İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)


    3-CÜ AYƏ

    الرَّحْمـنِ الرَّحِيمِ
    TƏFSİR:
    Rəhman və rəhim kəlmələrinin məna və məfhum geniş-liyi, həmçinin bu iki kəlmə arasında mövcud fərqlər "Bis-millahir-rəhmanir-rəhim”in təfsirində qeyd olunduğun-dan bir daha təkrar etmirik. Bu iki sifət Rəbbimizin gö-zəl sifətlərinin ən mühümüdür və gündəlik namazlarda heç olmasa otuz dəfə təkrar olunur (iki dəfə "Həmd” surəsində, bir dəfə isə ondan sonra oxunan surədə). Beləliklə, Allah-taalanı hər gün ən azı altmış dəfə rəhmət sifəti ilə tərifləyirik.
    Bu da həqiqətdə bütün insanlar üçün böyük bir dərsdir. Onlar həyatlarında hər şeydən artıq ilahi əxlaqa yiyələn-məli, ilahi əxlaqla zinətlənməlidirlər. Bundan əlavə, ayə bu həqiqəti də göstərir ki, əgər biz özümüzü Allahın bəndə-si hesab ediriksə, onda rəhimsiz, daş ürəkli sahibkarla-rın öz qullarına qarşı etdiyi kobud xüsusiyyətlərdən uzaq olmalıyıq.
    Quldarlıq tarixində qeyd olunduğu kimi, qulların sa-hibləri onlarla vəhşicəsinə davranır, qəsavətlə, rəhim-sizliklə rəftar edirdilər. Yazırlar ki, əgər bir qul xidmə-ti vəzifələri yerinə yetirməkdə azacıq nöqsana, qüsura yol versəydi, ağır cəzalarla cəzalandırılardı; şallaq vurulur, zəncirlə bağlanır, dəyirman daşını fırlatmaqda, mədən quyularını qazmaqda istifadə olunur, qaranlıq, rütubətli zindanlarda həbs olunurdular. Və əgər günahları çox olsay-dı, dar ağacından asılardı.[Tarikul-ərmalə”, 1-ci cild, səh.150]
    Başqa bir yerdə oxuyuruq ki, ölümə məhkum olunan qul-ları vəhşi heyvanların qəfəsinə atırdılar. Əgər sağ qal-saydı, başqa bir vəhşi heyvanı onun saxlandığı qəfəsə bura-xırdılar.
    Bu qeyd olunanlar, zalım maliklərin öz qulları ilə et-diyi rəftar tərzidir. Amma aləmlərin rəbbi olan Allah, Qurani-kərimdə təkrarən qeyd edir ki, əgər Mənim bəndə-lərim səhv, xəta və yaramaz iş gördükdən sonra peşman olsa-lar, onları bağışlayaram, Mən rəhimli və mehribanam.
    "Zumər” surəsinin 53-cü ayəsində buyurur:
    قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
    "De: Ey özlərinə zülm edən bəndələrim, Allahın rəhmətindən naümid, məyus olmayın. Çünki, Allah (tövbə edənlərin) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir.”
    Buna əsasən, rəhman və rəhim sifətlərinin "Rəbbil-aləmin”dən sonra gətirilməsi bu məsələni anladır ki, biz qüdrətli olmaqla yanaşı, gərək öz əlimizin altında olan-larla mehribançılıqla, mərhəmətlə rəftar edək.
    Allahın sonsuz lütf və mərhəməti bəndələri Özünə vurğun edir ki, bir dünya mehr-məhəbbətlə "ər-rəhmanir-rəhim” desinlər. Məhz bu səbəbə görə insan Allah-taalanın Öz bəndələrinə qarşı etdiyi rəftar tərzi ilə quldarlıq dövründə qul sahiblərinin öz qulları ilə etdikləri bu qəd-dar davranışlar arasında nə qədər fasilə olduğunu görür.

    4-CÜ AYƏ

    مَـلِكِ يَوْمِ الدِّينِ
    TƏRCÜMƏ:
    "Qiyamət (hesab və cəza) gününün sahibidir.”
    TƏFSİR:
    İKİNCİ ƏSAS-QİYAMƏTƏ İMAN
    Burada İslamın ən mühüm əsaslarından biri, yəni Qi-yamətə iman barəsində söhbət açılır. Buyurulur ki, Allah Qiyamət gününün sahibidir. Bununla da hər bir növ ictimai və əxlaqi islahın bünövrəsi olan məad və məbdə mehvərində tərbiyə, insanın tam diqqət mərkəzində olur. Bu ayədə mali-kiyyət təbirinin gətirilməsi həmin gündə bütün şeylərin və bütün şəxslərin Onun nüfuzu və hakimiyyəti altında ol-masını göstərir. Elə bir gün ki, insanlar o gündə böyük ilahi ədalət məhkəməsində hesab verməyə gələcək, özlərinin həqiqi maliklərinin müqabilində dayanacaqlar. Onların bütün sözləri, etdikləri əməlləri, hətta fikirləri belə ya-zılı surətdə gətiriləcəkdir. Heç bir şey, hətta iynənin ucu qədər məsələlər məhv olub aradan getməyəcək, unudulmayacaq-dır. İndi isə bütün əməllərinin məsuliyyətini boynuna çə-kən məhz bu insandır!
    Müəyyən bir işin, qanunun, yaxud proqramın banisi olan bir şəxs özü ona əməl etməsə belə, yenə də ona əməl edənlərin əməlinin məsuliyyətini öhdəsinə alır.
    Şübhəsiz, Allahın o gündəki malikiyyəti bizim mali-kiyyətimiz kimi şərti və etibari (bizim bu dünyada mali-kiyyətimizdə olanlar kimi) deyildir. Çünki, bizim bu mali-kiyyətimiz şərti bir malikiyyətdir, zahiri sənədlərlə əldə olunur və növbəti sənəd gəldikdə isə qüvvədən düşür. Amma Allah-taalanın varlıq aləminə olan malikiyyəti həqiqi malikiyyətdir. Varlıqların Allahla olan əlaqəsi əgər bir an kəsilərsə, dərhal məhv olar. Sadə misal: əgər elektrik lampalarının cərəyan mənbəyi ilə əlaqəsi bir anlığa kəsi-lərsə, elə həmin andaca bütün işıqlar sönər.
