də eyni qaydada gətiril-mişdir: إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ "Həqiqətən Allah ruzi verəndir və mətin qüdrətə malikdir.”[Hucurat” surəsi, 58-ci ayə]
    Yaradılışa işarə edən "Xaliq” və "Bare” adları, Alla-hın surət yaratmasını göstərən "Müsəvvir” kəlməsi də qeyd olunan qayda üzrə verilmişdir:
    هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ اْلأَسْمَاء الْحُسْنَى
    "O, həmin Allahdır ki, yaradan, surət verəndir, gözəl adlar Ona məxsusdur.” [Həşr” surəsi, 24-cü ayə]
    "Həşr” surəsinin 23-cü ayəsində oxuyuruq:
    هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ
    "Allah” kəlməsinin bütün bu mənaları özündə əks et-dirməsinin aydın dəlillərindən biri də budur ki, iman və tövhid yalnız "la ilahə illəllah” cümləsi ilə aşkar olar. Amma "la ilahə illəl-əmin”, "la ilahə illəl-xaliq”, "il-lər-raziq” və bu kimi birləşmələr İslamı qəbul və tövhidi iqrar etməyə təklikdə kifayət etməz.
    Buna görə də sair dinlərdə müsəlmanların sitayiş etdiyi məbuda işarə edilərkən "Allah” adı dilə gətiri-lir, çünki, Pərvərdigarı Allah adı ilə vəsf etmək yalnız müsəlmanlara məxsusdur.
    "ƏRRƏHMANİR-RƏHİM”-ALLAHIN ÜMUMİ VƏ XÜSUSİ RƏHMƏTİ
    "Ər-rəhman” (bağışlayan) və "ər-rəhim” (mehriban) kəlmə-ləri Allah-taalanın gözəl sifətlərindəndir və "rəhmət” kökündən alınmışdır.
    Təfsirçilər arasında belə bir məsələ vardır ki, Rəh-man sifəti dedikdə Allahın ümumi rəhməti nəzərdə tutu-lur. Bu rəhmət həm dosta, həm düşmənə, həm möminə, həm kafirə, həm əməli salehə və həm də bəd əməl sahiblərinə şamildir. Bildiyimiz kimi, rəhmət yağışı ümumi şəkildə hamıya çatır, nemət süfrəsi hamı üçün açılmışdır, iman və təqva dərəcəsindən asılı olmayaraq bütün bəndələr həya-tın müxtəlif nemətlərindən bəhrələnir və öz ruzilərini Allahın sonsuz və tükənməz bərəkət süfrəsindən götürür-lər. Bu Allahın bütün varlıqları əhatə edən ümumi rəhmə-tidir ki, hamı o nemətə qərq olur.
    Amma rəhim sifəti, Allahın xüsusi rəhmətinə aid olunur. Bu rəhmət onun əmrlərinə, fərmanlara itaət edən saleh və müti bəndələrinə şamildir. Onlar öz iman və sa-leh əməlləri nəticəsində aludə və ləyaqətsiz insanların məhrum olduğu xüsusi ehsan, bəxşiş və rəhmətdən bəhrələn-məyə layiq görülmüşlər.
    Bu məsələnin yeganə şahidi bu ola bilər ki, Rəhman kəlməsi Quranın hər yerində qeydsiz gətirilmişdir və bu da onun ümumi olmağını çatdırır. Amma rəhim kəlməsi bəzi hallarda, özü də qeyd ilə gətirilmiş və xüsusi rəhmət olmasını çatdırır: "Allah möminlərə qarşı rəhimdir.”[Əhzab” surəsi, 43-cü ayə] Bə-zi yerlərdə isə "Həmd” surəsində olduğu kimi, qeydsiz gəti-rilir. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyuru-lur: "Allah bütün varlıqların məbududur, bütün məxluqata Rəhman, möminlərə qarşı Rəhimdir.”[Kafi”, "Tovhidi-Səduq”, "Məanil-əxbar” ("Əl-mizan”dan nəqlən)]
    Biz işlərimizi Allahın adı ilə, geniş rəhmətilə başlayarkən, Onun tükənməz rəhmətindən, ümumi və xüsusi mərhəmətindən imdad diləməliyik. Çünki, cazibə qüvvəsi kimi ümumi və cahanşümul olan, qəlbləri bir-birinə meh-riban və ülfətli edən qüvvə, məhz rəhmət sifətidir. Məxlu-qatı Xaliqlə əlaqələndirmək üçün bu sifətdən imdad dilə-mək lazımdır. Buna görə də həqiqi möminlər "Bismilla-hir-rəhmanir-rəhim”-deməklə işləri başlayır, qəlbini, ümidini hər yerdən kəsib yalnız Allah-taalaya ürək bağla-yır, Ondan kömək istəyirlər. Allahın rəhməti genişdir, əhatəlidir, heç bir varlıq ondan məhrum deyildir.