    Başqa sözlə, malikiyyət-Xaliq və Rəbb olmağın nəticəsi-dir. Bütün varlıqları yaradıb onları Öz himayəsi altında tərbiyə edən, fasiləsiz olaraq onlara varlıq, vücud bəxş edən Kəs həqiqi malikdir.
    Həqiqi malikiyyətin sadə bir nümunəsini özümüzlə bədən üzvlərimiz arasındakı əlaqədə də görmək olar. Biz öz gözümüzün, qulağımızın, ürəyimizin, əsəblərimizin mali-kiyik; bu şərti deyil, bir növ həqiqi malikiyyətdir və bu da insanın öz bədənilə olan rabitəsindən, tam ixtiyar sahibi olmasından nəşət tapır.
    Belə bir sual yarana bilər: məgər Allah-taala hər iki dünyanın sahibi deyildirmi ki, biz bu ayədə Onu yalnız Qiyamət gününün maliki adlandırırıq?
    Bu sualın cavabı bir məsələyə diqqət yetirməklə aydın olur: Allah-taalanın mütləq malikiyyəti hər iki dünyaya aiddir, amma bu malikiyyət Qiyamət günü daha çox aşkar olacaqdır. Çünki, o gündə bütün şərti malikiyyət və maddi əlaqələr qırılacaq və heç bir kəsin özünə məxsus bir şeyi olmayacaq. Hətta əgər müəyyən bir vasitəçiliyə icazə verilsə, o da Allah-taalanın fərmanı ilə olacaq:
    يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا وَاْلأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ
    "O gündə bir şəxs başqası üçün heç bir iş görə bilməyəcək və o gündə əmr (fərman) yalnız Allaha məxsusdur.”[İnfitar” surəsi, 19-cu ayə]
    İnsan bu dünyada başqalarına yardım əli uzadır, dili ilə onun müdafiəsinə qalxır, mal-dövləti ilə onu öz hima-yəçiliyinə alır, mövcud imkanı və qüdrəti ilə başqalarına kömək edir. Amma o gündə (Qiyamət günündə) qeyd olunan bu işlərdən heç biri mövcud olmayacaq.
    Bu səbəbdən camaatdan: "bu gün malikiyyət və hakimiyyət kimə məxsusdur?” - deyə soruşulduqda, cavab verərlər ki, "vahid və qalib Allaha məxsusdur.”[Mömin” surəsi, 16-cı ayə]
    يَوْمَ هُم بَارِزُونَ لاَ يَخْفَى عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ لِّمَنِ الْمُلْكُ الْيَوْمَ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
    Hər bir şeyin dəqiq şəkildə hesab ediləcəyi Qiyamət gününə etiqad, böyük ilahi məhkəməyə iman gətirmək düzgün olmayan, yaramaz əməllər qarşısında müqavimət etməkdə, özünü nəzarətdə saxlamaqda çox güclü və qeyri-adi bir təsirə malikdir.
    Qurani-kərim də "namaz bəyənilməyən, yaramaz əməllə-rin qarşısını alır”-deyə buyurduqda, məhz həmin məqsəd nə-zərdə tutulur. Namaz insana elə bir Yaradanı xatırladır ki, onun bütün işlərindən xəbərdardır. Namaz eyni zamanda in-sanın gözü önündə Allahın böyük ədalət məhkəməsini can-landırır.
    Allahın Qiyamət günündəki malikiyyətinə arxalanma-ğın digər bir təsiri də, müşriklərlə və Qiyamət gününü inkar edənlərlə etiqadi mübarizəyə qalxmaqdır. Çünki, Quran ayəsindən gözəl şəkildə aydın olur ki, Allaha iman ümumi bir əqidədir və hətta cahiliyyət dövrünün müşrik-ləri də buna etiqadlı idilər. Buna görə də onlardan "göylə-rin və yerin yaradanı kimdir?”-deyə soruşduqda, "Allah-dır”-deyə cavab verirdilər.
    "Əgər onlardan "asimanları və yeri kim yaratmışdır?”-de-yə soruşsan, hökmən "Allahdır”-deyə cavab verəcəklər.”[Loğman” surəsi, 25-ci ayə]
    وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَاْلأَرْضَ لَيَقُولُنَّ اللَّهُ
    Halbuki onlar Peyğəmbəri-əkrəmin (s.ə.v.v) məad barə-sindəki buyurduqları ilə ciddi şəkildə mübarizə aparır-dılar:
    وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَى رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ أَفْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَم بِهِ جِنَّةٌ بَلِ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلاَلِ الْبَعِيدِ
    "Və kafirlər (istehza edərək) dedilər "Sizə "siz öldükdən və çürüyüb tamamilə torpağa qarışdıqdan sonra yenidən dirilə-cəksiniz”-deyən bir kişini göstərəkmi? O, Allah adından yalan-iftira söyləyir, yoxsa dəli olmuşdur?” Xeyr, axirətə iman gə-tirməyənlər əzab içində və dərin zəlalətdə, azğınlıqdadırlar.”[Səbə” surəsi, 7-8-ci ayələr]
    İmam Səccaddan (ə) nəql olunan bir hədisdə deyilir ki, o Həzrət "Maliki yəvmiddin” cümləsinə çatanda, onu o qədər təkrar edirdi ki, az qalırdı ruhu bədənindən çıxsın.[Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.19]
    "Yovmiddin” kəlməsi Qurani-məciddə on dəfədən artıq işlənmiş və hamısında Qiyamət mənasına gəlmişdir. Be-lə ki, "İnfitar” surəsinin 13-19-cu ayələrində həmin məna-nı tam aşkar şəkildə görmək olar.
    O günün "din günü” adlandırılmasının səbəbi onun cəza günü olmasıdır. Din, lüğətdə cəza mənasındadır. Qiya-mətdə icra olunacaq ən aşkar qanunlardan biri də (insan-lara, əməlləri müqabilində) cəza və yaxud mükafat verilmə-sidir. O gün bütün əməllərin üzərində olan pərdələr açı-lacaq, əməllər dəqiq şəkildə hesab olunacaq və hər kəs öz əməlinin əvəzini (istər yaxşı olsun, istərsə də pis) alacaq-dır.
    İmam Sadiqdən (ə) nəql olunan hədisdə "yəvmiddin” kəl-məsinin hesab gününə aid olması buyurulur.[Məcməul-bəyan”, 7-ci cild, səh.24]
    Təfsirçilərdən bəzilərinin nəzərinə görə, Qiyamətin yəvmiddin adlandırılmasının səbəbi budur ki, o gündə hər kəs öz dini və məzhəbi əsasında hesaba çəkiləcəkdir.

    5-Cİ AYƏ

    إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ
    TƏRCÜMƏ:
    "(Pərvərdigara!) Yalnız Sənə ibadət edirik və yalnız Sən-dən yardım istəyirik.”
    TƏFSİR:
    İNSAN ALLAHIN HÜZURUNDA
    Burada bəndənin ehtiyacları, Allahdan istəkləri baş-lanır və həqiqətdə sözün danışıq tərzi dəyişilir. Çünki, əvvəldəki ayələr Pərvərdigara həmd-səna, pak Zatına imanı izhar etməkdən və Qiyamət gününün etirafından ibarət idi. Amma bu ayədən başlayaraq bəndə, sanki bu möhkəm əqidə əsa-sında öz Pərvərdigarına olan mərifəti ilə özünü Onun hüzurunda, müqəddəs Zatı müqabilində görür və Ona xitab edir. Əvvəlcə Onun müqabilindəki öz bəndəçiliyindən söz açır, sonra isə Ondan imdad və kömək istəyir. "İyyakə nəbudu və iyyakə nəstəin” yəni, "yalnız Sənə ibadət edir və yalnız Sən-dən kömək istəyirik.”
    Başqa sözlə desək, əvvəldəki ayələrin məna və məfhum-ları bəndələrin canına nüfuz etdikdən, bütün vücudu Allah nuruna boyandıqdan, habelə Onun ümumi və xüsusi rəh-mətini, Qiyamət günündə malikiyyətini dərk etdikdən sonra ibadət edən şəxs əqidə nəzərindən tamam kamil bir fərdə çevrilir.
    Bu yüksək tövhid əqidəsinin ilkin səmərəsi bir tərəf-dən Allahın xalis bəndəsi olmaq, bütlərə, zalımlara və şəhvət qüvvəsinə bəndəçilikdən yaxa qurtarmaq, digər tərəf-dən isə öz ehtiyac əllərini yalnız müqəddəs Zata tərəf uzat-maqdan ibarətdir.
    Həqiqətdə əvvəlki ayələr Allahın Zat və sifətlərinin tövhidi barəsində söz açırdı. Burada isə ibadət və fel-lərdə tövhid məsələsi irəli çəkilir.
    "İbadətdə tövhid”-dedikdə, Allahın mübarək Zatından başqa heç bir kəsi və heç bir şeyi sitayişə layiq bilməmək nəzərdə tutulur. Yəni, yalnız Onun fərmanına itaət edək, yal-nız Onun qanunlarını rəsmi şəkildə tanıyaq və pak olan müqəddəs Zatdan qeyrisinin müqabilində hər növ bəndəçi-likdən uzaq olaq.
    "Fellərdə tövhid”-dedikdə isə, aləmdə yeganə və həqiqi təsir edənin yalnız Allah-taala olması başa düşülür. Yə-ni vücud aləmində Allahdan başqa təsir edici bir qüvvə yoxdur. Bu heç də mövcud səbəbləri inkar etmək deyildir, əksinə biz inanmalıyıq ki, hər bir səbəbin təsiri Alla-hın fərmanı ilədir. Oda yandırmaq, günəşə işıqlandır-maq, suya isə həyat vermə qüvvəsini əta edən yalnız Odur.
    Bu əqidənin səmərəsi insanın yalnız Allaha arxa-lanması, Ona istinad etməsi, qüdrət və əzəmətin yalnız Ona məxsus olmasına etiqad bəsləməsi və Allahdan qeyrilərini fani, zəif və qüdrətsiz bilməsidir.
    Yalnız Allahın yenilməz Zatı etimad və sitayişə, bütün şeylərdə arxa seçilməyə layiqdir. Bu təfəkkür və etiqad insanın bütün şeylərlə, bütün varlıqlarla olan məcazi əlaqələrini kəsir, yalnız Allahla rabitə yaradır. Hətta əgər səbəblər ardınca gedərsə, biləcək ki, onlar Al-lahın fərmanı ilə cərəyan edir. Yəni, artıq bundan sonra o insan bütün varlıqlar arasında səbəblərin yaradanı olan Allahın qüdrətini müşahidə edəcəkdir.
    Həzrəti Əmirəl-möminin Əliyyibni Əbi Talib (ə) Al-laha ərz edir: "Ey Allah, Sənə cəhənnəm odunun qorxusundan, yaxud behişt nemətlərinin həvəsindən ibadət etmədim. Səni ibadət və bəndəçilik üçün ləyaqətli gördüm və buna görə Sənə iba-dət etdim.”[ "Biharul-ənvar”, 12-ci cild, səh.186]
    YeGANƏ ARXALANACAQ QÜVVƏ ODUR
    Ərəb ədəbiyyatında öyrəndiyimiz kimi, məful (tamam-lıq) faildən qabağa keçərsə, həsr mənasını çatdırır. Bura-da "iyyakə” məfulunun "nəbudu” və "nəstəinu” fellərindən qabağa keçməsi, həsri göstərir. Bu, ibadətdə və fellərdə töv-hid məsələsinə gətirib çıxarır.
    Hətta bəndəçilik məqamında da Onun köməyinə ehtiyac duyuruq. Bu yolda Ondan kömək almaq lazımdır ki, xudpəsənd-likdən, düz yoldan azmaqdan, riya və sair rəzil sifətlərə dü-çar olmaqdan yaxa qurtaraq. Çünki, bizim pak bəndəçiliyi-mizi bu kimi işlər poza bilər.
    Deməli, bütün işlərdə yalnız mütəal Allaha diqqət ye-tirməliyik, yalnız Ona arxalanmalıyıq.