    "Bismillah”dan bu dərsi də gözəl şəkildə öyrənmək olar ki, Allah-taalanın işləri rəhmət əsasındadır, cəza-landırma isə istisna mahiyyəti daşıyır. Bu cəzalandırma üçün qəti səbəblər, şərtlər mövcud olmasa, mühakimə heç vaxt gerçəkləşmir.
    "Covşən-kəbir” duasının 20-ci bəndində oxuyuruq: "Ey Allah, ey rəhməti qəzəbindən yüksəkdə duran Varlıq!”
    Bununla, Allah-taala insanlara da həyatda belə olmağı, işlərin əsasını rəhmət, mərhəmət və məhəbbət əsasında qurmağı, zor və güc tətbiq etməkdən isə yalnız zəruri hal-larda istifadə etməyi tövsiyə edir.
    Burada sözümüzü Peyğəmbərdən (s.ə.v.v) nəql olunan dol-ğun mənalı bir hədislə sona yetiririk: "Həqiqətən Allahın yüz rəhməti vardır və O, onlardan yalnız birini yer üzünə nazil etmiş və məxluqat arasında bölüşdürmüşdür. Məhz bu rəhmətlə insanlar bir-biri ilə ülfət, ünsiyyət bağlayır və rəhmli olurlar. Yerdə qalan doxsan doqquzunu isə Özü üçün saxlamışdır. Onların vasitəsi ilə Qiyamət günü Öz bəndələrinə rəhm edəcəkdir.”[Məcməul-bəyan”, 1-ci cild, səh.21]

    2-Cİ AYƏ

    الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ الرَّحْمـنِ الرَّحِيمِ
    TƏFSİR:
    DÜNYA ONUN RƏHMƏTİNƏ QƏRQ OLMUŞDUR
    Surənin əvvəlində gələn "Bismillah”dan sonra bəndə-lərə göstərilir ki, onların ilk vəzifə və məsuliyyətləri varlıq aləminin böyük Yaradanına, Onun sonsuz nemətlərinə şükr etməkdir. Hansı ki, bu nemətlər bütün varlığımızı əhatə etmiş, Pərvərdigarımızı tanımaqda doğru yol gös-tərmiş və bizdə bəndəçilik hisslərinin ümumi mehvərini canlandırmışdır. "Bəndəçilik hissləri” deməyimizin səbəbi budur ki, hər bir insana müəyyən bir nemət çatanda, dərhal o neməti bağışlayan şəxsə təşəkkür etmək fikrinə düşür, fitrətin hökmü ilə öz minnətdarlığını bildirmək istəyir və onun şükrünü yerinə yetirir.
    Bu səbəbə görə də kəlam elminin alimləri bu elmin ilk bəhslərində Allahı tanımaq barədə danışarkən, nemət ve-rən şəxsə təşəkkür etməyin vacibliyi haqqında söhbət açıb deyirlər ki, bu, fitrət və əqlin hökmü ilədir.
    "Allahı tanımaqda bizə yol göstərən Onun nemətləridir”-dedikdə, məqsəd Yaradanı tanımaq üçün ən yaxşı və ən əha-təli yolun xilqət aləminin sirlərində, xüsusilə insan vücu-dundakı nemətlərin barəsində araşdırma aparma olduğunu bəyan etməkdir.
    1-Beləliklə də, "Fatihə” surəsində "Bismillah”dan son-ra "Əlhəmdu lillahi Rəbbil-aləmin” (bütün həmd, tərif və səna aləmlərin pərvərdigarı olan Allaha məxsusdur) cümləsi, məhz bu səbəbə görə gəlir. Başqa sözlə bu cümlə, tövhidi-zat, töv-hidi sifat və tövhidi-əfala dəlalət edir.