    Başqa sözlə desək, bu, tövhidin ən yüksək mərtəbələ-rindən biridir ki, onu nəzəri tövhid adlandırırlar. Yəni bütün işlərdə insanın nəzəri Allaha olmalı, ümidi, qorxusu, təvəkkül etməsi, etimadı Ondan qeyrisinə bağlanma-malıdır. Ondan başqasını görməməli, Ondan başqasını istəməməli, Ondan başqa heç kəsə məhəbbət bəsləməməlidir. Belə ki, Qurani-kərim "Əhzab” surəsinin 4-cü ayəsində buyurur: مَّا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ
    "Allah heç kəsin daxilində iki qəlb yaratmamışdır.”
    "Nəbudu” və "nəstəin” fellərinin, habelə ondan sonra gələn ayələrin cəm formasında (yəni biz ibadət edirik, biz kömək istəyirik və s.) gəlməsi göstərir ki, ibadətin, xüsu-silə namazın əsası ictimai şəkildə icra olunmaq üzərində qoyulmuşdur. Hətta bəndə, Allah müqabilində raz-niyaz et-mək istəsə, gərək özünü camaatın arasında təsəvvür etsin. Həyatın sair işləri də həmin qayda üzrə cərəyan etməlidir. Beləliklə Quran və İslam nəzərindən hər növ tərki dünya-lıq, fərdi işlər, xüsusilə namazın fərdi icrası bəyənil-məmişdir.
    Diqqət yetirsək görərik ki, namazın iqaməsi ("həyyə ələs-səlat” cümləsi) onun camaatla birlikdə qılınmasına dəvət edir. Namazın əvvəlində olan "Həmd” surəsi, habelə onun axırında olan "əssəlamu ələykum” kəlməsinin cəm şəklində gətirilməsi göstərir ki, bu ibadət əslində ictimai yönə malikdir və camaat namazı şəklində qılınmalıdır. İsla-mi nöqteyi-nəzərdən fərdi şəkildə qılınan namaz düzgün-dür, amma fərdi ibadət icma şəklində olan ibadətlə müqa-yisədə ikinci dərəcəli ibadətlərdən hesab olunur.
    MÜXTƏLİF QÜVVƏLƏRLƏ QARŞILAŞARKƏN ONDAN KÖMƏK İSTƏYİRİK
    Bəşər bu dünyada müxtəlif qüvvələrlə qarşılaşır. Həm təbii qüvvələr, həm də insanın Zatında qoyulan qüvvələr buna misal ola bilər. İnsan, onu azğınlığa yuvarladan dağıdıcı və təxribatçı amillərin qarşısında müqavimət göstərə bilməsi üçün müəyyən bir köməkçiyə ehtiyac duyur. Məhz belə olan halda özünü Pərvərdigarın qüdrət sayəsi altında qərar verir. O, hər gün yuxudan oyananda "iyyakə nəbudu və iyyakə nəstəin” cümləsini dilə gətirməklə öz Rəbbinə bəndəçiliyini etiraf edir. Bu bö-yük çarpışma və mübarizədə qələbə çalmaq üçün Onun pak Za-tından kömək alır, gecələr də həmin cümlələri təkrar edərək yatağına girir.
    Yenidən Onun adı ilə yerindən qalxır, Onun köməyi ilə yuxuya gedir. Xoş o kəsin halına ki, imanın belə bir mərhə-ləsinə çatmış olsun! O, heç bir zalımın qabağında boyun əy-mir, maddi çətinliklər qarşısında özünü itirmir və Pey-ğəmbəri-əkrəm (s.ə.v.v) kimi;
    قُلْ إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّهِ رَبِّ الْعَالَمِينَ
    "Həqiqətən mənim namazım, ibadətim, ölümüm və həyatım-hamısı aləmlərin Rəbbi olan Allaha məxsusdur”-deyir.[Ənam” surəsi, 162-ci ayə]
    Ümumiyyətlə, bu şərif ayələri oxumaq hər bir çətinli-yin həll edilməsində yüksək əhəmiyyətə malikdir və hər bir nigarançılığın qurtuluş səbəbidir.
    Rəsuli-əkrəmin (s.ə.v.v) səhabələrindən biri deyir: Mən o, Həzrətlə müharibədə iştirak edirdim. Döyüş şiddət-lənəndə Rəsuli-əkrəm (s.ə.v.v) başını qaldırıb dedi: "Ey Qi-yamət gününün sahibi, yalnız Sənə ibadət edirik və yalnız Sən-dən kömək istəyirik.” Bu halda düşmənlər məğlubiyyətə uğra-dılar və İslam ordusu tam qələbəyə nail oldu.[Kənzul-ümmal”, 4-cü cild, səh.360]
    Başqa bir rəvayətdə buyurulur: "Hər vaxt möminin bir işi çətinliyə düşsə və o da bu şərif ayəni oxusa, onun çətinliyi asanlaşar.”[Mənhəcus-sadiqin” təfsiri, 1-ci cild, səh.114]

    6-CI AYƏ

    اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ
    TƏRCÜMƏ:
    "Bizi düzgün yola hidayət et!”
    TƏFSİR:
    DÜZ YOLU KeÇMƏK
    Pərvərdigarın qarşısında təslim olmağı izhar etdik-dən, bəndəçilik mərhələsinə çatdıqdan, Onun pak və müqəddəs Zatından imdad dilədikdən sonra bəndənin ilk arzusu budur ki, Allah onu düzgün yola, pakizəlik yoluna, ədalət, iman və sa-leh əməl yoluna hidayət etsin. Yəni insanı bəxşişlər içəri-sində qərq edən Allah, hidayət nemətini də əta etsin. İnsanın belə bir şəraitdə mömin olmasına, öz Allahını tanımasına baxmayaraq bu böyük ilahi nemət müəyyən amillər səbəbi ilə on-dan alına bilər və düzgün yoldan aza bilər. Deməli, hər gün ən azı on dəfə öz Allahından istəməlidir ki, onun yolunu azma-sının qarşısını alsın.
    Haqq dindən ibarət olan "sirati-müstəqim”in müxtəlif dərəcələri və mərtəbələri vardır. İnsanlar bu dərəcələri keçməkdə bərabər və eyni səviyyəli deyillər. İnsan bu mərhələ-ləri nə qədər keçsə belə, ondan daha yüksək dərəcələr də vardır. İmanlı şəxs Allahdan istəməlidir ki, onu həmin dərəcə-lərə çatdırsın.
    Nə üçün biz həmişə düzgün yola hidayət olunmağı Al-lahdan istəyirik? Məgər biz yolumuzu azmışıq? Əgər bu su-al adi insanlar haqqında düzgün olarsa, görəsən kamil in-san nümunələri olan Peyğəmbər (s.ə.v.v) və İmamlar barəsin-də hansı mənanı daşıyır?
    Bu sualın cavabında deyirik: Əvvəla, qeyd olunduğu kimi, in-sanın hidayət yolundan hər an inhirafa düşməsi gözlənilir. Bu səbəbə görə də o özünü Allahın ixtiyarına buraxmalı və onu düzgün yolda sabit qədəm saxlamasını istəməlidir.
    Biz unutmamalıyıq ki, varlıq və bütün ilahi nemətlər fasiləsiz olaraq Böyük Yaradan tərəfindən bizə bəxş edilmək-dədir. Qeyd etmişdik ki, bütün varlıqların məsəli bir baxım-dan elektrik lampalarına bənzəyir. Əgər lampanın işığı müntəzəm surətdə, kəsilmədən davam edirsə, bunun səbəbi elek-trik cərəyanının öz mənbəyindən fasiləsiz olaraq gəlməsidir. Elektrik mənbəyi hər an cərəyan istehsal edir və naqil vasitə-silə lampaya çatdırılır. Bizim varlığımız da bu lampalara bənzəyir; zahirdə bir ardıcıl və kəsilməz vücud surətində ol-masına baxmayaraq, həqiqətdə anbaan varlıq mənbəyindən yeni vü-cud bizə çatır.
    Buna əsasən hər an bizə yeni vücud çatdığı kimi, yeni hidayətə də ehtiyac duyuruq. Aydındır ki, əgər bizim Allahla olan mənəvi rabitə tellərimizdə maneə yaransa, əyriliklər, zülmlər, fəsad və bu kimi yaramaz əməllər hidayət mənbəyi ilə olan əlaqəmizi kəsəcək və həmin andan etibarən düz yoldan azacağıq. Biz Allahdan istəyirik ki, bu maneələr irəli gəlmə-sin və həmişə "sirati-müstəqim”də qalaq.
    İkincisi, hidayət-təkamül yolunu qət etməyə deyilir. Be-lə ki, insan tədricən nöqsanlı və zəif mərhələləri ötərək daha yüksək dərəcələrə çatır.
    Bunu da bilirik ki, təkamül yolu qeyri-məhduddur və son-suzluğa doğru irəliləyir. Buna əsasən Peyğəmbər (s.ə.v.v) və İmamlarımızın Allahdan düz yola hidayət olunmalarını is-təmələri heç də təəccüblü deyildir. Çünki, mütləq kamillik yalnız Allahındır və istisnasız olaraq bütün varlıqlar təka-mül yolundadırlar. Onların Allahdan daha yüksək dərəcələr istəməsinin nə eybi vardır? Biz Peyğəmbərimizə salavat və rəhmət göndərmirikmi? Məgər salavatın məfhumu Allah tərəfindən Peyğəmbər (s.ə.v.v) və onun övladlarına yeni rəh-mətin gəlməsini istəmək deyildirmi? Məgər Peyğəmbərin özü وَقُل رَّبِّ زِدْنِي عِلْمًا (ey Rəbbim, mənim elmimi artır), deməklə Allahdan elm istəmirdimi?[Taha” surəsi, 114-cü ayə]
    Məgər Quranda; وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى "Allah-taala hidayət olunanların hidayətini artırır”, deyə buyurulmayıbmı?[Məryəm” surəsi, 76-cı ayə]
    Həmçinin; وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْواهُمْ "Allah hidayət olunan şəxslərin hidayətlərini artırar və onlara təqva verər”, deyə buyurmamışdırmı?[Muhəmməd” surəsi, 17-ci ayə]
    Bununla Peyğəmbər (s.ə.v.v) və İmamlarımıza salavat göndərmək barəsində yaranan sualın cavabı da aydın olur. Çünki, bu salavat və rəhmətin mənası, həqiqətdə o Həzrət-lərin daha böyük, daha yüksək məqamlara çatmasını Allahdan istəməkdir.
    Qeyd etdiyimiz mətləblərin daha yaxşı aydın olması üçün aşağıdakı hədislərə diqqət yetirin:
    1- Əli əleyhissəlam اهدِنَـا الصِّرَاطَ المُستَقِيمَ "ihdinəs-siratəl-müstəqim” cümləsinin təfsirində buyurur: "Pərvərdigara, bi-zə keçmişdə əta etdiyin tovfiqləri olduğu kimi davamlı et, bu-nunla ömrümüzün gələcək hissələrində də Sənə itaət edək.”[Məanil-əxbar”, "Təfsiri İmam Həsən Əskəri”]
    2- İmam Sadiq (ə) bu cümlənin təfsirində buyurur: "Bi-zi Sənin məhəbbətinə və behiştə çatdıran, həlak edici nəfsani istəklərə tabe olmağa, inhirafçı və azdırıcı yollarla getməyə mane olan yolda sabit qədəm et.”[Məanil-əxbar”, "Təfsiri İmam Həsən Əskəri”]
    "SİRATİ-MÜSTƏQİM” NƏDİR?
    Qurani-məcid ayələrinin araşdırılmasından aydın olur ki, "sirati-müstəqim” Allahpərəstlik, haqq din və Allahın buyurduqlarına itaət etməkdir. Belə ki, Quranda Peyğəmbərin dilindən buyurulur: "Həqiqətən Allah məni "sira-ti-müstəqim”ə, möhkəm bir dinə, İbrahimin dininə hidayət et-mişdir. Hansı ki, o heç vaxt müşriklərdən olmamışdır.”