    2-Ümumiyyətlə, Allahı "rəbbil-aləmin” sifəti ilə vəsf etmək müddəadan sonra dəlilin qeyd olunmasına bənzə-yir. Sanki bir şəxs bizdən "nə üçün həmd Allaha məxsus-dur?”-deyə soruşduqda, cavabında "çünki, O, aləmlərin rəbbi və pərvərdigarıdır”-deyə cavab veririk.
    Quranda buyurulur: الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ "Allah O kəsdir ki, hər şeyin xilqətini ən gözəl surətdə qərar verdi.”[Səcdə” surəsi, 7-ci ayə]
    Həmçinin buyurulur: وَمَا مِن دَآبَّةٍ فِي الأَرْضِ إِلاَّ عَلَى اللّهِ رِزْقُهَا "Yer üzün-də olan bütün canlıların ruzisi Allahın öhdəsinədir.”[ "Hud” surəsi, 6-cı ayə]
    3-”Həmd” kəlməsindən aydın şəkildə məlum olur ki, Allah-taala bütün bu nemət və yaxşılıqları Öz iradə və ixtiyarı ilə icad etmişdir. Buna görə də Allahı günəş kimi məcburiyyət qarşısında qalaraq feyz və nur verən varlığa oxşadanların sözləri əsla düzgün deyildir.
    4-Maraqlıdır ki, təkcə işlərin əvvəlində deyil, axırında da Allaha həmd oxunmalıdır. Bunu bizə, Quran özü təlim verir. Belə ki, behişt əhli barəsində oxuyuruq:
    دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلاَمٌ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ
    "(Behişt əhlinin) cənnətdəki duaları: "Pərvərdigara, Sən hər bir eyb və nöqsandan paksan” sözündən, təhiyyətləri (salamlaş-maları) "Salam” sözündən; axırı isə "Aləmlərin Rəbbi olan Al-laha həmd olsun!” - söyləməkdir.”[Yunis” surəsi, 10-cu ayə]
    AYƏNİN FƏZİLƏTİ
    Bu ayənin fəziləti barəsində İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: "Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: "Bütün həmd, tərif və sitayiş Allahın pak Zatına məxsusdur. Çünki, O, həmd və sitayişə layiqdir.”
    Mömin bəndə "Əlhəmdu lillahi kəma hüvə əhlun və müstəhiqqun”-deyəndə, məlaikələr onun savabını yazmaqda aciz qalırlar. Allah tərəfindən xitab gəlir ki, nə üçün mömin bəndənin zikr etdiyi bu kəlmənin savabını əməl dəftərində yazmırsınız? Cavab verirlər ki, Pərvərdigara! Biz bu kəlmənin savabının nə qədər olduğunu haradan bilərik? Çünki, bu, Sənin həmdə layiq olmağını çatdırır. Biz bu kəlmənin hansı məqamda olduğunu haradan bilərik ki, onun savabını da yazaq?! Allah-taala buyurar: "Siz bu kəlməni yazın, Mənə vacibdir ki, Özümə layiq olan həmdin savabını o bəndəmə kəramət edəm.”[Mənhəcus-sadiqin”, 1-ci cild, səh.105]
    5- ”Rəbb” kəlməsinin mənasına gəldikdə isə, qeyd etməliyik ki, o, bir şeyin maliki və sahibi mənasındadır ki, sahibi onu tərbiyə və islah edir. Bu kəlmə qeydsiz şəkildə işlənərsə, yalnız Allaha aid edilir. Amma Allahdan başqaları barəsində hökmən müəyyən qeyd ilə gəti-rilir. Məsələn, "rəbbüd-dar” evin sahibi, "rəbbüs-səfinə” gəminin sahibi və s. Amma rəbb kəlməsinin mənasında "bəsləmək”, "pərvəriş etmək”, "tərbiyə etmək” məfhumları da gizlənmişdir:
    "Məcməul-bəyan” təfsirində bu kəlmə üçün əlavə bir məna da qeyd olunaraq buyurulur ki, rəbb, fərmanlarına itaət olunan böyük bir şəxsiyyət mənasını da daşıyır. Am-ma hər iki mənanın birlikdə müştərək məna kəsb etməsi ehtimaldan uzaq deyildir.