    Burada İbrahimin təkallahlıq ayini, möhkəm dini və hər növ şirkin rədd olunması "sirati-müstəqim” kimi təq-dim edilmişdir. Bu da öz növbəsində əqidəvi yönü aşkar edir. Amma "Yasin” surəsinin 61-62-ci ayələrində buyurulur:
    لَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لاَّ تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
    "Ey Adəm övladları, məgər Mən sizinlə əhd-peyman bağlayıb demədimmi ki, şeytana itaət-ibadət etməyin?! Çünki, o sizin aşkar düşməninizdir. Və Mənə ibadət edin, bu, düzgün yoldur.”
    Burada haqq dinin əməli yönlərinə də işarə olunmuşdur. Bu da hər növ şeytani işlərin və aldadıcı, azğınçı əməllərin dəf olunmasıdır. Qurani-kərimin "Ali-İmran” surəsinin 101-ci ayəsində buyurduğuna əsasən, "sirati-müstəqim”ə çatmağın yolu Allahla olan rabitəni möhkəmlətməkdən ibarətdir:
    وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
    "Hər kəs Allaha arxalansa, düzgün yola hidayət olunar.”
    Bunu da qeyd etmək lazımdır ki, düzgün yol vahiddir və bundan artıq deyildir. Çünki, iki nöqtə arasında ən qısa məsafə onlardan keçən düz xəttdir. Buna əsasən, Qurani-kərimin "sirati-müstəqim”i həm elmi, həm də əməli yön-lərdə ilahi din kimi təqdim etməsinin səbəbi budur ki, bu, Allah ilə rabitənin ən yaxın və ən qısa yoludur. Buna görə də həqiqi din yalnız birdir: إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ "Həqiqətən Allah yanında din-yalnız İslamdır.”[Ali-İmran” surəsi, 19-cu ayə]
    Qurani-kərim buyurur:
    وَأَنَّ هَـذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ
    "Budur Mənim düzgün yolum, ona itaət edin və müxtəlif yollarla getməyin ki, bu sizi Allahın yolundan azdırar.”
    Buna əsasən, İslam sözü daha geniş mənaya malik olub, o dövrdə rəsmi şəkildə tanınan və hər hansı bir sonrakı dinlə qüvvədən salınmayan tövhid dininə şamildir.
    Diqqət yetirmək lazımdır ki, bu barədəki müxtəlif təfsirlərin hamısı əslində bir şeyə qayıdır. Onlardan bəziləri "sirati-müstəqim”i İslam və həqiqi tövhid, bəzi-ləri Quran, bəziləri isə Peyğəmbər (s.ə.v.v) və haqq İmamlar kimi təfsir etmişlər. Bütün bu mənaların hamısı həmin ilahi dinin etiqadi və əməli yönlərinə qayıdır.
    İslami mənbələrdə bu barədə gəlib çatan, hər biri bu məsələnin bir yönünə işarə edən hədislər də bir məna və məqsədə qayıdır. Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) belə nəql olun-muşdur: "Düz yol peyğəmbərlərin yoludur və peyğəmbərlər o kəslər-dir ki, ilahi nemətlər onlara nəsib olmuşdur.”[Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.20-86]
    İmam Sadiq (ə) "ihdinəs-siratəl müstəqim” ayəsinin təfsirində buyurmuşdur: "Məqsəd İmamı tanımaq yoludur.”[Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.20, 86-87-ci hədislər]
    Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: "And olsun Allaha, "sirati-müstəqim” Bizik (yəni Əhli-beyt).”[Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh.20, 86-87-ci hədislər]
    Həmçinin başqa bir hədisdə İmam Sadiqdən (ə) nəql olunub: "Sirati-müstəqim Əmirəl-möminin Əli əleyhissə-lamdır.”[Biharul-ənvar”, 24-cü cild, səh.16; "Minhacus-sadiqin”, 1-ci cild, səh.116]
    Əhməd ibni Məhəmməd İbrahim Sələbi Həzrəti Pey-ğəmbərin səhabələrindən olan Bureyrə Əsləmidən nəql et-mişdir ki, "sirati-müstəqim Məhəmmməd və onun Əhli-beyti-nin yoludur.” [Biharul-ənvar”, 24-cü cild, səh.16; "Minhacus-sadiqin”, 1-ci cild, səh.116]
    Hansı ki, bu yol dinin və məzhəbin üsulları-tövhid, ədalət, nübüvvət, imamət, məad əsasında qurulmuşdur. Şəkk yoxdur ki, Əhli-beyt yolu "sirati-müstəqim” və ən möhkəm yol-dur ki, yalnız o yolu keçməklə nicat tapmaq olar, ondan qeyri yolları seçmək isə xəsarət və ziyankarlığa səbəb olar. İbni Məğazilinin, həmçinin Əhli-beytin (ə) Həzrəti Peyğəm-bərdən səhih yolla nəql etdikləri rəvayətdə deyilir: "Mənim Əhli-beytimin mövqe və məqamı Həzrəti Nuhun gəmisinə bənzə-yir; hər kəs o gəmiyə minsə xilas olar, hər kəs ondan üz döndərsə qərq olar.”[Biharul-ənvar”, 23-cü cild, səh.124]
    Peyğəmbərin xüsusi səhabələri, habelə ümumi müsəl-manlar o Həzrətdən belə nəql etmişlər ki, "Həqiqətən mən si-zin aranızda iki ağır əmanət qoyuram, əgər onlara itaət etsəniz, məndən sonra zəlalətə, azğınlığa düşməzsiniz. Onlardan biri Al-lahın kitabı və digəri isə mənim Əhli-beytimdir.”[Ehqaqul-həqq”, 9-cu cild, səh.309]
    Bu hədis qeyd etdiyimiz məsələnin sübutu üçün canlı bir şahiddir.
    Qeyd olunduğu kimi, Peyğəmbər (s.ə.v.v) , Əli (ə) və sair Əhli-beyt imamları hamılıqla təkallahlıq və tövhid dininə dəvət edirdilər. Bu din həm etiqadi, həm də sair yönləri əhatə edir və insanı fəzilətin, əzəmətin, hidayət və qüdrətin son zirvəsinə çatdırır.
    HİDAYƏT İKİ CÜRDÜR: TƏKVİNİ VƏ TƏŞRİİ HİDAYƏT
    Təkvini hidayət əqli yolgöstərmədir ki, xeyir və şər, səadət və bədbəxtçilik, gözəllik və qəbahəti ayırd edir və bu, həqiqətdə insanın batinində yol göstərən "peyğəmbər”dir.
    Təşrii hidayət isə peyğəmbərlərin göndərilməsi, asi-mani kitabların nazil edilməsi və ilahi hökmlərin qanu-niləşdirilməsidir. Allah-taala insanı onların vasitəsi ilə bütün dünya və axirət mənfəətlərinə doğru istiqamət-ləndirir, dünya və axirət zərərlərini ona agah edir. Əgər insan onların yol göstərməsi ilə hidayət olunsa, nəfsin saflaşdırılması, maarifin, gözəl səciyyələrin, bəyənilən əxlaqın əldə edilməsindən ibarət olan axirət nemətlərinə çatmaq qabiliyyəti tapar, axirət və dünya səadətinə, Haqq-taa-lanın sonsuz feyz və rəhmətinə nail olar.
    Buna görə əqlə də hidayətçi, yolgöstərən deyilir. Çünki, insana xeyir və şəri aydınlaşdırır. Rəsula, İmama və ali-mə də yol göstərən deyilir, çünki, onlar dünya və axirətdəki səadət və qurtuluş yolunu göstərirlər. Amma həqiqətdə əsil yol göstərən müqəddəs Haqq-taaladır, bunlar isə sadəcə ola-raq insanların hidayət olunması üçün vasitələrdir.

    7-Cİ AYƏ

    صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ
    TƏRCÜMƏ:
    "Nemət verdiyin şəxslərin yoluna (hidayət et), qəzəbinə dü-çar olmuşların və azğın şəxslərin yoluna yox.”
    TƏFSİR:
    İKİ AZĞIN XƏTT
    Bu ayə əvvəldə oxuduğumuz "sirati-müstəqim” üçün aşkar bir təfsirdir. Namaz qılanlar deyir ki, Xudavənda, bizi müxtəlif nemətlərə nail etdiyin kəslərin cərgəsində qərar ver; hidayət neməti, tovfiq neməti, ilahi şəxslərin rəh-bərlik neməti, elm, əməl, cihad, şəhadət və s. nemətlər. Öz çirkin əməlləri və yaramaz əqidələri səbəbi ilə Sənin qəzə-binə düçar olanların, haqq yolunu tərk edərək azğın yolla ge-dən və sərgərdan qalanların yoluna yox.
    Həqiqətdə hidayətin əlamət və nişanələri barədə tam agahlığımız olmadığından, Allah bizə göstəriş verir ki, bu ayədə peyğəmbərlərin, əməli saleh şəxslərin, habelə ila-hi nemət və lütflərə çatan şəxslərin yolunu istəyək.
    Ayə bizə xatırladır ki, sizin qarşınızda həmişə iki azdırıcı yol vardır: Əl-məğzub və zallin yolları. Tezliklə bu iki cümlənin təfsiri ilə tanış olacağıq.
    "ƏLLƏZİYƏ ƏNƏMTƏ ƏLƏYHİM” KİMLƏRDİR?
    Bəziləri bu ayəni "Nisa” surəsinin 69-cu ayəsinə əsasən təfsir etmişdir:
    وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاء وَالصَّالِحِينَ وَحَسُنَ أُولَـئِكَ رَفِيقًا
    "Hər kəs Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahın nemət verdiyi şəxslərlə-peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə, saleh şəxslərlə birlikdə olacaqdır. Onlar necə də gözəl yoldaş-dırlar!”
    Mülahizə etdiyimiz kimi, bu ayə Allah nemətlərinə nail olan şəxslərin dörd qrupdan ibarət olduğunu çatdı-rır: peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh şəxslər.
    Dördlük təşkil edən həmin mərhələ bəlkə də bu məna-nı çatdırır ki, sağlam, mütərəqqi və imanlı bir cəmiyyət qurmaq üçün ictimai səhnəyə həqiqi rəhbərlər və peyğəmbər-lər, onların ardınca sözləri əməlləri ilə uyğun olan təbli-ğatçılar daxil olmalıdırlar ki, bu yolla hər yerdə peyğəm-bərlərin hədəfini genişləndirsinlər.
    Bunun ardınca təbii olaraq təfəkkür və quruculuq döv-ranı gəlir. Çünki, üzdəniraq və yabançı ünsürlərin, haqq yo-luna maneçilik törədənlərin baş qaldırmaları gözləni-lir, bu halda həmin insanlar onların qabağında qiyam edir, bəziləri şəhid olur və pak qanları ilə tövhid ağacını su-varırlar.
    Dördüncü mərhələ isə bu səylərin və fədakarlıqların məhsulu olaraq pak və layiqli, mənəviyyətlə dolu olan icti-maiyyətdə saleh şəxslərin yaranmasından ibarətdir.
    Buna əsasən biz "Həmd” surəsində hər gecə-gündüz ardı-cıl olaraq Allahdan istəyirik ki, bu dörd qrupun tutduğu yolda-peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və salehlə-rin yolunda olaq. Aydındır ki, hər bir dövrdə gərək bu yol-ların hər biri qarşısındakı vəzifəmizi yerinə yetirərək öz borcumuzu ödəyək.
    Bu qrupları bir-birindən ayırmaq üçün yuxarıdakı ayələrdə onlardan hər birinin müəyyən bir dəstədən ibarət olduğu qeyd olunur.
    Bu iki qrupun fərqinə gəldikdə isə, bu barədə bir neçə növ təfsir mövcuddur. O cümlədən:
    1-Qurani-məciddə bu iki kəlmənin istifadə olunduğu yerlərdən məlum olur ki, "məğzubi əleyhim”, "zallin”dən daha şiddətli və daha pis bir mərhələdir.
    Başqa sözlə desək, "zallin” sadəcə olaraq yollarını azanlar, "məğzubi əleyhim” isə daha inadkar və münafiqlərdən ibarətdir. Buna görə də çox hallarda Allahın lənət və qəzəbi məhz bunların barəsində zikr edilmişdir.
    "Nəhl” surəsinin 106-cı ayəsində buyurulur:
    وَلَـكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
    "Hər kəs öz sinəsini küfr ilə doldursa, Allahın qəzəbinə düçar olar.”