    6-”Aləmin” kəlməsi "aləm” sözünün cəm formasıdır. Aləm isə müştərək sifətlərə, zaman və məkana malik olan müxtəlif varlıqlar məcmuəsinə deyilir. Məsələn, insanlar aləmi, heyvanlar aləmi, bitkilər aləmi və s.; Yaxud şərq və qərb aləmi, bu günkü aləm, dünənki aləm və sair deyilir. Buna əsasən aləm sözünün özü cəm mənasını ifadə edir, lakin "aləmin” şəklində cəm düzələrsə, bütün dünyadakı aləmlər məcmuəsinə aid olunur. "Əl-mənar” təfsirinin mü-əllifi İmam Sadiqdən (ə) belə nəql etmişdir: "Aləmin”dən məqsəd, yalnız insanlardır.” O əlavə edir: Quranda işlənən "aləmin” kəlməsi məhz bu mənaya gəlmişdir: لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا "Allah, Quranı bəndəsinə nazil etmişdir ki, aləmdə olanları ilahi əzabdan qorxutsun.”[Furqan” surəsi, 1-ci ayə]
    7-Amma əgər "aləmin” kəlməsinin Quranda işləndiyi yerləri nəzərə alsaq, görərik ki, bu kəlmə bir çox ayələrdə insanlar mənasına gəlməsinə baxmayaraq, bəzi hallarda da-ha geniş məna kəsb edərək həm insanlara, həm də sair var-lıqlara aid edilir. Məsələn:
    فَلِلَّهِ الْحَمْدُ رَبِّ السَّمَاوَاتِ وَرَبِّ اْلأَرْضِ رَبِّ الْعَالَمِينَ
    "Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbinə Həmd ol-sun” [Casiyə” surəsi, 36-cı ayə]
    Digər bir misal:
    قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ قَالَ رَبُّ السَّمَاوَاتِ وَاْلأَرْضِ وَمَا بَيْنَهُمَا إن كُنتُم مُّوقِنِينَ
    "Firon dedi: Aləmlərin rəbbi nədir (kimdir)? Musa: "Əgər inanıb qəbul etsəniz, O, göylərin, yerin və onların arasında olan-ların Rəbbidir.”-deyə cavab verdi.”[Şüəra” surəsi, 23-24-cü ayələr]
    Maraqlıdır ki, mərhum Şeyx Səduq "Ləalil-əxbar” kitabında Həzrəti Əlidən (ə) "Əlhəmdu lillahi rəbbil-aləmin” ayəsinin təfsirində belə buyurduğunu nəql etmiş-dir: "Rəbbil-aləmin” bütün yarananların məcmusuna aiddir; is-tər canlılar olsun, istərsə də cansızlar.”[Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.17]
    Amma bu rəvayətlərin arasında heç bir təzad müşahidə edilmir. Çünki, "aləmin” kəlməsinin geniş məfhumlu ol-masına baxmayaraq, varlıq aləminin ən seçilmiş və ən şə-rəflisi insan olduğuna görə, bəzən xüsusi şəkildə ona işarə olunur, sair varlıqlar isə onun sayəsində nəzərdə tu-tulur. Buna əsasən İmam Səccaddan (ə) nəql olunan bir rəva-yətdə, "aləmin” kəlməsinin "insanlar” kimi təfsir olunma-sı, bu böyük məcmuənin əsil hədəfinin insanlar olmasıyla əlaqələndirilir.
    8-Qeyd edək ki, bəziləri aləm sözünü iki cür təfsir et-mişlər: böyük aləm və kiçik aləm.
    Kiçik aləm dedikdə, insanın vücudu nəzərdə tutulur. Çünki, insan təklikdə böyük bir məcmuədən ibarətdir. Həqi-qətdə isə insan bütün dünyanın xülasəsi və kiçik nümunə-sidir. Buna görə də Əli (ə) öz şerlərinin birində insana xitab edərək buyurur: "Sən güman edirsən ki, kiçik bir cüssədən ibarətsən?! Halbuki, varlıq aləmi kimi böyük bir aləm sənin vü-cudunda yerləşmişdir.”[Divani-Əli (ə)”, səh.175]
    Aləm sözünün geniş mənası üzərində dayanmağımızın əsas səbəbi "əlhəmdu lillah” cümləsindən sonra gələn məsə-lədir. Bu cümlədə bütün həmd, tərif və sənanın yalnız Al-laha məxsus olduğunu deyirik, sonra isə "Rəbbil-aləmin”i müddəamızın dəlili kimi qeyd edirik. Sanki deyirik ki, bü-tün həmd və tərif Ona məxsusdur, çünki, varlıq aləmində mövcud olan hər bir kamal və nemətin sahibi, Pərvərdiga-rı məhz Odur.
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 1555 | Rating: 3.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024