    "Fəth” surəsinin 6-cı ayəsində buyurulur:
    وَيُعَذِّبَ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ الظَّانِّينَ بِاللَّهِ ظَنَّ السَّوْءِ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ وَغَضِبَ اللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا
    "Allah Onun barəsində bədgümanlıq edən münafiq kişilərə və münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara qə-zəb etmiş, onları lənətləmiş, Öz rəhmətindən uzaq salmış və cəhənnəmi onlar üçün hazırlamışdır.”
    Ümumiyyətlə "məğzubi əleyhim” o kəslərdir ki, küfrdən əlavə, haqq qarşısında inadkarlıq edir və ona qarşı düş-mənçilik yolunu seçir, hətta ilahi rəhbərlərə, peyğəmbər-lərə əzab-əziyyət vermək yolunda əlindən gələni əsirgəmir-lər. "Ali-İmran” surəsinin 112-ci ayəsində buyurulur:
    وَبَآؤُوا بِغَضَبٍ مِّنَ اللّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ
    "Onlar (yəhudilər) Allahın qəzəbinə düçar oldu. Bunun səbəbi odur ki, onlar Allaha kafir olmuş, ilahi peyğəmbərləri haqsız ye-rə öldürmüş, Allaha qarşı üsyan etmiş və həddi aşmışdılar.”
    2-Bəzi təfsirçilərin əqidəsinə görə "zallindən” məq-səd, məsihilərdən olan yollarını azanlar, "məğzubi əley-him” isə yəhudilərdən olan münhərif və azğınlardır.
    Bu cür təfsir o iki qrupun İslam çağırışı müqabi-lində tutduqları kəskin və sərt mövqeyə əsasən olmuşdur. Çünki, Quranın müxtəlif ayələrində aşkar şəkildə buyu-rulduğu kimi, yəhudi azğınçıları İslama qarşı son dərəcə ədavət və kin-küdurət bəsləyirdilər. İslamın əvvəllərində yəhudi alimləri bu dinin gəlişini müjdə verənlərdən idi. Amma çox keçmədi ki, onlar təfəkkür və əqidə inhiraf-ları, qohum-qəbilə təəssübləri, həmçinin maddi mənafey-lərinin təhlükə ilə üzləşməsindən irəli gələn səbəblər nəticəsində İslamın ən qatı düşməninə çevrildilər, İs-lam və müsəlmanların qarşısında müxtəlif maneçiliklər törətməyə başladılar. Bu gün də sionistlərin İslam və mü-səlmanlar qarşısında tutduqları düşmənçilik mövqeyi ha-mıya aydındır.
    Buna əsasən, onların "məğzubi əleyhim” adlandırıl-ması çox düzgün bir məsələ olardı.
    Amma İslam qarşısında çox da inadkar olmayan, yalnız haqq ayininin ayırd edilməsində yollarını azan məsihilər "zallin” kəlməsi ilə təbir olunmuşdur. Çünki, onlar mü-qəddəs Ataya, oğul və Ruhul-qüdsə inanırlar, həqiqi tövhidi, təkallahlıq ayinini tərk etmişlər. Bu da zəlalət və azğın-lığın ən böyük nümunələrindəndir.
    İslam hədislərində "məğzubi əleyhim” kəlməsi yəhudi-lər, "zallin” isə yollarını azmış məsihilər kimi təfsir olunmuşdur. Bunun da səbəbi yuxarıda qeyd olunanlardan iba-rətdir.
    3-Belə bir ehtimal da verilə bilər ki, "zallin” başqa-larını haqq yoldan azdırmağa səy etməyənlərdir. "Məğzubi əleyhim” isə o kəslərdir ki, həm özləri yollarını azmış, həm də var qüvvələri ilə başqalarını yoldan azdırmağa ça-lışırlar. Qeyd olunan mətləblərin şahidi həmin ayələrin mənasıdır. Onlar başqalarının düzgün yola hidayət olun-masına mane olublar və "yəsuddunə ən səbilillah” ayəsi məhz onlara işarə edir. "Şura” surəsinin 16-cı ayəsində buyuru-lur:
    وَالَّذِينَ يُحَاجُّونَ فِي اللَّهِ مِن بَعْدِ مَا اسْتُجِيبَ لَهُ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ
    "Möminlər tərəfindən İslam dəvətini qəbul etmək tək-lif olunandan sonra Peyğəmbəri-əkrəmin (s.ə.v.v) müqabilində düşmənçiliyə və azdırıcı bəhslərə başlayanların höccət və də-lilləri Allah dərgahında əsassız və batildir. Onlar Allahın qə-zəbinə düçar olmuşdur və dərdli, şiddətli əzab onların intiza-rını çəkir.”
    Bu barədə başqa təfsirlər də nəql olunmuşur. O, cüm-lədən Əli əleyhissəlamdan rəvayət olunmuşdur ki, "hər kəs Allaha qarşı kafir olub Onu inkar etsə Allahın qəzəbi ona olar və o, Allah yolundan azmışdır.”[Təfsiri-Safi”, 1-ci cild, səh.74]
    "Məani” kitabında Peyğəmbəri-əkrəmdən belə bir hə-dis nəql olunmuşdur: "Allahın nemət verdiyi şəxslər Əlinin şiələridir.” Yəni Əliyyibni Əbi Talib əleyhissəlamın vila-yətini qəbul etməklə onlara nemət vermiş, qəzəb etməmiş və onlar öz yollarını azmamışlar.[Məanil-əxbar”, səh.32, 8-ci hədis; "Təfsiri” Fəratil-Kufi”, səh.]
    Pərvərdigara, bizi qəzəb olunmuşlardan və yollarını azanlardan etmə, müsəlmanlardan, həqiqi möminlərdən və Əhli-beytin həqiqi ardıcıllarından hesab et!
    Pərvərdigara, bizi hər bir halda və bütün sahələrdə sirati-müstəqimə hidayət et!
    Biz bu ilahi nemətin şükrünü yerinə yetirərək deyi-rik: Həmd edirik o Allaha ki, bizi Əliyyibni Əbi Talib və məsum İmamların vilayətinə etiqad bəsləyənlərdən qərar vermişdir.
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 948 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024